İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Məad

    Məad
    2011-12-21, 10:12 AM
    QİYAMƏTDƏ GÖYLƏRİN TİTRƏYİŞİ
    Qiyamət qopanda səmalara titrəyiş düşər, səma sakinləri lərzəyə gələr. Hərəkət yerə yetişəndə Beytül-Müqəddəsdən (ilk qibləmiz) Kə”bəyə surda nida olar ki, "hamınız ölün!” İlk sur üfürülməsi ilə bir dənə də canlı qalmaz, nəfəslər kəsilər. Rəvayətdə vardır ki, bəziləri bazarda al-verə məşğul olduqları yerdəcə ölüm "nəfxəsi” üfürülər və yıxılarlar. Nə vəsiyyət edə bilər, nə də mənzillərinə qayıda bilərlər. "Yasin” surəsində (ayə 50) buyurulduğu kimi: "Nə vəsiyyət etməyə, nə də ailələrinin yanına qayıtmağa macal tapmayacaqlar.”
    Sonra səma əhli üçün də sur üfürülməsi əmr olar ki, bir ruh sahibi də sağ qalmaz. O vaxt buyurarlar ki, İsrafil özü də ölümə qovuşsun.
    YALNIZ ALLAH QALAR, YALNIZ!
    İlahi qəhr nidası ucalar ki, ey itaətsizlər, ey təkəbbür göstərib, mənəm-mənəm deyənlər, haradasınız?! Bu gün mütləq hökumət və səltənət kimindir?!
    Bir nəfər də olmaz desin ki, "vahid, qəhhar Allah!” Bu sur üfürülməsindən bir müddət keçmiş, ayılma, dirilmə, Qiyamətin qalxma "nəfxəsi” üfürülər.
    Məsum İmamlardan (əleyhimussalam) sual olunub ki, aləmdə heç bir canlının olmayacağı iki nəfxə (üfürmə) arasındakı vaxt nə qədərdir? Rəvayətdə vardır ki, 40 il və ya 400 il. Eləcə də, rəvayətə görə həmin müddətdə fələklərin toqquşması, zəlzələlərin, dağların tikə-tikə parçalanması, dənizlərin od tutması kimi dəhşətlər olacaqdır. Sonra da yağış yağması əmr ediləcək, bu şiddətli yağış 40 gün başdan-başa yer üzünə yağacaq.
    SUR İKİNCİ DƏFƏ ÜFÜRÜLÜR
    İlahi əmrlə ikinci dəfə diriləcək ilk şəxs İsrafildir. O, suru üfürməli və Qiyamət qopmalıdır. İsrafil nida edər: "Ey bədənlərdən ayrılmış ruhlar, ey səpələnmiş bədənlər, ey çürümüş ət və sümüklər, ey dağılmış tüklər qayıdın və hesab üçün toplanın, tələsin hesaba”!
    Yerə ilahi vəhy yetişər ki, qoynunda olanları bayıra töksün. Torpaqda olan bədənlər şiddətli zəlzələlər vasitəsi ilə bayıra çıxarlar, bədən zərrələri birləşər, ona ruh üfürülər, bir dəfəyə hamı ayağa qalxar. (Allah üçün bir nəfəri xəlq etməklə milyard nəfəri xəlq etməyin fərqi yoxdur, O qadirdir.)
    Vədəsinə vəfa edən Allaha şükürlər olsun!
    Amma adamların görünüş və danışıqları müxtəlif olar. Əməlisalehlər qəbirdən baş qaldırdıqda, Allaha şükr edərlər ki, Öz Vədəsinə vəfalı olub, Qiyaməti bərpa etdi, onlar da öz saleh əməllərinin əvəzini alarlar. (39-cu surə, 74-cü ayə) Elələri də olar çarəsizlikdən fəryad çəkər, nalə qopararlar ki, kim bizi qəbirlərimizdən qaldırdı? (36-cı surə, 52-ci ayə) Rəvayətə görə, onlar bir ayağı qəbirdə, digər ayağı bayırda olan halda 300 il heyrətdə dayanacaqlar. Bu, əzabın müqəddiməsidir.
    QƏBİRDƏN NECƏ BAŞ QALDIRARLAR?
    Bir gün Cəbrail Rəsulallah (səlləllahu əleyhi və alihi və səlləm)-ə ərz etdi:
    Adamların həşrinin (qəbirdən qalxmasının) necəliyini görmək istəyirsənmi? Buyurdu: Bəli. O, Həzrəti "Bəqi” qəbiristanına apardı, ayağını qəbrə vurub dedi: Allahın izniylə, qalx! Qəbirdən nurani bir şəxs baş qaldırdı və "həmd olsun Allaha ki, Öz Vədəsinə vəfa etdi” dedi. Sonra ayağını başqa qəbrə vurdu. Qorxunc görkəmli bir şəxs qəbirdən qalxıb, nalə çəkdi. Cəbrail ərz etdi: Mömin və kafir, qəbirdən bu sayaq baş qaldırar.
    QİYAMƏT TEZ GƏLƏRMİ?
    Rəvayətə görə, möminlər (bərzəxdə) axirət ləzzətini daddıqlarından, Qiyamətin tez başlamasını Allahdan istəyərlər. Amma günahkarlar əzab nümunəsini gördüklərindən, "Xudaya, bizi yerimizdəcə saxla”, deyərlər.
    ALÇALDAN VƏ UCALDAN GÜN
    Bəzi adamlar dünyada təqvaya (Allahın Öz bəndələrindən istədiyi pəhrizkarlığa) malik olduqları halda alçaldılmış, hörmətsiz tutulmuşlar. Əksinə, bəziləri də dünyada möhtərəm, böyük tutulsalar da (ən əsası) təqvaları olmayıb. Qiyamət elə bir gündür ki, təqvalılar ucaldılacaq, təqvasızlar alçaldılacaq.
    İÇ ÜZLƏR AÇILAR
    Həmin gün insanların iç üzləri açılar. Ey dünyada diqqətlə abır-həya gözləyənlər, heç sabahkı günün (Qiyamətin) xəcalətini düşünürsünüzmü?! Həmin gün daxili mələk olanların surəti məlaikə, daxili yırtıcı, şəhvətcil olanların surəti meymun, it surətinə düşər. Son məniziliniz üçün bir iş görmüsünüzmü ki, sonradan xəcalət çəkməyəsiniz? Qarşıda nələr olacağını bilirsinizmi? Bilirsinizmi ki, məhşər səhrasında üryansınız, yoxsa yox?!
    QİYAMƏT LİBASI (GEYİMİ) TƏQVADIR
    "Əraf” surəsi, ayə 26: "Bunlardan üstündür təqvadan olan geyim.”
    Qəbirdən baş qaldırılan zaman bir dəstəni çıxmaqla hamı üryandır (çılpaqdır). Məhşərə üryan daxil olmayacaq həmin dəstə pəhrizkarlar, təqvalılardır. Bu dünyadan təqva ilə köçən şəxs məhşərə ilahi libasla daxil olar. Dünyadan tövbəsiz gedib, bərzəxdə əzab görməklə paklanan möminlər də bu dəstədəndirlər. Amma, Allah eləməmiş, günahları pak olmadan məhşərə daxil edilənlər xəcalət yükündən qurtulmaq xatirinə tezliklə Cəhənnəmə getmələrini arzulayarlar.
    ADƏM ÖZÜNÜ AĞAC YARPAQLARI İLƏ ÖRTDÜ
    Bəşər atası Adəm (əleyhissalam) ilk səhvi etdi və Behiştdən çıxarıldı, üryan edildi. O, məlaikələr qarşısında pis vəziyyətdə qaldığını görüb, bədənini yarpaqlarla örtdü. (7-ci surə, 21-ci ayə)
    Bəli, günahkarlar ilahi örtükdən məhrumdurlar. Görən mənim və sizin üçün elə bir gün varmı ki, günahlarımızın üstünə günah gəlməsin? Niyə Qiyamətin çətin gününü fikirləşmirik? Mübarək ramazan ayında kimsəsiz səhralarda İmam Səccad (əleyhissalam)-ın Qiyamət üryanlığından etdiyi fəryadına qoşulub, həmsəda olaq.
    GÜNAHKARLAR TANINAR
    Məhşərin ilk dayanacağında, Qurani Məcidin neçə yerində zikr edilmiş bir heyrət vardır ki, gözlərin hərəkəti dayanar. Günahkarların hansı günaha sahib olmasından hamı xəbərdar olar. Dünyada sərxoşluq edənlər məhşərə əlində şərab şüşəsi daxil olarlar. Allah-Taala Öz izzət və cəlalına and içib demişdir ki, hər bir şərabxora içdiyi şərab miqdarında Cəhənnəm həmimi içirdəcəkdir.
    QİYAMƏTDƏ ŞƏRABXORUN MƏNZƏRƏSİ
    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunmuşdur ki, buyurdu: "Şərabxor Qiyamətdə çöhrəsi qara, gözləri göyərmiş, dodaqları sinəsindən ayağına sallanmış, dili ağzından çıxmış vəziyyətdə gələr. Yanından ötənlər onun qoxusundan əzab çəkərlər.”
    Yenə bu barədə buyurmuşdur: "Məni peyğəmbərliyə məbus etmiş Allaha and olsun ki, şərabxor təşnə (susuz) ölər, təşnə halda qəbrə gedər, təşnə halda məhşur olar, min il təşnəlikdən nalə çəkdikdən sonra ona Cəhənnəm həmimi içirdilər.”
    SƏLƏMÇİ VƏ TƏNBURÇUNUN (MUSİQİ ALƏTİ) ÇÖHRƏSİ
    Sələmçi (ribaxor) qəbirdən baş qaldırdığı zaman qarnı o qədər böyük olar ki, yerə dəyər. Durmaq istərkən bacarmaz və başını aşağı salar. Hamı onun sələmçi olduğunu bilər. Qina (haram çalğı) əhlinin çalğı aləti onun yanında olar. "Ənvari-nö”maniyyə” kitabında Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayət olunub ki, buyurdu: "Tənbur sahibi üzü qara məhşur olar, əlində alovdan olan və başına çalınmış tənbur tutar, 70 min əzab mələyi başını, üzünü qamçılayar. Qina əhli-istər çalan, istərsə də oxuyan-kar, kor və lal məhşur olar.
    İKİÜZLÜLƏR VƏ İKİ ALOV DİL
    Rəvayət olunmuşdur ki, xalqla münasibətdə ikiüzlü, ikidilli olanların, adamların yanında bir cür, arxasında başqa cür danışanların Qiyamətdə alovdan iki dili olacaqdır. Öz dilləri ilə adamları incidənlərin dilləri boyunlarının arxasından çıxarılacaq.
    QİYAMƏTDƏ TƏKƏBBÜRLÜLƏR VƏ ZİNAKARLAR
    Bir dəstə adam qarışqa tək zəif halda ayaqlar altında əzilər-bunlar dünyada özünü yuxarı tutub, təkəbbür göstərənlərdir. Zinakarların ovrətlərindən axan çirkin qoxusundan məhşər əhli nalə çəkər.
    ƏLLİ MİN İLLİK BİR GÜN
    "Biharül-ənvar”ın 3-cü cildində məsumlardan (əleyhimussalam) rəvayət olunmuşdur ki, Qiyamətdə hər biri min illik beş dayanacaq vardır. Yəni, hər bir dayanacaqda min il qalmaqla 50 min illik vaxt ötəcək.
    NƏ ÜÇÜN QİYAMƏT HADİSƏSİ "QİYAMƏT GÜNÜ” ADLANDIRILIB?
    Əgər Qiyamət aləmində gecə, gündüz, Ay və Günəş yoxdursa, bu hadisə nə üçün "gün” sözü ilə təbir olunub? Çünki "gün” elə bir zaman fasiləsidir ki, günəş vasitəsilə işıqlanmış aləmdə insanlar gecə görmədiklərini aşkar, aydın görürlər. Eləcə də, dünyada gizli olan insan batini, əqidələrin əyri-düzlüyü, əməllərin pisi-yaxşısı, onların əsər-əlamətləri Qiyamətdə tam işıqlanar. Buyurulmuşdur: "İnsanın güman etmədikləri zahir olar.”
    QİYAMƏTİN PARLAQ HƏQİQƏT GÜNƏŞİ
    Bəli, dünya gecədir, zülmətdir. Kimsənin kimsədən, hətta öz batinindən xəbəri yoxdur. İşlərin üzərinə pərdə çəkilib. Amma Qiyamət gündür, gündüzdür. Doğrudan da gecəsiz bir gündür. Elə bir gün ki, o gün 50 min il parlayacaq, həqiqət günəşinin işığında kimliyimizi, başqalarının kimliyini anlayacağıq.
    QİYAMƏTDƏ QORXU DAYANACAĞI
    Dedik ki, Qiyamət dayanacaqlarından biri heyrətdir. Digər bir dayanacaq qorxudan sükutdur ki, bu baradə Quranda belə buyurulmuşdur: "Allahın qarşısında səslər kəsilər, pıçıltıdan (həm-həmə) savayı bir səs eşidilməz.” (20-ci surə, 108-ci ayə) "Səslənmək istəyərlər, amma qorxudan ürəklər boğazları tıxaclar.” ("Mömin” surəsi) Digər bir dayanacaqda söhbət gedər, adamlar bir-birlərinin günahlarını, savablarını soruşarlar. (37-ci surə, 72-ci ayə)
    ÇƏYİRTKƏ KİMİ PƏRAKƏNDƏ DAĞILARLAR
    Digər dayanacaqda hamı bir-birindən: ata oğuldan, qadın ərindən, qardaş-qardaşdan və s. qaçarlar. Quranda xalqın o günkü halı "pərakəndə pərvanələr” kimi təbir olunub (103-cü surə, 3-cü ayə).
    "Tur” surəsində (7-ci ayə) buyurulur: "Kafirlərin gözlərindən qorxu yağar, qəbirlərindən çıxıb, məhşər səhrasında çəyirtkə tək dağılarlar.” Diqqət etmisinizmi, çəyirtkələr necə nizamsız uçur? Bəzisi aşağı, bəzisi yuxarı, bir dəstəsi sağa, bir dəstəsi sola uçub pərakəndə şəkildə dağılırlar. Qadınla ər də bir-birlərindən beləcə qaçar, pərakəndə olarlar. Amma bu qaçmağın faydası olmaz.
    QAÇMAQLA QURTULMAZLAR
    "Ər-rəhman” surəsinin təfsirində buyrulur: O gün birinci göy (təbəqəsi) mələklərinə əmr olunar ki, yerə enib, insanları dairəyə (mühasirəyə) alsınlar, ikinci göy mələkləri birinci göy mələklərinin dövrəsini tutsunlar. Beləcə, yeddi cərgəlik mələklərdən ibarət ilahi qoşun məhşər səhrasını dövrəyə alar. (55-ci surə, 33-cü ayə) "Ey cin və ins, bacarırsınızsa qaçın, amma bu, qeyri-mümkündür” (təfsir). O gün insan deyər: "Hara qaçım, hara gedim?” (75-ci surə, 10-cu ayə). Amma qaçmağa heç bir yer yoxdur, Allaha tərəf qayıtmaqdan savayı! (Əlbəttə, bu cəhət, yol Allahla olanlar üçündür, başqaları üçün sığınacaq yoxdur.) (75-ci surə, 11-ci ayə)
    QİYAMƏTDƏ SAVAB ÜÇÜN ƏL AÇILAR
    Hər kəs öz tanışına əl açar ki, öz savabından ona da versin. Lakin hər kəs savaba möhtac olduğundan, başqasına savab verməz. Ata öz övladına, onun tərbiyəsinə çəkdiyi əzab-əziyyətləri xatırladıb ondan savab istəyər. Övladsa "mən səndən də çox möhtacam”, deyə cavab verər. Beləcə, qardaş-qardaşa və s. cavab verər. Hamı çətinlikdə olduğundan, başqasının dadına çatmaz.
    ƏMƏLLƏR NAMƏSİ
    "Haqqə” surəsi, ayə 78: "(Sizi) Rəbbinizin hüzuruna gətirərlər, həmin gün sizin heç nəyiniz gizli qalmaz. Əməl dəftəri sağ əldən verilən kəs deyər: Yazımı alın, oxuyun, mən bu günü görəcəyimə əmin idim.”
    İnandığımız dini həqiqətlərdən biri də Quranda neçə yerdə əksini tapmış əməllərin yazılmasıdır. Quran buyurur: "Kərim mələklər bütün əməlləri yazarlar.” (82-ci surə, 11-ci ayə). Digər bir yerdə bu mələklərin ən kiçik sözləri də qeyd etdiyi bildirilir. (50-ci surə, 17-ci ayə). Bu yazılışın hansı şəkildə olduğunu (qələm-kağızla, yoxsa başqa cür) biz yox, nübüvvət gözü görür. Ümumiyyətlə, heç bir şey ötürülmür. Hətta xeyir niyyətlər də yazılır.
    ƏTİR QOXUSU XEYİR NİYYƏTİ BİLDİRİR
    Ravi İmam (əleyhissalam)-dan soruşur ki, məlaikələr insanın xeyir niyyətindən necə xəbərdar olurlar? Həzrət buyurur: "Xeyir niyyət edən şəxsdən ətir qoxusu qalxır və onlar anlayırlar. Eləcə də, pis niyyətdən qalxan pis qoxu onları narahat edir. Yalnız xeyir niyyətə bir savab (həsənə) yazılırsa, bu niyyətə əməl edildikdə, on savab qeyd olunur (6-cı surə, 161-ci ayə). Amma icra olmuş günah üçün birdən artıq yazılmır.
    GÜNAHI YUMAQ ÜÇÜN MÖHLƏT
    Qeyd edən iki mələkdən biri Ətid, o biri isə Rəqibdir. Günah etmiş şəxsin günahını Ətid yazmaq istərkən, Rəqib "möhlət ver, bəlkə, peşman olub tövbə etdi”, deyir. Ona 5-7 saat möhlət verilər. Əgər tövbə etməzsə, "necə də həyasız bəndədir!”, deyib günahını yazarlar.
    HƏTTA ALOVU ÜFÜRMƏK DƏ YAZILIR
    Rəvayətlərdən belə anlaşılır ki, hər kəsin iki kitabı (dəftəri, naməsi) vardır-savab kitabı və günah kitabı. İnsanın bütün əməlləri, hətta alovu üfürməsi də qeyd olunur. "Əl-Qəmər” surəsinin 52-53-cü ayələrində buyurulur: "Onların etdikləri hər şey dəftərlərdədir. Hər bir kiçik və böyük günah yazılmışdır!”
    BOŞ DANIŞAN CAVANLARA ƏLİ (ƏLEYHİSSALAM)-IN BUYURUĞU
    Şeyx Səduqun "Əqidələr” kitabında nəql olunub ki, bir gün Əli (əleyhissalam) yoldan ötərkən boş-boş danışıb, gülən bir dəstə cavan gördü. Həzrət buyurdu:-Niyə əməl namənizi bu işlərlə qaraldırsınız? Dedilər:-Ya Əmirəl-möminin, bunlar da yazılırmı? Buyurdu:-Bəli, hətta aldığınız nəfəs də yazılır...
    Bəli, insanların əziyyətini aradan qaldırmaq üçün yoldan bir tikan, daş götürüb atmaq kimi xırda əməllər də hədər olmayacaqdır.
    ƏMƏL NAMƏSİNİN HİKMƏTİ
    Əməl naməsi nə üçündür? Əməlisalehlərin əməl dəftərinin məlaikələrin göyə qaldırmaq, günahkarların əməl dəftərlərini siccinə (Cəhənnəmin alt təbəqəsi) endirməsi nə üçündür?
    Cavab: Allah-Taala insanın günaha batmasını istəmir. Buna görə də onun üstünə nəzarətçi qoyur. Bəli, insan öz üzərində müfəttişi görəndə, ehtiyatlı olur.
    Ey günahkar insan, sənin həya edib, günahdan uzaqlaşmağın üçün Allah-Taala sənin bədən üzvlərinə əlavə olaraq iki müfəttiş də müəyyən edib. (Ayıq ol!) Bu iş möminlərin də xeyrinədir-saleh əməllərin dəyəri daha da aşkarlanar.
    ƏLAÇI ŞAGİRDİN SEVİNCİ: "BAXIN, MƏNİM GÜNDƏLİYİMƏ BAXIN!”
    Dərsindən əla qiymət almış şagird necə də sevinir, fəryad qoparır: gəlin, gəlin mənim gündəliyimə baxın, hamısı ə”ladır! Qiyamətin səhəri də əməl naməsi əlinə verilmiş möminlər beləcə sevincli, şaddırlar: Ey dostlar, ey tanışlar, gəlin mənim əməl naməmi oxuyun, namazlar, oruclar, sədəqələrim qəbul olub, baxın, mən dünyada bu günümün, hesabımın fikrində olmuşam. Belə bir şəxs xoşbəxtlikdə, əbədi rahatlıqda, böyük Behiştdə olacaqdır. Amma vay o şagirdin halına ki, "iki” alıb rədd edilib. Küçələrdə başı aşağı, asta-asta ötüb, ağlaya-ağlaya evə gəlir, ölüm arzulayır, bəzən də huşunu itirib yerə yıxılır. Bu ağır halın minlərlə yuxarı mərtəbəsini düşünün-bu, əməl naməsi sol əlinə verilmiş günahkarların halıdır!
    KAŞ ƏMƏL NAMƏMİ VERMƏYƏYDİLƏR
    Deyərlər: Kaş, əməl naməmi əlimə verməyəydilər, hesabımın necəliyini bilməyəydim... (Bu sözlərin səbəbi namədəki rüsvayçı əməllərin görünməsidir.) Kaş bu işlərdən məni saxlayacaq ölüm gələydi. Kaş, dünyadakı ölümdən sonra həyatım olmayaydı. Kaş, ölməklə rahatlanaydım.
    Həsrətlə deyər: Sərvətimdən mənə haray olmadı, mülküm, qüvvəm əldən çıxdı...
    Category: Məad | Added by: Islam_Kitabxanasi
    Views: 740 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024