İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti

    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti
    2012-02-06, 10:41 PM

    BİR NEÇƏ QƏHRƏMANLIQ NÜMUNƏLƏRİ
    Hənzələ bir cavan idi. Gəlin gətirilən gecəsi cəbhəyə, döyüşə yollanmış, rəşadətlə vuruşub şəhid olmuşdu. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onun barəsində belə buyurmuşdu:
    "Mən görürdüm ki, mələklər ona qüsl verirlər.”
    Yenə "Ühüd” müharibəsində Əmr ibni Cəmuh özü və dörd oğlu qəhrəmancasına həlak oldular.
    Nusəybə (yaxud Nəsibə) qəhrəman qadınlardan biri idi. O, "Ühüd” müharibəsində iştirak edərək həm döyüşürdü, həm də yaralılara kömək edirdi. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-i müdafiə etdiyi vaxtda özü ağır yaralandı.
    Bu müharibədə atası, əri və qardaşı şəhid olmuş bir qadın onların hər üçünün cənazəsini dəvənin belinə qoyub Mədinəyə aparmaq istədi, lakin dəvə yerindən tərpənmədi. Nə qədər cəhd etdi ki, dəvəni hərəkətə gətirsin, lakin mümkün olmadı.
    Qadın əlacsız qalıb Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə müraciət etməli oldu. Həzrət soruşdu ki: "Ərin evdən çıxarkən necə dua etmişdi?”
    Qadın cavab verdi: "Ərim evdən çıxarkən belə dua etdi: "İlahi, şəhadət feyzini mənə nəsib elə və məni bir də Mədinəyə qaytarma.”
    Həzrət buyurdu: "Ərinin duası qəbul olunub.”
    Üç şəhid verən həmin qadın Peyğəmbərin sağ-salamat olduğunu eşidib biləndə, çox sevindi və dedi ki, Peyğəmbərin salamatlıq xəbərini Fatiməyə mən çatdıracağam.
    MƏDİNƏ MƏSCİDLƏRİ
    1. "Məscidün-Nəbi”
    Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) ilk dəfə Mədinəyə daxil olanda hamı istəyirdi ki, onu öz evində qonaq saxlasın, lakin Peyğəmbərin dəvəsi, hal-hazırda məscid olan yerdə dizlərini yerə vurdu. Həzrət Əbu Əyyub Ənsarinin evini mənzil etdi və o evin ətrafında olan torpaq sahəsini alıb, səhabələrin köməkliyi ilə o yerdə məscid bina etdi ki, 2071 m2 sahəni əhatə edirdi. Bu məscidin divarları palçıqdan hörülmüşdü, dirəkləri xurma ağacının gövdəsindən idi, damı isə xurma ağacının budaqları ilə örtülmüşdü. Hicrətin 7-ci ili bu məscidi Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) genişləndirdi. Məscidin ətrafında hücrələr var idi ki, bu hücrələrin qapısı məscidə açılırdı və namaz vaxtı o qapılardan məscidə varid olurdular. Allah-Taalanın hökmü ilə, təkcə Həzrət Əli (əleyhissalam)-ın hücrəsindən başqa yerdə qalan hücrələrin hamısının qapısı bağlandı.
    Əlbəttə, bunu da xatırlatmaq yerinə düşərdi ki, Abdullah ibni Ömər demişdi: "Allah Əliyə üç böyük şərəf bəxş eləmişdi: 1) Peyğəmbərin qızı ilə evlənməyi; 2) Hücrələrin qapısını bağlayıb, lakin Əlinin qapısını açıq saxlamağı; 3) Xeybər müharibəsində Peyğəmbər İslamın bayrağını ona tapşırdı və buyurdu: "Bayrağı bir kəsin əlinə verirəm ki, Allah-Taala və Onun Rəsulu onu sevir.”
    2. "Quba” məscidi
    Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Mədinəyə hicrət edərkən bazar ertəsi günü, rəbiül-əvvəl ayının 12-də Quba adlı bir kəndə yetişdi ki, bu kənd "Məscidün-Nəbi”nin 6 kilometrliyində yerləşirdi. Həzrət bu yerdə 4 gün gözlədi ki, Həzrət Əli (əleyhissalam) da gəlib çatsın. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) Allahın hökmünə əsasən nizənin ucu ilə bir yeri təyin etdi və birinci məscidi müsəlmanların köməyi ilə orada bina etdilər. O zaman Həzrət buyurdu: "Cənabi Cəbrail bu məscidi tikməkdə mənə kömək etdi.”
    Rəsul-Xuda (səlləllahu əleyhi və alihi və səlləm) hər bazar ertəsi "Quba” məscidinə ibadətə gələr və buyurardı: "Hər kim öz evində dəstəmaz alıb və sonra gəlib "Quba” məscidində iki rükət namaz qılsa, Allah-Taala ona bir "Həcci-Ümrə” savabı verər.”
    Və Quranın "Tövbə” surəsinin 108-ci ayəsində buyurur: "Yaxşı olar ki, ilk gündən təqva naminə qurulmuş məsciddə namaz qılasan.”
    QUBA MƏSCİDİNİN ƏMALI
    1. İki rükət təhiyyət namazı qılmaq.
    2. Fatimeyi Zəhra (əleyha salam)-ın təsbihatını zikr etmək (34 dəfə "Allahu Əkbər”, 33 dəfə "əlhəmdu lillah”, 33 dəfə "subhanəllah”).
    3. Dua oxumaq (yaxşı olar ki, aşağıda yazılan dua oxunsun)
    "Allahummə innəkə qultə və qəvlukəl-həqqu fi kitabikəl-munzəli əla sədri Nəbiyyikəl-mursəl, ləməscidun ussisə ələt-təqva min əvvəli yəvmin əhəqqu ən yəqumə fihi ricalun yühibbunə ən yətətəhhəru. Vəllahu yuhibbul-mutətəhhirin.”
    "ZU QİBLƏTEYN” MƏSCİDİ
    Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) hicrətin ikinci ilinin 6-cı ayında, Mədinənin şimali-qərbində yerləşən "Bəni-salim” qəbiləsinin dəvəti ilə oraya yollandı. Orada günorta namazını adət üzrə olduğu kimi, qiblə olaraq üzlərini "Beytül-müqəddəs”ə tərəf tutduqları halda qılmağa başladılar, lakin 2-ci rükətdə rüku halında ikən fərmani-ilahi yetişdi ki, qiblə Allahın evi Kəbə səmtinə döndərilsin. Bu ayə Həzrət Cəbrailin vasitəsi ilə o zaman nazil oldu.
    "Ali-imran” surəsi, ayə 144: "Biz görürük üzünü səmaya tərəf tutduğun halda dayanmağını (qiblənin təyin olunması haqqında fərmani-ilahinin intizarında olmağını). Əlbəttə səni, razı olduğun qibləyə tərəf döndərəcəyik. Üzünü Məscidül-Həram tərəfə tut; və harada olursunuzsa üzünüzü oraya tutun...”
    Odur ki, namazın sonrakı rükətlərini Kəbə səmtinə dönərək qıldılar. Bundan sonra Kəbeyi-müəzzəmə müsəlmanların daimi qiblələri oldu.
    Bu hadisəyə görə də, bu məscidə "Zu-qibləteyn” (iki qibləli məscid) adı verdilər. Bu məscid, "Fəth” məscidinin qərbində və ona yaxın məsafədə yerləşir.
    QİBLƏNİN DƏYİŞDİRİLMƏSİ SƏBƏBLƏRİ
    1. Əvvəla, Beytül-müqəddəs müsəlmanların müvəqqəti qiblələri idi. Çünki Qurandan əvvəlki səmavi kitablarda axırıncı Peyğəmbərin zühuru haqqında xəbər verilmişdi, hansı ki, onun əlamətlərindən biri iki qiblədə namaz qılmaq idi.
    2. Bir səbəbi də budur ki, yəhudilər müsəlmanlara tənə vuraraq deyirdilər: "Müsəlmanların özlərinin müstəqil qiblələri yoxdur, bizim qibləyə üz tutaraq ibadət edirlər.”
    Ona görə də Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) daima üzünü göyə tutub Allaha dua edərək qiblənin təyin olunmağının intizarında idi. Nəhayət Allahdan qiblənin Kəbə tərəfə dəyişməyi haqqında ayə nazil oldu.
    3. Kəbə yer üzündə təkallahlığın ilk binası və birinci ibadətgah idi və Ərəbistanın əhalisi bir-biri ilə əlaqə saxlamaq üçün orada bir yerə yığışırdılar.
    QİBLƏNİN FƏLSƏFƏSİ
    1. Qiblə-müsəlmanlar arasında vəhdətə səbəb olur, hamısı bir səfdə durub, bir səmtə namaz qılırlar, beləliklə də arada olan hərc-mərclik itib aradan gedir.
    Yəhudilər irad tutaraq deyirdilər ki, bir halda ki, qibləni dəyişib, Məhəmməd özünü İbrahimə və əvvəlki peyğəmbərin adət-ənənələrinə necə vəfadar saya bilər?
    Cavab: "Kəbə Həzrət Adəm (əleyhissalam)-ın dövründən etibarən təkallahlığın birinci məbədgahı olub”
    "ZU QİBLƏTEYN” MƏSCİDİNİN ƏMƏLLƏRİ
    1. İki rükət təhiyyət namazı qılmaq;
    2. Bu duanı oxumaq:
    "Allahummə haza Məscidul-qiblətəyni və musəlla-Nəbiyyina və həbibina və səyyidina Muhəmmədin, səlləllahu ələyhi və alihi və səlləm. Allahummə innəkə qultə və qəvlukəl-həqqu fi kitabikəl-munzəli əla sədri nəbiyyikəl-mursəl. Qəd nəra təqəllubə vəchikə fis-səmai fələnuvəlliyənnəkə qiblətən tərzaha fəvəlli vəchəkə şətrəl-Məscidil-Həram.”
    "FƏTH” (ƏHZAB) MƏSCİDİ
    Səl dağının ətəyində bir neçə kiçik məscid var ki, "Əhzab” (Xəndək) müharibəsinin nişanələrini özündə əks etdirir. Və deyərlər ki, "İslamın ləşgəri bu yerdə qərar tutub.”
    Bu dağın təpəsində bir məscid bina olub ki, "Fəth” adı ilə məşhurdur. Ona "Fəth” adı verilməsinin səbəbi budur ki: "Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) bu məkanda müsəlmanların qalib gəlməklərindən ötrü Allaha dua etdi və İslam qoşunun qələbə (fəth) xəbəri məhz bu məkanda o həzrətə çatdı.”
    Həmin müharibə idi ki, düşmənin Əmr ibni Əbdəvəd adlı çox qüvvətli bir pəhləvanı Həzrət Əli (əleyhissalam)-ın əli ilə Cəhənnəmə vasil oldu.
    Həzrət Əli (əleyhissalam)-ın bu şücaəti haqqında Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurmuşdur: "Əlinin Xəndək günündə vurduğu bir zərbə ins ilə cinin ibadətindən üstündür.”
    "FƏTH” MƏSCİDİNİN ƏMƏLLƏRİ
    1. İki rükət məscid (təhiyyət) namazı;
    2. Bu duanı oxumaq:
    "Ya səriğəl-məkrubin və ya mucibə dəvətil-muztərrin. Və ya muğisəl-məhmumin. İkşif ənni zurri və həmmi və kərbi və ğəmmi kəma kəşəftə ən Nəbiyyikə səlləllahu ələyhi və alihi həmməhu və kəfəytəhu həvlə əduvvihi vəkfini ma əhəmməni min əmrid-dunya vəl-axirəti Ya ərhəmər-rahimin.”
    "Fəth” məscidinin yaxınlığında bir neçə kiçik məscid də vardır: Həzrət Əli (əleyhissalam) məscidi, Fatimeyi Zəhra (əleyha salam) məscidi, Salman məscidi, Əbu Bəkr və Ömər məscidi adlanır.
    Bu beş məscid yuxarıda qeyd etdiyimiz iki məscidlə ("Zu-qibləteyn” və "Fəth”) birlikdə "Məsacidi-səb” (yəni 7 məscid) adlanır.
    Yaxşıdır ki, hər məsciddə iki rükət təhiyyət namazı qılınsın.
    "ĞƏMAMƏ” MƏSCİDİ
    "Məscidən-Nəbi”nin qərbində 500 m-lik bir məsafədə yerləşir.
    Ğəmamə-bulud mənasını verir. Bu yerdə Peyğəmbər müsəlmanlarla birlikdə cümə namazı qıldığı vaxt hava olduqca isti idi. Allah-Taalanın qüdrəti ilə bir bulud parçası gəlib Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in və müsəlmanların üzərinə kölgə saldı. Bu cəhətdən bu məscidə "Ğəmamə” məscidi deyirlər.
    "MƏSCİDİ-İCABƏ” VƏ YA "MÜBAHİLƏ”
    Nəsranilərdən 3 nəfər tanınmış adam Peyğəmbəri Əkrəmin yanına gəlib soruşdu: Həzrət İsa haqqında fikriniz nədir, onun barəsində nə deyə bilərsiniz? Bir halda ki, heç vaxt atası olmayıb.
    Elə bu əsnada Allah tərəfindən Həzrət Cəbraillə vəhy nazil oldu ki: "Ey mənim Rəsulum, de ki, Allahın yanında İsanın məsəli, Adəmin məsəli kimidir ki, (Allah onu atasız və anasız) torpaqdan xəlq etdi, sonra ona "ol!” dedi, o da dərhal vücuda gəldi.” ("Ali-imran” surəsi, ayə 59)
    Lakin onlar bu cavabla razılaşmadılar və inadkarlıq göstərməyə başladılar. Yenə vəhy gəldi: "(Baxmayaraq ki, elmi-yəqinlə onlara dəlil-sübut gətirdin, amma) onlara de ki, gəlin biz də öz övladlarımızı, siz də öz övladlarınızı; biz də öz qadınlarımızı, siz də öz qadınlarınızı çağıraq, siz özünüz gəlin, biz də özümüz gələk və sonra bir-birimizi qarğış edək, yalançılara Allahın lənətini göndərək.”
    Onlar bu şərtlə razılaşdılar və qərara gəldilər ki, sabah hər iki tərəf Mədinə şəhərindən kənarda ("Məscidül-icabə”nin yerləşdiyi sahədə) hazır olsunlar. Bu xəbər tez bir zamanda Mədinə arasında yayıldı və xalqın içərisində cürbəcür şayiələrin yayılmasına səbəb oldu.
    Ertəsi gün gördülər ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Həsən və Hüseynin əlindən tutub, Həzrət Əli (əleyhissalam) sağ tərəfində, Fatimə (əleyha salam) isə sol tərəfində gəlirlər. Onlar hal-hazırda məscid olan yerə çatıb orada əyləşdilər. Mədinə camaatı Allaha daha çox yaxın olan bu beş kəsi müşahidə edərək bir-birinə dedilər: "Əgər bunlar qarğış etməyə başlasalar, onda Mədinənin dağları yerindən qopar.” Odur ki, "Nəcran” və "Nəsara” adlanan millət və onların böyükləri qorxub öz niyyətlərindən əl çəkərək, Peyğəmbərlə razılaşmalı oldular. Bu səbəbdən də, o yerdə bina olunan məscid "Məscidül-icabə” adlandırıldı.
    Bu hadisə hicrətin 10-cu ili, Zil-hiccə ayının 24-də baş vermişdir.
    "MƏSCİDİ-MÜBAHİLƏ”NİN ƏMALI
    1. İki rükət təhiyyət namazı;
    2. Bu duanı oxumaq:
    "Allahummə əsəlukə səbrəşşakirin və əmələl-xaifinə minkə, və yəqinəl-abidinə ləkə.
    Allahummə əntəl-əliyyul-əzim. Və ənə əbdukəl-baisul-fəqir, əntəl-ğəniyyul-həmid. Və ənə əbduz-zəlil. Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Vəmnun biğinakə əla fəqri. Və bi ilmikə əla cəhli. Və biquvvətikə əla zəfi. Ya qəviyyu, ya əziz, Allahummə səlli əla Muhəmmədin və alihil-əvsiyail-mərziyyin. Vəkfini ma əhəmməni min əmrid-dünya vəl-axirəti. Ya ərhəmər-rahimin.”
    "ŞƏCƏRƏ” MƏSCİDİ
    "Məscidi şəcərə” o məsciddir ki, Mədinə əhli həcc əzmində olub Beytüllahil-Həramı ziyarət məqsədi ilə orada toplanıb ehram bağlayırlar.
    Mədinədə həmçinin bəzi səhabələrin adına məscid bina olunub ki, onlardan "Əbuzər” və "Bilal” məscidlərini misal göstərmək olar.
    HİCRƏTDƏN MƏQSƏD NƏDİR?
    1. Zülmdən xilas olmaq üçün (müsəlmanların Məkkədən Həbəşə getməkləri kimi);
    2. Dini yaymaq və İslami hökuməti bərqərar etmək üçün (Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in Məkkədən Mədinəyə gəlməsi kimi);
    3. Əmr be məruf və nəhy əz münkər etmək üçün (İmam Hüseyn (əleyhissalam)-ın Mədinədən Məkkəyə getməyi kimi)
    Hicrət haqqında yuxarıda zikr olunan həmin amillərə əsasən möhtərəm Peyğəmbərimiz Mədinəyə hicrət etdi. 10 il sərasər, yəni ömrünün axırınadək bu hədəfləri izlərdi. Və hər il İslam aləmində müxtəlif və mühüm hadisələr baş verirdi.
    TARİXİ HADİSƏLƏR
    1-ci ilin hadisələri:
    1. Məscidin bina olunması.
    2. Üç yüz nəfər ənsar və mühacir arasında dostluq və qardaşlığın bərqərar olması.
    3. Yəhudilərin müsəlmanlara hücum etməməsi haqqında bağlanan sülh müqaviləsi.
    2-ci ilin hadisələri:
    1. Qiblənin dəyişilməsi (Beytül-müqəddəsdən Kəbəyə tərəf).
    2. Bədr müharibəsi.
    3. Həzrət Əli (əleyhissalam)-ın Fatimeyi Zəhra (əleyha salam) ilə izdivacı.
    4. Bəni Qeynuqa tayfasının (yəhudi qövmü) Mədinədən xaric edilməsi.
    3-cü il: İslam aləmində çox mühüm hadisə sayılan "Ühüd” müharibəsi.
    4-cü il: İslam mübəlliğlərinin müxtəlif məntəqələrə göndərilməsi.
    5-ci ilin hadisələri:
    "Xəndək” ("Əzhab”) müharibəsi. Bu müharibədə Salman Farsinin təklifi ilə Mədinənin ətrafında xəndək qazdılar. Düşmən tam bir ay ərzində xəndəyin o tayında qaldı.
    Bu müharibənin həlledici anında Əli (əleyhissalam) düşmənin sərkərdəsi, çox qüvvətli bir pəhləvan olan Əmr ibni Əbdəvədi qətlə yetirməklə düşmənin müqaviməti sındı və geri çəkildilər.
    6-cı ilin hadisələri:
    1. Bəni-müstələq müharibəsi.
    2. "Hüdeybiyyə” sülhü.
    7-ci ilin hadisələri:
    1. Dünyanın müxtəlif ölkə başçılarının məktub vasitəsilə İslama dəvət edilməsi.
    2. "Xeybər” qalasının fəthi.
    3. "Ümrətul-qəza”nı yerinə yetirmək.
    8-ci ilin hadisələri:
    1. "Mutə” müharibəsi.
    2. Məkkənin fəthi.
    3. "Hüneyn” müharibəsi.
    4. "Taif” müharibəsi.
    9-cu ilin hadisələri:
    1. "Təbuk” müharibəsi.
    2. Minada "bəraət” mərasiminin icrası.
    10-cu ilin hadisələri:
    1. Cərayani-mübahilə.
    2. Həccətül-vida.
    3. "Qədir-Xum” hadisəsi.
    ZİYARƏTİN QAYDALARI
    Ziyarət–bir növ pak ruhlarla görüşmək, onlarla təmasda olmaq deməkdir. Və ziyarətin də əsl mahiyyəti öz nöqsanlarını (günahlarını) etiraf edib onlardan qorunmaqla, mənəviyyatını zənginləşdirmək deməkdir.
    Ziyarətin özünə məxsus qaydaları var:
    1. Ziyarətə başlamazdan əvvəl təharət və qüsl almaq;
    2. Gözəl, səliqəli paltar geymək və ətirlənmək;
    3. Əimmeyi-əthardan varid olan ziyarətnamələri oxumaq;
    4. Hərəmdə iki rükət namaz qılmaq;
    5. Şəhərdən kənara çıxarkən dua və ziyarətnamə oxumaq;
    6. Tövbə və istiğfar halında dua oxumaq.
    MƏDİNEYİ-MÜNƏVVƏRƏNİN MÜSTƏHƏB ƏMƏLLƏRİ
    Müstəhəbdir ki, Mədinədə öz mətləbinə çatmaq üçün, 3 gün (çərşənbə, cümə axşamı və cümə günləri) oruc tutasan.
    "İzni-duxul” duası oxumaq da müstəhəbdir.
    HƏZRƏTİ ZƏHRA (ƏLEYHA SALAM)-IN ZİYARƏTİ
    Xanım Fatimeyi Zəhranın dəfn olunduğu yer dəqiq məlum deyil. Bəzi ehtimala görə, Peyğəmbər məscidindədir (Peyğəmbərin qəbri ilə minbər arasında), bəziləri deyirlər ki, öz evində dəfn olunub və bəzi ehtimala görə "Bəqi” qəbiristanında İmamların qəbirləri yanında dəfn olunub.
    Yaxşı olar ki, hər 3 məkanda Həzrəti Zəhra (salamullahi ələyha)-nı ziyarət edəsən.
    Category: Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti | Added by: Islam_Kitabxanasi
    Views: 797 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024