İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri

    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri
    2012-01-24, 6:56 AM
    ON İKİNCİ FƏSİL
    İNSANI QARIŞIĞA SALAN SUAL-LARIN CAVABI
    1-kəb əhbarin suallari
    Kəb Əhbar Əli (ə)-dan soruşdu: – Atası olmayan kimdir? Əhli-əyalı və qohum-əqrəbası olmayan kimdir? Qəbiləsi olmayan nədir?
    Əli (ə) buyurdu: – Atası olmayan İsa (ə)-dır, qohum-əqrəbası olmayan Adəm (ə)-dır, qibləsi olmayan Kəbə evidir ki, Özü qiblədir.
    Əli (ə) yenidən buyurdu: – Yenə də soruş!
    Kəb Əhbar: – Hansı üç canlıdır ki, bətndə olmamış və bədəndən xaric olmamışlar?!
    Əli (ə) buyurdu: – Musa(ə)-ın əsası, Səmud qövmünün dişi dəvəsi, İbrahim (ə)-ın qoçu. (Sonra buyurdu:) Yenə soruş.
    Kəb Əhbar: – Bir sualım qalıb, əgər ona da cavab versən, sən elə özünsən.
    Əli (ə) buyurdu: – Soruş.
    Kəb Əhbar: – Hansı qəbir öz sahibini hərəkət etdirirdi?
    Əli (ə): – O həmin balıq idi ki, Allahın əmri ilə Yunis (ə)-ı uddu, (sonra onu) dəryalarda gəzdirirdi.("Xəsais" (Seyyid Rəzi), səh.90 (Cəvabatul-Məsail) )
    2-ibni kəvvanin suallari
    İbni Kəvva Əli (ə)-dan soruşdu: – Ya Əmirəl-möminin! Mənə xəbər ver gecədə də, gündüzdə də görən, yalnız gecədə görən və yalnız gündüzdə görən şəxslər barəsində!
    Əli (ə) buyurdu: – Elə bir şey barəsində soruş ki, sənə lazım olsun, sənə lazım olmayan şeyləri soruşmaq fikrindən keç. (Sonra buyurdu:) Həm gecədə, həm də gündüzdə görən o kəsdir ki, həm keçmiş peyğəmbərlərə iman gətirmiş, həm də sonuncu Peyğəmbər (s.ə.v.v)-i görüb ona da iman gətirmişdir. Təkcə gündüzdə görən o kəsdir ki, keçmiş peyğəmbərlərə iman gətirməmiş, amma sonuncu Peyğəmbəri görmüş və ona iman gətirmişdir. Təkcə gecədə görən şəxs odur ki, keçmiş peyğəmbərlərə iman gətirmiş və sonuncu Peyğəmbər (s.ə.v.v)-i görüb ona iman gətirməmişdir.("Biharul-ənvar", 40-cı cild, səh.283 İmam Əli (ə)-ın kəlamının nümunələri ilk növbədə Bəni-Nəccar qəbiləsindən və Ənsardan olan Sürmət ibni Əbi Ənəs idi. Cahiliyyət dövründə bütpərəstlərdən, müşriklikdən üz çevirmişdi və deyirdi ki, mən İbrahimin Pərvərdigarına pərəstiş edirəm. Peyğəmbəri-Əkrəm (s.ə.v.v) peyğəmbərliyə seçiləndə Sürmət İslamı qəbul etdi və həqiqi müsəlmanlardan oldu. İkinci qisim İslamın əvvəllərindəki səhabə və müsəlmanların çoxudur. Üçüncü qisim isə Üməyyət ibni Sələt idi ki, cahiliyyət dövründə bütpərəstlikdən əl çəkmiş, Peyğəmbəri-Əkrəmin (ə) risalətinin müjdəsini asimani kitablardan oxumuş və camaata bu barədə xəbər vermişdi. Peyğəmbəri-Əkrəm (s.ə.v.v) nübüvvətə seçildikdə ədavət və həsəd üzündən onu inkar etdi. (Müəllif) "Məarif" (İbni Qüteybə), səh.36 )
    3-yəhudinin suallari
    Bir yəhudi Əli (ə)-dan soruşdu: – Mənə o şeydən xəbər ver ki, Allah üçün deyil, o şeydən xəbər ver ki, Allahın yanında deyil, o şeydən xəbər ver ki, Allah onu bilmir.
    Həzrət Əli (ə) ona buyurdu: – Allahın bilmədiyi şey siz yəhudilərin dediyiniz "Üzeyir Allahın oğludur" - sözüdür, halbuki Allahın Öz oğlu barəsində heç bir xəbəri yoxdur. Allah üçün olmayan şey şərikdir. Allahın yanında olmayan şey isə bəndələrə zülm etməkdir.
    Bunu eşidən yəhudi dedi: – Şəhadət verirəm ki, Allah təkdir, Muhəmməd (s.ə.v.v) Onun göndərdiyidir.("Tövhid" (Səduq) , "Qəza" babı, səh.271 )
    4-rəsul-calutun suallari
    Rəsul-Calut Əbu Bəkrdən müəyyən suallar soruşdu, amma o heç birinə cavab verə bilmədi. Sonra İmam Əli (ə)-ın yanına gəlib suallarını bir-bir soruşdu: – Bütün varlıqların əsli və əsası nədir?
    İmam Əli (ə) buyurdu: – Sudur. Çünki, Allah-Taala buyurur: "Vəcəəlna minəl-mai kullə şəyin həyyin: Biz bütün canlı varlıqları sudan qərar verdik."
    Rəsul-Calut: – Hansı iki cansız varlıq danışmışdır?
    İmam Əli (ə) – Asiman və yer.("Qaləta ətəyna taiəyn". )
    Rəsul-Calut: – Hansı iki şey artır və azalmır, camaat da onu görmür?
    İmam Əli (ə) – Gecə və gündüz.
    Rəsul-Calut: – Hansı su idi ki, nə yerdən idi, nə də göydən?
    İmam Əli (ə) – O, Süleyman (ə)-ın Bilqeyis üçün göndərdiyi su idi ki, meydanda çapan atların tərindən əmələ gəlmişdi.
    Rəsul-Calut: – O nədir ki, ruhu olmadan tənəffüs edir?
    İmam Əli (ə): – "Vəssubhi iza tənəffəs; And olsun sübhə! O zaman ki, tənəffüs edər (açılar)."("Təkvir" surəsi, 17 )
    Rəsul-Calut: – O nədir ki, əvvəlcə artır, sonra da azalır.
    İmam Əli (ə) – Ayın çevrəsi.
    Rəsul-Calut: – O hansı şeydir ki, nə artır, nə də azalır?
    İmam Əli (ə) – Dərya.
    Rəsul-Calut: – O hansı şeydir ki, azalır, amma artmır?
    İmam Əli (ə) – Ömür.("Mənaqib" (Sərvi), "Qəzayahu (ə) fi əhdi Əbu Bəkr " )
    5-bir neçə yəhudinin suallari
    Bir dəstə yəhudi Ömərin yanına gəlib dedilər: – Sən öz Peyğəmbərinizdən sonrakı vali və hakimsən. Biz müəyyən mətləbləri soruşmaq üçün sənin yanına gəlmişik. Əgər bizə düzgün cavab verə bilsən, sənə iman gətirib ardıcıllarından olacağıq.
    Ömər dedi: – Soruşun!
    Dedilər: – Bizə yeddi asimanın qıfılları və onların açarlarından, öz qövmünü qorxudan, amma nə pəri (cin), nə də insan olmayan şeydən, bətndə yaradılmayan beş şeydən, eləcə də bir, iki, üç, dörd, beş, altı, yeddi, səkkiz, doqquz, on, on bir, on iki olan şeylər barəsində xəbər ver.
    Ömər bir qədər sükuta daldıqdan sonra dedi: – Ömər ibni Xəttabdan elə bir şey soruşursunuz ki, onun barəsində heç bir məlumatı yoxdur. Amma Peyğəmbərin əmioğlusu sizin suallarınızın cavabını verər.
    Sonra Həzrətin yanına bir nəfər göndərərək, onu köməyə çağırdı. İmam (ə) gəldikdən sonra Ömər hadisəni dedi, həzrət yəhudilərə üz tutub "suallarınızı verin" - deyə buyurdu. Onlar da həmin sualları bir daha təkrar etdilər. İmam (ə) buyurdu: – Bundan başqa sualınız da varmı?
    Dedilər: – Xeyr. Ey Şibrin və Şübeyrin atası!
    Əli (ə) onlara buyurdu: – Asimanların qıfılları Allaha şərik qoşmaq, açarları isə "la ilahə illəllah" kəlməsidir.
    Öz qövmünü qorxudan, amma nə cinlərdən, nə insanlardan olmayan şey Süleyman peyğəmbərin qarışqasıdır.
    Bətndə yaradılmayan beş canlı varlıq: Adəm, Həvva, Musanın əsası, Salehin dəvəsi və İbrahimin qoçudur.
    Bir–Yeganə Allahdır ki, heç bir şəriki yoxdur. İki–Adəmlə Həvvadır. Üç–Cəbrail, Mikail və İsrafildir. Dörd–Tövrat, İncil, Zəbur, Qurandır. Beş–Beşlik təşkil edən vacib namazlardır. Altı–Allah-Taala buyurur: "Vələqəd xələqnəs-səmavati vəl-ərzə və ma bəynəhuma fi sittəti əyyam: Şübhəsiz, Biz asimanları, yeri və onların arasında olanları altı gündə xəlq etdik."("Qaf" surəsi, ayə:37 ) Yeddi–Mütəal Allah buyurur: "Və bənəyna fovqəkum səbən şidada: Biz sizin üzərinizdə yeddi möhkəm asiman bina etdik."("Nəbə" surəsi, ayə:12 ) Səkkiz–Mütəal-Allah Öz kəlamında buyurur: "Və yəhmilu ərşə Rəbbikə fovqəhum yovməizin səmaniyəh: O gündə Pərvərdigarının ərşini səkkiz mələk daşıyar."("Əl-Haqqə" surəsi, ayə:17 ) Doqquz–Musaya nazil olan ayələrdir. On–Allah-Taalanın kəlamıdır ki, buyurur: "Və vaədna Musa səlasinə ləylətən və ətməmnaha biəşr: Biz Musa ilə otuz gün vədələşdik, sonra on gecəni də ona artırdıq."("Yusif" surəsi, ayə:3 ) On bir–Yusifin öz atasına dediyi sözdür: "İnni rəəytu əhədə əşərə kovkəbən: Mən yuxu aləmində on bir ulduz gördüm..."("Yusif" surəsi, ayə:3 ) On iki–Mütəal Allahın Musaya buyurduğu kəlamdır: "Fəqulnəzrib biəsakəl-həcərə fənfəcərət minhusnəta əşərətə əyna: Musaya "Öz əsanı daşa vur!" - dedik, bu zaman on iki çeşmə qaynamağa başladı."("Bəqərə" surəsi, ayə:60 )
    Bu zaman yəhudilər dedilər: – Şəhadət veririk ki, yeganə Allahdan başqa heç bir məbud yoxdur və Muhəmməd Onun haqq göndərdiyi, Sən də Allahın Peyğəmbərinin əmioğlususan. (Sonra Ömərə dedilər:) Allaha and olsun! O, bu məqama səndən daha layiqlidir!("Mənaqib" (Sərvi), "Qəzayahu (ə) fi əhdis sani " )
    6-qeysərin suallari
    Qeysər Ömərdən yazılı şəkildə bir neçə sual soruşmuş, o isə cavab verə bilmədiyi üçün Əli (ə)-dan kömək istəmişdi. O suallardan bəzilərinin cavabını qeyd edirik: – Hər tərəfdən ağzı olan şey oddur. Hər tərəfi ayaq olan sudur. Hamısı göz olan günəşdir. Hər şeyi qanad olan küləkdir. (Nəhayət buyurur:) Öz yerindən yalnız bir dəfə hərəkət edən "Tur" dağıdır. Bəni-İsrail Allah qarşısında itaətsizlik etdikləri zaman "Tur" dağı onlarla Müqəddəs diyar arasında vaqe oldu. Allah ondan bir parça ayırıb, nurdan olan iki qanad qərar verdi və onların başı üstündə saxladı. Belə ki, Quranda yəhudilərə xitabən belə buyurulur: "Yada salın o zamanı ki, sələflərinizin üzərində "Tur" dağını bulud parçası kimi qərar verdik ki, hər an düşəcəyini güman edirdilər."("Əraf" surəsi ayə:170 )
    Kölgəsinin uzunluğu yüz illik yol olan ağac "Tuba" ağacıdır, o da yeddinci asimandakı Sidrətul-Müntəhadadır ki, Adəm övladlarının əməlləri ona gedib çatır. O, behişt ağaclarındandır, behiştdə elə bir qəsr və ev yoxdur ki, "Tuba" ağacının qanadı onun arasında asılmış olmasın. Onun dünyadakı oxşarı Günəşdir ki, əsli və kökü birdir, nuru isə hər yerdə vardır.
    Suvarılmadan cücərən ağac Yunus peyğəmbərin ağacıdır ki, onun möcüzələrindən sayılır. Allah-Taala buyurur: "Yunusun üstündə yəqtindən (kədudan) olan bir ağac cücərtdik."("Saffat" surəsi, ayə:146 )
    Behişt əhlinin yeməyinə gəldikdə isə, onun bu dünyadakı oxşarı ana bətnində göbək yolu ilə qidalanan rüşeyimdir, halbuki heç nə dəf edilmir.
    Behişt əhli üçün bir qabda rəngarəng yeməklərin bir yerə yığışmasının dünyadakı misalı yumurtaya bənzəyir, belə ki, onun içində sarı və ağ rənglər olduğu halda heç vaxt bir-birinə qarışmır.
    Almanın arasından çıxan cavan qızın dünyadakı oxşarı almanın içindən sağlam şəkildə çıxan qurddur.(Təzkirə" (Sibt ibni Covzi), səh.85, Beyrut çapı )
    Həmin münasibətlə belə nəql olunur:
    Tənuxi "Nəşvarul-muhazirət" kitabında(2-ci cild, səh.271 ) münəccimlərin xəbərləri barəsində atasının belə dediyini nəql edir: Bir gün Müvəffəqin yanında idim. O, Əbu Məşəri və adını bilib sonradan unutduğum digər bir münəccimi öz yanına çağırdı, qoltuğunda bir alma gizlədib onlardan "bu nədir?" - deyə soruşdu. O biri münəccim üstürlaba baxdıqdan sonra bir qədər fikirləşib dedi: "Meyvələrdəndir." Əbu Məşər isə dedi: "Heyvan cinsindəndir."
    Müvəffəq ona dedi: – Düz dedin.
    Amma Əbu Məşərə dedi ki, sən səhv dedin. Sonra almanı çıxardıb göstərdi.
    Əbu Məşər heyrətlə yenidən istərlaba bir qədər nəzər saldı, sonra almanı götürüb böldü. Onun içindən ağ bir qurd çıxdı. Sonra dedi: – Mənəm Əbu Məşər!
    Müvəffəq onların verdiyi ehtimalın düzlüyündən təəccüb edərək, hər ikisinə mükafat verdi.
    7-ədədlərin cavabi
    Əli (ə), ondan ədədlər barəsində soruşan yəhudinin cavabında buyurmuşdu: "Üçüncüsü olmayan iki günəşlə aydır, dördüncüsü olmayan üç (qadına verilən) təlaqların sayıdır, beşincisi olmayan dörd həyat yoldaşlarıdır. (Axırda isə buyurmuşdu:) Onuncusu olmayan doqquz qadının hamiləlik aylarıdır."("Əcaibul-Qəzaya" (Qummi) , səh.117 )
    Müəllif: Beşinci rəvayətdə qeyd olundu ki, İmam Əli (ə) bu ədədlərin cavabını başqa cür bəyan etmişdir. Onların hər ikisi düzgün sayılır. Aralarındakı fərqin səbəbi bu ola bilər ki, o Həzrət sual edənlərin hər birini, onların öz xas əqidə və nəzərinə uyğun şəkildə qane etmək istəmişdir.
    8-ÖMƏR HÜZEYFƏNIN SÖZLƏRINDƏN QƏZƏBLƏNIR
    Bir gün Ömər Hüzeyfəni görüb dedi: – Necə sübhə çıxdın?
    Hüzeyfə dedi: – Necə sübhə çıxmağımı istəyirsən? Allaha and olsun, elə bir halda sübhə çıxmışam ki, haqqı düşmən, fitnəni dost tuturam, görmədiyim şeyə şahidlik edirəm, məxluq olmayan şeyi hifz edirəm, dəstəmazsız namaz qılıram, yerdə elə bir şeyim var ki, Allah asimanda onlara malik deyil.
    Ömər bu sözləri eşitdikdə qəzəbləndi, amma tələsdiyi üçün ona bir söz demədən getdi. Lakin onu tənbeh etməyi qərara almışdı. Yol əsnasında Əli (ə)-ı gördü. Həzrət onun qəzəbləndiyini başa düşdükdə səbəbini soruşdu. Ömər dedi: – Hüzeyfə ilə rastlaşdım. Necə sübh etdiyini soruşduqda "elə bir halda sübhə çıxdım ki, haqqı xoşlamıram" - deyə cavab verdi.
    Əli (ə): – Düz deyibdir. Ölümdən xoşu gəlmir, halbuki o, haqqdır.
    Ömər: – O dedi ki, fitnəni sevirəm!
    Əli (ə): – Düz deyibdir. Mal-dövlətini və övladlarını sevir. Allah-Taala buyurur: "İnnəma əmvalukum və ovladukum fitnəh: mal-dövlətiniz və övladlarınız yalnız bir fitnə və imtahan səbəbidir."("Ənfal" surəsi, ayə:28 )
    Ömər: – O deyir ki, görmədiyim şeyə şəhadət verirəm!
    Əli (ə): – Düz deyir. Allahın yeganəliyinə, ölməyə, dirilməyə, behiştə, cəhənnəmə, sirata şahidlik verir. Halbuki, onların heç birini görməmişdir.
    Ömər: – O deyir ki, qeyri-məxluqu hifz edirəm!
    Əli (ə): – Düz deyir. Allahın kitabını hifz edir və o, qeyri-məxluqdur.(Zahirən Məmunun dövründə mütəkəllimlərin arasında Quranın məxluq olub-olmaması ilə əlaqədar yaranan münaqişənin əsası bəzi rəvayətlərdə gələn bu təbirdir. Lakin düzü bundan ibarətdir ki, məxluq dedikdə məqsəd məkzubdur. Yəni Quran haqq bir kitabdır ki, Allah tərəfindən nazil edilmişdir və onda heç bir yalana yol yoxdur. Halbuki kafirlər deyirdilər ki, Məhəmmədin dedikləri onun öz ixtira etdikləridir. (Müəllif) )
    Ömər: – O deyir ki, dəstəmazsız namaz qılıram!
    Əli (ə): – Düz deyir. Əmimoğlu Rəsuli-Əkrəm (s.ə.v.v)-ə dəstəmazsız olaraq salavat göndərir və bu da caizdir.(Səlat" və "salavat" eyni kökdən olan isimlərdir. (Müt.))
    Ömər: – Bunların hamısından da pisi budur ki, deyir: "Mənim yerdə elə bir şeyim vardır ki, Allah asimanlarda ona malik deyil!"
    Əli (ə): – Düz demişdir. Onun arvadı və övladları var. Allah isə belə şeylərdən uzaqdır.
    Bu zaman Ömər dedi: – Əgər Əliyyibni Əbi Talib olmasaydı, Ömər həlak olardı.("Mənaqib" (Gənci Şafei) )
    9-belə şəxs övliyaullahdir!
    Roma padşahının göndərdiyi adamlar Əbu Bəkrin yanına gəlib soruşdular: – O kimdir ki, behiştə ümidi yoxdur, nə Allahın cəhənnəmindən, nə də Onun Özündən qorxmur, rüku və səcdə etmir, murdar və qan yeyir, fitnəni sevir, haqq ilə düşməndir, görmədiyi şeyə şahidlik verir?!
    Əbu Bəkr cavab verə bilmədi. Amma Ömər dedi: – Belə şəxs öz küfrünü artırmışdır!
    Əli (ə) bu məsələdən xəbərdar olduqda buyurdu: – Belə şəxs Allah övliyalarındandır. Çünki, onun ümidi yalnız Allahadır, Onun behiştinə yox; Allahdan qorxur, nəinki oddan; Allahın zülm edəcəyindən deyil, ədalətlə rəftar edəcəyindən qorxur. Meyyit namazında rüku və səcdə etmir. Balıq və çəyirtkə yeyir, halbuki onlar ölüdürlər; ciyər yeyir, halbuki o qandan ibarətdir. Behişt və cəhənnəmin haqq olmasına şəhadət verir, halbuki onları görməyibdir.("Mənaqib" (Sərvi), "Qəzayahu (ə) fi əhdi Əbu Bəkr )
    Müəllif: Tavus Yəmaninin İmam Məhəmməd Baqir (ə)-dan soruşduğu suallarda belə qeyd olunur:
    Tavus Yəmani: – İnsanların üçdə-biri nə vaxt həlak oldu?
    İmam Baqir (ə): – Səhv etdin. Demək istəyirdin ki, camaatın dörddə-biri nə vaxt öldü. Bu, Qabilin Habili öldürdüyü vaxt idi. (Yəni dünyada cəmisi dörd nəfər var idi, biri öldükdə dörddə-biri ölmüş hesab olunur.)
    Tavus Yəmani: – İnsanların atası Habildir, yoxsa Qabil?
    İmam Baqir (ə): – Heç biri. İnsanların atası Adəmin oğlu Şeysdir.
    Tavus Yəmani: – Haqqa şahidlik edən hansı insanlar yalançı idilər?
    İmam Baqir (ə): – Münafiqlərin Peyğəmbər (ə)-in nübüvvətinə şəhadət verərək "nəşhədu innəkə lərəsulullah", yəni "Şəhadət veririk ki, sən Allahın göndərdiyi peyğəmbərsən" - dedikləri vaxt.
    Tavus Yəmani: – Allahın hansı göndərdiyi şəxsdir ki, nə cinlərdən idi, nə də insanlardan?
    İmam Baqir (ə): – Bu, qarğadır. Allah-Taala buyurur: "Fəbəəsəllahu ğurabən yəbhəsu fil-ərz", yəni "Allah bir qarğanı göndərdi ki, öz caynaqları ilə yeri qazsın."
    Tavus Yəmani: – Kimin barəsində yalan demişlər, halbuki, o nə cinlərdəndir, nə də insanlardan?
    İmam Baqir (ə): – O, bir canavardır ki, Yusifin qardaşları onun barəsində yalan demişdilər.
    Tavus Yəmani: – Hansı şeydir ki, onun azı halal, çoxu haramdır?
    İmam Baqir (ə): – Talutun keçdiyi çayın suyu. "Bəqərə" surəsi, 248: "Talut öz ordusuna dedi: "Həqiqətən Allah sizi bir su arxı ilə imtahana çəkəcək; hər kəs ondan çox içsə məndən deyil, hər kəs heç içməsə, yaxud az içsə məndəndir və mənim dinimdə olacaqdır."
    Tavus Yəmani: – O hansı orucdur ki, onda yeyib-içmək qadağan deyil?
    İmam Baqir (ə): – Həzrət Məryəmin tutduğu orucu (sükut orucu).("Mənaqib" (Sərvi), 2-ci cild, səh.288 )
    10-yunus baliğin qarninda
    Əli (ə) "Şiqşiqiyyə" xütbəsini oxuyan zaman bir nəfər o həzrətə, müəyyən suallar yazılan bir məktub verdi. İmam (ə) öz sözlərini yarımçıq saxlayıb həmin suallara cavab verdi. Onlardan biri bu idi: – Hansı canlıdır ki, başqa bir canlının qarnından çıxır, amma onların arasında heç bir qohumluq əlaqəsi yoxdur?
    Əli (ə) buyurdu: – Yunus ibni Mətta idi ki, balığın qarnından xaric olmuşdu.("Nəhcül-Bəlağə"nin şərhi (İbni Meysəm), 1-ci cild, səh.269 )
    11-musanin əsasi
    Əli (ə)-dan soruşdular: – O nədir ki, dirisi içdi, ölüsü yedi?
    Buyurdu: – Həzrət Musanın əsası idi. Ağacın üstündə budaq olduğu zaman (su) içirdi, (ağacdan kəsilib) Musanın əlində əsa olan zaman sehrkarların düzəltdiyi əjdahaları və ilanları udmağa başladı.("Mənaqib" (Sərvi), "Qəzayahu (ə) fi xilafətih" )
    12-isanin quşu
    Həzrət Əli (ə)-dan soruşdular: – O hansı quşdur ki, nə balası olmuşdur, nə əsli, nə də fəri?
    Buyurdu: – O, İsanın düzəltdiyi quş idi. Quranda buyurulur: "Ey İsa! O zamanı (yada sal) ki, palçıqdan quş şəklində düzəldir və Mənim əmrim ilə ona üfürürdün, o da Mənim əmrimlə canlı bir quş olurdu."("Nəhcül-Bəlağə"nin şərhi (İbni Meysəm) 1-ci cild, səh.269 )
    13-zalimlar!
    Osmanın xilafətdə olduğu günlərin birində Hüzeyfə Əli (ə)-a dedi: – Ya Əli! Uzun illər keçdikdən sonra sizin Hirrədə mənə buyurduğunuz sözün mənasını dünən başa düşmüşəm. Siz mənə demişdiniz: "Ey Hüzeyfə, necə olacaqsan, o zaman ki, bir neçə "eyn" bir "eynə" zülm edər, Peyğəmbər (s.ə.v.v) də bizim aramızda olmaz." Gördüm ki, əvvəlcə Ətiq (Əbu Bəkr) və ondan sonra da Ömər xilafəti ələ keçirməkdə sizdən qabağa keçdi. Halbuki, hər ikisinin adının əvvəli "eyn" hərfidir.
    İmam (ə) ona buyurdu: – Osmanın xilafətə gəlməsində böyük rol oynayan Əbdürrəhman ibni Ovfu unutmusan. (Başqa bir rəvayətdə bunu da buyurduğu qeyd olunur:) Tezliklə Əmr Asla ciyər yeyən qadının oğlu Müaviyə də onlara əlavə olunacaqdır ki, bunlar da mənə zülm etməkdə əlbir olan "eyn"lərdir.("Mənaqib" (Sərvi), 1-ci cild, səh.425, "Fi əxbarihi bil-ğeyb " )

    Category: Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri | Added by: Islam_Kitabxanasi
    Views: 1331 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024