İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Məad

    Məad
    2011-12-21, 10:21 AM
    QƏBİR SUAL-CAVABI
    Şiə məzhəbinin zəruriyyətlərindən və həmçinin, inanmalı olduğumuz bir şey də qəbirdə Münkər və Nəkrin sualıdır. Ümumiyyətlə, qəbir sorğusuna e”tiqadımız olmalıdır. Amma görək bu sorğu necədir? Görəsən həmin maddi bədənlərdir, yoxsa misali bədən ilə? Həmin torpaq qəbirdədir, yoxsa ruhdan sual olunur? Və ruh da bədənlə əlaqəli olduğuna görə, görəsən bu əlaqədən də təsirlənirmi? Bütün bunları bilmək üçün yenə də hədislərə müraciət etməkdən başqa bir yol yoxdur.
    Əllamə Məclisi "Biharul-ənvar” kitabının 3-cü cildində və "Həqqül-yəqin”də buyurmuşdur: "Mötəbər hədislərdən aydın olur ki, qəbir sorğusu və qəbir sıxıntısı əsl bədənlədir. Ruh ya bütün bədən, ya da bədənin bir hissəsinə qayıdır ki, (sinə və ya qurşağadək) sualı dərk edib, cavab verməyə qüdrəti olsun.”
    ƏQİDƏ VƏ ƏMƏLLƏRİN SORĞUSU
    Nədən sual olunduğunu bilməliyik. Qəbirdə əqidə və əməllərdən sual verilir. Deyirlər Rəbbin kim idi, Peyğəmbərin kim idi? Hansı dində idin? (Bu suallar yetkinliyə çatmamış uşaqları, divanələri, ağlıkəmləri çıxmaqla hər bir mömindən və kafirdən soruşulur.)
    Həqiqi əqidəsi olanlar əqidələrini deyib, Allahın vahidliyinə, Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in risalətinə, Məsumların (əleyhimussalam) İmamətinə şəhadət verərlər. Əks halda isə, (həqiqi əqidəsi olmadıqda) dili tutular. Elələri də vardır ki, qorxudan mələklərə "sən Allahsan” deyərlər. Gah da cavab verərlər ki, camaat deyirdi ki, Mühəmməd peyğəmbərdir, Quran Allah kitabıdır (yəni, cavabın öhdəsindən gəlməzlər). Xülasə əgər insan cavab verə bilsə, yuxarı tərəfdən qapı açılar, qəbir göz işlədikcə genişlənər; yəni, bu şəxs Qiyamət oyanışınadək uzanacaq Bərzəx aləmində rahatlıq içərisindədir. ("Vaqiə”, 87) Ona deyərlər: "Yat, ərus yatışı ilə.” ("Vaqiə” 93)
    Əgər suallara cavab verə bilməsə Bərzəx Cəhənnəmindən bir qapı açılar, Cəhənnəm nəfəsindən bir külək qəbrini oda çəkər (bu cümlələr eynilə rəvayətdən götürülmüşdür).
    QƏBİR SORĞUSUNUN FAYDASI NƏDİR?
    İnsanın mömin və ya kafir, əməlisaleh və ya bədəməl olduğunu Allah-Taala bilir. Bəs sorğu nə üçündür?
    Mömin üçün qəbir sorğusu nemətə yetişməyin başlanğıcıdır. Qəbirdə gözəl qiyafəli, dilruba iki mələyi görən, onların gətirdiyi Behiştə məxsus gül və reyhan qoxusu iyləyən mömin çox xoşhal olur. Buna görə də bu mələklərin adı "Bəşir” və ya "Mübəşşir” (xoş müjdəçi)dir. Digər tərəfdən, möminlə sorğunun özü də onun üçün ləzzətdir.
    Məktəbdə dərsini yaxşı oxuyan uşaqların sual-cavabdan ləzzət aldıqlarını görmüsünüzmü? Möminin də meyli olur ki, ondan Allahı barədə soruşulsun, o da kamil yəqinliklə Allahın vahidliyi və Peyğəmbərin risalətinə şəhadət versin.
    ƏZAB MƏLƏYİ İLƏ GÖRÜŞ VƏ NARAHATLIĞIN BAŞLANĞICI
    Mömin kəs üçün qəbir sorğusu ləzzətlərin və rahatlıqların başlanğıcıdırsa, kafir şəxs üçün isə bədbəxtliklərin əvvəlidir. Mələklərin gəlişi kafir üçün qorxulu, dəhşətlidir. Rəvayətə görə, onlar gələrkən ildırım səsi verirlər, gözlərindən od sıçrayır, saçları yerlə sürünür. Kafir meyyitə qorxunc surətdə görünürlər. Elə bu səbəbdən də kafir üçün onların adları "Nəkir” və "Münkir” (müşkülçü, inkarçı)dır.
    DİGƏR SUALLARDA ACİZ OLARLAR
    Bir ömür Allahı düşünüb tanımamış insandan Allah barədə soruşulanda, onun başına nə gələcəyi məlum məsələdir. Ömür boyu Allahı pul, şöhrət, rəyasət olub, aləmlərin Rəbbini yada da salmayıb. Belə insandan Rəbbi barəsində soruşulanda, onda elə bir titrəyiş yaranır ki, heç bir cavab verə bilməz. Bəziləri isə 1-ci suala cavab versələr də, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) barəsindəki sualda tutularlar. Bəziləri də digər haqq əqidələrdən verilən suallara cavab verə bilməz, ya da əqidə məsələlərindən ötüşsə də, əməllərinin sorğusunda aciz qalarlar.
    ƏMƏLLƏRDƏN SUAL OLUNAR
    "Biharul-ənvar”ın 3-cü cildində nəql edilmişdir ki, qəbir sorğusunda əqidə məsələlərinə yaxşı cavab vermiş bir şəxsdən əməllər barədə soruşulanda, yenə də yaxşı cavab verdi. Xatırladıldı ki, bir məzlumu görüb fəryadına çatmadığın yadındadırmı?! Abrı, sərvəti əldən alınan o şəxsə kömək edə biləcəyin halda, dayandın. Bu sualın cavabında tutuldu. (Məzlumun fəryadına çatıb, kömək etmək vacib əməllərdəndir). Bir yerdə də öz vəzifəsinə əməl etmədiyindən, ona dedilər: "Sənin haqqında yüz taziyanə əzab hökm olunub.” Vurulmuş ilk taziyanə qəbrini alovla doldurdu. Bəli, bir vacib vəzifəni tərk etməyin nəticəsi belədir.
    Məqsəd budur ki, deməyəsiniz əməllərimiz doğrudur. Tutaq ki, əqidən düzgün oldu və bu düzgün əqidə ilə dünyadan getdin. Bəs əməllərin necə? İddia edə bilərsənmi ki, əməl baxımından qüsurlu deyilsən? Əgər məsum, günahsız şəxs "qəbrimdə Nəkir və Münkirin sualı üçün ağlayıram” deyərək nalə çəkirsə, mən və sən nə deyək?
    QƏBİR DOSTU ƏMƏLDİR
    Aydındır ki, qəbirdə hər kəsin dostu, yardımçısı onun əməlləridir. Quranda və hədislərdə bu həqiqət təsdiq olunmuşdur. O cümlədən, mərhum Şeyx Səduq "Xisal”, "Əmali”, "Məanil-əxbar” kitablarında Qeys ibni Asimdən belə rəvayət edir: "Qeys ibni Asim Bəni-təmim qəbiləsindən bir dəstə ilə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in xidmətinə müşərrəf olur və ərz edir: "Ya Rəsuləllah, bizə elə bir nəsihət ver (moizə et) ki, ondan faydalanaq, axı biz səhralarda köçəri həyat keçiririk. Cənabınızın ziyarətinə az-az nail oluruq.” Həzrətin onlara verdiyi nəsihətlərdən:
    "Ey Qeys! Hökmən səninlə dəfn olunacaq bir yaxının (dostun) olmalıdır. O, diridir və öldüyün zaman onunla birgə dəfn olunarsan. Əgər o kərim olsa, səni əziz edəcək; və əgər lə”nətlənmiş olsa, alçaldacaq. Yalnız onunla birgə dirildiləcək, onun barəsində sorğu olunacaqsan. Onu yalnız saleh (yaxşı) qərar ver. Əgər o saleh olarsa, onunla üns yaradarsan; yox, əgər fasid olarsa, yalnız ondan dəhşətlər görərsən. O yaxın (varlıq), sənin əməlindir.”
    Qeys bu moizəni elə oradaca şerə çevirdi:
    Əməllərdən yardımçı seç özünə
    Qəbir evində bir əməldir köməyin.
    Şəksiz ki, bir zaman çıxacaq üzə
    Onun gözəlliyi olsun istəyin.
    Baş qatma hər işə, düşün Allahı,
    Razılığı əsasıdır əməyin.
    Dünyan, axirətin əmələ bağlı,
    Bir xoş əməl qalxanı, min kötəyin.
    Bəli, bir qonaqdı dünyada insan,
    Haqq ayrılıq fərmanıdır fələyin.
    ALLAH BƏŞƏRİYYƏTİ QORXUDUR
    Ölümdən sonra yalnız əməllərin insana yardımçı olması haqqında Quran ayələri çoxdur. Onlardan yalnız birini xatırlamaqla kifayətlənirik:
    "Yad et o günü ki, hər kəs yaxşı əməllərini hazır şəkildə öz yanında tapar. Eləcə də pis əməllərini tapar ki, onların kənarlaşmasını arzulasa da, bu əməllər ondan ayrılmaz. Allah sizi Öz qəhrindən qorxudur və O, Öz bəndələrinə mehribandır.” ("Ali-imran”, 30)
    Məhz bu səbəbdən də Öz peyğəmbərləri vasitəsi ilə bəşəriyyətə saysız xəbərdarlıqlar çatdırmışdır.
    PİS ƏMƏLLƏRİN QORXUNC SURƏTİ QƏBİR YOLDAŞIDIR
    Şeyx Bəhaidən nəql olunur ki, buyurdu: "İsfahan qəbiristanlığında daim məqbərə üstə ibadətdə məşğul olan bir dostum vardı. Ara-bir onu görməyə gedərdim. Bir gün ondan soruşdum ki, qəbiristanın təəccüblü işlərindən nə görmüsən? Dedi: Dünən qəbiristana bir cənazə gətirib, bir küncdə dəfn etdilər və qayıtdılar. Qürub zamanı pis bir qoxu qalxdı və məni də narahat etdi. Ömür boyu belə qoxuyla rastlaşmamışdım. Qəfildən itə oxşar qorxunc bir heykəl gördüm, pis qoxu da ondan gəlirdi. Bu surət həmin qəbrə yaxınlaşdı, onun üstündə görünməz oldu. Bir az keçməmiş ətrafı xoş ətir bürüdü ki, belə qoxu ömür boyu duymamışdım. Bu zaman gözəl, dilruba bir surət gəlib həmin qəbrin başında yox oldu. (Bunlar mələkut aləminin qəribəliklərindəndir və bu surətlərdə zahir olarlar.) Bir az keçəndən sonra həmin gözəl surət qəbirdən çıxdı. Amma yaralanmış, qana bulaşmışdı. Dedim, ey Rəbbim, bu işlərin hikmətini mənə anlat, bu surətlər nədir? Mənə anladıldı ki, gözəl surət onun yaxşı əməlləri, qorxunc heykəl isə pis əməlləri idi. Pis əməllər çox olduğundan, qəbir yoldaşı da o oldu. (Pislik paklanıb, növbə gözəl surətə çatanadək.)
    QƏBİR SIXINTISI (TƏZYİQİ) HƏQİQƏTDİR
    Əllamə Məclisi "Həqqül-yəqin”də buyurmuşdur: Qəbir sıxıntısı, onun savab və cəzasını bütün müsəlmanlar qəbul edir. Mö”təbər hədislərdən aydın olur ki, qəbir sıxıntısı əsl bədən üçündür. Bu sıxıntı ümumi deyildir, yəni hamıya aid deyildir və günahkarlara məxsusdur. (Eləcə də, onun şiddətli və ya zəif olması günahla əlaqəlidir.)
    Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: "Mömin üçün qəbir sıxıntısı ondan zay olan şeylərin, ilahi nemətləri zay, puç etməsinin kəffarəsi, cəriməsidir.” Mərhum Kuleyni Əbu Bəsirdən olan mö”təbər sənəd əsasında rəvayət edir ki, o deyib: "Həzrəti Sadiq (əleyhissalam)-dan soruşdum ki, kimsə qəbir sıxıntısından nicat tapacaqmı”? Buyurdu: "Çox az adamların azad olacağı şeydən Allaha pənah aparıram!”
    Qızı Rüqəyyə vəfat etdiyi zaman Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onun qəbri üstə durub, başını göyə qaldırdı, gözlərindən yaş axıtdı və camaata buyurdu: "Bu məzlum qıza edilənlər yadıma düşdü, qəlbim riqqətə gəldi, Rəhim Allahdan istədim ki, onu mənə bağışlayıb, qəbir sıxıntısından azad etsin.” (Allah onu Həzrət Rəsula bağışladı).
    Qəbir sıxıntısı günah səbəbindən olduğu üçün, az adam tapılar ki, ondan azad olsun. Hətta evdə qadınla, uşaqla pis rəftar da qəbir sıxıntısına səbəb olar. Buna şahid gətirmək, həmçinin, qəbir sıxıntısının əhəmiyyətini, ondan çox az adamın nicat tapacağını bilmək üçün Səd ibni Məaz barəsindəki məşhur hədisi zikr edirik:
    SƏD DƏ QƏBİR ƏZABI GÖRDÜ
    Ənsarın rəisi Sə”d ibni Məaz Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və müsəlmanların yanında çox möhtərəm idi. Süvari halda gəldiyi zaman Həzrət buyurdu ki, müsəlmanlar onun istiqbalına getsinlər. Məaz içəri daxil olanda Allahın Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) özü ayağa qalxdı. Yəhudilərin hakimliyi ona tapşırılmışdı. Məaz vəfat edəndə 70 min mələk onun dəfnində hazır olmuşdu və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) yalın ayaqlarla onun tabutunu çiyninə götürdü və buyurdu: "Məlaikələrin cərgələri Məazın dəfnində hazır idilər, əlim Cəbrailin əlində idi, hara gedirdisə, mən də gedirdim.” Bir sözlə Həzrətin yanında belə hörmətli olan, bu sayaq şərəflə dəfn olunan Məazı Həzrət öz əliylə qəbrə qoyanda, "xoş halına, Behişt sənə ruzi oldu” deyə anası dilləndi. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: "Hardan bilirsən ki, oğlun Behişt əhlidir? İndi Məaz qəbir sıxıntısındadır”! Səhabələr soruşdular ki, ya Rəsuləllah, Səd kimi insan qəbir sıxıntısındadır? Buyurdu: Bəli.”
    Digər rəvayətdə Məazın qəbir sıxıntısının səbəbi onun ailədə tünd rəftarlı olması ilə əlaqələndirilmişdir.
    BÜTÜN ŞƏRAİTLƏRDƏ QƏBİR SIXINTISI MÜMKÜNDÜR
    Kuleyni, Yunisdən rəvayət edir ki, İmam Riza (əleyhissalam)-dan sual etdim: Dar ağacında asılmış adama qəbir əzabı yetişərmi? (Qədimdə dara çəkilənləri öləndən sonra da aşağı salmazdılar, necə ki, şəhid Zeyd (əleyhissalam) 3 il dar ağacında qaldı.) İmam (əleyhissalam) buyurdu: Bəli, Allah havaya əmr edər ki, onu sıxsın.
    Digər rəvayətdə İmam Sadiq (əleyhissalam) buyurur: "Torpağın və havanın yaradanı bir Allahdır. Havaya vəhy edər və hava qəbirdən daha pis sıxar.” Su da eynən.
    QƏBİR SIXINTISININ SƏBƏBLƏRİ
    Əvvəlki söhbətlərdən qəbir əzabının səbəbləri məlum oldu-ilahi nemətləri heç etmək, inkar etmək və ailədə tünd xasiyyətlilik, acı dillilik.
    Rəvayətə görə qəbir sıxıntısının digər səbəbləri sidik murdarlığından qorunmamaq, həmçinin töhmət, böhtan və qeybətdir. Ruhun sıxıntısından mümkündür ki, bədən də təsirlənsin. Əksinə, gözəl rəftarı, xoş əxlaqı olanlarsa, genişlikdə, vüs”ətdədirlər. Əlbəttə, burada da mərtəbələr vardır. Kimisi üçün yeddi zira (barmaqlardan dirsəyə qədər olan məsafə, ölçü), kimisi üçün yetmiş zira, bir qisim adam da göz işlədikcə genişlikdədir (yəni ruhları genişlikdədir).
    Category: Məad | Added by: Islam_Kitabxanasi
    Views: 715 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024