İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri

    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri
    2012-01-24, 6:36 AM
    ƏLLİ ÜÇÜNCÜ FƏSİL
    MÖCÜZƏLİ İŞLƏR
    1 - öz oğlu ilə evlənmək istəyən qadin
    Əmirəl-möminin Əli (ə) Vəşşaya buyurdu: – Öz məhəllənizə get. Məsciddə bir-biri ilə dalaşan bir kişi ilə bir qadını görəcəksən. Onları mənim yanıma gətir.
    Vəşşa deyir: Məscidə getdim, bir qadınla bir kişinin dalaşdığını gördüm. Onlara yaxınlaşıb dedim ki, Əli (ə) sizi istəyir. Birlikdə o Həzrətin yanına getdik. Əli (ə) cavana buyurdu: – Bu qadınla nə işin var?
    Cavan: – Ya Əmirəl-möminin! Mən bu qadına mehriyyə verib öz əqdimə keçirmişəm. Ona yaxınlaşmaq istəyəndə qan gördü və mən də öz işimdən heyrətə daldım.
    Əli (ə) cavana buyurdu: – Bu qadın sənə haramdır. Sən heç vaxt onun əri olmayacaqsan!
    Camaat bu sözü eşitməklə heyrətləndilər. Əli (ə) qadına buyurdu: – Məni tanıyırsanmı?
    Qadın: – Adınızı eşitmişəm, lakin indiyə qədər görməmişəm.
    Əli (ə): – Sən filankəsin qızı filankəs və filan-kəsin nəvələrindən deyilsənmi?
    Qadın: – Allaha and olsun ki, belədir.
    Əli (ə): – Filan kişi ilə gizlində müvəqqəti əqd oxudaraq izdivac etmədinizmi? Sonra bir oğlan doğdun, öz qohum-əqrəbandan qorxduğun üçün uşağı ağuşuna götürüb gecə ikən evdən çıxdın və gizlin bir yerdə oğlunu yerə qoydun. Onun qarşısında dayandın, ona məhəbbət göstərdiyindən həyəcanlı idin. Yenidən qayıdıb oğlunu götürdün və yerə qoydun, uşaq ağladı. Sən rüsvay olmaqdan qorxdun. Çölün quduz itləri sənin ətrafını tutmuşdu, sən də təşviş içində, narahatçılıqla gedib-qayıdırdın. Nəhayət, bir it sənin uşağının başı üstünə gəldi və onu qapdı, sən övladına olan şiddətli məhəbbətindən itə bir daş atdın və o daş uşağın başını yardı. Uşaq qışqırdı. Sən isə sübhün açılacağından və sirrinin ifşa olunacağından qorxub qayıtdın. Çox iztirablı halda əllərini göyə qaldırıb dedin: "Pərvərdigara, ey əmanətləri saxlayan!"
    Qadın dedi: – Allaha and olsun ki, belədir! Mənim başıma gələn əhvalatları sizin dilinizdən eşitdiyim-dən heyrətdəyəm.
    Əli (ə) cavana üz tutub dedi: – Alnını aç.
    Cavan alnını açdı, Əli (ə) onun alnındakı daş yarasının yerini qadına göstərdi və buyurdu: – Bu oğlan sənin oğlundur. Allah bu əlaməti ona göstərməklə sənə yaxınlaşmamasını istəmişdir. Allahdan istədiyin kimi, O sənin övladını qoruyub saxlamışdır. Belə isə, Allaha şükür et.("Mənaqib" (Sərvi), 1-ci cild, səh.424 )
    2 - qəribə əhvalat
    İbni Abbas deyir: Ömər öz xilafəti dövründə bir gün sübh namazını qılmaq üçün məscidə gəldi. Gördü ki, bir nəfər mehrabda yatmışdır. Ömər öz qulamına dedi: – Onu oyat ki, namaz qılsın.
    Qulam irəli getdikdə onun bədənində qadın paltarı olduğunu gördü. Ənsardan olan bir qadın olduğunu güman edərək onu tərpətdi. Lakin o tərpənmədi. Məlum oldu ki, qadın paltarı geymiş bir kişidir, başı da kəsilmişdir.
    Ömər göstəriş verdi ki, cənazəni məscidin bir küncündə qoysunlar. Sübh namazını qıldıqdan sonra Əli (ə)-dan soruşdu: – Bu hadisə barəsində nəzəriniz nədir?
    İmam buyurdu: – Ölünü dəfn edib gözləyin, həmin mehrabda bir uşaq da görəcəksiniz.
    Ömər dedi: – Haradan bilirsən?
    Əli (ə): – Qardaşım və həbibim Rəsulullah (s.ə.v.v) məni bu hadisədən agah etmişdir.
    9 aydan sonra bir gün Ömər sübh namazını qılmaq üçün məscidə daxil olarkən gözlənilmədən uşaq ağlamağının səsini eşitdikdə dedi: – Allah, Onun Rəsulu və onun əmisi oğlu düz demişdir. (Sonra öz qulamına dedi:) Uşağı mehrabdan götür.
    Namazdan sonra uşağı götürüb Əli (ə)-ın hüzuruna gətirdi. Həzrət buyurdu: – Ənsardan bir dayə tapın, uşağı saxlasın.
    Uşaq məhərrəm ayında doğulmuşdu. Əli (ə) Ömərin qulamına buyurdu: – Uşağın dayəsini doqquz aydan sonra, Fitr bayramında bura gətirin.
    Təyin olunmuş gündə uşağın dayəsini Əli (ə)-ın hüzuruna gətirdilər. O buyurdu: – Uşağı bayram namazı qılınan yerə apar. Hansı qadın səndən uşağı alsa və üzündən öpsə, ona deyəcək: "Ey məzlum və ey zülm görmüş qadının övladı! Ey zalım kişinin oğlu!" Sonra onu götürüb mənim yanıma gətir.
    Dayə uşağı oraya apardı. Birdən eşitdi ki, arxadan bir qadın onu səsləyir və deyir: – Səni and verirəm Məhəmməd ibni Əbdüllahın haqqına, bir az dayan!
    Dayə dayandı. Qadın çatıb, uşağı aldı və üzündən öpdü. Ona dedi: – Ey məzlum! Ey məzlum qadının övladı! Ey zalım kişinin övladı! Bu uşaq mənim ölmüş uşağıma nə çox oxşayır!
    O qadın uşağı dayəyə qaytarıb getmək istəyəndə dayə onun ətəyindən tutdu. Qadın dedi: – Məni burax!
    Dayə dedi: – Səni Əliyyibni Əbu Talibin yanına aparmayınca, buraxan deyiləm.
    Qadın təşviş içində dedi: – Əli məni camaat arasında rüsvay edəcək. Əgər belə etsən, Qiyamət günündə səninlə düşmən olacağam!
    Dayə onun sözlərinə qulaq asmadan onu aparmaq istədikdə qadın dayəyə dedi: – Məni burax, səni öz evimə apararam. Sənə iki Yəmən parçası, bir Səna hilləsi, üç yüz hicri dirhəm də verərəm.
    Dayə qəbul etdi və qadınla birlikdə onun evinə getdi, mal-dövləti aldı. Sonra dayəyə dedi: – Əgər uşağı Qurban bayramı günündə gətirsən, yenə həmin qədər hədiyyə verəcəyəm.
    Camaat bayram namazından qayıtdıqda Əli (ə) dayəni çağırdı və dedi: – Ey Allahın düşməni! Mənim tövsiyəmlə nə etdin?
    Dayə dedi: – Heç kəsi görmədim.
    O Həzrət buyurdu: – Bu qəbrin sahibinin haqqına and olsun ki, yalan deyirsən! (Bu zaman Peyğəmbər (s.ə.v.v)-in qəbrinə işarə edirdi.) O qadın gəlib uşağı səndən aldı, üzündən öpdü və sənə rüşvət verərək dedi: "Əgər Qurban bayramı günü onu gətirsən, yenə həmin qədər hədiyyə verəcəyəm."
    Dayə əsməyə başladı və dedi: – Ey Allah Rəsulunun əmisi oğlu! Məgər qeybi bilirsənmi?
    Əli (ə) buyurdu: – Allahdan başqa heç kəs qeybi bilmir, lakin bu hadisəni mənə Allahın Rəsulu xəbər vermişdir.
    Qadın dedi: – Ən yaxşı söz düzgün sözdür. Əgər indi göstəriş versəniz, qadını gətirərəm.
    Əli (ə) buyurdu: – O qadın səni evinə apardıqdan sonra dərhal başqa bir evə köçdü. İndi gözləməliyik, Qurban bayramı günü onu gətirəsən ki, Allah sənin təqsirindən keçsin.
    Qadın dedi: – Baş üstə!
    Qurban bayramı günü dayə həmin yerə getdi və o qadın da gəldi. Uşağı alıb üzündən öpdü. Sonra dayə dedi: – Gəl gedək, sənə vədə verdiyim hədiyyələri verim.
    Dayə dedi: – Heç vaxt səndən əl çəkmərəm!
    Bu zaman qadın üzünü göyə qaldırıb Allah dərgahına belə dedi: "Ey biçarələrin fəryadına yetən! Ey dərdlilərin pənahı!"
    Sonra dayə ilə birlikdə məscidə gəldi. Əli (ə)-ın yanına gəldiyi zaman o Həzrət buyurdu: – Sən deyirsən, yoxsa mən deyim?!
    Qadın dedi: – Özüm deyirəm.
    Əli (ə): – Elə isə başla!
    Qadın: – Mən ənsardan olan Amir ibni Səd Xəzrəcinin qızıyam. Atam Peyğəmbərlə cihada gedib qəzvələrin birində şəhid oldu. Anam da Əbu Bəkrin xilafəti dövründə dünyadan getdi. Mən tək qalıb qonşu qadınlarla ünsiyyətdə oldum. Bir gün mühacir və ənsarın qadınlarından bir neçəsi ilə oturmuşduq. Bir əlində təsbeh, bir əlində də çəlik olan qoca bir qarı bizim yanımıza gəldi. Qadınların hamısının adını soruşdu. Mənə çatdıqda dedi: – Adın nədir?
    Dedim: – Cəmilə.
    Dedi: – Kimin qızısan?
    Dedim: – Amir Ənsarinin qızıyam.
    Dedi: – Atan varmı?
    Dedim: – Xeyr.
    Dedi: – İzdivac etmisənmi?
    Dedim: – Xeyr.
    O mənim halıma tərəhhüm etdi, ağlayaraq dedi: – İstəməzsənmi ki, bir qadın sənin yanına gəlib sənə kömək etsin, səninlə bir yerdə yaşasın?!
    Dedim: – Bəli, istəyirəm.
    Dedi: – Mən sənin üçün mehriban ana olmağa hazıram.
    Mən sevinib dedim: – Buyur, bizim ev sizin evdir. Əmr sənin əmrindir.
    Sonra məndən dəstəmaz almaq üçün su istədi. Yemək zamanı çörək, süd və xurma hazırladım. Onları gördükdə ağladı. Mən dedim: – Nə üçün ağlayırsan?
    Qoca dedi: – Qızım! Mənim yeməyim bir arpa çörəyi və bir az da duzdan ibarətdir. Sonra bir az da ağlayıb dedi: – İndi də yemək vaxtı deyildir. Mən işa namazını qıldıqdan sonra çörək yeyəcəyəm.
    Sonra ayağa qalxıb namaz qılmağa başladı. Namazı qurtardıqdan sonra mən bir tikə arpa çörəyi və bir qədər duz gətirdim. Mənə dedi: "Bir az kül də gətir." Mən kül gətirdim, onu duzla qarışdırıb üç tikə çörəklə iftar etdi. Yenidən sübh açılana qədər namaz qıldı. Mən onun vəziyyətini gördükdə yaxınlaşdım, başını öpdüm və dedim: – Mənim üçün dua et, Allah məni bağışlasın, çünki sənin duan müstəcabdır. Bu zaman mənə dedi: – Sən gözəl bir qızsan. Mən evdən çıxanda sənin tək qalaca-ğından qorxuram. Gərək bir qadın sənin yanında olsun. Mənim abid və ağıllı bir qızım vardır ki, səndən bir qədər böyükdür. Əgər istəsən, onu sənin yanına gətirərəm ki, səninlə sirdaş olsun.
    Dedim: – Nə üçün istəməyim!
    O getdi, amma bir müddətdən sonra tək qayıtdı. Soruşdum: – Nə üçün bacımı özünlə gətirmədin?
    Dedi: – Mənim qızım heç kəslə qaynayıb-qarışmayır. Mühacir və ənsarın qadınları sənin evinə çox get-gəl edirlər. Onun ibadətlərinə maneçilik törədə bilərlər.
    Dedim: – Sənin qızın mənim evimdə oluncaya qədər bir kəsin bura gəlməyinə icazə vermərəm.
    Qarı qayıdıb bir saatdan sonra, bütün bədənini bir pal-tarla bürümüş bir qadınla gəldi. Onun yalnız gözləri açıq idi. Evin qapısında dayandı. Mən dedim: – Nə üçün gəlmirsiniz?
    Qarı dedi: – Səni görməkdən o qədər sevinib ki, özünü itirib.
    Dedim: – İndi gedib qapını bağlayaram ki, heç kəs gəlməsin.
    Mən evin qapısını bağladım. O qızın ətəyindən yapışdım və dedim: "Üzünü aç." O isə imtina edib açmadı. Bir müddətdən sonra başındakı paltarı götürdükdə qara saqqallı, əlinə və saqqalına həna qoymuş cavan bir kişi olduğunu gördüm. Mən fəryad edərək dedim: "Nə üçün belə bir cinayətə mürtəkib olmusan? Qalx ayağa, evdən çıx. Ömərin qəzəbindən qorxmursanmı?"
    Mən qaçıb qurtarmaq istəyirdim ki, gözlənilmədən məni tutdu. Mən özümü onun əlində şahinin caynağında olan bir sərçə kimi hiss etdim. Mənimlə yaxınlıq etdi və sonra sərxoşluğun şiddətindən yerə yıxılıb huşdan getdi. Mən onun belinə bağladığı xəncərlə başını bədənindən ayırdım və Allahın dərgahına belə ərz etdim: "Pərvərdigara! Sən bilirsən ki, bu kişi mənə zülm etmiş, məni rüsvay etmişdir. Mən yalnız Sənə təvəkkül edirəm. Ey o Allah ki, hər vaxt bəndə Ona təvəkkül etsə, onu hər şeydən ehtiyacsız edər! Ey o Allah ki, insanların eybinə yaxşı pərdə çəkirsən." Gecə onun cəsədini götürüb məscidin mehrabına atdım və ondan hamilə oldum. Övladımı dünyaya gətirdikdən sonra onu öldürmək istədim. Lakin fikirləşdim ki, bu, xatalı yoldur. Onu bələyib məscidin mehrabına atdım. Bu mənim başıma gələn işlərdir, ey Peyğəmbərin əmisi oğlu!
    Ömər dedi: – Şəhadət verirəm ki, Peyğəmbərin belə buyurduğunu eşitmişəm: "Mən elmin şəhəri, Əli isə onun darvazasıdır." Həmçinin buyurmuşdur: "Qardaşım Əli həmişə haqq sözlər deyir."
    Sonra dedi: – Ya Əbəl-Həsən! Bunların hökmü nədir?
    Əli (ə) buyurdu: – Öldürülən şəxsin diyəsi yoxdur (qanı hədərdir), çünki böyük bir günaha mürtəkib olmuşdur. Qadına da hədd vurulmayacaq, çünki o, bu əmələ məcbur edilmişdir. (Sonra qadına buyurdu:) Qoca qadını gətirin, Allahın hökmünü ona icra edim.
    Qadın dedi: – Mənə üç gün möhlət verin.
    Əli (ə) dayəyə buyurdu: – Uşağı anasına qaytar!
    Qadın uşağı evinə apardı və sabahı qoca qarını axtarmağa getdi. Onu küçədə tapdı. Onun əlindən yapışıb darta-darta Əli (ə)-ın yanına gətirdi. Həzrət qocaya buyurdu: – Ey Allahın düşməni! Bilirsən ki, mən Əliyyibni Əbu Talibəm. Mənim elmim Peyğəmbər (s.ə.v.v)-in elmidir. Elə isə, həqiqəti bizə de!
    Qarı dedi: – Mən bu qadını tanımıram və bu hadisədən də əsla xəbərim yoxdur!
    Əli (ə) buyurdu: – And içə bilərsənmi?
    Qoca dedi: – Bəli.
    Əli (ə) buyurdu: – Əlini Peyğəmbərin qəbrinin üstünə qoy və and iç.
    Qadın and içdiyi zaman birdən-birə üzü qaraldı. Əli (ə) göstəriş verdi, ona bir güzgü gətirdilər. Qarı özünü güzgüdə gördükdə peşmançılığın şiddətindən nalə etdi. Əli (ə) Allahın dərgahına belə ərz etdi: "Pərvərdigara! Əgər bu qadın doğruçudursa, onun üzünü ağart!" Amma onun üzündəki qaralıq çəkilib getmədi.
    Həzrət Əli (ə) ona buyurdu: – Sən necə tövbə etmisən, halbuki, Allah sənin təqsirindən keçməyib?!
    Sonra Ömər göstəriş verdi ki, qarını Mədinədən çıxarıb daş-qalaq etsinlər.(Dürərul-Lətalib" )
    İbni Əbil Hədid bu hadisəni ixtisarla nəql edərək demişdir ki, bu, Ömərin xilafəti dövründə baş vermişdir.
    3 - zina ilə müttəhim olunan qiz
    Ravəndinin "Xəraic" kitabında qeyd olunur ki, ərəb qəbilələrindən birində doqquz, ya on qardaşın yeganə bir bacıları var idi ki, onu çox istəyirdilər. Bir gün onlar bacılarına dedilər: – Allahın bizə ruzi verdiyi hər bir şeyi sənə tapşırırıq, təki bir kəslə izdivac etməyəsən. Çünki, sənin başqası ilə izdivac etməyin bizim qeyrətimizə sığışmır.
    Bacıları razılaşdı və onlara xidmət etməyə başladı. Qardaşlar da bacını əzizləyirdilər. Nəhayət, bir gün bacıları aylıq adətindən pak olduqdan sonra qüsl etmək üçün bir çeşməyə gedib suda oturdu. Təsadüfən, böyük bir zəli onun bətninə daxil oldu və bir müddətdən sonra şişməyə başladı. Qardaşlar onun hamilə olduğunu güman edərək xəyanətdə müttəhim etdilər və qərara aldılar ki, onu öldürsünlər. Lakin qardaşlardan bəziləri buna mane olub dedilər: – Onu Əliyyibni Əbu Talibin yanına aparaq.
    Bacılarını İmam Əli (ə)-ın yanına aparıb hadisəni bəyan etdilər. Əli (ə) buyurdu: – Ləcən ilə (palçıqla) dolu bir teşt gətirin!
    Sonra qıza göstəriş verdi ki, teştdə otursun. Bu zaman zəli onun bətnindən xaric oldu və teştə düşdü. Qardaşlar bu heyrətli tədbiri gördükdə dedilər: – Ya Əli, sən bizim pərvərdigarımızsan və qeybi bilirsən!
    Həzrət onları bu sözlərdən çəkindirərək buyurdu: – Rəsulullah Allah tərəfindən mənə xəbər vermişdi ki, bu hadisə bu ayda, bu gündə və bu saatda baş verəcəkdir.(Bihar", 40-cı cild, səh.242 )
    4 - cüvəyriyyənin hadisəsi
    Bir kişi Cüvəyriyyə ibni Ömər ilə bir dişi at üstündə dalaşmışdı. Hər biri onu öz malı hesab edirdi. Əli (ə) buyurdu: – Şahidiniz varmı?
    Dedilər: – Xeyr.
    Sonra Cüvəyriyyəyə buyurdu: – Atı bu kişiyə ver!
    Cüvəyriyyə dedi: – Ya Əmirəl-möminin, şahidsiz?!
    Həzrət buyurdu: – Mən sənin işlərini sənin özündən də yaxşı bilirəm. Cahiliyyət dövründəki cəhalət dolu rəftarlarını unutmusanmı?!
    Sonra onun əməllərini bir-bir sadaladı.("Bihar", 41-ci cild, səh.288 Bu fəslin rəvayətlərinin mürsələ olmalarına baxmayaraq belə heyrətli xəbərlərin dərin və sonsuz elmli bir şəxsiyyətdən baş verməsi təəccüblü deyildir. Məhz buna görə də avam camaatın bəziləri o Həzrəti ilahiləşdirirdilər. 
    "Mən la yəhzur" kitabud-diyat, Bab-71, "Nəvadirud-diyat", hədis 12; "Təhzib", 2-ci cild, səh.510 )
    ƏLLİ DÖRDÜNCÜ FƏSİL
    Əleyhinə iddia olunan şəxsin bəraət qazandIrIlmasI
    Dörd nəfər bir dəvəyə sahib oldular, onlardan biri dəvənin ayaqlarını bağladı. Dəvə yol gedir və öz ipi ilə oynayırdı ki, birdən yerə yıxılaraq öldü. Bu zaman qalan üç nəfər o bir nəfərlə münaqişəyə başlayıb dəvənin pulunu tələb etdilər. Əli (ə) o üç nəfərə buyurdu: – Siz üç nəfər o bir nəfərin payını verməlisiniz, çünki o öz haqqını qoruyub saxlamışdır. Siz isə öz haqqınızı gözləmədiyiniz üçün onun da haqqını tələf etmisiniz. 
    13-cü fəslin 1-ci rəvayətində qeyd olundu ki, o Həzrət dörd dirhəm iddia edən üç çörək sahibinə yalnız bir dirhəm verdi və müddəa-əleyhi (əleyhinə iddia qaldırılan şəxsi) haqq sahibi bildi.
    Category: Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri | Added by: Islam_Kitabxanasi
    Views: 730 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024