İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2052
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri

    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri
    2012-01-24, 6:41 AM
    QIRX ÜÇÜNCÜ FƏSİL
    GIZLIN ƏLAMƏTLƏR ÜZƏRINDƏN HÖKM VERMƏ
    1-bu, allahin hökmüdür
    Peyğəmbəri Əkrəm (s.ə.v.v) çöl ərəbindən 400 dirhəmə bir dəvə aldı. Ərəb pulu təhvil aldıqdan sonra fəryad edərək dedi: – Dirhəmlər də, dəvələr də mənimdir!
    Elə bu vaxt Əbu Bəkr oradan keçirdi. Peyğəmbər (s.ə.v.v) ona buyurdu: – Mənimlə bu ərəbin arasında qəzavət et!
    Əbu Bəkr dedi: – Ərəb sizdən şahid istəyir!
    Ömər də oradan keçəndə Peyğəmbər (s.ə.v.v) ondan da mühakimə yürütməsini istədi, o da Əbu Bəkrin sözlərini bir daha təkrar etdi. Bu zaman Əli (ə) uzaqdan göründü. Peyğəmbər (s.ə.v.v) ərəbə buyurdu: – Bu gələn cavanın bizim aramızda qəzavət etməsini istəyirsənmi?
    Dedi: – Bəli!
    Əli (ə) gəldi, ərəb öz iddiasını təkrarladı. Əli (ə) ərəbə buyurdu: – Dəvəni Peyğəmbərə ver!
    Ərəb etina etmədi. O həzrət bu sözü üç dəfə təkrar etdikdən sonra, heç bir nəticə hasil olmadıqda, bir qılınc zərbəsilə onu yerə sərdi. Hicaz əhli deyirdi: "Bu zərbə ilə onun başı göyə uçdu!" İraq əhli isə belə deyirdi: "Onun bir üzvünü qırıb yerə sərdi."
    Sonra Əli (ə) Peyğəmbəri Əkrəm (s.ə.v.v)-ə ərz etdi: – Ya Rəsuləllah!! Biz sizi vəhydə təsdiq edirik. Necə ola bilər ki, 400 dirhəmdə təsdiq etməyək?!("Mənaqib" (Sərvi), 1-ci cild, səh.490 )
    Digər bir rəvayətdə deyilir ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v) Əbu Bəkrlə Ömərə xitab edərək buyurdu: – Allahın hökmü sizin hökm etdiyiniz deyil, Əlinin hökm etdiyidir.
    Müəllif: Əli (ə)-ın Allahın heyrətamiz məxluqu və Həzrət Peyğəmbər (s.ə.v.v)-in canı olmasına, o iki şəxsin isə Əli (ə)-ın məqam və mənzilətinə çatmasının qeyri-mümkün olmasına baxmayaraq, Peyğəmbər (s.ə.v.v)-in məqamına sair səhabələr qədərcə belə, diqqət yetirmirdilər.
    Bu hadisənin oxşarında Xüzeymət ibni Sabit Peyğəmbər (s.ə.v.v) üçün şahid istəmədi və həzrət buyurdu: – Necə olur ki, görmədən şahidlik edirsən?
    Ərz etdi: – Ya Rəsuləllah! Biz sizi vəhydə və səmavi xəbərlərdə təsdiq etdiyimiz halda, necə mümkün ola bilər ki, yerə aid olan xəbərlərdə təsdiq etməyək?!
    Peyğəmbər (s.ə.v.v) onun şahidliyini qəbul etdi və onun bir şəhadətini iki şəhadət hesab etdi. Buna görə də o, "Zuş-şəhadəteyn" (İki şəhadət sahibi) ləqəbi aldı.
    2-qüdamənin əhvalati
    Qüdamət ibni Məzun şərab içmişdi. Ömər qərara aldı ki, ona hədd vursun. Qüdamə dedi: – Mənə hədd vurmaq rəva deyildir, çünki Allah Quranda buyurur: "İman gətirən və layiqli işlər görənlər üçün – hərgah təqvalı olub iman gətirsələr və layiqli işlər görsələr – yedikləri şeylərdə heç bir günah yoxdur."
    Bu zaman Ömər onu cəzalandırmaq fikrindən döndü. Əli (ə) bunu eşidib Ömərin yanına getdi və dedi: – Nə üçün Qüdaməyə hədd vurmadın?!
    Ömər dedi: – Qüdamə mənim üçün bir ayə oxudu və özünü o ayənin nümunələrindən hesab etdi.
    Əli (ə) buyurdu: – Qüdamə bu ayənin buyurduğu nümunələrdən deyildir, çünki iman gətirib yaxşı iş görənlər heç vaxt haramı halal etmirlər. İndi Qüdaməni qaytarıb onu öz əməllərindən və sözündən tövbələt, sonra ona hədd vur! Əgər tövbə etməsə, qətlə yetir, çünki (bu halda) İslamdan xaric olmuş sayılır.
    Ömər yenidən Qüdaməni çağırdı. O, hadisədən xəbər tutduqda Ömərin yanında peşman olduğunu bildirərək tövbə etdi. Ömər də onun qətlindən keçdi. Bu zaman ona şallaq vurmaq istədi, amma nə qədər vuracağını bilmədi. Yenidən Əli (ə)-dan bu barədə yol göstərməsini istədi. Həzrət buyurdu: – Onun həddi 80 şallaqdır, çünki şərab içən şəxs məst olur və o zaman ağzına gələnləri deyir, camaata töhmət vurur. Töhmətin də həddi 80 şallaqdır.
    Ömər həzrət Əli (ə)-ın göstərişinə uyğun olaraq əməl etdi.("İrşad" (Şeyx Müfid), səh.216 )
    3-fida verməyin barəsində təfsil
    Əsbəğ ibni Nəbatə deyir: Əli (ə) özünün kafirlərin əlində əsir olan səhabələri barəsində dəqiq hökmdə buyurdu ki, onlardan hər birinin kürəyində yara olsa, ona fidyə verməyin; çünki o, müharibədən qaçmışdır. Hər kəs qabaq tərəfdən yaralanmış olsaydı, ona fida verərək azad edirdi.(Əcaibul-qəzaya" (Qummi), səh.46, hədis:44 )
    4-cihad edənlərin nişanəsi
    Əmirəl-möminin Əli (ə) Cəməl, Siffeyn və Nəhrəvan müharibələrində öz səhabələrinin cənazələri arasında gəzir və diqqətlə baxırdı. Hər kəs arxadan yaralanmış olsaydı, onun üçün namaz qılmaz və "O, Allah yolunda cihaddan qaçmışdır." - deyə buyurardı.
    Amma qabaq tərəfdən yaralananlara namaz qılır və onları torpağa tapşırırdı.("Əcaibul-qəzaya" (Qummi), səh.46, hədis:45 )
    QIRX DÖRDÜNCÜ FƏSİL
    Gizli sirlər
    1-bəd əməl sahibi olan bir qadin
    Əli (ə)-ın xilafəti dövründə yaşayan Ümmi Qəyyan iffətli bir qadın idi. Bir gün o Həzrətin səhabələrindən biri Ümmi Qəyyanın yanına gedib onu pərişan halda gördü. Səbəbini soruşduqda qadın dedi: – Azad olunmuş bir kənizim var idi, o dünyadan gedib. Onu dəfn etdim, amma torpaq onu iki dəfə çölə atdı. Əli (ə)-ın yanına gedib bu hadisəni xəbər verdim, buyurdu: "Yer yəhudi və məsihi qadınlarını özündə saxlayır, necə olur ki, onu saxlamır?! Onun səbəbi yalnız budur ki, o, Allah bəndələrini Allahın əzabı ilə (yəni od ilə) cəzalandırmışdır. Əgər müsəlman bir şəxsin qəbrindən bir qədər torpaq götürüb onun qəbrinə töksən, aram olar." Belə etdikdə qəbir aram-laşdı. Mən o qadının vəziyyəti barəsində axtarış apar-dıqda məlum oldu ki, zinakar bir qadın imiş. Zinadan doğduğu övladları da təndirə salaraq yandırırmış.("Fürui-Kafi", 7-ci cild, səh.370; "Mən la yəhzur", "kitabul-hüdud", "təhrimud-dima" babı, hədis-23 )
    2 - vəzi (zahiri) təsir
    Öz ağasını öldürmüş bir qulamı Ömərin yanına gətirdilər. Ömər də onun qətlinə fərman verdi. Əli (ə) hadisədən xəbərdar olduqda qulamı öz hüzuruna çağırıb soruşdu: – Öz mövlanı öldürmüsənmi?
    Qulam dedi: – Bəli.
    Əli (ə) buyurdu: – Nə üçün?
    Qulam dedi: – Mənimlə yaramaz əməl (livat) etdi.
    Əli (ə) qətlə yetirilənin qəyyumlarından soruşdu: – Onu dəfn etmisinizmi?
    Dedilər: – Bəli.
    Buyurdu: – Nə vaxt?
    Dedilər: – Elə indicə.
    Əli (ə) Ömərə buyurdu: – Qulamı həbs et, amma hələlik onu cəzalandırma. Qətlə yetirilənin qəyyumlarına de, üç gündən sonra gəlsinlər.
    Onlar üç gündən sonra gəldilər. Əli (ə) Ömər və öldürülənin qəyyumları ilə birlikdə qəbiristanlığa yola düşdü. O kişinin qəbrinə çatdıqda Əli (ə) soruşdu: – Bu qəbir onun qəbridirmi?
    Dedilər: – Bəli.
    Buyurdu: – Onu açın!
    Qəbri açıb ləhəd daşına çatdılar, sonra buyurdu: – Meyyiti çölə çıxardın.
    Onlar nə qədər baxdılarsa, meyyitin kəfənindən başqa bir şey görmədilər. Hadisəni Əli (ə)-a xəbər verdikdə Həzrət iki dəfə təkbir dedi, sonra buyurdu: – Allaha and olsun, nə mən yalançıyam, nə də mənə xəbər verən şəxs. Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in belə buyurduğunu eşitdim: "Mənim ümmətimdən hər kəs Lut qövmünün əməlinə mürtəkib olsa, öldükdən sonra qəbrində üç gündən artıq qalmaz və yer onu aparıb ilahi əzabla həlak olan Lut qövmünə çatdırar, Qiyamətdə də onlarla birlikdə məşhur olar."(Mənaqib", 1-ci cild, səh.495 )
    3 - sümüyün təsiri
    Bir cavan Ömərin yanına getdi və ondan atasının mirasını tələb edərək bildirdi ki, atam vəfat edərkən mən, Mədinədə bir uşaq idim. Ömər onun üstünə fəryad edib qovdu. Cavan, Ömərin yanından çıxaraq onun əlindən şikayət edirdi. Təsadüfən, Həzrət Əli (ə) o cavanın yanına gəldi, hadisədən xəbərdar olduqda öz yanındakılara buyurdu: – Cavanı came məscidinə gətirin, mən onun barəsində araşdırma aparım.
    Cavanı məscidə apardılar. Əli (ə) ondan müəyyən suallar soruşduqdan sonra buyurdu: – Sizin barənizdə elə hökm edərəm ki, Mütəal Allah onun əsasında hökm etmişdir. Yalnız Onun seçdiyi bəndələr belə hökm edər. (Sonra səhabələrin bir neçəsini çağırıb buyurdu:) Gəlin, özünüzlə də bel gətirin. Mən bu uşağın atasının qəbrinə tərəf getmək istəyirəm.
    Qəbiristanlığa getdilər, Həzrət bir qəbrə işarə edib buyurdu: – Bu qəbri açın və bədəninin sümüyündən birini gətirin.
    Sümüyü gətirdilər. Həzrət onu cavanın əlinə verib buyurdu: – Bu sümüyü iylə!
    Cavan sümüyü iylədi, gözlənilmədən burnunun hər iki deşiyindən qan axmağa başladı. Əli (ə) uşağa buyurdu: – Sən bu meyyitin övladısan!
    Ömər dedi: – Ya Əli! Qan axmaqla malı ona verəcəksənmi?
    Həzrət buyurdu: – Bu cavan bu malı almağa səndən və sairlərindən daha haqlıdır.
    Sonra oradakılara buyurdu ki, sümüyü iyləsinlər. Hamısı iylədi, amma onlarda heç bir təsir qoymadı. Cavan yenidən onu iylədikdə, burnundan daha çox qan gəlməyə başladı. Sonra mal-dövləti ona təhvil verib buyurdu: – Allaha and olsun, nə mən yalançıyam, nə də bu sirrləri mənə xəbər verən və öyrədən şəxs!("Mənaqib" (Sərvi), 1-ci cild, səh.491)
    4 - fəratin suyu
    Əmirəl-möminin Əli (ə) buyururdu: "Əgər kufəlilər öz körpələrinin ilkin yeməyini Fərat suyu qərar versəydilər, övladları bizim şiələrdən olardı."("Fürui-Kafi", 6-cı cild, səh.389, hədis-5. Əli (ə)-ın bu kəlamının düzgünlüyünün şahidi budur ki, Kufə şəhəri yarandığı ilk dövrdən belə, şiə mərkəzi olmuş və zalım hakimlər tarix boyu şiələrin kökünü o diyardan kəsə bilməmişlər. (Müəllif) )
    QIRX BEŞİNCI FƏSIL
    Məsəl
    1 - Əli (əleyhissalam) höccəti tamam edir
    Əli (ə) Cəməl döyüşünə gedəndə Bəsrənin yaxınlığına çatdı. Bəsrəlilər Kəlib Cürmini onun yanına göndərdilər ki, Həzrətin bu müharibədə haqq olub-olmamasını öyrənsin, nəticədə qəlblərindəki şəkk və tərəddüd aradan qalxsın. Əmirəl-möminin Əli (ə) Kəlibi öz məqsəd və hədəfindən agah etdi, Kəlib bildi ki, Əli (ə) haqdır. Bu zaman Əli (ə) ona buyurdu: – Mənimlə beyət et!
    Kəlib dedi: – Bu işi görə bilmərəm, çünki mən bir qövmün tərəfindən göndərilmişəm. Onların icazəsi olmadan sizinlə beyət edə bilmərəm.
    Həzrət buyurdu: – De görüm, əgər bu qövm səni su və otlaq dalınca göndərsəydilər, sən də münasib bir yer tapdığın halda onlara xəbər versəydin, amma onlar səninlə müxalifət edərək quraqlıq bir yerə getsəydilər, yenə də onlara itaət edəcəkdinmi?
    Kəlib: – Heç vaxt!
    Əli (ə): – İndi əllərini beyət üçün mənə tərəf uzat!
    Kəlib sonralar deyirdi: – Allaha and olsun, hüccəti mənə tamamladıqdan sonra artıq imtina edə bilmədim və o Həzrətlə beyət etdim.(Mənaqib" (Sərvi), 1-ci cild, səh.269 )
    2 - özünə zərər vurmaq
    Əmirəl-möminin Əli (ə) bir nəfəri gördü ki, düşməninə zərər vurmaq məqsədi ilə elə bir iş görürdü ki, ziyanı əvvəlcə özünə çatırdı. İmam (ə) ona buyurdu: "Sən, nizəsini öz böyrünə batırıraraq (o biri tərəfdən çıxdıqda) yanında duranı öldürmək istəyən şəxsə oxşayırsan."("Nəhcül-Bəlağə", Hikmət-296 )
    Müəllif: Bəzən ədavət və düşmənçilik elə bir həddə çatır ki, o Həzrətin kəlamının nümunəsinə çevrilir. Buna, Əbdüllah ibni Zübeyrin (Cəməl müharibəsində) Malik Əştərlə olan ədavətini misal göstərmək olar: Hər ikisi yerə düşdü, Malik Əbdüllahın sinəsi üstündə oturdu. Əbdüllah fəryad edib dedi: "Məni də, Maliki də öldürün!" Malik deyir: "Mənim xilas olmağımın yeganə səbəbi bu idi ki, Əbdüllah məni "Malik" kimi təqdim etdi, mən isə camaat arasında Əştər adı ilə tanınmışdım. Əgər Əştər kimi təqdim etsəydi, məni hökmən öldürərdilər. Allaha and olsun, mən onun sadəliyindən təəccübə daldım və fikirləşdim ki, görəsən, məni öldürmək üçün özünü ölümə verməyin ona nə xeyri var?!("Nəhcül-Bəlağə"nin şərhi, (İbni Əbil Hədid), 1-ci cild, səh.88 )
    QIRX ALTINCI FƏSIL
    Hökmün fəlsəfəsi
    1 - mülhid şəxsin dini
    Əmirəl-möminin Əli (ə) iki adil və möminin bir nəfər kafirin küfrünə verdiyi şəhadəti qəbul edirdi, amma min nəfərin onun bəraət qazandırılmasına dair şəhadət verməsini rədd edir və buyururdu: "Mülhidin dini gizlindir və iki nəfərin şahidliyi ilə sübuta yetir."("Fürui-Kafi", 7-ci cild, səh.404 )
    2 - şərab içməyin təsiri
    Əmirəl-möminin Əli (ə)-dan soruşdular: – Sizcə, şərab içməyin günahı zina və oğurluqdan da ağırdırmı?
    Həzrət Əli (ə) buyurdu: – Bəli! Çünki zina edən şəxsin, digər günahlara mürtəkib olmaması mümkündür. Lakin şərab içən şəxs həm zina edər, həm də oğurluq, həm haram olan qətlə mürtəkib olar, həm də namazını tərk edər.("Fürui-Kafi", 6-cı cild, səh.403 )
    3 - şərab içənin həddi (cəzasi)
    Əmirəl-möminin Əli (ə) buyurur: "Şərab içən şəxs məst olur və o halda sarsaq sözlər danışır, insan-lara töhmət vurur. Buna görə də şərab içən şəxsə töhmət vuran şəxsin cəzası qədər şallaq vurulmalıdır."("Fürui-Kafi", 7-ci cild, səh.215 )
    4 - ömər etiraf etdi
    Şamlılardan bir neçəsi ehram halında beş dəvəquşu yumurtasını bişirib yedilər, sonra dedilər: – Axı biz ehram halındayıq, bu iş bizə haram idi!
    Mədinəyə gəldikdə məsələni Ömərdən soruşdular. O, cavabını bilmədi və dedi: – Peyğəmbər səhabələrindən bir neçəsini tapıb məsələni onlardan soruşun.
    Onlar səhabələrdən soruşdular, lakin verilən cavablar tamamilə fərqli idi. Şamlılar yenidən Ömərin yanına gəlib hadisəni dedilər. Ömər dedi: – Bu şəhərdə bir nəfər vardır, bizə əmr olunmuşdur ki, ixtilaflı məsələlərdə hökmü ondan istəyək.
    Sonra birlikdə Əli (ə)-ın evinə yollandılar. Həzrət Əli (ə) Yənbu adlı bir yerdə idi. Şamlılar öz məsələlərini ondan soruşdular, Həzrət buyurdu: – Hamilə olan beş dişi dəvəni kəsməli, onların döllərini də (qarınlarındakı balalarını da) qurbanlıq üçün Allah evinə göndərməlidirlər.
    Ömər dedi: – Dişi dəvənin balası bəzən ölü doğulur.
    Əli (ə) buyurdu: – Yumurtalar da bəzən fasid olur.
    Ömər dedi: – Belə çətin məsələləri sizdən soruşmağa borcluyuq.(Mənaqib" (Sərvi), 1-ci cild, səh.496 )
    Müəllif: Hökmlərin səbəb və fəlsəfəsini ehtiva edən bəzi məsələlərin cavabları o həzrətin məsum övladlarından da xeyli nəql olunmuşdur. Mərhum Şeyx Səduq bu barədə "İləlüş-şəraye" adlı bir kitab yazmışdır. Burada onlardan birini qeyd etməklə kifayətlənirik.
    Bir gün abbasi xəlifəsi Mənsur təvaf edirdi. Rəbi adlı bir nəfər onun yanına gəlib dedi: – Sənin azad etdiyin filan qulam ölmüşdür, digər bir qulamın da onun başını bədənindən ayırmışdır.
    Mənsur çox qəzəbləndi. İbni Şəbrəmə, İbni Əbi Leyla, həmçinin bir neçə qazi və fəqih də onun yanında idilər. Mənsur məsələnin hökmünü onlardan soruşdu, lakin heç biri cavab verə bilmədi. Mənsur tərəddüd içində idi; o qulamı öldürüb-öldürməmək barəsində fikirləşirdi. Oradakılardan bəziləri Mənsura dedilər: – Bu saat elə bir şəxs gəlib ki, əgər bu məsələnin bir cavabı varsa, o bilər. O, hal-hazırda səy əməli ilə məşğul olan Cəfər Sadiqdir.
    Rəbi Mənsurun göstərişi ilə İmam (ə)-ın yanına getdi, İmam (ə) Mərvədə olanda məsələnin cavabını soruşdu. Həzrət ona buyurdu: – Görürsən ki, səy əməlinə məşğulam. Get Mənsura de ki, sənin yanında çoxlu fəqih və alim vardır. Məsələni onlardan soruş!
    Rəbi o şəxslərin heç birinin cavab verə bilmədiyini dedi, lakin İmamın əmrinə itaət edərək Mənsurun yanına qayıtdı və o Həzrətin sözünü çatdırdı. Mənsur yenidən onu İmamın hüzuruna göndərdi. İmam (ə) ona buyurdu: – Bir az gözlə, səy əməlimi qurtarım.
    İmam (ə) səy əməlini qurtardıqdan sonra Məsci-dül-Həramın bir guşəsində oturdu və Rəbiə buyurdu: – Mənsurun yanına get və ona de ki, meyyitin başını kəsən şəxs yüz dinar borcludur.
    Rəbi Mənsurun yanına gedib Həzrətin verdiyi cavabı dedi. Oradakılar Rəbiə dedilər: – Get soruş, gör nə üçün yüz dinar verilməlidir?
    Rəbi İmam (ə)-ın yanına gəlib bu hökmün səbəbini soruşdu. Həzrət ona buyurdu: – Çünki nütfənin diyəsi 20 dinar, ələqənin diyəsi 40 dinar, müzğənin diyəsi 60 dinar, sümük bağlamış rüşeymin diyəsi 80 dinar, ət bağlamış rüşeymin diyəsi isə 100 dinardır. Allah-Taala buyurur: "Ət (geyindirmə) mərhələsindən sonra ona yeni bir yaranış bağışladıq". Meyyit – ana bətnində ət və sümükdən ibarət olan rüşeym kimidir. Lakin ona ruh üfürülmədiyi üçün onun diyəsi yüz dinardır.
    Rəbi Mənsurun yanına qayıdıb Həzrətin cavabını dedi. Orada hazır olanlar İmamın bu istinbatından heyrətə dalaraq yenidən Rəbiə dedilər: – Qayıt və soruş ki, bu yüz dinar kimə çatacaqdır?
    İmam (ə) buyurdu: – Bu, vərəsənin malı deyildir, çünki meyyit bu mala ölümündən sonra müstəhəq olmuşdur. Bu pulla ya (onun tərəfindən) Həccə gedilməli, ya (onun əvəzinə) sədəqə verilməlidir, yaxud da başqa xeyir işlərdə sərf olunmalıdır.("Fürui-Kafi", 7-ci cild, səh.347, hədis-1; "Təhzib", 10-cu cild, s.270, hədis-10 )
    QIRX YEDDİNCİ FƏSİL
    Tədarük
    1 - iki dəfə qisas almağin qarşisinin alinmasi
    Bir nəfər öz qardaşının qatilini tutub Ömərin yanına apardı. Ömər ona göstəriş verdi ki, qatili qətlə yetirsin. O, qatili o qədər döydü ki, öldüyünə yəqin etdi. Qatilin qəyyumları onu götürüb evinə apardılar. Axır nəfəslərində onu müalicə etdilər, bir müddətdən sonra vəziyyəti yaxşılaşdı. Qətlə yetirilənin qardaşı qatili gördükdə ona dedi: – Sən mənim qardaşımın qatilisən, səni mən öldürməliyəm!
    Qatil fəryad edərək dedi: – Sən məni bir dəfə öldürmüsən, artıq mənim üzərimdə heç bir haqqın yoxdur!
    Yenidən Ömərə müraciət etdilər. O, göstəriş verdi ki, qatili öldürsünlər. Lakin müraciət edənlər münaqişəni Əli (ə)-a dedilər və onun mühakimə yürütməsini istədilər. Həzrət Əli (ə) Ömərin yanına gedib buyurdu: – Onların barəsində verdiyin hökm düzgün deyildir!
    Ömər dedi: – Bəs onların hökmü nədir?
    Əli (ə): – Əvvəlcə qatil, ona verilən işkəncələrin qisasını qətlə yetirilən şəxsin qardaşından almalıdır. Məhz bundan sonra qətlə yetirilənin qardaşı onu öldürə bilər.
    Qətlə yetirilənin qardaşı fikirləşdi ki, bu işə razılıq verərsə, öz canı xətərə düşə bilər. Buna görə də qatili öldürmək fikrindən keçdi.("Fürui-Kafi", 7-ci cild, səh.360; "Mənaqib" (Sərvi), 1-ci cild, səh.497; "Təhzib", 10-cu cild, səh.278, hədis-1; "Mən la yəhzur", 4-cü cild, səh.128, hədis-14 )
    İbni Şəhraşub bu rəvayəti özünün "Mənaqib" kitabında azacıq fərqlə nəql etmiş və onun axırında demişdir: "Bu zaman Ömər əllərini göyə qaldırıb dua edərək dedi: "Allaha həmd olsun, ey Əbəl Həsən! Siz rəhmət xanədanısınız. Əgər Əli olmasaydı, Ömər həlak olardı."
    2 - qətldə ittiham olunan kişi
    Xarabalıqda əlində qanlı bıçaq olan bir kişini gördülər. Onun yanında da bir nəfər öldürülmüş və öz qanına qəltan olmuşdu. Həmin kişini tutub Əli (ə)-ın yanına gətirdilər. O həzrət müttəhimə buyurdu: – Nə deyirsən?!
    Müttəhim dedi: – Mən o kişini öldürmüşəm.
    Əli (ə) onun iqrarına uyğun olaraq göstəriş verdi ki, ondan qisas alınsın. Bu zaman bir nəfər qaça-qaça gəlib dedi: – Ya Əli! O şəxsi mən öldürmüşəm!
    Əli (ə) birinci kişiyə buyurdu: – Necə olur ki, özün öz əleyhinə iqrar edirsən?!
    Müttəhim: – Çünki inkar etməyə qüdrətim yox idi. Bir neçə nəfər məni xarabalıqda qətlə yetirilənin başı üstündə görmüşdülər. Qorxdum ki, əgər iqrar etməsəm məni döyələr. Mən o xarabalığın yanında bir qoyun kəsmişdim. Əlimdə qanlı bıçaq qəzayi-hacət üçün xarabalığın içinə getdim. Birdən orada öz qanına qəltan olmuş bir adam gördüm. Onun başı üstünə getdim, heyrətlə ona baxdığım zaman bunlar içəri daxil olub məni tutdular.
    Əli (ə) orada olanlara buyurdu: – Bunları oğlum Həsənin yanına aparın. Bu məsələnin hökmünü də ondan soruşun.
    İmam Həsən (ə) onların cavabında buyurdu: – Əmirəl-mömininə deyin ki, bu şəxs bir müsəlmanı öldürməsinə baxmayaraq, başqa bir müsəlmanı ölümdən xilas etmişdir. Allah-Taala buyurur: "Hər kəs bir nəfəri diriltsə, sanki bütün insanları diriltmişdir." Bunla-rın hər ikisi azad olunmalı, öldürülən şəxsin diyəsi də beytül-maldan verilməlidir.("Fürui-Kafi", 7-ci cild, səh.289; "Təhzib", 10-cu cild, səh.272, hədis-19 )
    3 - cübran
    Əli (ə)-a xəbər verdilər ki, Bişr ibni Ütarid pis və nalayiq sözlər danışır. İmam (ə) bir nəfərə göstəriş verdi ki, onu tutub gətirsin. O şəxs Bişri Bəni-Əsəd tayfasında tapdı, amma Nəim ibni Düccacə Bişri qaçırtdı. Əli (ə) göstəriş verdi, Nəimi tutub gətirdilər. O belə dedi: – Allaha and olsun, səninlə olmaq zillətə, səndən ayrılmaq isə küfrə səbəbdir!
    İmam (ə) bunu eşidəndə buyurdu: – Səni bağış-ladım. (Çünki) Mütəal Allah buyurur: "Pislikləri, daha yaxşı olan şeylərlə dəf et!"(Muminun" surəsi, ayə:95) Sənin dediyin "səninlə olmaq zillətdir" sözü mürtəkib olduğun bir günahdır, "səndən ayrılmaq küfrdür" sözün isə sənin əncam verdiyin bir həsənədir və o da həmin günahın əvəzini çıxır.("Fürui-Kafi", 7-ci cild, səh.268, hədis-40 )
    QIRX SƏKKİZİNCİ FƏSİL
    İncə nöqtələr<.BASHLIQ3>
    1 - kəsb olunan və qərizə (instinkt) yolu ilə keçən elm
    Əmirəl-möminin Əli (ə) buyurur: "Elm iki qismdir: Qərizə yolu ilə olan və qazanılan elm. Qazanılan elm, əgər qərizə yönlü olmasa, heç bir faydası yoxdur.("Nəhcül-Bəlağə", Hikmət -338 )
    2 - ən mahir şair
    Əmirəl-möminin Əli (ə)-dan ən mahir şairin kim olması barəsində soruşduqda, buyurdu: "Şairlər müsabiqə meydanında atla yarışmayıblar ki, əvvəlcədən qoyulmuş qamışı götürərək birinci yerə çıxmış olsunlar. Amma bunu deməliyəm ki, (şairlər içərisində) yolunu azmış padşah hamısından üstündür."("Nəhcül-Bəlağə", Hikmət -338 )(O Həzrətin məqsədi İmrəül-Qeys idi. Yolunu azması da kafir və fasiq olmasına görə idi.)
    3 - qüreyşin əxlaq və əməlləri
    Əmirəl-möminin Əli (ə)-dan Qüreyş qəbiləsinin əxlaq və əməlləri barəsində soruşduqda buyurdu: "Bəni-Məxzum qəbiləsi Qüreyşin reyhanəsidir. Adam istəyir ki, onların kişiləri ilə söhbət etsin, qadınları ilə evlənsin. Amma Bəni-Əbdişəms (Bəni-Üməyyə) qəbiləsinin kişiləri siyasətcil, uzaqgörəndirlər. Bizim xanədanı-mız isə başqalarından daha çox bəxşiş edəndir, ölüm vaxtı hamıdan igiddir. Onların (Bəni-Üməyyənin) sayı çoxdur, məkr və hiylələri artıqdır, əndamları qeyri-normaldır. Bizim isə dilimiz daha fəsahətli, daha çox öyüd-nəsihət verən, əndamımız isə çox gözəldir."("Nəhcül-Bəlağə", Hikmət -116)
    4 -yaz və payiz
    Əmirəl-möminin Əli (ə) buyurur: "Öz bədəninizi soyuğun əvvəlində (payızda) örtün, onun axırında (yazda) havadan istifadə edin. Çünki hava, bu iki fəsildə ağaclara qoyduğu təsiri elə insan bədəninə də qoyur."("Nəhcül-Bəlağə", Hikmət 128 )
    5 - bəhs və mübahisə etməyin yolu
    Əmirəl-möminin Əli (ə) İbni Abbası xəvariclə mübahisəyə göndərən zaman ona buyurdu: "Onlarla Quran əsasında mübahisə aparma, çünki Quranın çoxlu mənaları vardır. Sən (bir söz) deyəcəksən, onlar (da başqa söz) deyəcəklər. Lakin onlarla Peyğəmbər (s.ə.v.v) sünnəsi əsasında mübahisə apar, (bu halda haqq qarşısında) heç bir çıxış yolları olmayacaqdır."("Nəhcül-Bəlağə", "Məktublar" bölməsi, 77. O Həzrətin buyurduğu sözlər tamamilə düzgündür. Gördüyünüz kimi, bütün İslam firqələrinin hamısı Qurana isnad edirlər. Məhz buna istinad edərək, Ömər Peyğəmbər (s.ə.v.v)-in dünyadan getdiyi zaman vəsiyyət etməsinə imkan verməyərək dedi:-Allahın Kitabı bizim üçün kifayətdir. Ömərin özü də Peyğəmbər (s.ə.v.v)-in vəfatından sonra o Həzrətin vəfat etməsini inkar edir, halbuki, bu iş Quranın aşkar və möhkəm ayələrinin aşkar buyuruğudur. (Müəllif). )
    6 - bahilə qəbiləsi
    Nəsr "Siffeyn" adlı kitabında qeyd edir ki, Bahilə qəbiləsi Siffeyn müharibəsində Əli (ə)-a kömək etməyə ikrahla yanaşdılar. İmam (ə) onlara buyurdu: "Allahı şahid tuturam ki, həm siz mənimlə düşmənsiniz, həm mən sizinlə düşmənəm. İndi öz hədiyyələrinizi götürüb Deyləmə tərəf yola düşün!"(Siffeyn" (Nəsr ibni Müzahim), səh.116 )
    Category: Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri | Added by: Islam_Kitabxanasi
    Views: 824 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024