İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti

    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti
    2012-02-06, 10:44 PM
    BEŞİNCİ FƏSİL
    MÜNACATLAR
    İsmin ilə başladım, ey arizular məzhəri!
    Ey olan Zatı qəni, ey gəncü-dövlət sərvəri!
    ***
    Ey səxavət mənbəyi, ey varlığı icad edən,
    Ey qədim, mülkü fənasız, ey dəyişməz gövhəri!
    ***
    Ey ümumə lütf edib şadlıq səfasın bəxş edən!
    Ey təbibi-qəlb olan, ey həll edən müşkülləri!
    ***
    Tövbə qıldı, bir günah etmişdisə qəlbim mənim,
    Bilmiş öz səhvü-xətasın, əfvi qıl bu müztəri!
    ***
    Qibləgahım, olmaram qul Səndən özgə kimsəyə,
    Tanrısan, ruzi verənsən, yoxdu Səndən digəri!
    ***
    Ən böyük bir rütbəyə yüksəldi Səndən qədrimiz,
    Səndən oldu qəlbimiz hər gizli sirrin məzhəri!
    ***
    Qəlbimi nurunla açdın, nolar ki açsan nitqimi,
    Verdiyin nemətlər olsun ta ki, dillər əzbəri!
    ***
    Nitq verdinsə, gözəl söz söyləmək də lütf qıl,
    Şerim ilə zahir olsun gizli hikmət zivəri!
    ***
    Lütfün əlası-sözün bilməkdədir mənasını,
    Həmd qıl, vermiş, Füzuli, Həqq sənə bu gövhəri!
    Füzuli
    Ya Rəbb, həmişə lütfünü et rəhnüma mənə,
    Ancaq Öz aşinaların et aşina mənə.
    ***
    Yox məndən bir əməl Sənə şayistə, ah, əgər
    Əmalıma görə versə ədlin cəza mənə.
    ***
    Həbsi-həvadə qoyma Füzulisifət əsir,
    Ya Rəbb, hidayət eylə təriqi-fəna mənə.
    Şirin
    Günahım çoxdu, ya Rəbbim, başım qalxmaz xəcalətdən,
    Özün təbibi-rəhmansan, çıxart könlüm zəlalətdən.
    ***
    Üzüm qarə, əlim boşdur, özüm məddahi-Mövlayəm,
    Mənə qəm guşəsi olmuş cahan eşqü məhəbbətdən.
    ***
    Məni sanma o kəslərdən kim ol kəslər ki, qafildir.
    Həqiqi aşiqindir, kim tutub rahi-həqiqətdən.
    ***
    Mənə lütf eylədin gövhər, tapılsa gər buna sərraf,
    Yatıb sərrafi-bazarım, oyanmaz xabi-qəflətdən
    ***
    Kimə göstərdim ol ləli mənə təhqir ilə baxdı
    Hərə öz ləlinə aşiq, uzaqlaşmış ibadətdən.
    ***
    Açıb əl, istədim parə "sənə dostam” -deyən kəsdən
    Nə gördüm?–Başqa aləmdir, xəbərsizdir səxavətdən.
    ***
    Səxavət yox, ibadət yox, necə ümmət qoyar adın?
    Məgər qorxmazmı o kəslər Qiyamətdə müsibətdən?
    ***
    Cahan rahət, həyat sərbəst, firavanlıqdır hər yanda.
    Bilə bilməm, nədən insan, riza düşməz bu rahətdən?
    ***
    Salan yox yadına anı, bəla çəkdi bəlakeşlər.
    Bu gündən ötrü etmişlər fəda canı səlamətdən.
    ***
    Gələndə bir bəla canə, Xudadən istə dərmanın,
    O dərgaha dəxil düşsən qılar sirab şəfaətdən.
    ***
    Şəfaət istəyir Şirin ümumi-ümmətə ya Rəbb,
    Olanda məhşəri-kübra, bizi qurtar zəlalətdən!
    MÜNACAT
    Ey müqəddəs Hərəmi-rəhmətü Rəhman Kəbə,
    Vey səfayi deli-hüccaci-pərişan Kəbə
    ***
    Şövqi-didar ilə zəvvarlərin ağlarlar,
    Bağlayan vəqtdə ehrami-ziyarət, Kəbə.
    ***
    Yeddi dəfə dolanar başına pərvanə kimi,
    Hacılar, sən arada şəmi-məhəbbət, Kəbə.
    ***
    Səndən axır edəcək Mehdiye-azadə zühur,
    Dolanır çölləri illərdi o Həzrət, Kəbə.
    ***
    Ğəmə düşdün o zaman ki, səni tərk etdi Hüseyn,
    Qarəpuş olmağına bəsdi bu illət, Kəbə.
    ***
    İndi də Zəmzəm elə ağlır Hüseynin qəminə,
    Can verəndə ona su olmadı qismət, Kəbə.
    ***
    Əfv eylə Allah, əbdi-zəliləm,
    Qovma qapından nalan, dəxiləm,
    Allah, ya Allah, Allah, ya Allah.
    ***
    Qan ağlaram mən, çoxdur günahım,
    Səndən bir ayrı yoxdur pənahım,
    Rəhm et, amandır, yox dadixahım,
    Allah, ya Allah, Allah, ya Allah.
    Rəhm eylə, Allah, halım yamandır,
    Ət-tövbə, tövbə, Allah amandır,
    Solmuş üzarə əşkim rəvandır,
    Allah, ya Allah, Allah, ya Allah.
    ***
    Səndən İlahi, şərməndəyəm mən,
    Qəlbi qəmilən akəndəyəm mən.
    Allah, qapında bir bəndəyəm mən.
    Allah, ya Allah, Allah, ya Allah.
    ***
    Mehriban Allah, oldum peşiman,
    Sən tut əlimdən, ey Həyyü-Sübhan,
    Qəlbim qan oldu, gəl eylə ehsan,
    Allah, ya Allah, Allah, ya Allah.
    DUANIN ŞƏRTLƏRİ
    Allahın evi–Kəbeyi-müəzzəməni ziyarət etmək arzusunda olan müsəlmanlar səfər əsnasında həmişəkindən daha çox duaya ehtiyac duyurlar.
    Biz də səy edirik ki, Hərəmeyndə lazım olan duaları zikr edək.
    Dua iki qismdir:
    1. Bəziləri öz arzu və istəklərinə çatmaq üçün öz dili ilə, bacardığı qədər və qabiliyyətinə görə Allahın dərgahına dua edir. Bu cür dualara "varid olmayan” (Əhli-beyt əleyhimussalam tərəfindən söylənilməyən) dualar deyilir.
    2. Bir çoxları isə xüsusi ləfzlə 14 məsum (əleyhimussalam)-dan gəlib çatan dualarla Allahdan mətləb diləyirlər ki, bunlara da "məsurə” dualar deyilir.
    Əlbəttə, "məsurə” duaların savab və fəzilətləri həddən ziyadədir.
    İmam Cəfəri Sadiq (əleyhissalam)-dan sual etdilər ki, niyə bizim dualar qəbul olunmur? İmam cavabında buyurur: "Bir kəsə dua edirsiniz ki, onu tanımırsınız.”
    Həzrət Əli (əleyhissalam)-dan bu barədə sual etdilər: Bir halda ki, Allah-Taala "Məni çağırın, Mən də sizin köməyinizə çatım.” buyurub, bəs səbəb nədir ki, biz Allahı çağırırıq, O isə bizə tərəf baxmır.
    İmam buyurdu: "Siz Allahı tanıdınız, lakin Onun haqqını əda etmədiniz.”
    Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) isə buyurub: "Hər kim duasının Allah yanında qəbul olunmasını istəyirsə, gərək qazancı və yediyi çörəyi halal olsun.”
    İmam Baqir (əleyhissalam) buyurub: "Allah-Taala boynunda xalqın haqqı olan bəndələrin dualarını qəbul etmir.”
    İmam Sadiq (əleyhissalam) buyurub: "Hər kim qırx möminə dua etsə, duası müstəcab olar.”
    Allah-Taala Həzrət İsaya buyurdu: "Ey İsa, Mənə elə dua et ki, sanki qəm dəryasına qərq olmusan və fəryadına sənin Rəbbindən başqa heç kim yetişmir.”
    Duanın şərtlərindən biri də özünü ruhən və qəlbən pak etmək və Allah dərgahına yaxın olmaqdır.
    DUA HAQQINDA İZAHAT
    Duanın lüğətdəki mənası çağırmaq deməkdir. Amma müsəlmanların istilahında Allahla razü-niyaz etməkdir. Dua Quran kimi Allahla danışmaqdır, fəqət fərqi ondadır ki, Quran göydən yerə nazil olub, dua isə yerdən göyə ucalır.
    İran İslam İnqilabının dahi rəhbəri mərhum İmam Xomeyni əxlaq dərslərinin birində buyurur ki, Quran Allah tərəfindən, işıqlı səmadan bəndələrə nazil olub, dua isə bəndələrin tərəfindən Allahın dərgahına yüksəlir.
    Göydən yerə enən və yerdən göyə qalxan kəlam-hər ikisi nəticə etibarı ilə insanın düzgün tərbiyələnməsindən ötrüdür. Hər ikisi də Allahla bəndə arasında əlaqə yaratmaqdır. Quran Allah kəlamıdır, insanlara xitabdır. Dua isə insanların Allaha olan yalvarışıdır. Odur ki, Quran və hədislərə istinad edərək deyə bilərik ki, dua ən gözəl ibadətlərdən biridir, hətta dua ibadətlərin məğzidir.
    Dua Allahdan istəməkdir və Allah Öz bəndələrinin sızıltısını sevər. Hədislərdə rəvayət olunur ki, Allah Öz bəndəsinin ahü-naləsini eşidəndə mələklərə deyər ki, onun istəyini verməyə tələsməyin. Qoy bəndəm çox ahü-zar etsin, Mən onun yalvarışlarını sevirəm.
    Necə ki, Allah-Taala Öz kitabında buyurur: "Məni çağırın, Mən də sizə cavab verim, duanızı qəbul edim.”
    Bundan məqsəd odur ki, Allah Öz bəndəsinin "Ya Rəbb!” fəryadını eşitsin.
    Əlbəttə, Allah-Taala bəndənin istəməsi olmadan da, yəni qeydsiz-şərtsiz onun istəyini verməyə qadirdir.
    Həm də Allah-Taala bilmək istəyir ki, hansı bəndəsi Onu yada salır və hansı bəndəsi Onu unudub. Allahla razü-niyaz edən bəndələr bu əlaqədə xüsusi bir şirinlik duyurlar.
    Dördüncü İmamımız Həzrət Zeynəl-abidin (əleyhissalam) dualarının birində deyir: "Ey Allah! Sən münacatın (əlaqənin) şirinliyini və Səninlə ünsiyyətdə olmağın ləzzətini dostlarına dadızdırırsan.”
    Buradan belə nəticə hasil olur ki, Allahın dostlarının ləzzəti təkcə maddi yox, həm də ruhi və mənəvi həzzdir. Bəzi hədislərdə deyilib ki, Allah-Taala qəzəb etdiyi kimsəni duanın şirinliyindən məhrum edər.
    "Kumeyl” duası yüksək məzmunlu dualardan biridir. Həzrət Əli (əleyhissalam) bu duanı oxumaqla Allahla əlaqəsini möhkəmləndirər və hər dəfə bu duanı oxuduqca göz yaşı tökərdi.
    Arzu edirik ki, Allah-Taala bütün müsəlmanlara duanın şirinliyini nəsib eləsin. Onların ibadət və dualarını qəbul eləsin, inşallah!
    Həzrəti Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: "Dua möminin silahı və dinin sütunudur.”
    Həmçinin Əhli-Beyt (əleyhimussalam)-dan varid olub ki, böyük Allahın dərgahında ibadətlərin ən yaxşısı və yer üzərində əməllərin ən sevimlisi duadır.
    Həzrət Əli (əleyhissalam)-ın haqqında nəql edirlər ki, o Həzrət dua çox oxuyarmış. Belə ki, əshabından biri rəvayət edir ki:
    Bir gecə ay işığında, ətrafda olan xurma ağaclarının araxasında kiminsə əyilib-düzəlməyini görərək özümü ona yetirdim və gördüm ki, o şəxs başı səcdədə hönkürtü ilə ağlayır. Bir müddətdən sonra onun səsi kəsildi. Mən onun kim olduğunu bilmək üçün üzü üstə düşmüş bədənini çevirmək istədim. Mən onu mübarək gözlərindən tanıdım. O Həzrət Əli (əleyhissalam) idi. Bir qədər onun başı üstə oturdum, özünə gəlmədiyini görərək, yəqin etdim ki, dünyadan gedib. Mən Həzrət Əli (əleyhissalam)-ın evinə yollandım və onun dünyadan getdiyini Həzrət Fatimə (əleyha salam)-a çatdırdım. Həzrət buyurdu ki, əmim oğlu dünyadan getməyib, O, Allahın qorxusundan o vəziyyətə düşüb.
    Allah-Taala buyurur: "Siz, ey müsəlmanlar, heç vaxt duanı tərk etməyin, çünki Haqq tərəfinə yaxınlaşmaq üçün ondan yaxşı vasitə yoxdur.”
    İmam Cəfər Sadiq (əleyhissalam) buyurur: "Babam Həzrət Əli (əleyhissalam) buyurardı: "Dua oxumaq mömin insan üçün bəlalar qarşısında bir qalxandır. Əgər bir evin qapısını çox döysən axırda üzünə açılar.”
    Allah-Taala ürəyin istəklərindən agahdır, lakin insanların ehtiyaclarının Onun dərgahında dua ilə istənilməsini sevir.
    QURANDA DUA
    Quranda adı çəkilən bəzi peyğəmbərlər və övliyaların təvazökarlıqla etdikləri dualar:
    1. Ey bizim Pərvərdigarımız, Sənin hansısa bir əmrini yerinə yetirməyi yaddan çıxarmışıqsa, yaxud bir işdə bizdən xəta baş veribsə, onu bizim üçün günah yazma. Ey Rəbbimiz, bizimlə elə rəftar et ki, keçmişlərimizlə rəftar etmisən, ağır vəzifələri bizim çiynimizə qoyma.
    Ey bizim Pərvərdigarımız, yerinə yetirməkdə qüdrət və qüvvəmiz olmayan işi bizə həvalə etmə. Öz lütfünü bizdən əsirgəmə və bizi bağışla, çünki Sən bizim mövlamızsan.
    2. Pərvərdigara, mənim ürəyimi geniş, işlərimi asan et. Mənim dilimə lətafət və düzgünlik ver ki, danışığımı dərk etsinlər.
    3. Pərvərdigara, hesab çəkəcəyin gündə məni, valideynlərimi və möminləri bağışla!
    4. Pərvərdigara, bizi düz yola hidayət etdikdən sonra qəlblərimizi batilə tərəf döndərmə, Öz tərəfindən bizə rəhəmət əta et, çünki Sən bağışlamağı sevirsən.
    DUANIN QƏBUL OLUNMASI ŞƏRTLƏRİ
    1. Duanın qəbul olunması şərtlərindən birincisi odur ki, əvvəlcə Allaha həmdü-səna edəsən, sonra Peyğəmbər və onun Əhli-Beytinə salavat deyəsən.
    2. Bütün günahlarını nəzərə alıb Allahdan bağışlanmağını istəyəsən.
    3. Ümidini bütün bəndələrdən kəsib, yalnız tək və qadir olan Allaha ümid bağlayasan.
    4. Təkcə dil və ürək yox, gərək insanın bütün əzaları dua halında olsun.
    5. Duanın müstəcab olmağına qətiyyən şübhə edilməsin.
    6. Gərək Allahın hökmlərini yerinə yetirməyə əzm edə.
    7. Allahı, Onun dərgahına yaxın olan müqəddəs şəxslərə (Peyğəmbər və İmamlara) and verə.
    8. Duanın müstəcab olmağında müqəddəs zamanların (Qədr gecəsi, azan vaxtı, iftar vaxtı, cümə gecəsi, Ərəfə günü) mühüm rolu var.
    9. Ümumilikdə (bir neçə nəfərlə birgə) edilən duanın təsiri daha güclüdür.
    10. Əlləri yuxarı qaldırıb bərkdən dua etmək lazımdır.
    11. Dua halında ağlamaq gərəkdir.
    12. Dua edən şəxsin yeməyi və geyimi halal olmalıdır.
    DUANIN FAYDALARI
    1. Dua edən bəndə Allahla əlaqədə olduğuna görə, Quranın buyurduğu kimi, qəlbə bir sakitlik, aramlıq gətirir və insanı həyəcandan qurtarır.
    2. Dua edib Allahı yad etmək, ürəkdə bir nur yaratmaqla insana yeni bir həyat verər.
    3. Dua edən şəxs Allahın məhəbbətini qazanar.
    4. Dua edən şəxs şeytandan və şəhvətdən uzaq olar.
    5. Dua peyğəmbərlərin silahıdır; dua insanların düşmənlərini məğlub edər, özünə isə ruzi yetirər.
    6. Dua insanı ruhi xəstəliklərdən xilas edər.
    Category: Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti | Added by: Islam_Kitabxanasi
    Views: 680 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024