İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri

    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri
    2012-01-24, 6:43 AM

    OTUZ SƏKKİZİNCİ FƏSIL
    Allahın kitabına və Peyğəmbər (s.ə.v.v) sünnəsinə istinad
    1-ələqənin diyəsi
    Bir nəfər bir qadının qarnına bir zərbə vurdu, nəticədə onun bətnində ələqə şəklində olan rüşeym siqt oldu. Əli (ə) buyurdu: – O kişi ələqənin diyəsini – 40 dinarı o qadına verməlidir. (Sonra bu ayəni tilavət etdi:) "Həqiqətən Biz insanı palçıqdan yaratdıq, sonra onu möhkəm bir yerdə (ana bətnində) qərar verdik, sonra o nütfəni bir parça laxta qan şəklinə saldıq, sonra o qan parçasını əzilmiş ət şəklinə saldıq, sonra o əti sümüklərə döndərdik, o sümükləri də ətlə örtdük, daha sonra onu yeni bir yaradılışda qərar verdik (insan şəklinə salaraq ona ruh verdik). Xəlq edənlərin ən yaxşısı olan Allah necə də əzəmətlidir!" (Sonra buyurdu:) Nütfənin diyəsi 20 dinar, ələqənin diyəsi 40 dinar, müzğənin diyəsi 60 dinar, xilqət tamamlanmazdan qabaqkı sümük bağlanan rüşeymin diyəsi 80 dinar, ruh daxil olmamışdan qabaq kamil rüşeymin diyəsi 100 dinar, ruh daxil olduqdan sonra isə 1000 dinardır.("İrşad" (Şeyx Mufid), səh.119)
    Əvvəldə qeyd olundu ki, Əbu Bəkr Qurandakı "əbb" və "kəlalə" kəlmələrinin mənasını bilməyib aciz qaldığı zaman Həzrət Əli (ə) onların mənasını izah edərkən Quran ayələrinə istinad etdi. Ömər də məcburiyyət qarşısında qalaraq zinaya yol verən bir qadına hədd vurmaq istədiyi zaman Həzrət Əli (ə) "fəmənizturrə ğəyrə bağin və la adin fəla ismə ələyh" ("Bəqərə", 173) ayəsinə istinad etmiş, bununla da o qadına nahaq yerə hədd vurulmasına mane olmuşdu. Osman isə, altı ay tamam olduqdan sonra uşaq dünyaya gətirmək istəyən bir qadına hədd vurmaq istədiyi zaman Həzrət Əli (ə) iki ayəyə – "Və həmluhu və fisaluhu... ("Əhqaf", 13) və "Vəl-validatu yurzinə ovladəhunnə" ("Bəqərə", 233) istinad edərək bu işin qarşısını aldı.
    (Həzrət Əli (ə)-ın "cüz", "səhm", "hiyn" və "qədim" sözlərinin mənasında da Quran ayələrinə necə istinad etdiyi əvvəldə bəyan olundu.)
    2-müstəhəb əməl
    Əli (ə) buyurur: "Müstəhəbdir ki, kişi mübarək Ramazan ayının birinci gecəsində öz arvadı ilə yaxınlıq etsin, çünki Allah-Taala buyurur: "Sizin üçün Ramazan ayının gecələrində öz qadınlarınızla yaxınlıq etmək halal olmuşdur."("Fürui-Kafi", 4-cü cild,səh.180, hədis:3 )
    3-üç əməlin nəticəsi
    Mərhum Seyyid Rəzi "Xəsais" kitabında Əli (ə)-ın belə buyurduğunu qeyd edir: "Üç əməl vardır ki, onların nəticəsi onları görən şəxsə aiddir: zülm etmək, əhd-peymanı pozmaq, məkr və hiylə işlətmək. Belə ki, "Yunus" surəsinin 22-ci ayəsində buyurulur: "Ey insanlar! Sizin inadkarlıq və zülm etməyiniz elə sizin özünüzədir." "Fəth" surəsinin 9-cu ayəsində də belə buyurulur: "Hər kəs əhd-peymanı pozsa, yalnız öz əleyhinə pozmuş olur." "Fatir" surəsinin 42-ci ayəsində belə deyilir: "Pis hiylələr yalnız öz əhlinə əhatə tapar."("Xəsais" (Seyyid Rəzi), səh.101)
    4-sari ayaqqabi
    Əli (ə) buyurur: "Sarı ayaqqabı geyinmək qəm-qüssəni azaldır. Çünki, Allah-Taala (sarı rəng barəsində) belə buyurub: "O, sarı bir inəkdir ki, ona nəzər yetirənləri şadlandırar və sevincli edər."("Ərais" (Sələbi) )
    5-ilahi imtahan
    Əli (ə) xəstələnmişdi, bir neçə nəfər o həzrətin yoluxmasına gəlib soruşdular: – Necə sübhə çıxdın?
    Buyurdu: – Pislik və şər əsasında.
    Dedilər: – Sübhanəllah! Sizin kimi bir şəxs də belə sözlər deyər?!
    Həzrət buyurdu: – Allah-Taala buyurur: "Biz sizi xeyir (yaxşı) və pis şeylərə mübtəla edərək imtahana çəkərik (və ölüm zamanı) Bizə tərəf qayıdarsınız." ("Ənbiya", 34) Həqi-qətən "xeyir" sağlamlıq və ehtiyacsızlıq, "şər" isə – imtahan və sınaq olduğuna görə – fəqirlik və xəstəlikdir.
    6-osman ayağa qalxir...
    Hill əhlindən(Hərəm hüdudlarından xaricdə yaşayanlara deyilir, məqsəd Məkkeyi-müəzzəmə hərəmindən onun ətrafında müəyyən miqdara qədər, hərəm və ondan kənarlar isə hill sayılır. ) bir neçə nəfər bir kəkliyi ovlayıb, ətini kabab edərək ehram halında olan Osmana gətirdilər. Osman dedi: – Bunu biz ovlamamışıq, əksinə muhrim olmayan şəxslər onu ovlayıb bizim üçün gətirmişdir. Deməli, onu yeməyin bizim üçün heç bir maneəsi yoxdur.
    Onlardan bir nəfər dedi: – Əli (ə) belə ov ətinin yeyilməsini caiz bilmir.
    Osman Əli (ə)-ı çağırmaq üçün bir nəfər göndərdi. O həzrət qəzəbli halda varid oldu. Osman ona dedi: – Sən bizimlə çox müxalifət edirsən!
    Əli (ə) buyurdu: Sizin içərinizdə elə kəsləri Allaha and verirəm ki, Peyğəmbər (s.ə.v.v)-ə beş ədəd dəvə quşu yumurtası gətirilən zaman (Həzrətin buyurduğu sözlərə) şahid idilər və o həzrətin "Biz ehram halındayıq, bunları Hilldəki muhil olanlara verin" - deyə buyurduğunu eşitmişdilər.
    Bu zaman Peyğəmbər (s.ə.v.v) səhabələrindən on iki nəfər "bəli, bu düzdür!" - deyə şəhadət verdilər. Bu zaman Osman ayağa qalxıb öz xeyməsinə getdi, yeməkləri isə Hill əhlinə saxladı.("Mənaqib" (Sərvi), 1-ci cild, səh.502 )
    7-həcc səfəri
    Əmirəl-möminin Əli (ə) buyurur: "Sizlərdən hər hansı biriniz həccə getmək istəsə, səfərin müqəddimə işlərinin tədarük görülməsində özü çalışmalıdır. Çünki Allah-Taala buyurur: "Əgər onlar həccə getmək istəsələr, (gərək) bunun üçün müqəddimə işləri tədarük görsünlər."("Nurus-səqəleyn" təfsiri, 3-cild, səh.225 )
    8- günahin təsirləri
    Əmirəl-möminin Əli (ə) buyurur: – Günahlara mürtəkib olmaqdan uzaq olun! Çünki hər növ bəla və fəqirlik, hətta yara, əzab-əziyyət və müsibət də günahdan irəli gəlir. Allah-Taala buyurur: "Sizə varid olan hər növ bəla sizin öz əllərinizlə gördüyünüz günahların hesabı-nadır və Allah, (tövbə etdiyiniz təqdirdə) günahları çox-çox əfv edən və güzəştə gedəndir."("Nurus-səqəleyn" təfsiri, 4-cü cild, səh.581 )
    9- şüreyhin nahaq hökmləri
    Əbdürrəhman ibni Həccac deyir:
    Həkəm ibni Üteybə və Sülmət ibni Küheyl Əbu Cəfər (ə)-ın yanına gəldilər və o həzrətdən and içən şahidin barəsində soruşdular. İmam (ə) buyurdu: – Həm Peyğəmbəri Əkrəm (s.ə.v.v) onun vasitəsilə hökm etmişdir, həm də Əli (ə) Kufədə, sizin yanınızda belə hökm etmişdir. Əli (ə) Kufə məscidində oturmuşdu. Birdən Əbdüllah ibni Qufl Təmimi əlindəki zirehli paltarla Həzrətin yanından keçirdi. Həzrət Əli (ə) Əbdüllaha dedi: – Bu zirehli paltar Bəsrədə (Siffeyn müharibəsində) Təlhədən oğurlanmışdır.
    Əbdüllah dedi: – Şüreyh qazinin yanına gedək.
    Onlar Şüreyhin yanına gedib bu barədə qəzavət etməsini istədilər. Əli (ə) buyurdu: – Bu, Təlhənin zirehidir. Bəsrə döyüşündə ondan oğurlanmışdır.
    Şüreyh: – Bu barədə şahid gətir!
    Əli (ə) öz oğlu Həsəni (ə) buna şahid gətirdi. Şüreyh dedi: – İkinci şahid olmayınca bir nəfərin şahidliyi əsasında hökm edilmir.
    Həzrət Əli (ə) Qənbəri gətirdi, o da şəhadət verdi. Şüreyh dedi: – Qənbər qul olduğu üçün şəhadəti nüfuzlu deyil.
    Əli (ə) qəzəblənib Qənbərə buyurdu: – Zirehi götür, çünki bu kişi üç dəfə nahaq hökm verdi.
    Bu zaman Şüreyh sanki özünə gəldi və o həzrətə dedi: – Mən bundan sonra iki nəfərin arasında heç vaxt qəzavət etməyəcəyəm. Yalnız o vaxt hökm edərəm ki, mənim nahaq hökmümün səbəbini deyəsən.
    Əli (ə) buyurdu: – Vay olsun sənə! Münaqişəni irəli sürəndə dedin ki, şahid gətir, halbuki Peyğəmbər (s.ə.v.v) buyurmuşdur: "Oğurlanmış şey hər yerdə tapılsa, şahid gətirilmədən alınmalıdır." Sonra fikirləşdim ki, bəlkə Peyğəmbər (s.ə.v.v)-in bu hədisini eşitməmiş olasan, buna görə də Həsəni gətirdim. O da şahidlik etdi. Sonra dedin ki, o bir şahiddir və mən bir şahidin şəhadət verməsi ilə hökm edə bilmərəm. Halbuki Peyğəmbər (s.ə.v.v) bir şahid və bir and içməklə hökm edirdi. Sonra Qənbəri gətirdim, o da şahidlik etdi. Sən isə "o quldur və mən qulların şahidliyi əsasında hökm etmirəm!" - dedin. Halbuki, qul adil olarsa, şahidliyi qəbul olunur. Vay olsun sənə! Müsəlmanların İmamı müsəlmanların ən böyük işlərində əmanətdar və etibarlı bir şəxsdir.("Fürui-Kafi", 7-ci cild, səh.385, hədis:5 )
    OTUZ DOQQUZUNCU FƏSIL
    İlahi-səmavi kitablara istinad
    1-bir növ cəzalandirma
    Mübarək Ramazan ayının günlərindən birində Əli (ə) Kufə məscidində oturmuşdu. Bu zaman gündüz oruc tutmayan, orucunu yeyən bir neçə nəfəri o həzrətin yanına gətirdilər. Onların arasında aşağıdakı məzmunda danışıq oldu:
    Əli (ə):–Ramazan ayının günündə yemək yeyirsiniz?
    Onlar: – Bəli!
    Əli (ə) – Yəhudisinizmi?
    Onlar: – Xeyr!
    Əli (ə) – Məsihisinizmi?
    Onlar: – Xeyr!
    Əli (ə) – Bəs hansı dindəsiniz ki, İslamla müxalifət edirsiniz?
    Onlar: – Müsəlmanıq!
    Əli (ə): – Deməli səfərdəsiniz?
    Onlar: – Xeyr!
    Əli (ə): – Yəqin xəstəsiniz ki, bu da sizin orucu yeməyinizə səbəb olmuşdur və biz də bundan xəbərsizik. Çünki Mütəal Allah buyurur: "Bəlil-insanu əla nəfsihi bəsirəh." (İnsan özünə daha agahdır.)
    Onlar: – Heç bir xəstəliyimiz yoxdur.
    Əli (ə): – Allahın yeganəliyinə və Muhəmməd (s.ə.v.v)-in risalətinə şəhadət verirsinizmi?
    Onlar: – Allahın yeganəliyini qəbul edirik, lakin Muhəmmədi tanımırıq.
    Əli (ə): – Muhəmməd Allahın elçisidir.
    Onlar: – Onun peyğəmbərliyini qəbul etmirik!
    Əli (ə) – Əgər Muhəmmədin peyğəmbərliyinə şəhadət verməsəniz, sizi qətlə yetirəcəyəm!
    Onlar: – Nə istəyirsənsə, et.
    Əli (ə) dövlət məmurlarına göstəriş verdi ki, onları Kufədən kənara aparsınlar. Bir-birinə yaxın olan iki çala qazsınlar və baca ilə onların birindən digərinə yol qoysunlar. Sonra onlara buyurdu: – Sizi tüstü ilə boğub öldürəcəyəm!
    Dedilər: – Hər nə istəyirsən et. Sənin hökmün yalnız bu dünyada yetərlidir.
    Bu zaman Əli (ə) onları yavaşca çalaya atdı, (üstünü örtüb) sonra göstəriş verdi ki, o biri çalada od qalasınlar. Daim onlara fəryad edib deyirdi: – Nə deyirsiniz, öz əqidənizdən qayıtmısınızmı?
    Onlar deyirdilər: – Xeyr, nə istəyirsən et!
    Axırda hamısı tüstüdən boğulub öldülər.
    Bu xəbər Kufə şəhərinin hər yerinə yayıldı. Bir gün həzrət Əli (ə) məscidə gəldi. Mədinə əhalisindən olan bir şəxs (Mədinə yəhudiləri onun alicənab və alim olmağına inanırdılar) öz qohum-əqrəbasından ibarət olan bir dəstə adamla Kufəyə daxil oldu və birbaşa Came məscidinə tərəf yollandı. Məscidin yanında miniklərinin yüklərini yerə qoydular. O həzrətə xəbər göndərdilər ki, biz yəhudilərdən olan bir qövmük, Hicazdan gəlmişik və sizinlə danışmaq istəyirik. Siz bizim yanımıza gəlirsiniz, yoxsa biz sizin yanınıza gələk?
    Əli (ə) özü onlara tərəf gəlib buyurdu: – Tezliklə özləri məscidə daxil olacaqlar (yəni İslamı qəbul edəcəklər). Sonra onlara buyurdu: – Sözünüz nədir?
    Onların böyüyü dedi: – Ey Əbu Talibin oğlu! Bu nədir?! Nə üçün Muhəmmədin dinində bidət qoymusan?
    Əli (ə): – Hansı bidət?!
    Yəhudi: – Eşitmişik ki, Allahın birliyinə şəhadət verən, amma Muhəmmədin nübüvvətini inkar edən bir dəstə adamı tüstü ilə boğub öldürmüsən!
    Əli (ə): – Səni and verirəm ki, Turi Sinada Musaya nazil olan doqquz ayənin, Qüdsdəki beş müqəddəs kilsənin haqqına... Bilirsinizmi ki, Musanın vəfatından sonra Allahın yeganəliyinə iman gətirən, lakin Həzrət Musanı qəbul etməyən bir neçə nəfəri Yuşə ibni Nunun yanına gətirdilər. Yuşə də onları elə bu qaydada qətlə yetirdi?
    Yəhudi: – Bilirəm. (Bir az sükut etdi, sonra dedi:) Şəhadət verirəm ki, Sən Musanın sirr sahibisən!
    Sonra cibindən bir kağız çıxardıb o həzrətə verdi. Əli (ə) kağızı açıb onun içinə nəzər saldıqda, gözlərindən yaş axmağa başladı. Yəhudi dedi: – Nə üçün ağlayırsan? Halbuki, bu kağız siryani dilindədir. Sən isə ərəbsən. Məgər onların yazılarını başa düşürsən?
    Əli (ə): – Bəli, orada mənim adım yazılıb!
    Yəhudi: – Adını mənə göstər və de görüm sənin adın siryani dilində nədir?
    Həzrət Əli (ə) öz adını yəhudiyə göstərdi və buyurdu: – Mənim adım siryani dilində "İlya"-dır.
    Yəhudi: – Şəhadət verirəm ki, sən Peyğəmbərdən sonra camaata, onların öz canlarından artıq ixtiyar sahibisən.
    Sonra hamılıqla həzrət Əli (ə)-a beyət edib məscidə daxil oldular. Əli (ə) buyurdu: – Allaha həmd olsun ki, heç vaxt məni unutmamış, mənim adımı yaxşı insanların cərgəsində qeyd etmişdir.
    Müəllif: Bu rəvayətdən iki mətləb aydın olur: birin-cisi, kitab əhlinin məscidə daxil olmasına icazə veril-məməsi, digəri isə, hətta Allahın yeganəliyinə şəhadət versə belə, Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in nübüvvətini inkar edən şəxsin qətlə yetirilməsinin caizliyi.("Fürui-Kafi", "kitabus-siyam", "babul nəvadir", hədis:7 )
    2-digər dinlərin səmavi kitablarindan xəbər vermək
    Mərhum Şeyx Mufid "İrşad" kitabında belə nəql edir: Yəhudi alimlərindən bir qrupu Əbu Bəkrin yanına gəldilər... (Rəvayətin axırında belə qeyd olunur:) Sonra Əli (ə)-ın hüzuruna getdilər. O Həzrət buyurdu: – Məgər bəzi kitablarınızda qeyd olunmayıb ki, bir gün Musa ibni İmran oturmuşdu. Birdən sağ tərəfdən bir mələk onun yanına gəldi... (Bu hədis 11-ci fəslin 12-ci rəvayətində qeyd olunmuşdur.)("Xisal" (Şeyx Müfid), "qəzayahu fi əhdi Əbi Bəkr", səh.108)
    QIRXINCI FƏSIL
    Başqalarının əksinə olan hökm
    1-hamam
    Əli (ə) və Ömər hamamda idilər. Ömər dedi: – Hamam necə də pis yerdir! Onun əzab-əziyyəti artıq, həya və iffəti isə azdır.
    Əli (ə) ona buyurdu: – Xeyr, o çox gözəl yerdir bədənin çirk və aludəliklərini təmizləyir, cəhənnəmi insana xatırladır.("Fürui-Kafi", 6-cı cild, səh.312, hədis:2 )
    2- ən ləzzətli ət
    Ömərin yanında ətdən söhbət düşdükdə o dedi: – Ən yaxşı ət toyuq ətidir.
    Əli (ə) buyurdu: – Toyuq uçanların donuzu kimidir. Ətlərin ən pakizəsi, uçmağa təzə başlayan, ya da uçmaq ərəfəsində olan cücə ətidir.
    3-osman müxalifət etdi
    Ömər dünyadan getdikdə onu kəfənə bükdülər. Ona namaz qılmaq üçün Əli (ə) başının müqabilində, Osman isə ayaqlarının tərəfində dayandı.
    Əli (ə) Osmana buyurdu: – Mən dayandığım yerdə namaz qılmaq düzdür!
    Osman dedi: – Xeyr, mən dayandığım yer düzdür!
    Bu zaman Əbdürrəhman ibni Ovf dedi: – Ömərin vəfatından sonra nə tez ixtilafa düşdünüz?! Ey Süheyb! Ömərin cənazəsinə özün namaz qıl, necə ki, o müsəlmanların vacib namazlarında səni imam seçmişdi.("Tarixi-Təbəri", 3-cü cild, səh.265 )
    4-xəsis zalimdan da üzürlü sayilir
    Əli (ə) bir nəfərin "Xəsis zalımdan da çox üzürlü sayılır." - dediyini eşidərkən buyurdu: – Belə deyil! Çünki zülm edən şəxs tövbə və istiğfar edir, camaatın mal-dövlətini sahiblərinə qaytarır və öz öhdəsində (hesab-kitab üçün) bir şey qoymur. Lakin xəsis adam xəsislik etdiyi zaman nə zəkat verir, nə kasıblara kömək edir, nə qohum-əqrəbasının görüşünə gedir, nə də qonaq qəbul edir. Xəsisin Behiştə daxil olması haramdır.("Qurbul-əsnad", səh.35 )
    5-batil əhlinin əməli
    Əsbəğ ibni Nəbatə deyir: Əli (ə) alnını ikinci səcdədən qaldıranda azacıq oturar və sonra ayağa qalxardı. Bəziləri etiraz edərək dedilər: – Ya Əmirəl-möminin! Sizdən öncə nə Əbu Bəkr, nə də Ömər belə etmir, səcdədən birbaşa ayağa qalxırdılar.
    Həzrət buyurdu: – Bu, batil əhlinin əməlidir. Çünki, bu əməl (ikinci səcdədən sonra azacıq oturmaq) namazın əzəmət və vüqarını artırır.("Təhzib", 2-ci cild, səh.314, hədis:133 )
    6-hudun və yəhudanin qəbri
    Nəsr "Siffeyn" adlı kitabında Əsbəğ ibni Nəbatənin belə dediyini qeyd edir: Nüxeylədə böyük bir qəbir var idi ki, yəhudilər öz ölülərini onun ətrafında basdırırdılar. Əli (ə) soruşdu: – Camaat bu qəbir barəsində nə deyir?
    İmam Həsən (ə) dedi: – Deyirlər ki, Hud peyğəmbərin qəbridir. Qövmü ona itaət etmədikləri zaman bu yerə gəlmiş və burada vəfat etmişdir.
    Əli (ə) buyurdu: – Yalan deyirlər! Mən bu qəbri onların özündən yaxşı tanıyıram. Bu, Yəqubun böyük oğlu Yəhudanın qəbridir. (Sonra buyurdu:) Bu ətraf nahiyələrdə agah bir şəxs varmı?
    Dedilər: – Bəli.
    Yaşlı bir qocanı o həzrətin yanına gətirdilər. İmam (ə) ona buyurdu: – Sənin evin haradadır?
    Dedi: – Dəryanın sahilində.
    Buyurdu: – Qırmızı dağla məsafəsi nə qədərdir?
    Dedi: – Ona yaxındır.
    Buyurdu: – Sənin qövmün onun barəsində nə fikirdədir?
    Dedi: – Deyirlər ki, bir sehrkarın qəbridir.
    Buyurdu: – Yalan deyirlər. O, Hud peyğəmbərin qəbridir, bu da Yəhudanın. Qiyamət günündə yetmiş min nəfər Kufə şəhərinin arxasından parlaq gün və ay kimi parlaq şəkildə məhşur olacaq və hesab-kitabsız behiştə daxil olacaqlar.("Siffeyn" (Nəzr), səh.126 )
    Müəllif: Burada Həzrət Əli (ə)-ın, Danyal peyğəm-bər və Tübbənin iki qızı barəsində Ömər və Əbubəkrə buyurduqlarını nəql etmək (mövzumuzdan xaric olsa da belə) yerinə düşərdi. Əsəm Kufinin "Tarix" kitabında (Ömərin xilafət tarixi, səh.87) belə qeyd olunur:
    Əbu Musa Əşəri Şuş şəhərini fəth etdiyi zaman orada qapısı qıfıllanmış bir otaq gördü. Göstəriş verdi ki, qıfılı sındırsınlar. Otağı açdılar, içəridə qəbrə oxşar bir daş gördülər, onun altında qızılla kəfənlənmiş uzun bir cəsəd var idi. Əbu Musa onun uzunluğundan heyrətə gəldi. Oranın əhalisindən onun kim olduğunu soruşduqda dedilər ki, o, İraqda yaşayan əməlisaleh bir insan idi ki, iraqlılar onun vasitəsi ilə Allahdan yağış istəyirdilər. Bir il bizdə də quraqlıq oldu, onu iraqlılardan istədik ki, bizim yanımıza gəlsin və bizim üçün də yağış istəsin. Lakin onu göndərmək istəmədilər və qorxdular ki, onu geri qaytarmayaq. Buna görə də biz onların yanında əlli nəfəri girov qoyduq ki, o şəxsi göndərsinlər. Onu göndərdilər və bizim üçün yağış istədi, Allah onun duasının vasitəsi ilə bizdə bolluq, firavanlıq yaratdı. Biz əlli nəfəri qaytarmaq fikrindən keçərək, onu vəfat edincəyə qədər öz yanımızda saxladıq.
    Əbu Musa bu hadisəni yazıb Ömərə göndərdi. Ömər də onun nə dərəcədə doğru-düzgün olmasını səhabələrdən soruşdu. Heç kəsin bu barədə məlumatı yox idi. Bu zaman Əli (ə) buyurdu: – Bu şəxs ilahi peyğəmbərlərdən olan Danyaldır, Buxtunnəsrin və digər şahların dövründə yaşamışdır.
    Onun həyat tarixini, vəfat etdiyi vaxta qədər bəyan etdikdən sonra Ömərə buyurdu: – Əbu Musaya yaz ki, onun cəsədini çıxarıb, Şuş əhalisinin əli çatmayan uzaq bir yerdə dəfn etsinlər.
    Ömər bunu Əbu Musaya yazdı. Əbu Musa göstəriş verdi ki, şəhərin kənarından keçən çayın qabağını bağlasınlar, çayın məcrasında bir qəbir qazıb Danyalın cəsədini orada dəfn etsinlər, daha sonra böyük daşlarla möhkəmlətsinlər. Bundan sonra çayı onun üzərinə buraxsınlar.
    "Mənaqib" kitabında Əbu Bəsir İmam Sadiq (ə)-ın belə buyurduğunu nəql edir: Əbu Bəkrin xilafəti dövründə Ədən sahilində bir məscid tikmək istəyirdilər. Məscidi tikib qurtardıqdan sonra birdən-birə uçub dağıldı. Onlar Əbu Bəkrin yanına gəlib hadisəni dedilər və ondan bir çarə yolu göstərməsini istədilər. Əbu Bəkr camaat üçün bir xütbə oxudu və dedi ki, əgər bir kəs bu barədə bir mətləb bilirsə, hökmən desin. Əli (ə) onlara buyurdu: – Məscid tikilən yerin sağ və sol tərəfində – qibləyə tərəf yeri qazsanız, iki qəbrə çatacaqsınız ki, onların üzərində belə yazılıbdır: "Mən Rizvayam, bacım da Hübbadır. Biz Cabbar olan Allaha qarşı heç vaxt şərik qoşmamışıq." Onların bədəni çılpaqdır. Sonra onlara qüsl verib kəfənə bükün, namaz qıldıqdan sonra yenidən dəfn edin, bundan sonra məscidlərini tikin, öz yerində qalacaqdır.
    Bu göstərişə əməl etdilər, məscid bir daha uçmadı.
    7-əvvəlki təlaqlarin hökmü
    Ömərdən, ərinin bir, yaxud iki dəfə təlaq verdiyi və bundan sonra digər bir şəxslə izdivac edib ondan təlaq alan, yaxud əri ölən, iddəsi qurtardıqdan sonra da birinci ərinin əqdinə keçən qadın barəsində soruşdular. Ömər onun əvvəlki təlaqlarının sayını qeydə aldı (yəni, misal üçün, əvvəldə ona bir dəfə təlaq vermişdisə, hal-hazırda yalnız iki dəfə təlaq verə bilər, artıq yox). Əli (ə) təəccüblə buyurdu: – Sübhanəllah! Başqa ər ilə izdivac etmək (yəni "mühəllil") üç dəfə təlaqı (əvvəlki ərindən olan) aradan aparır, lakin bir dəfəni aradan aparmır?!("Təhzib", 8-ci cild, səh.34, hədis:-25 )
    QIRX BİRİNCİ FƏSİL
    İddiaçı iki çətinlik arasında
    Bir qadın Əli (ə)-ın yanına gəlib dedi: – Ərim kənizimlə zina etmişdir.
    Əli (ə) ona buyurdu: – Əgər düz deyirsənsə, ərini daş-qalaq edəcəyəm, əgər yalan deyirsənsə, ərinə töhmət vurduğun üçün sənə şallaq vuracağam.
    Qadın dedi: – Məni öz əhlimin yanına qaytarın! Qəlbim qeyzdən və qeyrətdən od kimi yanır!(Mənaqib" (Sərvi), 1-ci cild, səh.408 )
    QIRX İKİNCİ FƏSİL
    İqrar
    1-BIRBAŞA OLMAYAN IQRAR
    Bir nəfər öz qulamını Əli (ə)-ın yanına aparıb dedi: – Bu qulam, icazəm olmadan izdivac etmişdir.
    Həzrət ona buyurdu: – Onları bir-birindən ayır!
    Ağası qulama üz tutub dedi: – Ey Allah düşməni, arvadına talaq ver!
    Əli (ə) buyurdu: – Nə dedin?!
    Kişi dedi: – Dedim ki, arvadına talaq ver.
    Əli (ə) qulama üz tutub buyurdu: – İndi sən ixtiyar sahibisən – istəyirsən arvadına talaq ver, istəyirsən də onu saxla.
    Qulamın ağası dedi: – Ya Əmirəl-möminin! Mənə aid olan haqqı necə başqasına verirsən?
    Buyurdu: – Düzdür, lakin sənin iqrarın bunu tələb edir. Çünki sən öz qulamına "arvadına təlaq ver" deməklə onun izdivac etməyinə iqrar etmisən.("Təhzib", 7-ci cild, səh.352, hədis:64 )
    2-vəsiyyətdən istinbat
    Bir nəfər başqasına on min dirhəm pul verib vəsiyyət etdi ki, oğlum böyüyəndən sonra istədiyin miqdarı ona verərsən. Vəsiyyət edən şəxs vəfat etdi. Onun oğlu böyüdükdən sonra vəsi Əli (ə)-ın yanına gəldi və vəsiyyət edən şəxsin vəsiyyətnaməsini oxuduqdan sonra dedi: – İndi vəsiyyət edən şəxsin övladına nə qədər pul verim?
    Əli (ə) buyurdu: – Nə qədər vermək istəyərdin?
    Kişi "min dirhəm" - deyə cavab verdi, Əli (ə) buyurdu: – İndi özün üçün saxlamaq istədiyin doqquz min dirhəmi ona ver, min dirhəmi özün üçün saxla.("Mənaqib" (Sərvi), 1-ci cild, səh.408 )
    Səkkizinci fəslin doqquzuncu rəvayətində qeyd olundu ki, bir qadınla bir kişini Ömərin yanına gətirdilər, kişi arvada dedi: "Ey zinakar!"
    Qadın da ona dedi: "Sən məndən də artıq zinakarsan!"
    Bu zaman Ömər hər ikisinə hədd vurmaq istədi, lakin Əli (ə) buyurdu: – Kişiyə hədd vurulmur, lakin qadına iki hədd vurulmalıdır: iftira həddi və zina həddi. Çünki o, öz ərinə "sən məndən də artıq zinakarsan" dediyi zaman həm özünün zinakar olduğunu, həm də ondan az zina etdiyini iqrar etmişdir.
    Category: Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri | Added by: Islam_Kitabxanasi
    Views: 716 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024