İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti

    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti
    2012-02-06, 10:43 PM
    ALTINCI FƏSİL
    MƏDİNEYİ-MÜNƏVVƏRƏ
    Mədinə şəhəri Cəddənin şərqində, Məkkənin isə şimalında yerləşir. Cəddədən 425 km, Məkkədən isə 456 km məsafədə yerləşir. Qədir-Xum vilayəti Cöhfənin yaxınlığındadır.
    MƏDİNƏNİN QISA TARİXİ
    Əmaliqə tayfasından olan Yəsrib adlı bir nəfərin yolu indiki Mədinə torpağına düşdü. Orada bir şəhərin bünövrəsini qoydu, adını da öz adı ilə "Yəsrib” adlandırdı.
    "Yəsrib” kəlməsinin mənası pis olduğundan, sonralar şəhərin adını dəyişib "Mədinətur-Rəsul” qoydular.
    YƏHUDİ QÖVMÜ
    Mədinədə məskunlaşan yəhudilər, tayfa şəklində yaşayan bəni-nəzir, bəni-qəynuqa və bəni-qüreyzə mühacirləri idilər. Onlar Beytül-müqəddəsdən Mədinəyə bu məqsədlə hicrət etmişdilər ki, Peyğəmbəri-İslama beyət etsinlər. Amma cahillikləri üzündən qafil oldular və Peyğəmbəri inkar etdilər.
    MƏDİNEYİ-MÜNƏVVƏRƏ
    Həzrət Əli (əleyhissalam) Mədinə şəhəri haqqında belə buyurur: "Məkkə Allahın hərəmi, Mədinə Rəsuli-Xudanın hərəmi, Kufə isə mənim hərəmimdir.”
    ZİYARƏTİN FAYDALARI
    İmam Baqir (əleyhissalam) buyurub: "Hər kim Peyğəmbərin qəbrini ziyarət etsə, (əvəzində) behişt onundur.”
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) isə belə buyurur: "Hər kim sağlığımda məni və yaxud ölümümdən sonra qəbrimi ziyarət etsə Qiyamət günü mənimlə bir yerdə olacaqdır.”
    Ziyarət-bir növ şəhadət məktəbində olanlardan məmnun olmaqdır.
    Şəhidlərin qəbrini ümumilikdə ziyarət etmək onlarla həmrəy olmaq deməkdir.
    Peyğəmbərin və İmamların məhzərinə yetişmək, onların barigahında olmaq-həcc ziyarətini kamil edər, inşallah.
    Mədinəyə və Məscidün-Nəbiyə daxil olmaqdan ötrü qüsl almaq müstəhəbdir. Və müstəhəbdir ki, məscidə daxil olduqda iki rükət təhiyyət (ziyarət) namazı qılasan, həmçinin çalışasan ki, yovmiyyə (gündəlik) namazlarını məsciddə qılasan, çünki Məscidün-Nəbidə qılınan bir rükət namaz, sair məscidlərdə qılınan on min rükət namaza bərabərdir.
    MƏSCİDÜN-NƏBİ
    Siz Məscidün-Nəbiyə daxil olduqda, sanki behiştə daxil olursunuz, çünki minbərlə Həzrət Peyğəmbərin evi (hansı ki, qəbri-şərifi həmən yerdə yerləşir) arasında olan məhəl (məsafə) behişt bağlarından biridir.
    Bu məscid Əbubəkr, Ömər, Vəlid və Mehdi Abbasi tərəfindən, genişləndirilmişdir.
    MƏSCİDİN ƏZƏMƏTİ
    İslamın təzə dirçələn vaxtlarında Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) İslam aləmi üçün mühüm qərarları bu məsciddə qəbul edərdi.
    Bu məsciddə Faitmeyi Zəhra xütbə oxumuşdur.
    Yeddinci İmam Həzrət Museyi Kazim (ə)-ı bu məsciddən həbsxanaya aparıblar.
    İmam Hüseyn (əleyhissalam) Yezidin beyət haqqında yazdığı məktubu bu məsciddə alıb.
    Maraqlıdır ki, 900 il bundan əvvəl xaçpərəstlərin bir neçə casusu Mədinə şəhərinə gəlib məscidin yaxınlığında məskunlaşırlar. Gecələr yerin altı ilə tunel qazaraq Həzrətin mütəhhər cismini mərqədi-şərifindən çıxartmaq istəmişlər, lakin onların bu mənfur niyyətləri baş tutmur: nəzarətçilər vaxtında xəbər tutub onları ələ keçirərək qətlə yetirirlər.
    MƏSCİDİN SÜTUNLARI
    Məscidün-Nəbidə olan sütunlar 3 növdür: 1. Peyğəmbər zamanında tikilən sütunlar; 2. Dörd xəlifənin dövründə məscidin genişləndirilməsi ilə əlaqədar olaraq tikilən sütunlar; 3. Son zamanlarda tikilən qalan sütunlar.
    Peyğəmbər zamanında tikilən sütunlar ağ rəngdədir və onların üzərindəki gözə oxşar naxışla digərlərindən seçilirlər.
    Hər sütunun özünə məxsus adı və tarixi vardır.
    1. Tövbə sütunu; Əbu Lübabə adlı bir nəfər şəxs, tövbə edərkən özünü bu sütuna bağlamışdı.
    2. Ustuvanətül-hərs; bu sütunun yanında Həzrət Əli Rəsuli-Əkrəmə keşik çəkərdi.
    3. Ustuvanətül-vüfut; bu yerdə Həzrət Peyğəmbər (əleyhissalam) heyət və nümayəndələrlə görüşərdi.
    4. Mühacirlərin sütunu; bu sütuna Ayişə sütunu da deyirlər. Mühacirlər bu sütunun yanına yığışarmışlar.
    5. Ustuvanətül-hənnanə; "hənin” kəlməsindən düzələn sözdür ki, nalə çəkmək mənasını verir.
    Səbəbi də odur ki, Peyğəmbər (s) xütbə oxuyarkən burada olan xurma ağacına söykənərmiş. İlk minbəri hazır elədikləri zaman Peyğəmbər istədi ki, ağacın dibindən qalxıb, minbərə getsin. O anda xurma ağacından bir nalə eşidildi ki, hamını heyrətə gətirdi. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) mübarək əlini ağaca çəkdi və buyurdu: "Mən Allahdan istəmişəm ki, səni behişt ağaclarından etsin.”
    İlk dəfə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) üçün ağacdan düzəldilmiş və üç pillədən ibarət olan bu minbərin tarixi isə hicrətin 7-ci ilinə təsadüf edir. Sonralar Müaviyə, bu minbəri Şama aparmaq istəmişdi, lakin Mədinə camaatı ona mane olmuşdu.
    Qeyd edək ki, xəlifələrin zamanında tikilən sütunlar uzununa olan xət-xət naxışla son zamanlarda tikilən sadə sütunlardan seçilirlər.
    CƏBRAİL QAPISI
    Müstəhəbdir ki, Məscidün-Nəbiyə Cəbrail qapısından, yəni Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in xidmətinə yetmək üçün Cəbrəilin nazil olduğu qapıdan daxil olsunlar
    HÜCREYİ-MÜTƏHHƏRƏ
    Məscidin cənubi-şərqində "Hücreyi-mütəhhərə” yerləşir ki, onun da uzunluğu 16 m, eni 15 m olmaqla 240 m2 sahəni əhatə edir. Guşələrində olan sütunların üzərində yaşıl günbəz yerləşir ki, qiblə tərəfdən əvvəl Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qəbri, ondan sonra Əbubəkr və Ömərin qəbri, daha sonra Fatimeyi Zəhra (əleyha salam)-ın evi yerləşir.
    ƏSHABİ-SUFFƏ SƏKİSİ
    Məkkə müsəlmanlarının Mədinəyə hicrət etdiyi vaxt şəhər əhlisinin onların hamısını yerləşdirməyə imkanları olmadı. Ənsarlar mühacirlərin bir çoxunu evlərinə aparıb, öz əmlaklarını da onların ixtiyarında qoydular. İş o yerə çatmışdı ki, bir gecə gördülər Əbu Əyyub Ənsari öz ailəsi ilə birlikdə Mədinə küçələrinin birində mənzil salıblar. Soruşdular ki, bura niyə gəlmisiniz? Cavab verdi ki, mən evimi mühacirlərin ixtiyarına vermişəm, yer olmadığından özümüz bayırda qalmalı olduq və buraya gəldik ki, qonaqlar eşikdə qalmasınlar.
    Eyni zamanda mühacirlərin bir hissəsi çarəsiz qalaraq, başlarını saxlamaq üçün bir yer və dolanmaq üçün bir məşğuliyyət tapana qədər məscidin bir guşəsində onlara məskunlaşmağa icazə verdilər. Ənsarın onlara göndərdiyi yeməyi öz aralarında bölüb qənaətlə yeyirdilər.
    Bilal, Əbuzər, Miqdad əshabi-suffədən hesab olunurdular. Onların suffəyə (səkiyə) mənsub edilmələrinin səbəbi bu idi ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in hücrəsinin şimal tərəfində dörd guşəli bir səki vardı ki, məscidin səthindən 20 sm yuxarı idi. Evi olmayan mühacirlər bu yerdə məskunlaşmışdılar.
    MƏSCİDİN MİNARƏLƏRİ
    Məscid üçün minarə ucaltmağa ilk dəfə Vəlid ibni Əbdül Məlikin zamanında başlanıb.
    ƏİMMEYİ-BƏQİ
    Məsum imamlardan dördü Bəqi qəbiristanında dəfn olunubdur:
    1. İmam Həsən Müctəba (əleyhissalam).
    O hicrətin 3-cü ilində Ramazan ayının 15-də Mədinə şəhərində doğulub. Atası Həzrət Əli (əleyhissalam) ilə birlikdə "Cəməl”, "Siffeyn” və "Nəhrəvan” müharibələrində iştirak edib. Atasının şəhadətindən sonra ona əvvəldə beyət edən İraq camaatı əhdə vəfasız çıxdılar və imamı tək-tənha qoydular. Bu səbəbdən imam hakimiyyətdən kənara çəkilməyə məcbur oldu. O Həzrət hicrətin 41-ci ilində Mədinəyə qayıtdı. On il müddətində şiələrlə əlaqə saxladı, nəhayət 47 yaşında, Müaviyənin təhriki və öz arvadının əli ilə zəhərləndirilərək şəhadətə yetirildi.
    İslam Peyğəmbəri (s) buyurub: "Hər kim İmam Həsəni Bəqidə ziyarət etsə, Siratın üstündə onun qorxusu olmaz.”
    2. İmam Zeynəl-Abidin (əleyhissalam).
    Hicrətin 38-ci ili, şəban ayının 5-ində Mədinədə doğulub. O Kərbəla hadisəsində iştirak etdi, amma xəstəliyi üzündən münafiqlərlə döyüşdə iştirak edə bilmədi. Ondan iki əsər yadigar qalıb: "Səhifeyi-Səccadiyyə” (57 duadan ibarətdir) və "Risaleyi-hüquq”. 56 yaşında Hişamın təhriki ilə şəhadətə yetirilib.
    3. İmam Məhəmməd Baqir (əleyhissalam).
    Hicrətin 57-ci ili, rəcəb ayının əvvəlində Mədinədə doğulub. Kərbəla vaqiəsi zamanında onun 4 yaşı vardı. İmaməti dövründə Bəni Üməyyə ilə Bəni Abbas tayfaları arasında müharibə gedirdi. İmam bu münaqişədən istifadə edib, çoxlu şagird yetişdirdi. Elmin dərinliklərinə nüfuz etdiyinə görə, "Baqirul-ülum” (elmləri yaran) ləqəbi almışdı. İslam Peyğəmbəri (s), axırıncı səhabəsi Cabirin vasitəsi ilə İmam Baqir (əleyhissalam)-a salam göndərmişdi. Nəhayət hicrətin 117-ci ili, zil-hiccə ayının 7-sində, 57 yaşında Hişamın göstərişi ilə şəhid edildi.
    4. İmam Cəfəri Sadiq (əleyhissalam).
    Hicrətin 83-cü ili, Rəbiül-əvvəlin 17-sində Mədinə şəhərində doğulub. O Həzrət də Bəni Üməyyə və Bəni Abbas tayfaları arasında gedən münaqişədən istifadə edib dəyərli bir elmi hövzə təşkil edərək dörd minədək tələbə yetişdirdi ki, hər biri ayrı-ayrılıqda bir müctəhid idi.
    İmam Baqir (əleyhissalam)-ın imamətliyi dövründə şiəlik məzhəbinin rəsmi şəkildə əsası qoyuldu.
    Hənəfi firqəsinin rəhbəri Əbu Hənifə İmam Sadiq (əleyhissalam) haqqında deyərdi: "Mən Cəfəri Sadiqdən başqa fəqih (İmamiyyə şəriətində: hüquq elminin bilicisi) bir şəxs görmürəm və tanımıram.”
    İmam Hicrətin 148-ci ili, şəvvəl ayının 25-də, 65 yaşında Mənsurun fitvası ilə şəhadətə yetirildi.
    Bəli, bu məsum imamların dördü də Mədinədə, Bəqi qəbiristanlığında uyuyurlar.
    İMAM HƏSƏNİ MÜCTƏBA, İMAM ZEYNÜL-ABİDİN, İMAM BAQİR VƏ İMAM SADİQ (ƏLEYHİMUSSALAM) VƏ ABBAS İBN ƏBDÜL-MÜTTƏLİBİN (PEYĞƏMBƏRİN ƏMİSİ) QƏBİRLƏRİ
    BƏQİ QƏBİRİSTANLIĞININ MÜTƏHHƏR QƏBİRLƏRİ
    "Əqidə dəfn olunan dörd məsum imamın qəbrindən savayı, digər iki qəbir də yerləşir.
    Bunlardan biri divar tərəfdə yerləşir ki, Fatimə binti Əsədin qəbridir. Bu qəbri həm də zəif rəvayətlərə əsasən Fatimeyi Zəhra (əleyha salam)-a da aid edirlər.
    İkinci qəbir isə Həzrət Peyğəmbərin əmisi oğlu ibni Abbasa məxsusdur. Nəzərinizə çatdırırıq ki, ibni Abbas Quran müfəssiri olmaqla, həm də İslamiyyətin təzə dirçələn vaxtlarında Peyğəmbərin yaxın müdafiəçisi idi. O, Osmanın xilafəti dövründə hicrətin 33-cü ilində vəfat edib.
    Məsum imamların qəbirlərindən bir qədər qabaqda, sağ tərəfdə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in 3 qızı-Rüqəyyə, Zeynəb və Ümmü Külsümün qəbirləri yerləşir.
    Onlardan sonra Peyğəmbərin zövcələrinin qəbirləri yerləşir (Xədiceyi Kübradan başqa; çünki o, Məkkədəki "Əbu Talib” qəbiristanlığında dəfn olunub).
    Əlbəttə, bunu da unutmaq olmaz ki, Həzrət Ümmü Sələmə Xədiceyi Kübradan sonra Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in ən hörmətli qadınlarından biri sayılır. O həm də Həzrət Əli (əleyhissalam)-ın vilayətinin himayətçisi idi. Hicrətin 61-ci ilində vəfat edib.
    Ondan sonra, yenə digər bir büqədə(Büqə-Bəqi qəbiristanında İmamlara məxsus bir hissədir ki, zahiri görkəmi ilə qəbiristanın başqa sahələrindən seçilir.  
     ) Həzrət Əli (əleyhissalam)-ın qardaşı Əqil (vəfatı 61-ci hicri ili) və Abdullah ibni Cəfər (Həzrət Zeynəbin əri) dəfn olunublar.
    Onlardan bir az qabaqda, yenə sağ tərəfdə, Peyğəmbərin 18 aylıq övladı İbrahim dəfn olunub. Həzrət, İbrahimin ayrılığından kədərlənər və həzin-həzin ağlayaraq buyurardı: "Ürəyim İbrahim üçün yanır, lakin bir söz deyə bilmirəm, çünki Allaha xoş getməz.”
    Bu yolun sol tərəfində "Ühüd” davasında iştirak edərək şəhid olanlar dəfn olunublar. (Bu həmən İslam mücahidləridir ki, Ühüd davasında döyüşərək yaralanmış və onları müalicə etmək üçün Mədinəyə gətirmişdilər, lakin yaraları ağır olduqlarından və ya onları sağaltmaq mümkün olmadığından burada canlarını tapşırmışlar və Bəqi qəbiristanlığında dəfn olunublar).
    "Hürrə” cərəyanının şəhidləri də həmin yerdə dəfn olunublar.
    "HÜRRƏ” HADİSƏSİ HAQQINDA MƏLUMAT
    Bu faciə Yezidin 3 illik hakimiyyəti dövründə vaqe olmuşdur. O, hakimiyyətinin 1-ci ilində, bəşər tarixində analoqu olmayan qanlı Kərbəla faciəsini törətdi. 2-ci il Mədinədə Kərbəla hadisəsinə etiraz əlaməti olaraq xalq ayağa qalxdı. Yezid qoşun göndərərək bu qiyamı yatızdırmaq üçün çoxlu günahsız insanların qanlarını axıtdı. Burada haqq-ədalət uğrunda qurban gedənlərdən 80 nəfəri Peyğəmbər səhabələri, o cümlədən 700 nəfər də mühacir və ənsar övladları idilər.
    Yezid məlun hakimiyyətinin 3-cü ilində daha bir cinayət edərək, Məscidül-Hərama pənah aparmış Abdullah ibni Zübeyri ələ keçirtmək üçün Kəbə evini oda çəkdi, lakin elə bu zamanda istəyinə nail olmayıb özü Cəhənnəmə vasil oldu.
    Bəqi qəbiristanının axırında, sağ tərəfdə Osman ibni Məzun (Peyğəmbərin səhabəsi və ya 3-cü xəlifə Osman ibni Əfvan) dəfn olunub.
    Ondan bir az qabaqda, sol tərəfdə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in süd anası Həlimeyi-Sədiyyə dəfn olunub. O mehriban və çox qayğıkeş bir qadın idi. Həzrət onun xatirini çox istəyərdi. İstər sağlığında, istərsə də vəfatından sonra onu hörmət və ehtiramla yad edərdi.
    Qəbiristanlığın lap axırındakı qəbir isə bir ehtimala görə Peyğəmbərin qızı Fatimeyi Zəhra (əleyha salam)-ın, digər ehtimala görə Fatimə binti Əsədin qəbridir.
    Bəqi qəbiristanlığına daxil olarkən sol tərəfə bir yol ayrılır. Bu yolun sol tərəfində Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in bibiləri Atikə və Səfiyyə dəfn olunublar. (Səfiyyə İslamın şücaətli qadınlarından biri idi. O, "Əzhab” döyüşündə bir yəhudi casusunu qətlə yetirmişdi. Özü isə hicrətin 20-ci ilində 73 yaşında vəfat edib.)
    Onlardan bir az qabaqda, yenə sol tərəfdə Həzrət Əbül-fəzlil-Abbasın anası Həzrət Ümmül-Bəninin qəbri yerləşir.
    İmam Cəfər Sadiq (əleyhissalam)-ın böyük oğlu İsmail də orada dəfn olunub.
    İmam Sadiq (əleyhissalam)-dan sonra şiələrin bir qismi bir imam kimi İsmailə etiqad bəsləyir, "İsmailiyyə” adı ilə tanınırdılar. Hansı ki, İsmailin özü qardaşı İmam Museyi Kazim (əleyhissalam)-ın imamətliyini qəbul etmişdi və bir imam kimi onun ehtiramını saxlayırdı.
    Bəqi qəbiristanlığında dəfn olunan digər müsəlmanlar da İslamın görkəmli və ləyaqətli şəxsləri idilər. O cümlədən Malik Əştər, Miqdad, Məhəmməd Hənəfiyyə, Səd ibni Məaz, Əbu Əyyub Ənsari (Mədinədə Peyğəmbəri öz evində qonaq saxlayan), Şəhrəbanu (İmam Hüseyn (əleyhissalam)-ın həyat yoldaşı) burada dəfn olunublar.
    Həmçinin bir rəvayətə görə əshabdan 10 min nəfər bu qəbiristanlıqda dəfn olunublar.
    Cabir ibni Abdullah Ənsari də burada dəfn olunub. O, hicrətdən 15 il əvvəl Mədində doğulub. Atası Abdullah "Ühüd” davasında şəhid olmuşdu. Özü isə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Mədinəyə daxil olmamış, artıq İslamı qəbul etmişdi. Həmişə Peyğəmbərlə yanaşı olardı. İslam yolunda aparılan müharibələrin 19-da iştirak edərək rəşadət göstərdi. Həmçinin Kərbəlada İmam Hüseyn (əleyhissalam)-ın qəbrini ziyarət edən birinci şəxs idi. (96 il ömür sürmüşdü.) Allah ona o qədər ömr bəxş etdi ki, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in salamını İmam Baqir (əleyhissalam)-a çatdırdı və Hicrətin 78-ci ilində Mədinədə vəfat etdi.
    Rəvayətə görə Həzrət Peyğəmbərin atası Abdullah Mədinədə təqribən "Məscidün-Nəbi”nin "Babüs-səlam” qapısı ilə üzbəüz dəfn olunub. Həzrət Abdullah Şam səfərindən qayıtdıqdan sonra, öz qohum-əqrəbaları ilə görüşmək məqsədi ilə Mədinəyə gəlir və Həzrət Məhəmmədəl-Müstəfa dünyaya gəlməmiş, özü vəfat edir.
    "ŞÜHƏDAYİ-ÜHÜD” QƏBİRİSTANLIĞI
    Hicrətin üçüncü ilində, Mədinə şəhərinin şimalında yerləşən "Ühüd” dağının ətəyində müsəlmanlarla kafirlər arasında qanlı döyüş başlayır. İlk əvvəl müsəlmanlar qalib gəlirdilər. Lakin sonrakı mərhələdə İslam qoşununda özbaşınalıq yarandı, bəzi müsəlmanlar Peyğəmbərin əmrindən çıxaraq itaətsizlik etdilər ki, bunun da axır-aqibəti çox acınacaqlı oldu. Belə ki, 70-dən çox müsəlman bu müharibədə şəhid oldu. Həzrət Həmzə Seyyidüş-Şühəda, Müsəb ibni Ümeyr və Abdullah Cəhş (Həzrət Həmzənin bacısı oğlu) "Ühüd” döyüşü şəhidlərindəndir və onların hamısı "Ühüd” qəbiristanlığında dəfn olunublar.
    Bu şəhidlərin qəbirlərini ziyarət etmək Mədinənin müstəhəb əmalından biri sayılır.
    Rəsuli-Əkrəm Nəbiyyi-möhtərəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: "Hər kim məni ziyarət etsə, lakin əmim Həmzəni ziyarət etməsə o şəxs mənə cəfa etmiş kimi olur.”
    O Həzrətin həm özü, həm də qızı Fatimeyi Zəhra (əleyha salam) "Ühüd” qəbiristanlığına gedib şəhidlərin məzarını ziyarət edərdilər.
    1. Ühüd dağı.
    Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: "Ühüd elə bir dağdır ki, bizi sevir, biz də onu sevirik.”
    Bu dağ Mədinənin şimal tərəfində qərar tutub. Şərqlə qərb arası 6 km uzunluğunda bir ərazini əhatə edir. "Ühüd” ərəbcə "əhəd” sözündən alınmışdır, tək-tənha mənasını verir. Ətrafındakı dağlardan ayrı, tək-tənha olduğuna görə belə adlandırılmışdır. Bu dağ, İslamın təzə bərqərar olduğu vaxtlarında baş verən çox mühüm bir müharibənin ibrətamiz səhifələrini özündə əks etdirir.
    2. Kafirlərin müsəlmanlarla apardığı "Bədr” müharibəsindəki ağır məğlubiyyətlərindən sonra, bir il müddətində, müsəlmanlara yeni bir qüvvə ilə həmlə etsinlər deyə, onlara qarşı canlı qüvvə toplamağa başladılar. Peyğəmbərin əmisi Abbas, ona yazdığı naməsində düşmənlərin bu məkrli niyyətlərini xəbər vermişdi. Həzrət bu xəbərdarlıqdan sonra müsəlmanları məşvərət üçün məscidə yığdı. Bu yığıncaqda ağsaqqal müsəlmanların rəyləri belə idi ki, Mədinə şəhərinin daxilində düşmənə müqavimət göstərsinlər, cavanların fikirləri isə bu idi ki, Mədinədən kənarda düşmənin hücumunun qarşısını alsınlar. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ağsaqqalların rəyini bəyənmişdi, fəqət cavanların xətrinə dəyməsin deyə və onlarla döyüşdən əvvəl ruh düşkünlüyü yaratmamaqdan ötrü cavanların qərarını qəbul etməli oldu. Belə qərara gəldilər ki, şəhərdən kənarda düşmənlərin həmləsini dəf etsinlər.
    3. Düşmənin canlı qüvvəsi 4 min nəfər, müsəlmanların isə ordusu əvvəlcə min nəfərdən ibarət idi, lakin Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) münafiqlərin 300 nəfərdən ibarət qoşunundan imtina etdi. Bu münafiqlər Abdullah ibni Übəyyin başçılığı ilə müsəlmanların sırasını tərk etməli oldular. Çünki Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in buyuruğu belə idi ki: "Müşriklərlə vuruşda münafiqlərə bel bağlamaq, onların köməyinə arxalanmaq olmaz.”
    4. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Abdullah ibni Cübeyrin sərkərdəliyi ilə 50 nəfərdən ibarət bir dəstəni Ühüddə iki dağ arasında yerləşdirib buyurdu: "Biz əgər düşməni Məkkəyə qədər qovsaq belə, siz öz istehkamınızı tərk etməyin.”
    Müsəlmanlar ilk həmlədə düşmənə ağır zərbə endirdilər, lakin İslam əsgərlərindən 40 nəfəri qənimət toplamaq məqsədi ilə Peyğəmbərin göstərişinə əməl etməyərək öz istehkamlarını tərk etdilər. Vəziyyəti belə görən Xalid ibni Vəlid 200 nəfərlə arxadan həmlə edərək müsəlmanları ağır itki ilə geri çəkilməyə məcbur etdi. Bir neçə nəfərin səriştəsizliyi və tamahı ucbatından bu döyüşdə müsəlmanlardan 70 nəfəri şəhid oldu, xeyli hissəsi də yaralandı.
    5. "Bədr” müharibəsində müsəlmanlar müşriklərə qələbə çalıb Qüreyşin böyük sərkərdələrindən 3 nəfəri qətlə yetirdiklərinə görə, Əbu Süfyanın arvadı Hində bərk hiddətlənmişdi, daima Peyğəmbərdən onların qisasını almaq istəyirdi.
    Ona görə mənşəcə həbəş və çox mahir nizə atan olan bir qulu vadar edirdi ki, onlardan 3 nəfəri (Peyğəmbər, Əli və Həmzəni) öldürsün. O qul isə ehtiyat edərək deyirdi: "Peyğəmbəri öldürmək olmaz, çünki o daima müdafiə olunur. Əlini də öldürmək çətindir, çünki o çox ayıq və çevik bir pəhələvandır. Döyüşəndə hər tərəfə nəzarət edir. Lakin söz verirəm ki, Həmzəni öldürəm.”
    Hində "Ühüd” davasında öz istəyinə nail oldu: həbəşi qulam Həmzəni arxadan nizə ilə vurub öldürdü. Hində cigərxarə, o məlun qadın Peyğəmbərin istəkli əmisi Həmzə Seyyidüş-Şühədanın ciyərlərini dişlərinə alıb çeynədi, burnunu, qulaqlarını və barmaqlarını kəsib ipə keçirdərək öz boynuna boyunbağı saldı.
    Döyüş qurtarandan bir qədər sonra Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) əmisinin pak cəsədi üstünə gəldi. Səfiyyənin qardaşı Həmzənin cənazəsinin üstünə gəlmək istədiyini eşidəndə oğluna işarə etdi ki, anasına mane olsun. Lakin Səfiyyə dedi: Mən bilirəm ki, qardaşım şəhid olub. O, öz canını İslam yolunda qurban verib. Mən onunla fəxr edirəm.
    Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onun belə bir sağlam əqidəli və sədaqətini gördükdə razı oldu ki, qardaşının şəhid olmuş cismi üzərinə gəlsin. Səfiyyə gəldi. Həzrət mübarək əllərini bibisinin sinəsi üzərində qoyaraq hər ikisi ağladı.
    6. Müsəb ibni Ümeyr Mədinənin kübar cəmiyyətindən olan nüfuzlu bir adam idi. Besətin 12-ci ilində Peyğəmbər onu mübəlliğ kimi Mədinəyə göndərdi və onun haqqında belə buyurdu: "Mədinə şəhəri bir qətrə qan tökülmədən, İslamın ağuşuna gəldi.”
    Müsəb Quran müfəssiri və mübəlliği idi. O 40 yaşında ikən "Ühüd” müharibəsində şəhadətə yetdi. O zahiri görkəmindən Peyğəmbərə çox oxşarı var idi. O şəhid olanda qatili Peyğəmbəri öldürdüyünü güman etdi, sevinərək fəryad çəkdi ki: "Peyğəmbər qətlə yetirildi.” Bu yanlış xəbər də müsəlmanları ruhdan salıb, döyüş meydanını tərk etmələrinə bais oldu.
    Category: Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti | Added by: Islam_Kitabxanasi
    Views: 774 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024