İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri

    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri
    2012-01-24, 6:59 AM
    37-KƏNIZLƏRIN VƏ (ÜMMÜ-VƏLƏDLƏRIN) SATILMASI
    Ömər ibni Yəzid deyir: İmam Kazim, yaxud İmam Sadiq £-dan soruşdular: – Əli (ə) ümmü-vələd kənizləri nə üçün satırdı?
    İmam (ə) buyurdu: – Onları, qiymətlərini ödəmək məqsədilə satırdı.
    Mən "necə?" - deyə soruşduqda, həzrət buyurdu: "Əgər bir nəfər kənizi nisyə alsa və onun pulunu satıcıya verməzdən qabaq o kənizdən övlad sahibi olsa, amma onun pulunu ödəyə bilməsə övladı özünə götürür, kənizi isə öz qiymətinə satır."("Fürui-Kafi", 6-cı cild, səh.193, hədis-5 )
    38-ILK ÖVLADIN AZADLIĞI
    Bir nəfər başqasının vəlidəsi (kənizi) ilə izdivac etdi. Maliki də onun doğduğu ilk övladın azad olmasını şərt etmişdi. Həmin qadın da əkiz doğdu. Əli (ə) onun ərinə buyurdu ki, hər ikisini azad et.("Fürui-Kafi", 6-cı cild, səh.195, hədis-7 )
    39-GÖZ GÖRÜR, ƏL GÖTÜRÜR
    Bir nəfər bir quşu təqib edirdi. Nəhayət, quş bir ağacın üstünə qondu və başqası onu tutdu. Əli (ə) onların barəsində buyurdu: "Göz görür, əl isə götürür."(Fürui-Kafi", 6-cı cild, səh.223, hədis-6 )
    Həmçinin buyurdu: "Quş uçmağa qadir olan vaxt ov sayılır və onu tutan hər kəs üçün halal olur."("Fürui-Kafi", 6-cı cild, səh.223, hədis-5 )
    40-VƏSIYYƏTIN NƏQL OLUNMASI
    Bir nəfər qaib (öz yanında olmayan) bir şəxsi özünə vəsi seçdi. Təsadüfən vəsi o şəxsin özündən əvvəl vəfat etdi. Əli (ə) buyurdu: "Vəsilik haqqı vəsinin vərəsələrinə nəql olunur."("Fürui-Kafi", 7-ci cild, səh.13, hədis-1 )
    41-OĞRUNUN TƏYIN EDILMƏSINDƏ SƏHV
    İki nəfər Əli (ə)-ın yanına gəlib bir nəfərin oğurluq etdiyinə dair şəhadət verdilər. İmam (ə) onların şəhadətinə uyğun olaraq o kişinin əlini kəsdi. Bir müddətdən sonra həmin iki şahid başqa bir şəxsi o həzrətin yanına gətirib dedilər: – Oğru bu imiş, biz birinci kişinin oğru kimi təyin edilməsində səhvə yol vermişik.
    İmam (ə) onların şahidliyini qəbul etməyib buyurdu ki, diyənin yarısını birinci kişiyə xəsarət versinlər.("Fürui-Kafi", 7-ci cild, səh.384, hədis-7 )
    42-HACILARIN ÖNÜNDƏ GEDƏN ŞƏXS
    Həzrət Əli (ə) hacıların qabağında gedən şəxsin şahidliyini qəbul etmirdi.("Fürui-Kafi", 7-ci cild, səh.396, hədis-12. Bəzi hədislərdə səbəbi belə qeyd olunur ki, Hacıların önündə gedən şəxs öz miniyini çəkir və öz azuqəsini qurtarır, öz canını zəhmətə salır,. namazını yüngül sayır. (Müəllifdən) )
    43-TÖVBƏ ETMIŞ OĞRUNUN ŞAHIDLIYI
    Bir nəfər oğurluq etdiyi üçün onun bir əlini və bir ayağını kəsmişdilər. Onun tövbə etməsi də məlum idi. Həmin şəxs Əli (ə)-ın yanında bir hadisənin baş verdiyinə şahidlik verdikdə Həzrət onun şahidliyini qəbul etdi.("Fürui-Kafi", "Şəhadət" kitabı, hədis-7, səh.397 )
    44-ƏLI (Ə) SƏNIN ƏKSINƏ HÖKM ETDI!
    İbni Əbi Leyla məsciddə qəzavət edərkən ondan soruşdular: – Bir nəfər özünün torpaq sahələrini qeyri-müəyyən bir müddətdə başqasına həvalə edir və həmin ildə ölür.
    İbni Əbi Leyla dedi: – Müddəti təyin olunmadığından, torpaq sahəsi və onun mənfəəti həmin şəxsə aiddir və malikin vərəsələrinə nəql olunmur.
    Təsadüfən orada olan Məhəmməd ibni Qeys, İbni Əbi Leylaya dedi: – Amma Əliyyibni Əbitalib həmin məsciddə sənin əksinə olaraq hökm vermişdir!
    İbni Əbi Leyla dedi: – Haradan bilirsən?!
    Dedi: İmam Məhəmməd Baqir (ə)-ın belə buyurduğunu eşitdim: "Əli (ə) vərəsələrdən qeyriləri üçün həbs olunan (yəni yalnız bir şəxsin istifadəsi üçün təyin olunan, başqalarının isə ondan istifadə haqqı olmayan-müt.) torpaq sahələrini vərəsələrə qaytarırdı." ("Fürui-Kafi", "Vəsiyyət" kitabı, hədis-27 )
    45-ÜÇDƏ -BİRDƏN AZAD OLUNMAQ
    Əli (ə) mövlasının "mənim vəfatımdan sonra azadsan" - dediyi kəniz və qulam barəsində buyururdu: "Onlar (tərəkənin) üçdə-birindən azad olunmalıdır."("Mən la yəhzur", "Vəsiyyət" kitabı, hədis-3 )
    46-ÖLDÜRÜLƏN ŞƏXSIN DIYƏSI KIMLƏRƏ VERILMƏLIDIR?
    Əli (ə) buyurur: "Qətlə yetirilən şəxsin diyəsi (təkcə) ana tərəfdən bir olan bacı-qardaşlardan başqa, bütün vərəsələrin arasında bölünməlidir."("Fürui-Kafi", 7-ci cild, səh.139, hədis-3 )
    47-KIŞININ ARVADDAN IRS APARMASI
    Taun xəstəliyi nəticəsində bir ər-arvad eyni yataqda ölmüş, kişinin əli və ayağı qadının üstünə düşmüşdü. Əli (ə) qadının mirasını kişinin vərəsələrinə verib buyurdu: "Kişi qadından sonra vəfat etmişdir."("Fürui-Kafi", 7-ci cild, səh.138, hədis-6 )
    Müəllif: Bu rəvayətin belə yozulması mümkündür ki, Əli (ə) bu hadisədə öz yəqininə uyğun əməl etmiş, yaxud da bu kimi hallarda mövcud əlamətlərlə kifayətlənmişdir. İkinci ehtimal daha uyğun nəzərə çarpır. Çünki kişinin əlinin və ayağının qadının üstünə düşməsi göstərir ki, kişi qadından sonra vəfat etmişdir.
    48-MÖVZUNUN AYIRD EDILMƏSINDƏ SƏHV
    Əbdürrəhman ibni Həccac deyir: İmam Cəfər Sadiq (ə)-dan soruşdum: – Evin uçması, yaxud gəminin batması nəticəsində həlak olanların hansının əvvəl və hansının sonra ölməsi məlum deyildir. Onların irsi necədir?
    Həzrət buyurdu: – Onların hamısı (qarşılıqlı olaraq) bir-birindən irs aparır. (Sonra buyurdu:) Bu hökm Əli (ə)-ın kitabında yazılmışdır.("Fürui-Kafi", 7-ci cild, səh.139, hədis-1 )
    49-BATIL ŞƏRT
    Bir nəfər öz qulamı ilə mükatibə müqaviləsi bağladı və şərt etdi ki, qulamın mirası onun üçün olsun. Həzrət Əli (ə) buyurdu: "Bu şərt batildir. (Sonra qulamın ağasına buyurdu:) Allahın şərti sənin şərtindən öncədir!"("Mən la yəhzur", "Miras" kitabı, hədis-2 )
    50-ŞƏRT ILƏ MÜXALIFƏT
    Bir nəfər öz qulamı ilə "mükatibə" müqaviləsi bağladı və şərt etdi ki, qulam öz qiymətini bir neçə il hissə-hissə ödəməklə öz ağasına verərək, azad olunsun. Qulam isə öz qiymətini bir yerdə ağasına verdi, amma o qəbul etmədi. Qulam Əli (ə)-ın yanına gedərək, hadisəni dedi. Əli (ə) qulamın ağasını çağırdı və ona dedi: – Nə üçün qulamın qiymətinin hamısını bir yerdə ondan almırsan?
    O dedi: – Mən ondan razılaşdığım bu şərt əsasında pul alacağam.
    Həzrət Əli (ə) buyurdu: – Hissə-hissə ödənməsini şərt etdiyin üçün belə bir haqqın vardır.("Təhzib", 8-ci cild, hədis-31)
    51-ŞIDDƏTLI CƏZA QULU AZAD EDIR
    Əli (ə) buyurur: "Qulam ağası tərəfindən şiddətlə cəzalandırılsa (məsələn, ağası onun qulağını, yaxud burnunu kəsərsə) azad olunur, (bu halda) ağasının da onun üzərində heç bir ixtiyarı yoxdur." (Fürui-Kafi", hədis-9 )
    52-ZINA VƏ TÖHMƏTIN HƏDDI (CƏZASI)
    İmam Əli (ə) buyurur: "Əgər zinakar qadından "kim səninlə zina etmişdir?" - deyə soruşulsa və o da müəyyən şəxsin adını çəksə, iki dəfə cəzalandırılmalıdır: biri zina digəri isə iftira etməsinə görə." ("Fürui-Kafi", 7-ci cild, səh.209, hədis-20)
    53-MÜSƏLMAN MÖHTƏRƏMDIR!
    Əli (ə) buyurur: "Düşmən ölkəsində müsəlmanlara hədd vurulmur." ("Fürui-Kafi", 7-ci cild, səh.218, hədis-4 )
    54-HƏDDIN (CƏZA TƏDBIRININ) ICRASINDA GÖZLƏMƏ YOXDUR
    Üç nəfər Əli (ə)-ın yanına gəlib bir kişinin zina etməsinə şəhadət verdilər. Həzrət onlardan soruşdu: – Bəs dördüncü şahidiniz haradadır?
    Dedilər: – İndi gələcək.
    Həzrət göstəriş verdi ki, hər üçünə şallaq vursunlar.(Zinaya dair verilən şəhadətdə dörd nəfərin eyni qaydada və arada fasilə salınmadan şəhadət verməsi şərtdir. Buna görə də şərt pozulduqda, onlara, hətta şəhadətlərində haqq olsalar belə, iftira həddi vurulur. (Mütərcim) ) Sonra buyurdu: – Həddin icra olunmasında hətta bir saat belə gözləmə yoxdur.(Təhzib", "Hüdud" kitabı, hədis-190 )
    55-ƏLIN KƏSILMƏSINDƏ SƏHV
    Əli (ə) göstəriş verdi ki, oğurluq etmiş bir kişinin əlini kəssinlər. O kişi sol əlini qabağa verdi, məmurlar da onun hansı əli olduğuna əhəmiyyət vermədən kəsdilər. Sol əlinin kəsilməsi məlum olduqda Əli (ə)-dan yenidən sağ əlini kəsmək barədə icazə istədilər. Həzrət buyurdu: – Xeyr! Çünki siz (artıq) onun sol əlini kəsmisiniz.(Fürui-Kafi", 7-ci cild, səh.223, hədis7, "Təhzib", "kitabul-hüdud" hədis23)
    56-QƏNIMƏTDƏN OĞURLUQ
    Bir dəstə adam Əli (ə)-ın yanına gəlib dedilər: – Bir nəfər müharibə qənimətlərindən bir dəbilqə oğurlamışdır. Onun əlini kəsin.
    Əli (ə) buyurdu: – Onun əlini kəsmərəm, çünki o, şərikli maldan oğurluq edib.("Fürui-Kafi", 7-ci cild, səh.223, hədis-7 )
    57-OĞRUNUN ƏLININ KƏSILMƏSI
    Əli (ə) buyurur: "Əgər oğrunu evin içində tutsalar, əşyaları toplamış olsa belə, əlini kəsməzlər. Əlini o vaxt kəsərlər ki, topladığı əşyaları evdən çıxarmış olsun."("Fürui-Kafi", 7-ci cild, səh.224, hədis-11 )
    58-OĞURLUĞUN CƏZASI BARƏDƏ ƏTRAFLI IZAHAT
    Bir nəfərin paltarının astar tərəfindən bir neçə dirhəm pul oğurlayan oğrunu tutub Əli (ə)-ın yanına gətirdilər. Həzrət buyurdu: "Əgər onun üst köynəyindən oğurlayıbsa, əlini kəsmərəm. Amma əgər altdakı köynəyindən oğurlayıbsa, əlini kəsərəm."("Fürui-Kafi", 7-ci cild, səh.226, hədis-5 )
    59-DÖRD QISIM OĞRUNUN ƏLI KƏSILMIR
    Əli (ə) buyurur: "Dörd qisim oğrunun əli kəsilməz: 1-(Bir şeyi) qapıb qaçan oğrunun; 2-Xəyanət şəklində oğurluq edənin; 3-Müharibə qənimətlərindən oğurluq edənin; 4-Bir şey üçün əcir olunan şəxsin oğurluğu (əgər onun öz ixtiyarında olan mal-dövlətdən oğurlayarsa)."(Fürui-Kafi", 7-ci cild, səh.226, hədis-6 )
    60-BEYTÜL-MALIN QULAMI
    Əli (ə) buyurur: "Mənim qulamım özümdən (öz malımdan) bir şey oğurlayarsa, əlini kəsmərəm, amma əgər başqasından oğurlasa əlini kəsərəm. Beytül-maldan alınan qulam oğurluq edərsə, əlini kəsmərəm, çünki o bütün müsəlmanların malıdır."("Fürui-Kafi", 7-ci cild, səh.237, hədis-20 )
    61-ÜÇ CƏZA TƏDBIRININ ICRA OLUNMASI
    Əli (ə) həm birini qətlə yetirən, həm şərab içən, həm də oğurluq edən bir kişiyə əvvəlcə şərab içdiyinə görə 80 şallaq vurdu, sonra oğurluq etdiyinə əlini kəsdi, daha sonra mürtəkib olduğu qətl işinə görə onu qətlə yetirdi.("Fürui-Kafi", 7-ci cild, səh.250, hədis-3 )
    62-HƏDDƏ AND IÇMƏ YOXDUR
    Bir nəfər başqasını tutub Əli (ə)-ın yanına apardı və dedi: – Bu kişi məni zina etməklə müttəhim edir, iddiasını isbat edəcək heç bir şahidi də yoxdur.
    Amma o kişi inkar edirdi. Birinci kişi dedi: – Ya Əmirəl-möminin! İndi ki, inkar edir, onu mənə töhmət vurmadığına dair and içdir.
    Həzrət buyurdu: – Həddə and içmə yoxdur (yəni şahid olmadığı təqdirdə cəza tədbiri götürülür).("Fürui-Kafi", 7-cild səh255, hədis-1)
    63-QƏNBƏRDƏN, ÖZ SƏHVI ÜZÜNDƏN QISAS ALINDI
    Əli (ə) Qənbərə göstəriş vermişdi ki, bir nəfərə hədd vursun. Qənbər səhvən üç şallaq artıq vurdu. Əli (ə) üç şallağın əvəzində ondan qisas aldı.(Fürui-Kafi", 7-ci cild, səh.260, hədis-1 )
    64-DIYƏNIN ÖDƏNMƏ MÜDDƏTI
    Əli (ə) buyurur: "Xata üzündən olan işlərin diyəsi üç il müddətində, qəsdən olan işlərin diyəsi isə bir il müddətində ödənməlidir."("Fürui-Kafi", 7-ci cild, səh.283, hədis-10 )
    65-HƏDDI ICRA EDƏN ŞƏXSIN ZƏMANƏTI
    Əli (ə) buyurur: "Əgər bir kəs barəsində Allahın (Öz haqları ilə əlaqədar) təyin etdiyi cəza qanunlarından birini icra etsəm və onun nəticəsində ölsə, onun diyəsi bizim öhdəmizə deyil. Amma əgər camaatın haqqı ilə əlaqədar cəzalandırsam və nəticədə ölsə, onun diyəsi bizim öhdəmizədir."("Mən la yəhzur", "Hüdud" kitabı, "nəvadir" babı, hədis-5 )
    66-TÖHMƏT
    Əli (ə) bir neçə nəfərə töhmət vuran bir kişiyə bir hədd cari etdi.("Təhzib", 10-cu cild, hədis-22. Bu xüsusda O həzrətin Əhli-beytindən əlavə izahlar verilmişdir. Orada qeyd olunur ki, əgər bir neçə nəfərə bir kəlmə ilə töhmət vurubsa, yaxud hamılıqla onu tutub gətirsələr, bu halda bir hədd vurulmalıdır. Əks halda, ona vurduğu töhmətlərin sayı qədər hədd vurulmalıdır. Bu iki hədisin arasında ziddiyyəti qaldırmaq üçün Şeyx Tusi yuxarıdakı rəvayəti o yerlərə yozmuşdur ki, qəzf edən şəxsin töhməti bir kəlmə ilə olmuş, onlar isə onu hamılıqla tutub gətirmişdilər. )
    67-SATICININ ETDIYI ŞƏRT
    Bir nəfər kəsmək məqsədilə bir dəvə aldı. Satıcı da şərt etdi ki, dəvənin başını və dərisini özünə götürsün. Müştəri dəvəni kəsməkdən peşman oldu və onların arasında mübahisə başlandı. Əli (ə)-ın yanına gedib, ondan bu barədə mühakimə etməsini istədilər. Əli (ə) alıcıya buyurdu: "Satıcı dəvə-nin başı və dərisi miqdarında səninlə şərikdir."("Fürui-Kafi", 5-ci cild, səh.304, hədis-1 )
    68-IŞLƏTMƏK ÜÇÜN ICARƏ EDILMIŞ UŞAQ VƏ QULAMIN ZƏMANƏTI
    Əli (ə) buyurdu: "Hər kəs bir neçə nəfərin mülkiyyətində olan qulamı icarəyə götürsə və qulam (onun üçün işləyən zaman) eyibli olsa, ona zamindir. Hər kəs azad bir uşağı icarəyə götürsə və uşaq (onun üçün işləyən zaman) sağlamlığını əldən versə, ona zamindir."("Təhzib", 7-ci cild, səh.185, hədis-17 )
    69-HƏRIM (SƏRHƏD)
    Mənsur ibni Hazim deyir: İmam Cəfər Sadiq (ə)-dan soruşdular ki, iki evin arasında çubuqla, yaxud qamışla düzəldilmiş bir kölgələnəcək kimin evinə aiddir?
    İmam Sadiq (ə) buyurdu: – Əmirəl-möminin Əli (ə) buyurmuşdu ki, kölgələnəcək o kəsin mülküdür ki, onun bağlandığı iplər o şəxsin evinə tərəf olsun.("Fürui-Kafi", 5-ci cild, səh.295, hədis-3 )
    70-BƏNI-ÜMƏYYƏNIN XATASI
    İmam Sadiq (ə) buyurur: "Əli (ə) bir qazının nəzarəti altında olan məhkəmə işinin digər bir qazıya verilməsinə icazə vermirdi. Nəhayət, Bəni-Üməyyə hakimiyyətə gəldikdən sonra bəyyinə (dəlil) olduğu halda bu işə icazə verdilər."("Təhzib", "kitabul-qəza", "Əz-ziyadatu fil-qəzaya vəl-əhkam" babı, 6-cı cild, səh.300 )
    71-İKI BAŞLI ŞALLAQ
    Vəlid ibni Üqbə şərab içdiyi zaman bir neçə nəfər Osmanın yanına gəlib onun şərab içdiyinə şəhadət verdilər. Osman onun hökmünü bilmədi və Əli (ə)-dan istədi ki, bu barədə hökm etsin. O həzrət iki başlı bir şallaqla Vəlidə qırx şallaq zərbəsi vurdu.("Fürui-Kafi", 7-ci cild, səh.215, hədis-6 (Bu rəvayətdən aydın olur ki, iki başlı şallaqla qırx zərbə vurmaq səksən şallaq hökmündədir. Buna əsasən sünnülərin nəql etdiyi "Əli (ə) Vəlidə qırx şallaq vurdu" hədisi səhvdir.) )
    72-DƏQIQ IZAHAT
    Əli (ə) bir kişini qətlə yetirənin cəzalandı-rılması barəsində–qətlə yetirilənin sağ əli də kəsil-mişdi–belə buyurub: "Əgər öldürülən şəxsin əli özünün bais olduğu cinayət vasitəsilə kəsilibsə, yaxud (qatildən) başqası onun əlini kəsib, amma diyəsini veribsə, bu iki halda öldürülən şəxsin qəyyumları qatildən qisas alaraq onu öldürmək istəsələr, bu halda onun bir əlinin diyəsini onun (qatilin) qəyyumlarına verməlidirlər. Əgər öldürülən şəxsin qəyyumları diyə almaq istəsələr, əvvəlcə kamil diyədən bir əlin diyəsi çıxılmalı, yerdə qalanı onlara verilməlidir. Əgər öldürülən şəxsin əli özünün cinayəti nəticəsində kəsilməmiş olsa, yaxud başqası onun əlini kəsib, amma diyəsini ona verməyibsə, bu iki halda da öldürülənin qəyyumları qatili öldürmək istəsələr, heç bir cərimə ödəmədən onu öldürə bilərlər; yox əgər öldürülən şəxsin diyəsini almaq istəsələr, onda kamil bir diyə alırlar."(Fürui-Kafi ",7-ci cild, səh.316, hədis-1 )
    73-HƏDDI-BÜLUĞA ÇATMAYAN ÖVLADLAR
    Əli (ə) həddi-büluğa çatmayan halda ataları qətlə yetirilən övladlar barəsində buyurur: "Onlar həddi-büluğa çatdıqları vaxta qədər gözləyin, (həddi-büluğa çatdıqdan sonra) əgər istəsələr, atalarının qatilini öldürə, yaxud müəyyən miqdar mal almaqla onunla razılaşa, yaxud da (heç nə almadan) onu əfv edə bilərlər."("Təhzib", "kitabul-qəzaya", "əl-qəzau fixtilafil-övliya" babı, hədis-5 )
    74-BU DA OĞURLUQDUR!
    Əli (ə) bir-birini satıb sonra qaçan və bu əməli özlərinin kəsb-ticarət vasitəsi qərar verən iki nəfər barəsində buyurdu: "Onların əlləri kəsilməlidir, çünki onlar həm özlərini, həm də camaatın mal-dövlətini oğurlayırlar."("Əcaibul-qəzaya" (Qummi), səh.48, hədis-50 )
    75-YƏHUDININ ŞAHIDLIYI
    Əli (ə) "Şiqşiqiyyə" xütbəsini oxuyan zaman bir nəfər onun yanına gəldi və müəyyən məsələlər soruşdu. O cümlədən dedi: – İki nəfər yəhudi digər iki nəfər yəhudinin islamı qəbul etdiyinə şəhadət verdilər. Onların şahidliyi qəbul olunurmu?
    Əli (ə) buyurdu: – Xeyr! Çünki yəhudilər Allahın kəlamını dəyişdirərək, yalan yerə şahidlik edirdilər.("Nəhcül-bəlağə"nin şərhi (İbni Meysəm), 1-ci cild, səh.269 )
    76-MƏSIHININ ŞAHIDLIYI
    Həmçinin soruşdular: – İki məsihi şəhadət verdi ki, bir nəfər məcusi İslamı qəbul etmişdir. Onların bu şahidliyi qəbul olunurmu?
    İmam (ə) buyurdu: – Bəli. Çünki Allah-Taala Quranda buyurur: "Vələtəcidənnə əqrəbəhum məvəddətən lilləzinə amənu, əlləzinə qalu inna nəsara; yəni iman gəti-rənlərlə dostluq baxımından camaatın ən yaxınlarının "biz məsihilərik" – deyənlər olduğunu görərsən. Ona görə ki, onların bəziləri keşişdir və monastırda yaşayanlardır ki, Allaha ibadətdə təkəbbürlük etməzlər." Allaha ibadətdə təkəbbürlük etməyən şəxs də heç vaxt yalan yerə şahidlik etməz.(Həddən az olmaqla şəriət hakiminin məsləhət bildiyi miqdar şallaq zərbəsi və s. ilə ədəbləndirmə. (Mütərcim) )
    77-QARŞILIQLI TÖHMƏT
    Hər biri digərinə "sən mənimlə livat etmisən!" deyən iki nəfəri Əli (ə)-ın yanına gətirdilər. Həzrət onla-ra hədd vurmadı, lakin onları təzirlə(Həddən az olmaqla şəriət hakiminin məsləhət bildiyi miqdar şallaq zərbəsi və s. ilə ədəbləndirmə. (Mütərcim) ) ədəbləndirdi.("Mən la yəhzur", "Hüdud" kitabı, "həddul-qəzf" babı, hədis-27 )
    78-BƏKARƏT ƏRŞI
    (Ərş- bir şeyin zay olunması müqabilində ödənilən əvəz. (Red.) )
    İki qız birlikdə hamama getmişdi, onlardan biri barmağı ilə digərinin bəkarət pərdəsini aradan apardı. Onları Əli (ə)-ın yanına gətirdilər. Həzrət buyurdu: "Cinayətkar digərinin bəkarət pulunu verməlidir."("Muqniə", səh.23 (qədim çap) )
    79-ÇOX SÖYÜŞ SÖYƏN ADAM
    Bir nəfər başqasına dedi: – Ey dəlinin oğlu!
    O da cavabında dedi: – Dəlinin oğlu özünsən!
    Əli (ə) birinci kişiyə buyurdu: – Sən o birisinə 20 şallaq vur! (Kişi şallaq vuranda buyurdu:) Mən bilirəm ki, bu şallaq vuranın özü də həmin qədər şallaq zərbəsinə məruz qalacaq.
    Qurtardıqdan sonra Həzrət şallağı ikincinin əlinə verdi, o da birinciyə iyirmi şallaq vurdu.("Fürui-Kafi", 7-ci cild, səh.242, hədis-11 )
    80-BALIQ OVUNUN SATILMASI
    Bir nəfər balıq torunu digərinə satanda ona belə demişdi: "Toru mənim hesabıma suya sal. Nə qədər balıq tutsan, mənim üçün olsun, mən də sənə filan qədər pul verərəm." Əli (ə) balıq torunun bu qaydada satılma-sının qarşısını aldı.(Ona görə ki, bu müamilə məchuldur. "Təhzib", "kitabut-ticarət", "babul ğərər", hədis-13 )
    81-TƏVAF NƏZRI
    Əli (ə) Kəbənin ətrafında iməkləyə-iməkləyə təvaf etməyi nəzir edən bir qadın barəsində buyurdu: "O, 14 dəfə təvaf etməlidir: 7-si əlləri üçün, 7-si də ayaqları üçün."("Fürui-Kafi", 4-cü cild, səh.429, "Təhzib", "həcc" kitabı, "Təvaf" babı, hədis-118 )
    82-HƏCC ÜÇÜN NAIB OLMAQ
    Əli (ə) buyurur: "Əgər bir şəxs həccə gedərkən xəstələnər və gedə bilməzsə bir nəfəri əcir tutmalıdır ki, onun tərəfindən naib olaraq həcci yerinə yetirsin."("Fürui-Kafi", 4-cü cild, səh.273, hədis-4, "Təhzib", 5-ci cild, səh.14, hədis-40 )
    83-AĞA ZAMINDIR
    Bir qul xata üzündən azad bir kişini qətlə yetirdi və bundan sonra ağası onu azad etdi. Əli (ə) belə bir qul barəsində buyurdu: "Onun azad olunması səhihdir və ağası öldürülən şəxsin diyəsinə zamindir."(Müqniə", səh.44 )
    84-QISAS
    Əli (ə) buyurur: "Ata öz övladını öldürsə, ondan qisas alınmır. Lakin övlad öz atasını öldürsə, atasının qisası ondan alınır."("Muqniə", səh.43 (qədim çap) )
    85-ÖMƏR ƏLI ¢-DAN KÖMƏK ISTƏYIR
    Ömərin xilafəti dövründə Muin ibni Zaidə adlı bir nəfər xəlifənin möhrünə oxşar bir möhür düzəltdi və Kufədə dövlət vergilərindən bir qədərini öz ixtiyarına keçirtdi. Onu tutdular. Ömər bir gün sübh namazından sonra camaata dedi: "Hamı öz yerində dayansın!" Sonra Muinin gördüyü işi danışdı və onun necə cəzalandırılması ilə əlaqədar camaatla məşvərət etdi. Bir nəfər dedi: "Ey xəlifə! Onun əlini kəs!" Digəri dedi: "Onu edam et!" Əli (ə) orada oturmuşdu və heç nə demirdi. Ömər o həzrətə üz tutub dedi: – Ya Əbəl-Həsən! Sənin nəzərin nədir?
    Əli (ə) buyurdu: – Bu kişi yalana mürtəkib olduğundan, tənbih edilməlidir.
    Ömər ona möhkəm bir zərbə vurdu, sonra onu zindana saldı.("Futuhul-büldan", (Bilazəri), səh.647 )
    86-ÖLMÜŞ ANANIN BƏTNINDƏ DIRI UŞAQ
    Əli (ə) buyurur: "Əgər (hamilə) qadın ölsə və körpə onun qarnında diri olsa, qarnı yarılmalı və körpə çıxarılmalıdır."("Fürui-Kafi", 3-cü cild, səh.206, hədis-2 )
    Həmçinin buyurur: "Əgər uşaq ana bətnində ölsə və ananın canı təhlükəyə düşsə, mütəxəssis qadınlar olmadığı halda kişinin öz əli ilə uşağı tikə-tikə edib, oradan çıxarması caizdir."("Fürui-Kafi", 3-cü cild, səh.206, hədis-2 )
    87-AĞRIMAYAN BAŞINA DƏSMAL BAĞLAYAN
    Əli (ə) oğurluq etdiklərinə görə bir neçə nəfəri həbs etdi. Bir nəfər də o həzrətin yanına gəlib dedi: – Ya Əmirəl-möminin! Mən də onlarla birlikdə oğurluq etmişdim. Lakin tövbə etmişəm.
    Həzrət Əli (ə) ona da hədd vurulmasını əmr etdi. Sonra məsəl ünvanı ilə bu şeri oxudu:
    "Və yudxilu rəsəhu ləm yəduhu əhədun
    Beynəl-qərinəyni hətta ləzzəhul-qərən."
    Çağırılmadan başını, iplə baş-başa bağlanan iki dəvənin arasına saldı, gözlənilmədən ipə keçdi və dəvələr dəonu dartırdı."("Kinayat" (Cürcani), səh.100, Əl-babus-sani vəl-işrun )
    (Bunu çatdırmaq istəyir ki, bir şəxs heç bir lüzumu olmadan özünü giriftar edir.)(Əgər bu rəvayətin düzgün olduğunu qəbul etsək, o hala yozulur ki, oğrunun tövbə iddiası sübuta yetməsin. Çünki əgər tövbə etmiş olsaydı, malı sahibinə qaytarmalı idi. Lakin tövbəsi sübuta yetməsə, cəzaya layiq görülür. Belə ki, İmam Sadiq (ə) dan nəql olunur: "Əgər oğru özü tövbə halı ilə gələrsə, oğurlanmış mal öz sahibinə qaytarılır və daha onun əli kəsilmir." (Müəllifdən) )
    88-İSLAM QANUNU
    Əli (ə) mal-dövləti (mirası) bölüşdürülməzdən əvvəl vərəsələri islamı qəbul edən müşrik bir kişinin mirasının necə bölünməsi barəsində buyurdu: "Onun mal-dövləti vərəsələrin arasında İslam qanununa uyğun olaraq bölünməlidir."("Təhzib", "kitabul-miras", "mirasu əhlül-miləl", hədis-23 )
    89-XÖRƏKLƏ YANDIRMAQ
    Bir nəfər qaynar xörəklə dolu olan qazanı töküb, başqasının başını yandırdı, nəticədə onun başının tükləri töküldü. Münaqişəni Əli (ə)-a dedilər, Həzrət bu cinayəti törədəni bir il müddətində həbs etdi. Bu müddət ərzində xəsarət dəyən şəxsin başında tük əmələ gəlmədi. Sonra buyurdu: "Cani (xəsarət vuran) başın diyəsini ona verməlidir."("Mən la yəhzur", "kitabud-diyat", 41-ci bab, hədis-2 )
    90-BARMAQLARIN BƏNDLƏRININ DIYƏSI
    Əli (ə) buyurur: "Əlin barmaqlarının hər bir bəndinin diyəsi həmin barmağın bütün diyəsinin üçdə biri qədərdir. Amma baş barmaqda belə deyildir: onun hər bəndinin diyəsi o barmağın bütün diyəsinin yarısına bərabərdir. Çünki baş barmağın iki bəndi vardır." ("Mən la yəhzur", "kitabud-diyat", 45-ci bab, hədis-1 )
    91-ƏLI (Ə)-IN ƏMƏLINƏ ISTINAD ETMƏK
    Bir nəfər İmam Sadiq (ə)-dan soruşdu: – Əri ölən qadın iddəni harada saxlamalıdır: ərinin evindəmi, yoxsa hər yerdə olsa?!
    İmam (ə) buyurdu: – Hər yerdə olsa, iddə saxlaya bilər. Çünki Ümmü Gülsümün əri vəfat etdikdən sonra Əli (ə) qızının əlindən tutub evə gətirdi.("Fürui-kafi", "Təlaq" kitabı, 5-ci bab, 6-cı cild, səh.115, hədis-1 )
    92-YAXINLIQ EDILMIŞ HEYVAN
    Əli (ə)-dan vəty (yaxınlıq) edilmiş bir heyvan barəsində soruşulduqda, buyurdu: "Onun əti də, südü də haramdır."("Fürui-Kafi", 6-cı cild, səh.159 hədis-1)
    93-OĞLUN QURBANLIQ EDILMƏSI
    Bir kişi Əli (ə)-ın yanına gəlib, dedi: – Mən nəzir etmişəm ki, əgər filan əmələ mürtəkib olsam, oğlumu İbrahim (ə) məqamının yanında qurban kəsəm. İndi o əmələ mürtəkib olmuşam. Vəzifəm nədir?
    Əli (ə) buyurdu: – Oğlunun əvəzinə kök bir qoç kəs, ətini kasıbların arasında bölüşdür.("Təhzib", "Nəzir" kitabı, 8-ci cild, səh.317 hədis-58. )
    94-SINAQDA DIQQƏT
    Əli (ə) buyurur: "Buludlu gündə göz (cinayət ərşini təyin etmək üçün) sınaqdan keçirilmir."("Mən la yəhzur", "Diyat" kitabı, 30-cu bab, hədis-20 )
    95-İNSANLARIN HAMISI AZADDIR
    Həmran ibni Əyən deyir: İmam Məhəmməd Baqir (ə)-dan soruşdum: – Həddi-büluğa çatmamış bir qız bir qadın və bir kişi ilə yaşayırdı. Kişi onun öz kənizi olduğunu, qadın isə onun öz qızı olduğunu iddia edir. (Bunun hökmü nədir?)
    İmam (ə) buyurdu: – "Bir nəfərin həddi-büluğa çatdığı halda özünün qul olmasına iqrar etməsi halı istisna olmaqla, insanların hamısı azaddır."("Fürui-Kafi", 7-ci cild, səh.195, hədis-5 )
    96-MEYYITIN MIRASININ BÖLÜŞDÜRÜLMƏSI
    Əli (ə) buyurur: "Meyyitin borcları vəsiyyətindən öncə ödənir, vəsiyyətə isə borcu verildikdən sonra (əməl edilir). Miras da vəsiyyətdən sonra (bölüşdürülür)."(Fürui-Kafi", 7-ci cild, səh.23, hədis-1 )
    97-QISAS YALNIZ DƏMIR ALƏTLƏDIR
    Əli (ə) buyurur: "Qisas yalnız dəmir alətlərlə (qılınc, bıçaq, nizə və s.) olmalıdır."("Ğəribul hədis" (İbni Quteybə), səh.343 )
    98-ATA ILƏ ÖVLAD ARASINDA SƏLƏM YOXDUR
    Əli (ə) buyurur: "Övlad ilə ata arasında, qul ilə ağa arasında sələm yoxdur."(Fürui-Kafi", 5-ci cild, səh.147, hədis-1 )
    99-DÜNYANIN VƏFASIZLIĞI
    "Əğani" kitabında deyilir: Əbdüllah ibni Əbu Bəkr öz arvadı Atikəyə bu şərtlə bir bostan bağışladı ki, onun vəfatından sonra başqa ərə getməsin. Əbdüllah Taifdə ona dəyən ox nəticəsində dünyadan getdikdə Ömər Atikəyə elçi göndərdi. Atikə hadisəni dedikdə, Ömər ona dedi: "Məsələnin hömünü soruş."
    Atikə Əli (ə)-dan bunu soruşduqda Həzrət buyurdu: "Bağı əhlinə qaytar və izdivac et."
    Atikə belə edərək, Ömərlə izdivac etdi.(Əğani", 16-cı cild, səh.266 )
    100-BIR NÖV QISAS
    İmam Sadiq (ə) Əli (ə)-ın kitabından belə nəql edir: "Əgər kişi öz arvadının fərcini kəssə, onun diyəsinə zamindir. Əgər kişi diyə verməkdən imtina edərsə, qadın istədiyi təqdirdə, həmin cinayətin qisasını ala bilər." ("Mən la yəhzur", "Diyat" kitabı, 23-cü bab, hədis-1 )
    Category: Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri | Added by: Islam_Kitabxanasi
    Views: 1184 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024