İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Məad

    Məad
    2011-12-21, 10:11 AM
    ƏMƏL NAMƏSİ NƏ ÜÇÜN ARXADAN VERİLİR?
    Elə adamlar da vardır ki, əməl namələri arxadan verilir. Nə üçün? Burada iki ehtimal vardır: Əvvəla, əlləri arxadan bağlanmış adamın naməsini arxadan əlinə verər və başını çevirərlər. İkinci ehtimal budur ki, sol əlini sinəsinə batırmaqla, arxadan çıxarar, naməsini əlinə verib, başını çevirərlər, "naməni oxu” deyərlər. Vay olsun, qeybətlərini, böhtanlarını, yalanlarını, abırsızlıqlarını, günahlarını özü oxumalıdır. Sonra əza və üzvlərlə edilən günahlar uca səslə nalə çəkər: Vay olsun halımıza, ən kiçik və böyük əməllər bu kitabda yazılmışdır. Bütün etdiyi əməlləri qarşısında hazır görəcək. "Kəhf” surəsi, ayə 49: "Əməl dəftəri qarşısına qoyulacaq. Günahkarların orada yazılmış öz əməllərindən qorxduqlarını görəcəksən.”
    ƏMƏL NAMƏSİNİ GÖRƏN ZAMANDAKI ŞİDDƏTLİ NARAHATLIQ
    Bəziləri öz əməl namələrini gördükdə bədəninin bəndləri (oynaqları) bir-birindən qopar, gözlərindən çirk və qan tökülər. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) rəvayətinə görə, nida yetişər ki, məgər namənizdə, etmədiyiniz əməlləri görürsünüz? Ərz edərlər: "Pərvərdigara, yox, hamısı doğrudur.” Sonra başlarını aşağı salarlar.
    DƏRHAL VƏ YA MİN İL GÖZLƏMƏ
    Qiyamətdə insan bir andaca bütün dünya əməllərini xatırlayar, görər. Qəribə aləmdir, hər kəsin əməllərinin hesabı özünə aydındır. Bəzilərinin hesabı bir göz qırpımı çəkir. Bunlar salehlərdir. Bəzilərinin də hesab verməsi min il uzanır. Əlbəttə, Allah üçün hesablamaq vaxt aparmaz. Məqsəd həmin adamların sərgərdançılıq və əziyyətdə qalmasıdır. Bəziləri üçün bu məəttəlçilik (gözləmə) bir qoyunun sağılması qədər, bəziləri üçün zöhrdən əsrədək bir müddət, bəziləri üçün 40 il, min il və ya 50 min il!
    ƏHLİ-BEYT (ƏLEYHUMUSSALAM) DOSTLARINA MÜJDƏ
    (Fatimeyi Zəhra (əleyha salam) və 12 İmam (əleyhimussalam) Peyğəmbərin Əhli-beyti adlanır). "Biharül-ənvar”ın 3-cü cildində nəql olunur ki, İmam Sadiq (əleyhissalam) buyurmuşdur: "Qiyamət günü bizim şiələrin hesabını Allah-Taala bizə həvalə edir. İnsanın Allaha aid haqqının, vəzifələrinin bizə bağışlanmasını Allahdan diləyərik. Bu haqq onlara bağışlanar. Özümüzə olan haqlarını da bağışlayarıq. (Sonra bu şərif ayəni oxuyur:) "Onlar Bizə tərəf qayıdar, onların hesabı Bizimlədir. Bu, başqa cür deyil.”
    HƏZRƏT MÜHƏMMƏD (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM) ŞİƏLƏRİN XALQA BORCUNU (MƏZALİMİNİ) ÖDƏYƏR
    "Biharül-ənvar”ın "Qiyamət gününün hesabı” fəslində Həzrət Sadiq (əleyhissalam)-dan rəvayət olunub ki, Allahın və İmamın haqqı ödəndikdən sonra şiələrin öhdəsində olan xalqın haqqını (həqqünnas) Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) sahiblərinə qaytarar...
    ŞÜKÜR İLAHİYYƏ Kİ, HESABÇIMIZ KƏRİM ŞƏXSLƏRDİR
    Şiələr üçün böyük müjdədir ki, Qiyamətdə hər kəsin hesabı öz İmamına həvalə olunacaqdır. Xoş halına o şəxsin ki, əməllərinin hesabını kərim olan İmam Höccətibnil-Həsən (əleyhissalam) aparsın. Əlbəttə, kölgəli əməllərimizə baxdığı zaman başımızı aşağı salacağıq. Amma onlarla dost olduğumuzdan, ümidvarıq ki, bizə şəfaət etsinlər. Şükür Allaha ki, hesabımız Allah yanında uca məqamı olan kərim şəxslərə tapşırılıb.
    MİZAN (ÖLÇÜ)
    İnanmalı olduğumuz həqiqətlərdən biri də mizandır. Qiyamət günü başlananda, hər kəsin əməlləri ölçülər, yaxşı və ya pis işlərinin çoxluğu məlum olar. Mizan dinin zəruriyyətlərindəndir. Bəs, mizan və ölçünün həqiqəti nədir? Bu barədə alimlər öz baxışlarını, nəzərlərini bildiriblər. Bəziləri onu əməl naməsinin ölçülməsi, çəkilməsi bildiriblər. Bəziləri buyurublar ki, əməllər maddi, cisim surəti alıb çəkiləcəkdir. Bunların heç birinin mö”təbər mənbəsi yoxdur. Amma səhih nəzərə gələn odur ki, mizan ölçüdür-xırdadan böyüyədək hər şeyin ölçüsü.
    MİZAN–TƏRƏZİ YA QAPAN DEYİL
    Mizan haqqında deyilənlərdən belə təsəvvür yaranmasın ki, mizan–tərəzi, yaxud qapandır. Tərəzi və qapan buğda, arpa çəkmək üçün işlənər. İlahi ədalət mizanı isə sizin namaz, oruc, sədəqələrinizi, xeyir və şər əməllərinizi ölçmək üçündür. Hər kəsin xeyir əməli üstün olarsa, nicat tapmışdır. Əksinə, pis əməlləri ağır gələnlər isə azğınlardır: "Onlar özlərinə zülm edib, ziyan vurdular.”
    Xülasə, Qiyamət günündə hər kəsin xeyir və şər əməlləri ölçülər, amma biz onun necəliyini bilmirik.
    HAQQIN MİZANI ƏLİ (ƏLEYHİSSALAM)-DIR
    İynə ucu qədər səhvi olmayan ilahi ədalət mizanı Əli (əleyhissalam)-dır. Əvvəlkilərin və sonrakıların namazları gətirilər və Əli (əleyhissalam)-ın namazı ilə ölçülər.
    Həzrət Sadiq (əleyhissalam) buyurmuşdur: "İnsanların ibadətlərini və əməllərini ölçmək üçün peyğəmbər, övsiya, Əhli-beyt (əleyhimussalam) mizanları qurular. Qiyamətin səhəri namazlarımızı gətirər və belə ölçərlər: Əlinin namazı kimidir, yoxsa yox? Əli (əleyhissalam)-da olan kamillik sifətlərindən bizdə var, yoxsa yox? Səxavət, şücaət, qeyrət, mərdlik, kərəm, rəhm, insaf və s. bizdə də varmı?
    Əlbəttə, ibadətlərin Əli (əleyhissalam)-ın ibadəti kimi olması qeyri-mümkündür, amma ibadətimizin istiqaməti zidd, haqq mizanından kənar olmasın. Əgər harama əl uzadıb, xalqın malını yemisənsə, bu mizandan kənarsan.
    DÜZ YOLDA HANSI PİSLİK GÖRMÜŞÜK Kİ, ƏYRİ YOL GEDƏK?!
    Mömin insan haqq mizanının doğru yolundan başqa yol getməz. Nə pislik görüb ki, qeyri-şəri, əyri yol getsin?! Bu hicablı qadınların çılpaq rəqqasələrdən, qadınlardan nəyi əskikdir?! Elə fikirləşməyin ki, o çılpaqlar həyatdan daha çox ləzzət alırlar. Bilin ki, həqiqi ləzzətlər imanlı insanlarındır. Xəstəlik hamıya aiddir, nikah hamıya aiddir və s., amma dünya ləzzətlərinin davamı yoxdur. Dinə bağlı olmayanlar daha artıq məhrumiyyətlərə düçar olurlar. Məsələn, ekranda gözü gözəl bir qadına düşür, qəlbi titrəyir, ona eşq bağlayır. Amma nə olsun ki? Əziyyətdən başqa nə qazanır?! Tutaq ki, bu qadını min bir əziyyətlə axtarıb tapdı və qadın da ərli oldu. Başına nə kül töksün?! Və ya şərabxorları götürək. Bu yolda nə qədər əziyyətlər çəkirlər?! Bir saat "ləzzət”dən ötrü əzablar çəkir, zindana da düşürlər!
    RAHATLIQ İMANLI İNSANLARA MƏXSUSDUR
    Halal yolla qazanıb, haramdan çəkinən kəs Allahın onun ruzisinə zamin olduğunu bilir, müamiləsində saxtakarlıq etmir, müştərini aldatmır. Amma haqq mizanına bağlı olmayan bədbəxt mədhiyyə deyir, rəqasslıq edir, min kələk gəlir ki, qarşısındakını aldatsın. Ətrafımızı öyrənib, maddi dünyada haqq mizanından uzaq olanları nəzərdən keçirsək, görərik ki, onların başqalarından heç bir üstünlükləri yoxdur. Rahatlıqdan danışsaq, o da imanlı insanlar üçündür.
    DÜNYAPƏRƏSTLƏRİN QAZANCI, FAYDASI ŞÜBHƏLƏRİ
    Dediyimiz kimi, haqq mizanı düşünənlər axirətdə xoşbəxt olmaları ilə yanaşı, dünyada da zərər etmirlər. Əgər dünyada bir fayda varsa, o da imanlılarındır. Əksinə, haqq mizanından sapanların axirət zərəri aşkardır. Onların dünyadakı qazancları da şübhəlidir (bəlkə də zərərdən başqa xeyirləri yoxdur). On manat hiyləylə qazanıb, bu on manatın da üstünə neçə qat qoyub həkimə, dərmana verir.
    Ey rahatlıq istəyənlər, haqq mizanından sapmayın! Axı doğruluqdan, dügünlükdən kim ziyan görüb?! Al-verdə yalan danışmayan zərər edirmi?! Əgər belə deyilsə, nə üçün düzlükdən uzaq olaq?! Gəlin, heç zaman haqq mizanından əyilməyək. Haqq mizanı isə Əmirəl-möminindir. (Bir iş görəndə düşünək ki, Həzrəti Əli (əleyhissalam) bu işi görərdimi?)
    HESABA GÖRƏ ADAMLAR DÖRD YERƏ AYRILIR
    Qiyamət günündə hesab verənlər dörd dəstədirlər: bir dəstə Behiştə hesabsız daxil olar-onlar Əhli-beyt (əleyhimussalam) dostlarıdır ki, günah etməmiş və ya dünyadan tövbəsiz getməmişlər; ikinci dəstə Cəhənnəmə hesabsız daxil olar-onlar dünyadan e”tiqadsız, imansız gedənlərdir. (İmansız olduqlarından, əməlləri də faydasızdır.)
    BİR GÜNAH ÜÇÜN YÜZ İL ƏZAB
    Əməllərinin hesabı olan, Qiyamət dayanacağında gözləyən adamlar üçüncü dəstədir. Bu adamların xeyir əməlləri daha çox olduğundan, nicat tapmışlar. Onların dayanacaqda məəttəlçiliyi, gözləmələri günahları qədərdir. Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) ibni Məs”uda buyurdu: "İnsan bir günah üçün yüz il məəttəl olar.” Rəvayətdə söhbətin hansı günahlardan getdiyi deyilməyib. Möminlər hesab gözləməsindən qorxub, bütün günahlardan çəkinməlidir.
    Dördüncü tayfa pis işləri yaxşı işlərindən çox olanlardır. Əgər Allah onları bağışlayarsa, nicat taparlar və Behiştə gedərlər. Əgər bağışlanmasalar, yerləri əzab və oddur. Yalnız günahlardan paklandıqdan sonra Behiştə daxil olarlar. Zərrəcə imanı olanlar Cəhənnəmdə, odda qalmayacaqlar (əbədi od kafir və zalımlarındır). Əməllər nə qədər gözəl və çox olsa da, e”tiqadsız insan Behiştə aparılmayacaq. Çünki Behiştə daxil olmağın şərti Allah və Onun ayələrinə imandır. Axı Allaha inanmayan kəs, Behiştə necə gedə bilər?!
    TƏQVANIN YETƏRLİYİ İMANLI ÖLÜMDÜR
    "Biharda”da bir hədisdə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: "Hər kəs bir ərəbin (yolçunun) səfər yeməyini hazırlasa, onun təqva ehtiyatına mən zaminəm.” Salman ərz etdi: "Ya Rəsuləllah, təqva ehtiyatı (tədarükü, yetərliyi) nədir?” Buyurdu: "Ölüm zamanı "La ilahə illəlah” demək. Əgər bunu desən, bizi görərsən, deməsən bizi də görməyəcəksən.”
    Tovhid kəlməsini (la ilahə illəllah) deməkdə məqsəd iman və e”tiqadlı ölümdür. Əgər canvermə halında (səkərat) zəiflikdən dil danışmasa da, qəlbin imanı kifayətdir. Təlqini ürəkdən keçirmək kifayətdir.
    ƏMƏLLƏRİN PUÇA ÇIXMASI
    "Mühəmməd” surəsi, ayə 8: "Kafirlərə gəldikdə isə, hamısı məhv olsun-onların əməllərini puça çıxardar. Bu ona görədir gi, kafirlər Allahın nazil etdiyini (Quranı) bəyənmədilər, Allah da onların əməllərini puç etdi.”
    Sadə desək, ömrünün əvvəlindən axırınadək xeyir işlər görmüş insan dünyadan imansız (Allaha inamsız) gedərsə, xeyir əməllərinin faydası yoxdur. Əgər bir kəs zərrə qədər yaxşı iş görmüşdürsə, xeyrini görəcəkdir. Quran ayəsinə istinad etsələr, cavab budur: Kafir halda ölən insan öz əliylə öz əməllərini puç etmişdir. Allahı (və Onun ayələrini) inkar etməklə əbədi savaba, Behiştə nail olmaq qeyri-mümkündür. Allah həmin adamın yaxşılıqlarının əvəzini elə həmin dünyada asan can verməklə, sağlamlıqla və s. ödəyir.
    Category: Məad | Added by: Islam_Kitabxanasi
    Views: 641 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024