İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri

    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri
    2012-01-24, 7:02 AM
    ALTINCI FƏSİL
    HADISƏNIN ZAHIRI GÖRÜNÜŞÜNÜN GERÇƏKLIKLƏ FƏRQLI OLDUĞU HADISƏLƏRDƏ QƏZAVƏT
    1-HİYLƏGƏR QADIN
    Bir qadın gecə ikən özünü bir kişinin kənizinin surətinə saldı, kişi də öz kənizi olduğunu güman edərək onunla yaxınlıq etdi. Bu hadisəni Ömərə dedilər, Ömər onun hökmünü Əli (ə)-dan soruşdu. Həzrət buyurdu: "Kişiyə gizlində, qadına isə aşkarda hədd vur." ("Fürui-Kafi", "Əl-qəzau vəl-əhkam" kitabı, "Nəvadir" babı, hədis-23 )
    Müəllif: Bu rəvayət bu mənaya yozulur ki, Həzrət Əli (ə) həmin kişinin həqiqəti bildiyini və yalandan gizlətdiyini bilirdi.
    2-CAMAATA ƏZAB-ƏZİYYƏT VERMƏK
    Bir nəfər başqasına dedi: "Yuxuda gördüm ki, sənin ananla yaxınlıq edirəm." Kişi qəzəbləndi və Əli (ə)-a şikayət edərək dedi: – Bu kişi mənə nalayiq sözlər deyir!
    Həzrət buyurdu: – Nə deyir?
    Dedi: – Deyir ki, yuxuda mənim anamla yaxınlıq etmişdir.
    Əli (ə) ona buyurdu: – Sən ona ədalət əsasında cəza vermək istəyirsənsə, mən onu günün altında saxlayım, sən də onun kölgəsinə şallaq vur. Çünki yuxu kölgə kimidir. Amma mən onun özünə şallaq vuracağam ki, bir daha müsəlmana əziyyət verməsin.("Fürui-Kafi", "Hüdud" kitabı, "Nəvadir" babı, 13-cü hədis. )
    YEDDİNCİ FƏSİL
    Çoxlu hökmlərə malik olan, zahirdə isə yalnız bir hökmün mövcud olduğu təsəvvür olunan hadisələrdə qəzavət
    1-MÜXTƏLİF HÖKMLƏR
    Beş nəfəri zina edən halda tutub Ömərin yanına gətirdilər. Ömər onların hamısına hədd vurulmasını əmr etdi. Əli (ə) da orada idi və hadisənin nəticəsini izləyirdi. Sonra Ömərə üz tutub buyurdu: – Onların barəsində verdiyin bu hökm düzgün deyil.
    Ömər dedi: – Elə isə, onların barəsində özünüz hökm verin.
    İmam Əli (ə) onlardan birini irəli çəkib boynunu vurdu, ikincisini daş-qalaq etdi, üçüncüsünə yüz şallaq vurdu, dördüncüsünə əlli şallaq vurdu, beşincisinə isə yalnız bir neçə şallaq zərbəsi vurdu. Öməri və onun ətrafındakıları heyrət bürüdü.
    Ömər dedi: – Ya Əbəl-Həsən! Hamısı eyni günaha batan beş nəfərə beş müxtəlif hökm icra etdin?!
    Həzrət buyurdu: – Boynunu vurduğum birinci şəxs zimmi kafir idi. Zimmə şərtlərini pozduğuna görə onun hökmü öldürülmək idi. Daş-qalaq etdiyim ikinci şəxsin öz arvadı var idi və onun zinası "möhsinə" zina idi, onun hökmü də daş-qalaq edilmək idi. Yüz şallaq vurduğum üçüncü şəxs subay idi. Həddin yarısını vurduğum dördüncü şəxs qulam idi və onun da həddi azad insanların həddinin yarısı qədərdir. Bir neçə şallaq zərbəsi ilə ədəbləndirdiyim beşinci şəxs isə dəli idi və onun həddi yoxdur, lakin bir neçə şallaqla tənbeh olunmalı idi.("Fürui-Kafi", "Hüdud" kitabı, "N əvadir" babı, 19-cu hədis. )
    Bu məsələ ilə əlaqədar nəql olunur ki, Əbdürrəhman ibni Həssan ibni Sabit və Əbdürrəhman ibni Həkəm ibni Əbil-As bir-birini zinakarlıqda müttəhim etdilər. Hadisə Müaviyənin qulağına çatdıqda öz valisi Mərvana göstəriş verdi ki, onları ədəbləndirib tənbeh etsin. Mərvan Əbdürrəhman ibni Həssana səksən şallaq, Əbdürrəhman ibni Həkəmə isə 20 şallaq vurdu. Bəziləri Əbdürrəhman ibni Həssana dedilər: – Mərvanın səninlə öz qardaşı arasında qoyduğu ayrı-seçkiliyə görə hadisəni Müaviyəyə xəbər ver ki, onu cəzalandırsın.
    Əbdürrəhman ibni Həssan onların cavabında dedi: "Allaha and olsun ki, bu işi görmərəm! Çünki Mərvan mənə azad insanların həddini, qardaşına isə qul həddinin yarısı olan 20 şallaq vurmuşdur." Bu söz Mərvana çox ağır oturdu.("Fürui-Kafi", "Hüdud" kitabı, "Nəvadir" babı, 26-cı hədis; "Təhzib", "Hüdud" kitabı, "Hüduduz-zina", 188-ci hədis. )
    2-HƏDDİ-BÜLUĞA ÇATMAYAN ŞƏXSİN ZİNASI
    Həddi-büluğa çatmayan oğlan uşağı ərli bir qadınla zina etmişdi. Ömər göstəriş verdi ki, qadını daş-qalaq etsinlər. Əli (ə) ona buyurdu: "Onu daş-qalaq etmək düzgün deyildir; ona yalnız şallaq vurulmalıdır. Çünki onunla yaxınlıq edən şəxs həddi-büluğa çatmamışdır." ("Kamil" (Mubərrəd), 1-ci cild, səh.154 )
    3-ÖMƏRİN SƏHVİ
    Arvadı Yəməndə olan yəmənli bir kişi Mədinədə zina etmişdi, Ömər onun daş-qalaq olunmasına hökm verdi. Əli (ə) ona buyurdu: "Onun daş-qalaq olunması düzgün deyildir, çünki onun arvadı yanında deyil. Ona təkcə şallaq vurulmalıdır."
    Bu zaman Ömər dedi: "Allah məni, Əbəl-Həsənin olmadığı heç bir müşkül işdə salamat qoymasın!"("Mənaqib" (Sərvi), "Qəzayahu fi əhdis-sani". )
    4-TƏHDİD ÜZÜNDƏN ALINAN İQRAR
    Zina ilə müttəhim olunan hamilə bir qadını Ömərin yanına gətirdilər. Ömər qəzəblə ondan nə etdiyini soruşduqda, qadın zina etdiyini boynuna aldı. Ömər onun daş-qalaq olunmasına dair hökm verdi. Qadını cəzalandırmağa aparanda Əli (ə) onlarla qarşılaşdı, məmurlara buyurdu: – Bu qadınla nə işiniz var?
    Dedilər: – Ömər onun qətlinə hökm verib.
    Əli (ə) onları Ömərin yanına qaytardı və buyurdu: – Sən bu qadının daş-qalaq olunmasına hökm vermisən?!
    Ömər dedi: – Bəli! Çünki zina etdiyini boynuna aldı.
    İmam (ə) ona buyurdu: –O qadının özü günahkar olduğuna görə onun barəsində belə hökm verməyə haqlısan, amma onun bətnindəki uşaq barəsində nə haqqın var?! Məncə, sən onu qorxutmusan və nəticədə iqrar etmişdir.
    Ömər dedi: – Bəli, belədir.
    Əli (ə) ona buyurdu: – Rəsuli Əkrəm (s.ə.v.v)-in "İşkəncə üzündən iqrar edən şəxsə hədd cari edilməz. Həbs və təhdid ilə etiraf edən şəxsin iqrarı da təsirsizdir" - deyə buyurduğunu eşitməmisənmi?!
    Ömər o qadını azad edib dedi: "Dünya qadınları Əliyyibni Əbi Talib kimi bir şəxsiyyət doğmaqda acizdirlər! (Sonra dedi:) Əgər Əli olmasaydı, Ömər həlak olardı!"("Mənaqib" (Sərvi), "Qəzayahu fi əhdis-sani". )
    5-BEYTÜL-MALIN ƏHƏMİYYƏTİ
    Biri beytül-malla alınan, digəri isə bir kişinin mülkiyyətində olan iki qulam beytül-maldan oğurluq etdilər. Əli (ə) buyurdu: "Beytül-maldan alınan qulama hədd vurulmur, çünki Allah malının bir qismi digər qismini yemişdir." Sonra digərini çağıraraq onun əlini kəsdi və buyurdu: "Ona ət və yağ yedirdin ki, yarası sağalsın."("Kəşful-ğumməh", 1-cild, səh.149 )
    6-OĞRUNUN HƏBS EDİLMƏSİ
    Bir oğrunu Ömərin yanına gətirdilər, Ömər onun əlini kəsdi. O ikinci dəfə oğurluq etdikdə yenə də Ömərin yanına gətirdilər. Ömər onun bir ayağını kəsdi. Üçüncü dəfə oğurluq etdikdə Ömər onun o biri əlini kəsmək istədi, amma Əli (ə) ona buyurdu: "Belə iş görmə! Çünki artıq onun bir əlini və bir ayağını kəsmisən, indi onu həbs etməlisən."("Fürui-Kafi", "Hüdud" kitabı, "Nəvadir " babı, 24-cü hədis )
    7-CƏZANIN GÜZƏŞTƏ GEDİLMƏSİ
    Bir nəfər Əli (ə)-ın yanına gələrək etiraf etdi ki, oğurluq etmişdir. İmam (ə) buyurdu: – Qurandan bir şey bilirsənmi?
    Dedi: – Bəli, "Bəqərə" surəsini bilirəm.
    Buyurdu: – Sənin əlini o surəyə bağışladım.
    Əşəs dedi: – İlahi cəza qanunlarını tətil (ləğv) edirsənmi?!
    Əli (ə) ona buyurdu:–Axı sən Allahın hökmlərindən nəyi bilirsən?! (Sonra buyurdu:) Əgər hədd (cəza qanunu) şahid əsasında isbat edilsə, İmam onu əfv edə, güzəştə gedə bilməz. Amma əgər hədd cinayətkarın öz iqrarı əsasında sübut olunsa İmam onu əfv etməklə həddi icra etməkdə ixtiyar sahibidir.("Fürui-Kafi", "Hüdud" kitabı, "Nəvadir" babı, 24-cü hədis )
    8-İPƏ-SAPA YATMAYAN HEYVAN
    Əli (ə) ipə-sapa yatmayan heyvanların birinci dəfə vurduğu xəsarətlərin zəmanətə səbəb olmasını demirdi. Lakin sonrakı dəfələrdə mal sahibini zamin bilirdi.
    Müəllif: Xəsarət vurulan birinci dəfədə mal sahibinin zamin olmamasının səbəbi onun məlumatsız olmasıdır. Lakin sonrakı dəfələrdə sahibi bu heyvanın vəziyyətindən agah olduğuna görə onu nəzarət altında saxlamağa vəzifəlidir.("Mən la yəhzur", "Hüdud" kitabı, "Həddus-sirqəti", 9-cu hədis )
    Category: Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri | Added by: Islam_Kitabxanasi
    Views: 786 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024