İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri

    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri
    2012-01-24, 6:44 AM
    OTUZ İKİNCİ FƏSİL
    Avam camaatı qane etmək üçün verilən cavablar
    1-şərq-qərb səyahəti
    Əli (ə)-dan şərqdən qərbə qədər olan səfər barəsində soruşdular. Buyurdu: "Günəşin bir gecə-gündüz ərzində getdiyi yol qədərdir."(Nəhcül-bəlağə", hikmət:294 )
    2-hesab
    Əli (ə)-dan soruşdular: – Allah-Taala bu qədər məxluqatdan necə hesab çəkəcəkdir?!
    Buyurdu: – Onların (sayının) bu qədər çoxluğu ilə belə, onlara necə ruzi verirsə (o cür də hesab çəkəcəkdir).
    Həmçinin soruşdular: – Onlar Allahı görmədiyi halda Allah onlardan necə hesab çəkəcəkdir?!
    Buyurdu: – Allahı görmədikləri halda Allahın onlara ruzi verdiyi kimi.("Nəhcül-bəlağə", hikmət:396 )
    3-ruzi
    Əli (ə)-dan soruşdular: – Əgər bir şəxsi otağa salıb saxlasalar (həbs etsələr), ruzisi haradan çatar?
    Buyurdu: – Oradan çatar ki, ölüm onun sorağına gəlsin.("Nəhcül-bəlağə", hikmət:356 )
    4-haqq ilə batilin fərqi
    Əli (ə) buyurur: – Haqq ilə batil arasında dörd barmaq qədər məsafə vardır.
    Bunun mənasını soruşduqda Həzrət dörd barmağını bağlı şəkildə qulağı ilə gözü arasında qoydu və buyurdu: – Batil odur ki, "eşitdim" deyəsən, haqq odur ki, "gördüm" deyəsən.("Nəhcül-bəlağə", 137-ci xütbə )
    5-asimanla yerin fasiləsi
    İmam (ə)-dan yerlə asimanın arasındakı fasilə barəsində soruşulduqda buyurdu: "Gözün işlədiyi qədər və zülmə məruz qalanın duası qədər."("Ğarat" (Səqəfi), səh.111 )
    6-suyun dadi
    İmam (ə)-dan suyun dadının necə olması barəsində soruşulduqda, buyurdu: "Su həyat dadı verir."(Mənaqib" (Sərvi), 1-ci cild, səh510 )
    OTUZ ÜÇÜNCÜ FƏSİL
    Fiqhi qaydalar
    1-pulcuqsuz baliqlar
    Əli (ə) Kufədə Peyğəmbər (s.ə.v.v)-in qatırına minib balıq satanların bazarına gəlidi və onlara buyurdu: "Pulcuğu olmayan balıq növlərini yeməyin və satmayın."("Fürui-Kafi", 6-cı cild, səh.220, hədis-6 )
    2-əti haram olan quşlar
    Əli (ə) buyurur: "Çinədanı, pətənəsi, ayağının xarpoştu olmayan quşların ətini yeməkdən çəkinin."("Xisal", səh.615 )
    3-əti haram olan heyvanlar
    Əli (ə) buyurur: "Köpək dişləri olan heyvanların, caynağı olan quşların ətini yeməkdən çəkinin."("Xisal", səh.615 )
    4-ov
    Əli (ə) buyurur: "Quş, uçmağa qadir olduğu müddətdən etibarən ov sayılır və onu tutan hər bir şəxs üçün halaldır."("Fürui-Kafi", "babus-seyd", hədis-4 )
    5-heyvan başi kəsmək üçün alət
    Əli (ə) buyurur: "Heyvanın başını yalnız dəmirdən olan alətlə kəsmək rəvadır."("Fürui-Kafi", 6-cı cild, səh.227 )
    6-istishab
    Əli (ə) buyurur: "Hər kəs bir şey barəsində yəqinə malik olsa, bundan sonra şəkk etsə, öz yəqininə uyğun əməl etməlidir, çünki şəkk yəqini dəf etmir və onu pozmur."(Xisal", səh.619 )
    7-xeyirxah niyyət
    Bir nəfərin iki dəvəsi qaçmışdı, başqası da onları tutub hər ikisini bir iplə bağlamışdı. Onlardan biri boğulub öldü. Bu hadisəni Əli (ə)-a dedilər, həzrət dəvəni tutanı zamin hesab etməyərək buyurdu: "Onun xeyir iş görməkdən başqa bir niyyəti olmamışdır."("Təhzib", 10-cu cild, səh.315, hədis-16 )
    Bu barədə Peyğəmbəri Əkrəm (s.ə.v.v) və Əhli-beyt ¢-dan ümumi qaydalar varid olmuşdur, belə ki, Zürarə deyir: Allaha and olsun, mən Əbu Cəfər (ə) kimi (böyük şəxsiyyətli və elmli) bir adam görməmişdim! Çünki ondan "əti halal olan quşların əlaməti nədir?" - deyə soruşdum, buyurdu: – Uçanda qanadlarını çalan quşların ətini ye, amma uçanda qanadlarını çalmayan və açıq saxlayan quşların ətini yemə!
    Soruşdum: – Meşədə gördüyüm yumurtaların hansı növü halal və hansı növü haramdır?
    İmam (ə) buyurdu: – Hər iki tərəfi bərabər olan-ları yemə; bir tərəfi böyük, bir tərəfi kiçik olanları isə ye.(Fürui-Kafi", 6-cı cild, səh.247, hədis-3 )
    Həmçinin, İbni Əbi Leyladan belə nəql olunmuşdur: Bir-birilə dalaşan iki şəxs mənim yanıma gəldi. Onlardan biri deyirdi: – Bu kişi mənə kəniz satmışdır, onu soyunduranda gördüm ki, zəharının tükü yoxdur. Güman edirəm ki, anadangəlmə belədir.
    İbni Əbi Leyla dedi: – Camaat bu barədə bir çıxış yolu axtarır. Sənin nədən xoşun gəlmir?
    O kişi dedi: – Əgər bu eyib sayılırsa, mənim xeyrimə hökm et.
    İbni Əbi Leyla onun cavabını bilmədi, amma dedi: – Bir az gözlə, gedib-qayıdaram, sənin cavabını da gətirə-rəm. İndi qarnımda bir az narahatlıq hiss edirəm.
    O içəri girdi, evin o biri qapısından çıxıb Məhəmməd ibni Müslümün yanına getdi, məsələni ondan soruşdu və dedi: – Bu barədə Əbu Cəfər (ə)-dan bir hədis bilirsənmi?
    Məhəmməd ibni Müslüm dedi: – Bu xüsusda bir şey xatırlamıram, lakin o həzrətdən eşitdiyim ümumi bir qanun vardır ki, belə buyurdu: "Hər şey özünün əsl xilqətindən az və ya çox olarsa, eyib sayılır."
    İbni Əbi Leyla dedi: – Kifayətdir!
    Sonra onların yanına gəldi və kənizin eyibli olmasına dair hökm verdi.("Fürui-Kafi", "kitabul-məişət", hədis-12 )
    "Kafi" kitabında "in tubdus-sədəqati fəniimma hiyə – əgər sədəqələri müstəhəqlərə aşkarda versəniz, bu necə də yaxşı işdir!" ayəsi barəsində həzrət imam Baqir (ə)-dan belə nəql olunmuşdur: – (Bu ayədə sədəqə dedikdə) məqsəd vacib zəkatdır.
    Ravi soruşdu:–Bəs "və in tuxfuha və tutuhəl-fuqəraə" (əgər onları gizlədib fəqirlərə versəniz) ayəsinin mənası nədir?
    İmam (ə) buyurdu: – Burada məqsəd müstəhəb sədəqələrdir.
    Məsum İmamlar ¢ fərizə və vacib əməlləri izhar etməyi, müstəhəb işləri isə gizlətməyi yaxşı və bəyənilən bir iş hesab edirdilər.(Fürui-Kafi", "kitabuz-zəkat", hədis-1 )
    Peyğəmbər (s.ə.v.v)-dən nəql olunan fiqhi bir qaydada deyilir: "La zərərə və la zirarə fil-islam - İslamda nə (başqalarına) zərər vurmağa, nə də (başqaları tərəfindən vurulan) zərəri qəbul etməyə icazə verilmir."
    Bu hədis də bir elm qapısıdır ki, ondan min qapı açılır. Hadisə belə olmuşdu: Səmərət ibni Cündəb ənsardan olan bir nəfərin mülkiyyətindəki bağda bir xurma ağacı əkmişdi. Ənsardan olan kişinin yaşadığı ev bostanın qapısında yerləşirdi. Cündəb xurma ağacının yanına getmək üçün ənsarlı kişinin evindən keçməli olurdu, amma heç vaxt ondan icazə almırdı. Ənsardan olan kişi onunla əvvəlcə mülayim rəftar edib ona xatırlatdı və ondan istədi ki, oraya getmək istəyəndə evdən icazə alsın. Cündəb bu sözü eşidərkən bərk əsəbiləşdi. Ənsardan olan kişi işi belə görəndə Peyğəmbəri-Əkrəm (s.ə.v.v)-in yanına gəlib hadisəni dedi və Cündəbdən şikayət etdi. Peyğəmbəri-Əkrəm (s.ə.v.v) Cündəbin bu qanunsuz işindən xəbərdar olduqda ona xəbər göndərdi ki, xurma ağacının yanına getmək istəyəndə ev sahibindən icazə alsın. Cündəb bundan imtina etdi, nəhayət Peyğəmbər (s.ə.v.v) ağaca qiymət qoyma məqamına gəldi, lakin o yenə də imtina etdi. Hətta Peyğəmbər (s.ə.v.v) onun qiymətini bir neçə qat artıqlaması ilə vermək istədi, lakin o qəbul etmədi. Axırda Peyğəmbəri-Əkrəm (s.ə.v.v) behiştdə ona bir xurma ağacı vədəsi verdi, Cündəb yenə qəbul etmədi. Bu zaman Peyğəmbər (s.ə.v.v) ənsardan olan kişiyə buyurdu: – Get, o xurma ağacını kökündən çıxardıb at! Çünki İslamda nə başqasına zərər yetirmək, nə də zərəri qəbul etmək yoxdur.("Fürui-Kafi", 5-ci cild, səh.292, hədis-2 )
    Müəllif: Doğrudan da belə bir xəbis insanın Peyğəmbər (s.ə.v.v)-in bu qədər vədələrinə iman gətirməməsi çox da qəribə deyildir!
    "Tarixi Təbəri"-də 50-ci ilin hadisələri ilə əlaqədar qeyd olunur ki, Ziyad Səmərəti Bəsrəyə hakim təyin etdi, o da Küfəyə gəlib səkkiz min nəfəri qətlə yetirdi.
    Ziyad ona dedi: – Heç qorxmadınmı ki, onlardan biri günahsız olsun?!
    Səmərət dedi: – Onlar kimilərini öldürməkdən əsla qorxum yoxdur!
    OTUZ DÖRDÜNCÜ FƏSİL
    Heyvanların vurduğu xəsarət
    1-peyğəmbər (s.ə.v.v) əli (ə) barəsində dua etdi
    Peyğəmbər (s.ə.v.v)-in dövründə bir nəfərin öküzü başqasının ulağını vurub öldürmüşdü. Peyğəmbər (s.ə.v.v) səhabələrin arasından keçəndə şikayət edənlər o həzrətin yanına gəlib məsələni dedilər. Ömər və Əbu Bəkr də səhabələrin arasında idi. Peyğəmbər (s.ə.v.v) Əbu Bəkrə üz tutub buyurdu: – Bunların arasında mühakimə et!
    Əbu Bəkr dedi: – Heç bir zəmanət yoxdur, çünki bir heyvan başqa bir heyvanı öldürmüşdür.
    Peyğəmbər (s.ə.v.v) Ömərə dedi: – Sən qəzavət et!
    Ömər də Əbu Bəkrin sözünü təkrarladı. Peyğəmbər (s.ə.v.v) Əli (ə)-a üz tutub buyurdu: – Onların arasında hökm et!
    Əli (ə) dedi: – Əgər öküz ulağın bağlandığı yerə daxil olmuşsa (və orada vurub öldürmüşsə), öküzün sahibi ulağa zamindir. Əks halda isə zamin deyildir.
    Bu zaman Peyğəmbər (s.ə.v.v) əllərini göyə qaldırıb belə dedi: "Həmd olsun o Allaha ki, mənim ailəmdən peyğəmbərlərin qəzavəti kimi hökm edən bir şəxs qərar vermişdir."("Fürui-Kafi", 7-ci cild, səh.352, "Təhzib", 10-cu cild, səh.229 Təsadüfi deyildir ki, Peyğəmbər (s.ə.v.v) bu qəziyyədə, eləcə də tarixdə oxşarı az olmayan sair hadisələrdə əvvəlcə məsələnin hökmünü bəyan etməyi başqalarına həvalə edir, onlar aciz olub xata və səhv hökm verdikləri zaman qəzavəti Əli (ə)-a həvalə edir, sonra əksər hallarda onun qəzavətinin düzgünlüyünə, bəzi hallarda isə başqalarının xatasına aşkar şəkildə təkid edirdi. Peyğəmbər (s.ə.v.v)-in bu işi göstərirdi ki, o həzrətin özündən sonra canişinlik və xilafət məqamının şərtlərinə və İslam ümmətinə rəhbərlik ləyaqətinə təkcə Əli (ə) malikdir, buna görə də elm və əməl baxımından belə bir ilahi məqama sahib olmağa başqaları yox, yalnız o layiqdir. Amma başqalarının şəri məsələləri bəyan edərkən yol verdikləri təkrar xata və səhvlər hamıya məlum idi. Peyğəmbər (s.ə.v.v) bu işləri ona görə görürdü ki, haqq hamı üçün aydın olsun, höccət bütün insanlara tamamlansın, bir kəs üçün üzr və bəhanəyə yer qalmasın və "həlak olanlar dəlil-sübut üzündən həlak olsunlar, yaşayanlar da dəlil-sübut üzündən yaşasınlar." ("Ənfal" surəsi, ayə:42) Müəllifdən. )
    2-islamda zərər yoxdur
    İki nəfər Ömərin yanına gəldi. Biri dedi: – Bu kişinin inəyi mənim dəvəmi vurub qarnını yırtmışdır.
    Ömər dedi: – Peyğəmbər heyvanların vurduğu xəsarətlərin zəmanətə səbəb olduğunu qəbul etmirdi.
    Əli (ə) Ömərə dedi: – Peyğəmbər (s.ə.v.v) belə buyurmuşdur: "La zərərə və la zirar" – yəni İslamda nə başqasına zərər vurmaq, nə də başqası-nın zərərini qəbul etmək rəva deyildir. Bu barədə hökmə gəldikdə, əgər inəyin sahibi öz malını dəvənin yolunda bağlamışsa, dəvəyə zamindir, əks halda isə zamin deyildir.
    Bu məsələni araşdırdıqda məlum oldu ki, inəyin sahibi onu kənddən gətirib dəvənin yolu üzərində bağlamışdır. Ömər həzrət Əli (ə)-ın buyurduğuna görə hökm etdi və dəvənin pulunu inəyin sahibindən alıb dəvənin sahibinə verdi.("Muqni", səh44)
    3-əli (ə) zülm edən deyil!
    Əli (ə) Peyğəmbər (s.ə.v.v)-in tərəfindən Yəməndə nümayəndə olduğu zaman bir neçə nəfər o həzrətin yanına gəlib öz münaqişələrini irəli çəkərək dedilər ki, onlardan birinin atı qaçıb bir nəfərə təpik vurmuş və onu öldürmüşdür. Atın sahibi də şahid gətirib demiş-dir ki, at özü evdən çıxıb qaçmışdır. Əli (ə) at sahibinin zamin olmadığına dair hökm verdi. Ölənin qəyyumları Mədinəyə gəlib Peyğəmbər (s.ə.v.v)-ə dedilər: – Əli bizim barəmizdə zülm etdi və bizim adamımızın qan bahasını vermədi!
    Peyğəmbər (s.ə.v.v) onlara buyurdu: – Əli zalım deyildir və zülm etmək üçün yaradılmayıbdır. Məndən sonra vilayət və xilafət ona məxsusdur. Onun sözü və hökmü haqdır, onun vilayətini inkar edən kafirdir.("Fürui-Kafi", 7-ci cild, səh.352, "Təhzib", 10-cu cild, səh.228, hədis-33 )
    4-əkin sahəsinə vurulan zərər
    Əli (ə) heyvanların gündüz çağı başqalarının əkin sahələrinə vurduqları xəsarət və zərərlərin zəmanətə səbəb olmadığını deyir və buyururdu: "Əkin sahəsinin sahibi gündüz çağı əkin sahəsinin keşiyini çəkməlidir." Lakin heyvanların gecə ikən varid etdiyi xəsarətlərin zəmanətə səbəb olduğunu buyururdu.("Təhzib", 10-cu cild, səh.310, hədis-11)
    5-itin vurduğu xəsarət
    Əli (ə) buyururdu ki, itin gündüzlər vurduğu xəsarət it sahibinin öhdəsinədir. Lakin onun gecə qapmasının zəmanətə səbəb olmadığını buyururdu.("Təhzib", 10-cu cild, səh.228, hədis-31 )
    6-ev əhlinin zəmanəti
    Əli (ə) buyurur: "Əgər ev əhlinin icazəsi ilə evə daxil olsan və evin iti səni qapsa, ev əhli zamindir. Amma əgər icazəsiz varid olsan (və bu iş baş versə) ev sahibi zamin deyildir."("Fürui-Kafi", 7-ci cild, səh.353, "Təhzib", 10-cu cild, səh.328 )
    7-ipə-sapa yatmayan heyvan
    Əli (ə) ipə-sapa yatmayan heyvanın birinci hücumu-nun zəmanətə (zaminliyə) səbəb olmadığını deyirdi, lakin sonrakı dəfələrdə sahibinin zamin olduğunu buyururdu.("Fürui-Kafi", 7-ci cild, səh.353,, "Təhzib", 10-cu cild, səh 227, hədis-25 )
    8-təfsil
    Əli (ə) heyvanların, tapdalamaq nəticəsində vurduqları zərərlərin sahibləri tərəfindən zəmanətə səbəb olduğunu buyururdu. Amma onların ayaqları altında qalması nəticəsində varid olan zərərlərin zəmanətə səbəb olmadığını deyirdi. Bundan yalnız heyvanı vuran şəxslər istisna olunur. (Bu zaman vuran şəxs zamindir.)("Fürui-Kafi", 7-ci cild, səh 353,, "Təhzib", 10-cu cild, səh.327, hədis-27 )
    9-heyvana minən və onu sürənin zəmanəti
    Əli (ə) heyvana minən şəxsi, heyvanın qabaq və dal ayaqlarına vurduğu ziyanlara zamin hesab edirdi, lakin onu sürən şəxsi, heyvanın qabaq ayaqlarına deyil, yalnız dal ayaqlarına vurulan zərərlərə zamin hesab edirdi.("Vəsailuş-şiə", 19-cu cild, səh.186, hədis-12 )
    OTUZ BEŞİNCİ FƏSİL
    Hərimlər (sərhədlər)
    Əli (ə) buyurur: "Dəvəyə su vermək üçün qazılan iki quyu arasındakı məsafə 40 zira(Bir zira barmaqların ucundan dirsəyə qədər olan məsafədir. ), əkin sahələrini suvarmaq üçün qazılan quyuların arasında 60 zira və çeşmələr arasında 500 zira fasilə olmalıdır. Münaqişəli olan küçənin 7 zirası küçəyə məxsusdur."("Əcaibul-qəzaya" (Qumi), 91-ci səh.hədis-138 )
    OTUZ ALTINCI FƏSİL
    Müqavilələr
    Bir nəfər qoyun kəsib öz dostları ilə şərtləşdi ki, əgər qoyunun hamısını yeyə bilsələr, (əvəzində) heç bir şey verməyəcəklər, amma əgər ondan bir şey artıq qalarsa, onun pulunun hamısını versinlər.
    Əli (ə) onlara buyurdu: – Yemək barəsində şərtləşmək (mərcləşmək) mütləq şəkildə batildir, istər az olsun, istərsə də çox. (Sonra cərimə ödənməsinin qarşısını aldı.)("Fürui-Kafi", 7-ci cild, s.428, hədis-11; "Təhzib", 6-cı cild, s.290, hədis-10 )
    İmam Riza (ə)-dan da belə nəql olunmuşdur: "Bir kəs bir qadınla izdivac etsə və qayınatası üçün bir mal qərar versə, əqdin özü səhih, qayınatası üçün qərar verdiyi şey isə batildir."("Təhzib",7-ci cild, səh.361, hədis-28 )
    OTUZ YEDDİNCİ FƏSİL
    Ədəbləndirmə qaydaları
    1-BIR NÖV MÜHAKIMƏ
    Bir neçə şagird əlyazmalarını bir yerə yığıb Əli (ə)-a göstərdilər ki, hansının daha yaxşı yazdığını ayırd etsin. Əli (ə) buyurdu: – Bu özü də bir növ mühakimə yürütməkdir və onda ədalətsizliyə yol vermək hökmdə ədalətsizlik sayılır. (Sonra onlara buyurdu:) Öz müəlliminizə bunu çatdırın ki, əgər ədəbləndirmə məqamında sizə üçdən artıq zərbə vursa, ondan qisas alınacaqdır.("Fürui-Kafi", "Hüdud" kitabı, "nəvadir" babı, hədis-38 )
    2-yetim uşaq
    Əli (ə) buyurur: "Yetim uşağı eynilə öz övladın kimi ədəbləndir; öz övladını hansı xataya görə vurursansa, onu da həmin xatalara görə vur."("Fürui-Kafi", 6-cı cild, səh.47, hədis-8 )
    3-qumarbazlarin ədəbləndirilməsi
    Əli (ə) yoldan keçəndə bir neçə nəfərin şahmat oynadığını gördü. Onlara buyurdu: – Bu timsallar nədir ki, siz onların ayağında oturmusunuz?
    Sonra onları, qızmar günün altında saxlamaqla ədəbləndirdi.(Əcaibul -əzaya" (Qumim,) səh.88 )
    4-tənbih
    İstimna edən bir kişini Əli (ə)-ın yanına gətirdilər. Əli (ə) onun əlinə elə vurdu ki, əli qızardı, sonra onu beytül-malın hesabına evləndirdi.("Fürui-Kafi", 7-ci cild, səh.265 )
    5- imamin vəzifələrindən biri
    Əli (ə) buyurur: "İmama vacibdir ki, fasiq (günah-kar) alimləri, nadan (elmsiz) həkimləri və müflisləşmiş halda (heyvanlarını) kirayə verənləri həbs etsin."("Mən la yəhzur", "Kitabül-qəzaya vəl-əhkam", 15-ci bab, hədis:6 )
    6-səfeh (öz mal-dövlətini idarə edə bilməyən) cavan
    Əli (ə) buyurur: "Səfeh cavan ağıllanıb, dərk edənə qədər saxlanmalıdır." (Yenə buyurur:) "Öz borcunu verməyən borclu şəxs həbs olunmalıdır. Onun müflisləşməsi sübuta yetərsə, azad edilməlidir ki, mal əldə edib, öz borclarını qaytarsın. Öz borclarını verməyən, borc sahiblərini aldadan şəxs əvvəlcə həbs olunmalı, sonra azad edilməlidir ki, öz var-dövlətini borc sahibləri arasında, onlara borclu olduğu nisbətdə bölsün. Əgər bu işdən imtina edərsə, həmin işi İmam özü görməlidir."("Mən la yəhzur", "kitabul-qəzaya vəl-əhkam", 13-cü bab, hədis:1 )
    7-əlac
    Bir nəfər icazəsiz olaraq atasının vəlidəsini (vəlidə – öz ağasından övlad sahibi olan kəniz) bir nəfərə satdı, kəniz də həmin müştəridən bir uşaq dünyaya gətirdi. Bu zaman onun birinci ağası müştəri ilə münaqişəyə qalxıb, dedi: – Bu kəniz mənim vəlidəmdir, oğlum icazəm olmadan sənə satmışdır!
    Müştəri isə inkar edirdi, nəhayət məsələni Əli (ə)-a dedilər, o həzrət kənizin birinci ağasına buyurdu: – Kənizlə onun övladını müştəridən al!
    Müştəri Həzrət Əli (ə)-a and verdi ki, onun üçün bir çıxış yolu göstərsin. Əli (ə) ona buyurdu: – Satıcını (kənizin birinci ağasının oğlunu) atası bu müamiləyə razılıq verincəyə qədər öz yanında saxla.
    Müştəri cavanı tutub öz yanında saxladı. Kənizin birinci ağası müştəriyə dedi: – Oğlumu burax!
    Müştəri dedi: – Allaha and olsun, sən mənim oğlumu qaytarmayınca, mən də onu sənə qaytarmayacağam!
    Bunu görən birinci ağa kənizin müamiləsinə icazə vermədi, amma müştərinin övladını özünə qaytardı.("Mən la yəhzur", "kitabul-qəzaya vəl-əhkam", 69-cu bab, hədis:56 )
    8- məsciddə xurafat söyləyən adam
    Əli (ə) məsciddə əfsanə deyən bir nəfəri gördü. Öz qamçısı ilə onu vuraraq məsciddən çıxartdı.("Fürui-Kafi", 7-ci cild, səh.263, hədis20 )
    9- təzə müsəlman olan şəxs
    Təzə müsəlman olan bir məsihinin yanında qızardılmış donuz gördükdə onu tutub Həzrət Əli (ə)-ın yanına gətirdilər. Həzrət ona buyurdu: – Nə üçün belə bir xataya mürtəkib olmusan?!
    Dedi: – Xəstələndiyim üçün donuz əti yeməyə ehtiyac duydum.
    Əli (ə) buyurdu: – Nə üçün sənin keçin olduğu halda onların ətindən istifadə etmədin?! (Sonra buyurdu:) Əgər donuz ətini yemiş olsaydın, sənə hədd vuracaqdım, lakin indi səni ədəbləndirirəm. (Sonra o qədər vurdu ki, axırda onun bövlü axmağa başladı).("Fürui-Kafi", "kitabul-hüdud", hədis:20 )
    10- ədalətli hakim gəldi!
    Cəzərinin "Kamil" kitabında belə qeyd olunur:
    Əli (ə) Həmdan qəbiləsindən çıxdı, yolda iki nəfərin biri-birilə savaşdığını gördü. Onları bir-birindən ayırıb yoluna davam etdi. Birdən kiminsə "kömək edin!" - deyə səsləndiyini eşitdi, dərhal ona tərəf gedib buyurdu: "Kömək gəldi!" Sonra iki nəfəri gördü. Onların biri digərindən şikayət edərək deyirdi: – Ya Əmirəl-möminin! Bir köynəyi bu kişiyə 7 dirhəmə satdım və şərt etdim ki, mənə salamat və eyibsiz dirhəm versin. O isə bu eyibli dirhəmləri verdi. Mən onu almaqdan imtina etdim və salamat dirhəm istədim. O isə mənim üzümə bir sillə vurdu.
    Əli (ə) sillə vurana buyurdu: – Düz deyirmi?
    O dedi: – Bəli.
    Həzrət ona buyurdu: – Öz şərtinə əməl et! (Sonra vurulana buyurdu:) Qisas al!
    Kişi dedi: – Bəlkə əfv edim?!
    İmam (ə) buyurdu: – İxtiyar sahibisən. (Sonra öz ətrafındakılara buyurdu:) Onu (sillə vuranı) tutun.
    Bir nəfər onu tutdu və Həzrət ona on beş qamçı zərbəsi vurub, buyurdu: – Bu, o kişiyə qarşı etdiyin hörmətsizliyin cəzasıdır!
    Category: Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri | Added by: Islam_Kitabxanasi
    Views: 927 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024