İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Məad

    Məad
    2011-12-21, 10:06 AM
    BİRİNİN NURUNDAN BAŞQASINA FAYDA YOXDUR
    Təfsirə görə, irəlidəki nur insanın əqidəsinin və Ali-Mühəmməd (əleyhimussalam)-ın vilayətinin, sağ tərəfdəki nur ibadətin nurudur. Bəzilərinin nuru göz görəcək qədərdirsə, bəzilərinin də nuru elə zəifdir ki, gah yanır, gah sönür. Belələri yıxılıb-duraraq çığırarlar: "Pərvərdigara, bizim nurumuzu tamamla, mənzilimizə çata bilək.” Burada günahkarlar möminlərdən nur istəsələr də kimsənin nurundan başqasına fayda olmaz. Onların arasından ə”raf çəkilər.
    HƏMİN GÜN ÜÇÜN NUR FİKRİNDƏ OLAQ
    Deyərlər: Ey möminlər, məgər biz sizinlə deyildik? Cavab verərlər: Bəli. Amma sizi nəfsiniz aldatdı. Qürur sizi tutdu. Allahdan uzaq olub, bu günü düşünmədiniz. (57-ci surə, 13-ci ayə)
    Bu günsə çarəniz yoxdur, yeriniz atəşdir.
    Gəlin çarəsiz günə düşməmiş ikən o gün üçün nur fikrində olaq.
    ƏRAF BEHİŞT VƏ CƏHƏNNƏM ARASINDA
    Əraf barədə 3-cü baxış, nəzər budur ki, o, Behişt və Cəhənnəm arasında bir yerdir. Orada ağılsızlar, az ağıllılar, dünyadan körpə getmiş uşaqlar yerləşər. Burada nə Behişt neməti, nə də Cəhənnəm əzabı var.
    BÖYÜK VƏ HƏMİŞƏLİK NEMƏTLƏR
    Allah-Taala dünyadan iman və təqvayla gedənlər üçün axirətdə gözəl məkan qərar vermişdir. Allah bu mehmanxanada Özünə və həmin aləmin vüs”ətinə layiq növbənöv nemətlər tədarük etmişdir. Bu həqiqətin və onun xırdalıqlarının dərki bu dünya əhli üçün qeyri-mümkündür. (Eynən, ana bətnindəki körpənin dünyadan, onun genişliyindən xəbərsiz olduğu kimi.)
    Qurani Məciddə buyurulur: "Etdikləri əməllərin mükafatı olaraq möminlər üçün göz oxşayan nə cür nemətlər gizlənib saxlandığını heç kəs biməz!” ("Səcdə” surəsi, ayə 17.)
    Başqa bir ayədə: "Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı mövcuddur.” (50-ci surə, 35-ci ayə)
    Və yenə: "Onlar ürəkləri istəyən nemətlər içində əbdi qalacaqlar.” (21-ci surə, 102-ci ayə.)
    DARÜS-SALAM HƏQİQİ BİR BEHİŞTDİR
    Xülasə, Behişt bir yerdir ki, orada nakamlıq və narahatlıq, qəm-qüssə və zəiflik, qocalıq və xəstəlik, yorğunluq və süstlük yoxdur. Mütləq sağlamlıq orada olduğundan "Darüs-salam” (sağlamlıq evi) adlanmışdır. Bu həqiqi səltənətdə qüdrət tamdır, yəni istənilən olur. "Dəhr” surəsində (ayə 20) buyurur:
    "Hara baxsan, nemət və böyük bir mülk görəcəksən.”
    Quranda zikr edilmiş Behişt nemətlərindən bir qismini nəzərdən keçirək:
    BEHİŞT YEMƏKLƏRİ VƏ SULARI
    Könül istəyən quşlar, seçiləcək hər növdə meyvə, Behişt əhli üçün tükənməyəcək meyvələr, xurma və nar ağacları...
    Xalis sudan, dəyişməz, dadı qaçmaz süddən, saf şərabdan arxlar... Eləcə də, bütün qatqılardan pak, xalis baldan nəhrlər...
    QURANDA BEHİŞT ÇEŞMƏLƏRİNİN ADI
    Behiştdəki çeşmələr öz xüsusiyyətlərinə görə adlanmışlar. Məsələn, "Kafuriyyə”, "Zəncəbiliyyə” "Səlsəbiliyyə” və ən mühümü "Kövsər”. Kövsər ilahi ərş altından axır və ən ağ süddən, ən şirin baldan, ən nərm kərədən, daşları zümrüd, yaqut, mərcandan ibarət olub, otu zəfəran və torpağı müşkdən ətirlidir.
    BEHİŞT GEYİMLƏRİ
    "Kəhv” surəsində buyurulub: "Kim istəyir inansın, kim istəmir inanmasın. Zalımlar üçün pərdələri onları bürüyəcək od hazırlamışıq. Behişt əhli isə Behiştdə taxtlara söykənərək, qızıl bilərziklərlə bəzənəcək, nazik və qalın ipəkdən yaşıl paltarlar geyəcəklər.”
    Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayət olunmuşdur: Mömin öz Behişt qəsrinə gedəndə başına kəramət tacı qoyular, ona Behişt cəvahirləri ilə bəzənmiş rəngbərənk 70 libas geydirilər. O libaslardan biri dünyaya gətirilərsə, ona baxmağa dünya əhlində taqət olmaz.
    Həzrət Sadiq (əleyhissalam)-dan rəvayət olunmuşdur: Allah-Taala hər cümə Behiştdə möminlərə kəramət göstərər, mələklə libaslar göndərər, mömin onlardan birini kəmərinə bağlayıb, digərini çiyninə atar. Getdiyi yerlər libasların nurundan işıqlanar.
    BEHİŞT QƏSRLƏRİ
    Quranın neçə yerində Vəd verilmişdir:
    "Allah mömin kişilərə və qadınlara altından çaylar axan cənnətlər və "Ədn” cənnətlərində gözəl məskənlər Vədə buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə daha böyükdür. Bu ən böyük qurtuluş və uğurdur.” ("Tövbə” surəsi, ayə 72).
    "Zümər” surəsində (ayə 20) buyurulmuşdur: "Lakin Rəbbindən qorxanları Behiştdə bir-birinin üstündə tikilmiş otaqlar gözləyir. Onların altından çaylar axar. Bu, Allahın Vədəsidir. Allah Vədə xilaf çıxmaz.”
    Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayət olunmuşdur ki, otaqlar mirvari, yaqut, zümrüddən tikilib və onların üstü qızıldandır. Hər bir otağın qızıldan min qapısı, hər qapıya müvəkkil vardır.
    BEHİŞT OTAQLARINDAN NÜMUNƏ
    "Gözəl məskənlər” ifadəsinin təfsirində Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: Behiştdə lö”lödən qəsr vardır. O qəsrdə qırmızı yaqutdan 40 otaq, hər otaqda yaşıl zümrüddən 70 hücrə, hər hücrədə 70 taxt, hər taxtda rəngarəng 70 xalı, hər xalıda Hurül-eyn olar. Hər hücrədə 70 süfrə, hər süfrədə 70 növ təam olar. Hər hücrəyə 70 xidmətçi qulluq edər. Allah-Taala möminə bütün təamlardan istifadə edəcək qədər qüvvə verər.
    BEHİŞT TAXTLARI, XALILARI, QABLARI
    "Kəhf” surəsində: "Onlar orada taxtlara söykənəcək”, "əl-Vaqiə” surəsində: "Onlar qızıl-gümüş, lə”l-cəvahiratla bəzənmiş taxtlar üstündə qərar tutacaqlar”, "Ər-Rəhman” surəsində: "Onlar orada astarları qalın ipəkdən olan döşəklərə söykənmiş olacaqlar” buyurulub.
    Bir sözlə, Quranda bir sıra libas, xalı növlərinin adları çəkilib ki, bu həqiqətləri deyib, eşitmək yox, görmək lazımdır. ("İstəbrəq” zərli parça), hərir, (ipək) və s. adlar) "Vaqiə” surəsində qablar barədə buyurulmuşdur: "Cənnət bulağından axan dolu piyalələr, kuzələr və qədəhlərlə (xidmətçilər dolanacaqdır).” Elə də, "Tur” və "Dəhr” surələrində oxşar ayələr vardır.
    HURİLƏR VƏ BEHİŞT QADINLARI
    Behişt maddi nemətlərinin ən ucası hurilər olduğundan, Qurani Məciddə bu barədə çox zikr olunub. "Hur” sözündə həm bədən ağlığı, həm də iri gözlülük cəmlənmişdir. Eləcə də onların gözlərinin ağı ağlığın nəhayətində, gözlərinin qaralığı isə qaralığın nəhayət dərəcəsindədir. Onların belə adlandırılmasının səbəbi bu ola bilər ki, onları görən gözlər heyran olur (ağarır). "Vaqiə” surəsində buyurulur: "O hurilər sanki sədəf içində gizlənmiş incidirlər.”
    Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayət olunmuşdur ki, Behiştdə bir nur parlayar və Behişt əhli "bu nə nurdur?” deyə soruşarlar. Deyərlər ki, bu yoldaşının üzünə gülümsünən hurinin dişlərinin nurudur.
    Yenə "Vaqiə” surəsində: "Şübhəsiz ki, Biz cənnət qadınlarını başqa cür yaradacağıq. Onları bakirə qızlar, ərlərini sevən həmyaşıdlar edəcəyik. (Onların yaşı 16, Behiştdə kişilərin yaşı 33 deyilmişdir.)
    "Ər-Rəhman” surəsinin 56-cı ayəsində buyurulur: "O cənnətlərdə gözlərini yalnız ərlərinə dikmiş, bundan əvvəl özlərinə heç bir ins-cin toxunmamış qadınlar vardır. O qadınlar sanki yaqut və mərcandırlar.”
    HURİLƏR ÇİRKİNLİKLƏRDƏN UZAQDIRLAR
    "Bəqərə” surəsində buyurulmuşdur: "İman və saleh əməl sahibləri üçün Behiştdə hər cür qüsurdan pak qadınlar vardır.” Onlar heyz (aybaşı) olmurlar və hər cür murdarlıqdan uzaqdırlar. Onlarda təkəbbür və özünəpərəstiş, bir-birlərinə qısqanclıq yoxdur.
    XÜSUSİ HURİ KİMİN ÜÇÜNDÜR?
    Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunmuşdur: "Allah-Taala bir huri xəlq etdi ki, onun sağ üzündə "Muhəmmədun-rəsulullah”, Sol üzündə "Əliyyun vəliyyullah”, alnında "Həsən”, çənəsində "Hüseyn”, iki dodağında "Bismillahir-rəhmanir-rəhim” yazılmışdı.
    İbni Məs”ud soruşdu: "Bu kəramət kimin üçündür? Həzrət buyurdu: "Hörmət və itaətlə "Bismillahir-rəhmanir-rəhim” deyənlər üçün.”
    BEHİŞT QADINLARI DAHA GÖZƏLDİRLƏR
    Onu da deyək ki, dünyadan imanla gedib, Behişt əhli olmuş qadınlar hurilərdən daha gözəldirlər. Şərif ayədəki "Behişt bağlarında gözəl qadınlar” ifadəsi Behişt sakini olmuş dünya qadınları kimi təfsir olunmuşdur.
    Məclisi, İmam Sadiq (əleyhissalam)-dan rəvayət edir ki, mömin şiə qadın Behiştə daxil olar və möminlə izdivac edər.
    BEHİŞT QADINLARI ÖZ MEYLLƏRİ İLƏ İZDİVAC EDƏRLƏR
    Rəvayət olunub ki, dünyada ərdə olmayan və ya əri Behişt əhli olmayan Behişt qadınları Behişt əhlindən istədikləri ilə izdivac edərlər. Əgər möminə qadın dünyada ayrı vaxtlarda müxtəlif şəxslərdə ərdə olmuşdursa, onların sonuncusu və ya ən əməlisalehi ilə izdivac edər.
    BEHİŞT GÜLLƏRİ VƏ ƏTİRLƏRİ
    "Ər-Rəhman” surəsində buyurulur: "Şübhəsiz ki, Rəbbinin məqamından qorxanları iki cənnət–”Ədn” və "Nəim” gözləyir. O iki cənnətin ağacları qollu-budaqlı, meyvəlidir.” Məclisi Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql edib ki, əgər Behişt qadınlarından biri gecə ilk səmadan yerə müşərrəf olarsa, onun xoş ətri bütün dünya əhlinin burnuna yetişər. İmam Sadiq (əleyhissalam)-dan nəql olunub ki, Behişt ətri min illik yola çatar. Yenə nəql olunub, Behişt torpağı müşkdür. Çox rəvayətlərdən məlum olur ki, Behiştin qapısı, divarı, yeri, bütün olanları ətirlidir.
    BEHİŞTDƏ İŞIQ
    "Dəhr” surəsindən buyurulub: "Behişt əhli Behiştdə günəş və onun istisini, həmçinin soyuq görməzlər.” Onlar mülayim, normal havadadırlar. Onların gün və günəş işığına ehtiyacları yoxdur. İman, saleh əməl nuru onlara bəs edər.
    Nəql olunub ki, hurilərin nuru günəş nurundan artıqdır. Eləcə də, Behiştdə olan hər şeyin hətta libasın, xalının, qabların da nuru olar.
    BEHİŞT NƏĞMƏLƏRİ VƏ AVAZLARI
    Dünyada olan nemətlər və ləzzətlər, əsl Behiştdə olan nemət və ləzzətlərin bir qətrəsi, nümunəsi olduğu kimi, xoş sədaların da kamili, həqiqisi Behiştdədir. Əgər bu həqiqi səda dünya əhlinin qulağına dəyərsə, taqət gətirməyib, həlak olarlar. Hələ Davud peyğəmbərin avazı dünyada olduğu halda, kimsənin bu avazı dinləməyə taqəti olmazdı. Bir-biri ilə düşmən olan heyvanlar, məsələn, qurd vd ahu bu sədaya toplanar, bir-birlərinə toxunmazdılar. Eləcə də, Davud peyğəmbər oxuyarkən bəzi adamların yıxılıb, həlak olduğu məlumdur.
    DAVUD VƏ BEHİŞTDƏ OXUYAN HURİLƏR
    "Nəhcül-bəlağə”-də peyğəmbərlərin halının bəyanında Əmirəl-möminin (əleyhissalam) buyurur: "Davud (əleyhissalam) Behiştdə Behişt əhli üçün oxuyar.” (Əlbəttə, oxunan Behişt nəğmələri olacaq və Behişt əhlinin dinləmək taqəti olacaq). Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunub ki, ən gözəl Behişt nəğməsi hurilərin öz Behişt yoldaşlarına oxuduqları nəğmələrdir. Əlbəttə, ins və cinnin eşitmədiyi bu səda musiqi alətləri ilə yox, Allahın təsbihi, həmdi, təqdisi ilədir. Behişt quşlarının da gözəl nəğmələrindən danışılıb.
    DÜNYADA QİNADAN (HARAM SƏDALARDAN) UZQLIQ ƏVƏZİNƏ
    İmam Sadiq (əleyhissalam)-dan soruşdular ki, Behiştdə qina və nəğmə varmı? Buyurdu: Behiştdə bir ağac vardır, Allahın buyuruğu ilə Behişt küləkləri əsdikdə, həmin ağacdan elə bir avaz qalxar ki, xəlq olmuşlar heç zaman belə gözəl nəğmə eşitməmişlər. Bu, dünyada Allah qorxusundan qinaya qulaq asmamağın əvəzidir.
    RUHANİ NE”MƏTLƏR VƏ LƏZZƏTLƏR
    Behiştdə müxtəlif ruhani nemətlər də vardır. Əqlimiz onların dərkinə acizdir.
    Bəsirət, idrak gözlərinin pərdəsi (Behiştdə) açılar, insan dünyada bildiklərini gözləri ilə görər. Dünyada arzuladığı həqiqət və ilahi mərifətə çatar. (Xüsusən, Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və Ali-Mühəmməd (əleyhimussalam) mərifətinə və onlarla yaxınlığa). "Behişt əhli ilahi maarif və Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in fəziləti barədə müzakirə edərlər.”
    Hər bir Behişt əhlinin (dünyadan imanla getmiş), Behiştə daxil olma səlahiyyətli ata-ana, ailə və övladına şəfaət edib, öz arxasınca aparması da ilahi fəzldəndir. Bu iş yaxın adamları həmin məqam əhli olmayan möminə ehtiram üçündür.
    MƏLAİKƏLƏRİN TƏBRİKİ VƏ ALLAHIN MÜKALİMƏSİ
    Behiştdə yerləşdikdən sonra mömini təbrik etmək üçün min məlaikə məmur olub, onun ziyarətinə gələrlər. Möminin min qapılı qəsrinin hər qapısından bir mələk daxil olar, ona salam verər, "mübarək olsun” deyər. Amma hər şeydən yüksək Allahın mömin bəndə ilə mükaliməsidir. Bu barədə çox rəvayətlər olsa da Allah-Taalanın "Yasin” surəsindəki bir buyuruğunu xatırlamaq kifayətdir: "Rəhimli Allahdan salam deyiləcək.” (ayə 58)
    "Minhac"da Cabir ibni Əbdüllahdan rəvayət olunub ki, Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: "Behişt əhli nemətlərə qərq olanda onlara qəfil bir nur parlayar və ondan avaz gələr ki: "salam olsun sənə, ey Behişt əhli.” Bəli, dünyada peyğəmbərlərə nəsib olmuş bu səadət axirətdə Behişt əhlinə də qismət olar.
    HƏZRƏTİ MÜHƏMMƏD (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM)-LƏ YAXINLIQ VƏ MÖMİNLƏRLƏ ƏLAQƏ
    Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in "ya Əli, sənin şiələrin mənim ətrafımda ağ üzlə nur minbərlərdədir, onlar Behiştdə mənim qonşularımdırlar”, buyurduğu kimi bu yaxınlıq da bir nemətdir ("Nüdbə” duası).
    Vəsfə gəlməyən bir ləzzətdir ki, həmişəlik Behişt nemətləri geri alınmaz, bitib tükənməz.
    Ruhani nemətlərdən biri də, Quranın buyurduğu kimi, peyğəmbərlər, salehlər və möminlərin qovuşmasıdır.
    HƏR GÜN BİR PEYĞƏMBƏR QONAQDIR
    Rəvayət olunmuşdur ki, hər gün Behiştdə ziyarət və görüşə bir ulul-əzm peyğəmbər (ya Nuh, ya İbrahim, ya Musa, ya İsa, ya da Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)) gələr və həmin gün o böyük şəxsə qonaq olarlar. Cümə axşamları Xatəmül-Ənbiya (səlləllahu əleyhi və alihi və səlləm)-ə qonaqdırlar və cümə günləri Həzrət Həqqin yaxın məqamına dəvət edilərlər.
    MOİZƏ (NƏSİHƏT)
    NƏ ÜÇÜN BEHİŞT ÜÇÜN ÇALIŞMIRIQ?
    Zikr etdiklərimiz Behişt nemətlərinin yalnız kiçik bir hissəsi idi. İndi özünüz insafla deyin, ağıllı insan özünü bu sayaq ruhani ləzzətlərdən, məqam və dərəcələrdən məhrum edərmi?! İnsan bir dünyəvi məqama çatmaqdan ötrü nə qədər əzab-əziyyət çəkir?! Hansı ki, məlum deyil, öz məqsədinə çatacaq, yoxsa yox. Hətta məqsədinə çatarsa da, ölüm hər şeyi geri alar. Amma insan ali məqam, həmişəlik səadətlərdən ötrü addım da atmır. Hansı ki, bu yolda çalışanlar hökmən məqsədə çatacaqlar.
    Qurani Məciddə buyurulur: "Lakin insan bundan sonra da günah etmək, pis işlər görmək istəyir.” ("Qiyamət” surəsi, ayə 5)
    ƏLİ (ƏLEYHİSSALAM)-IN DİLİ İLƏ BEHİŞTİN VƏSFİ
    "Nəhcül-bəlağə”də bir xütbədə Həzrət Əmirəl-möminin (əleyhissalam) belə buyurur: "(Xudaya) Səni, əzəmətinə layiq olmayan bütün şeylərdən pak bilirəm, məxluqatın Yaradanı, gizlilərin Xaliqisən. Yaratdıqlarını imtahanın gözəlliyindən bir saray yaratdın ki, o Behiştdir. Orada qonaqlar üçün qəbul vasitələri, yemək yerləri, pakizə hurilər, xidmətçilər, zinətli otaqlar, lətafətli arxlar, son dərəcə təravətli bağlar, pak meyvələr hazırladın. Sonra Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-i nümayəndə göndərdin ki, xalqı əbədi, növbənöv nemətlərlə dolu saraya çağırsın. Nə o də”vətçini eşitdilər, nə həvəsləndilər, nə də arzu ediləsi şeyləri arzuladılar. Murdar, hiyləgər dünyaya üz tutub onu yedikcə rüsvay oldular, bir-birləri ilə saziş bağladılar. Dost olanlar e”tibarsız dünyaya valeh oldular, gözləri gor edildi, öz eyb və zərərlərini görmədilər. Qəlblərini dünya bimar etdi, layiq həqiqətlərə xəstə gözlə baxdılar, onu kar qulaqla eşitdilər. Həqiqətən, dünya şəhvətləri əqllərini korladı, dünya onların qəlblərini oynatdı və özünə vurğun etdi, dünyaya və əlində dünya malı olanlara qul oldular.”
    Bəli, üçüncü yol yoxdur: ya Behiştdir, ya da Cəhənnəm. İnsan Allaha doğru getmirsə, nəinki nemətlərdən məhrum olacaq, hətta Cəhənnəm əzabına qovuşacaq. Bu əzaba qismən işarə edirik.
    Category: Məad | Added by: Islam_Kitabxanasi
    Views: 749 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024