İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri

    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri
    2012-01-24, 6:53 AM
    İYİRMİ BİRİNCİ FƏSİL
    TƏBIƏT ƏSƏRLƏRINDƏN HÖKMÜN ISBAT OLUNMASI
    1-övladin ayird edilməsi
    Bir kişinin iki kənizi var idi. Təsadüfən hər ikisi eyni vaxtda doğdular: biri oğlan, digəri isə qız. Qız doğan kəniz körpəsini oğlan uşağının yerində yatırtdı, oğlanı isə öz ağuşuna alıb "oğlan mənimdir!", oğlanın anası da "oğlan mənimkidir" deyirdi. Münaqişəni həll etmək üçün Əli (ə)-a müraciət etdilər. İmam (ə) göstəriş verdi ki, onların südlərini tərəzidə çəksinlər. Sonra buyurdu: "Hansının südü ağır olsa, oğlan onunkudur."("Təhzib", 6-cı cild, səh.315, hədis:-80)
    Bəzi tarixçilər həmin hadisəyə oxşar olan digər bir hadisəni də (Ömərin xilafəti dövründə) nəql etmişlər. Əli ibni Tavus "Əttəşrifu bil-minən..." kitabında Şüreyh Qazinin belə dediyini nəql edir: Ömərin tərəfindən qazi olduğum zaman bir kişi mənim yanıma gəlib dedi: – Bir şəxsin iki arvadı var: onların biri azad qadın, digəri isə kənizdir. Əri onları mənim yanımda əmanət qoyubdur. Mən də onları evdə saxlayırdım. Bu gün sübh onlara baş çəkməyə gedəndə gördüm ki, biri oğlan, digəri isə qız doğubdur, amma hər ikisi oğlan doğduğunu iddia edir. İndi qəzavət etməlisən.
    (Şüreyh deyir:) Mən bunun hökmünü bilmədiyim üçün Ömərin yanına gedib hadisəni danışdım. Ömər dedi: – Necə hökm verirsən?
    Şüreyh: – Heç necə. Əgər hökmünü bilsəydim, sənin yanına gəlməzdim.
    Sonra Ömər Peyğəmbər (s.ə.v.v) səhabələrini bir yerə topladı və mənə göstəriş verdi ki, hadisəni şərh edim. Ömər bu məsələ barəsində onlarla müzakirə apardı. Onların da hamısı məsələnin hökmünü elə məndən və Ömərdən soruşdular.
    Ömər dedi: – Mən bu çətin işin müraciət olunası yerini bilirəm.
    Hazır olanlar: – Əliyyibni Əbitalibi deyirsənmi?
    Ömər: – Bəli.
    Hazır olanlar: – Adam göndər gəlsin.
    Ömər: – Mən belə etmərəm. O böyük bir alimdir və Bəni Haşimdə görkəmli şəxsiyyət sayılır. Qalxın, hamılıqla onun evinə gedək.
    Şüreyh deyir: Hamılıqla Əli (ə)-ın evinə getdik, o həzrətin öz bağında əkin işləri ilə məşğul olduğunu gördük. O, "Əyəhsəbul-insanu ən yutrəkə suda: Aya insan belə güman edir ki, özünə həvalə ediləcəkdir?!" ayəsini zümzümə edib göz yaşı axıdırdı. Bir azdan sakitləşdi, Ömər gələnlərlə birlikdə o həzrətin hüzuruna getmək üçün icazə aldı. Əli (ə) özü onların yanına gəldi. Köynəyi dirsəkdən iki yerə bölünmüşdü. Sonra Ömərə dedi: – Nə üçün gəlmisən?
    Ömər: – Çətin bir məsələ qarşıya çıxıb.
    Şüreyh hadisəni şərh etdikdə, Əli (ə) ona buyurdu: – Sən necə hökm edirsən?
    Şüreyh: – Hökmünü bilmədim.
    O həzrət öz mübarək əli ilə bir qədər torpaq götürüb buyurdu: – Bu məsələnin cavabı bu torpaqların götürülməsindən də asandır.
    Sonra o iki qadını hüzuruna çağırdı, qadınlardan birinə bir qab verib buyurdu: – Bunu südünlə doldur.
    Qadın bir qədər süd sağdıqdan sonra həzrət onu çəkdi. Başqa bir qabı da o biri qadına verib buyurdu ki, həmin miqdarda süd sağsın. Sonra ikinci südü də çəkdi, südü yüngül olan qadına buyurdu: – Qızını götür! (Digərinə də buyurdu:) Oğlunu götür!
    Sonra Ömərə dedi: – Məgər bilmirsənmi ki, Allah qadını cismi (fiziki) və fikri cəhətdən kişidən zəif yaratmış, onun mirasını az, südünü də oğlanın südündən yüngül qərar vermişdir?!
    Ömər dedi: – Ya Əli! Sənin öz haqqın olan xilafət sənə çatmaq istəyirdi, lakin sənin qövmün buna mane oldu!
    Əli (ə) buyurdu: – Kəs səsini! "İnnə yovməl-fəsli kanə miqata; şübhəsiz, camaatın bir-birindən ayrılacağı gün (Qiyamət günü) vədəgahdır."
    İbni Şəhraşub yuxarıdakı hadisəni Həzrət Əli (ə)-ın Ömərin xilafəti dövründəki qəzavətlərindən nəql etmiş və demişdir: "Təbiblər oğlanın qızdan seçilməsində bu göstərişi meyar hesab etmişlər."("Mənaqib" (Sərvi), "Qəzayahu fi əhdissani", 1-ci cild, səh.498 Mərhum Nəraqi "Xəzain" kitabında (səh.113) belə qeyd edir: "Arvadın hamilə olduğu zaman oğlan və ya qız olduğunu bilmək istəyirsənsə, onun südündən bir miqdarını sağıb bir qaba qoy və onun üzərinə su tök. Əgər süd suyun üstünə qalxırsa, deməli oğlandır, əks halda qızdır." )
    2-oğlanin həddi-büluğa çatma əlamətləri
    Əli (ə) buyurur: "Oğlan yalnız o vaxt həddi-büluğa çatır ki, onun döşlərində yumru əmələ gəlsin və qoltuğunun altından gələn iy hiss olunsun."("Fürui-Kafi", 6-cı cild, səh.46, hədis-3 )
    Əskafi "Nəqzu Osmaniyyə" kitabında yazır: "Əli ibni Əbdüllah ibni Abbas öz oğlundan on bir yaş böyük idi."("Fürui-Kafi", 6-cı cild, səh.46, hədis-3 )
    İbni Hüzeyfə də "Məarif" kitabında yazır: "Əmr ibni As öz oğlu Əbdüllahdan on iki yaş böyük idi."("Məarif", səh.124 )
    3-uşağin inkişafi
    Əli (ə) buyurur: "Körpə hər il öz barmaqları ilə dörd barmaq miqdarında inkişaf edir."
    4-yumurtlayan və doğan heyvan
    Əli (ə) buyurur: "Hər heyvanın qulaqları başının içində olsa, yumurtlayandır, qulaqları eşiyə çıxsa, doğandır."("Üyun" (İbni Quteybə), 4-cü cild, səh.88 )
    5-ənin adamin yoxlanmasi
    Bir nəfər ənin olduğunu (cinsi qüdrətə malik olmadığını) iddia edirdi, Əli (ə) ona buyurdu: "Yerin üstünə bövl et!"
    Sonra Qənbərə buyurdu: "Bax gör, əgər onun bövlü yeri deşmişdirsə, iddiası yalandır, əks halda düz demişdir."("Əcaibul-qəzaya", (Qummi), səh.72, hədis-69)
    6-başqa bir sinaq
    Bir qadın öz ərinin ənin olduğunu iddia edir, əri də bunu inkar edirdi. Ər-arvad Əli (ə)-dan mühakimə yürütməsini istədilər, o həzrət Qənbərə buyurdu: "Kişinin əlindən yapışıb çaya apar, əgər suya daxil olduqdan sonra aləti dəyişməsə (yığılmasa), ənindir. Əgər aləti suda yığışsa və qısalsa, qadın yalan demişdir və əri sağlamdır."("Əcaibul-qəzaya" (Qummi), səh.71, hədis-68 )
    7-ələ söykənmək
    Bir qadını Ömərin yanına gətirdilər. Onun əri yaşlı bir kişi idi ki, qadınla yaxınlıq etdikdən sonra dünyadan getmişdi. Qadın da hamilə olmuş və bir oğlan uşağı dünyaya gətirmişdi. O kişinin (başqa arvaddan olan) oğlanları qadının zina etdiyini iddia edərək ona şahidlik etdilər (bununla qadının övladını ata irsindən məhrum etmək istəyirdilər). Ömər göstəriş verdi ki, qadını daş-qalaq etsinlər. Təsadüfən Əli (ə) da oradan keçirdi. Qadın Həzrəti gördükdə dedi: – Ey Rəsulullahın əmioğlusu! Mənim bir kağızım vardır!
    Əli (ə) buyurdu: – Kağızına baxım!
    İmam (ə) onu oxuduqdan sonra qadınla birlikdə gələnlərə buyurdu: – Bu qadın əri ilə evləndiyi, onunla yaxınlıq etdiyi vaxtı və eləcə də onun necəliyini bu vərəqdə qeyd etmişdir. Tez olun, onu qaytarın!
    Sabahı gün Həzrət Əli (ə) həmin uşağın yaşıdlarını bir yerə yığdı, uşaqlar o qadının oğlu ilə oynamağa başladılar. Oyunu davam etdirən zaman Həzrət hamısına buyurdu: – Oturun!
    Hamısı oturduqdan sonra yenə "qalxın!" deyə fərman verdi. Bu zaman qadının oğlu qalxmaq istəyəndə iki əllərinə söykəndi. Əli (ə) bu vəziyyəti müşahidə etdikdə oğlanı yanına çağırıb atasının mirasından ona irs verdi, onun qardaşlarının hamısına iftira həddi vurdu. Ömər dedi: – Ya Əli, nə edirsən?!
    Həzrət buyurdu: – Oğlanın əllərinə dayanaraq qalxma-sından qocanın zəif olduğunu başa düşdüm.("Fürui-Kafi" 7-ci cild, səh.426 )
    8-tədbir
    Bir qadın özünün altı aylıq uşağını evin damında tək qoymuşdu. Uşaq yavaş-yavaş hərəkət edərək damın novdançasına tərəf gəldi, anası onu bu yerdə gördükdə çox iztirab və təşviş hissi keçirtdi. Uşağı xilas etmək üçün nə qədər tədbir gördüsə, onu qaytara bilmədi. Nərdivan gətirdilər, lakin o da heç bir nəticə vermədi. Çünki novdança çox uzun və divardan çox aralı idi. Uşağın anası ağlayır, uşaq da ona baxıb ağlayırdı. Həzrət Əli (ə) yaxına gəldi, bir anlığa uşağın üzünə baxdı. Bu zaman uşaq nəsə zümzümə edirdi, amma bir kəs onu başa düşmürdü. Əli (ə) buyurdu: "Onunla eyni yaşda olan bir uşaq gətirin."
    Uşağı gətirdilər və o Həzrətin göstərişinə görə həmin uşaqla üzbəüz qoydular. İki uşaq bir-birinə baxır, uşaqlıq adətinə görə nə isə danışırdılar. Bu zaman novdançadakı uşaq geri qayıdıb evin qapısına gəldi. Mədinədə bu hadisə ilə əlaqədar o vaxta qədər misli görünməmiş şadlıq baş verdi.("Fəzail" (İbni Şazan), səh.59 )
    9-əql ilə dəliliyin mübarizəsi
    Əli (ə) buyurur: "On səkkiz yaşına qədər əql ilə dəlilik mübarizədədir; on səkkiz yaş tamam olandan sonra hansı biri çox olsa, digərinə qələbə çalır."("Biharul-ənvar", 1-ci cild, səh.96, hədis-39 )
    10-mühüm bir göstəriş
    Əli (ə) buyurur: "Yaxınlıq edən zaman az danışın, əks halda (bu iş) uşağın lal olmasına səbəb olar. Bu zaman qadının övrətinə də baxmayın, əks halda övladınız kor ola bilər."("Tuhəful-uqul", səh.102 )
    11-cinsi instinkt
    Əli (ə) buyurur: "Allah şəhvəti on hissədən: doqquz hissəsini qadınlarda, bir hissəsini isə kişilərdə qərar vermişdir. Əgər Allah-Taala onlara şəhvətləri əndazəsində həya və iffət verməsəydi, nəticədə hər bir qadın on kişiyə bağlı olardı."("Fürui-Kafi", 5-ci cild, səh.538, hədis-1)
    12-günəşin bədənə təsiri
    Əli (ə) buyurur: "Əgər günün altında otursanız, kürəyinizi günəşə tərəf çevirin, çünki o, gizli xəstəlikləri aşkar edir."("Xisal", 1-ci cild, səh.110 )
    13-südverən qadinin seçilməsi
    Əli (ə) buyurur: "Övladınıza süd vermək üçün bir qadın (dayə) seçəndə (tam) diqqət yetirin, çünki o süd sizin övladınızın inkişaf etməsinə, boya-başa çatmasına səbəb olacaq, südverən qadının əxlaqi və ruhi xislətləri onda təsir qoyacaqdır."("Fürui-Kafi", 6-cı cild, səh.144, hədis-10 )
    14-gözəllik
    Əli (ə) buyurur: "Elə qadınlarla izdivac edin ki, gözləri iri, əlinin içi böyük, buğdayı rəngli, ortaboylu olsun. Əgər bu cür qadını seçdiyiniz zaman (ondan) razı olmasanız, onun mehriyyəsi mənim öhdəmədir."(Fürui-Kafi", 5-ci cild, səh.335, hədis-2 )
    Bu barədə məsum imamlarımızdan umumi qanunlar və göstərişlər nəql edilmişdir. O cümlədən:
    1-Hüseyn ibni Xalid deyir: İmam Əbul-Həsən (ə)-dan soruşdum ki, Peyğəmbəri-Əkrəm (s.ə.v.v)-dən bizə bir hədis gəlib çatıb. Onda deyilir: "Hər kəs şərab içsə, onun namazı qırx günə qədər qəbul olunmayacaqdır."
    İmam (ə): – Düzdür.
    Dedim: – Nə üçün qırx gün olur, nə az, nə də çox?
    İmam (ə) buyurdu: – Allah-Taala insanın xilqətini əndazədə yaratmışdır: qırx gün nütfə halında, qırx gün ələqə halında, qırx gün müzğə halında... Hər kəs şərab içsə şərab onun məşaşında (çeynənməsi mümkün olan yumşaq sümükdür) qırx gün – eynilə rüşeym halında bir halətdən digər halətə nəql olunma miqdarında – qalacaq. (Sonra buyurdu:) Bütün qidalar, yeməlilər və içməlilər də belədir.("Təhzib", 9-cu cild, səh.203)
    2-İmam Kazim (ə)-dan qadının heyzlə bəkarət qanı-nın səhvə düşməsi barəsində soruşuldu. Həzrət buyurdu: "Bir miqdar pambığı fərcə daxil etsin, bir neçə dəqiqədən sonra onu yavaşca çıxartsın. Əgər qan pambığın təkcə zahirini bulaşdırmış olsa, bəkarət qanıdır, əgər onun daxilinə də nüfuz edərək onu islatmışsa heyz qanıdır."("Fürui-Kafi", 3-cü cild, səh.94, hədis-1 )
    3-İmam Sadiq (ə)-ın belə buyurduğu nəql olunur: "Balığın təzkiyə olunmuşmu, yoxsa özü ölmüş olduğunu bilmək üçün (onun təzkiyə olunması – sudan diri tutulmasıdır) onu suya atın; əgər suyun üstündə arxası üstə qalsa, deməli özü ölmüşdür, əgər üzü üstə qalsa, təzkiyə olunmuşdur. Həmçinin, əgər bir parça ət görüb onun təzkiyə olunmuş heyvandanmı, yoxsa özü ölmüş heyvandan olduğunu bilməsən, onun bir miqdarını odun üstünə qoy: əgər (isti vurduqda) yığılsa, təzkiyə olunmuşdur, əgər açılıb süst olsa, ölü heyvan ətidir."("Mən la yəhzurul-fəqih", "əbvabul-qəzaya vəl-əhkam", "babus-seyd vəz-zəbaih", hədis-42 )
    4-Həmçinin buyurmuşlar: "Əgər balığın halal ətlimi, yoxsa haram ətli olduğunu bilməyirsənsə, əvvəlcə onun quyruğunu kəs; əgər onun daxilində yaşıl rəng gördünsə, əti haramdır, əgər qırmızıya çalırsa, əti halaldır."("Mən la yəhzurul-fəqih", "əbvabul-qəzaya vəl-əhkam", "babus-seyd vəz-zəbaih", hədis-43 )
    5-İmam Kazim (ə)-dan belə nəql olunur: "Əgər qadının adəti normal həddindən artıq olarsa, onun başına həna qoyulsa, əvvəlki vəziyyətinə qayıdar."("Qurbul-əsnad", səh.123 )
    6-İmam Sadiq (ə) buyurur: "Uşağın 7 yaşında (süd) dişləri tökülür, 10 yaşında namaz qılmağa vadar edilir və yataq yerləri bir-birindən ayrı salınır, 14 yaşında möhtəlim olur, 22 yaşına qədər boy atır, 28 yaşında əqli kamil həddə çatır, (bundan sonra) onun yalnız təcrübələri davam edir."("Fürui-Kafi", "kitabul- əqiqə", "babun-nəşv", hədis-1 )
    İYİRMİ İKİNCİ FƏSİL
    Qəribə məxluqlar
    1-ayird edilmə yolu
    Əli (ə)-ın xilafəti dövründə iki başı və iki sinəsi olan, lakin bədənin aşağı hissələri bir olan uşaq dünyaya gəldi, İmam (ə)-dan onun mirası barəsində soruşduqda buyurdu: "Yuxuda olan zaman üstünə qışqırın! Əgər hər iki başı birdən oyansa, bir nəfərdir və mirası da o aparır. Əgər biri oyansa, amma digəri oyanmayıb yuxuya qalsa, hər ikisi miras aparır."("Fürui-Kafi", 7-ci cild, səh.159, hədis-1, "Kafi" kitabında Bəzənti Əbu Cəmilədən nəql edir ki, Fars əyalətində ərli bir qadını gördüm ki, onun iki başı və iki sinəsi var idi, aşağı hissələri isə bir insandan ibarət idi. Başlardan hər biri digərinə həsəd edirdi. Başqa yerdə nəql olunur ki, bu qaydada olan bir kişini gördüm ki, hər ikisi toxuculuqla məşğul idi. "Fürui-Kafi", 7-ci cild, səh.159, hədis-2-3 (Müəllifdən))
    2-ömər kömək istəyir
    Bir-birinə bitişik iki başı, iki ağzı, iki burnu, iki aləti, iki məqədi (ğaitin məxrəci) və dörd gözü olan bir kişini bacısı ilə birlikdə Ömərin yanına gətirdilər ki, onun birmi, yoxsa iki adam olduğunu ayırd etsin. Ömər Peyğəmbər (s.ə.v.v) səhabələrini bir yerə topladı və onlardan kömək istədi, amma heç biri cavab verə bilmədi, sonra onlarla birlikdə Həzrət Əli (ə)-ın yanına getdilər. Həzrət buyurdu: "Əgər yuxuda gözlərinin hamısını yumursa, yaxud hər iki burnundan nəfəs alıb xoruldayırsa, bir bədəndir. Əgər gözlərindən bəzisini yumursa, yaxud bir burnundan səs gəlirsə, onda iki nəfərdir. Bunun isbat olunmasının digər yolu da budur ki, qarnı doluncaya qədər yemək yesin, əgər bövl və ğait hər iki məxrəcdən birlikdə ifraz olunsa, bir bədəndir, əks halda iki bədəndir."("Mənaqib" (Sərvi), 1-ci cild, səh.504 )
    3-kişilik və qadinliq əlamətləri
    Müaviyənin göndərdiyi adam Əli (ə)-dan müəyyən suallar, o cümlədən, kişiliyi və qadınlığı məlum olmayan bir kəs barəsində soruşdu. Əli (ə) buyurdu: "Belə adam həddi-büluğa çatdıqdan sonra möhtəlim olursa, kişidir, əgər heyz görürsə və döşləri böyüyürsə, qadındır. Həddi-büluğdan qabaq da divarın üzərinə bövl etsə, bövlü divara çatırsa, kişidir, əgər arxaya qayıdırsa, qadındır."("Rovzə" (Fətal) )
    4-biri-birinə yapişan iki uşaq
    Ömərin xilafəti dövründə iki uşaq bir-birinə yapışan halda doğuldu: biri diri, digəri isə ölü idi. Ömər dedi: – Onları dəmirlə kəsib biri-birindən ayırın.
    Əli (ə) isə göstəriş verdi ki, onları yan-yana qoyub ölənin üstünü torpaqla örtsünlər və həmin halda diriyə süd versinlər. Belə etdilər. Bir neçə gündən sonra diriyə heç bir xəsarət dəymədən ondan ayrıldı.("Mənaqib" (Sərvi), 1-ci cild, səh.498 )
    İYİRMİ ÜÇÜNCÜ FƏSİL
    Püşk
    1-bir uşağin üç atasi!
    Üç nəfər bir kənizlə – eyni bir paklıq dövründə – yaxınlıq etmiş və kəniz də övlad dünyaya gətirmişdi.(Kəniz dedikdə məqsəd onların mülkiyyətində olan kənizdir və bu rəvayətdə onlara şəri cəza verilməsi qeyd olunmamışdır. Lakin səhabələr inanırdılar ki, onlardan hər birinə üçdə iki hədd vurulmalıdır. Belə ki, bu xüsusda rəvayət nəql olunmuşdur. (Müəllif) ) O üç nəfərdən hər biri övladın özününkü olduğunu deyirdi. Bu məsələni Əli (ə)-a dedilər. Həzrət bu çətinliyi püşk ataraq həll etdi. Püşk kimin adına çıxdısa, uşağı ona verdi və buyurdu: – Qalan iki nəfərdən hər birinə üçdə bir diyə ödəməlisən.
    Peyğəmbəri Əkrəm (s.ə.v.v) bu qəzavəti eşidəndə elə təbəssüm etdi ki, mübarək dişləri göründü.(Təhzib", 8-ci cild, səh.169, hədis-14 )
    2-qul ilə azad insanin səhvə düşməsi
    Həzrət Əli (ə) Yəməndə olan zaman evin uçması nəticəsində bir neçə nəfər onun altında qalıb öldü, onlardan cəmisi iki uşaq – biri azad, o biri isə qul salamat qalmışdı. Əli (ə) azad uşağın təyin edilməsi üçün püşk atdı və meyyitin mal-dövlətini ona verdi, digərini isə azad etdi.("Fürui-Kafi" 7-ci cild, səh.1377, hədis-4, "Təhzib", 9-cu cild, səh.359, hədis-3 )
    3-püşk yolu ilə vəsiyyətin təyin edilməsi
    Bir kişi vəsiyyət etmişdi ki, öldükdən sonra qulla-rının üçdə birini azad etsinlər. Əli (ə) püşk ataraq onların hansılarının azad ediləcəyini təyin etdi.("Mən la yəhzurul fəqih"," əbvabul-qəzaya vəl-əhkam", hədis-8 )
    4-püşk vasitəsilə üstünlük verilir
    Əgər iki nəfər öz müddəasının doğruluğuna dair şahid gətirsəydi, şahidlərin hər ikisi də say və ədalət baxımından biri-birilə bərabər olsaydı, Əli (ə) onların arasında püşk atırdı ki, hansı birinin and içəcəyini təyin etsin. Püşk kimin adına çıxırdısa və o da and içirdisə, həzrət onun iddiasına uyğun olaraq hökm edirdi. O həzrət püşk atan zaman bu duanı oxuyurdu: "Allahummə Rəbbəs-səmavatis-səbi, əyyuhuma kanə ləhul-həqqu fəəddihi iləyh: Pərvərdigara! Ey yeddi səmanın Pərvərdigarı! Bunlardan hər biri haqq sahibidirsə, haqqı ona çatdır."("Fürui-Kafi" 7-ci cild, səh.419, hədis-3 )
    İYİRMİ DÖRDÜNCÜ FƏSİL
    Şəri istilahlar
    1-cüzün mənasi
    Bir nəfər öz mal-dövlətinin bir "cüz"ünü vəsiyyət etmişdi. Ölümündən sonra vərəsələr cüzün mənası barəsində ixtilafa düşdülər və bu barədə Əli (ə)-dan öz nəzərini bildirməsini istədilər. Həzrət buyurdu: "Onun mal-dövlətinin yeddidə-birini vəsiyyət edilən şey-lərə sərf edin." Sonra bu ayəni şahid gətirdi: "Ləha səbə-tu əbvabin, likulli babin minhum cuzun məqsum: Cəhənnəmin yeddi qapısı vardır, hər bir qapı üçün azğınlardan müəyyən bir dəstəsi vardır."("İrşad" (Şeyx Mufid), səh.118)
    2-səhmin mənasi
    Bir nəfər öz mal-dövlətinin bir səhmini (ölümündən sonra xeyir işlərdə xərclənmək üçün) vəsiyyət etdi, sonra vərəsələr səhmin mənası barəsində ixtilafa düşdülər. Əli (ə) buyurdu: "Onun mal-dövlətinin səkkizdə birini (vəsiyyət üçün) ayırın." Sonra bu şərif ayəni tilavət etdi: "İnnəməssədəqatu lil-fuqərai vəl-məsakin: Sədəqə səkkiz sinfə verilməlidir və onlardan hər birinə bir səhm düşür."(Yenə orada)
    3-≤qədim≥in mənasi
    Bir nəfər özünün qədim qullarının azad edilməsinə dair vəsiyyət etdi. Onun vəsisi qədimin mənasını bilmədi. Həzrət Əli (ə)-dan soruşduqda, İmam (ə) buyurdu: "Hər qul altı ay onun mülkiyyətində olubsa, azad olunmalıdır." Sonra bu ayəni tilavət etdi: "Vəl-qəmərə qəddərnahu mənazilə hətta adə kəl-urcunil-qədim: Ay üçün müəyyən mənzillər təqdir etdik (ki, ayın axırında) xurma salxımının (saplaqlarının) qurusu kimi olar." Xurma salxımının saplaqları, meyvəsi dərildikdən altı ay sonra quruyub nazikləşir."(İrşad" (Şeyx Müfid), səh.118 )
    4-hiyn kəlməsinin mənasi
    Bir nəfər "bir hiyn" (hiyn – zamana dəlalət edən kəlmədir) müddətində oruc tutmağı nəzir etmişdi. Əli (ə) ona buyurdu: – Altı ay oruc tutmalısan. Dəlili də bu ayədir: "Tuti ukuləha kullə hiynin biizni Rəbbih: – O, meyvəsini hər vaxtda Pərvərdigarının izni ilə verir." O (vaxt) da altı aydır.(Yenə orada )
    5-şey kəlməsinin mənasi
    Bir nəfər öz mal-dövlətindən bir "şey"i vəsiyyət etdi. Vəsilər şey kəlməsinin mənasını İmam Səccad (ə)-dan soruşduqda buyurdu ki, "şey" Əli (ə)-ın kitabında altıda-birdir.("Fürui-Kafi", 7-ci cild, səh.40, hədis-2 )
    6-süflənin mənasi
    Bir nəfər Ömərin yanına gəlib dedi: – Arvadım mənə dedi ki, "sən süfləsən! (yəni alçaqsan)" Mən də ona dedim ki, əgər süflə olsam, sən boşanmalısan!
    Ömər ona dedi: – Əgər nağıl deyən, mərəkə qoparan adamları axtarır və padşahların sarayına gedirsənsə, süfləsən və arvadın səndən ayrılmalıdır.
    Əli (ə) ona buyurdu: – (Xeyr, süflənin mənası belə deyil!) Əgər sənin barəndə deyilən və öz dediyin sözlər barəsində etinasızsansa, süfləsən.("Təhzib", 6-cı cild, səh.295, hədis-28 )
    7-zamanin mənasi
    Bir nəfər "bir zaman" oruc tutacağına dair nəzir etmişdi. Əli (ə) buyurdu: "Zaman beş ay, hiyn isə altı aydır."("Fürui-Kafi", 4-cü cild, səh.142, hədis-5 )
    8-la şeyə kəlməsinin mənasi
    Roma padşahının Müaviyədən yazılı şəkildə soruş-duğu suallardan biri də "la şeyə" kəlməsinin mənası idi. Müaviyə onun mənasını bilmədi, Əmr As hadisədən xəbərdar olduqda ona dedi: – Yaxşı bir atı satılmaq üçün Əlinin ordusuna göndər və göndərdiyin adama de ki, əgər atın qiymətini soruşsalar, de ki: "la şeyə"dir. Ümidvaram ki, müşkül bu yolla həll olunacaq.
    Sonra bir nəfərə yaxşı bir at verib Əli (ə)-ın ordusuna göndərdilər. Əli (ə) Qənbərlə birlikdə həmin kişinin yanından keçəndə Qənbərə buyurdu: – Get, atı o kişidən al!
    Qənbər ona yaxınlaşıb dedi: – Atı neçəyə satırsan?
    Dedi: – "La şey"ə.
    Əli (ə) Qənbərə buyurdu: – Atı ondan al!
    O kişi dedi: – Bəs mənim "la şey"imi kim verəcək!
    Əli (ə) onu çölə apardı, ilğımı ona göstərdi və buyurdu: – Bu, "la şey"dir.
    Kişi dedi: – Haradan deyirsən?
    Əli (ə) buyurdu: – Quranda belə buyurulur: "Yəhsəbuhuzzəmanu maən, hətta iza caəhu ləm yəcidhu şəyən: Susuz adam uzaqdan ilğımı görüb onun su olduğunu təsəvvür edir, ona yaxınlaşdıqda isə heç bir şey olmadığını görür."("Mənaqib" (Sərvi), 1-ci cild, səh.510 )
    9-ikrah və icbarin mənasi
    Əli (ə) buyurur: – Qohumluq əlaqələrini kəsməyə, zülm etməyə dair and içməyin, eləcə də ikrah və icbar halında and içməyin heç bir təsiri yoxdur.
    İkrahla icbarın fərqini soruşduqda buyurdu: – İkrah (məcbur edilmə) padşah tərəfindən, icbar isə arvad-uşaq tərəfindəndir.("Əcaibul-qəzaya" (Qummi), səh.90, hədis-147. Lakin Şeyx Səduq "Məanil-əxbar"da bu hədisin təfsilatını belə qeyd edir ki, icbar sultan tərəfindən, ikrah isə arvad və ata-ana tərəfindəndir. )
    10-qamətin mənasi
    İmam Sadiq (ə) buyurur: "Əli (ə)-ın kitabında (qeyd olunur ki,) "bir qamət" bir zira, iki qamət iki ziradır."
    Müəllif: Rəvayətlərdə zöhr namazının nafiləsinin axırıncı vaxtı ünvanı ilə qeyd olunan "bir qamət" bir zira, əsr nafiləsinin vaxtının axırıncı vaxtı ünvanı ilə gələn "iki qamət" isə iki ziradır. Burada qamət dedikdə bir insanın, yaxud iki insanın boyu nəzərdə tutulmur, çünki, Peyğəmbər (s.ə.v.v)-in rəhlinin qaməti (uzunluğu) bir zira olmuşdur. Belə ki, mərhum Şeyx onu "Təhzib" kitabının 2-ci cildinin 23-cü səhifəsində, (hədis:24) namazın vaxtları babında nəql etmişdir. Əhli-beyt ¢-dan nəql olunmuşdur ki, onun mənasından biri də "kəsir", yəni çox deməkdir.
    Xətib "Tarixi Bağdad" kitabında qeyd edir ki, Abbasi xəlifələrindən olan Mütəvəkkil xəstələndikdə nəzir etmişdi ki, bu xəstəlikdən sağalarsa, Allah yolunda "kəsir mal" infaq etsin. O, sağalıb öz nəzrinə əməl etmək istədikdə "kəsir mal"ın mənasını və nə qədər olduğunu bilmədi. Onu sünnü fəqihlərindən soruşdu, amma onlar bu kəlmənin mənasında ixtilafa düçar oldular. Bəziləri "on min dirhəmdir", bəziləri "yüz min dirhəmdir" - deyə cavab verdilər.
    Mütəvəkkil bu məsələnin hökmünü İmam Hadi (ə)-dan soruşduqda o həzrət buyurdu: – "Kəsir mal" səksən üçdür; çünki Quranda belə buyurulur: "Və ləqəd nəsərəkumullahu fi məvatinə kəsirətin; Allah-Taala sizə çoxlu yerlərdə kömək etmişdir." O da 83 yerdədir.("Fürui-Kafi", 7-ci cild, səh.463, hədis-21 )
    "Kəsir"in antonimi olan "qəlil" kəlməsinin mənası barəsində də Şeyx Səduq "Məanil-əxbar" kitabında İmam Sadiq (ə)-ın "və ma amənu məəhu illa qəlil: onunla (Nuhla) birlikdə yalnız qəlil (az) adam iman gətirmişdi" ayəsi ilə əlaqədar belə buyurduğu nəql olunur: "Onlar 80 nəfər idi."("Məanil-əxbar", səh.151 )
    İmam Sadiq (ə) "ənə uhdi hazəttəamə: mən bu təamı hədiyyə edirəm" - deyə nəzir edən şəxsin barəsində buyurur: – Onun öhdəsinə heç nə düşmür, çünki "hədy" kəlməsi dəvənin qurbanlıq edilməsi barəsində işlənən xüsui bir istilahdır.("Fürui-Kafi", 7-ci cild, səh.455, hədis-3, Məkkədə qurbanlıq edilən dəvə , yaxud qoyun. )
    "Hədy" ünvanı ilə nəzir edən şəxs barəsində isə buyurur ki, gərək bir dəvəni təqlid və işar etsin,(Yəni, onun bir nalını onun boynuna assın, kürəyinin sağ tərəfini bir az yarsın və onun qanından dəvənin üzünə sürtsün. ) onu Ərəfata aparsın (və Minada nəhr etsin). "Cəzuri"(Dəvə ) qurbanlığı nəzir edən şəxs barəsində isə belə buyurmuşdur: "Onu istədiyi yerdə nəhr edə bilər."("Fürui-Kafi" 7-ci cild, səh.457, hədis-13 )
    Category: Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri | Added by: Islam_Kitabxanasi
    Views: 834 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024