İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Məad

    Məad
    2011-12-21, 10:14 AM
    HƏTTA EHTİMAL OLUNAN ZİYANI DƏF ETMƏK VACİBDİR
    Əgər qarşıda bir zərər, xətər ehtimalı vardırsa, əqlimiz hökm edir ki, çarə axtaraq. Məsələn, bir səhradan ötəndə ehtimal var ki, bizi canavar parçalasın və ya oğru mallarımızı aparsın. Diqqətimiz bir zərərə yönəlir ki, yəqin deyil, yalnız ehtimaldır. Bununla belə, əql hökm edir ki, bu yolla getmək olmaz. Zərərlər bir-birlərindən fərqlidir. Məsələn, insan ayağın çalaya düşməsi, daşa dəyməsi ehtimalına o qədər də fikir vermir. Amma bir var dərəyə düşmək, bir də var Cəhənnəm dərəsinə yuvarlanmaq. Zərər böyükdürsə, ciddi ehtimal qurtuluş üçün kafidir.
    ALİMLƏRİN EHTİMALINA E”TİNA OLUNMALIDIR
    Əgər bir uşaq sizə desə ki, paltarınızda əqrəb var, boynunuza qalxır, ona nə deyərsiniz? Deyərsinizmi ki, sən uşaqsan, başa düşmürsən, sənin sözün etibarsızdır? Yox, heç vaxt! Zərər mühüm olduğundan (saman çöpü deyil, əqrəbdir!) dərhal paltarınızı çıxarar, əqrəbi axtararsınız. Hansı ki, əqrəbin olmasına yəqinliyiniz yoxdur, güman da etmirdiniz, təkcə ehtimalınız vardı. Amma əqliniz bu ehtimala etina etdi.
    Məsələn, səfərə çıxmaq istəyirsiniz. Bir adam deyir ki, yolda su tapılmır. Əqlə görə ehtiyatın şərti budur ki, özünüz ilə bir kuzə su götürəsiniz. Əgər yolda su olarsa, kuzəni boşaltmaqla heç bir ziyan çəkməzsiniz. Yox, su olmazsa, kuzənin suyu ilə susuzluğunuzu yatırarsınız.
    BÜTÜN PEYĞƏMBƏRLƏR XƏBƏRDARLIQ ETMİŞLƏR
    Yüz iyirmi dörd min peyğəmbər gəlmiş, hamısı bir dildən böyük bir xətəri elan etmişlər ki, ey insanlar, bütün əməlləriniz, danışıqlarınız, əqidələriniz qeyd olunur, hər bir əməlinizi iki məmur mələk yadda saxlayır (50-ci surə, 17-ci ayə). Tutaq ki, Qiyamət gününə yəqinliyiniz, gümanınız yoxdur, əgər ağlınız olsa, sizə hökm edər ki, ehtiyatlı olun.
    Heç olmazsa, ehtimal verin ki, qarşıda Qiyamət günü ola bilər. Bir-birinizi incitməyin, zülm etməyin, kimsənin abır-həyasını aparmayın.
    Dediklərimizin haşiyəsində istəyirəm ki, bir moizə də olsun. Söhbətimizin təsdiqi üçün məada əqli dəlillər də gətirək.
    MƏADI İNKAR EDƏN ZINDIĞA İMAM SADİQİN BUYURDUĞU
    "Üsuli-Kafi”də nəql olunur ki, Həzrət İmam Sadiq (əleyhissalam) İbni Əbül Ücaiyə buyurdu: "Əgər həqiqət dindarların dediyidirsə, (və şəksiz də həqiqət onların dedikləridir) onlar rahat, sizsə həlak oldunuz; və əgər sizin dedikləriniz həqiqətdirsə, (və şəksiz ki, bu belə deyildir) bu halda siz və onlar bərabərsiniz.” İbni Əbil Ücai dedi: "Məgər onların dedikləri bizim dediklərimizlə eyni deyildirmi?” İmam (əleyhissalam) buyurdu: "Necə bir, eyni ola bilər ki, onlar məada, məadın savab və cəzasına, göylərin və yerin abadlığına, bütün bunların Allah tərəfindən yaradıldığına inanırlar, sizsə göylərin varlığını, Allahın yoxluğunu iddia edirsiniz!?
    Göründüyü kimi bu hədisdə İmam (əleyhissalam) Yaradanın sübutu üçün ehtiyatı dəlil buyurub. Bu bizim üçün ən aşağı (minimum) dəlildir. Əslində cəza gününə yəqinlik olmalıdır və tərəddüd, şəkk, hətta güman da kafi deyil.
    QİYAMƏT ƏZƏMƏTLİDİR
    Allah-Taalanın oyuncaq adlandırdığı dünya (47-ci surə, 38-ci ayə) bizim üçün böyük göründüyü halda, Onun "böyük xəbər” adlandırdığı (78-ci surə, 1-ci ayə) Qiyamət barədə bir şey eşidəndə həmin Qiyaməti kiçik başa düşürük. Bəli, bütün əvvəlki və sonrakı xalqların toplanacağı gündür Qiyamət!!! Bu böyük cəmiyyətdə hər kəs öz əməllərindən narahat və qorxu içindədir-sonradan haqqında danışacağımız az adamdan savayı!
    ƏMR QİYAMƏTİN DƏHŞƏTİNDƏN QORXDU
    İslam tarixində ərəb qəhrəmanı Əmrin fəthlərindən çox deyilib. Müşrik olduğu zaman Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-in xidmətinə yetişəndə Həzrət onu İslama də”vət etdi və buyurdu ki, əgər iman gətirərsə, Qiyamətin böyük qorxusundan amanda olar. Dedi:-Ya Mühəmməd, böyük qorxu nədir? Mənim qəlbim o qədər nəhəngdir ki, heç bir dəhşətdən qorxmuram.
    Həzrət buyurdu:-Ey Əmr, heç də sən düşündüyün kimi deyil. Adamlara bir nə”rə çəkilər ki, ölülər dirilər, dirilər ölər. Ölənlər üçün ikinci nə”rə çəkiləndə onlar da qalxıb səf çəkərlər, göylər yarılar, dağlar yerindən qopub səpələnər, ruhu olanların köksü parçalanar. İnsanlar günahlarını yada salıb özlərini düşünər, bir Allah istədiklərindən savayı... hardasan ey Əmr!
    Xülasə, Həzrət, Əmrin bədəninə lərzə düşənədək danışdı. Əmr dedi:-Qarşıdakı o gün üçün nə etməliyəm?
    Həzrət buyurdu:-De "La ilahə illəllah.”
    Elə o məclisdəcə Əmr və onun tayfası İslamı qəbul etdilər.
    YANAR TOPAQ KAFİRLƏRİN AYAĞI ALTDA
    Həmin gün insan öz ətrafında vəhşət görər. Yerin vəziyyəti büsbütün dəyişər. Əvvəlcədən dediyimiz kimi, Qiyamətin yeri, torpağı şüurludur, canlıdır. O, möminin ayaqları altda aram, ağ, parlaq, kafirin ayaqları altında isə bir parça yandırıcı oddur.
    Bir ağac, bir dağ, bir daldalanacaq gözə dəyməz. Hamı bir-birini görər. Hamı bəşər də olsa, şəkilləri dəyişər. Dünyada hamı bir şəkildədir, amma Qiyamətdə əməl və əqidəyə görə şəkillər müxtəlif olar.
    MƏŞHƏRDƏ MÜXTƏLİF ŞƏKİLLƏR
    "Məcməül-bəyan” təfsirində Həzrət Rəsul (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunub ki, Məaz "Qiyamətdə sur üfürüləndə dəstə-dəstə gələrsiniz” ayəsinin mənasını soruşduqda, Həzrət buyurdu: "Ey Məaz, böyük bir mətləb soruşursan (Həzrətin mübarək gözü yaşardı.) Mənim ümmətim Qiyamət günündə 10 sinfə bölünər. Bu 10 sinfi Allah-Taala ümumi müsəlmanlardan ayırar, surətlərini dəyişər; bəziləri meymun, bəziləri donuz, bəziləri əl-ayağı kəsilmiş surətdə, bir hissəsi kor, digəri lal, bir dəstəsi də kar olarlar. Məhşərə dilini dişləmiş bir tayfa daxil olar ki, ağızlarından çirk axar. Onların ağızlarının qoxusundan məhşər əhli əziyyət çəkər. Bir dəstə də məhşərə başı aşağı daxil olub, o halda da əzaba aparılarlar. Bir dəstə od budaqlarından asılmış, başqa bir dəstənin qoxusu murdardan daha pis. Digər bir dəstəyə qətrandan libas geydirilmiş, bu libaslar onların bədənlərinə yapışmışdır... Sual verdilər ki, bunlar kimlərdir?
    SÖZ GƏZDİRƏNLƏR, HARAM MAL YEYƏNLƏR, SƏLƏMÇİLƏR
    Həzrət buyurdu: Meymun surətində məhşərə daxil olanlar söz gəzdirənlər, iki nəfərin arasını vuran, birinin dediyini o birinə və əksinə xəbər aparanlardır. Donuz surətində gələnlər haram mal yeyənlərdir. Məsələn, əskik ölçənlər, qatqı qatanlar, xalqın malını yeyənlər. Başı aşağı gələnlər sələmçilər, faiz yeyənlərdir. Dilini dişləyib və ağzından çirk axanlar, əməlsiz alimlərdir. Bəli, əməli özündən olmayan alimlər yaxşı moizə edib özü pis əməldə bulanan alimlər, başqaları sözündən faydalanıb özü bədbəxt olan alimlər dillərini dişləyib həsrət çəkərlər.
    QONŞUNU İNCİDƏNİN, ZALIM HAKİMİN, XUDPƏSƏNDLƏRİN ƏZABI
    Məhşərə əl-ayağı kəsilmiş vəziyyətdə gələnlər qonşuya əziyyət verənlərdir. Gor halda daxil olanlar nahaq hökm vermiş zalım hakimlərdir. Amma o kəslər məhşərdə kardırlar ki, xudpəsənd və özünü sevən olublar (hətta özlərindən başqasının məhşərə kar gəlməsini istəməzlər). Oddan budaqlara bağlananlar dünyada padşahlara, ağalara sirr açıb, xəbər aparıb xalqı incidənlərdir. Murdardan daha iyrənc olanlar o kəslərdir ki, haram, şəhvət və ləzzətə bulaşmış, mallarından vacib haqqı ödəməmişlər. Alovdan paltar geyənlər təkəbbür göstərənlərdir. (Digər bir hədisdə var ki,) gözlərində alovdan iki mıx olanlar gözlərini haramla dolduranlardır.
    GÜNAHKARLAR ÇÖHRƏLƏRİNDƏN TANINARLAR
    Müəhddis Feyz "Eynül-yəqin”də belə nəql edir ki, şərabxor (içki içən) məhşərə daxil olanda, boynundan şərab şüşəsi asılmış, əlinə qədəh yapışdırılmış olar. Ondan elə bir pis qoxu qalxar, o qədər iyrənc olar ki, hamı onun şərabxor olduğunu bilər və yanından ötənlər ona lə”nət oxuyarlar. Şadlıq əhlinin tar və tənburu (musiqi aləti) onların əllərinə yapışıb, başlarına çalınar. Bəli, hər kəsin qiyafə və simasından bilinər ki, bu şəxs hansı günahın sahibidir. (55-ci surə, 41-ci ayə)
    ÜZÜ ÜSTƏ NECƏ HƏRƏKƏT EDƏRLƏR?
    Qeyd edilmiş kitabda nəql olunmuşdur ki, adamlardan bəziləri məhşərə bir surətdə daxil olarlar, meymun və donuz onlara nisbətən daha gözəl olar. Eləcə də, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: "Adamlar məhşərdə 3 cür məhşur olarlar (dirilərlər): bəziləri süvari, bəziləri piyada, bəziləri isə üzü üstə hərəkət edərlər.”
    Sual etdilər ki, ya Rəsuləllah, üzü üstə necə hərəkət edə bilərlər?
    Buyurdu: "Onları dünyada ayaqları ilə hərəkət etdirən Allah qadirdir ki, üzü üstə də hərəkət etdirsin.”
    ÜRƏKLƏR AĞIZA GƏLƏR
    "Mömin” surəsi, ayə 18: "Onları ürəklərin ağıza gələcəyi, udquna belə bilməyəcəkləri yaxın günlə (Qiyamət günü ilə) qorxut.”
    O günün xovf və hövlündən ürəklər yerindən çıxıb boğazlarda dayanar, nə yerinə qayıdar, nə də bayıra çıxar ki, rahatlıq olsun. O gün ürəklər qəm-qüssə ilə dolu olar. Bir sözlə, həmin gün o qədər dəhşətlidir ki, ürəklər yerindən qopub nəfəs yolunu tutar. Bu Qurani Məcidin mö”təbər məsələsidir. Allah-Taala təkrar-təkrar belə bir günün qorxusundan xəbər verib ki, qardaş-qardaşdan, insan öz ata-anasından, ailə uşağından qaçar. Bu ayədə Allah o gündəki qorxunu, hövlü bəyan edir ki, bu qorxu və hövlün şiddətindən insani əlaqələr insanın əyalına, övladına, ata-anaya, qardaşa olan əlaqəsi qırılar. Hər kəs özünə əməllərinin nəticəsinə elə məşğul olar ki, başqalarına diqqətsiz qalar. Bu səbəbdən də hamıdan qaçar. (80-cı surə, 34-cü ayə). (Günahlar səbəbindən) öz haqqını istəməyə qorxar. Bəli, nəfəslər boğazlarda tutular, bütün bu cəmiyyətdən, zarıltıdan savayı bir səs eşidilməz.
    QİYAMƏTİN HALƏTİNDƏN AMANDA OLANLAR
    Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) tərəfindən neçə dəstəyə Vəd edilmişdir ki, bu adamlar Qiyamətin böyük qorxusundan amandadırlar. İslamda saç ağartmış kəsi böyük tutmaq (ehtiram göstərmək) Qiyamət qorxusundan qurtuluşa səbəb olar. Əgər bu şəxs insanın atası, anası olarsa daha yaxşı. Çətinliyə düşənlərin fəryadına çatanlara Allah-Taala Vədə vermişdir ki, ağır Qiyamət günündə sizin fəryadınıza çatacağam. Məsələn, bu adam dünyada yıxılanı yerdən qaldırmış, dərdlilərə çarə axtarmışdır və sair.
    MƏSCİD QİYAMƏTDƏ NİCAT GƏMİSİDİR
    İnsanın eşq, əlaqə bağladığı, çox getdiyi məscid, Qiyamət günü onun qəbrinin üstünə kəcavə şəklində gətirilər. Qəbir sahibi ona süvar olar və Behiştə endirilər.
    Rəvayətdə vardır ki, mömin soruşar: Bəs Sirat (körpü) harada qaldı? Deyərlər: Ayaqlarının altından ötdü. Soruşar: Süvar olduğum nə idi? Deyərlər: Dünyada eşq-əlaqə bağladığın məscidin surəti idi.
    Bəli, məscid Allah evidir, qədrini bilin, onun ehtiramını aşağı tutmayın.
    MƏKKƏDƏ, MƏKKƏ YOLUNDA ÖLÜM
    Qiyamət qorxusundan amanda qalacaq kəslərin bir qismi də Məkkə və Mədinədə vəfat edənlər və ya orada dəfn olunanlardır. Həmçinin Məkkə yolunda dünyadan gedənlər də həmin qəbildəndir. Qiyamət hövlündən amanda qalacaq digər bir dəstə xalqı yox, öz nəfsini düşmən tutanlardır. Yəni, xalqla münasibətdə öz istədiyinin əksinə bir şey görərsə, nəzərində pis, eyb olan bir şey müşahidə edərsə, həmin adamları yox, özünü düşmən bilsin. Özünü danlasın ki, nə üçün belə bir istəyi olub. Nə üçün öz eybini yox, başqasının eybini görüb.
    QƏZƏB VƏ ŞƏHVƏT ZAMANI SƏBR
    Qiyamətdə əmniyyətinə Vədə verilmiş adamların bir qismi də həmin şəxslərdir ki, qəzəbləndikləri zaman (pis işlər görmək iqtidarında olduqları halda), Allaha görə özlərini saxlayıb, qəzəblərini udub, həlim olsunlar. O cümlədən, şəhvət və günahla qarşılaşdıqda (abrının, pulunun əldən çıxmasına görə deyil), yalnız Allah qorxusundan o günahdan çəkinən adamlar da həmin çətinlikdən qurtuluşdadırlar.
    Bəzi ölülər üçün belə bir lütf olub. Əgər bir mömin əlini onun qəbrinin üstünə qoyub, yeddi dəfə "Qədr” surəsini oxuyarsa, o meyyit Qiyamət qorxusundan amanda qalar.
    HƏQİQİ ƏMNİYYƏT, QURTULUŞ ƏLİ (ƏLEYHİSSALAM)-IN VİLAYƏTİDİR
    İnsan üçün tam qorxusuz qurtuluş Əli (əleyhissalam)-ın vilayətidir. ("Ənbiya” surəsi): "O kəslərə ki, gözəl əməllərinə görə, dərgahımızda gözəl aqibət Vəd verilmişdir, onlar Cəhənnəmdən uzaq olacaqlar. Cəhənnəmin uğultusu qulaqlarına gəlməz. Onlar ürəkləri istəyən nemətlər içində əbədi olaraq qalacaqlar. Onları ən böyük qorxu məhzun etməyəcəkdir.” Bəli, Qurani Məcidin bu mö”təbər ayəsindəki "husna” (ən yaxşı əməl) Əli (əleyhissalam)-ın vilayətidir. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: "Ya Əli, sən və sənin şiələrin böyük qorxudan amandadırlar və bu ayə sizin haqqınızdadır.”
    MÜTLƏQ GÖZƏL ƏMƏL ƏLİ (ƏLEYHİSSALAM)-IN VİLAYƏTİNİN QƏBULUDUR
    Əli (əleyhissalam) və onun ailəsinin vilayətini (möminlər üzərində tam, mütləq ixtiyar sahibi olmalarını) qəbul edənlərin "hüsna”-gözəl əməl sahiblərinin o günün böyük dəhşətindən qurtulacağını Quran Vəd etmişdir. Müxtəlif təfsirlərdə o cümlədən, "Ruhul-bəyan”da Həzrət Rəsul (səlləllahu əleyhi və alihi və səlləm)-dən belə nəql olunmuşdur: "Hər kəs Mühəmmədin ailəsinə dostluqla ölərsə, tövbə edib dünyadan pak gedərsə, qəbirdən baş qaldırarkən məhşərə sakit, sərin qəlblə daxil olar. Qiyamətdən nə qorxar, nə də hövlə gələr. Behişt onun üçün bəzəkli toy otağı tək zinətləndirilər.”
    GƏLƏCƏYƏ TƏMİNAT
    Quran ayələrinin böyük hissəsi Qiyamət və onun əhvalatlarından bəhs edir. Bu səbəbdən də insan heyrət edir ki, görəsən Allah-Taalanın bu qədər əhəmiyyət verdiyi Qiyamət necə bir gündür. "Vaqiə” surəsindən başlamış, Quranın sonunadək bəlkə də, elə bir surə yoxdur ki, Qiyamətin adı çəkilməmiş olsun. Bu böyük gün 70-dən çox adla adlandırılmışdır. Məqsəd, bu ayələrin çoxluğu ilə qəlblərdə qorxu yaratmaq, insanların öz gələcəklərinin təmininə sövq etməkdir. Eşitdikləriniz hövl və qorxudan çarə arayın. Məsələn, zikr etdiyimiz 3-4 mövzudakı çarələri, xilas yollarını düşünək.
    GƏLƏCƏYİN TƏMİNİ ADI İLƏ HƏRİSLİK
    Hamı "gələcəyin fikrində olmaq (sabahı fikirləşmək), gələcəyi təmin etmək lazımdır”, deyir. Çox ağıllı sözdür, amma yerində başa düşülüb, yerində işlənmir. Gələcəyi təmin etmək, banka pul qoymaqdırmı?! Görəsən, 50-60 illik ömrü (bu da ehtimaldır, yə”qin deyil), belə əziz bir vaxtı sərvət toplayıb, sonra da dünyada qoyub getməyə dəyərmi?! Bütün bunlar cəhalətdəndir. Axı kim üçün qarşıda aclıq təhlükəsi var ki, hərislik etsin?! Siz öz həyatınızda neçə nəfərin aclıqdan öldüyünə şahid olmusunuz?
    Bəli, əgər qıtlıq olarsa, bu da ölümün vasitələrindəndir ki, müəyyən olunub və elə bir dövrdə varlılıq da kara gəlmir. Əgər bir ömür də olsa, gələcək üçün xətər yoxdur. Allah-Taala zəmanət verib, hətta and içib ki, hər bir canlının ruzisini yetirəcək. (51-ci surə, 23-cü ayə və 11-ci surə, 8-ci ayə). Lakin axirət üçün əmr edib, təkid edib, qorxudub ki, fikirləşək, çalışaq və məbada məhşərə gəda kimi əliboş daxil olaq.
    ALLAH YANINDA ƏMANƏT SANDIĞI
    "Allah kərimdir”, deyirik, düzdür. Amma əgər Allahı doğrudan da kərim (kərəm, səxavət sahibi) biliriksə, nə üçün dünya işlərində Onu kərim hesab etmirik?! Məlum olur ki, dediyimiz sözlər səmimi deyil.
    Əgər doğrudan da, öz gələcəyinizi təmin etmək istəyirsinizsə, Allah yanındakı əmanət sandığında özünüz üçün hesab açın. Sizin ibadətiniz və verdiyiniz sədəqələr həmin hesabdakı əmanətləriniz, sədəqələrinizdir. Bilin ki, Allah bu əmanəti yaxşıca hifz edər, Qiyamətin günü, bəlkə də həmin dünyada əvəzini qaytarar. (73-cü surə, 20-ci ayə)
    Quranda Rəbbimiz Öz Peyğəmbərinə əmr edir ki, onları sonrakı əzablarla qorxut. İndi özünüz bilin: qarşıda çətin bir gün var.
    İSRAFİL SURU ÜFÜRÜR
    Quranda dəfələrlə xəbər verilmişdir ki, Qiyamət qoparkən ən ilkin, sur üfürüləcəkdir. Ayə və hədislərdən belə məlum olur ki, sur iki dəfə üfürüləcəkdir: 1-ci öldürən, 2-ci dirildəndir.
    "Zümər” surəsi, 68-ci ayə: "Elə ki, sur çalındı, Allahın istədiyi kimsələrdən savayı göylərdə və yerdə kim varsa, hamısı yıxılıb ölər. Bir daha çalınanda isə bütün ölənlər ayağa qaxıb olacağı gözləyərlər.”
    ALLAHA YAXIN DÖRD MƏLƏK VƏ HƏR BİRİNİN TAPŞIRIĞI, VƏZİFƏSİ
    Allah-Taalanın dörd yaxın (müqərrəb) mələklərinin (Cəbrail, Mikail, Əzrail, İsrafil) hər birinin öz mühüm vəzifəsi vardır. Cəbrail peyğəmbərlərə vəhyin nüzul vasitəsi, Mikail ruzi vasitəsi, Əzrail can almağa məmurdur. İsrafilin işi Qiyamət zamanıdır. O, əlində sur, həmişə Allah əmrinin intizarındadır. Rəvayətə görə, Allah buyurduğu zaman səmadan yerə enər.
    Category: Məad | Added by: Islam_Kitabxanasi
    Views: 733 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024