İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri

    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri
    2012-01-24, 7:00 AM
    ONUNCU FƏSİL
    SƏHVƏN BAŞ VERƏN HADISƏLƏRIN HÖKMÜ
    1-LƏYAQƏTSİZLƏRİN RƏHBƏRLİYİ
    Rəsuli Əkrəm (s.ə.v.v) dünyadan getdikdən sonra Əbu Bəkr xəlifə oldu. Bir gün şərab içmiş olan bir kişini onun yanına gətirdilər ki, onu cəzalandırsın. Əbu Bəkr ona dedi: – Şərab içmisən?
    Dedi: – Bəli.
    Əbu Bəkr: – Haram olduğu halda nə üçün içmisən?
    Kişi: – Mən yaxınlıqdakı qəsəbələrdən birində yaşayan müsəlmanam, oranın əhalisi şərab içir və onu halal sayırlar. Mən onun haram olmasından əsla agah deyildim. Əgər İslam dinində onun haram olmasını bilsəydim, sözsüz onu tərk edərdim.
    Əbu Bəkr Ömərə dedi: – Bu barədə nə deyirsən?
    Ömər dedi: – Bu çətin bir məsələdir, onu yalnız Əli həll edə bilər.
    Əbu Bəkr öz qulamına dedi: – Get Əlini çağır.
    Ömər dedi: – Yaxşı olar ki, biz onun yanına gedək.
    Sonra birlikdə o Həzrətin yanına getdilər. Salman Farsi o Həzrətin yanında idi. Hadisəni Salmana dedilər, Salman da bunu İmam (ə)-a çatdırdı. İmam (ə) Əbu Bəkrə buyurdu: – Bir nəfəri onunla göndər, mühacir və ənsarın evlərinin hamısını gəzdirsin. Hər kəs şərabın haram edilməsi ayəsini onun üçün oxuyubsa, buna şahidlik versin. Amma əgər heç kəs (şərabın haram edilməsi ayəsini) onun üçün oxumayıbsa, ona hədd cari olmaz.
    Əbu Bəkr o Həzrətin göstərişinə əməl etdi. Heç kəs şərabın haram edilməsi ayəsini ona oxuduğunu demədi və o kişi azad edildi.
    Salman dedi: – Ya Əmirəl-möminin! Siz bunlara yol göstərib, onları hidayət etdiniz.
    Əli (ə) buyurdu: – Bəli, aşağıdakı ayənin həm mənim, həm də onların barəsindəki tövsiyəsini yeniləşdirmək istədim: "Əfəmən yəhdi iləl-həqqi əhəqqu ən yuttəbəə əmmən la yəhiddi illa ən yuhda, fə ma ləkum kəyfə təhkumun("Fürui-Kafi", "Hüdud" kitabı, "Ma yəcibu fihil həddu fiş-şərab" babı, 15-ci hədis ) "Haqqa tərəf hidayət edən şəxs (rəhbər kimi) itaət olunmağa daha layiqdir, yoxsa hidayət olunmayan və yalnız (başqa bir kəs tərəfindən) hidayət olunan şəxs?! Sizə nə olub, necə hökm edirsiniz?!"("Yunis" surəsi, ayə:35 )
    "Əğani" kitabında qeyd olunur ki, Mənzur ibni Zəbban öz atasının başqa arvadı (ögey anası) olan Məlikə ilə izdivac etdi (o, Sənan Mürrinin qızı idi), ondan Haşim, Əbdül-Cabbar və Xovlə adlı üç övlad dünyaya gəldi. Bu izdivac Ömərin xilafətinə qədər davam etdi. Ömər öz xilafəti dövründə bu işdən agah olub onu çağırdı və hadisənin nə yerdə olduğunu soruşdu. O, hadisəni etiraf etdi, lakin bu işin haramlığından xəbərsiz olduğunu iddia etdi. Ömər onu əsr namazına qədər həbs etdi. Sonra onu öz iddiasına dair and içdirdi, o da qırx dəfə and içdikdən sonra Ömər onu azad etdi. Daha sonra ər-arvadı bir-birindən ayırdı.(İmam Sadiq (ə) buyurur: "Əmirəl-möminin Əli (ə) dan qabaq heç kəs belə qəzavət etməmişdir. Bu da Peyğəmbər (s.ə.v.v)-in vəfatından sonra o həzrətin ilk qəzavəti idi." Şeyx Mufid "İrşad" kitabında yazır: "Bu rəvayət həm sünüilərin, həm də şiələrin müttəfiq olduqları xəbərdir." )
    Müəllif: Görəsən, burada and içdirməyə nə əsas var?!
    2-XƏDIM KIŞININ ŞAHIDLIYI
    Qüdamət ibni Məzun şərab içmişdi. Onu Ömərin yanına gətirdilər və iki nəfər də bu hadisəyə şahidlik etdi. Onlardan biri xədim olan Əmr Təmimi, digəri isə Müəlla ibni Carud idi. Onların biri həmin şəxsi şərab içdiyi halda, digəri isə şərabı qaytardığı (qusduğu) vaxtda gördüyünü dedi. Ömər Peyğəmbər (s.ə.v.v) səhabələrindən bir neçəsini yığdı ki, bu çətinliyi həll etməkdə ona kömək etsinlər. Əli (ə) da oraya gəldi. Ömər Əli (ə)-a xitabən dedi: – Ya Əbəl-Həsən! Bu hadisə barəsində sizin nəzəriniz nədir? Çünki Peyğəmbər sizin haqqınızda buyurmuşdur: "Ya Əli! Sənin qəzavətin bütün bu ümmətin qəzavətindən daha səhih, elmin onların elmindən daha artıqdır. İndi bu iki şahidin şəhadətində ixtilaf vardır.
    Əli (ə) buyurdu: – Onların şahidliyində heç bir ixtilaf yoxdur. Qusmağa şəhadət verən şəxs, əslində onun şərab içməsinə də şəhadət vermişdir. Şübhəsiz, o, şərab içibmiş ki, sonradan qaytarmışdır.
    Ömər yenə dedi: – Xədim kişinin şahidliyi qəbul olunurmu?
    İmam Əli (ə) buyurdu: – Bəli. Xədim olmaq eynilə digər üzvlərə malik olmamaq kimidir və şahidliyə heç bir ziyan çatdırmır.(Əğani", 11-ci cild, səh.99 )
    3-QƏRƏZLI MÜXALIFƏT
    Öz ağası ilə "mükatibə" qərarı bağlayan və nəticədə onun üçdə-dörd hissəsi azad olan bir kəniz zina etdi, onu Osmanın yanına apardılar və zina etdiyinə dair şahidlik etdilər. Osman onu necə cəzalandırmaq barədə aciz qaldı. Hadisəni Əli (ə)-dan soruşdu, o həzrət buyurdu: – Ona vurulacaq qamçılar azadlığı ilə kəniz olması nisbətində bölünməlidir.
    Osman bu məsələni Zeyd ibni Sabitdən də soruşdu. Zeyd dedi: – Kənizə azad deyil, kəniz olmaq hesabı ilə qamçı vurulmalıdır.
    Əli (ə) Zeydə buyurdu: – Ona nə üçün təkcə kənizlik hesabı ilə şallaq vurulmalıdır, halbuki onun üçdə-dövd hissəsi azaddır?! İndi ki, ona vahid bir qaydada şallaq vurmaq istəyirlər, onda nə üçün azad olmuş hissəsini nəzərə alıb ona şallaq vurmurlar?! Çünki bu (azad insana vurulan şallağın miqdarı) daha artıqdır.
    Zeyd dedi: – Əgər belədirsə, irsdə də azad insanların payı qədərində irs aparmalıdır!
    Əli (ə) (cədəl formasında) buyurdu: – Bəli, belədir!
    Zeyd bir söz deyə bilmədi. Lakin Osman Zeydin dediyi əsasda hökm etdi. Halbuki höccət ona tamamlanmış, həqiqət aşkar olmuşdu.("Fürui-Kafi", "şəhadət" kitabı, "Nəvadir" bölməsi, hədis-2 )
    4-İKI UŞAĞIN OYUNU
    Əli (ə)-ın xilafəti dövründə iki uşaq bir-biri ilə oynayırdı. Onlardan biri ucu iti olan çəliklə vurub o birisinin dişini sındırdı. Hadisəni Əli (ə)-ın yanında bəyan etdilər. Vuran uşaq şahid gətirib dedi ki, çəliyi atan zaman təhlükə olduğunu bildirmişdi. İmam Əli (ə) ondan qisas hökmünü götürüb, buyurdu: "Daxil olmaq zamanı təhlükəni bildirən şəxs üzürlü sayılır."("İrşad" (Şeyx Müfid), "Qəzayahu fi xilafəti Osman". )
    5-ÜÇDƏ BİRƏ VƏSIYYƏT
    Mal-dövlətinin üçdə-birini vəsiyyət edən şəxs, xata üzündən qətlə yetirildi. Əli (ə) buyurdu: "Onun diyəsinin 1÷3-i də vəsiyyətinin bir hissəsidir."(Fürui-Kafi", "Diyat" kitabı, "Mən la diyətə ləhu" babı, 7-ci hədis, "Mən la yəhzur", "mən la diyətə ləhu" babı, 6-cı, hədis- )
    6-ÖVLADIN DIYƏSI SƏNIN ÖHDƏNƏDIR!
    Bədəxlaq bir qadın barəsində Ömərə xəbər verdilər. Ömər əvvəlcə onu təhdid etdi, sonra hüzuruna çağırdı. Qadın bərk qorxdu və qorxunun şiddətindən doğuş ağrısı başlandı. Bir evə pənah aparıb uşağı dünyaya gətirdi. Körpə o qədər ağladı ki, axırda öldü. Ömər bu xəbəri eşidəndə çox narahat oldu, canına qorxu düşdü. Bu məclisdə olanlar ona ürək-dirək verib dedilər: – Ey xəlifə! Sən bu barədə heç bir məsuliyyət daşımırsan (uşağın qanbahası sənin öhdənə deyil).
    Ömər dedi: – Gedin, bu məsələnin hökmünü Əlidən soruşun.
    Məsələni Həzrət Əli (ə)-dan soruşduqda buyurdu: – Əgər siz ictihad edib bu sözü ona (Ömərə) demisinizsə, haqqa çatmamısınız. Əgər fikirləşmədən demisinizsə, yenə də xataya yol vermisiniz. (Sonra Ömərə buyurdu:) Uşağın diyəsi sənin öhdənədir.("Təhzib", "diyə" kitabı, "Ziyadat" babı, 8-ci, hədis )
    7-HAQDA IXTIYAR SAHIBI OLMAQ
    Bir nəfər başqasını, bir gözü olduğu halda, vurub kor etdi. Həzrət Əli (ə) gözü çıxarılan şəxsi iki haqq arasında ixtiyar sahibi etdi: 1-Bir gözün diyəsini almaqla xəsarət vuranın bir gözünü kor etmək; 2-Kamil bir diyə alıb, qisas haqqından keçmək.("Fürui-Kafi", "Diyat" kitabı, "Nəvadir" babı, "Təhzib", "Diyat" kitabı, "ziyadat" babı, hədis-6, "Nəhcül-bəlağə"nin şərhi (İbni Əbil Hədid) )
    8-HƏDDIN TƏXIRƏ SALINMASI
    Əli (ə) buyurur: "Dörd qism qadın üçün cəza tədbirinin icra olunması müəyyən vaxta qədər təxirə salınmalıdır: 1-2-3-Müstəhazə, haiz və nəfsa qadınlardan – pak olana qədər; 4-Hamilə qadından – övladını dünyaya gətirənə qədər."("Fürui-Kafi", "Diyat" kitabı, "Diyətu eynul-əma" babı, hədis-1, "Təhzib", "Diyat" kitabı, "diyətu eynul əvər" babı, hədis-2 )
    9-ƏDƏBLƏNDIRMƏ
    Başqasının yataq yerində görünən bir kişini Əli (ə)-ın yanına gətirdilər. Həzrət göstəriş verdi ki, onu ğaitlə aludə etsinlər.("Cəfəriyyat", "Təharət" kitabı, "Dəful-həddi ənil-haiz" babı, səh.25 )
    Hüseyn ibni Xalid deyir. Əli (ə)-dan soruşdum: – Möhsinə zinaya mürtəkib olan və daş-qalaq edilən zaman qaçan bir şəxs yenidən qaytarılmalıdırmı?
    Həzrət buyurdu: – Bir halda qaytarılır, digər hallarda isə yox. Əgər onu, öz iqrarı nəticəsində cəzalandırırlarsa (qaçdığı zaman) qaytarmırlar; əgər dəlil-sübut əsasında cəzalandırırlarsa və özü də inkar edirmişsə, onu qaytarıb kamil hədd icra etməlidirlər.
    Sonra buyurdu: – Bu təfsilatı Peyğəmbəri Əkrəm (s.ə.v.v) buyurmuşdur. Maiz ibni Malik o həzrətin yanına gəlib zina etdiyini etiraf etdi və hədd vurulan zaman qaçdı. Zübeyr ibni Əvam dəvənin bud sümüyünü ona tərəf ataraq onu yerə sərdi. Camaat onun üstünə tökülüb döyə-döyə öldürdülər. Sonra bu hadisəni Peyğəmbər (s.ə.v.v)-ə dedilər. Həzrət buyurdu: "Nə üçün Maizi (qaçdığı zaman) boşlamadınız?! Çünki o, günahını özü eti-raf etmişdi. Bu halda qaçarsa, azad olunur. (Sonra buyurdu:) Əgər Əli sizin yanınızda olsaydı, yolunuzu azmazdınız."
    Sonra Maizin qan bahasını beytül-maldan onun qəyyumlarına verdi.("Mən la yəhzur", "Hüdud" kitabı, "ma yəcibu bihit-təzir" babı, hədis-28 )
    10-İDDIANIN SINAQDAN KEÇIRILMƏSI
    Bir qadın bir ayda üç dəfə heyz gördüyünü iddia edirdi. Əli (ə) buyurdu: "Ona məhrəm olan qohumlarından soruşun, görün keçən aylarda da belə olubdurmu? Əgər buna şahidlik versələr, iddiası qəbul olunur. Əks halda yalan demişdir."(Fürui-Kafi", "Hüdud" kitabı, "Sifətur-rəcm "babı, hədis-5 )
    11-MƏNIM DƏ BUNDAN ARTIQ CAVABIM YOX IDI
    Bir gün İmam Həsən (ə) öz atasının çıxış edəcəyi məclisdə oturmuşdu və atası hələ gəlməmişdi. Bir dəstə adam gəldi və ondan atası Əli (ə)-ın harada olduğunu soruşdular. İmam Həsən (ə) onlardan "Sualınız nədir?" - deyə soruşdu, onlar dedilər: – Bir nəfər öz arvadı ilə yaxınlıq etdikdən sonra həmin arvad başqa bir qızla müsahiqə etmiş("Təhzib", "nisa" babı, səh.175 )və qız da bu yolla hamilə olmuşdur. Bunun hökmü nədir?
    İmam Həsən (ə) buyurdu: – Bu çətin bir məsələdir ki, onun cavabı Əbəl-Həsənin öhdəsinədir. Lakin mən sizin cavabınızı deyəcəyəm... Əvvəla, o qadın qızın mehriyyəsini verməlidir, çünki doğuş zamanı qızın bakirəliyi aradan gedəcək. İkincisi, qadın daş-qalaq edilməlidir, çünki əri ola-ola böyük bir günaha mürtəkib olubdur. Üçüncüsü, qız övladını dünyaya gətirdikdən sonra ona zina həddi vurulmalı, övlad da nütfənin sahibinə qaytarılmalıdır.
    Onlar qayıdarkən yolda Əmirəl-möminin Əli (ə) ilə rastlaşdılar. Həzrət onlara buyurdu: – Oğlum Həsəndən nə soruşdunuz və o sizə nə cavab verdi?
    Onlar öz suallarını və imam Həsən (ə)-ın verdiyi cavabı dedilər. Həzrət buyurdu: – Əgər bu məsələni məndən soruşsaydınız, mənim də bundan ayrı cavabım olmazdı.(Qadınların bir-biri ilə cinsi əlaqədə olmasına müsahiqə deyilir. (Müt.) )
    12-BU NAHIYƏDƏ BELƏ CINAYƏT BAŞ VERMƏMIŞDIR
    İbni Əbil-Cəsri bir kişinin onun arvadı ilə zina etdiyini görüb, onu qətlə yetirdi. Onu həmin məntəqənin məhkəməsinə göndərdilər. Hakimlər heç bir cavab verə bilmədilər. Buna görə də Müaviyə Əbu Musa Əşəriyə yazdı ki, bu məsələnin hökmünü məxfi şəkildə Əli (ə)-dan soruşsun. Əbu Musa Əşəri bunu soruşan zaman Həzrət buyurdu: – Allaha and olsun, belə bir cinayət bu nahiyələrdə baş verməmişdir! De görüm, bu hadisəni haradan (yazıb) sənə göndəriblər?
    Əbu Musa dedi: – Onu Müaviyə mənim üçün yazıb göndərmişdir.
    Əli (ə) buyurdu: – Əgər qatil, öz lehinə şəhadət vermələri üçün dörd nəfər şahid gətirə bilsə öhdəsində heç nə yoxdur. Əks halda, öldürülənin diyəsini onun qəyyumlarına verməlidir.("Fürui-Kafi", "Hüdud" kitabı, hədis-1 )
    13-BURADA ƏLI GƏLMƏLIDIR!
    Bir nəfər Ömərin yanına gəlib dedi: – Müsəlman olmazdan əvvəl arvadıma bir dəfə təlaq vermişdim, müsəlman olduqdan sonra da iki dəfə təlaq vermişəm (indi onunla izdivac edə bilərəmmi, yoxsa mühəllil("Mən la yəhzur", "Diyat" kitabı, "Nəvadir" babı, hədis-9 ) lazımdır?)
    Ömər sükut etdi, o kişi dedi: – Bəs nə deyirsən?!
    Ömər dedi: – Bu məsələyə cavab vermək üçün gərək Əli gəlsin.
    O kişi Əli (ə)-ın gəlişinə qədər gözlədi. Həzrət gəldikdən sonra Ömər o kişiyə dedi: – İndi məsələni Əlidən soruş.
    O həzrət cavabında buyurdu: – İslam küfr (kafirlik) halında baş verən hər bir şeyi məhv edir. Sən öz arvadınla bir daha izdivac edə bilərsən.(Yəni üç dəfə təlaq veriləndən sonra qadının ərə getdiyi digər bir kişi-red. )
    14-KƏNIZIN TƏLAQLARININ SAYI
    Sərvi "Mənaqib" kitabında yazır ki, bir kişi Ömərin yanına gəlib kənizin təlaqlarının sayı barəsində sual etdi. Ömər cavabını vermədi və Əli (ə)-a üz tutub dedi: – Bu kişiyə təlaqların sayını neçə deyim?
    O həzrət barmaqları ilə işarə etdi ki, iki dəfə. Ömər o kişiyə dedi: – Bu kişini tanıyırsanmı?
    O kişi "Xeyr!" - deyə cavab verdi, Ömər dedi:–Bu, əzəmət və alicənablıq sahibi olan Əliyyibni Əbitalibdir.("Mənaqib" (Sərvi), "Qəzayahu fi əhdis-sani", 1-ci cild, səh.495 )
    15-OSMAN BILMƏDI
    Bir nəfərin biri ənsardan, digəri isə Bəni-Haşimdən olmaqla iki arvadı var idi. Ənsardan olan arvadına təlaq verdi və bir neçə müddətdən sonra vəfat etdi. O qadın Osmanın yanına gəlib "ərim vəfat edən zaman təlaq iddəsində idim" - deyə şəhadət verdi və əlavə etdi ki, mən ondan irs aparmalıyam. Osman bu məsələnin hökmünü bil-mədi və onu Əli (ə)-dan soruşdu, Həzrət onun cavabın-da belə buyurdu: – Əgər ənsardan olan qadın ərinin vəfat etdiyi zaman təlaqdan üç heyz keçmədiyinə dair and içsə, ondan irs aparacaq, əks halda isə irs aparmayacaqdır.
    Osman Haşimdən olan qadına üz tutub dedi: – Eşitdiyiniz bu mühakimə əmioğlunuz Əlinin hökmü idi. Onu qəbul edirsinizmi?
    Haşimdən olan qadın dedi: – Bəli. İndi ənsardan olan qadın and içsin və irs aparsın.
    Lakin ənsardan olan qadın and içməkdən imtina etdi və irs aparmaq fikrindən döndü.("Mənaqib" (Sərvi), "Qəzayahu fi əhdis-sani", 1-ci cild, səh.500 )
    16-İTLƏ QOYUNUN FƏRQI
    Bir çöl ərəbi Əli (ə)-dan soruşdu: – Bir itin qoyunla cütləşdiyini gördüm. Qoyunun balası hansına (itəmi, yoxsa qoyuna) aid edilir?
    Əli (ə): – Onun necə yemək yeməsinə bax: əgər ət yeyirsə itdir, ot yeyirsə qoyundur.
    Ərəb: – Həm ot, həm də ət yediyini görmüşəm.
    Əli (ə): – Onu su içərkən yoxla: əgər suyu (ağzı ilə) içirsə qoyundur, dili ilə yalayırsa itdir.
    Ərəb: – Hər iki qaydada su içir.
    Əli (ə): – Yol gedərkən onu yoxla: əgər qoyun sürüsünün arxasınca gedirsə itdir, sürünün ortasında, yaxud qabağında gedirsə qoyundur.
    Ərəb: – Bəzən elə gedir, bəzən də belə.
    Əli (ə): – Onun yatmağına bax: əgər qarnı üstündə yatırsa qoyundur, əgər quyruğu üstündə yatırsa itdir.
    Ərəb: – Bəzən elə yatır, bəzən də belə.
    Əli (ə): – Onun başını kəs. Əgər qarnında şekəmbə (yəni ot yeyən heyvanlara məxsus qarın-bağırsaq) görsən qoyundur, əgər əma (ət yeyən heyvanlara məxsus mədə-bağırsaq) görsən itdir.
    Ərəb bu dəqiq və incə məsələləri eşitməklə heyrətdən donub qaldı.(Yenə orada, 1-ci cild, səh.501 )
    17-DONUZ SÜDÜ ƏMMIŞ QOYUNUN PAKLANMASI
    Əli (ə)-dan donuz südü əmən qoyunun necə paklanması barəsində soruşdular, buyurdu: – Əgər südəmərlik dövrü keçibsə, ardıcıl olaraq bir neçə gün saxlanmalı, ona ot, xurma dənəsi və çörək yedizdirilməlidir. Əgər südəmərdirsə, yeddi gün ardıcıl olaraq, qoyuna əmizdirmək lazımdır.("Kəşkül" (Şeyx Bəhai))
    18-ÇƏTIN NƏZIR
    Əli (ə)-dan soruşdular: – Bir kişi piyada Allah evinin ziyarətinə getməyi nəzir edib. Yol əsnasında bir çaya çatıb qayıqla keçməli olur. Onun vəzifəsi nədir?
    Əli (ə) buyurdu: – Gəmidə, sudan keçib qurtarana qədər ayaq üstə dursun.("Fürui-Kafi", "ətimə" kitabı, "əl-həmlu vəl-cədy" babı, hədis-5 )
    19-KASIBLARA TƏAMIN TƏKRAR OLUNMASI
    Əli (ə) buyurdu: – Əgər kəffarəni vermək üçün bir-iki nəfərdən artıq fəqir adam tapılmazsa, təamın müdlərini, on müdd həddinə çatıncaya qədər bir neçə gün onlara təkrar vermək lazımdır.("Fürui-Kafi", "Nüzur" babı, hədis-6 )
    20-CƏZA
    Keşikçilər bir qətl hadisəsində iştirak edən üç nəfəri tutub Həzrət Əli (ə)-ın yanına gətirdilər və dedilər ki, onlardan biri o kişini tutmuş, digəri onların keşiyini çəkmiş, üçüncüsü isə qətlə yetirmişdir.
    Əli (ə) buyurdu: – Onların keşiyini çəkənin gözləri kor edilməli, öldürülən şəxsi tutan adam da, o kişini canı çıxana qədər tutub saxladığı kimi, ölənə qədər həmişəlik olaraq zindana salınmalı, qatil də qətlə yetirilməlidir.(Şeyx Kuleyni bu rəvayəti andın kəffarəsi babında qeyd etmişdir. Lakin bu hökmün sair kəffarələrdə də cərəyan etməsi mümkündür. (Müəllif) )
    21-QISAS, YOXSA CƏRIMƏ?!
    Bir nəfər başqasını qucaqlayıb qarnını elə bərk sıxdı ki, paltarını aludə etdi. Əli (ə) buyurdu: – Bu kişi mürtəkib olduğu cinayətə görə ya (ondan qisas alınmalı və xəsarət görən şəxs) onun qarnını, paltarını aludə edənə qədər sıxmalıdır, ya da diyənin üçdə-birini o kişiyə verməlidir.("Fürui-Kafi", "Diyat" kitabı, "nəvadir" babı, hədis-21 )
    22-BALIĞIN QARNINDA BALIQ
    Əli (ə)-dan soruşdular: – Əgər balığın qarnında başqa bir balıq tapılsa onun hökmü nədir?
    Buyurdu: – Hər ikisini yeyin.("Fürui-Kafi", "Diyat" kitabı, "nəvadir" babı, hədis-21 )
    23-NƏCASƏT YEYƏN HEYVANIN PAKLANMASI
    Əli (ə) nəcasət yeyən halal ətli heyvanların paklanması barəsində buyurdu: "Nəcasət yemiş olan toyuq 3 gün, su quşu (ördək, qaz) 5 gün, qoyun 10 gün, inək 20 gün, dəvə 40 gün (saxlanmalı və onlara) pak yemək verilməlidir. Əgər bu müddətdən qabaq onları kəssələr, əti haramdır."("Kitabus-seyd", "Seydus-səmək" babı, hədis-12 )
    24-SÜRƏTLƏ ÖLDÜRMƏK
    Bir neçə nəfər ipə-sapa yatmayan bir inəyi qılıncla öldürdülər və həmin halda Allahın adını çəkdilər. Sonra Əli (ə)-ın yanına gəlib ondan bu ətin hökmünü soruşdular. Həzrət buyurdu: "Bu da bir növ sürətlə öldürməkdir və onun əti halaldır."("Kitabul-ətimə", "Lühumul-cəllalat" babı, hədis-3 )
    25-TƏDLIS (MÜƏYYƏN BIR EYBI OLAN QADINI, EYBI BILINMƏYƏCƏK ŞƏKILDƏ BƏZƏYIB ƏRƏ VERMƏK)
    Bədənində xora xəstəliyi olan bir qadının qəyyumu onu bəzəyərək ərə verdi. Əli (ə) buyurdu: "Əri o qadınla yaxınlıq etdiyinə görə mehriyyəsini ona verməlidir. O qadının, tədlisə səbəb olan qəyyumu da mehriyyəni cərimə olaraq o arvadın ərinə verməlidir. (Sonra buyurdu:) Əgər kişi qadının eybindən agah olmadan onu öz əqdinə keçirtsə, mehriyyə qadının öz öhdəsinədir."("Fürui-Kafi", "Zəbaeh" kitabı, "Əlbəiru vəs-suriyyən təniani" babı, hədis-2 )
    26-ƏQDIN FƏSX OLUNMASI (ÖZ-ÖZÜNƏ QÜVVƏDƏN DÜŞMƏSİ)
    Azad bir qadını, özünün xəbəri olmadan bir qulamın əqdinə keçirtdilər. Qadın da onun azad olduğunu fikirləşirdi. Əli (ə) buyurdu: "Qadın istəyərsə, ərindən ayrıla bilər."("Fürui-Kafi", "Nikah" kitabı, "Əl-müdəlləsəti fin-nikah" babı, hədis-9 )
    27-ƏNININ HÖKMÜ
    Əli (ə) buyurur: "Əgər kişi öz arvadı ilə yalnız bir dəfə yaxınlıq edərsə və bundan sonra ənin olarsa (cinsiyyət qüvvəsi aradan gedərsə) qadının fəsx (əqdi pozma) ixtiyarı aradan gedir."("Fürui-Kafi", "Ərrəculu yudəllisu nəfsəhu" babı, hədis-1 )
    28-QAYINANA ILƏ EVLƏNMƏ
    Mənsur ibni Hazim deyir: İmam Cəfər Sadiq (ə)-ın hüzurunda idim, bir nəfər onun yanına gəlib soruşdu: – Bir kişi bir qadınla evlənir, arvadı ilə yaxınlıq etməzdən qabaq qadın ölür. Bu halda kişi həmin qadının anası ilə izdivac edə bilərmi?
    İmam (ə) buyurdu: – Heç bizlərdən bir kəs belə bir iş etmişdirmi?!
    Mən ərz etdim: – Sənə fəda olum! İbni Məsud bu işə icazə vermiş, sonra Əli (ə)-ın yanına gələrək məsələnin hökmünü soruşmuşdu. Həzrət ondan "Bu hökmü haradan əldə etmisən?" - deyə soruşduqda, o demişdi: "Bu Quran ayəsindən: "Və rəbaibukumullati fi hucurikum min nisaikumullati dəxəltum bihinnə("Fürui-Kafi", "Ərrəculu yudəllisu nəfsəhu" babı, hədis-10 ) – sizin üçün (evlənmək) haram oldu o qadının qızları ki, sizin evinizdə (sizin himayəniz altında) böyümüşlər, əgər o qadınla yaxınlıq etmiş olsanız."
    Əli (ə) ona buyurdu: –Bu ayədəki "rəbaib"lə izdivac etməyin haramlığı onun (anası ilə) düxul (cinsi yaxınlıq) ilə şərtlənir. Lakin qayınana ilə izdivacın haram olması "və ümməhatu nisaikum – sizə haramdır (məh-rəmdir) qayınanalarınız" ayəsi mütləqdir (qeydsiz-şərtsiz-dir) və bu hökm onların qızları ilə düxulla şərtlənmir.
    Bu zaman İmam Sadiq (ə) sual soruşana buyurdu: – Bu şəxsin Əli (ə)-dan nəql etdiyini eşitdinmi?!("Nisa" surəsi, ayə:22 )
    29-ARVADINI TƏNBIH ET!
    Bir nəfər Əli (ə)-ın yanına gəlib dedi: – Ya Əmirəl-möminin! Arvadım südündən bir qədər sağıb kənizimə içirtmişdir.
    Əli (ə) buyurdu: – Arvadını ədəbləndir və kənizini saxla.("Fürui-Kafi", "Nikah" kitabı, hədis-4 )
    30-MƏCUSI QADININ ISLAMI QƏBUL ETMƏSI
    Məcusi bir qadın, əri onunla yaxınlıq etməzdən qabaq müsəlman oldu. Əli (ə) onun ərinə buyurdu: – Sən də islamı qəbul et!
    Lakin o bu təklifi qəbul etmədi. Həzrət buyurdu: – Kişi qadının mehriyyəsinin yarısını ona verməli və qadın ondan ayrılmalıdır. (Sonra buyurdu:) Qadının İslamı qəbul etməsi onun izzət və şərafətinə səbəb olur.("Fürui-Kafi", "Nikah" kitabı, hədis-6 )
    31-SÜNNƏ ILƏ MÜXALIF OLAN ŞƏRT
    Bir qadın müəyyən məbləğdə pulu mehriyyə ünvanı ilə verərək bir kişi ilə evləndi və şərt etdi ki, təlaq və cimanın icazəsi onun əlində olsun. Əli (ə) buyurdu: "Bu qadın Allahın sünnəsi ilə müxalifət etmiş və özünə layiq olmayan bir haqqı öhdəsinə almışdır. (Sonra buyurdu:) Sünnə budur ki, kişi öz arvadının nəfəqəsini (məişət xərclərini) versin, cima və təlaq da ərin öz öhdəsinədir."(Təhzib", "Nikah" kitabı, hədis-15 )
    32-YAXINLIQDAN QABAQ TƏLAQ
    Bir kişi evlənərkən qadının mehriyyəsini ona xidmətçilik etmək qərar verdi. Bir müddətdən sonra onunla yaxınlıq etmədən təlaq vermək istədi. Əli (ə) buyurdu: "O qadın xidmətçilik qiymətinin yarısını ona təslim olan gündəki qiymətlə (hesablayıb) almalıdır."
    Həmçinin, nəql olunur ki, bir kişi öz kənizini azad etdi və onun azad edilməsini onunla izdivacın mehriyyəsi qərar verdi. Sonra isə yaxınlıq etməzdən qabaq ona təlaq vermək istədi. Həzrət Əli (ə) buyurdu: "O kənizin yarısı azaddır. Öz əl əməyi ilə qiymətinin digər yarısını da kişiyə ödəyər və hamısı azad olar."("Təhzib", "Nikah" kitabı, hədis-60 )
    33-KƏFƏN OĞRUSUNUN CƏZASI
    Kəfən oğurlayan bir nəfəri Müaviyənin yanına gətirdilər. O öz dostlarına dedi: – Sizin nəzərinizcə, bunun hökmü nədir?
    Dedilər: – Onu cəzalandırıb sonra azad et.
    Bu zaman bir nəfər dedi:–Amma Əli belə hökm etməyib.
    Müaviyə soruşdu: – Bəs necə hökm edib?
    Dedi:–O deyirdi ki, "Kəfən oğurlayanın əlini kəsmək lazımdır, çünki o həm oğrudur, həm də ölülərin hörmətini aradan aparır."("Fürui-Kafi", 6-cı cild, səh.108, hədis-13 )
    34-İŞKƏNCƏ ILƏ YANAŞI HƏBS
    Bir kişi and içmişdi ki, bir daha öz arvadı ilə yaxınlıq etməsin, bununla yanaşı, ona təlaq da vermirdi. Əli (ə) qamışdan bir otaqcıq düzəltdi və onu orada həbs etdi. Yalnız yeməyinin dörddə-bir qədərini ona verirdi ki, arvadına təlaq versin.(Fürui-Kafi", 7-ci cild, səh.229, hədis-5 )
    35-İLANIN SƏHIH OLMA ŞƏRTI
    Əli (ə)-dan, öz arvadı ilə yaxınlıq etməzdən qabaq onunla yaxınlıq etməyəcəyinə dair and içən bir kişi barəsində soruşdular. Həzrət buyurdu: "Düxuldan qabaq cima etməyi tərk etməklə əlaqədar and içməyin (ilanın gerçəkləşməsində) heç bir təsiri yoxdur."("Fürui-Kafi", 6-cı cild, səh.132 )
    36-MÜKATIBƏ MÜQAVILƏSI
    Öz kənizi ilə "mükatibə müqaviləsi" bağlayan bir kişi onunla yaxınlıq etdi. Kəniz hamilə olduqda Əli (ə) buyurdu:"Kişi qadının mehrül-mislini("Fürui-Kafi", 6-cı cild, səh.136, hədis-4 ) ona verməli, kəniz öz əməyi və zəhməti ilə öz qiymətinin qalanını da mövlasına (ağasına) verərək azad olunmalıdır. Əgər bunu verə bilməsə, ümmü-vələd(Müəyyən şəraitdə qadın üçün mehrül-misl təyin olunur ki, onunla eyni səviyyəli qadınların mehriyyəsindən ibarətdir. (Red.) Öz sahibindən övlad dünyaya gətirən kəniz ki, ağasının vəfatından sonra övladlarının payından azad olunur. (Red.) ) hökmünə malikdir." ("Fürui-Kafi", 6-cı cild, səh.188, hədis-16 )
    Category: Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri | Added by: Islam_Kitabxanasi
    Views: 1930 | Downloads: 0 | Rating: 4.0/3
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024