İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri

    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri
    2012-01-24, 6:54 AM
    ON YEDDİNCİ FƏSİL
    HEYƏT VƏ NUCUM (ASTRONOMIYA)
    1-atmosfer
    Əli (ə) "Siffeyn" müharibəsinə getmək istəyəndə asimanların və yerin necə yaradılması, dağların necə inşa edilməsini göstərən bu duanı tilavət etdi: "Pərvərdigara! Ey uca asimanların Pərvərdigarı! Yayılmaqdan qorunub saxlanan cəvvin (atmosferin) Pərvərdigarı! Sən onu (cəvvi) gecə və gündüzün gəlib-getmə yeri qərar vermisən"("Nəhcül-bəlağə", xütbə-166 )
    Şəhristani "Əl-heyətu vəl-islam" kitabında (səh.51) belə qeyd edir: Bu duada "cəvvin məkfuf" - dedikdə məqsəd budur ki, yeri əhatə edən hava təbəqəsi özü-özlüyündə pərakəndə olmağı tələb və yayılmağa səy etdiyindən, onları müəyyən bir yerdə saxlamaq Allah-Taalanın qüdrət nişanələrindəndir.
    Eləcə də "əlləzi cəəltəhu muğizən lilləyli vən-nəhar" cümləsinin şərhində belə deyir: "Muğiz" kəlməsi suyu udan və onu özünə cəzb edən yer mənasınadır. Sanki o Həzrət (istiarə şəklində) gündüzü nur və gecəni qaranlıq mənasına bəyan etmiş və belə demişdir: "Pərvərdigara! Sən işığı və zülməti hava qatlarında – cəvvdə batırmısan və nurun cəvvdə batması nəticəsində gecə, qaranlığın da cəvvdə batması nəticəsində gündüz əmələ gəlir." O Həzrət belə fərz etmişdir ki, hava həm nuru, həm də zülməti udur. Hal-hazırda, uzun əsrlər keçdikdən sonra astronomlar spektroskop cihazının vasitəsi ilə kəşf etmişlər ki, atmosfer qatı öz tələbinə uyğun olaraq günəş şüalarının müəyyən miqdarını udur və qalanını bizim üçün buraxır. Bu elmi kəşf fizikada onlar üçün minlərlə elm və sirri açmışdır. Lakin elm şəhərinin qapısı – Əli (ə)-dır. Peyğəmbər (s.ə.v.v)-dən nəql olunan səhih rəvayətlərə əsasən, o Həzrət Əli (ə)-a min elm babı öyrətmişdir ki, hər birindən də yenidən min elm babı açılır. Bəlkə də o həzrətin bu möcüzəli kəlamı həmin elm bablarından biridir ki, mühəqqiqlər və alimlər ondan minlərlə məsələni öyrənirlər.
    Allaha and olsun! Fəlsəfə fənlərini dərindən mənimsəmiş hər bir kəs o həzrətin nurani kəlamlarına diqqət yetirsə, onun üçün hikmət və elm çeşmələri axmağa başlayar və Əli (ə) barəsində deyilən "Əlinin kəlamı Xaliqin kəlamından aşağı, məxluqun kəlamından yuxarıdır" – deyənlərin sözünün doğruluğunu dərk edər.
    2-yerin hərəkəti
    Əli (ə) "Nəhcül-bəlağə"nin 202-ci xütbəsində dağların yaradılmasının hikməti barəsində buyurur: "Yer özünün malik olduğu hərəkətlərlə birlikdə – özünün yumşaq və o əşyaların ağır olmasına görə – öz əhlini iztiraba salmadan, yaxud onları udmadan, yaxud da öz mövqeylərindən (orbitindən) kənara atmadan sakin oldu."
    "Əl-heyətu vəl-islam" kitabında belə qeyd olunur: Xütbənin bu iki cümləsi yerin günəş ətrafında fırlanma hərəkətinə dair iki aydın dəlildir. Halbuki, birinci cümlədəki "əla" kəlməsi "məə" mənasınadır.("Əla" kəlməsinin "məə" mənasına işlədilməsi çoxdur. O cümlədən "Əl-həmdu lillahil-ləzi vəhəbəni ələl-kibəri İsmailə". Burada "əla" kəlməsi "məə" mənasındadır. Həmçinin "və yutimunət-təamə əla hubbihi" ayəsində də "məə hubbihi" mənasınadır. ("Əl-ilahiyyatu vəl-islam", səh.80) ) "Ov təsixə bihəmliha" cümləsinin mənası budur ki, yer üzərində ağır dağların mövcud olması onun öz əhlini udmasının qarşısını alır.
    "Ov təzulə ən məvaziiha" cümləsinin izahında qeyd olunur ki, bu kəlamın zahiri yerin öz orbiti ətrafında müxtəlif hərəkətlərə malik olduğunu göstərir. Çünki, son əsrin alimlərinin inancına görə Yer müxtəlif hərəkətlərə malikdir ki, onların hamısı da on ikilik təşkil edən bürclərin qarşısında müəyyən orbitə malikdir. Buna əsasən, "əla hərəkatiha" cümləsi günəş ətrafında illik fırlanma hərəkəti ilə özünə düzgün məna alır. Dağlar və onların kökləri yerin daxili quruluşunun qorunub saxlanmasına kömək edir, onların parçalanıb dağılmasının, eləcə də yerin öz məxsus orbitində olan xüsusi mövqeyindən çıxmasının qarşısını alır. Bu cümləyə əsasən, o həzrət yer üçün müəyyən mövqelər bəyan edir. Aydındır ki, bu hikmətli kəlam yerin mərkəziyyətinə və sükunətdə olmasına inanan qədim heyətə (astronomiyaya) əsasən, doğru sayılmazdı. Çünki, sükunətdə olan bir şeyin çoxlu orbitləri yox, yalnız bir orbiti və mövqeyi ola bilər.
    3-YERIN HƏRƏKƏTLƏRI
    Əli (ə) "Nəhcül-bəlağə"nin 90-cı xütbəsində buyurur: "Və əddələ hərəkatiha birrasiyati min cəlamidiha: Pərvərdigari-aləm yerin hərəkətlərini dağların və ağır cisimlərin vasitəsi ilə mötədil vəziyyətə salır."
    Şəhristani bu cümlənin şərhində deyir: Bu kəlamın zahiri mənası budur ki, ağır dağlar yerin, müxtəlif hərəkətlər səbəbi ilə titrəyişlərə düşməsinin, eləcə də cazibə və dafiə qüvvələrinin bir-biri ilə çarpazlaşması nəticəsində öz mötədilliyini itirməsinin qarşısını alır. (Sonra əlavə edir:) Bizim əsrimizin alimləri yer üçün müxtəlif hərəkətlər olduğuna inanırlar ki, onların ən məşhuru da beş hərəkətdir. Fransa alimi Feliks Verne yerin on bir hərəkətə malik olduğunu demişdir. Mən onların səkkizini burada qeyd edirəm:
    1-Gecə-gündüzdə mehvəri (öz oxu ətrafındakı) hərəkət;
    2-Yerin günəş ətrafındakı illik hərəkəti;
    3-İqbali hərəkət;
    4-Yer kürəsinin həziz və ovc nöqtəsinin hərəkəti;
    5-Payızda və yazdakı etidal təqdim hərəkəti;
    6-Ayın irtiaşi (vibrasiyalı) hərəkəti;
    7-Günəşin irtiaşi (vibrasiyalı) hərəkəti;
    8-Təbi hərəkət.(Əl-heyətu vəl-islam", səh.83 )
    4-AY, GÜNƏŞ VƏ FƏLƏK
    Əli (ə) "Əşbah" xütbəsində günəşin və ayın yaradılışının hikməti barəsində buyurur: "(Allah-Taala) Asimandakı günəşi gündüzün aydınlıq gətirən bir nişanəsi, ayı da (gecədəki zülmətli qaranlığı aradan aparmaq üçün) kəmrəng bir nur qərar verdi."(Biharul-ənvar", 3-cü cild, səh.112-113 )
    İmam Cəfər Sadiq (ə) Müfəzzələ buyurdu: Ey Müfəzzəl! Günəşin gecə-gündüzü əmələ gətirməsi üçün doğub-batması barədə yaxşı fikirləş. Əgər Günəş saçmasaydı, aləmin bütün işləri batil və əbəs olar, insanlar kəsb-ticarətlə məşğul ola, (işgüzar) fəaliyyət edərək özlərinin məişət həyat ehtiyaclarını təmin edə bilməzdilər, dünya başdan-başa zülmətə qərq olardı. İnsanlar nurun səfa və gözəlliyindən istifadə etmədiklərinə görə həyatdan ləzzət almazdılar. Bu məsələ hamıya gün kimi aydındır. İndi Günəşin qürub etməsində də diqqətlə fikirləş: əgər bu iş olmasaydı, insanların bədənlərinin istirahətə olan şiddətli ehtiyacı aradan qalxmaz, bədənin yorğunluğunu almaq, qüvvələrini yeniləşdirmək, həzm orqanlarını gücləndirmək, qidanı həzm etmək və həzm olunduqdan sonra bədən üzvlərinə çatdırılması üçün asudəliyi, asayişi və rahatlığı olmazdı. Bundan əlavə, yer günəşin ardıcıl saçması nəticəsində şiddətlə qızar, onun üzərində olan heyvanlar və bitkilər məhv olub aradan gedərdi.
    Nəhayət, buyurdu: – Qaranlıq gecədə ayın saçmasında dərindən fikirləş və bunun ardınca gələn mənfəətləri gözlərin önündə canlandır. O cümlədən, insanlar yeri əkib şumlamaq, ağac kəsmək və s. kimi bəzi işləri və məşğələləri vaxtın azlığı, günün qızmar olması və sair səbəblərə görə gündüz görə bilmədiyi işləri gecələr görürlər. Eləcə də (Allah-Taala) ayın saçmasını gecədə və onun işığını günəşin işığından az qərar verdi ki, gecənin yaranması üçün nəzərdə tutulan hikmət qorunub saxlansın. Xüsusilə, ayın təsərrüfündə (vəziyyətinin dəyişməsində), hilallarında, muhaqında(Qəməri ayının axırıncı üç günü ki, ay gözə görünmür. (Red.) ), artıb-azalmasında və tutulmasında insanlar üçün Allah-Taalanın qüdrətinə dair qəflət yuxusundan bir növ ayıltma vardır. Belə ki, dünya işlərinin islah olunması (sahmana salınıb tənzim edilməsi) məqsədi ilə ona belə təsərrüflər vermişdir. Onda elə dəlalətlər vardır ki, (yalnız) ibrət əhli ondan ibrət alarlar.
    5-NÜCUM (ASTRONOMIYA) ÖYRƏNMƏK
    Mərhum Seyyid Rəzi "Nəhcül-bəlağə"nin 76-cı xütbəsində belə qeyd edir: Əli (ə) xəvariclə müharibəyə gedəndə o həzrətin dostlarından biri gəlib dedi: – Ulduzlar vəziyyəti pis göstərir. Sənin üçün (bu vaxt hərəkət etməyindən) qorxuram. Əgər bu gün hərəkət etsən, öz məqsədinə çataraq düşmənə qələbə çala bilməzsən!
    Əli (ə) onu tənbih edərək buyurdu: – Yoxsa sən güman edirsən ki, yaxşı və pisi bilirsən və nəticədə camaatı yaxşılıqlara və pisliklərə doğru hidayət edirsən?! Hər kəs bu (puç) təsəvvüründə səni təsdiq etsə, Quranı təkzib etmiş olar, istənilən şeylərə çatmaq və xoşagəlməz şeyləri dəf etmək yolunda Mütəal Allahdan kömək istəməkdən ehtiyacsız olar! Yaxşı olar ki, sənin sözünə əməl edənlər Allaha yox, sənə həmd-səna edələr! Çünki, onları yaxşılıqlara və xoşluqlara çatdıran sənsən, onları xəsarətlərdən və ziyanlardan sən amanda saxlamısan! (Sonra camaata üz tutub buyurdu:) Nücumu (belə məqsədlər üçün) öyrənməkdən həzər edin! Onu yalnız quru və dərya yollarında istifadə etmək üçün öyrənin. Çünki bundan qeyri hallarda onun öyrənilməsi insanı kahinliyə tərəf çəkir. Münəccim kahin kimidir, kahin də sehrkar kimidir, sehrkar da kafir kimidir, kafir də cəhənnəm odundadır. (Sonra buyurdu:) Ey insanlar! Allahın adı ilə məqsədə doğru hərəkət edin!
    Müəllif: İmam Əli (ə)-ın, eləcə də məsum Əhli-beyt ¢-ın sözlərindən məlum olur ki, ulduzlar bəzi hadisələr və fenomenlər üçün əlamətdir, onlar müəyyən hadisələrin baş verməsində heç də müstəqil olaraq təsirli deyildirlər. Əlbəttə, onların pis təsirlərini sədəqə vermək, dua etmək və Allah dərgahına yalvarmaqla aradan qaldırmaq olar.
    Belə ki, İbni Əsbat İmam Sadiq (ə)-ın belə buyurduğunu nəql edir: Mən münəccim bir şəxs ilə bir torpaq sahəsində şərik idim. O, torpaq sahəsini bölməyi təxirə saldı, öz gümanına əsasən, yaxşı bir saatda xaric oldu və məni pis bir saatda çölə apardı ki, yaxşı pay ona düşsün. Sonra onun gümanı ilə belə bir saatda xaric olduq və yeri böldük. Təsadüfən torpağın yaxşı hissəsi mənə qismət oldu. Münəccim heyrətlə başına vurub deyirdi: – Mən indiyə qədər belə bir gün görməmişəm! Mən münəcciməm, səni pis saatda, özümü isə yaxşı saatda çıxartmışam. İndi görürəm ki, torpağın yaxşı hissəsi sənə qismət oldu!
    İmam Sadiq (ə) ona buyurdu: – İndi sənin üçün bir hədis nəql edim. Atam Rəsuli Əkrəm (s.ə.v.v)-in belə buyurduğunu rəvayət edir: "Hər kəs Allahın gündüzün pisliklərini ondan uzaqlaşdırmasını istəyirsə, günün əvvəlində fəqirlərə sədəqə versin. Hər kəs Allahın gecə pisliklərini ondan uzaqlaşdırmasını istəyirsə, gecənin əvvəlində sədəqə versin." Mən evdən çıxmaq istəyəndə sədəqə verdim. Bil ki, mənim bu hədisim sənin münəccimliyindən qat-qat yaxşı və faydalıdır.("Vəsailuş-şiə", 6-cı cild, 12-ci bab, "Əbvabu sədəqə", hədis:1 )
    Bəli, əgər Allah bir kəsin barəsində müəyyən bir şeyi təqdir edibsə, münəccimin xəbər verməsi və o xətərin özündən dəf etməsi üçün gördüyü tədbirlər ona heç bir fayda və müsbət nəticə verməyəcəkdir. Bu xüsusda Firon və Nəmrudun hadisəsini qeyd edirik: Fironun xüsusi münəccimləri ona xəbər vermişdilər ki, Bəni-İsraildə dünyaya gələcək bir körpə sənin taxt-tacını məhv edəcəkdir. Firon bu təhlükənin qarşısını almaq üçün günahsız körpələrin başını kəsir, cinayətdə ifrata varırdı. Lakin görəsən, kim və hansı düşüncə Allahın qüdrətli tədbirinin qarşısını ala bilər?! Elə oldu ki, ona vədə verilən yeganə düşməni onun öz evində böyüyüb boya-başa çatdı: "Fironun əhli-beyti (Asiya) Musanı dəryadan tutdu ki, bu da Fironun düşməni və onun qəm-qüssəsinə səbəb oldu."("Qəsəs" surəsi, 8-ci ayə )
    Tarixdə bu xüsusda çoxlu qəribə hadisələr qeyd olunmuşdur ki, onların nəql olunması bu kitab ilə uyğun deyildir.
    ON SƏKKİZİNCİ FƏSİL
    Təbabət və sağlamlıq
    1-Əli (ə) buyurur: "Balıq əti yeməyə müdavimət etməyin. Çünki bu, bədəni əridib arıqladır."("Fürui-Kafi", "kitabul- ətimə", "səmək" babı, hədis:5 )
    2-"Qızmar havada qoz yemək bədəndaxili hərarəti qaldırır, bədəndə çiban əmələ gətirir. Onu qışda yemək böyrəkləri isidir və soyuqluğu dəf edir."("Fürui-Kafi", 6-cı cild, səh.340, hədis:1 )
    3-"Müsəlman hər vaxt zəif olsa, ət və süd yesin."("Fürui-Kafi", 6-cı cild, səh.316, hədis:2 )
    4-"Bənövşə yeməklə qızdırmanın hərarətini aşağı salın."("Fürui-Kafi", 6-cı cild, səh.522, hədis:11 )
    5-"Axşam yeməyi yeməmək bədənin zəifləməsinə və xarab olmasına səbəb olur."("Fürui-Kafi", 6-cı cild, səh.317, hədis:8 )
    6-"İnək südü dərmandır." Həmçinin buyurdu: "İnəyin piyi dərd-bəla gətirən, onun (südündən alınan) yağı və südü isə şəfa bəxş edəndir."("Fürui-Kafi", 6-cı cild, səh.337, hədis:1 )
    7-"Hər kəs günün əvvəlində iyirmi bir dənə kişmiş yesə, heç vaxt xəstə olmaz."("Fürui-Kafi", 6-cı cild, səh.351, hədis:1 )
    8-"Alma yeyin, bu, mədəni cilalayar."("Fürui-Kafi", 6-cı cild, səh.357, hədis:11 )
    9-"Armud yemək zəif qəlbi güclü, mədəni də pakizə edər."("Fürui-Kafi", 6-cı cild, səh.357, hədis:1 )
    10-"Sətər (mərzə; kəklikotu) mədə üçün kürk olur, dəsmalın kürkləri kimi."(Fürui-Kafi", 6-cı cild, səh.375, hədis:1 )
    11-"Hamamda arxası üstə yatmayın, çünki bu iş böyrəklərin piyini əridir. Ayaqlarınızın dərisini kuzə ilə qaşıyıb yığmayın, (çünki) bu, cüzam damarlarını təhrik edir."("Fürui-Kafi", "Kitabuzzəy", "babul-həmmam", hədis:19 )
    12-"Yeməkdən qabaq azacıq duz yeyin. Əgər insanlar duzun xasiyyətini (xeyrini) bilsəydilər, onu sınaqdan keçirilmiş təryakdan (zəhərin qarşısını alan maddədən) önə salardılar."("Fürui-Kafi", 6-cı cild, səh.326, hədis:4 )
    13-"Təxəlli vaxtı çox oturmaq babasil yaradır."(Xisal", "babul- vahid", hədis 65 )
    14-"Vəziləri ətin içindən çıxardın, çünki onları yemək cüzam damarını təhrik edər."("Fürui-Kafi", 6-cı cild, səh.254, hədis:5 )
    15-"Günəşin qarşısında (həddindən artıq) qalmayın, çünki, sizin bədəninizin dərisini dəyişər, libası çürüdər və gizli xəstəlikləri aşkar edər."("Xisal", "babus -səlasət", hədis:44 )
    16-"Rəngarəng və növbənöv yeməklər yemək qarını böyüdər, xayaları süstləşdirər."("Fürui-Kafi", 6-cı cild, səh.317 , hədis 8 )
    Həmçinin İmam Sadiq (ə) qabaq dişləri düşdüyünə görə düzgün danışa bilməyən qoca bir kişiyə buyurdu: "Çox tirid (sulu yemək) ye. O çox yaxşıdır. Yağlı yeməkdən də uzaq ol, çünki bu, qocalıqla uyğun gəlməz."("Fürui-Kafi", 6-cı cild, səh.335 hədis 5 )
    Rəvayət olunmuşdur ki, o həzrət tibb elmi barəsində belə buyurmuşdur: "Əl-elmu elmani: elmul-ədyan və elmul-əbdan; Elm iki cürdür: Din elmi və bədən elmi (yəni tibb)."("Biharul-ənvar", 1-ci cild, səh.218. Bu ifadə Peyğəmbəri Əkrəm (s.ə.v.v)-dən də nəql olunmuşdur. Əli (ə)ın bu barədə buyurduğu belədir: "Elmlər dörd növdür: Fiqh-dinlər üçün, tibb-bədənlər üçün, nəhv-dil üçün və nücum-zamanı öyrənmək üçün." )
    ON DOQQUZUNCU FƏSİL
    Kimya və sənətkarlıq
    1-sənət (sənaye)
    Əli (ə)-dan sənət barəsində soruşduqda buyurdu: "O, nübüvvət cərgəsindədir. Camaat onun zahirindən danışırlar. Allaha and olsun! Mən onun zahirindən də, batinindən də agaham. Allaha and olsun! O qurumuş su, rakid (donmuş) hava, hərəkət edən atəş və rəvan (axıcı) yerdən başqa bir şey deyildir."(Hədisin mətni belədir: سُئِلَ اَمِيرُ الْمُؤمِنِينَ (عَلَيْهِ السَّلاَمُ) عَنِ الصَّنْعَةِ فَقَالَ: هِيَ اُخْتُ النُّبُوَّةِ وَ عِصْمَةُ الْمُرُوَّةِ وَ النّاَسُ يَتَكَلَّمُونَ فِيها بِالظّاٰهِرِ وَ اَنَا اَعْلَمُ وَ اللّهِ ظَاهِرَهَا وَ بَاطِنَهَا، ما هِيَ وَ اللّهِ اِلّا مَاءٌ جَامِدٌ وَ هَواءٌ رَاكِدٌ وَ نَاٰرٌ حَائِلَةٌ وَ اَرْضٌ سَائِلَةٌٍ Bəlkə də birinci cümlədən məqsəd filizlərin əridilməsi sənayesidir ki, onların əridilmiş xəlitəsi müxtəlif hissələr surətinə düşür ki, bu da hazırkı əsrin çox mühüm sənayesindən biridir. İkincisi isə donmuş qazlar və havadan ibarətdir ki, yenə də bəzi sənaye növlərində istifadə olunur. (Soyuducu, koler, avtomobilin təkəri və s.) Üçüncü hissədə elektrik cərəyanına, dördüncüsü isə neft və ona aid olan məhsullara işarədir. )
    2-kimya (filizləri qizila çevirən)
    Əli (ə)-dan kimyanın varlığı barəsində soruşduq-da, buyurdu: – Kimya olmuşdur, hal-hazırda vardır və gələcəkdə də olacaqdır.
    Soruşdular: – Onun sənəti (hazırlanma qaydası) necədir?
    Buyurdu: – Axıcı civə, qurğuşun, kuporos (ağır metalların sulfat duzu), paslanmış dəmir, yaşıl misin pası...
    Bəziləri soruşdular: – Belə şeyləri dərk etmirik!
    Həzrət buyurdu: – Onun bəzi hissələrini yer və su qərar verin...
    Yenidən dedilər: – Bizim üçün daha artıq izah ver.
    Buyurdu: – Elə bu qədər bəsdir. Çünki qədim həkimlər bundan əlavə bir şey deməmişlər ki, camaat onları oyun-oyuncağa çevirməsinlər.("Mənaqib" (Sərvi), 1-ci cild, səh.274. Sənət baxımından bu rəvayətin etibarlı olub-olmaması məlum deyil. Amma kimyanın varlığını xəyali bir şey hesab etmək olmaz. Bir şeyi bilməmək onun mövcud olmamasına dəlil ola bilməz. İmam Sadiq (ə)-ın şagirdi olan Cabir ibni Həyyan məşhur bir kimyaçı idi. O özünün "Ər-rəhmət" adlı kitabında (kimya sənayesi barəsində yazmışdır) filizlərin qızıla necə çevrilməsi ilə əlaqədar bir fəsil gətirmişdir. Həmçinin, məşhur təbib və kimyagər Məhəmməd ibni Zəkəriyya Razi də bu barədə geniş təhqiqatlar aparmış və sınaqdan keçirmişdir. )
    Mərhum Kuleyni "Kafi" kitabında("Fürui-Kafi", 5-ci cild, səh.307, hədis-15 ) Əbu Həmzə Somalidən nəql edir ki, İmam Sadiq (ə) ilə birlikdə misgərlərin bazarından keçirdik. Mən o həzrətə dedim: – Sənə fəda olum! Bu misin əsli nədir?
    Buyurdu: – Gümüşdür ki, yer onu xarab etmiş və mis şəklinə salmışdır. Əgər bir kəs onun fəsadını aradan qaldıra bilsə, ondan bəhrələnər.
    İbni Xəlləkandan belə nəql olunur: Cabir ibni Həyyan kimya sənayesi barəsində min səhifəlik böyük bir kitab yazmış və onun mətləblərini İmam Sadiq (ə)-dan nəql edərək beş yüz risalədə cəm etmişdir. Cürci Zeydan deyir: "İmam Sadiq (ə)-ın şagirdlərindən olan Cabir ibni Həyyan yeni kimyanın əsasını qoyan ilk şəxs olmuşdur."
    İYİRMİNCİ FƏSİL
    Xətt və dərzilik
    1-xətt
    Əli (ə) öz katibi Əbdüllah ibni Əbu Rafeyə buyurdu: "Öz qələminə liqə qoy, qələminin ucunu uzat, sətirlərin arasına fasilə sal və hərfləri bir-birinə yaxın yaz. Çünki bu kimi incəliklərə riayət edilməsi xəttin gözəlliyini artırır."("Nəhcül-bəlağə", 315-ci hikmət )
    Həmçinin o həzrət öz katibinə buyurdu: "Yerin üstündə otur, qələmini barmaqlarında tut, gözlərini mənim üzümə dik ki, dediyim sözlərin hər birini qəlbinə tapşırasan."("Təbəqatun-nuhat" (Süyuti) )
    2-dərzilik
    Əbi Nəvar deyir: Əli (ə) bir dərzinin kənarında dayanmışdı, ona buyurdu: "Tikiş saplarını möhkəmlət, tikişləri zərif və bir-birinin yanında qərar ver."(Təzkirə" (Sibt ibni Covzi), səh.116 )
    Category: Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri | Added by: Islam_Kitabxanasi
    Views: 801 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024