İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 4
Qonaqlar 4
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Məad

    Məad
    2011-12-21, 10:16 AM
    ÜÇÜNCÜ FƏSİL
    QİYAMƏT
    QİYAMƏT BARƏDƏ ƏQLİN HÖKMÜ
    Əgər nəqli dəlillərimiz olmasaydı, xalqı Qiyamət gününə inanmağa çağıran, onların danışıqlarının, əməllərinin, əqidələrinin sorğu-suala tutulacağını xəbər verən peyğəmbərlər gəlməsəydilər də, əqlimiz ən böyük şahid və dəlil idi ki, bu fələklər və xilqətlərin gərdişi nəticəsiz olmayacaq. Bütün əql sahibləri ətrafına baxıb görür ki, gecə gündüz, gündüz gecə olur, yeyir, yatır, ifraz edir, cinsi yaxınlıqda olur, uşaq böyüyür, cavan qocalır və ölür. Müşahidə etdiyiniz bu sonsuz, geniş dəsgah elə bunun üçün imiş?! İnsan ifraz maşınımı yaradılıb?! Bu ki, əbəs və mənasız olardı! Bir halda ki, heyvanlar yeyirdi, cinsi yaxınlıq bacarırdı, insana nə ehtiyac vardı?!
    AXİRƏTİ İNKAR EDƏNLƏR ALLAHIN HİKMƏTİNİ ANLAMAYIBLAR
    Axirəti inkar edənlər Allahı hikmət sahibi qəbul etmirlər (əstəğfirullah). Çünki onların dediyinə görə, bu yaradılış nəticəsiz və mənasızdır. (23-cü surə, 117-ci ayə) Amma səhv edirlər. Müşahidə etdiyimiz hər yerdə, hər şeydə min bir hikmət var. Onların bir hissəsinə bəşərin varması mümkündür. Aləmin ən zəif, kiçik hissəsi də məsləhətsiz, gərəksiz deyil, hətta sıradan çıxmış üzvlər də!
    DIRNAQ ƏL ÜÇÜN LİNG (LOM) YERİNDƏDİR
    Tük (saç) və dırnaq da hikmətsiz deyil. Məsələn, dırnaq kimi kiçik və əhəmiyyətsiz görünən üzvün hikmətlərindən biri budur ki, barmaqlar üçün söykənəcək, ling yerindədir. İnsan bir şeyi qaldırmaq istədikdə həmin dırnaqların təzyiqi ilə barmaqlarını sıxır (bir kibrit çöpünü sındırmaqla dırnaqlarınıza diqqət yetirin. Bəzən, dırnaq dibdən tutulduqda, müəyyən işlərin icrası qeyri-mümkün olur, onda qalmış dırnaq tamam olmaya! Dırnağın digər faydası odur ki, bədəni qaşımaqda istifadə edilir. Əlavə olaraq, bədəndəki bəzi artıq çirklər dırnaqla xaric edilir. Buna görə də heç olmasa həftədə bir dəfə (xüsusən cümə günü) dırnaq tutulmalıdır.
    TÜKLƏR VASİTƏSİ İLƏ ARTIQ MADDƏLƏRİN İFRAZI
    Bədəndə bir dənə də gərəksiz tük yoxdur. Həzrət Sadiq (əleyhissalam) buyurmuşdur: "Bəzi cahillər deyirlər ki, əgər bədənin bəzi yerlərində tük bitməsəydi, daha yaxşı olardı. Bu adamlar bilmirlər ki, həmin yerlərdə rütubət və çirk yığılır. Əgər qalıq və çirk maddələr tük surəti ilə dəf olmasaydı, insan xəstələnərdi. Buna görə də əmr olunub ki, tez-tez (iki həftədən bir) bu tüklər təmizlənsin.”
    Beləcə, hər zərrədə min hikmət!
    MİLÇƏKDƏN ("CUƏL”)–GÖZAĞRIYA DƏRMAN
    Böyük təbib Calinusun milçək (cuəl növü) barədəki e”tirazı məşhurdur. O, "bu həşəratda heç bir fayda görmürəm, axı Allah onu niyə yaradıb?”, demişdir. Nəhayət, bir gün Calinus çox şiddətli gözağrısına tutulur. Bütün bildiyi dərmanları işlətsə də, faydası olmur. Bir qoca qarı ona dərman təklif edir. Calinusun gözləri bu dərmandan şəfa tapır, sağalır. Böyük həkim qarıdan dərmanın tərkibini soruşduqda, məlum olur ki, məhlulun tərkibində həmin milçək (cuəl) də varmış.
    YARANIŞ ALƏMİ HİKMƏTSİZ OLA BİLƏRMİ?
    Əgər aləmin zərrələrindən bircə zərrə də hikmətsiz deylsə, aləmin özü hikmətsiz ola bilərmi?! Əgər bədən üzvləri, hətta dırnaq və tüklər əbəs yerə yaranmamışsa, insanın özü hikmətsiz yaradıla bilərmi?!
    Müasir dünya alimlərinin hamısı bu fikirdədir ki, yaranışın hikmət və səbəblərinə hələ də vara bilməmişlər. Təqribən 30-40 il əvvəl Avropa tibb alimləri bu qərara gəldilər ki, insan bədənində artıq bir hissə (kor bağırsaq) mövcuddur. Hətta uzun müddət sağlam adamlar cərraha müraciət edib, həmin üzvü kəsdirdilər. (Hətta görpə anadan olan kimi onun kor bağırsağının kəsdirilməsi halları ilə də təcrübədə rastlaşmışıq.) Nəhayət, bu fikri ortaya atmış adamlar e”lan etdilər ki, sağlam adam bu işi görməməlidir. Sən demə, kor bağırsaq (apendiks) bədən axarlarında "şeypur” vəzifəsini daşıyırmış. Bu axarlar çirklənib təhlükəyə məruz qaldıqda gor bağırsaq insana xəbərdarlıq edir. Son anda isə təhlükə müalicə ilə aradan qalxır (mümkündür tibbə qaranlıq qalmış başqa hikmətlər də vardır).
    BİRCƏ DİŞ DƏ HİKMƏTSİZ DEYİL
    Kəsici dişlərin işini dəyirman dişləri görə bilmir. Bədəndəki 248 sümükdən bircəsi də hikmətsiz deyil. Eləcə də, damarlardan əskik olarsa, insan naqisləşər.
    Beləliklə, əgər Allahı həkim və Onun yaratdığı dəsgahda ən kiçik əzaları hikmətli bildiksə, fikirləşək, aləmin yaranışındakı məqsədi və bütün yaranmışların insana faydasını görək.
    ƏGƏR TAM RAHATLIQ OLSAYDI, YENƏ ƏBƏSDİ
    İnsanın yaranışında məqsəd bu dünya həyatı deyil ki, öləndən də sonra yox olsun.
    Qeyri-mümkün bir fərz ilə insanın dünya həyatı dərdsiz, qəmsiz, tam rahatlıq, eyş-nuş olsaydı (bu halda həyatın mənası olacaqdımı?), yenə də insanın yaranışı məqsədsiz olardı. Çünki axırı heçlik olan rahatlıq e”tibarlı olmazdı. Amma bir halda ki, bəşərin maddi həyatı başdan-başa bəla, müsibət və narahatlıqdır, bu genişlikdə yaranış dəsgahı əbəs ola bilməz (insan əzab üçün xəlq edilməz).
    Bir asudə can gördüm bu cahanda
    O da asudədir xilas olanda.
    Və ya
    Qəmsiz yaşadarmı gönülü aləm,
    Yaşadarsa, yaşamaz bəni-adəm.
    HƏR LƏZZƏTİN MİN BİR ƏZİYYƏTİ
    Dünya həyatında növbənöv cismani və ruhani əzablar varsa, müsibətlər, möhnətlər, xəstəliklər, fitnələr, qəzalar, qarətlər, övlad itirilməsi mövcuddursa, insanın ölümlə yox olmasını iddia edənlər, əslində Allahın hikmət, kərəm və sair kamal sifətlərini inkar edirlər. Necə ola bilər ki, kərim və xeyirxah bir şəxs şir, bəbr, pələnk, ilan, əqrəb, arı və sair vəhşilər, sancanlar olan bir evə kimisə qonaq çağırsın?! Bu qonaq da ağzına hər tikə qoyanda, vəhşilər əlini gəmirsin, zəhərlilər dilini sancsın, yanındakı qılınclılar saatda bir ona həmlə etsinlər və nahayətdə də istəyinə çatanda (tikəni ağzına qoyanda) boynunu vursunlar!! Allah insanı bu sayaq dünyadan heçliyə qovuşdurmaz.
    DƏRDSİZ LƏZZƏT ÜÇÜN
    Bəli, hökmən və hökmən, insanın qarşıda bütün səadətlərinin zuhur edəcəyi, dərsiz ləzzətə, narahatlıqsız rahatlığa, kədərsiz sevincə çatacağı bir həyatı vardır.
    Qəti və əqli dəlillərdən məlum olur ki, Allah-Taala insanı əbədi həyat, həmişəlik səadət üçün xəlq etmişdir. İnsan bu bəzəkli həyata bir neçə baxışla öz qəti gələcəyini təmin edir, bu dünyadan öz əbədi həyatı üçün ehtiyat görür, əməl və elm adlı iki qanadla bu aləmdən əbədi aləmə qanadlanır.
    MƏADA ŞƏKK YOXDUR
    Əgər insan öz vicdanına, əqlinə, fitrətinə müraciət etsə, anlayar ki, hər şeyə də şəkk edirsə, iki şeydə tərəddüd etməməlidir: məbdə (başlanğıc) və məad. Yəni məbdə-Allaha inam və məad-ölümdən sonrakı əbədi həyata inam! İnsanın bu iki həqiqətə şəkki onun şəhvətə, maddiyyata, günahlara bulaşması ilə fitrətinin zay olub, şübhəylə dolmasının nəticəsidir.
    Əqlin hökmünə görə, fələklərin, aləmlərin, hər bir fərdin cisminin yaranışındakı məqsəd son gündə məlum olar. Ona görə də bu aləmdən sonra digər bir saray olmalıdır.
    CƏZA GÜNÜNÜN OLMASI ALLAHIN ƏDALƏTİNİN ŞƏRTİDİR
    Allahın sifətlərini bəyan edərkən demişik ki, Allah adildir. Bu ədalət tələb edir ki, insanlara əvəz verilsin. Ömrünü ibadət, itaət, xeyir işlərə sərf etmiş adamlar görürük ki, öz əməllərinin layiqli mükafatını dünyada almır. Eləcə də günakarlar görürük ki, öz pis, fəsad əməllərinin cəzasını almır, hətta çox vaxt fəsad əhlinin savab əhlindən daha xoş ömür keçirdiyini görürük. Eləcə də bəşərin bir-birlərinə etdiyi zülmlər, qəsbkarlıq, ziyankarlıq, qan tökülməsi göz qabağındadır. Bəli, hamının öz əməlinin əvəzini alcağı gün gəlməlidir. Allah hər kəsin haqqını verəcək (40-cı surə, 17-ci ayə). Məzluma zülm etmiş zalım, Vədə verilmiş oda atılacaqdır (18-ci surə, 28-ci ayə). Günahsız öldürülmüş şəxs öz qatilindən intiqamını alacaqdır (81-ci surə, 8-ci ayə). Məzlumun və qətlə yetirilmişin itkisi ödənəcək, əməlisalehlərə xeyir işlərinin və cüz”i şər işlərinin əvəzi veriləcək ki, ədalət zahir olsun.
    DOĞRUÇULAR QİYAMƏTDƏN XƏBƏR VERİRLƏR
    Bəşəriyyətin ən doğruçuları, dedikləri hər birimiz üçün dəlil olan peyğəmbərlər Qiyamətin gəlməsini xəbər vermişlər, hansı dindən, hansı məzhəbdən olmasından asılı olmayaraq, dünyanın bütün dindarları sorğu gününə inanmış və inanırlar. Qurani Kərimin Allaha e”tiqaddan söz açan əksər ayələrinin ardınca cəza günündən söz açan ayələr vardır. Bütün dinlər bu e”tiqadlarda (məbədə və məad) birdirlər.
    Sadiq xəbər verənlər nə bir, nə on, minlərlə cəza gününü təsdiqləyən xəbərlər verirlər. Əqlə görə, belə günün varlığını hökmən qəbul etməliyik.
    ƏN YAXŞI DƏLİL OLA BİLMƏ İMKANDIR
    Əvvəldə deyildiyi kimi məad məsələsi əqlə zidd deyil. Əql özü də hesab apardığından Qiyamət (hesab günü) barədə "mümkündür” hökmünü verir. Bundan əlavə, 124 min peyğəmbər və onların vəsilərinin xəbərləri, dəlilləri sağlam əql üçün kifayətdir.
    Bəzi bixəbərlər şübhə ediblər ki, necə ola bilər bir şey heç olsun, sonra yenidən bir şeyə çevrilsin. Əlbəttə, onların öz iddialarına heç bir dəlilləri yoxdur. Yox əgər "dəlil” gətirsələr, əvvəldə hər birinə cavab verilmişdir.
    MƏADDA HEÇDƏN YARANMA YOXDUR
    Xacə Nəsirəddin Tusi rəhmətliyin dediyi kimi, məadda heçdən yaranma yoxdur. Məad parçalanmışların toplanmasıdır. Onun buyuruqlarının izahı belədir ki, bədən əzalardan, zərrələrdən yarandığı üçün, (ölümdən sonra) zərrələr bölünüb dağılır. Qiyamət günü həmin zərrələr Allahın qüdrəti ilə yığılır. Məad, yəni əzaların toplanması, ruhla cismin birləşməsi. Ona görə də, məad heçdən yaranma deyildir ki, inkar olunsun. (Əslində heçdən yaranmanın da inkarı düzgün deyil).
    OLMAQ İMKANI GÜCLÜ DƏLİLDİR
    Sonra, bir şeyin ola bilməsi üçün ən böyük dəlil onun mislinin (ona oxşarın) olmasıdır. Əgər insan öz əvvəlini, ilkini fikirləşsə, görəcək ki, əvvəldə dağınıq hava, su, torpaq zərrələrindən ilahi qüdrətlə cəmlənib. Müxtəlif heyvan, bitki hissələrindən hazırlanmış xörək atanın mədəsinə daxil olur, onun orqanizmində yenidən zərrələrə parçalanır. Şəhvətin həyacanlandığı zaman yeməyin xülasəsi bütün üzvlərdən gələn rütubətin zərrələri ilə həzm olub, nütfə (sperma) yolu ilə ananın bətnində qərarlaşır. (Nütfənin zərrələri bütün bədəndən toplandığı üçün cənabətdən, yaxınlıqdan sonra bütün bədənə qüsl vermək vacibdir.)
    Beləliklə, hər bir bədən hələ ölənədək, əvvəldə iki dəfə dağınıq zərrələrdən ilahi qüdrətlə toplanır. Birinci dəfə torpaq, hava, sudan, ikinci dəfə isə atanın bütün bədənindən. (Bütün bunları görə-görə üçüncü dəfə bədənin toplanacağına nə üçün şəkk edilməlidir?!)
    ÜÇÜNCÜ DƏFƏ DƏ CƏMLƏNMƏSİ BUYURULAR
    Bu iki mərhələni görüb bildikdən sonra üçüncü dəfə qəbirdə çürüyüb dağılmış bədənin yenidən cəmlənəcəyinə nə üçün təəccüb etməliyik?! Əvvəlki yaranışınızı nə üçün düşünmürsünüz? (Quran 54-cü ayə, surə 62-ci ayə) Yəni, ey insan sən torpaq idin, Bizim qüdrət əlimiz səni topladı, qida maddəsi şəklində atanın bədənində bir hissə oldun, ikinci dəfə səni toplayıb, nütfə şəklində atandan xaric edib, ananın bətnində qərarlaşdırdıq. Bu toplanıb dağılmağı dünyada görə-görə üçüncü dəfə dünya kənarında cəmlənəcəyinə niyə təəccüb edirsən?
    DÜNYADA ÖLÜLƏRİN DİRİLMƏSİ
    Öləndən sonra dirilmə hallarına çox təsadüf olunur. Baharda təbiətə baxsanız, qurumuş, ölü ağaclar yenidən necə canlanır? Ölü torpağın dirilməyini görmüsünüzmü? (30-cu ayə, 23-cü ayə). Ölmüş insanın da dirildiyi müşahidə olunub. Hədis kitablarında rastlaşırıq ki, Həzrəti İsa (əleyhissalam), eləcə də məsum İmamların (əleyhimussalam) əli ilə ölülərin dirilməsi həqiqətdir. Quranda ölünün dirilməsinə aid iki qəziyyə zikr olunur:
    ÜZEYİR YÜZ İL ÖLDÜ
    "Bəqərə” surəsində Allah-Taala Üzeyirin dastanını buyurur. Bu ayələrin nazil olma səbəbi və təfsirinin xülasəsi budur ki, Bəni-israil peyğəmbərlərindən olub, Tövratı tamam əzbər bilən Üzeyir Beytül-Müqəddəsdə yəhudilərin müəllimi və rəhbəri idi. Bir vaxt ulaqla səfərə çıxdı. Yeməyə çörək və üzümü vardı. Neçə illər əvvəl əhalisi həlak olmuş bir kəndə çatdı. Burada adamların çürümüş sümüklərindən savayı bir şey qalmamışdı. Sümüklərə baxan Üzeyir təəccüblə dedi: "Allah bu çürüyüb dağılmış sümükləri ikinci dəfə necə dirildir?” (Üzeyir bu sözləri təəccübdən deyirdi, Qiyaməti inkar etmək fikrində deyildi.)
    Allah-Taala Qiyamətin onun üçün təəccüblü və böyük, amma Allah üçün əhəmiyyətsiz, sadə olduğunu hiss ilə anlatmaq üçün, elə oradaca Üzeyiri öldürdü. Üzeyir yüz il həmin halda qaldı. Ulağının sümükləri də çürüdü. Təəccüblüdür ki, üzüm çox zərif də olsa, təravətli qaldı.
    Yüz il sonra Allah Üzeyiri diriltdi. İnsan surətli mələk ondan soruşdu: Buraya nə vaxtdır gəlmisən? Üzeyir dedi: Bir gün, yaxud bir gündən də az. Mələk dedi: Sən yüz ildir ki, burada qalmısan. Üzeyir ulağına nəzər salıb, onun sümüklərinin çürüdüyünü gördü. Mələk dedi: Ulağına bax, gör Allah nə edir. Üzeyir gördü ki, ulağın bədəninin üzvləri, zərrələri bir dəfəyə hərəkətə gəlib bir-birinə yapışdılar. Baş, ayaq, göz, qulaq və qeyriləri bir dəfəyə birləşərək ulaq düzəldi və hərəkət etdi. Sonra əlavə etdi: Üzeyir, üzümə bax, o xarab olmayıb, Allahın qüdrətini müşahidə et. Bil ki, O, hər şeyə qadirdir.
    Üzeyir Beytül-Müqəddəsə qayıtdı, vəziyyəti dəyişmiş gördü. Tanıdığı adamlarla rastlaşmadı. Nişanələrlə mənzilini tapıb, qapını döydü. İçəridən səs eşidildi ki, sən kimsən? Dedi: Mən Üzeyirəm. Dedilər: Zarafat edirsənmi, yüz ildir ki, Üzeyrdən bir xəbər yoxdur, səndə onun əlaməti varmı? (Üzeyirin duaları qəbul olunardı.) Mən sənin xalanam, gözlərim kordur, Allahdan istə ki, gözlərimi mənə qaytarsın. Üzeyir dua etdi. Xalasının gözləri açıldı. Hadisəni danışdı, özü və başqaları üçün ibrət oldu.
    DÖRD QUŞUN YENİDƏN DİRİLMƏSİ
    Qurani Məciddə olan ikinci qəziyyə Həzrət İbrahim (əleyhissalam) haqqındadır. O ərz etdi: Pərvərdigara, qəlbimin arxayın, xatircəm olması üçün ölüləri necə diriltdiyini görmək istəyirəm. Əmr edildi ki, dörd quş tut (qarğa, xoruz, göyərçin və tovuz), onları öldür və tikə-tikə doğra. Hər tikəni bir dağ başına qoy. Onları çağırdığın zaman sür”ətlə sənə doğru gələcəklər. ("Bəqərə” 260) Təfsirdə vardır ki, Həzrət İbrahim (əleyhissalam) quşların başını əlində tutub, onları bir-bir çağırdı. Gördü ki, hər birinin zərrələri ayrı-ayrılıqda birləşib öz başına doğru tələsir. Həzrət imtahan üçün bir başı başqa bədənin qarşısında tutsa da, yapışmadığını gördü. Bir sözlə, tikələr birləşdi, dörd quş dirildi.
    ALLAH-TAALA HƏR İŞƏ QADİRDİR
    Belə sual oluna bilər ki, bu qədər dəyişilmiş, çevrilmiş zərrələr necə birləşə bilər? Bu şübhə Allahın elm və qüdrətindən xəbərsizlik əlamətidir. Bilirik ki, Allahın elmi hər şeyi əhatə edir və zərrələrin zərrəsi də Onun elmindən xaric deyil. Həmçinin O, bütün işlərə qadirdir. Artıq bir şübhəyə əsas qalmır. Bir müddət qalıb çürümüş həşərat və vəhşilərə yem olmuş və ya çürümüş, hissələri küləklə səpələnmiş, min bir hala düşmüş bədənin zərrələri Allahın elmində itmir. Harada olursa olsun, Allah bu zərrələri toplamağa qadirdir. Necə ki, Həzrət İbrahimin tikə-tikə doğrayıb dağlara səpdiyi quşları diriltdi. Çünki O, bütün zərrələrə alimdir, hətta minlərlə növdə görünsə də. Eləcə də, qadirdir ki, onları toplayıb savab və ya cəzaya çatdırsın. Bu ilahi qüdrətə müxtəsər nümunələr göstəririk.
    SU VƏ OD BİR YERDƏ
    "Yasin” surəsi, ayə 79-80: "Onları (çürümüş sümükləri) ilk dəfə yoxdan yaradan Allah dirildəcəkdir. O yaradan ki, sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan (iki ağacı bir-birinə sürtməklə) od yandırırsınız.”
    Mərx və İfar ağaclarından şaxə kəsdikdə, onlardan su axır. Onların biri erkək, digəri isə dişidir. Onları bir-birinə sürtdükdə, od verirlər. Ərəbistanda ilk vaxtlar kibrit və çaxmaqdaşı olmadığından, od belə əldə edilirdi. Təəccüblüdür ki, hər ikisindən su axan iki ağac bir-birinə sürtüldükdə od necə yaranır? Bu iki zidd işi (od və su) əlaqələndirən qadir Allahdır. Necə ola bilər ki, belə bir Xaliq ikinci dəfə ruhu, dağılıb sonradan cəmlənmiş bədənə qaytara bilməsin?!
    ÇÜRÜMÜŞ SÜMÜKLƏR NECƏ DİRİLƏR?
    "Yasin” surəsi, ayə 79:
    Əbu ibni Xələf Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-in məclisinə gəlib, əlindəki çürümüş sümüyü sıxıb əzdi və üfürüb (küləyə verib) dedi: Bu çürümüş sümükləri kim yenidən dirildər?
    Allah-Taala zikr olunmuş ayələrdə bu cahilanə danışığı məzəmmətləyib buyurur ki, öz yaranışını unudan kəs Bizə misal çəkir. Yəni, sən heç idin, səni heçdən yaratdı. (Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in dili ilə.) Birinci dəfə yaratdığı kimi yenə də dirildər. O hər yaranışa alimdir. Əvvvəl heç idin, indi isə bir şeysən (çürümüş sümüksən). Möminin bədən zərrələri başqalarından qızıl tək üstündür. Yağış yağanda torpağı yuyar və torpağın altındakı qızıl parıldar. Bəli, hər kəsin bədən üzvlərinin toplanması səhv ola bilməz.
    ALLAH ELMİNDƏ SƏHVƏ YOL YOXDUR
    İbrahim (əleyhissalam)-ın qəziyyəsində nəql edildi ki, qarğa, xoruz, göyərçin və tovuzu tutub, başlarını kəsdi. Bədənlərini doğrayıb, tam qarışdırdı. Rəvayətə görə, 17 yerə bölüb dağın 17 yerində qoydu. Göyərçinin başını əlinə götürüb, çağırdı. Göyərçinin tikələri hər yerdən cəmlənib, başına yapışdı. O biri quşları da səsləyəndə eyni iş təkrar oldu. İbrahim (əleyhissalam) xoruzun başını tovuzun bədəni qarşısında tutanda isə bədən başa yapışmadı. Məqsədim budur ki, ilahi elmdə səhvə yol yoxdur.
    FƏLƏKLƏRİN YARANIŞI İNSANIN YARANIŞINDAN DAHA MÜRƏKKƏBDİR
    "Mömin” surəsi, ayə 57: "Doğrudan da, göylərin və yerin yaradılışı insanların yaradılışından daha böyük şeydir. Lakin insanların çoxu (bunu) bilməz.”
    Görəsən, kəhkəşanları və yeri yaratmaq, hər birinin hərəkəti üçün qanunauyğunluq qərar vermək, onları idarə etmək mürəkkəbdir, yoxsa insanı yaratmaq?! Əlbəttə də ki, fələklərin yaranışı! Yaxşı bəs bütün bunların Xaliqi insanı ikinci dəfə yarada bilməzmi?! Onun əməllərindən sorğu edə bilməzmi?! (36-cı surə, 87-ci ayə) Əlbəttə ki, istəyini edə bilər və Qiyamətin qurulmasını buyurar. Vahid bir anda hamının dirilməsi Onun iradəsinə bağlıdır.
    Category: Məad | Added by: Islam_Kitabxanasi
    Views: 832 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024