İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti

    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti
    2012-02-06, 10:49 PM

    "HƏRƏM” NƏ DEMƏKDİR?
    Allah-Taala Həzrət Adəm (əleyhissalam)-ı behiştdən xaric edərək onu Səfa dağına atdı. O zaman Adəm (əleyhissalam) özünü qaranlıq bir aləmdə hiss etdi. Allahın əmri ilə bir dürr Kəbənin yerində qərar tutdu. Bu dürrün ziyası (işığı) Məkkənin dağlarına yayıldı. Bu dürrün nurunun əhatə etdiyi o sahəyə "hərəm” deyərlər. Hərəmi müəyyən əlamətləri ilə hüdudlanıbdır.
    1. Hərəmin şimal tərəfi məscidi-Tənimlə məhdudlaşır ki, bu məscid Mədinə yolunun üstündədir və Məscidül-Hərama qədər 6 km məsafəsi var.
    2. Cənub tərəfi "izaətül-ləbən” məntəqəsi ilə məhdudlaşır. Yəmən yolunun üstündə qərar tutub və Məscidül-Hərama qədər 12 km məsafədə yerləşir.
    3. Şərq tərəfdən Taif yolunun üstündəki "Cəranə” məntəqəsi ilə məhdudlaşır.
    4. Qərb tərəfdən "Hüdeybiyyə” məntəqəsi ilə məhdudlaşır.
    Allah hərəmi insanlar və heyvanlar, hətta göyərtilər üçün də əmniyyət yeri qərar veribdir. Bu hərəmin müəyyən hökmləri var, bir neçəsini qeyd edirik:
    1–Ehramsız hərəmə daxil olmaq olmaz;
    2–Şeytana atılan daşları ancaq hərəmdən yığmaq olar;
    3–Hərəmdə itən əşyaya, sahibi gəlib götürənə qədər heç kim əl vurmaz;
    4–Hərəmdə adam öldürmək olmaz.
    Bir nəfər İmam Sadiq (əleyhissalam)-dan soruşdu: "Bir adam hərəmdən kənarda adam öldürsə və sonra hərəmə daxil olsa, onun hökmü nə cür olar?”
    İmam (əleyhissalam) buyurdu: "Onu (hərəmdə) öldürməzlər, lakin ona o qədər su və yemək verməzlər ki, hərəmi tərk etsin. Çıxandan sonra isə o şəxsə cəza hökmü vacibdir.”
    Soruşdular: "Əgər hərəmin daxilində bir adam başqa bir adamı qətlə yetirsə və ya oğurluq etsə, onda nə cür olar?”
    İmam (əleyhissalam) buyurdu: "O, hərəmin daxilində olduğu halda belə, ona cəza hökmü vacibdir. Çünki o, hərəmin ehtiramını saxlamamışdır.”
    MƏSCİDÜL-HƏRAMIN BƏRPASI VƏ GENİŞLƏNMƏSİ
    Xəlifə Ömər, Xəlifə Osman və Abdullah ibni Zübeyrin dövründə Məscidül-Həram bərpa olunub və genişləndirilib. Hicrətin 91-ci ilində Əməvi xəlifələrindən biri olan Vəlid ibni Əbdül Məlik gördü ki, "beytül-malın” xəzinəsində olan var-dövlət həddən ziyadədir. Odur ki, əvvəlcə Dəməşq camiəsini bina etdi, sonra Məscidül-Həram və Məscidün-Nəbini bərpa edib və genişləndirdi, Kəbəyə qızıl navalça asdı.
    ABBASİLƏR DÖVRÜNDƏ MƏSCİDÜL-HƏRAMIN GENİŞLƏNDİRİLMƏSİ
    Abbasilərin ikinci xəlifəsi Mənsur bir gün Məkkəyə səfər etdi. Şəhərə varid olanda gördü ki, bura gələn camaatın sayı çoxalıb. Ona görə də qərara aldı ki, ətrafdakı evləri alıb məscidin ərazisinə əlavə etsin. Məscidül-Həramın ilk dəfə bu cür genişləndirilməsi, hicrətin 140-cı ilinə mütabiqdir.
    Xəlifə Mənsurun oğlu Mehdi Abbasi Hicrətin 161-ci ilində məscidi yenidən genişləndirdi.
    Bunu da qeyd etmək lazımdır ki, Mənsur Abbasi evləri alarkən bir sıra çətinliklərlə üzləşdi. Ona görə də İmam Cəfəri Sadiq (əleyhissalam)-dan kömək istəmək məcburiyyətində qaldı.
    İmam (əleyhissalam) Quranın "İnnə əvvələ beytin vuziə linnasi ləlləzi bibəkkətə mübarəkən” ayəsini ona xatırladaraq bildirdi ki, bu ayə möhkəm bir dəlildir, onun hökmünə əsasən, bu hərəmi zəvvarların ehtiyacları olan yerədək genişləndirmək lazımdır.”
    KƏBEYİ-MÜƏZZƏMƏ
    Kəbənin hündürlüyü–16 m
    Kəbə qapısının yerləşdiyi sahənin (divarın) uzunluğu 11,58 m; "Hicri İsmail” tərəfdəki divarın isə uzunluğu 10,22 m-dir.
    Kəbənin özünün səthi yerin səthindən 1,5 m hündürlükdədir.
    Qüreyş Kəbəni bina edəndən qabaq Kəbənin şərq və qərb tərəfə açılan iki qapısı vardı. Qüreyş qərb qapısını bağladı, Abdullah ibni Zübeyr isə açdı.
    Hicrətin 177-ci ilində Səd ibni Əbdül-Əzizin göstərişi ilə Kəbə təmir olundu. Kəbənin daxilinə mərmər döşəndi və dama qalxmaq üçün pilləkən qoyuldu.
    KƏBƏNİN QAPISI
    Kəbənin şərq divarında "Həcərül-əsvəd”ə yaxın, məscidin səthindən 2 m hündürlükdə yerləşir.
    KƏBƏNİN PƏRDƏSİ
    İlk dəfə İsmailin zövcəsi nəzir etdi ki, Kəbə üçün pərdə toxusun. Xəlifələr şan-şöhrət xatirinə hər il Kəbənin pərdəsini müxtəlif və bahalı parçalardan toxuyurdular və hər il mərasimlə əlaqədar o pərdə dəyişilirdi. Rəvayətlərdə pərdədən tutmaq və dua etmək təkid olunub. Qədimdə Misir və Yəmən padşahları bu pərdəni hazırlayırdılar. Sonrakı dövrlərdə Səudiyyə Ərəbistanında bu pərdələri toxumaq üçün məxsusi fabrik tikildi. O vaxtdan etibarən Kəbənin pərdələri orada hazırlanır.
    Bu pərdənin üzərində aşağıdakı kəlmələr yazılmışdır:
    "Subhanəllahul-əzim, la ilahə illəllah, Mühəmmədun Rəsulullah, Allahu cəllə-cəlaluhu.”
    Hər il Qurban bayramında bu pərdəni dəyişirlər.
    KƏBƏNİN DÖRD GUŞƏSİ
    1. Şərq guşəsi:
    "Həcərül-əsvəd” daşı bu guşədə yerləşir.
    2. Şimal guşəsi: (Bu küncə "İraqi”də deyərlər.)
    3. Qərb guşəsi: (Bu küncə "Şami”-də deyərlər.)
    4. Cənub guşəsi: (Bura "Yəməni”-də deyərlər.)
    "RÜKN-YƏMƏNİ” ("YƏMƏNİ” KÜNCÜ)
    İmam Sadiq (əleyhissalam) buyurub: "Yəməni rüknü biz Əhli-beytə məxsus olan küncdür ki, biz oradan behiştə daxil olacağıq. Orada hansı dua oxunsa, Allah yanında qəbul olunur.”
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: "Hər vaxt ki, mən "Yəməni” rüknünə yetişirdim, Həzrəti Cəbraili orada görürdüm.”
    "HƏCƏRÜL-ƏSVƏD” DAŞI
    "Həcərül-əsvəd” daşı Kəbə bina olunan gündən sonra orada qərar tutub.
    Bütün təriqələrin rəvayətlərinə görə bu daşı Həzrəti Adəm (əleyhissalam) behiştdən özü ilə birlikdə gətirib.
    Bu daş, zaman ötdükcə öz həcmini dəyişərək kiçilmişdir.
    Hal-hazırda onu Kəbə səthindən 1,5 m hündürlükdə küncdə, gümüş qabda saxlayırlar. Bu daşın rəngi əvvəllər ağ idi, lakin ya günahkar bəndələrin ona əl vurmaqlarından, ya da Kəbə binasının dəfələrlə od tutub yanmasından qaralıb.
    Bir rəvayətə görə bu daş əvvəllər mələk olub, sonralar daş şəklinə düşüb. (Bunu da xatırlatmaq lazımdır ki, mələk it və donuzdan başqa hər bir şəklə düşə bilər.)
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: "Həcərül-əsvəd yer üzərində Allahın "sağ əli”dir. İnsanlar ona əl vurmaqla Allahla peyman bağlayırlar.”
    Həzrət Əli (əleyhissalam) buyurub: "Qiyamət günü "Həcərül-əsvəd” daşı dil açıb şəhadət verəcəkdir ki, kimlər öz əhdinə sadiq olub və kimlər əhdə vəfasız çıxıblar.”
    Hicrətin 63-cü ili Yezidin Kəbəyə hücumu nəticəsində bu müqəddəs daş üç hissəyə parçalanmışdı. Sonralar onu Abdullah ibni Zübeyr gümüşə tutmuşdur.
    MULTƏZƏM
    "Həcərül-əsvəd”lə Kəbənin qapısı arasındakı yerə "Multəzəm” deyərlər. O yerdə Allah, Həzrəti Adəmə tövbəni öyrətdi. Bu yer dua qəbul olunan yerlərdən biridir.
    HƏTİM
    "Həcərül-əsvəd” ilə Kəbənin qapısının arasında Zəmzəm quyusuna tərəf olan sahəyə "Hətim” deyərlər. Bu yerdə izdiham həddən ziyadədir. Çünki hamı "Həcərül-əsvəd”ə yaxınlaşaraq onu ziyarət emək istəyir.
    "MÜSTƏCAR”
    "Müstəcar”, "Yəməni” rüknə yaxın olan yerdir və Kəbənin qapısı ilə tuş Beytullahın tərəfidir. O zaman ki, Kəbənin iki qapısı var idi, onlardan biri hal-hazırda öz yerində qərar tutan qapı, ikincisi isə Kəbənin müstəcar hissəsində idi. Bu, həmən qapıdır ki, Fatimə binti Əsəd Həzrət Əli (əleyhissalam)ı dünyaya gətirərkən o qapıdan daxil olmuşdu. Bura dua qəbul olunan yerlərdən biridir.
    Bu məqama məxsus olan zikrlərdən biri aşağıdakı kimidir:
    "Allahummə əlbeytu, beytuk, vəl-əbdu əbduk və Həzəlməqamul–aizu bikə minən-nar.”
    İBRAHİMİN SİMASI QURANDA
    1–Onun bütün işləri Allaha xatir idi;
    "Ənam” surəsinin 79-cu ayəsində Quran Həzrət İbrahimin dili ilə belə buyurur: "Mən ixlas ilə göyləri və yeri Yaradana tərəf üzümü tutdum. Mən (Allaha) şərik qoşanlardan deyiləm.”
    2–Bütpərəstliyə nifrət bəsləyirdi;
    "Ənbiya” surəsi, 67-ci ayə: "Sizdən və Allahdan başqa sitayiş etdiyiniz şeylərdən bizaram. Ağıl ilə anlamayırsınızmı?”
    3–Mübarizə səhnəsində qətiyyətli və cəsarətli idi;
    "Ənbiya” surəsi, 57-ci ayə: "Və Allaha and olsun ki, siz gedəndən sonra bu bütlərin çarəsini qılaram!”
    4-Müşriklər İbrahim (əleyhissalam)-ı oda atandan sonra Allah tərəfindən əmr gəldi ki: "Ey od, İbrahimi yandırma!”
    "Ənbiya” surəsi, 67-68-ci ayələr: "Dedilər: "Bir iş görmək istəyirsinizsə, onu yandırın və öz allahlarınıza yardım edin. Söylədik: "Ey od, İbrahimə qarşı sərin və sağlam ol!”
    5. Həzrət İbrahim (əleyhissalam) dəhşətli və sarsıdıcı hadisələr vaxtında olduqca təmkinli və səbirli idi.
    "Saffat” surəsi, 102, 103, 104, 105 və 106-cı ayələr. "...(İsmail) Böyüdü, Səfa-Mərvə arası, atası ilə bərabər qaçışa başladı. İbrahim dedi: Oğlum, yuxuda görmüşəm ki, başını kəsirəm. Görəsən, bu nə yuxudur? Oğlu dedi: Atacan, sənə nə buyururlar, onu da yerinə yetir. Allah qoysa görərsən mən necə səbirliyəm. İkisi də özünü Allaha təslim etdi. İbrahim oğlunun başını qurbangahda yerə qoydu. Onu səslədik: Ey İbrahim, sən yuxunu təsdiq etdin. Yaxşıları, bax, beləcə mükafatlandırırıq. Əslində onları açıq-aşkar imtahana çəkmişdik.”
    Quranın 25 surəsində İbrahimin 69 dəfə adı çəkilir.
    HƏZRƏT İBRAHİM (əleyhissalam)-IN HƏYATINA AİD BİR NEÇƏ MƏLUMAT
    1. Həzrət İbrahim (əleyhissalam) Kəbə evini bina etdikdən 4 il sonra Hacər dünyadan getdi və Sara (həzrət İshaqın anası) 30 il Hacərdən sonra vəfat etdi.
    2. Nuhun tufanı zamanında Kəbə evi dağılıb viran oldu. Allah İbrahimə, Kəbə evini yenidən bina etməyi əmr edəndə, Allah-Taala tərəfindən güclü bir külək əsib Kəbə yerində olan qumları kənara sovurdu. Bu zaman Kəbənin bünörvəsi aşkar oldu və Həzrət İbrahim Kəbə evini yenidən bina etməyə başladı.
    3. Allah, İbrahimə xalqı həcc ziyarətinə çağır, dəvət et-deyə əmr edəndə, İbrahim sual etdi ki, mənim səsim xalqa nə cür çatacaq? Allah-Taala buyurdu: "Sən o daşın üstünə (məqami-İbrahim) çıx və xalqı səslə, sənin səsini onlara mən çatdıracağam.”
    Qiyamət gününədək həcci ziyarət edərək ləbbeyk deyən bütün o müsəlmanlar, onlar həmən kəslərdir ki, İbrahimin səsini eşidib və dəvətini qəbul ediblər.
    "MƏQAMİ İBRAHİM”
    Bu məqam Kəbədən 13,5 m məsafədə yerləşir. Məqamın balaca günbəzi və onun içində bir daş var ki, Həzrət İbrahimin ayaqlarının izləri o daşın üzərində həkk olunmuşdur. Bu həmən daşdır ki, Həzrət İbrahim onun üzərində dayanıb Kəbənin divarını hörərdi. Həmçinin bu daşın üzərində dayanıb camaatı Allahın evini ziyarət etməyə çağırardı.
    Vacibdir ki, hacılar vacib təvaf namazını bu məqamın arxasında qılsınlar. Bu da imamətin rəmzidir.
    "Məqami İbrahim” Kəbənin şərq tərəfində yerləşir.
    ZƏMZƏM QUYUSU
    Zəmzəm elə bir çeşmədir ki, Allah-Taala Öz lütfü və mərhəməti ilə həzrət İsmailin ayağı altından cari etdi. Bu bulaq tarix boyu müxtəlif hadisələrə məruz qalıbdır. İndi də Allah qonaqları bu xeyirli və bərəkətli sudan istifadə edirlər. Hətta İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) Mədinədə olan zaman həccə gedənlərə buyurardı ki, mənim üçün "Zəmzəm” suyundan sovqat gətirsin.
    Müsəlmanlar "Zəmzəm” suyundan bir dərman kimi istifadə edirlər. Müstəhəbdir ki, Zəmzəm suyunu içəndə bu duanı oxusunlar: "Allahumməc-əlhu ilmən nafiən və rizqən vasiən və şifaən min kulli dain və suqmin.”
    Bu quyu Kəbədən 18 m-likdə və onun səviyyəsindən 5 m aşağıda yerləşir.
    "SƏFA” VƏ "MƏRVƏ”
    Səfa Kəbənin cənubi-şərqində, Mərvə isə şimali-şərqində yerləşir.
    Müstəhəbdir ki, Səfa ilə Mərvə arasındakı yaşıl işıqarla müşahidə olunan 70 m məsafəni hacılar payi-piyadə və bir qədər yüyürək qət etsinlər. Qeyd edirik ki, Səfa ilə Mərvə arasındakı yolun uzunluğu 420 m, eni isə 20 m-dir Səfa dağının hündürlüyü 15 m, Mərvənin hündürlüyü isə 8 m-dir.
    SƏFA VƏ MƏRVƏ
    "ƏBU QÜBEYS” DAĞI
    Bu dağ Məscidül-Həramın yaxınlığında yerləşir. Peyğəmbərlərdən bir neçəsi bu dağda dəfn olunublar. "Şəqqül-qəmər” möcüzəsi bu dağda zahir olub.
    SƏFA VƏ MƏRVƏNİN ƏSRARI
    Səfa və Mərvəni səy etmək görkəmi şəxsiyyətlərdən və mühüm hadisələrdən bəhs edən tarixi bir kitab oxumaq, bunlar ilə müqayisə olunmaz dərəcədədir. Bu bir səfərdir ki, yol uzun, mənzil uzaq. Bu bir mübarizə səhnəsi və canlı bir tarix olub biz oxuduğumuz digər tarixlər kimi deyil. Bu yer, idrak etmək yeri yox, hissiyyat yeridir.
    Peyğəmbərlərdən Həzrət İbrahim (əleyhissalam) fəqət mübarizə və mücadilə səhnəsində qərar tutub. Bunu da xatırladırıq ki, İsmail dünyaya gələndə atası İbrahimin 95 yaşı vardı.
    Həcc mərasimi bir tərbiyə məktəbi və çətin sınaqlar meydanıdır.
    SƏFA VƏ MƏRVƏNİN TARİXİ FƏLSƏFƏSİ
    Allah İsmaili Həzrət İbrahimə bəxş edəndən sonra İbrahimin o biri həyat yoldaşı Sara narahat oldu, Çünki onun övldadı olmurdu. Həzrət İbrahim Allahın hökmünə əsasən, İsmail ilə anası Hacəri quru bir səhraya apardı. O, Allahın bu fərmanını qəbul edərək dedi:
    "İlahi, Sənin evinin (Kəbənin) abad olunmağına xatir mən bu işi görürəm.”
    İbrahim Kəbəni təmir edəndən sonra da onun əmniyyətini də dua etdi. Necə ki, Quran "İbrahim” surəsinin 34-cü ayəsində onun dilindən belə buyurur: "Ya Rəbb, bu yeri insanlar və heyvanlar üçün əmin-amanlıq yeri qərar ver.”
    "HƏRA” DAĞI
    Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) hələ risalətə çatmamış, ilk əvvəl "Həra” dağına pənah apararaq, ibadətdən ötrü özünə orada sığınacaq tapmışdı. Nəhayət Cənab Cəbrail rəcəb ayının 27-də Allah tərəfindən nazil olaraq Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə ilk vəhyi: "İqrə bismi Rəbbikəl-ləzi xələq” ayəsini yetirdi və o həzrət risalətə çatdı. Elə bir risalət ki, "Xatəmən-Nəbiyyin (peyğəmbərlərin möhrü) idi. Yəni o, axirəz-zaman Peyğəmbər idi ki, ondan sonra yer üzünə heç bir peyğəmbər gəlməyəcək. Müstəhəbdir ki, hacılar o məqami-şərifdə iki rükət ziyarət namazı qılsınlar. Bu dağa "Cəbəlül-Quran” və "Cəbəlül-İslam” da deyirlər. Çünki Qurani-şərifin ilk ayələri bu dağda nazil olub. Dağın hündürlüyü təxminən 200 m olar.
    "SUR” DAĞI
    "Sur” dağı Məscidül-Həramın iki kilometrliyində yerləşir. Bu dağda bir mağara var, hansı ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) Mədinəyə hicrət edərkən bu mağarada gizlənmişdi. Bu dağa "Sur” adı verirlməyinin səbəbi odur ki, bu məntəqənin qəbilə başçısı Sur ibni Əbdi Mənaf olub. Ona görə də bu dağı onun adı ilə adlandırıblar.
    MƏKKƏ-MƏDİNƏ ARASINDAKI ZİYARƏTGAHLAR
    1. Abdullah ibni Abbasın qəbri (Taif vadisində yerləşir.)
    2. Həzrət Həvvanın qəbri (Cəddədə yerləşir.)
    3. Peyğəmbərimizin anası həzrət Aminənin qəbri ("Əbva”-da, Mədinənin 45 km-liyində yerləşir.)
    4. "Qədir Xum” məscidi ("Cohfə” məscidinin yaxınlığında yerləşir.)
    5. Əbuzərin qəbri (Rəbəzə səhrasındadır).
    6. "Bədr” müharibəsi şəhidlərinin qəbirləri ("Rəvha”-da Mədinənin 17 km-liyindədir.)
    İSLAM PEYĞƏMBƏRİNİN (səlləllahu əleyhi və alihi və səlləm) ANADAN OLDUĞU YER
    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in təvəllüd tapdığı məhəllədə "Məktəbətu Məkkətəl-mükərrəmə” adlı bir kitabxana yerləşir. Müstəhəbdir ki, o məqamda aşağıdakı duanı oxusunlar: "Allahummə bicahi Nəbiyyikəl-Mustəfa və Rəsulikəl-Murtəza və əminikə əla vəhyis-səman, təhhir qülubəna min kulli vəsfin yubaiduna ən müşahədətikə və məhəbbətik; və əmitnəllahummə ələs-sünnəti vəl-cəmaəti əla muvalati əvliyaikə və muadati ədaik, vəş-şövqi ila liqaik, ya zəl-cəlali vəl-ikram. Allahummə inni əv-dətu fi hazəl-məhəlliş-şərifi min yəvmina haza, ila yəvmul Qiyaməti. Xalisən, muxlisən, Əşhədu ən la ilahə illəllah və ənnə Mühəmmədən əbduhu və Rəsuluhu.
    "ƏRƏFAT”
    "Ərəfat” çölü çox geniş bir ərazini əhatə edir və Məkkənin 21 km-liyində şimal tərəfində vaqe olub. Hərəmin hüdudundan kənarda, elə bir yerdədir ki, Həzrət Adəm ilə Həvva (əleyhiməssalam) uzun ayrılıqdan sonra burada təzədən rastlaşıblar.
    Burada Həzrət Adəm (əleyhissalam) günahını etiraf etdi və duası Allah tərəfindən qəbul olundu.
    Ərəfat çölündə "Cəbəlür-rəhmə” dağı vardır. Zil-hiccə ayının 9-cu gecəsi ibadət məqsədi ilə Ərəfat çölündə qalmaq 70 ilin ibadətinə bərabərdir.
    İmam Sadiq (əleyhissalam) buyurub: "Həzrət Adəm (əleyhissalam) behiştdən xaric olandan sonra 40 gün Səfa dağında səcdə edib göz yaşı tökdü. Cəbrail onun yanına gəlib soruşdu: -Nə üçün ağlayırsan? Cavab verdi: Allahın rəhmətindən məhrum olmuşam, ona görə ağlayıram. Cəbrail (əleyhissalam) dedi: "İndi ki, belədir, ayağa qalxıb tövbə qüslü elə, ehram bağla və Ərəfata tərəf yola düş.
    Hacının əməlləri bir növ Həzrət Adəmin əməllərini xatırladır.
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) son həccində "Ərəfə” çölündə xütbə oxuyaraq bir neçə mətləbi izhar etdi: "Qan tökməyin, başqasının malına və hüququna təcavüz etməyin, özünüzü başqasından uca tutmayın, riyadan uzaq olun, qadınların hüququna riayət edin.”
    Rəvayətlərdə varid olub ki, həcc mövsümündə İmam Zaman (əleyhissalam) Ərəfat çölünə gəlir. Xalqı görüb tanıyır, xalq isə onu görür, amma tanımır. İmam Hüseyn (əleyhissalam) məşhur "Ərəfə” duasını məhz bu dağın döşündə oxumuşdu.
    ƏRƏFAT ÇÖLÜ
    "MƏŞƏRÜL-HƏRAM”
    Məşərül-Həram Məzəmeyn nahiyəsindən Mühəssər vadisinədək olan əraziyə deyilir.
    Həccin əsaslarından biri də, Məşərül-Həramda Zil-hiccə ayının 10-cu gecəsi sübh gün çıxana qədər qalıb ibadət etməkdir. Sübh açılanadək lazımdır ki, hacılar öz silahlarını (daşlarını) düşməni vurmaq üçün götürsünlər.
    "MİNA”
    Bu, "Mühəssər” vadisi ilə, "Cəməreyi-əqəbə” (böyük şeytan) arasında yerləşən bir sahədir. "Xif” məscidi Minada yerləşib. Bu yerə "Mina” (arzu) adı verilməsinin səbəbi odur ki, Cəbrail (əleyhissalam) Həzrət Adəmə nazil olub dedi: "Burada behişti arzu et.”
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) Minada "həlq” (başı dibdən qırxmaq) edənlər üçün Allahdan 3 dəfə, "təqsir” (dırnaq tutmaq və başın tükündən qismən kəsmək) edən kəslər üçünsə bir dəfə rəhmət dilədi.
    Çünki saçını verən, Allah yolunda başını da verər, necə ki, qurban vermək qurban olmağın rəmzidir.
    Məşər–şüur, Mina isə eşq rəmzidir.
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) and içdi ki: "Mina çölünə gələn şəxs, Allahın izni ilə günahları bağışlanmış halda qayıdar.”
    ÜÇ GÜN MİNADA QALMAĞIN RƏMZİ NƏDİR?
    Mina çölünü görənlər bilirlər ki, orada alış-veriş üçün bazar, gəzmək üçün seyrəngah yoxdur, deputatlar, nazirlər və hökmdarlar yox, İslam ölkələrinin həqiqi nümayəndələri burada cəm olurlar ki, müsəlmanların dər-sərindən xəbərdar olsunlar.
    MİNA ÇÖLÜ
    ŞEYTANA DAŞ ATILAN YERLƏR
    Mina dağında, bir-birindən 300 m məsafədə yerləşən rəmzi şeytanlar–sement və daşdan hörülmüş üç sütundan ibarətdir. Onların ətrafı kasa şəklində metr yarımlıq çökək yerdir. Atılan xırda daşlar hamısı şeytana dəyərək oraya tökülür.
    Bu hadisəyə aid tarixdə bir neçə cür rəvayət vardır. Bir rəvayətə görə İbrahim peyğəmbər İsmaili Minaya qurban kəsməyə apardığı vaxt, şeytan qabaqlarına çıxdı və İbrahim (və ya İsmail) şeytana daş atdı.
    Başqa bir rəvayətə görə "Fil” cərəyanında üç nəfər casus Məkkə əhli tərəfindən ifşa olunaraq, həmən yerdə daş-qalaq olundular.
    Üçüncü rəvayətə görə hal-hazırda rəmzi şeytanların yerləşdikləri yer qədimdə, İslamdan əvvəl üç əsas bütün yerləşdiyi yer olub. Xəstəlik səbəbi ilə özləri gəlib şeytana daş atmaq iqtidarında olmayan kəslərə gəldikdə isə, müstəhəbdir ki, hacılar bu xəstələri həmin yerə gətirsinlər və xəstələr bu mərasimi müşahidə etməklə şeytanlara qarşı öz nifrətlərini bildirsinlər.
    Rəmyi-şeytan (yuxari hissədən)
    Rəmyi-şeytan (aşaği hissədən)
    Category: Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti | Added by: Islam_Kitabxanasi
    Views: 737 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024