İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri

    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri
    2012-01-24, 6:55 AM
    ON ÜÇÜNCÜ FƏSİL
    ÇƏTIN MƏSƏLƏLƏRIN CAVABI
    1-hər şeydən daha qəribə
    Üqbət ibni Əbi Üqbə dünyadan gedən zaman Əli (ə) öz dostlarından bir neçəsi ilə onun cənazəsinin yanına gəldi. Ömər də onların arasında idi. Bu zaman Əli (ə) orada olan bir kişiyə buyurdu: – Üqbənin ölməsi ilə arvadın sənə haram oldu.
    Ömər dedi: – Ya Əli! Sənin bütün qəzavətlərin qəribədir. Lakin bu hamısından qəribədir. Bir insan öləndə başqasının arvadı ona necə haram ola bilər?!
    Əli (ə) buyurdu: – Bəli, bu kişi Üqbənin qulamıdır, arvadı da azad bir qadındır. O qadın bu gün Üqbədən irs aparır və nəticədə öz ərinin bir hissəsinin maliki olur, qadın öz qulamına haram olur, o vaxta kimi ki, onu azad etsin, (azad olmuş) bir kişi də onu öz əqdinə keçirsin.
    Bu zaman Ömər Əli (ə)-a dedi: – Biz, ixtilafa düçar olduğumuz belə məsələləri səndən soruşmalıyıq!("Mənaqib" (Sərvi), "Qəzayahu (ə) fi əhdis-sani" )
    Müəllif: Bunun oxşarı olan bir rəvayəti mərhum Şeyx Səduq "Müqni" kitabında qeyd etmişdir. Belə ki, orada deyilir: Əli ibni Üqbə İmam Sadiq (ə)-dan soruşdu: – Bir qulam dörd azad kişini biri digərindən sonra qətlə yetirmişdir. Bunun hökmü nədir?
    İmam (ə) buyurdu: – O, öldürülən dördüncü şəxsin qəyyumlarının ixtiyarına keçir: istəsələr onu (qisas alaraq) öldürə, istəsələr də qul kimi qəbul edə bilərlər. Çünki, birinci adamı öldürdüyü zaman onun qəyyumları həmin qulu almağa və ya öldürməyə müstəhəq olurlar. İkincini öldürdükdə isə onun qəyyumları qulamı birinci öldürülənin qəyyumlarından (alaraq) öz ixtiyarlarına keçirirlər. Üçüncünü öldürdükdə onun qəyyumları qulamı ikinci öldürülənin qəyyumlarından (alaraq) öz ixtiyarlarına keçirirlər. Dördüncü adamı öldürdükdə, o, dördüncü adamın qəyyumlarına məxsus olur, istəsələr onu öldürə, istəsələr də qul kimi qəbul edə bilərlər.("Vəsailuş-şiə", 19-cu cild, səh.77 )
    2-izdivac gecəsi oğlan uşaği doğan qadin!
    Bir nəfər Əbu Bəkrdən soruşdu: – Bir kişi bir qızla evlənir və həmin gecə o qız oğlan doğur. Kişi elə həmin gecə vəfat edir və mirası oğlan ilə onun anasına keçir. Hadisənin necə olduğunu deyə bilərsənmi?!
    Əbu Bəkr onun cavabını bilmədi. Əli (ə) buyurdu: – Bu kişi o qız ilə izdivac etməmişdən qabaq qız onun kənizi idi və elə ondan da hamilə olmuşdu. Kişi onu azad etdikdən sonra öz əqdinə keçirtdi, qadın da həmin gecə doğdu. O öldükdə kişinin mirası oğluna və onun anasına keçir.(Bəlkə də məqsəd budur ki, o kişi özünün bakirə kənizi ilə yaxınlıq etmişdir ki, qocalıq, yaxud digər səbəblərə görə iftizaza səbəb olmamışdır, kəniz də ondan hamilə olub. Bir müddətdən sonra kişi kənizi azad edib onunla evlənir. Qadın doğduğu həmin gecədə kişi dünyadan gedir və onun mirası oğluna və oğlunun anasına keçir. (Müəllif) "Mənaqib", "Qazayahu (ə) fi Əhdi Əbi Bəkr" )
    3-ərli qadinin izdivaci
    Cavan bir qadın Əli (ə)-ın yanına gəlib dedi: – Ərli bir qadın öz atasının icazəsi ilə başqası ilə evlənə bilərmi?
    Orada hazır olanların hamısı hay-küy salaraq "heç vaxt!" - deyə cavab verdilər. Əli (ə) qadına buyurdu: – Ərini bura çağır.
    Qadın ərini gətirdi. Əli (ə) o kişini vadar etdi ki, öz arvadını boşasın. Kişi də azacıq belə etiraz etmədən təlaq verdi.
    Həzrət buyurdu: – Bu qadının əri ənindir (cinsi yaxınlığa qadir deyildir).
    Əri də iqrar etdi. Qadın iddə saxlamadan başqa bir kişi ilə izdivac etdi.("Mənaqib" (Sərvi), "Qəzayahu (ə) fi xilafətih" )
    Müəllif: "Təlaq" təbiri gətirməkdə İmam (ə)-ın məqsədi onun lüğətdəki mənası, yəni "azad etmək"dir. Çünki qadın, əri ənin olduğu halda əqdi fəsx edir və bu zaman təlaq verməyə heç bir ehtiyac yoxdur.
    4-cəzaya səbəb olan ibadət
    Əli (ə)-dan soruşdular: – Hansı ibadəti yerinə yetirmək də, tərk etmək də cəzaya səbəb olur?
    Buyurdu: – Şərab içərək məst olmuş adamın qıldığı namaz: o, namazı qılsa da, qılmasa da cəzaya layiq görülür.("Nəhcül-Bəlağə"nin şərhi (İbni Meysəm), 1-ci cild, səh.269 )
    5-ən pak yerdə edilən ibadətin batil olmasi
    Əli (ə)-dan soruşdular ki, yer üzünün hansı ən pak yeridir ki, onda namaz qılmaq batildir?
    Buyurdu: – Kəbə evinin damında.("Mənaqib" (Sərvi), 1-ci cild, səh.510 )
    Müəllif: – Çünki, orada namazın vacibatından olan qibləyə riayət etmək mümkün deyildir.
    Nəql olunur ki, İmam Riza (ə) çöl ərəblərinə məxsus olan paltar geyinib tanınmaz halda təvaf yerinə daxil oldu və təvafda Harundan qabağa keçdi. Bu, Haruna ağır oturduğu üçün onu təhqir etmək qərarına gəldi. Bu məqsədlə o həzrətdən çətin suallar soruşdu. O həzrət də qaneedici cavablar verdi. Sonra İmam (ə) ondan soruşdu: – (O kimdir ki,) sübh namazı vaxtı bir qadına nəzər salır, nəzəri haramdır. Günorta zamanı ona halal, əsr zamanı haram olur. Gün batan zaman halal, işa zamanı haram olur. Sübh zamanı halal, zöhr zamanı haram olur. Əsr olanda halal, məğrib zamanı haram, işa zamanı isə halal olur?!
    Harun dedi: – Ey ərəb qardaş! Allaha and olsun, məni elə bir dərin dəryaya saldın ki, səndən başqa heç kəs məni oradan xilas edə bilməz!
    İmam (ə) bu sualın izahında buyurdu: – O kişi sübh zamanı ona haram olan bir kənizə nəzər saldı. Zöhr zamanı onu aldı və halal oldu. Əsr zamanı onu azad etdi, haram oldu. Məğrib zamanı onunla izdivac etdi, halal oldu. İşa zamanı ona təlaq verdi, haram oldu. Sübh zamanı təlaqdan rücu etdi (qayıtdı), halal oldu. Zöhr zamanı ona zihar etdi, ona haram oldu. Əsr zamanı (kəffarə olaraq) bir qul azad etdi və halal oldu. Məğrib zamanı mürtəd oldu, qadın ona haram oldu, İşa zamanı tövbə etdi və islama qayıtdı, qadın ona halal oldu.("Əlamunnas fi Bənil-Əbbas", səh.56 (Harunun xilafəti) )
    Şiə alimlərindən Şeyx Müfid və ibni Bəra, sünnülərdən isə Həriri o həzrətin bu cür mürəkkəb və çətin suallara verdiyi cavablar barədə ayrıca kitab yazmışlar.
    Şeyx Müfidin nəql etdiyi çətin məsələlərin birində qeyd olunur: Bir kişi bir neçə qulamı, satın almadan, bir kəs tərəfindən ona bəxşiş edilmədən, sədəqə, müharibə qəniməti və miras da olmadan sahib olmuşdur!
    Cavabı budur ki, bu şəxsin anası müsəlman ərinin (yəni, həmin kişinin atasının) vəfatından sonra məsihi bir kişi ilə ailə qurmuş və ondan övlad sahibi olmuşdur. Əmirəl-möminin Əli (ə) buyurmuşdu: "Gərək o qadını edam etsinlər. O qadının həmin məsihi kişidən olan övladlarının hamısını da onun müsəlman qardaşının qulamları etsinlər."
    ON DÖRDÜNCÜ FƏSİL
    Ədəbiyyat elmlərində ixtiraçiliq
    1-SƏRF VƏ NƏHV (MORFOLOGIYA VƏ SINTAKSIS)
    Əbul Əsvəd Duəli deyir: – Bir gün Əli (ə)-ın hüzuruna getdim, o Həzrətin dərin fikrə daldığını gördükdə soruşdum: – Ya Əmirəl-möminin! Nə barədə fikirləşirsiniz?
    İmam (ə) buyurdu: – Sizin lüğətinizdə səhvlər və xatalar görmüşəm. Bu barədə müəyyən qayda-qanunlar düzəltmək istəyirəm ki, həmin səhvləri bərpa etsin.
    Dedim: – Əgər belə etsəniz, bizi diriltmiş olarsınız. Bu lüğət də bizim aramızda qalar.
    Bir neçə gündən sonra o həzrətin yanına getdim. Üzərində aşağıdakı kəlmələr yazılmış bir vərəqi mənim qarşıma qoydu: "Bismillahir-rəhmanir-rəhim. Bütün kəlmələr ya isimdir, ya feldir, ya da hərf. İsim odur ki, öz müsəmmasını aydınlaşdırsın. Fel odur ki, müsəmmanın hərəkətini göstərsin, hərfin də elə mənaları vardır ki, nə isimdir, nə də fel. (Sonra mənə buyurdu:) Bu barədə dəqiq axtarış aparıb nəzərinə çarpanları onlara artır. Bil ki, başqa baxımdan da kəlmələr üç cürdür: 1-Zahir (adi isim), 2-Zəmir (əvəzlik), 3-Nə zahir, nə də zəmir olmayanlar."
    Əbul Əsvəd deyir: Bir qədər ədəbi mətləbi toplayıb İmam (ə)-ın hüzuruna apardım. Onlardan biri də kəlməyə nəsb verən (felə oxşayan) hərflər idi: – "İnnə", "ənnə", "leytə", "ləəllə", "kəənnə". Lakin "lakinnə" kəlməsini qeyd etməmişdim. İmam (ə) mənə buyurdu: – Nə üçün "lakinnə"ni onların biri kimi qeyd etməmisən?
    Dedim: – Mənə belə gəlir ki, "lakinnə" onlardan deyildir.
    İmam (ə) buyurdu: – Xeyr, onlardandır. Onu da yaz.
    Nəhv alimlərindən olan Zəccac qeyd olunan qaydalara belə misal gətirir: Zahir dedikdə "rəcul" (kişi), "Zeyd" "Əmr" və s. kimi kəlmələrdir. Zəmir dedikdə "ənə" (mən), "əntə" (sən) və "fəəltə" kəlməsindəki "ta", "ğulami" kəlməsindəki "mütəkəllim ya"sı və xitab kafı; məsələn, sovbukə və s.-dir. Amma nə zahir, nə də zəmir olmayanlar mübhəm kəlmələrdir. "Haza", "hazihi", "hata", "ta" (bunlar ismi işarədir); "mən" o kəs ki...), "ma" (o şey ki...), "əlləzi" (o kəs ki...), ey, (bunlar mosul isimləridir); "kəm" (nə qədər), "məta" (harada), "əynə" (harada) (sual isimləridir) və s.("Möcəmül-üdəba ", 14-cü cild, səh.48 )
    2-LÜĞƏT
    Bir nəfər Əbu Bəkrdən "və fakihətən və əbba" ayəsinin tərcüməsini soruşdu, amma o, "əbb" sözünün mənasını bilmədi və dedi: – Hansı asiman mənə kölgə salsın, hansı yer məni üzərində götürsün, axı mən nə edim?! Əgər Allahın kitabı barəsində bir söz desəm, özümün də inanmadığım bir söz demiş olaram. Mən "fakihə"nin mənasını bilirəm. Lakin "əbb"in mənasını Allah daha yaxşı bilər!
    Əli (ə) bu sözlərdən agah olduqda buyurdu: – Sübhanəllah! Məgər o bilmir ki, "əbb" kəlməsi çoxlu otu-ələfi olan otlaq mənasınadır?! Allah bu şərif ayədə insanların özlərinə və onların heyvanlarına əta etdiyi nemətləri sadalamaq istəyir, belə ki, onları həmin nemətlərin vasitəsi ilə qidalandırır və həyatlarına sabitlik və möhkəmlik bağışlayır.("İrşad" (Şeyx Mufid), səh.107 )
    Həmçinin Əbu Bəkrdən "kəlalə" sözünün barəsində soruşduqda, dedi: – Bu barədə öz nəzərimi deyirəm; əgər düzgün olsa Allahdandır, əgər səhv olsa şeytandan və özümdəndir.
    Bu sözlər Əli (ə)-a çatdıqda, buyurdu: – Özünün ehtimal nəzəriyyəsini işlətməsi necə də yersizdir! Məgər bilmir ki, "kəlalə" kəlməsi ata-anadan bir olan bacı-qardaşlar, həmçinin təkcə ata tərəfdən və təkcə ana tərəfdən olan bacı-qardaşlar mənasına gəlib?! Belə ki, Allah-Taala buyurur: "Ey Peyğəmbər! Səndən "kəlalə" (qardaşlar və bacılar) barəsində fətva istəyirlər. De, Allah "kəlalə" barəsində sizə fətva verəcək: əgər sizlərdən bir kişi ölsə və onun övladı olmasa, amma bacısı olsa meyyitin tərəkəsinin yarısı o bacısına çatır."("Nisa" surəsi, ayə:175 )
    ***
    Bu ayədə "bacı" dedikdə məqsəd həm ata-anadan, həm də təkcə ata tərəfdən bir olan bacıdır. Çünki, fəqihlərin nəzər birliyinə əsasən, bacı o zaman tərəkənin (mirasın) yarısını irs aparır ki, (ölən şəxs ilə) ya ata-ana tərəfdən, ya da yalnız ata tərəfdən bir olsun. Başqa bir ayədə buyurulur: "Əgər bir kişinin və ya qadının qardaşdan və yaxud bacıdan başqa bir vərəsəsi olmasa, onlardan hər biri altıda-bir qədər pay aparır."("Nisa" surəsi, ayə: 11 )
    Şiə fəqihlərinin fikir birliyinə əsasən, ana tərəfdən bir olan bacı və qardaşa, tək olduqda irsdən altıda-bir, çox olduqda isə üçdə-bir qədər verilir.("İrşad" (Şeyx Mufid), səh.107 )
    Deməli, Qurani-məciddəki "kəlalə" sözü aşkar şəkildə ya ata-ana tərəfdən, ya da yalnız ata, yaxud ana tərəfdən bir olan bacı-qardaş barəsində işlədilir. Şəxsi rəy də o zaman işlədilir ki, bu barədə şəri bir dəlil olmasın. Buna görə də İmam Əli (ə) buyurdu: Özünün ehtimal nəzəriyyəsini işlətməsi necə də yersizdir!
    Müəllif: Əbu Bəkr "əbb" və "kəlalə" sözlərinin mənasını bilmədiyi kimi, "biz" kəlməsinin də mənasını bilməmişdi. "Tarixi Təbəri"də qeyd olunur ki, "Əzruat" günündə romalılarla farslar arasında "ədnəl-ərz"də (Şamın, yaxud Ərəbistan yarımadasının ətrafında) müharibə baş verdi və romalılar məğlubiyyətə uğradılar. Bu xəbər Peyğəmbər (ə)-ə və Məkkədə olan səhabələrə çatdıqda çox qəmgin oldular. Çünki kafir məcusilərin kitab əhlindən olan romalılara qələbə çalması Peyğəmbər (s.ə.v.v) üçün xoşagələn deyildi. Digər tərəfdən, Məkkə kafirləri bu hadisədən sevinərək müsəlmanlara tənə vurub deyirdilər: "Məcuslar sizin kitab əhlindən olan qardaşlarınıza qələbə çaldılar. Əgər siz də bizimlə müharibə etsəniz, sizə qələbə çalacağıq!" Bundan sonra aşağıdakı ayələr nazil oldu: "Romalılar, ən yaxın yerdə baş verən bir müharibədə (Şam nahiyələrində, yaxud Ərəbistan yarımadasının ətrafında, farslara) məğlub oldular. Onlar məğlub olduqdan sonra tezliklə yenidən (farslara) qələbə çalacaqlar, (özü də) çox az müdddət ərzində."
    Bu zaman Əbu Bəkr kafirlərə tərəf gedərək dedi: – Bu hadisədən çox da sevinməyin. Allah bizim Rəsulumuza xəbər veribdir ki, əlbəttə, romalılar farslara qələbə çalacaqlar.
    Müşriklərdən olan Übeyy ibni Xələf ayağa qalxıb "sən yalançısan!" - deyə Əbu Bəkrin sözünü təkzib etdi. Əbu Bəkr ona dedi: – Ey Allahın düşməni! Sən məndən də yalançısan! İndi səninlə şərt etməyə hazıram: mən on dəvə gətirirəm, sən də on dəvə gətir. Əgər üç il müddətində romalılar farslara qələbə çalsalar, dəvələr sənin olsun. Əgər farslar romalılara qələbə çalsalar, dəvələr mənim olsun.
    Übeyy ibni Xələf bu şərtlə razılaşdı. Sonra Əbu Bəkr Peyğəmbər (s.ə.v.v)-in yanına gəlib hadisəni bəyan etdi, həzrət buyurdu: – Gərək belə deməyəydin. Çünki, "biz" kəlməsinin mənası üç ildən on ilə qədər müddəti əhatə edir. İndi get, həm malın miqdarını, həm də müddəti artır.
    Əbu Bəkr gedib Übeyylə görüşdü, Übeyy dedi: – Deyəsən, peşman olmusan?!
    Əbu Bəkr dedi: – Xeyr. Həm malın miqdarını, həm də bu müddəti artırıram. Malı yüz dəvə qərar ver, müddəti isə doqquz il.
    Übeyy də qəbul etdi.("Tarixi Təbəri", 1-ci cild, səh.594 )
    3-FƏSAHƏT VƏ BƏLAĞƏT
    On birinci fəslin əvvəlində qeyd olundu ki, həzrət Əli (ə) bir dəfə əlifi olmayan, bir dəfə də nöqtəsi olmayan, eyni zamanda çox dəyərli və yüksək məzmunlu moizələri əhatə edən xitabə buyurmuşdur. Halbuki, əlif hərfi ərəb dilinin tərkib kəlmələrində başqa hərflərə nisbətən daha çox işlənir. Eləcə də ərəb ədəbiyyatında nöqtəli hərflərin işlənməsi çox zəruri və lazımdır.
    Qeyd olunanlardan məlum olur ki, həzrət Əli (ə) bütün ərəb dili və ədəbiyyatının ixtiraçısı olmuşdur. Deyirlər ki, nəinki bir elmi özündən ixtira edənlər, hətta müəyyən bir mətləbi deməkdə başqalarından qabağa keçənlər belə, imtiyazlı hesab olunur!
    ON BEŞİNCİ FƏSİL
    Coğrafi məsələlər
    BƏSRƏ DIYARI
    Mərhum Seyyid Rəzi "Nəhcül-bəlağə"də qeyd edir ki, Həzrət Əli (ə) Bəsrə əhlini məzəmmət edərək buyurdu: "Sizin torpağınız suya yaxın, asimandan uzaqdır."("Nəhcül-bəlağə" 13-cü xütbə )
    İbni Əbil Hədid birinci cümlənin təfsirində demişdir ki, Bəsrənin yeri dəryanın suyuna çox yaxın olduğuna görə Fars körfəzinin sularının tüğyan etməsi nəticəsində iki dəfə – birincisi Əl-qadir Billahın, ikincisi isə Əl-qaim Biəmrillahın dövründə suya qərq olmuşdur.
    O Həzrətin qeybdən verdiyi xəbərlərdən biri kimi bunu qeyd edirik: "Bəsrə şəhəri qərq olacaq, onun məscidi gəminin göyərtəsi kimi qalacaqdır." Elə İmam (ə)-ın buyurduğu kimi də olmuşdur.
    İbni Əbil Hədid sonra qeyd edir ki, Bəsrənin asimandan uzaq olmasının mənası budur ki, rəsədxana və astronomik vasitələrlə məlum edildiyi kimi, yer üzərində nisfun-nəhar dairəsindən ən uzaqda olan abad nöqtə Bəsrə nahiyəsində yerləşən Əblə diyarıdır. (Sonra deyir:) Bu dəqiq və incə mətləbləri yalnız Əmirəl-möminin Əli (ə) bəyan edə bilər. Çünki, o həzrət elə məsələlərdən xəbər vermişdi ki, ərəblər ümumiyyətlə, o barədə məlumatsız olmuşlar, tədqiqatçılar və alimlərdən başqa bir kəs də onu dərk edə bilməzdi. Bu da Əli (ə)-ın bədii və sirli elm xəzinəsini göstərir.(Nəhcül-bəlağə"nin şərhi (İbni Əbil Hədid), 1-ci cild, səh.89 )
    ON ALTINCI FƏSİL
    Riyazi suallara cavab
    1-ƏDALƏTLI BÖLGÜ
    İki nəfər birlikdə səfərə gedir. Yemək vaxtı gəlib çatanda onlardan biri süfrəyə beş, digəri isə üç çörək qoyur. Bu zaman onların yanından keçən bir nəfəri də yeməyə dəvət edirlər. Hər üçü birlikdə çörəkləri yeyib qurtarırlar. Yoldan ötən üçüncü şəxs qayıtmaq istəyəndə yediyi çörəklərin əvəzi olaraq səkkiz dirhəm verir. Pulu bölüşdürmək istəyəndə onların arasında münaqişə yaranır. Üç çörək sahibi beş çörək sahibinə: "dirhəmləri yarıbayarı bölməliyik" - deyir, beş çörək sahibi isə deyir: "Bu, ədalətli bölgü deyildir. Süfrəyə qoyduğumuz çörəklərə mütənasib olaraq mənə beş dirhəm, sənə üç dirhəm çatmalıdır." Amma o birisi razılaşmır. Nəhayət, məsələni Əli (ə)-a deyirlər, həzrət buyurur: – Gedin, bir-birinizlə razılaşın. Bu kimi əhəmiyyətsiz məsələ barəsində bu qədər ixtilaf etməyin.
    Onlar deyir: – Hər halda, siz haqqı bizim üçün bəyan edin!
    Əli (ə) dirhəmləri götürüb yeddi dirhəmi beş çörək sahibinə, bir dirhəmi isə üç çörək sahibinə verir və onlara buyurur: – Məgər sizin hər biriniz iki çörək və çörəyin üçdə-ikisi qədər yeməmisinizmi?! (Bu da səkkizdə üç edir.)
    Deyirlər: – Bəli.
    İmam (ə) buyurur: – Deməli, yoldan keçən şəxsin yediyi çörəyin yeddidə üç hissəsi beş çörək sahibinin, üçdə bir hissəsi isə üç çörək sahibinindir. Pullar da bu əsasda bölüşdürülməlidir.("Fürui-Kafi", "Kitabul-qəzaya", "Nəvadir" babı, 10-cu hədis; "Təhzib", "Qəza" kitabı," Əzziyadatu fil-qəzaya" babı, 12-ci hədis )
    2-DƏVƏLƏRIN BÖLGÜSÜ
    Üç nəfər on yeddi dəvənin bölüşdürülməsində ixtilafa düşdülər. Birincisi onların yarısını, ikincisi üçdə-birini, üçüncüsü isə doqquzda-birini iddia edir və hər yolla olursa olsun, kəsir qalmamaq şərtilə bölmək istəyirdilər. Lakin bunu bacara bilmirdilər. Məsələni Əli (ə)-a dedikdə həzrət onlara buyurdu: – İstəməzsinizmi ki, mən öz malımdan bir dəvəni onlara əlavə edim və onları sizin aranızda bölüm?!
    Dedilər: – Əlbəttə.
    Sonra bir dəvəni əlavə etdi və onların sayı 18 oldu, onların ikidə-birini (doqquzunu) birinciyə, üçdə-birini (altısını) ikinciyə və doqquzda-birini (ikisini) üçüncüyə verdi. Qalan bir dəvəni də özünə götürdü.(Bu məsələnin riyazi incəliyi budur ki, o üç nəfərin özləri üçün təyin etdikləri pay düzgün vahiddən 1÷18 miqdar az idi və həqiqətdə həmin 1÷18 miqdar öz paylarının nisbətində hər birinin payından artıq idi. Məsələn, birincisi on yeddi dəvədən doqquz dəvənin sahibi idi, nəinki on yeddi dəvədən 5÷8. Həmçinin ikincisi və üçüncüsü də eynilə. Artıq miqdarlar dəqiq olduğuna və sual edən şəxslərin də riyazi qanunları bilmədiyinə görə İmam heç bir izah vermədən çox sadə yolla onların çətinliklərini həll etdi. (Müəllifdən) )
    3-QƏRIBƏ ƏDƏD
    Bir yəhudi İmam Əli (ə)-ın yanına gəlib dedi: – Mənə elə bir ədəd de ki, ikiyə, üçə, dördə, beşə, altıya, yeddiyə, səkkizə, doqquza və ona qalıqsız bölünsün.
    Əli (ə) ona dedi: – Əgər cavabını desəm, islamı qəbul edəcəksənmi?
    Dedi: – Bəli.
    Əli (ə) ona buyurdu: – Həftənin günlərini ilin günlərinə vur, istədiyin ədəd alınacaqdır.(Bu ədəd qeyd olunan ədədlərə kəsirsiz bölünən ən kiçik ədəddir. "Kəşkül" (Şeyx Bəhai), 2-ci cild, səh.42 )
    Yəhudi onun düzgün olduğunu gördükdə islamı qəbul etdi.
    Mərhum Şeyx Bəhai "Xülasətul-hesab" kitabının 136-cı səhifəsində belə qeyd edir: Əgər ayların sayını ayın günlərinin sayına və onun hasilini də həftənin günlərinə vursan, elə bir ədəd alınar ki, qeyd olunan ədədlərin hamısına qalıqsız bölünər.
    Əgər "eyn" hərfi olan ədədlərin məxrəci, yəni rub, səb, tis və əşr (4, 7, 9, 10) bir-birinə vurulsa onların hasili elə bir ədəddir ki, qeyd olunan ədədlərin hamısına qalıq-sız bölünür("Kəşkül", 2-ci cild, səh.499 )
    4-BEYTÜL-MALIN BÖLÜŞDÜRÜLMƏSI
    Əli (ə) Cəməl müharibəsində düşmənlərə qələbə çaldıqdan sonra özünün mühacir və ənsardan olan köməkçiləri ilə Bəsrədəki beytül-mal saxlanan anbara daxil oldu, dinar və dirhəmlərin kənarında dayanıb onlara xitabən buyurdu: "Ey ağ dirhəmlər! Ey sarı qızıllar! Məndən başqasını aldadın!"
    Bir neçə an sükut etdikdən sonra dostlarına buyurdu: – Bunları mənim səhabələrimin və mənimlə birgə olanların arasında beş yüz-beş yüz bölüşdürün.
    Bu göstərişi icra etdikdən sonra bir dirhəm belə, az gəlmir. Halbuki, o həzrətin köməkçilərinin sayı on iki min nəfər idi.("Murucuz-zəhəb", 2-ci cild, səh.371 )
    Aydındır ki, bu hadisə o zaman bu fəsildən hesab olunar ki, altı milyona qədər olan sikkələrin miqdarı o həzrətə məlum olsun. Əks halda isə, o həzrətin möcüzəli və qeybi xəbərlərindən hesab olunmalıdır.
    Bunun oxşarını Sərvi "Mənaqib" kitabında (1-ci cild, səh.419) belə qeyd edir: Həzrət Əli (ə) öz xilafətinin əvvəllərində Mədinədə minbərə çıxıb öz köməkçilərinə və dostlarına xitabən buyurdu: – Cərgələrin arasında gəzin və camaata deyin: bir kəs mənim xilafətimdən narazıdırmı?
    Bu zaman camaatın səsi ucaldı, hamı bir səslə dedi: "Pərvərdigara! Biz Sənin Peyğəmbərindən və onun əmisioğlundan razıyıq, onun fərmanını cani-dildən qəbul edirik!"
    Əli (ə) bu zaman Əmmara buyurdu: – Ey Əmmar, qalx ayağa! Beytül-malın saxlandığı yerin qapısına get və hər nəfərə üç dinar (qızıl pul) ver, mənim üçün də üç dinar gətir.
    Əmmar Əbul-Heysəm və müsəlmanlardan bir dəstə ilə birlikdə beytül-mala tərəf getdi. O Həzrət də minbərdən enərək, Quba məscidinə yollandı. Orada namaz qılıb dua etməyə başladı. Əmmar öz yoldaşları ilə beytül-mala daxil olduqda orada üç yüz min dinar olduğunu gördülər. Camaatın da sayı elə yüz min nəfər idi. (Hər adama üç dinar düşürdü). Bu zaman Əmmar orada olanlara dedi: – Allaha and olsun! O həzrət nə camatın sayını bilirdi, nə də dinarların miqdarını. Bunun özü də onun haqq olmağına bir sübutdur. Sizə vacibdir ki, onun əmrlərinə itaət edəsiniz.
    Onların içində Təlhə, Zübeyr və Əqil dinarı almaqdan imtina etdilər.(İbni Əbil Hədid "Nəhcül-bəlağə"nin şərhində Əbu Hüreyrədən belə nəql edir: Əbu Musa Əşəridən səkkiz yüz min dirhəm pulu Ömərin yanına gətirdim, Ömər dedi:–Nə qədər pul gətirmisən? Dedim: Səkgiz yüz min dirhəm. Ömər bir neçə dəfə təəccüblə dedi:–Səkkiz yüz min dirhəm! Sonra mənə dedi:–Vay olsun sənə. Səkkiz yüz min dirhəm nə qədərdir? Dedim: Yüz min dirhəm« Səkkiz dənə yüz min dirhəm. Və onu səkkiz dəfə təkrar etdim. Bundan sonra həmin məbləğ Ömərin nəzərində çox mühüm və çox gəldi. "Nəhcül-bəlağə"nin şərhi, 3-cü cild, səh.113 "Lillahi biladu filan" xütbəsinin şərhində. )
    5-SƏKKİZDƏ-BİRIN DOQQUZDA-BİRƏ ÇEVRILMƏSI
    Əli (ə) minbərdə xütbə oxuyarkən bir kişi ondan soruşdu: – Bir nəfər vəfat etmişdir, onun arvadı, atası, anası və iki qızı qalmışdır. Arvadının payı nə qədərdir?
    Həzrət buyurdu: – Onun payı səkkizdə-birdən doqquzda-birə çevrilir.
    Bu da "minbər məsələsi" adı ilə məşhurlaşdı.
    Sərvi "səkkizdə-birin doqquzda-birə çevrilməsi" barəsində belə deyir: Ata ilə ananın mirasdan olan payı üst-üstə üçdə-bir, iki qızın payı üçdə-iki, arvadın payı da səkkizdə-birdir. Bu halda payların məcmusu birdən (səkkizdə-bir qədər) artıq olur. Deməli, məxrəc iyirmi yeddidən bölünür və tərtiblə iyirmi yeddi paydan üçü qadın üçün, on altısı iki qız üçün, səkkizi də ata-ana üçün bərabər şəkildə paylanır.(Mənaqib" (Sərvi), 2-ci cild, səh.268 İzah: Fərz olunan məsələdə bölgü 1÷8 qədər artıq gəldiyindən hər bir paydan ona nisbətən azaldılmalıdır. Və məxrəc də iyirmi yeddi üzərində bölünmüşdür. Nəticədə qadının payı 1÷8-dən 1÷72 qədər azaldılır, 1÷9-ə çevrilir, ata-ananın payı 1÷27, iki qızın payı isə 2÷27 qədər azaldılaraq ardıcıl olaraq 8÷27 və 16÷27-a çevrilir. (Mütərcim) )
    Aydındır ki, bu cavab sünnülərin əqidəsinə uyğun şəkildə verilmişdir. Onlar tərəkənin (mirasın) əslindən artıq gələn payı və çatışmayan hissəsini bütün vərəsələrə bölürlər ki, buna "ovl" deyilir. Ovl şiə məzhəbində düzgün olmadığına görə İbni Şəhraşub bu rəvayətin izahında demişdir ki, Həzrət Əli (ə)-ın cavabı ya sual şəklində, ya da (təqiyyə etdiyinə görə) sabiq xəlifələrin dediyi əsasda olmuşdur, yaxud da sual edən şəxs məsələnin cavabını ovla etiqad bəsləyənlərin istəyi əsasında olmasını istəmişdir.
    6-dinariyyə məsələsi
    Bir qadın İmam Əli (ə)-ın yanına gəldi. O Həzrət bir ayağını üzəngiyə qoyduğu halda belə bir məsələ soruşdu: – Qardaşım vəfat edəndə altı yüz dinar pulu qalmışdı. Onun varisləri zülm edərək mənə yalnız bir dinar verdilər. İmam (ə) buyurdu: – Məgər qardaşının iki qızı yox idimi?!
    Qadın cavab verdi: – Bəli.
    İmam (ə) buyurdu: – Onların payı tərəkənin üçdə-ikisidir ki, dörd yüz dirhəm edir. Ölənin ana tərəfdən bir olan qardaşı var idi ki, onun payı tərəkənin altıda-biridir ki, o da yüz dinar edir. Onun arvadının payı tərəkənin səkkizdə-biridir ki, o da yetmiş beş dinardır. Onun on iki qardaşı da var ki, hər birinə iki dinar çatır. Tərəkənin yerdə qalan bir dinarı da sənin payındır.
    Sonra o biri ayağını da üzəngiyə qoyaraq öz məqsədinə doğru hərəkət etdi. Bu məsələ də "dinariyyə məsələsi" adı ilə məşhurlaşdı.(Bu məsələnin də cavabı təsibə əsasəndir (yəni, irsdən pay aparanların tərəkəsinin artıq miqdarını ikinci təbəqədən olan varislərə vermək). Sünnülər buna inanırlar, amma şiə məzhəbinə görə bu, batil sayılır. O Həzrətin cavabı da sabiq xəlifələrin rəyinə əsasən olmuşdur. Çünki şərait bunu tələb etmirdi ki, Həzrət bu bidəti, həmçinin onların digər bidətlərini, o cümlədən həcc mütəsini, qadınların mütəsini, təlaqa and içməyi dəyişdirsin. (Müəllif) )
    7-sənin cavabini bilirəm!
    Əli (ə) minbərdə xütbə oxuyarkən belə buyurdu: "Səluni qəblə ən təfqiduni; Məni əldən verməmiş istədiyiniz şeyləri soruşun."
    Bu zaman bir kişi ayağa qalxıb dedi: – Ya Əli! Mənim başımda və üzümdə nə qədər tük var?
    Əli (ə) buyurdu: – Allaha and olsun! Həbibim Rəsulullah (s.ə.v.v) sənin bu sualının cavabını mənə vermişdi. Əgər onun isbat olunması çətin olmasaydı, cavabını verərdim. Sənin bu sualının cavabını bildiyimi biləsən deyə, səni başqa bir məsələdən agah edirəm: Sənin evində bir uşaq vardır ki, Peyğəmbərin qızının oğlunu öldürəcəkdir.("İrşad" (Şeyx Mufid), O Həzrətin qeybi xəbərlərindən bəhs edən bölmə. Həmçinin bu xəbəri İbni Babəveyh və İbni Quləveyh də nəql etmişlər. Həmçinin orada sual edən şəxsin Səd ibni Əbi Vəqqas olduğunu qeyd etmişdilər ki, onun da oğlu Ömər ibni Səd olmuşdur. (Müəllif) )
    8-əshabi-kəhfin yuxusunun müddəti
    Bir yəhudi Əli (ə)-dan Əshabi-Kəhfin nə qədər yatması barəsində soruşdu. İmam Əli (ə) "Kəhf" surəsinin 24-cü ayəsini tilavət etdi: "Və ləbisu fi kəhfihim səlasəmiətin sininə vəzdadu tisən; Onlar mağarada üç yüz il yatdılar və doqquz il də artırdılar."
    Yəhudi dedi: – Bizim səmavi kitablarımızda üç yüz il qeyd olunmuşdur!
    İmam (ə) buyurdu: – Sizin iliniz şəmsidir, bizim ilimiz isə qəməri.(Məcməul-bəyan" təfsiri )
    Müəllif: Şəmsi il 365 gün olduğuna görə, üç yüz şəmsi il, qəməri illə üç yüz doqquz ilə bərabər olur. Bu barədə Əhli-beyt ¢-dan da bəzi rəvayətlər nəql olunmuş-dur. Belə ki, İmam Sadiq (ə)-dan soruşdular ki, bir kişi başqası ilə bu əsasda müqavilə bağlayır ki, on insan boyu qədərində quyu qazıb on dirhəm alsın. O şəxs də yalnız bir insan qədərində quyu qazıb öz haqqını almaq istəyir. İmam (ə) buyurur: – On dirhəmi əlli beş yerə bölün. Birinci qamət bir pay, ikincisi iki paydır ki, birinciyə əlavə olunduqda üç pay olur. Üçüncü qamət üç paydır ki, birinci və ikinci ilə cəm olduqda altı pay olur və s...("Fürui-Kafi", "Kitabul-qəza", "Nəvadir" babı, hədis:3 )
    Bu bölgünün səbəbi budur ki, yer nə qədər çox qazılsa, iş də bir o qədər çətinləşir. İmam (ə) onun zəhmət haqqını yerin çətinliyini nəzərə alaraq bölmüşdür.
    Bəli, hesab və fərizə elmində Əli (ə) hamıdan öndə gedir. Dost-düşmən də bu elmləri ondan öyrənmişdir. "Tarixi-Təbəri"də qeyd olunur ki, Haris Həmdani o həzrətin fiqh, fərizə və hesab elmlərində iştirak edən görkəmli tələbələrindən olmuşdur. Şəbi deyir: "Mən bu elmi Harisin yanında öyrənmişəm."
    Category: Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri | Added by: Islam_Kitabxanasi
    Views: 1003 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024