İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri

    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri
    2012-01-24, 6:38 AM
    QIRX DOQQUZUNCU FƏSİL
    SİYASƏT
    1 - Əli (ə)-in yol göstərməsi
    İranın Həmədan, Rey, İsfahan, Nəhavənd və Quməs əyalətlərindən olan bəziləri məktublaşarkən bir-birinə belə yazmışdılar: "Ərəblərin padşahı, yeni din və kitab gətirən Məhəmməd dünyadan getmişdir. Ondan sonra Əbu Bəkr hakim olmuş, azacıq yaşadıqdan sonra ölmüş və özündən sonra Öməri xəlifə seçmişdi. Ömərin xilafəti çox uzanmış, sizin şəhərlərinizi ələ keçirmişdir, ordusu da indi sizinlə müharibə aparır. Onlar sizdən heç vaxt əl çəkməyəcəklər. Bir-birinizlə əhd-peyman bağlayaraq böyük bir qoşunla onlara tərəf hərəkət edin!"
    Bu xəbər Kufəyə çatdı. Onlar Mədinəyə adam göndərib Öməri hadisədən agah etdilər. O, bu xəbəri eşitdikdə bərk qorxdu və Peyğəmbər (s.ə.v.v) məscidinə gəlib minbərə çıxdı, Allaha həmd-səna etdikdən sonra dedi: – Ey mühacir və ənsar tayfaları! Şeytan böyük bir qoşun yığmışdır ki, sizin əleyhinizə qiyam edərək haqq nurunu söndürsün. İndi Həmədan, İsfahan və sair yerlərin əhalisindən müxtəlif ayinlərə və irqlərə malik olanlar bir-biri ilə əhd-peyman bağlamışlar ki, müsəlman qardaşlarınızı öz şəhərlərindən çıxarıb sizinlə müharibə aparsınlar. Nə qədər gec deyil, bu barədə bir tədbir fikirləşin. Əgər yubansanız, qarşıda çox ağır günlər olacaq.
    Həmişə Qüreyşin tərəfindən danışan Təlhət ibni Übeydullah ayağa qalxdı, Allaha həmd-səna edərək dedi: – Ey xəlifə! Ruzgarın xoşagəlməz hadisələri səni sınaqdan keçirib təcrübəli etmiş, dövranın xoşagəlməz hadisələri və həyatın çətinlikləri səni daha da möhkəmlətmişdir. Sən pak təbiətli bir adamsan, sənin işlərin və düşüncələrin hamısı yaxşı və bəyəniləndir. İndi özün bu barədə fikirləş və fikrinə əməl et.
    Bunu deyib oturdu. Ömər camaata xitab edərək dedi: – Fikirlərinizi deyin.
    Osman ayağa qalxıb Allaha həmd-səna etdikdən sonra dedi: – Ey xəlifə! Mənim nəzərimcə özün bütün Şam, Yəmən, Mədinə, Məkkə, Kufə, Bəsrə ordusu ilə birlikdə müşriklərə doğru hərəkət et. Dediyim bu tədbiri yadında saxla və onun barəsində fikirləş.
    Osmandan sonra Əli (ə) ayağa qalxıb Allaha həmd-səna etdi, sonra Ömərə dedi: – Əgər sən bütün Şam ordusunu ölkədən kənara aparsan, romalılar İslam ölkələrinə hücum edərək şamlıların arvad-uşaqlarını əsarətə alacaqlar. Əgər Yəmən ordusunu Yəməndən çıxarsan, həbəşistanlılar yəmənlilərin arvad-uşaqlarını əsir tutacaqlar. Əgər Məkkə-Mədinə ordularını özünlə aparsan, müxtəlif guşələrdə olan ərəblər səninlə bağladıqları əhd-peymanı pozacaqlar. Halbuki, onlarla mübarizə aparıb qiyamlarını yatırtmaq xarici düşmənlərlə mübarizə aparmaqdan qat-qat ağır olacaqdır. Deməli, bu rəy (Osmanın sözü) düzgün deyildir. Amma sən düşmən qoşununun çoxluğundan, bir-biri ilə əlbir olmalarından və əhd-peyman bağlamalarından qorxma. Çünki, səndən öncə Allah-Taala bu hadisəni xoşlamır və bu məkrli birliyin (ixtilafa) dəyişdirilməsinə səndən artıq haqlıdır. Bundan əlavə, məgər yadında deyildir ki, biz Peyğəmbəri-Əkrəm (s.ə.v.v)-in dövründə qoşunun çoxluğuna baxaraq mübarizə aparmırdıq, əksinə yalnız Allah tərəfindən olan kömək və nüsrətə ümid bağlamışdıq. Sənin özünün də düşmənə doğru hərəkət etməyin məsləhət deyildir. Çünki, düşmən bu işdən xəbərdar olsa, səni hökmən qətlə yetirər. Bu halda başqa düşmənlər də onlara kömək edəcək, özün öz əlinlə qətlinə şərait yaradacaqsan. Mənim əqidəmə görə, (yaxşısı budur ki,) adları çəkilən qoşunları öz yerlərində saxlayasan. Yalnız Bəsrə qoşununa yaz ki, üç hissəyə bölünsünlər. Bir hissəsi daxildəki işlərin nizam-intizama salınması üçün şəhərdə qalsın, digər bir dəstə müsəlmanlarla əhd-peyman bağlamış düşmənlərə nəzarət etmək və sərhədləri qorumaq üçün həmin yerdə qalsınlar. Üçüncü dəstə isə öz müsəlman qardaşlarına kömək emək üçün iranlılara doğru hərəkət etsinlər.
    Ömər dedi: – Tamamilə doğrudur! Mən bu fikri icra etmək istəyirəm.
    Bundan sonra o Həzrətin sözlərini bir neçə dəfə təəccüblə təkrar etdi və həddindən artıq sevindi.("İrşad" (Şeyx Müfid), səh.111; "Kamil" (İbni Əsir), 2-ci cild, səh.180 )
    2 - romalilarla müharibə
    Ömər Əli (ə)-dan, romalılarla müharibə barəsindəki nəzərini soruşduqda, buyurdu: – Allah-Taala müsəlmanların ərazilərini və sərhədlərini qorumağa, eyblərini örtməyə dair zəmanət vermişdir. Müsəlmanların sayının az olduğu zaman onlara kömək edən Allah (həmişə) diridir və heç vaxt ölməz! Əgər sən özün şəxsən düşmənə doğru hərəkət edib müharibədə məğlub olsan, ucqar yerlərdəki müsəlmanlar üçün (fitnə-fəsadın qarşısını almaq üçün) heç bir pənahgah və sığınacaq olmayacaq. Məsləhət görürəm ki, şücaətli və təcrübəli bir şəxsi düşmənə doğru göndərəsən, onun əsgərləri də səbirli, müqavimətli, moizə qəbul edən şəxslər olmalıdır. Əgər Allahın köməyi ilə düşmənə qələbə çalsalar, sənin arzun həyata keçmiş olar. Əgər məğlub olsalar, çox da mühüm bir iş olmaz. Çünki, özün müsəlmanların pənahı kimi sağ qalacaqsan.(Nəhcül-Bəlağə", Xütbə 130 )
    3 - iraqli əsirlər
    Ömər iraqlı əsirləri satmaq qərarına gələndə Əli (ə) ona buyurdu: – Bunlar sizin üçün elə sərvətdir ki, onların mislini heç vaxt tapa bilməzsiniz. Əgər onları satsanız, bundan sonra müsəlman olanlar onlardan heç bir bəhrə almayacaqlar.
    Ömər dedi: – Bəs nə edək?!
    Əli (ə) buyurdu: – Onları (satmadan) öz halında saxlayın ki, müsəlmanlar üçün şövkət və əzəmət olsunlar.
    Ömər öz qərarından döndü. Sonra Həzrət Əli (ə) Ömərə buyurdu: – Mən, bu əsirlərdən islamı qəbul edən hər bir şəxsdən öz payımı geri götürürəm.("Mənaqib" (Sərvi), 1-ci cild, səh.498 )
    4 - tarixin əvvəli
    Ömər tarixin necə yazılması barəsində camaatla məşvərət etdi. Əli (ə) ona buyurdu: – Peyğəmbəri-Əkrəm (s.ə.v.v)-in hicrət gününü tarixin əvvəli seç və o Həzrətin sağlığında olduğu kimi tarix vur. Çünki Peyğəmbər (s.ə.v.v) rəbiül-əvvəl ayında Mədinəyə daxil olduğu zaman göstəriş vermişdi ki, tarixi yazsınlar. Camaat da tarixi o Həzrətin Mədinəyə daxil olduğu gündən hesab edirdilər.("Mənaqib" (Sərvi), 1-ci cild, səh.338 )
    5 - beytül-malin məsrəf edilməsi
    Qadisiyyənin və Dəməşqin fəth olunması xəbəri Ömərə çatdıqda camaatı bir yerə toplayaraq onlara dedi: – Mən, xəlifə olmazdan qabaq tacir idim, amma siz məni xəlifə etdiniz. Halbuki, öz aylığımı məsrəf etməkdə Beytül-maldan nə qədər götürmək lazım olduğunu bilmirəm!
    Orada hazır olanlardan hər biri müəyyən məbləğ dedi. Əli (ə) bir tərəfdə sakit oturmuşdu. Ömər ondan soruşdu: – Ya Əli, sənin nəzərin nədir?
    Həzrət buyurdu: – Özünün və ailənin həyat və məişətini layiqli tərzdə təmin edəcək miqdardan artıq götürməyin rəva deyildir.
    Hamı dedi:–Düzgün rəy Əliyyibni Əbi Talibin rəyidir.("Şərhi Nəhcül-Bəlağə" (İbni Əbil Hədid), 3-cü cild, səh.156 )
    6 - mirasin bölüşdürülməsi
    Təlhə deyir: Bir qədər malı Ömərin yanına gətirdilər ki, müstəhəqlərin arasında bölüşdürsün. Ömər malı bölüşdürdü, amma bir miqdarı qaldı. Bu barədə Peyğəmbər (s.ə.v.v) səhabələrindən bir neçəsi ilə məşvərət etdi, onların hamısı dedi: – Artıq qalanını özün üçün götür, çünki onu sahibləri arasında bölüşdürsən, hamısına əhəmiyyətsiz hesab olunan miqdarda çatacaqdır.
    Əli (ə) Ömərə dedi: – Bu miqdarı da sahibləri arasında bölüşdürməlisən, az-çoxluğunun arasında heç bir fərq yoxdur.
    Ömər dedi: – Sizin bu yol göstərməyiniz mənə əta etdiyiniz digər bir nemətdir, halbuki, heç birinin əvəzini verməmişəm.("Mənaqib" (Sərvi), 1-ci cild, səh.495 )
    7 - bəhari - kəsra xalçasi
    Müsəlmanların iranlılarla apardığı müharibələrdə əldə olunan qənimətlərdən biri də üzərində hər növ əyləncəli və gözəl mənzərəli rəsmlərin həkk olunduğu iranlı padşahlara məxsus "Bəhari-kəsra" adlı nəfis bir xalça idi. Şahlar qış fəslində ağaclar, güllər və reyhanlar quruyan zaman onun üzərində oturur, onun üzərində eyş-işrət dəstgahı açırdılar. Onun eni və uzunluğu 60x60 zira (təqribən 30 metr) idi və cürbəcür zinət əşyaları, ləl-cəvahirat və qızılla bəzədilmişdi.
    Səd ibni Əbi Vəqqas qənimətlərin beşdə birini Ömər üçün göndərəndə müsəlmanlardan istədi ki, özlərinin "Bəhari-kəsra"dan olan paylarından keçsinlər, sonra onu Ömərə göndərdi. Ömər onu nə edəcəyini bilmirdi. Bir neçə nəfərlə məşvərət etdi. Onlardan bəziləri "özün üçün saxla" - dedilər, bəziləri isə onun ixtiyarını Ömərin özünə həvalə etdilər. Amma Əli (ə) Ömərə buyurdu: – Nə üçün yəqinini şəkkə döndərir və özünü cəhalətə vurursan?! Onu müsəlmanların arasında bölüşdürməlisən, çünki onu bu halda saxlasan, gələcəkdəkilər onu öz əllərinə keçirəcəklər, halbuki, hazırkı müsəlmanlar ondan istifadə etməyə daha haqlıdırlar.
    Ömər o Həzrətin sözünü təsdiq edərək xalçanı müsəlmanların arasında bölüşdürdü.("Kamil" İbni Əsir, 2-ci cild, səh.134 (16-cı hicri ilinin hadisələri). )
    Həmçinin, Əli (ə) Peyğəmbər (s.ə.v.v) səhabələrinə o Həzrətin mübarək cəsədinə necə namaz qılınacağı, eləcə də necə və harada dəfn olunacağı barədə yol göstərdi. Beləliklə də onların arasında mövcud ixtilafları aradan qaldırdı. Mərhum Şeyx Mufid "İrşad" kitabında belə qeyd edir: Müsəlmanlar Peyğəmbəri-Əkrəm (s.ə.v.v)-in cəsədinə kim tərəfindən namaz qılınması, harada dəfn olunması barədə ixtilafa düşmüşdülər. Nəhayət, Əli (ə) onların yanına gəlib buyurdu: "Peyğəmbər (s.ə.v.v) hər bir halda – istər sağlığında, istərsə də vəfatından sonra bizim imam və rəhbərimizdir. (Ona namaz qılmaqda) imama ehtiyac yoxdur." Müsəlmanlar dəstə-dəstə gəlir, o müqəddəs cənazəyə namaz qılıb qayıdırdılar. Həmçinin buyurdu: "O Həzrətin dəfn olunma yerinə gəldikdə isə, Allah-Taala heç bir peyğəmbəri, elə bir məkanda qəbzi-ruh etmir ki, o məhəlli onun dəfn yeri kimi seçməmiş olsun. Mən o alicənab insanı vəfat etdiyi hücrədə dəfn edirəm."
    Müsəlmanların hamısı o Həzrətin nəzərini qəbul etdilər.("İrşad" (Şeyx Müfid), səh.100 )
    ƏLLİNCİ FƏSİL
    Səhvin mənşəyinin bəyan edilməsi
    1 - qara bayraq
    Qoca bir kişi Bəkr ibni Vaildən belə nəql edir: "Siffeyn" müharibəsində Əli (ə) ilə birlikdə idim. Gördüm ki, Əmr As düşmən ordusunun arasında qara bir bayrağı nizəsinin ucuna vurub qaldırıb. Camaatdan bəzisi deyirdi: "Bu, Peyğəmbəri-Əkrəmin Əmr As üçün bağladığı bir bayraqdır." (Yəni, onun haqq olduğunu göstərir). Bu söz-söhbət camaat arasında dolaşdı və nəhayət, Əli (ə)-ın qulağına çatdı. Həzrət camaata buyurdu: – Bu bayrağın əhvalatının nə olduğunu bilirsinizmi?! (Bir gün) Rəsuli Əkrəm (s.ə.v.v) onu Əmr As üçün bağlayıb buyurdu: "Kim bu bayrağı götürər və onun şərtlərinə əməl edər?!" Əmr As soruşdu: "Onun şərtləri nədir?" Peyğəmbər (s.ə.v.v) buyurdu: "Bir şərti budur ki, onunla müsəlmanların müharibəsinə getməyəsən, digər şərti budur ki, kafirlərlə cihaddan fərarilik etməyəsən." Əmr As onu götürdü, amma o iki şərtdən heç birinə əməl etmədi. Allaha and olsun, o həm müşriklərlə cihaddan qaçdı, həm də bu gün müsəlmanların müharibəsinə gəlmişdir. İnsanları yaradan, çərdəyi yaran Allaha and olsun ki, bunlar İslamı heç vaxt qəbul etməmişlər, lakin çarəsizlik üzündən (zahirdə) İslamı qəbul etmiş, küfrü isə (qəlblərində) gizlətmişlər. Hər vaxt özləri üçün köməkçi tapsalar, yenə də, əvvəldə olduğu kimi, düşmənçilik izhar edərlər, əks halda zahirdə namazı heç vaxt tərk etməmişlər.("Siffeyn", Nəsr, səh.215 )
    2 - hiyləgərlik
    "Tarixi-Təbəri"də belə qeyd olunur: Müğeyrə ibni Şöbə iddia edirdi ki, camaat içərisində Peyğəmbərlə ən yeni əhd-peyman bağlamış (vidalaşan sonuncu) şəxsdir. O, deyirdi: "Mən üzüyümü Peyğəmbərin qəbrinə atdım ki, bu bəhanə ilə qəbrə daxil olum və onun bədəninə əl sürtüm ki, ondan ayrılan ən axırıncı adam olum."
    Təbəri Əbdüllah ibni Hərəsin belə dediyini nəql edir: "Ömərin, yaxud Osmanın xilafəti dövründə ümrə əməllərini yerinə yetirmək üçün Əli (ə)-la birlikdə Məkkəyə getdim. O həzrət öz bacısı Ümmü Haninin evində qalırdı. Ümrə əməlləri qurtardıqdan sonra evə qayıtdı, qüsl etdi. Bu zaman bir dəstə iraqlı o Həzrətin yanına gəlib soruşdular: – Sizə bir sualımız vardır.
    İmam (ə) buyurdu: – Zənnimcə, Müğeyrənin sizə dediyi "Peyğəmbərlə vidalaşan axırıncı şəxs mən olmuşam" - cümləsini soruşmaq istəyirsiniz?
    Dedilər: – Bəli.
    O Həzrət buyurdu: – Yalan deyirlər! Peyğəmbər (s.ə.v.v)-lə vidalaşan axırıncı şəxs Qəsəm ibni Abbasdır. O, bizim içimizdə Peyğəmbər (s.ə.v.v)-in qəbrindən çıxan axırıncı adam idi.("Tarixi-Təbəri", 3-cü cild, səh.205; "Kamil" (İbni Əsir), 2-ci cild, səh.16 )
    3 - ayaqqabiya məsh etmək
    İmam Məhəmməd Baqir (ə) buyurur: – Bir gün Ömər Peyğəmbər (s.ə.v.v) səhabələrini bir yerə topladı. Əli (ə) da onların arasında idi. Ömər ayaqqabının üstündən məsh çəkmək barəsində onlardan soruşduqda, Müğeyrət ibni Şöbə dedi: – Mən Peyğəmbərin ayaqqabılarının üstündən məsh çəkdiyini gördüm.(Münafiq bir şəxs olan Müğeyrə bu iddiasında Peyğəmbərə (s.ə.v.v) iftira atmışdır. Onun münafiqliyini də üçüncü xəlifə Osman və Əbdürrəhman ibni Ovf (Ömərin təyin etdiyi şuranın altı nəfərindən biri) və Əşəreyi-Mübəşşərədən biri təsdiq etmişdir. Əli (ə) onu təkzib etmək yerinə buyurdu ki, o Quran ayələrinin müxalifidir, çünki onun təkzibi üçün heç bir xarici şahid yox idi, isbat etmək də çətin idi. Bundan əlavə, mərhum Səduq buyurmuşdur: Peyğəmbər (s.ə.v.v)-in ayaqqabısı olması barəsində tarixi bir sənəd yoxdur. Yalnız qeyd olunur ki, Nəcaşi o Həzrət üçün bir ayaqqabı hədiyyə göndərmişdi. Bunun da üstü açıq idi. Peyğəmbər (s.ə.v.v) ayaqlarında ayaqqabı olan zaman ayaqqabıya deyil, ayaqlarına məsh çəkirdi və bəziləri də bunu başa düşmədiklərindən "Peyğəmbər ayaqqabının üstünə məsh çəkirdi" demişdilər. (Müəllif) )
    Əli (ə) buyurdu: – "Maidə" surəsi nazil olandan əvvəl idi, ya sonra?
    Müğeyrə: – Bilmirəm.
    Əli (ə) buyurdu: – Quran məsh etməyin hökmünü belə bəyan etmişdir ki, ayaqların üstünə çəkilməsi vacibdir. Bu hökmü əhatə edən "Maidə" surəsi Peyğəmbəri-Əkrəm (s.ə.v.v)-in vəfatından 2-3 ay qabaq nazil olmuşdur.("Təhzib", 1-ci cild, səh. )
    ƏLLİ BİRİNCİ FƏSİL
    Ğülatların və xəvariclərin cəzası
    1 - ğülatlarin cəzasi
    Siffeyn müharibəsindən sonra Zətt əhalisindən (Sudan-Hind əhalisindən olan bir irqdəndir) yetmiş nəfər Əli (ə)-ın yanına gəldi. Salam verdikdən sonra Əli (ə)-la öz dillərində danışdılar, Həzrət də elə onların dillərində cavab verdi. Onlar öz sözlərində Əli (ə)-ı ilahiləşdirdilər. Həzrət onlara buyurdu: – Mən Allah deyiləm, əksinə, Allahın bəndələrindən biriyəm!
    Onlar qəbul etmədilər və öz əqidələrinə dair israr etdilər. Nəhayət, Əli (ə) onların başçısına dedi: – Əgər bu əqidənizdən əl çəkməsəniz və tövbə etməsəniz sizi öldürəcəyəm!
    Lakin nə qədər moizə edib öyüd-nəsihət verdisə də, onlara azacıq belə, təsir etmədi. Əli (ə)-ın göstərişi ilə bir neçə böyük çala qazdılar, aralarında deşik açaraq bir-biri ilə əlaqələndirdilər. Sonra onların hamısını çalalara salıb üstünü örtdü. İçində heç kəs olmayan çalada od yandırdı və tüstü vasitəsi ilə hamısını həlak etdi.("Fürui-Kafi", 7-ci cild, səh.259, hədis- 23 )
    2 - mənim və sizin pərvərdigariniz allahdir!
    Əmirəl-möminin Əli (ə) Ənzət tayfasından olan Ümmü Əmrin evində idi. (Ümmü Əmr, Həzrət Əli (ə)-ın həyat yoldaşlarından biridir.) Qənbər o Həzrətin yanına gəlib dedi: – On nəfər evin qapısına gəlmişdir və sizi "Allah" adlandırırlar.
    Əli (ə) Qənbərə buyurdu: – Onları bura gətir!
    Onlar Əli (ə)-ın yanına gəldikdə Həzrət buyurdu: – Nə deyirsiniz?
    Ğülat:–Sən bizim pərvərdigarımız, yaradanımız və ruzi verənimizsən!
    Əli (ə):–Vay olsun! Belə deməyin, mən də sizin kimi, Allahın bir məxluquyam!
    Onlar qəbul etmədikdə Əli (ə) yenidən buyurdu: – Vay olsun sizə! Mənim və sizin Pərvərdigarınız Allahdır. Tövbə edib bu əqidədən əl çəkin!
    Ğülat: – Sən bizim pərvərdigarımız, ruzi verənimiz və xaliqimizsən!
    Əli (ə) Qənbərə buyurdu:–Get bir neçə fəhlə gətir.
    Qənbər on fəhlə gətirdi, hamısının da yer qazmaq üçün bel-külüngü var idi. Əli (ə) onlara göstəriş verdi ki, dərin bir çala qazsınlar, içinə odun töksünlər və böyük bir tonqal qalasınlar. Od şölə çəkdiyi zaman onlara dedi: – Vay olsun sizə! Tövbə edib öz əqidənizdən əl çəkin!
    Dedilər: – Heç vaxt əl çəkmərik!
    Əli (ə) onların hamısını tədrici olaraq oda atdı, sonra buyurdu: – Hər vaxt belə yaramaz iş müşahidə etsəm, od yandırıb Qənbəri çağıracağam!("Nəhcül-Bəlağə"nin şərhi" (İbni Əbil Hədid), 1-ci cild, səh.425; "Rical" (Kəşşi), səh.61 )
    3 - mən də allahin bəndəsiyəm
    Əmirəl-möminin Əli (ə) Ramazan ayı günlərində bir neçə nəfərin yanından keçərkən onların yemək yediyini gördü. Soruşdu: – Xəstəsiniz, yoxsa səfərdə?
    – Nə xəstəyik, nə də səfərdəyik.
    – Kitab əhlisinizmi?
    – Xeyr.
    – Onda nə üçün Ramazan ayının gündüzündə orucunuzu yeyirsiniz?
    Onlar elə bir cavab verdilər ki, ondan "sən Allahsan" mənası başa düşülürdü. Əli (ə) onların məqsədini başa düşdükdə atdan endi, səcdəyə düşdü və hər iki üzünü torpağa sürtdü. Sonra onlara buyurdu: – Vay olsun sizə! Mən də Allahın bəndələrindən biriyəm.
    Amma onlar bu sözə qulaq asmadan öz əqidələrində israr etdilər. Bu zaman Əli (ə) göstəriş verdi ki, bir-birinin yanında iki böyük çala qazsınlar. Biri üstü açıq, digəri isə üstü bağlı olsun. Onların arasında da baca qoydu, sonra onları ağzı bağlı olan çalaya saldı, digər bir çalada isə od yandırdı və tüstü ilə onları cəzalandırdı. Bu iş davam etdiyi müddət ərzində onları daim İslama dəvət edirdi. Lakin onlar qəbul etmədilər. Nəhayət, onun əmri ilə hamısını odda yandırdılar.("Nəhcül-Bəlağə"-nin şərhi" (İbni Əbil Hədid), 1-ci cild, səh.425)
    4 - ğülatin yaranmasi
    İbni Əbil Hədid "Nəhcül-Bəlağə"nin şərhində (c.1, s.425-426) belə qeyd edir: Əli (ə)-ın dövründə onu ilahiləşdirən və Allah adlandıran ilk şəxs Əbdüllah ibni Səba olmuşdur. Həzrət xütbə oxuyan zaman Əbdüllah ayağa qalxıb bir neçə dəfə ona "Sən Allahsan!" - deyə xitab etdi. Sonra o Həzrətin səhabələrindən bir neçəsi, o cümlədən Əbdüllah ibni Abbas, onun üçün vasitəçilik etdilər və dedilər: "Tövbə edərək öz əqidəsindən qayıtmışdır." Əli (ə) da onu bağışladı, bu şərtlə ki, Kufədən xaric olsun. Əli (ə)-ın şəhadət xəbəri Əbdüllah ibni Səbaya çatdıqda dedi: "Allaha and olsun, əgər onun beynini yetmiş qaba qoyub mənim üçün gətirsəniz, yenə də: "O ölməmişdir və bütün ərəblərin rəhbəri olmayınca da ölməyəcəkdir!" - deyəcəyəm." Bir neçə nəfər Əbdüllah ibni Səbanın sözlərinə iman gətirdi və onunla eyni əqidədə oldu. O cümlədən, Əbdüllah ibni Səbrət Həmdani, Əbdüllah ibni Əmr Kindi və s. Onların bəziləri əsassız dəlillərə və şübhələrə istinad edirdilər, o cümlədən Ömərin dediyi sözü dəlil gətirirdilər. Həzrət Əli (ə) ilahi qisas əsasında bir kişinin gözünü kor etdiyi zaman Ömər demişdi: "Allahın hərəmində bir gözü kor edən Allah əli barəsində nə deyə bilərəm?!"
    Müəllif: İbni Əsir bu əhvalatı "Nəhayə" kitabında da qeyd edərək deyir: Bir nəfər təvaf halında müsəlmanların namuslarına baxırdı. Əli (ə) onun üzünə bir sillə vurdu. O kişi Ömərin yanına gəlib şikayət etdikdə, Ömər dedi: "O səni haqq olaraq vurmuşdur; Allahın gözlərindən biri sənə düşmüşdür." (Məqsədi Əli (ə)-ın gözü idi.)("Mənaqib" (Sərvi), 2-ci cild, səh.55 )
    O Həzrətin özü də buyururdu: "Allaha and olsun, mən Xeybər qalasını bəşər qüvvəsi ilə yox, əksinə, Allah tərəfindən olan bir qüvvə ilə açdım."
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) də "La ilahə iləllah vəhdəhu vəhdəh, sədəqə vədəhu və nəsərə əbdəh" (Allahdan başqa heç bir məbud yoxdur, yeganədir, vədəsinə əməl etdi və bəndəsinə kömək etdi) kəlamı barəsində buyurmuşdur ki, bütün (batil) dəstələri və partiyaları məğlub edən Əliyyibni Əbu Talib oldu. Çünki Əli onların başçılarını – Əmr ibni Əbdəvüddü qətlə yetirdiyi zaman vahimə onları bürüdü, hamısı qaçmağa başladı.
    Amma xəvariclə aparılan cihada gəldikdə isə, bu cihadın keyfiyyətini də o Həzrətin özü ixtira etmişdi. Çünki onlar Peyğəmbər (s.ə.v.v)-in dövründə olmamışdılar ki, Peyğəmbər (s.ə.v.v) onların hökmünü aydın bəyan etmiş olsun.
    İmam Sadiq (ə) buyurur: "Əli (ə)-ın qiblə əhli ilə (zahirdə müsəlman, əqidədə isə azğın olan qruplarla) apardığı müharibələr bərəkətli idi. Əgər onlarla müharibə etməsəydi, ondan sonra heç kəs bu qrupla nə edəcəyini bilməzdi."
    İbni Təlhənin "Mənaqib" kitabında Şafeinin belə dediyi qeyd olunur: "Müsəlmanlar müşriklərlə cihad etməyin yolunu Peyğəmbər (s.ə.v.v)-dən, bağilərlə müharibə üslubunu isə Əli (ə)-dan öyrənmişdilər."
    5 - iki müxtəlif üslub
    Əmirəl-möminin Əli (ə) Cəməl müharibəsində düşmənə qələbə çaldıqdan sonra öz köməkçilərinə buyurdu: "Müharibədən qaçanları təqib etməyin, yaralıları öldürməyin; öz evinə sığınanlar amandadırlar." Lakin Siffeyn müharibəsində heç bir istisna olmadan düşmənləri öldürürdü.
    Əban ibni Təğlib, İbni Şərikdən soruşdu: – Nə üçün Əli (ə) Cəməl və Siffeyn müharibələrində iki müxtəlif üslub seçmişdir?
    İbni Şərik dedi: – Çünki Cəməl müharibəsində müharibənin səbəbkarları olan Təlhə və Zübeyr müharibənin əvvəlində qətlə yetirildi. Lakin Siffeyn müharibəsində ordunun sərkərdəsi Müaviyə diri idi, əsgərləri bir yerə yığaraq onları müharibəyə vadar edirdi.(Vəsailüş-Şiə", 11-ci cild, səh.55 )
    6 - şamli əsirlər
    Cəməl müharibəsində şamlılar Əli (ə)-ın qoşu-nuna əsir düşəndə onlardan hansı biri Həzrətin köməkçilərini öldürməmişdisə azad edilir, əks halda qətlə yetirilirdi. Azad edilənlər də əgər ikinci dəfə müharibəyə gəlib əsir olsaydılar, onları da qətlə yetirirdi.("Siffeyn", Nəsr, səh.519 )
    7 - şamli əsirlərin azad edilməsi
    Həzrət Əmirəl-möminin Əli (ə) şamlılarla apardığı müharibədə əsir tutduğu hər kəsin silahını və minik heyvanını alır, onu and içdirirdi ki, bir daha düşmənə kömək etməsin. Bundan sonra azad edirdi.("Mənaqib" (Sərvi), 1-ci cild, səh.317)
    8 - beytül-maldan fida (fidyə) vermək
    Əmirəl-möminin Əli (ə) buyurur: "Hərgah bir müsəlman kafirlərə əsir düşsə və düşmənə yara varid etməmiş olsa, beytül-maldan fida verilərək azad edilmir. Lakin onun yaxın adamları istəsələr, öz mal-dövlətindən fida verərək onu azad edə bilərlər."("Vəsailüş-Şiə", 11-ci cild, səh.65, hədis -2 )
    ƏLLİ İKINCİ FƏSİL
    İzah
    1 - səqifədə nələr oldu?!
    Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in vəfatından sonra xəlifə təyin etmək üçün Səqifədə yığıncaq təşkil etdilər. Bu zaman iştirakçılardan bir neçə nəfər Əli (ə)-ın yanına gələrək hadisəni xəbər verdilər. Həzrət buyurdu: – Ənsar xilafət barəsində nə deyir?
    Cavab verdilər: – Onlar Qüreyşə dedilər ki, bir xəlifə bizdən olsun, bir xəlifə də sizdən.
    Əli (ə): – Nə üçün onların cavabında demədiniz ki, Peyğəmbər tövsiyə etmişdir ki, ənsarın yaxşılarına ehsan olunsun, günahkarlarına güzəştə gedilsin?
    Dedilər: – Bu mətləb ənsarın cavabı necə ola bilər?
    Əli (ə): – Çünki, əgər xilafət ənsarın arasında olsaydı, Peyğəmbər (s.ə.v.v) onları başqalarına tövsiyə etməzdi. Bəs Qüreyş nə dedi?
    Cavab verdilər: – Dedilər ki, onlar Peyğəmbərin şəcərəsindəndirlər və bu mənsəbi ələ keçirməkdə başqalarından irəlidirlər.
    Əli (ə): – Bəli. Onlar bu şəcərəyə istinad etdilər, lakin onun səmərəsini zay etdilər.("Nəhcül-Bəlağə", Xütbə-64 )
    2 - camaatin avami
    Seyyid Rəzi (r.ə) "Nəhcül-Bəlağə"də qeyd edir ki, Əli (ə) "əvamun-nas" barəsində buyurdu: – Onlar həmin kəslərdir ki, onların bir yerə yığışmaları zərərli, dağınıq və pərakəndə vəziyyətdə olmaları isə xeyirlidir.
    Bəziləri dedilər: – Bir yerə yığışmalarının zərəri məlumdur, lakin pərakəndə olmalarının xeyri necədir?
    Həzrət buyurdu: – Çünki (pərakəndə vəziyyətdə olduqda) onların peşəçiləri və sənətkarları öz işləri ilə məşğul olurlar, camaat da onlardan bəhrələnirlər.("Nəhcül-Bəlağə", Hikmət-199 )
    3 - haqq ilə batilin arasindaki məsafə
    Əmirəl-möminin Əli (ə) buyurur: "Agah olun, haqq ilə batilin arasında dörd barmaqdan artıq fasilə yoxdur." Bunun mənası barəsində soruşulduqda, Həzrət əlin dörd barmağını bir yerdə gözü ilə qulağı arasına qoyub buyurdu: "Batil odur ki, "eşitdim" - deyəsən, haqq odur ki, "gördüm" - deyəsən."("Nəhcül-Bəlağə", xütbə-137 )
    4 - kərbəla diyari
    Əbu Cüheyfə deyir: Ürvə Bariqi, Səid ibni Vəhəbin yanına gəlib ondan gördüyü şeylər barəsində sual etdi. Mən onların söhbətini eşidirdim. Səid dedi: – Müxnəf ibni Səlim məni Əli (ə)-ın yanına göndərdi. Mən Kərbəlada gördüm ki, o həzrət əli ilə bəzi yerlərə işarə edib buyurur: "Buradır, buradır." Bir nəfər o Həzrətdən soruşdu: – Ya Əmirəl-möminin! Burada nə olacaq?
    Buyurdu: – Burada Ali-Məhəmmədin karvanının yükləri endiriləcək. Vay olsun sizdən onların halına! Vay olsun sizə onların halından!
    Bir nəfər soruşdu: – Məqsədiniz nədir, ya Əli?
    Buyurdu: – Vay olsun sizdən onların halına ki, onları öldürəcəksiniz; vay olsun sizə onlardan ki, onları öldürdüyünüzə görə Allah sizi cəhənnəmə aparacaqdır.("Biharul-ənvar", 41-ci cild, səh.338 )
    5 - fitnədən uzaq olmaq
    "Qeybəti Nomani" kitabında İmam Sadiq (ə)-ın belə buyurduğu nəql olunur: "Əli (ə) Kufə minbərində buyurdu: – Sizin qarşınızda zülmətli, kor və müəmmalı bir fitnə olacaqdır ki, novmə şəxslərdən başqa heç kəs ondan nicat tapmayacaq.
    Soruşdular: – Ya Əmirəl-möminin, "novmə" nədir?
    Buyurdu: – O kəsdir ki, camaatı tanıyır, lakin camaat onu tanımır.("Qeybəti-Nomani", səh.141, Bab 10, hədis-2 )
    Category: Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri | Added by: Islam_Kitabxanasi
    Views: 732 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024