İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri

    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri
    2012-01-24, 7:03 AM
    DÖRDÜNCÜ FƏSİL
    İDDIAÇINI ŞƏRI HÜDUDLARDA GÜNAHI IQRAR ETMƏKDƏN ÇƏKINDIRMIŞ VƏ ÖZ YARAMAZ IŞINI INKAR ETMƏYƏ TƏŞVIQ ETMIŞDIR.
    Bir kişi İmam Əli (ə)-ın yanına gəlib dedi: – Ya Əmirəl-möminin! Zina etmişəm, məni bu günahdan pakla (yəni cəzalandır)!
    İmam Əli (ə) üzünü ondan başqa tərəfə döndərib buyurdu: – Otur!
    Sonra oradakılara dedi: – Sizlərdən günaha mürtəkib olan bir şəxs öz günahını gizlədə bilməzmi, halbuki, Allah-Taala onu gizlətmişdir?!
    (İmam (ə) bunu çatdırmaq istəyirdi ki, insan öz günahını gizlətməli, Allahdan başqa heç bir kəs üçün aşkar etməməlidir. Bununla da günahını iqrar edən şəxsə anlatmaq istəyirdi ki, iqrar etməsin.)
    O kişi yenidən ayağa qalxıb dedi: – Ya Əmirəl-möminin! Mən zina etmişəm, məni günahdan pakla!
    Həzrət yenə buyurdu: – Sən bunu nə üçün iqrar edirsən?!
    Dedi: – Mən paklanmaq istəyirəm!
    İmam Əli (ə) buyurdu: – Tövbədən də yaxşı bir paklıq (yolu) varmı?!
    Bunu dedikdən sonra üzünü səhabələrə tutdu və söhbət etməyə başladı. O kişi yenidən ayağa qalxıb dedi: – Ya Əmirəl-möminin! Zina etmişəm, məni pakla!
    İmam (ə) buyurdu: – Quran oxuya bilirsənmi?
    Kişi dedi: – Bəli.
    Həzrət buyurdu: – Oxu!
    O kişi bir neçə ayəni düzgün şəkildə tilavət etdi. İmam (ə) yenə soruşdu: – Allahın namaz və zəkat barəsində sənə vacib etdiyi hüquqi məsələləri bilirsənmi?
    Dedi: – Bəli.
    İmam (ə) bir neçə məsələ soruşdu, kişi də cavablarını düzgün şəkildə verdi. Həzrət yenidən buyurdu: – Xəstə deyilsən? Başında, yaxud sinəndə ağrı hiss etmirsən ki?
    Dedi: – Xeyr.
    Əli (ə) buyurdu: – Vay olsun sənə! Get, sənin halını özündən soruşduğum kimi, burada olmadığın vaxtda da (başqalarından) soruşacağam. Əgər qayıtmasan, səni bir daha çağırmayacağam.
    O kişi uzaqlaşdıqdan sonra İmam (ə) onun fiziki və ruhi vəziyyəti barədə soruşdu, səhabələr: "Tam sağlamdır və halı təbiidir" - deyə cavab verdilər. Bir azdan sonra o kişi qayıdıb dedi: – Ya Əmirəl-möminin! Zina etmişəm, məni günahdan pakla!
    Həzrət buyurdu: – Əgər qayıtmasaydın, səni bir daha çağırmayacaqdım. İndi ki, dördüncü dəfə iqrar edirsən, sənin barəndə Allahın hökmünü icra etmək mənə vacib oldu. (Bu dəfə) səni azad etməyəcəyik!
    Sonra oradakılara buyurdu: – Siz şəriət hökmünü icra etmək üçün kifayətsiniz və başqalarına elan etməyə ehtiyac yoxdur. Sizi and verirəm Allaha, sübh vaxtı (qaranlıqda) üzlərinizə niqab salıb gəlin ki, bir-birinizi tanımayasınız. Çünki biz daş-qalaq etdiyimiz şəxsin üzünə baxmırıq.
    Səhabələr o Həzrətin buyurduğuna uyğun olaraq sabah sübh çağı, hava qaranlığında təyin olunmuş yerə gəldilər. Əli (ə) da oraya gəlib buyurdu: – Sizi and verirəm Allaha, aranızda özü belə cəzaya layiq olan bir kəs bu cəza qanununun icrasında iştirak etməsin. Çünki bir kəsin üzərində Allahın haqqı olsa, o həmin haqqın (cəzanın) oxşarını başqalarından tələb edə bilməz.
    Bu zaman oradakıların çoxu qayıtdı. Ravi deyir: – Allaha and olsun, indiyə qədər də onların kim olduğunu bilmirəm. Sonra o Həzrət dörd dənə daş götürüb ona tərəf atdıqdan sonra başqaları da ona daş vurdular.(Mənaqib" (Sərvi), "qəzayahu (ə) vən-Nəbiyyu (s.ə.v.v) həyyun" bölməsi. )
    2-AXİRƏT ƏZABINDAN QORXAN QADIN
    Hamilə bir qadın Əli (ə)-ın yanına gəlib dedi: – Zina etmişəm, məni pakla, Allah sənə kömək olsun! Çünki zinanın dünyadakı işkəncə və əzabı sonu olmayan axirət cəzalarından çox-çox asandır.
    Əli (ə) heç nə eşitməmişdir kimi, buyurdu: – Səni nədən paklayım?
    Qadın: – Zinadan.
    Əli (ə): – Ərin varmı?
    Qadın: – Bəli.
    Əli (ə): – Bu əmələ mürtəkib olduğun zaman ərin səfərdə idi, yoxsa evdə?
    Qadın: – Evdə idi.
    Əli (ə): – Hələlik qayıt, övladını dünyaya gətirdikdən sonra gələrsən, səni paklayaram.
    Qadın o Həzrətin səsini eşitməyəcək qədər uzaqlaş-dıqda Əli (ə) dedi: – "Pərvərdigara! Bu bir şəhadət."
    Bir müddətdən sonra o qadın yenidən Əli (ə)-ın yanına gəlib dedi: – Övladımı dünyaya gətirdim, məni pakla!
    Bu zaman İmam Əli (ə) sanki əvvəllər onun barəsində heç nə bilmirmiş kimi, buyurdu: – Səni nədən paklayım?
    Qadın: – Zina etmişəm, məni pakla.
    Əli (ə): – Bu əmələ mürtəkib olduğun vaxt ərin var idimi?
    Qadın: – Bəli.
    Əli (ə): – O zaman ərin səfərdə idi, yoxsa evdə?
    Qadın: – Evdə idi.
    Əli (ə): – Get, Allahın göstərişinə uyğun olaraq, iki il tamam övladına süd ver.
    Qadın qayıtdı, o Həzrətin səsini eşitməyəcək qədər uzaqlaşdıqda Əli (ə) dedi: "Pərvərdigara! Bu iki şəhadət."
    İki ildən sonra qadın yenidən qayıdıb dedi: – Ya Əmirəl-möminin! Övladıma iki il tamam süd verdim, məni pakla.
    Əli (ə) sanki xəbərsizmiş kimi, əvvəlki sualları yenidən təkrarladı və sonra ona buyurdu: – İndi get, övladını özü yeməyə qadir olduğu vaxta qədər saxla ki, damdan yıxılmasın, quyuya düşməsin.
    Qadın ağlar halda o Həzrətin yanından qayıtdı, o Həzrətin səsini eşitməyəcək qədər uzaqlaşdıqda İmam (ə) dedi: "Pərvərdigara! Bu üç şəhadət."
    Əmr ibni Həris Məxzumi yolda o qadınla rastlaşıb dedi: – Ey Allahın bəndəsi! Nə üçün ağlayırsan? Mən gördüm ki, sən Əlinin yanından gəlirsən və səni paklamasını istəyirdin.
    Qadın dedi: – Bəli, Əli (ə)-ın yanına getdim ki, məni paklasın. O isə "get, yeyib-içməyə qadir olduğu vaxta qədər övladını saxla" - deyə buyurdu. Qorxuram ki, o vaxta qədər əcəlim çatsın, amma məni (bu günahdan) paklamasın.
    Əmr dedi: – Əli (ə)-ın yanına qayıt, mən sənin övladını himayəmə götürürəm.
    Qadın Əli (ə)-ın yanına qayıdaraq Əmrin sözlərini çatdırdı. Həzrət sanki bu barədə əvvəlcədən heç bir məlumatı yoxmuş kimi, soruşdu: – Əmr nə üçün sənin övladına himayədarlıq etməlidir?
    Qadın: – Ya Əmirəl-möminin! Zina etdiyimə görə məni pakla!
    Əli (ə): – O zaman ərin var idi, ya yox?
    Qadın: – Bəli, ərim var idi.
    Əli (ə): – O zaman ərin evdə idi, yoxsa səfərdə?
    Qadın: – Evdə idi.
    Sonra Əli (ə) üzünü asimana tutaraq, Allah dərgahına belə ərz etdi: "Pərvərdigara! Dörd dəfə (günahını) iqrar etməklə ilahi cəza ona sabit (vacib) olur. Sən Öz Peyğəmbərinə xəbər verərək buyurmusan ki, "bir kəs Mənim hədlərimdən (təyin etdiyim cəza qanunlarımdan) birini tətil etsə (icra etməsə), Mənimlə düşmənçilik etmişdir." Pərvərdigara! Mən Sənin hüdudlarını (cəza qanunlarını) heç vaxt tətil etmərəm, Səninlə düşmən olmaq fikrində deyiləm və Sənin hökmlərini zay etmərəm. Mən Sənin əmrinə itaət edir və Peyğəmbərinin sünnəsinə tabe oluram."
    Əmr ibni Hərisin gözü o Həzrətin üzünə sataşdıqda mübarək üzünün qəzəbdən qıp-qırmızı olduğunu gördü və ərz etdi: – Ya Əmirəl-möminin! Mən güman edirdim ki, bu işdən sevinəcəksən. Amma narahat olduğunu gördükdə, artıq o qadının övladını himayəmə götürmürəm!
    İmam (ə) buyurdu: – O qadın dörd dəfə iqrar etdikdən sonra onun övladını himayənə götürürsən?! (Sonra minbərə çıxıb Qənbərə buyurdu:)–Hamıya elan et, camaat namazı üçün hazır olsunlar.
    Qənbər elan etdi və hamı axışaraq məscidə gəldi. Tez bir zamanda məscid adamla doldu. Bu zaman Əli (ə) ayağa qalxıb Allaha həmd-səna etdikdən sonra buyurdu: – Ey insanlar! Sizin rəhbəriniz bu qadına ilahi hədd vurmaq üçün Kufədən kənara getmək və sizi də özü ilə aparmaq istəyir. Çölə çıxdığınız vaxt daşları əllərinizdə hazırlamalı və evlərinizə qayıdana qədər bir-birinizi tanımamalısınız.
    Sonra minbərdən endi. Sabahı gün sübh qaranlığında o qadınla birlikdə çıxdılar. Hamı üzünü örtmüş və daşları əlində saxlamışdı. O Həzrət şəhərin kənarına çatdıqda hazır olanlara buyurdu: – Ey camaat! Allah Peyğəmbər (s.ə.v.v)-lə bir əhd bağladı. Peyğəmbər də həmin əhdi mənimlə bağladı (və buyurdu) ki, hər kəs müəyyən bir həddə (ilahi cəzaya) layiq olsa, onda başqasına hədd vurmamalıdır. Sizlərdən həmin həddə (cəzaya) layiq olanlar gərək (bu qadına) hədd vurmasın.
    Sonra hamı qayıtdı, yalnız o Həzrətin özü, Həsən və Hüseyn ¢ o qadını daş-qalaq etdilər.(Mən la yəhzuruhul-fəqih", "ma yəcibu bihit-təziru vəl-həddu vər-rəcm" babı, hədis:31. )
    3-LİVATIN HƏDDİ (CƏZASI)
    Bir gün Əli (ə) səhabələrlə söhbət edirdi. Bir kişi onun yanına gəlib dedi: – Ya Əmirəl-möminin! Livat etmişəm, məni pakla!
    O Həzrət buyurdu: – Ay kişi! Belə sözlər danışma. Bəlkə əqlin qarışmışdır?!
    Sabahı gün o yenidən Həzrətin yanına gəlib dedi: – Ya Əmirəl-möminin! Livat etmişəm, məni pakla!
    İmam (ə) yenə də üzünü ona tutub buyurdu: – Evinə qayıt, ola bilsin ki, sənin əqlində nasazlıq yaranmışdır.
    O kişi öz sözünü (etirafını) dördüncü dəfə təkrarladı. İslam qanunlarına əsasən ona hədd vurulması vacib olduqda Əli (ə) ona buyurdu: – Peyğəmbər (s.ə.v.v) sənin kimilər barəsində üç cəza növü buyurmuşdur. Onlardan hansını istəyirsən, seç.
    Kişi dedi: – Onlar hansılardır?
    Buyurdu: – 1-Bir qılınc zərbəsi; hara qədər çatsa; 2-Əl-ayağını bağlayıb dağdan atmaq; 3-Odda yandırmaq.
    Kişi dedi: – Ya Əmirəl-möminin! Bunların hansı daha ağırdır? Buyurdu: – Odda yandırmaq.
    Kişi dedi: – Ya Əmirəl-möminin! Mən onu seçirəm.
    Həzrət buyurdu: – Yandırılmaq üçün hazır ol!
    Kişi ayağa qalxıb iki rəkət namaz qıldı, namazdan sonra Allah dərgahına belə ərz etdi: – "Pərvərdigara! Mən öz günahımdan (tövbə edərək) Sənin dərgahına qayıdıram. Onun axirət cəzasından qorxduğum üçün Sənin Peyğəmbərinin canişini və əmioğlusunun yanına gəlib məni paklamasını istədim. O da məni üç cəzadan birini seçməkdə ixtiyar sahibi etdi. Pərvərdigara! Mən onların ən ağırını seçdim. Səndən istəyirəm ki, bu cəzanı günahımın kəffarəsi (cəriməsi) qərar verərək məni cəhənnəm odunda yandırmayasan."
    Sonra ayağa qalxdı, ağlar halda onun üçün qazılan çalaya tərəf getdi, odun zəbanə çəkən şölələrinə baxdı. Bu zaman Əli (ə) buyurdu: – Ay kişi! Ayağa qalx! Göylərin və yerin mələklərini ağlatdın, Allah sənin tövbəni qəbul etdi. Ayağa qalx və bir daha belə günahları təkrar etmə!("Fürui-Kafi", "kitabul-hüdud", "əl-axiru min sifətir-rəcm" babı, 1-ci hədis; "Təhzib", "hüdudüz-zina" babı, 23-cü hədis; "Mən la yəhzuruhul-fəqih", "ma yəcibu bihit-təziru vəl-həddu vər-rəcm" babı, 32-ci hədis. )
    Müəllif: 7-ci fəslin 7-ci rəvayətində qeyd olunacağı kimi, əgər bir şəxsə, öz iqrar və etirafı nəticəsində hədd (cəza) vacib olsa, İmam onu bağışlaya bilər. Amma əgər iqrar nəticəsində deyil, dəlil əsasında sübuta yetsə, bağışlaya bilməz. Əlbəttə, bu haqq da yalnız məsum imama məxsusdur, belə ki, İmam Məhəmməd Baqir (ə) buyurur: "(Məsum) İmamdan başqa heç kəs Allaha məxsus olan hədd-hüdudu əfv edə bilməz."
    BEŞİNCİ FƏSİL
    Hadisənin tamamilə anlaşilmaz və müəmmali olduğu hallarda əli (ə)-in mühakimələri
    1-SƏRXOŞ HALDA DAVA-DALAŞ
    Əli (ə)-ın xilafəti dövründə o Həzrətə xəbər verdilər ki, dörd nəfər sərxoş halda bir-biri ilə vuruşmuş, bir-birini bıçaqla yaralamışlar. İmam (ə)-ın əmri ilə onları tutub saxladılar ki, ayılandan sonra onları mühakimə etsin. Onlardan ikisi ağır yara aldığına görə zindanda öldü. Qətlə yetirilənlərin qəyyumları Əli (ə)-ın yanına gəlib sağ qalanlardan qisas alınmasını tələb etdilər. Əli (ə) onlara buyurdu: – Siz haradan bilirsiniz ki, onları diri qalan bu iki nəfər öldürmüşdür?! Bəlkə elə onların özü bir-birini yaralayıb öldürmüşlər?
    Dedilər: – Biz bilmirik. Belə isə, Allahın sizə ver-diyi elmdən istifadə edərək onların arasında hökm edin.
    İmam (ə) buyurdu: – Öldürülən iki nəfərin diyəsi (mənsub olduqları) dörd qəbilənin hər birinin öhdəsinədir. Yaralanmış (sağ qalan) iki nəfərin yaralanma qan bahası çıxıldıqdan sonra yerdə qalan miqdar öldürülənlərin qəyyumlarına verilməlidir.("Fürui-Kafi", "əl-axiru min həddil-livat" babı, 1-ci hədis; "Təhzib", "əl-hüdudu fil-livat" babı, 7-ci hədis. Qəribədir ki, Ömər dini qayda-qanunların əksinə olaraq camaatı öz (gizlin) günahlarını iqrar etməyə məcbur edirdi. Belə ki, 7-ci fəslin 7-ci rəvayəti bu mətləbi sübuta yetirir. )
    2-BİR NƏFƏR SUDA QƏRQ OLUR
    Altı nəfər Fərat çayında çimir və suda oynayırdılar. Onlardan biri suya batıb boğuldu, səbəbkarın kim olması barədə aralarında ixtilaf yarandı və münaqişənin həll edilməsi üçün Əli (ə)-a müraciət etdilər. Onlardan iki nəfər şəhadət verərək dedi ki, o biri üç nəfər onu qərq etmişdir. Həmin üç nəfər də şahidlik edib dedilər ki, o iki nəfər onu qərq etmişlər. Əli (ə) onun diyəsini beş bərabər hissəyə böldü, iki hissəsini iki nəfər tərəfindən əleyhinə şahidlik edilən üç nəfərin öhdəsinə, üç hissəsini isə üç nəfər tərəfindən əleyhinə şəhadət verilən iki nəfərin öhdəsinə qoydu.(Şeyx Müfid bu hədisi nəql etdikdən sonra yazır: "O Həzrətin bu şəxslər barəsində verdiyi hökm həqiqətə çatmaq üçün təsəvvür olunan yeganə hökmdür. Çünki şahid yoxdur ki, onların vasitəsi ilə qatil öldürüləndən seçilə bilsin, yaxud qətlin qəsdən baş verdiyi sübut olunsun və bu hökm xata üzündən baş verən qətldə və qatilin səhvə düşdüyü hallardadır. Çünki öldürülənlərin qan bahası hər dörd qəbilənin üzərinə qoyulur və yaralananların yaralarının qan bahası ondan çıxılır. O Həzrət "öldürülən iki nəfərin diyəsi dörd qəbilənin üzərinədir"-dedikdə hər ikisinin birlikdə diyəsini nəzərdə tutur. Əks halda, onlardan hər birinin diyəsi öz qəbilələrindən başqa yerdə qalan üç qəbilənin öhdəsinədir. (Müəllif) "İrşad" (Şeyx Müfid), "qəzayahu (ə) fi xilafətih"; "Mən la yəhzur", "diyat" kitabı, "Hökmür-rəculi yəqtulur-rəculəyn" babı, 7-ci hədis; "Təhzib", "Kitabud-diyat", "Əl-iştiraku fil-cinayat" babı, 5-ci hədis. )
    Şeyx Müfid "İrşad" kitabında bu hadisəni nəql etdikdən sonra yazır: "Bu məsələdə o Həzrətin apardığı mühakimədən də yaxşı bir mühakimə təsəvvür olunmur."
    3-ŞİRİN YEMİ
    Bir neçə nəfər bir şiri çalaya salmışdı. Camaat şirə tamaşa etmək üçün izdiham yaratdılar. Birdən çalanın yanında dayanmış bir nəfərin ayağı sürüşdü, o əlini atıb yanındakından yapışdı, o da üçüncüsündən, o da dördüncüsündən yapışdı və hamısı çalaya düşərək şirə yem oldular.
    Yəməndə baş verən bu hadisə zamanı Əli (ə) da orada idi. O Həzrətə xəbər verdilər, Həzrət onların barəsində belə mühakimə yürütdü: "Birincisi şirə yem olub və bundan əlavə o, (onun vərəsələri) diyənin üçdə birini ikinciyə (ikincinin vərəsələrinə), ikinci də (onun vərəsələri) diyənin üçdə ikisini üçüncüyə (onun vərəsələrinə), üçüncü də (onun vərəsələri) tam bir diyəni dördüncüyə (onun vərəsələrinə) verməlidir."
    Peyğəmbər (s.ə.v.v) bu mühakimədən xəbərdar olduqda buyurdu: "Əbəl-Həsən Allah hökmü əsasında hökm vermişdir!"("İrşad" (Şeyx Müfid), "Qəzayahu (ə) fi xilafətih"; "Fürui-Kafi", "Kitabud-diyat", 6-cı hədis; "Təhzib", "Kitabud-diyat", "Əl-iştiraku fil-cinayat" babı, 3-cü hədis. )
    Müəllif: Bu cür bölgünün səbəbi bundan ibarətdir ki, birinci şəxsin özü düşmüşdür, bundan əlavə, başqa bir adamı da özü ilə çalaya salmışdır. Buna görə də onun diyə almağa haqqı yoxdur, çünki onun ölümü özünə istinad verilir. İkinci şəxsin ölümünün səbəbi üç şeydən biri ola bilər: – 1-Birinci şəxsin çəkməsi; 2-Üçüncü şəxsin onun üstünə düşməsi; 3-Dördüncü şəxsin onun üstünə düşməsidir ki, onun özü bais olmuşdur. Buna əsasən, onun qətlinin birinci şəxsə istinad verilməsi ehtimalı üçdə birdir. İmam (ə) da diyənin üçdə birini birinci şəxsin öhdəsinə qoymuşdur. Üçüncü şəxsin ölümünün səbəbi isə dördüncü şəxsi dartıb öz üstünə salması ola bilər ki, bu halda ölümünün səbəbi özü olmuşdur;, yaxud da birinci və ya ikinci şəxsin onun üstünə düşməsi nəticəsində ola bilər ki, bunun səbəbi ikinci şəxsdir. İmam (ə) da diyənin üçdə ikisini ikinci şəxsin öhdəsinə qoymuşdur. Dördüncü şəxsin ölümünün səbəbi şəksiz üçüncü şəxsə istinad verildiyindən onun bütün diyəsi üçüncü şəxsin öhdəsinədir və İmam (ə) da məhz bu əsasda hökm vermişdir.
    4-ÇIMDIKLƏMƏ ÖLÜMƏ SƏBƏB OLUR
    Əli (ə) Yəməndə olanda o Həzrətə xəbər verdilər ki, bir qız oyun zamanı başqa bir qızı çiyninə almış, bu zaman üçüncü bir qız onu çimdikləmişdir. O da özündən asılı olmayaraq tullanmış, çiynində olan qızı yerə atmış və bu da onun ölümü ilə nəticələnmişdir.
    İmam (ə) buyurdu: – Öldürülənin diyəsinin üçdə biri onu çiyninə alan qızın, üçdə biri onu çimdikləyən qızın, qalan üçdə biri də onun öz öhdəsinədir ki, oynayarkən əbəs yerə onun çiyninə minmişdir.
    Bu xəbər Peyğəmbəri Əkrəm (s.ə.v.v)-ə çatdıqda onu təsdiqləyərək düzlüyünə şəhadət verdi.("İrşad (Şeyx Müfid), "Qəzayahu (ə) fi hali həyatin-Nəbiyy (s.ə.v.v)", səh.105; "Fürui-Kafi", 7-ci cild, səh.286, "Təhzib", "Diyat" kitabı, "Əl-iştiraku fil-cinayat" babı, hədis-2 )
    5-ƏMANƏT
    Bir nəfər iki dinar, digəri isə bir dinar pulu üçüncü bir şəxsə əmanət verdilər, onun bir dinarı tələf oldu. Əli (ə) onların barəsində buyurdu: "Qalan iki dinardan biri iki dinar sahibinə məxsusdur, digər bir dinar da o iki şəxsin arasında yarı-yarı bölünməlidir."("İrşad (Şeyx Müfid), Qəzayahu (ə) vən-Nəbiyyu (s.ə.v.v) həyyun" bölməsi. )
    Bu hədisin oxşarını mərhum Şeyx Səduq və Şeyx Tusi İmam Sadiq (ə)-a istinadən nəql edib demişlər ki, iki nəfər iki dirhəm pul üstündə bir-biri ilə dalaşırdılar, onlardan biri o iki dirhəmin hər ikisinin özününkü olduğunu, digəri isə birinin onun olduğunu deyirdi.
    O Həzrət buyurdu: "Bir dirhəmi iddia edən şəxs digər bir dirhəmdə heç bir haqqı olmadığını etiraf edir. Münaqişəli olan digər bir dirhəm də onların arasında yarı bölünməlidir."("Mən la yəhzur", 16-cı bab, "Əs-sülh", hədis12; "Təhzib", "Sülh" babı, hədis14. )
    Həmçinin, Şeyx Kuleyni, Səduq və Şeyx Tusi İmam Məhəmməd Baqir (ə)-a istinadən nəql etmişlər ki, o Həzrətdən soruşuldu: Bir nəfər bir qulam almaq istəyir, satıcı alıcıya iki qulam verir ki, onlardan birini seçib özü üçün götürsün, digərini isə sahibinə qaytarsın, bir qulamın pulunu da müştəridən alır. Alıcı hər iki qulamı evinə aparanda, onlardan biri yol əsnasında qaçır.
    O Həzrət buyurur: "Müştəri qalan qulamı sahibinə qaytarıb satıcıya verdiyi pulun yarısını da geri alar və qulamı tapmaq üçün axtarış aparar. Əgər onu tapsa, onlardan hansı birini seçib saxlamaqda ixtiyar sahibidir, satıcıdan aldığı pulun yarısını da ona qaytaracaqdır. Əgər qulamı tapa bilməsə, hər ikisinin malından getmiş olur: yarısı satıcının, yarısı isə alıcının hesabından.("Mən la yəhzur", "Sülh" babı, 8-ci hədis; "Təhzib", "Əs-sülhü bəynən-nas" babı. )
    6-İQRAR
    Bir nəfər iki şəxsdən birinə min dirhəm pul borclu olduğunu iqrar etdi, lakin onlardan hansı birinə borclu olduğunu aydınlaşdırmadı. Həmin halda da dünyadan getdi. Əmirəl-möminin Əli (ə) buyurdu: "Əgər o iki şəxsdən biri özünün (ölən şəxsə) borc verməsinə dair şahid gətirsə, dirhəmlər ona veriləcəkdir, əgər gətirə bilməsə, onların arasında yarı bölünməlidir."("Fürui-Kafi", "Əl-məişət" kitabı, "Nəvadir" babı, 1-ci hədis; "Təhzib", 7-ci cild, səh.82, 68-ci hədis. )
    7-ŞAHİDLƏRƏ MÜTƏNASİB OLAN BÖLGÜ
    İki nəfərdən hər biri bir atın sahibi olduğunu iddia edirdi. Onlardan birinin iki şahidi, digərinin isə beş şahidi var idi. Əli (ə) onun (qiymətinin) iki hissəsini birinci şəxs üçün, beş hissəsini isə ikinci şəxs üçün qərar verdi.("Fürui-Kafi", "Vəsaya" kitabı, "Nəvadir" babı, hədis-5 )
    Category: Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri | Added by: Islam_Kitabxanasi
    Views: 985 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024