İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti

    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti
    2012-02-06, 10:50 PM
    ÜÇÜNCÜ FƏSİL
    MƏKKƏ İSLAMİYYƏT DÖVRÜNDƏ
    İZDİVACDAN BESƏTƏ QƏDƏR
    Peyğəmbər 25 yaşında həzrət Xədicənin ticarət karvanında Şamdan xeyir-bərəkətlə qayıtdıqdan sonra onunla ailə qurdu.
    Xədicədən Peyğəmbərin dörd qız, iki oğlu dünyaya gəlmişdi. Oğlanların adı Qasim və Əbdullah, qızlarının adı isə Rüqəyyə, Zeynəb, Ümmü Gülsüm, Fatimə idi. Deməliyik ki, besətdən əvvəl qıtlıq olduğu üçün Əbu Talibin ailəsi çox əziyyət çəkirdi. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) belə qərara gəldi ki, əmisinin övladlarından birini–Əlini öz öhdəsinə götürsün. Həzrət Əli (əleyhissalam) bu barədə buyur: "...siz mənim Peyğəmbərin yanında boya-başa çatdığımı bilirsiniz. Mən hər gün onun gözəl əxlaqından nümunələr götürürdüm.”
    Belə bir sual ortaya çıxır: Peyğəmbər besətdən əvvəl hansı dinə etiqad edirdi?
    O bütün ömrünü təkallahlığa, Allahı tanımağa həsr etmişdi. Bunun sübutuna bir neçə dəlilimiz var. Biri budur ki, onun tərbiyəçiləri Əbdül Müttəlib və Əbu Talib tək olan Allaha inanırdılar. İkinci dəlil budur ki, Buheyra ilə danışanda Lat və Üzzanı pislədi. Üçüncüsü budur ki, tarixçilərin yazdığı kimi, Həra mağarasında Allaha ibadət edərdi. Dördüncü sübut budur ki, onun yeganə şagirdi Əli (əleyhissalam) buyurur ki, o vaxt ki, Peyğəmbəri süddən kəsdilər, Allah böyük bir mələyi onun tərbiyəsi üçün təyin etdi.
    VƏHYİN GƏLMƏSİ
    Məkkənin şimal tərəfində bir dağ var ki, Həra dağı adlanır. Həmin dağın zirvəsində Həra mağarası yerləşir. Bu mağara Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in ibadətgahı idi. Bütün orucluq aylarını orada keçirərdi. İbadətdən başqa iki şey daim onun fikrini məşğul edərdi:
    1. Yer ilə göyün yaranması və onların nizamı.
    2. Cahiliyyət dövrünün haqsızlığı, bədbəxtliyi qarşısında məsuliyyət hiss etməsi barəsində.
    Rəcəb ayının 27-ci günü Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) həmişəki kimi mağarada idi. Cənab Cəbrail Qurani Kərimin ilk ayələrini onun üçün oxudu. ("Ələq” surəsi, ayə 1-5)
    Mələklə insanın üzbəüz olması əvvəlcədən ruhi bir hazırlıq tələb edir. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bu ruhi hazırlığı ibadətlə və yaxud yuxu görmə prosesində əldə etmişdi. Eyni zamanda Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) nazil olan ilk ayələri deməyə çəkinirdi. Cənab Cəbrail üç dəfə onu silkələyib, bu ayələri təkrarlamağa məcbur etmişdi. Bədənində bir üşütmə hiss edən Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) mağaranı tərk edib evə, Xədicənin yanına gəldi. Hiss olunurdu ki, Peyğəmbərin böyük ruhu vəhyin sayəsində daha da nurlanmışdır.
    O dağdan enəndədə bir nida onu daim müşayiət edirdi: "Mən mələk Cəbrailəm, sən Allahın Rəsulusan.” Peyğəmbər evə yetişəndə Xədicə onun simasında bir iztirab hissi keçirdiyini müşahidə elədi. Nə baş verməsini ondan soruşdu. Həzrət olmuş hadisəni danışdı. Xədicə ona ehtiramla baxdı və ona dua edib dedi ki, Allah sənə kömək edəcəkdir. Vücudunda bir yorğunluq hiss edən Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) yatmaq istədi. Dedi ki, mənim üstümü ört, üşüyürəm. Peyğəmbər yuxuya daldı. Xədicə Vərəqə ibni Nofəlin yanına getdi. (O, Xədicənin əmioğlusu, ərəblərin ən biliklisi idi.) Xədicə Peyğəmbərdən eşitdiklərini olduğu kimi ona çatdırdı. Vərəqə ibni Nofəl dedi ki, Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) düz danışandır və ona peyğəmbərlik verilibdir.
    Burada bir neçə mətləbi qeyd edək:
    1. Vəhyin ilk ayələri. (Tovhid və elm) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in şəriətinin əsaslarındandır.
    2. Peyğəmbərin şəriətinə ilk iman gətirənlər qadınlardan Xədicə, kişilərdən Əli (əleyhissalam) idi.
    Əli (əleyhissalam) "Qasiə” xütbəsində buyurur ki, İslamın qədəm basdığı ilk ailənin üçüncü şəxsi mən idim.
    3. İslamı ilk qəbul edənlərdən olan Xədicənin imanını Peyğəmbər yüksək qiymətləndirir və onun yoxluğundn kədərlənirdi. Bir gün Ayişə, Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) evi tərk edərkən ona dedi ki, Allah Xədicədən də yaxşısını sənə qismət edib. Peyğəmbər bu sözdən əsəbiləşdi və buyurdu ki, heç vaxt Allah Xədicədən yaxşısını mənə verməyibdir. O, o zaman mənə iman gətirmişdi ki, hamı məni inkar edirdi.
    MÜSƏLMANLARI MÜHASİRƏYƏ ALMAQ SİYASƏTİ
    Qüreyşin başçıları müsəlmanlara təzyiq göstərmək üçün onları iqtisadi və siyasi mühasirəyə almaq qərarına gəldilər. Bununla əlaqədar bir qərar çıxarıb, onu Kəbədən asdılar. Qərarın şərtlərində müsəlmanlarla izdivac və ya müamilə, ticarət qadağan olunurdu.
    Əbu Talib əmr verdi ki, müsəlmanlar müşriklərin mühitindən uzaqlaşmaq üçün şeybi Əbu Talibdə (Əbu Talib dərəsində) cəm olsunlar. Həmin yerin ətrafında məmurlar qoydular ki, Qüreyşin həmlələri haqqında məlumat versinlər.
    Müsəlmanlar üç il müddətində min cür əzab-əziyyətlə, ac və susuz bu şəraitdə yaşadılar. Bir xurmanı iki nəfər öz aralarında bir günlük təam kimi bölürdülər. Yalnız haram aylarda, (Həcc mövsümündə) əmin-amanlıqda olurdular.
    Qüreyş hətta onlara yardım göstərməyi də qadağan etmişdi. Bütün bu qadağanlara baxmayaraq, müsəlmanlara gizlin şəkildə kömək edənlər tapılırdı. Həkim ibni Hizam-Həzrət Xədicənin qardaşı oğlu-dəvəyə bəzən azuqə yükləyib həmin dərənin yanına gəlirdi. Sonra dəvənin cilovunu üstünə atıb, müsəlmanlara sarı qovurdu.
    ...Bu təzyiqlər müsəlmanların səbrini tükəndirmədi. Amma uşaqların nalə, şivən səsi qərar çıxaran Qüreyş ağsaqqallarının bəzisini təsirləndirdi və onların öz mövqelərini dəyişmələrinə səbəb oldu. Onlardan Hişam ibni Ömər Züheyr, (Əbdül Müttəlibin qız nəvəsi idi) və Mutim ibni Ədi öz aralarında belə qərara gəldilər ki, növbəti iclasda müsəlmanlara qarşı olan qərarın əleyhinə çıxsınlar. Əbu Cəhl öz etirazını bildirdi və buna baxmayaraq, Mutim dərhal Kəbədən qərarnaməni iclasa gətirdi. Onu gördükdə hamısı təəccübdən yerində donub qalmışdı: "Bismillah” kəlməsindən başqa qərarnamənin hər yerini güvə yeyib-dağıtmışdı.
    Başqa bir rəvayətdə deyilir ki, Peyğəmbər vəhy vasitəsilə vəziyyətdən yəni güvənin qərar yazılan kağızı yeməsindən xəbərdar idi.
    Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) əmisi Əbu Talibə, o da öz növbəsində Qüreyşə məlumat verdi. Qüreyş başçıları qərara baxıb gördülər ki, Peyğəmbərin sözləri düzdür. Bundan sonra müsəlmanları azad etdilər.
    "HÜZN İLİ”
    Əzab-əziyyət, məşəqqətlərdən təzə xilas olmuş müsəlmanlar acı bir hadisə ilə üzləşdilər: Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in əmisi Əbu Talib vəfat etdi. O, 42 il ərzində İslam Peyğəmbərini müdafiə edir, onu min bir xətadan qoruyurdu. Hətta Şeybi-Əbu Talibdə qalanda Peyğəmbəri qəfil hücumlardan qorumaq üçün oğlu Əli (əleyhissalam) ilə yerini dəyişərdi.
    Və ya bir gün Əbu Talibin evində yığıncaqda Qüreyş ağsaqqallarından Əcəbə dedi ki, Peyğəmbərin çarəsi yalnız ona qarşı sui-qəsd etməkdir. Əbu Talib bu sözdən çox narahat oldu. Təsadüfən, o gün axşamdan xeyli keçməsinə baxmayaraq, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) evə gəlməmişdi. Əbu Talib fikirləşdi ki, ona sui-qəsd edilib. Təcili olaraq Bəni Haşimi silahlandırıb intiqam almaq üçün səfərbər etdi. Bu vaxt Zeyd ibni Harisə Peyğəmbərin salamatlığı xəbərini gətirib dedi ki, O, yəni Peyğəmbər təbliğatla məşğuldur. Bununla da Əbu Talib fikrindən daşındı.
    Əbu Talib dünyasını dəyişəndə də oğlanlarına tapşırdı ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən muğayat olsunlar.
    Əbu Talibin İslama iman gətirməsini həm onun sözlərində, həm də Peyğəmbəri himayə etməsində görə bilərik.
    Besətin 10-cu ili, Əbu Talibin vəfatından 35 gün sonra Peyğəmbəri-İslama ruhən dayaq və arxa olan digər bir hamisi–zövcəsi həzrəti Xədicə də dünyasını dəyişdi.
    Bu iki ağır itki Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in həyatında dərin təsir bağışladı.
    Bu il tarixə "Hüzn” ili kimi daxil oldu.
    Bu müddətdə Allah-Taala Peyğəmbərə bir möcüzə də bəxş etdi, bu da onun meracı idi.
    HƏZRƏT XƏDİCƏ HAQQINDA PEYĞƏMBƏR (səlləllahu əleyhi və alihi və səlləm)-İN KƏLAMI
    1. Xədicə birinci qadın idi ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə iman gətirdi.
    2. Xədicə behiştin ən fəzilətli qadınlarındandır.
    3. O bir qadın idi ki, Allah-Taala Cəbrail vasitəsi ilə ona salam göndərmişdir.
    4. Xədicə elə bir qadın idi ki, hər zaman Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onu yad edər və ağlardı.
    5. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sair qadınlarına onun haqqında belə buyurmuşdu: "Xədicə mənə iman gətirəndə siz hələ kafir idiniz.”
    6. Ayişə deyərdi: Mən nə qədər çalışırdım ki, ona əziz görsənəm, hər dəfə o, Xədicəni tərifləyərdi.
    7. Xədicə bir qadın idi ki, bütün var-dövlətini İslamın ixtiyarına vermişdi.
    8. Xədicə Peyğəmbərin ən gözəl qadınlarından biri idi. O, 25 il Peyğəmbərin vəfalı ömür-gün yoldaşı oldu, 65 yaşında ikən vəfat etdi.
    HƏZRƏT ƏBU TALİB HAQQINDA PEYĞƏMBƏR (səlləllahu əleyhi və alihi və səlləm)-İN KƏLAMI
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) onun haqqında belə buyurmuşdur: "Ey mənim əmim! Sən məni, yetim bir uşaq ikən böyütdün, boya-başa çatdırdın. Böyüdükdə isə, mənə arxa, kömək oldun.”
    PEYĞƏMBƏR (səlləllahu əleyhi və alihi və səlləm) ALLAHIN HÖKMÜYLƏ MƏDİNƏYƏ GEDİR
    Qüreyşin bütün bu tədbirlərindən sonra İslam Peyğəmbərinin Məkkəni tərk etməsi çox təhlükəli idi. O, vəziyyətdən çıxış yolunu bunda gördü ki, öz yerində (yəni yatağında) başqasını qoysun, onlar elə zənn etsinlər ki, Peyğəmbər evdədir.
    Küçələrdə və şəhərin girişində nəzarət olmasın, yəni Qüreyş keşikçilərinin nəzər-diqqəti evin ətrafına yönəlsin.
    İkinci bir tərəfdən, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in yerində yatmaq, təhlükəli olub, ölümlə üzbəüz gəlmək idi.
    İslama ilk iman gətirən şəxs–Həzrət Əli (əleyhissalam) Peyğəmbərin yolunda öz canından keçməyə hazır oldu və o din yolunda öz canını Allaha müamilə etdi: "Allahın razılığını əldə etmək üçün insanlardan bəzisi öz canından keçir.” ("Bəqərə” surəsi, ayə 207)
    Gecədən bir az keçmiş Qüreyş cəlladları evi mühasirəyə aldılar. Həzrət Əli (əleyhissalam) əvvəlcədən Peyğəmbərin yatağında uzanmışdı. Keşikçilər qapının dəliyindən baxanda evi adi halda görürdülər. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) "Yasin” surəsinin "və cəəlna min bəyni əydiyhim səddən və min xəlfihim səddən, fəəğşəynahum fəhum la yubsirun” ayəsini oxumaqla düşmənin mühasirəsindən çıxdı.
    Burada tarixçilər müxtəlif fikirlər söyləmişlər. Bəziləri deyiblər ki, kəramət (möcüzəli hadisə) gücünə keşikçilər Peyğəmbəri görməyiblər. Bəziləri də buyurub ki, keşikçilər səhərə qədər yuxlamışdılar, çünki Əbu Ləhəb gecə vaxtı evdə arvad-uşaq üçün narahatçılıq yaranmasın deyə, onların gecə hücum etməsinə mane olmuşdu.
    Belə bir fikir də mövcuddur ki, İslam Peyğəmbəri mühasirədən əvvəl evi tərk edibmiş.
    ...Keşikçilər sübhün açılmağını gözləyirdilər ki, Bəni Haşim Peyğəmbərin güruh tərəfindən öldürülməsinin şahidi olsun. Keşikçilər qılıncları siyirmiş halda evə daxil oldular. Əli (əleyhissalam) soyuqqanlıqla onlardan gəlmələrinin səbəbini soruşdu. Keşikçilər Peyğəmbəri xəbər aldılar. Əli buyurdu ki, Peyğəmbərdən xəbərim yoxdur.
    MƏKKƏNİN FƏTHİ
    İslam tarixində elə hadisələr olur ki, onlar İslam dininin inkişafında təkanverici rol oynamışlar. Bu hadisələrdən biri də hicrətin 8-ci ilində baş vermiş Məkkənin fəthi idi. Bu dövrdə Ərəbistanda yaşayan Xuzaə qəbiləsi müsəlmanların tərəfində idi. Müsəlmanların Mutə müharibəsində yarımçıq qələbəsi Qüreyşi cürətləndirdi və onlar Bənu Bəkr qəbiləsini Xüzaə tayfasına qarşı silahlandırdılar. Bənu Bəkr qəbiləsi Xuzaə qəbiləsinin bir hissəsini öldürdü, bir hissəsini də əsir etdi. Bununla, Qüreyş tayfası Hüdeybiyyə sülhünün şərtlərini pozdu. Xüzaənin başçıları Mədinəyə gəlib Peyğəmbərdən kömək istədilər. Həzrət onlara söz verdi ki, dadlarına yetişəcək.
    Öz işindən peşiman olan Qüreyş Əbu Süfyanı İslam peyğəmbərindən üzr istəmək üçün Mədinəyə göndərdi. O, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in hüzuruna gəlib Hüdeybiyyə sülhünün şərtlərini pozduqlarına görə üzr istədi. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) ona heç bir cavab verməyib, etinasız yanaşdı. Əbu Süfyan Peyğəmbərin səhabələri, Əli (əleyhissalam) və Həzrəti Fatimeyi Zəhra vasitəsilə İslam peyğəmbərinə yol tapmağa çalışdı. Heç bir nəticə əldə etməyən Əbu Süfyan Həzrət Əli (əleyhissalam)-ın təklifi ilə məsciddə müsəlmanların qarşısında söz verdi ki, sülhün şərtlərini bir daha pozmayacaqlar. Bundan sonra o, Məkkəyə yola düşdü.
    Əbu Süfyanın uğursuz səfərindən nigaran qalan Qüreyş əyanları İslam Peyğəmbərinin mənfi münasibətindən çox narahat idilər.
    Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Qüreyşi aradan götürmək məqsədilə Məkkəni fəth etmək qərarına gəldi. Bu səbəbdən camaatı səfərbər etdi və 10 min nəfərlik qoşunla Ramazan ayının 10-da Məkkəyə doğru hərəkət etdi. Qüreyş müsəlmanların bu hərəkətindən xəbərsiz idi. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) isə qəflətən Məkkəyə daxil olmaq istəyirdi.
    Peyğəmbərin əmisi Abbas Məkkədə yaşayırdı və onun Qüreyşlə münasibəti çox yaxşı idi. Abbas Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in yanına getmək qərarına gəlir və Cöhfədə Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-lə rastlaşır. Əmisi ilə görüşən Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) qoşuna əmr edir ki, hər kəs şəhərin ətrafında tonqal yandırsın.
    Abbas Məkkəyə qayıdıb vəziyyətlə Əbu Süfyanı tanış edir, ona təslim olmaq haqqında peyğəmbərin təklifini qəbul etməyi və bu məqsədlə onun hüzuruna getməyi məsləhət görür.
    Bu vəziyyətdən qorxuya düşən Əbu Süfyan Abbasla birlikdə İslam Peyğəmbərinin hüzuruna gəldi. Həzrət buyurdu ki, Əbu Süfyanı səhərə kimi çadırda saxlayın, onunla sabah səhər danışıqlara başlayacağam.
    Əbu Süfyanın qorxudan İslamı qəbul etməsi olmasa da, amma onun müsəlmanların cərgəsində olması çox əhəmiyyətli idi. Danışıqlarda iştirak edən Abbas Peyğəmbərə bildirdi ki, Əbu Süfyan hakimiyyət, vəzifə sevən adamdır.
    Bütün Məkkə əhli Əbu Süfyanın yolunu nigarançılıqla gözləyirdi. Əbu Süfyan Məkkəyə varid olub xalqa bəyan etdi ki, bizim İslamı qəbul etməkdən başqa yolumuz yoxdur. Buna görə Məscidül-Hərama daxil olan, evində qalıb çölə çıxmayan, silahı yerə qoyan, mənim evimə pənah gətirənlər nicat tapacaq, əmin-amanlıqda olacaqlar.
    Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) öz sərkərdələrinə tapşırmışdı ki, Məkkəni qan tökmədən fəth etməliyik.
    Həzrət Məkkəyə varid oldu. Kəbə evini, Məscidül-Həramı görəndə sevincdən göz yaşı tökdü, sonra ziyarət məqsədi ilə Məscidül-Hərama daxil oldu. Təvaf etdi. Hubəl bütünü sındıranda İslam ordusu 3 dəfə "Allahu əkbər” səsi ilə bütün Məkkəni lərzəyə saldı. Sonra aralığa dərin bir sükut çökdü. Qüreyş əhli müsəlmanlara və Peyğəmbərə qarşı etdikləri haqsızlıqlar haqqında düşünürdü və diqqətlə Peyğəmbərin üzünə baxıb danışmağını gözləyirdi. O sözünə belə başladı: "Siz məni ölkədən didərgin saldınız, mənim peyğəmbərliyimi qəbul etmədiniz. Bu gün isə intiqam günü yox, əfv günüdür.”
    Sonra Bilal azan verdi və birlikdə camaat namazı qılındı. Kəbəyə daxil olan Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Məscidül-Həramı bütlərdən təmizlədi. Hamı Peyğəmbərə beyət əlini uzatdı. Hətta qadınlar da Həzrətin əli dəymiş su təştinə əllərini salıb beyət etdilər.
    MƏKKƏ ŞƏHƏRİNİN BİR NEÇƏ MƏSCİDİ
    1. "Məscidül-Həram”
    Bu elə bir məsciddir ki, burada qılınan bir rükət namaz, başqa məscidlərdə qılınan min rükət namaza bərabərdir.
    Dördbucaq şəklində olan Kəbə binası bu məscidin tən ortasında yerləşir. Bu məscidin 7 minarəsi var. Minarələrin hündürlüyü 90 m-dir. Kəbənin "Həcərül-əsvəd” olan küncündə bir minarə, qalan künclərində isə iki minarə yerləşir.
    2. "Cin” məscidi.
    Bu məscid "Əbu Süfyan” bazarının yaxınlığında yerləşir.”Cin” surəsi bu yerdə İslam Peyğəmbərinə nazil olub. İki rükət "təhiyyət” namazı qılmaq bu məsciddə müstəhəbdir.
    Category: Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti | Added by: Islam_Kitabxanasi
    Views: 864 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024