İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti

    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti
    2012-02-06, 10:47 PM
    DÖRDÜNCÜ FƏSİL
    HƏCCİN ƏMƏLLƏRİ VƏ ONUN FƏLSƏFƏSİ
    QURANDA HƏCC
    Həccin lüğətdəki mənası qəsd etmək; şəri mənası isə-Allahın evini ziyarət etmək və həccə aid məxsus əməlləri yerinə yetirməkdir.
    Həcc–İslamın əsaslarından olmaqla, müsəlmanlar üçün çox zəruri əməllərdən sayılır. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) həcc barəsində buyurur: "Bir müsəlman boynuna həcc gəldiyi halda həcc ziyarətini təxirə salsa və ömrü sona yetsə, Allah-Taala Qiyamətdə onu yəhudi və ya nəsrani ilə (onların dinində-red.) məhşur edər (dirildər).”
    Həzrət Əli (əleyhissalam) isə belə buyurur: "Amandır, məbada Allahın evi olan Kəbəni boş qoyasınız; çünki həccin ayinləri və Beytullahı ziyarət etmək tərk olunarsa, onda çox keçməz müsəlmanlar ağır əzaba düçar olarlar.”
    ŞƏRİƏT BAXIMINDAN HƏCCİN FƏLSƏFƏSİ
    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) Məkkədən Mədinəyə hicrət etdikdən sonra buyurmuşdur: "Allah-Taala imkanı olan hər bir müsəlmana ömründə heç olmasa bir dəfə də olsa, həcc ziyarətini vacib buyurub. Həccin füruiddin hökmlərindən olmasına baxmayaraq, əfzəl ibadətlərdən biri sayılır.”
    İslam aləmində həccin bir çox dünyəvi, axirəti, fərdi, ictimai, siyasi və mənəvi faydaları, məziyyətləri var ki, digər ibadətlərdə bu fəzilətlər az nəzərə çarpır.
    Həcc–Allaha bəndəliyi, xalis ibadəti və qəlbən Allaha bağlı olmağı nümayiş etdirir. Həcc təlim-tərbiyə məktəbi olmaqla yanaşı, yaşayış tərzini yaxşılaşdırmaq, elm öyrənmək və İslam əxlaqını ictimai həyatda bərqərar etmək üçün mühüm zəmindir (vasitədir).
    Həcc–Allaha yaxın olmaqla, maddi aləmin buxovlarından azad olub nəfs ilə cihad və fədakarlıq məktəbidir ki, insanlara əsil həyatın mənasını anladır. Həcc bizə tovhid, əqidə və vəhdət dərsi verərək ictimai həyatımızda mədəni, elmi, iqtisadi və siyasi baxışlarımızı təmərküzləşdirir və kamilləşdirir.
    Həcc özünəməxsus amalı ilə İslamın dünya və axirət işlərində necə müqəddəs və mükəmməl din olduğunu nümayiş etdirir.
    Həcc ərəfəsində olan bir müsəlmana lazımdır ki, qəlbindən Allahın iradəsindən qeyri nə varsa, hər şeyi çıxartsın və bütün işlərini Allaha tapşırsın.
    Ey Allah yolunun aşiqləri! Həccə sarı hərəkət zamanı və məskən saldığınız hər bir yerdə Allaha təvəkül edin, Onun qəzavü-qədərinə təslim olun və çalışın ki, dünyaya bel bağlamayasınız.
    Qurani Kərimdə 28 yerdə həccdən bəhs olunub. Həcc kəlməsinin təkcə özünə gəldikdə isə Quranda 10 yerdə adı çəkilir və həccin bəyanında olan hər bir ayə onun müəyyən əhkamını ifadə edir:
    1. Həccin ümumi elanı bəyanında;
    İbrahim (əleyhissalam) Kəbəni bina etdikdən sonra, Allah tərəfindən ona fərman yetişdi ki, "xalqı Kəbə evini ziyarət etmək üçün dəvət et” ("Həcc" surəsi, ayə 27)
    2. Həcc ziyarətinin keyfiyyəti bəyanında;
    "Aydın ayələr (nişanələr) və İbrahimin məqamı oradadır. Hər kəs oraya daxil olsa, əmin-amanlıqda, əmniyyətdədir. Allaha xatir oraya getməyə qadir olanlara, o evin həcci vacibdir. Hər kəs küfr yoluna girsə, bilsin ki, Allahın aləmlərə ehtiyacı yoxdur.” ("Ali-İmran”, surəsi, ayə 97)
    3. Həcc əməllərinin yerinə yetirilməsinin lazım olduğu aylar bəyanında;
    "Həcc məlum aylardadır. Hər kim o aylarda bu vəzifəni yerinə yetirərsə, həccdə qadınına yaxınlaşmamalı, haqdan çıxmamalı və mübahisə, müharibə etməməlidir. Allah gördüyünüz hər yaxşı işi bilir. Azuqə götürün ki, ən yaxşı azuqə təqvadır. Ey ağıl sahibləri, Məndən qorxun!” ("Bəqərə” surəsi, ayə 197)
    4. Həccin siyasi, iqtisadi, ictimai və fəlsəfi mənfəətlərini bəyan edən ayələr;
    "...Onlara aid olan faydaları görsünlər. Allahın adını müəyyən günlərdə, Allah onlara ruzi verdiyi mal-qaranı kəsdirəndə zikr etsinlər. Bəs onlardan yeyin və yoxsul fəqirlərə də onlardan yedirdin.” ("Həcc" surəsi, ayə 28)
    5. Həccin şərtləri və əsil mahiyyəti bəyanında;
    "Həcc və ümrəni Allah üçün tamamilə, kamil surətdə yerinə yetirin. Əgər sizin haqqınızın qabağını alsalar, imkan daxilində qurban kəsin. Sizin qurbanlığınız qurban kəsilən yerə yetişməyincə, başlarınızı qırxmayın. Əgər sizin biriniz xəstə olsa, yaxud başında bir əziyyət olsa, qarşılıq (fidyə) olaraq ya oruc tutsun, ya sədəqə versin, ya da qurban kəssin. Əmniyyətdə olduğunuz zamanda, (sizlərdən) hər kim ümreyi-təməttödən sonra həcci-təməttönü yerinə yetirsə, imkan daxilində qurban kəssin. Hər kim qurban kəsə bilmirsə, həccdə üç gün oruc tutsun. Həccdən qayıtdıqdan sonra da yeddi gün (oruc tutsun)–on gün tamam oluncaya qədər. Bu hökm Məscidül-Həram (Məkkə) əhlindən olmayanlar üçündür. Allahdan qorxun və bilin ki, Allah çox çətin əzab verər.” ("Bəqərə” surəsi, ayə 196)
    HƏCC VƏ KƏBƏYƏ AİD BİR NEÇƏ HƏDİS
    Həccin məsələləri o qədərdir ki, hamısını biz bu kitabda cəmləşdirə bilmərik. Necə ki, İmam Sadiq (əleyhissalam)-ın şagirdlərindən Zurarə adlı bir nəfər soruşdu ki: "40 ildir ki, həccin məsələlərini səndən soruşuram və hər dəfə mənim sualıma yeni bir cavab verirsən, aya bu həccin məsələləri qurtaran deyil?” İmam (əleyhissalam) cavab verdi: "Ey Zürarə, bir məbəd ki, Həzrət Adəmdən qabaq bina olunub, istəyirsən ki, qırx il müddətində bu sualların hamısına cavab verəm?”
    2. Həccin İslam aləmində əhəmiyyəti o qədər mühümdür ki, həcc ziyarətinə əsla gedən olmasa İslam hökumətinə vacibdir ki, bir iddə insanlara pul verib həcc ziyarətinə göndərsin, ta ki, müsəlmanlar zəifləyib qüvvədən düşməsinlər.”
    3. İmam Sadiq (əleyhissalam)-dan rəvayət olunub ki: "Ən bədbəxt o kəsdir ki, həcc əməllərini yerinə yetirib sonra "görəsən Allah mənim günahlarımı bağışlayıb, ya yox” deyə şəkkə düşsün.”
    4. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: "Yer üzündə ən müqəddəs yer Məkkədir. Orada səcdə edən şəxs, sanki, din yolunda cihad etmiş kimidir.”
    5. İmam Sadiq (əleyhissalam) buyurur: "Allah-Taala Məscidül-Hərama daxil olan şəxsin üzünə 120 rəhmət qapısı açır. Onlardan 60-ı təvaf edənin, 40-ı namaz qılanın və 20-si Kəbə səmtinə baxanındır.”
    6. İmam Sadiq (əleyhissalam) buyurur: "Allah hacının özünün, ailəsinin və dua etdiyi şəxslərin günahlarından keçər. Hər kəs həcc ziyarətindən qayıdarkən yenidən həcc ziyarətini arzu edərsə, Allah onun ömrünü uzadar; yox əgər arzu etməzsə, onun ömrü qısalar.”
    HƏCCİN ƏHƏMİYYƏTİ
    Həzrət Əmirəl-möminin Əliyyibni Əbi Talib (əleyhissalam) buyurur: "Allah evini ziyarət etməyi tərk etməyin: ona görə ki, həccin tərk edilməsi müsəlmanların zəifliyini göstərir.”
    Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) həcc mərasimindən qayıdarkən bir nəfər hüzuruna çataraq soruşdu: "Ya Rəsuləllah, mən bu il həccdən məhrum olmuşam. Mənə elə bir əməl göstərin ki, o həcc savabını vermiş olsun.” Rəsuli-Xuda buyurdu: "Əgər Əbu Qubeys dağı qədər mal-dövlətin olsa və hamısını Allah yolunda xərcləsən belə, həcc savabını ödəməz.”
    Rəvayətlərdə varid olub ki, Allah evinin zəvvarları, Allahın Öz pənahında olurlar. Əgər yolda ölmüş olsalar yerləri behiştdir; və əgər evlərinə salamat qayıtsalar, Allahın nəzəri daim başları üzərində olar və günahları bağışlanar.
    MƏKKƏNİN ADLARI QURANDA
    1. "Bələdül-əmin” ("və hazəl-Bələdil-Əmin”)
    2. "Ümmül-qura” ("litunzirə Umməl-qura və mən...”
    3. "Bəkkə” ("İnnə əvvələ beytin vuziə linnasi ləlləzi bibəkkətə mübarəkən...”) (Quran ayələri.)
    Həcc siyasi baxımdan: Həzrət Əli (əleyhissalam) buyurub: "İxracən littəkbir Cəələllahul-Kəbətəl-beytəl-Həram, qiyamən linnas” Allah Kəbəni, müsəlmanları ayağa (qiyama) qaldırmaq üçün Beytul-Həram (hörmətli ev) qərar verib.
    Nə qədər ki, Kəbə var və müsəlmanlar onda təvaf edirlər, din məktəbi daima davam edəcək və vüsət tapacaqdır.
    HƏCCİN QAYDALARI
    İbadət üç qismdir: 1-ci cismən ibadət (namaz və oruc kimi); 2-ci mal, əmtəə vasitəsi ilə ibadət (xüms və zəkat kimi); 3-cü mal və cismi (qurban və "rəmy” kimi).
    Həcc üçüncü növ ibadətlərdən sayılır. Bu ibadətin əsasını–öz günahlarını etiraf etməklə çətin sınaqlardan çıxıb Allaha yaxınlaşmaq, öz malından, hətta lazım gələrsə öz canından keçməkdir.
    Həcc iqtisadi baxımdan, xalqlar arasında müştərək bazar iqtisadiyyatına şərait yaradır və ticarət yeni vüsət alır.
    Əxlaqi baxımdan, məsələn: Mührim olan şəxs o halda İbrahimi və İsmaili xatırlayaraq mənəviyyatı saflaşır. Məscidül-Hərama daxil olarkən Peyğəmbəri və mücahidləri yadına salır, ruhu pərvəriş tapır və kamilləşir.
    Mədəniyyət baxımından ziyalılar, elm və incəsənət xadimləri bir-biri ilə görüşüb əlaqə yaratmaqla xalqlar arasında mədəni əlaqələr inkişaf edir və zənginləşir.
    İngiltərənin xarici işlər naziri Qladiston parlamentdə belə elan etdi: "Nə qədər ki, Məhəmmədin adı azanda əzəmətlə yad olunur; Quran insanların həyat proqramıdır; və Həcc əməlləri yerinə yetirilir, xristianlıq böyük xətər qarşısındadır. Gərək Quranı müsəlmanların əlindən alaq, Kəbəni də beynəlxalq aləmdə nüfuzdan salaq.”
    HƏCCƏTÜL-İSLAM NƏ DEMƏKDİR?
    Həccətül-islam iki hissədən ibarətdir:
    a) Ümreyi-təməttö,
    b) Həcci-təməttö.
    Bu həcc insanın ömründə bir dəfə vacib olur. Onun vacib olma şərtlərindən biri maddi (mali) imkanlara malik olmaqdır. Bu imkanların əndazəsi ondan ibarətdir ki, həccə gedib-qayıtmaq o şəxsi və onun ailəsini maddi cəhətdən çətinliklərə salmasın. Ailə qurmağa ehtiyacı olan və ya xums, zəkat borcu olan şəxsə həccdən əvvəl ailə qurmaq və xums, zəkat borclarını vermək vacibdir.
    2. Həddi-büluğa çatmayan uşağın həccə getməsi vacib həcci ödəmir. Əgər valideyni uşağı həccə aparsa, müstəhəbdir ki, ona ehram paltarı geyindirsin və onu haramlardan qorusun və həccin əməllərini uşağa yerinə yetirtdirsin.
    3. Cismi qüdrəti əldən getmiş qoca, xəstə və həcc boynunda vacib olub rəhmətə gedən insanın tərəfindən həcc əməllərində naib olmaq olar. Bu şərtlə ki, həccin məsələlərini tam bilə və naib olan şəxsin özünün boynunda vacib həcci olmaya.
    HƏCCİN ƏMƏLLƏRİ
    "Ümreyi-təməttö”-nün vacibatı
    "Ümreyi-təməttö”də beş şey vacibdir:
    1. Ehram;
    2. Kəbənin təvafı;
    3. Təvaf namazı;
    4. Səfa ilə Mərvə arasında səy (yürüş) etmək;
    5. Təqsir (yəni başın tükündən bir az kəsmək və dırnağı tutmaq).
    EHRAMIN VACİBATI
    Mührim olmaq (ehrama daxil olmaq) üçün üç şey vacibdir.
    1. İki məxsusi parça libasa bürünmək;
    2. Niyyət etmək (niyyət zamanı üç əsas şeyə diqqət edilməlidir: a) Qürbətən iləllah-yəni xalis bir qəlblə yalnız Allahın itaətində olmaq; b) Ehramın növünü (ümrənin ehramı, həccin ehramı) təyin etmək.)
    3. Təlbiyə demək, yəni aşağıdakı zikri-şərifi oxumaq:
    "Ləbbeykəl-lahummə ləbbeyk, ləbbeykə la şərikə ləkə ləbbeyk. İnnəl həmdə, vən-nimətə ləkə vəl-mulk. La şərikə ləkə ləbbeyk.”
    Bu zikri Məkkəyə daxil olana qədər oxumaq olar. Müstəhəbdir ki, ehram bağlamazdan öncə (yaxşı olar ki, yovmiyyə namazını qıldıqdan sonra) qüsl etsin. Qey etməliyik ki, ehram libası geymək yalnız kişilərə aiddir. Qadınlar isə öz tikili libasları ilə mührim ola bilərlər.
    Ehram halında olan şəxslərə haram olan əmələr
    Hacı ehram bağladıqdan sonra 24 işi görmək ona haram olur:
    1. Heyvan ovlamaq;
    2. Qadını ilə cinsi əlaqədə olmaq (onunla öpüşmək, şəhvət yerlərinə baxmaq və hər cür ondan ləzzət almaq).
    3. Özü və ya qeyrisi üçün bir arvadın nikahını oxumaq (kəbini kəsmək);
    4. İstimna;
    5. Ətir vurmaq və ya hər hansı bir xoş qoxu iyləmək;
    6. Kişilər üçün tikili libas geymək;
    7. Sürmə çəkmək;
    8. Güzgüyə baxmaq;
    9. Kişilər üçün ayaqların üzünü tam örtən ayaqqabı geymək;
    10. Yalan danışmaq;
    11. Allaha and içmək;
    12. Bədəndə olan bit və ya başqa həşəratları öldürmək;
    13. Ələ zinət əşyaları, barmaqlarına üzük taxmaq;
    14. Qadınlara zinət sayıla bilən geyim və əşyalar;
    15. Bədənə yağ sürtmək;
    16. Öz bədənindən və başqalarının bədənindən tük çəkmək;
    17. Kişilər üçün başı bağlamaq və ya örtmək;
    18. Qadınlar üçün üzü bağlamaq (örtmək);
    19. Kişilər üçün kölgədə dayanmaq (yol gedərkən);
    20. Bədəndən qan çıxartmaq;
    21. Dırnaq tutmaq;
    22. Diş çıxartmaq;
    23. Hərəmdən gül və ya ağac qopartmaq;
    24. Özü ilə silah gəzdirmək.
    Təvaf ümreyi-təməttönün ikinci əməlidir.
    O da Allah Evinin ətrafında 7 dəfə dövrə vurmaqdır. Təvafın şərtləri aşağıdakılardır:
    1. Bədən və ehram libası pak və şəxs dəstəmazlı olmalıdır.
    2. Həcərül-əsvəddən başlayıb Həcərül-əsvəddə də qurtarmalıdır.
    3. Təvaf edən şəxs Hicri-İsmailin eşik tərəfindən və eyni zamanda Məqami-İbrahimlə Kəbənin arasında dövrə vurmalıdır.
    Nəzərinizə çatdırırıq ki, əgər üzrü olan qadın Məkkədə olan vaxta qədər üzrü aradan getməsə, bir başqasının onun yerinə təvaf etməsi və namaz qılması lazımdır.
    Ümreyi-təməttönün ikinci əməli namazdır. Onun azan və iqaməsi yoxdur. Bu iki rəkətli namaz təvafdan sonra Məqami-İbrahimin arxasında qılınır. Xatırlatmalıyıq ki, müstəhəbbi təvafın namazını Məscidül-Həramın hər yerində qılmaq olar.
    Ümreyi-təməttönün dördüncü əməli səydir. Səy Səfa ilə Mərva dağının arasında yeddi dəfə gedib-gəlməkdir. Səfadan Mərvaya çatmaq bir dövrə hesab olunur. Beləliklə, səy Mərvada tamamlanır.
    Səfa ilə Mərva Məscidül-Həramdan hesab olunmur. Bu səbəbdən üzrlü qadının orada olmasına maneə yoxdur.
    Ümreyi-təməttönün sonuncu əməli təqsirdir. Təqsir səydən sonra tükündən və ya dırnağından (hər ikisindən də mümkündür) bir az kəsməkdən ibarətdir. Özünü təqsir etmədən öncə başqasını təqsir etmək düzgün deyildir.
    Ümreyi-təməttönün hər bir əməlində qəsdi-qürbət niyyəti etmək lazım və vacibdir.
    Təqsirdən sonra ehrama görə haram olan 24 əməlin hamısı (başı qırxdırmaq istisna olmaqla) halal olur.
    HƏCCİN QİSMLƏRİ
    Həcc üç qismə bölünür:
    1. Həcci-təməttö–o kəslərin həccidir ki, ən azı 28 mil, (16 kilometr) Məkkədən uzaqda olsunlar.
    2. Həcci-ifrad–eynilə həcci-təməttö kimidir, fəqət fərq burasındadır ki, həcci-təməttödə qurban kəsmək vacibdir, həcci-ifradda isə vacib deyil.
    3. Həcci-qiran–bu, həcci-ifraddan onunla fərqlənir ki, həcci-qiranda da qurbanlığı özü ilə gətirməyi lazımdır.
    Xatrlatmalıyıq ki, həcci-ifrad və həcci-qiran o kəslər üçündür ki, Məkkənin özündə yaşayırlar.
    HƏCCİ-TƏMƏTTÖNÜN VACİBATI
    Həcc təməttönün icrası zamanı 13 əməl vacibdir:
    1. Məkkədə ehram bağlamaq;
    2. Ərəfatda dayanmaq;
    3. Məşərül-Həramda dayanmaq;
    4. Bayram günündə "cəməreyi-əqəbəyə” (böyük şeytana) daş atmaq;
    5. Mina dağında qurban kəsmək;
    6. Minada təqsir etmək (yəni, baş qırxmaq və ya dırnaq tutmaq);
    7. Kəbəni təvaf etmək (yəni, 7 dəfə dövrə vurmaq);
    8. İki rükət təvaf namazı qılmaq;
    9. Səfa və Mərva arasında səy etmək;
    10. Təvafi-nisa;
    11. Təvafi-nisanın iki rükət namazı;
    12. Mina dağına qalmaq (Zil-hiccənin 11, 12-ci gecəsi və bəzi rəvayətlərdə hətta 13-cü gecəsi);
    13. 11 və 12-ci günü hər üç şeytana daş atmaq.
    HƏCCİ-TƏMƏTTÖNÜN ƏMƏLLƏRİ
    1. Həcci-təməttönün ehramı keyfiyyət baxımından ümrə ehramı kimidir və bu mərasim ümreyi-təməttödən sonra icra olunur.
    Bu ehramın miqatı Məkkə şəhəridir, amma Məscidül-Həramda, İbrahim məqamı və Hicri-İsmaildə ehram bağlamağın savabı daha artıqdır.
    2. Zil-həccə ayının doqquzuncu günü zöhr namazından gün batana qədər Ərəfat çölündə dayanmaq həcci-təməttönün ikinci əməlidir.
    Ərəfat Məkkənin şimalında 24 km. məsafədə yerləşən geniş və hamar bir çöldür. Bura hərəmin yerləşdiyi ərazidən xaricdir.
    3. Həcci-təməttönün üçüncü əməli zil-həccə ayının onuncu günü (Qurban bayramı günü) sübh azanından gün çıxana qədər Məşərül-Həramda qalmaqdır. Məşərül-Həram Ərəfatla Minanın arasında yerləşir.
    4. Qadınlar, xəstələr, uşaqlar, qocalar və onları müşayət edənlər gecə yarıdan sonra Məşərdən Minaya tərəf hərəkət edə bilərlər.
    5. Mina dağı Məkkənin şərq tərəfindən altı kilometr aralıda yerləşib və Məşərül-Həramın başlanğıcına qədər 3525 metrdir.
    6. Minada beş əməli yerinə yetirmək vacibdir:
    1) Bayram günü şeytana daş atmaq (daş-qalaq etmək);
    2) Bayram günü qurban kəsmək;
    3) Başın qırxılması və ya tük və dırnaqdan bir az kəsmək;
    4) Zil-həccə ayının 11, 12-ci günləri Minada qalmaq;
    5) 11, 12-ci günlər şeytana daş atmaq;
    7. Şeytana daş atmağın şərtləri:
    1) Allahın rizayəti (razılığı) və Onun dərgahına yaxınlaşmaq məqsədi ilə olmalıdır;
    2) Daşların sayı yeddi ədəd olmalıdır;
    3) Daşlar Hərəmdən götürülməlidir;
    4) Mübah olmalıdır;
    5) Daşların sütuna dəyməyində yəqinlik hasil etməlidir;
    6) Daş atma mərasimi gün çıxandan qüruba qədər yerinə yetirilir. Qadınlar və onları müşayət edənlər gecələr daş ata bilərlər.
    8. Daş atmaq barəsində bir neçə mətləb:
    1) Daş atmaq vaxtı təharət şərt hesab olunur;
    2) İkinci təbəqədən daş atmaq olar;
    3) Əgər bu günlərdən biri yaddan çıxmış olarsa, 13-cü günə qədər bu işi yerinə yetirmək olar (yəni daş atmaq olar);
    9. Bayram günü Minada yerinə yetirilməsi vacib olan işlərdən biri də qurban kəsməkdir. Qurbanlıq üçün dəvə, inək (öküz), qoyun, keçi kəsmək olar. Əgər bayram günü bunu etməyə müvəffəq olmasa, o zaman 13-cü gün və ya ayın axırına qədər kəsə bilər.
    10. Qurban kəsməyin şərtləri budur ki, qurbanlıq sağlam olsun, çox qoca olmasın, eybi olmasın (kor və topal olmasın), çox arıq olmasın, qurban kəsilən dəvənin yaşı beş, inək və keçi iki və qoyun bir ildən az olmasın. Qulağın deşik və ya buynuzun qırıq olmasının eybi yoxdur.
    11. Qurban kəsmək ibadət sayılır və Allah dərgahına yaxınlaşmaq məqsədi ilə yerinə yetirilir. Qurban kəsən şəxs qurbanlıq əti üç yerə bölüb bir hissəsini pay verər, ikinci qismətini sədəqə verər və üçüncü qismətini özü yeyə bilər.
    12. Kəffarə kimi kəsilən heyvanın ətindən şəxs özü istifadə edə bilməz.
    13. Qurban günü Minada üçüncü vacib əməl başı qırxmaq və ya tük və dırnaqdan bir az kəsməkdir. Bu əməldən sonra ər-arvadlıqda cinsi əlaqə, ətir iyləmək və ov ovlamaqdan başqa hər bir şey ona halal olur.
    14. Minanın əməllərindən sonra digər 5 vacib əməl bunlardır:
    1) Həcc təvafı; 2) Namaz; 3) Səy; 4) Nisa təvafı; 5) Nisa təvafının namazı.
    Bu 5 əməlin zil-həccə ayının axırına qədər vaxtı vardır.
    Qeyd edirik ki, hacı bu əməlləri Mina mərasimindən sonra yerinə yetirməlidir. Bu qaydadan bəzi şəxslər istisnadır. Bunlardan biri o qadınlardır ki, qorxurlar Minadan sonra heyz olalar və paklanana qədər Məkkədə qalmağa imkanı olmaya. İkinci xəstələr və qocalardır ki, Mina mərasimindən sonra izdihama görə təvaf etmək onlar üçün çətin ola. Bu qisim hacılar Minaya çıxmamışdan əvvəl 5 əməli yerinə yetirərlər və Minada təqsir etdikdən sonra hər bir şey onlara halal olar.
    15. Həcci-təməttönün təvaf, namaz, səy əməllərindən sonra ətirli bir şey iyləmək halal olar. Nisa təvafından sonra ər-arvadlıq əlaqəsi halal olar, amma ov etmək nə qədər ki, hərəmdən çıxmayıb, onun üçün haramdır.
    16. Nisa təvafını bir neçə gün təxirə salmaq olar.
    17. Mina dağında 11 və 12-ci gecələrin tamam yox, yarısını da qalmaq kifayət edər (gecənin əvvəl yarısı və yaxud axır yarısı qalmağın fərqi yoxdur).
    18. Mina çölündə qalmamağa bir neçə nəfərə icazə verilir. Onlar aşağıdakılardır: 1) Xəstələr; 2) Onları müşayət edənlər; 3) O kəslər ki, gecənin hamısını Məscidül-Həramda ibadətlə məşğul olurlar.
    Category: Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti | Added by: Islam_Kitabxanasi
    Views: 1022 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024