İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1936
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Foilimnuy
  • Karasevstist
  • Xalid11
  • semi_84
  • farid777
  • Allah___dogru
  • Alishka1111
  • narmin93
  • Messenat
  • Riza
  • Main » Files » Etiqat » Məad

    Məad
    2011-12-21, 10:04 AM
    BEŞİNCİ FƏSİL
    CƏHƏNNƏM
    Cəhənnəm (duzəx) nəhayətsiz bir dərə, Allah qəzəbindən alovlanmış oddur. Cəhənnəm dərkimizin fövqündə, növbənöv əzablar, bəlalarla dolu axirət zindanıdır. Bir növ Behiştin ziddidir. Əgər Behiştdə nemətlər çox, bir zərrəcə narahatlıq yoxdursa, Cəhənnəmdə əzablar çoxdur və zərrəcə rahatlıq yoxdur. Quranda zikr edilmiş bəzi əzablara işarə edirik.
    CƏHƏNNƏM YEMƏKLƏRİ VƏ İÇKİLƏRİ
    "Vaqiə” surəsi, ayə 51, 52: "Siz, ey yalançılar, haqq yoldan azanlar! Şübhəsiz ki, zəqqum ağacının meyvəsindən yeyəcəksiniz. Qarınlarınızı onunla dolduracaqsınız, üstündən də qaynar su içəcəksiniz. Özü də onu susuzluq xəstəliyinə tutulmuş dəvə kimi içəcəksiniz!”
    CƏHƏNNƏMDƏ ACLIQ VƏ SUSUZLUQ ƏZABI
    Rəvayətə görə Cəhənnəm əhli aclıq əzabına tutular və onlar çarəsizlikdən qarınlarını zəqqumla doldurarlar. Sonra elə bir susuzluqla qarşılaşarlar ki, təklif olunmuş həmimi–qaynar çirkab suyu içərlər. Su elə qaynar olar ki, onların içini tikə-tikə parçalayar. Əgər bu sudan bir qətrə dünya dağlarından birinə düşərsə, dağ parçalanar. Quranın təbirincə: "Bu, onların haqq-hesab günündəki ziyafətidir.” ("Vaqiə”, 56) Yəni sadalananlar cəzanın başlanğıcıdır. Amma onlar üçün hazırlanmış yeməklər və içkilərin əzabı bəyan olunası deyil.
    ZƏQQUM GÜNAHKARLARIN ALOVLU YEMƏYİDİR
    "Əd-duxan” surəsində buyurulur: "Həqiqətən zəqqum ağacı günahkar kimsənin yeməyidir. O, ərinmiş mis kimi qarınlarda qaynayar. Qaynar su qaynayan kimi!” (ayə 43-44)
    ONLARIN ZAHİR VƏ BATİNLƏRİ ƏRİYƏR
    Zəqqum kafirlərin qarnında nəhayətsiz qızmış su və ya zeytun yağı tək qaynayar. Həmin qaynar sudan onların başlarına tökülər ki, zahirləri və batinlərini əritsinlər. Ayədə buyurulur: "Geri qaytarılası olmayan böyük eyblər yanımızdadır, böyük atəş, boğaz tutan yeməklər və ağır əzablar vardır.”
    Həzrət Baqir (əleyhissalam)-dan nəql olunub ki, zəqqum ağacı Cəhənnəmin təkindən bayıra gələr. Onun meyvələri, yarpaqları, tikanları oddan olub, zəhərdən acı, murdardan (leşdən) üfunətli və dəmirdən bərkdir.
    ĞİSLİN, ZƏRİ SƏDİD, ĞƏSSAQ
    "Əl-haqqə” surəsi, ayə 36: "İrindən (ğislin) başqa bir yeməyi də yoxdur.”
    "Əl-ğaşiyə” surəsi, ayə 6: "Onların yeməyi (zəhərdən acı tikanlı otdan hazırlanmış) zəri”dən başqa bir şey olmayacaqdır.”
    "İbrahim” surəsi, ayə 16: "Hələ qarşıda Cəhənnəm vardır, irinli-qanlı sudan (sədid) içirdiləcəkdir.”
    "Sad” surəsi, ayə 57: "Bu, qaynar su və irindir (ğəssaq). Qoy onu dadsınlar!”
    "Məcməül-bəhreyn”də deyilir: Zəqqum yeyəndən sonra Cəhənnəm əhlinin qarnından bayıra çıxan həmin şey yenidən onlara yem olar.
    Sədid-Cəhənnəmdə zinakarların ovrətindən ayrılan, axan çirkdir.
    Bəzi təfsirçilər buyurmuşlar ki, Cəhənnəmdə zəhərli heyvanların zəhərlərindən çeşmə vardır. Onlar bu çeşmənin suyunu "ğəssaq” bildirmişlər.
    CƏHƏNNƏM ƏHLİNİN LİBASI
    Kafirlər üçün alovdan paltarlar biçilib, hazırlanmışdır. Rəvayət olunub ki, əridilmiş misdən libas düzəldilər. "İbrahim” surəsində buyurulur: "Onların libaslrı qətrandandır. Üzlərini atəşə bürüyərlər.”
    Qətran qara rəngli və pis qoxulu olur.
    Cərəb (dəri xəstəliyi) tutmuş dəvəyə od vurub dərisi ilə yandırır, oda atırlar. Rəvayət olunub ki, Cəhənnəm libaslarından biri dünyada yerlə göy arasında asılarsa, bütün yer əhli onun qoxusu və hərarətindən həlak olar.
    QARA ÇÖHRƏ-BOXOV VƏ ZƏNCİR
    "Ər-Rəhman” surəsi, ayə 41: "Günahkarlar üzlərindən tanınacaq, kəkillərindən (başlarının qabaq tərəfindəki tüklərindən) və ayaqlarından tutulub bağlanacaqlar.”
    "Əl-mömin” surəsi, ayə 71-72: "Boyunlarında halqalar və zəncirlər olduğu halda sürüklənəcəklər qaynar suya tərəf, sonra odda yandırılacaqlar.”
    "Əz-zümər” surəsi, ayə 60: "Allaha qarşı yalan uydurub söyləyənlərin üzlərini qapqara görərsən.”
    Əl-möminun” surəsi, ayə 104: "Cəhənnəm odu onların üzünü yandırar. Onlar orada dişləri ağarmış vəziyyətdə durarlar.”
    CƏHƏNNƏM MÜVƏKKİLLƏRİ
    "Ət-təhrim” surəsi, ayə 6: "Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar, xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan daşqəlbli və çox sərt mələklərdir.”
    Onların əlində dəmir gürzlər vardır. Hər kəs Cəhənnəmdən qaçmaq istəsə, onun başına vurular. Gürz elə ağırdır ki, ins və cinn birlikdə onu qaldıra bilməz. Rəvayət olunub ki, Cəhənnəm mələklərinin gözəri parlayan qığılcım kimidir. Köpək dişləri dağ tək iridir. Ağızlarından alov püskürür. İki çiyinlərinin arası bir illik yoldur. Bir əli ilə 70 nəfəri götürüb Cəhənnəm oduna ata bilirlər.
    CƏHƏNNƏM QAPILARI
    "Əl-hicr” surəsi, ayə 44: "Cəhənnəmin yeddi qapısı var. Hər qapıdan müəyyən bir dəstə girər.” Həzrət Əli (əleyhissalam) bu qapıların adlarını sadalamış, ən aşağı qapının "Əsfəl” olduğunu bildirmişdir.
    CƏHƏNNƏM ODU ŞÜURLUDUR
    Ayələrdən məlum olur ki, dünya odundan fərqli olaraq, Cəhənnəm odu şüurludur. Çünki, buyurulur: "O gün Biz Cəhənnəmə "doldunmu?” deyəcəyik, o isə "Yenə varmı?”, deyə soruşacaqdır.” ("Qaf” surəsi, ayə 30)
    Cəhənnəm odu əzab əhlini tanıyır, onlara hücum edir, nə”rə çəkir, onları dartır, necə ki, buyurulmuşdur: "O atəş onları uzaqdan görüncə, kafirlər onun qəzəblə qaynamasını və uğultusunu eşidərlər.” ("Əl-furqan” surəsi, ayə 12) İmam Sadiq (əleyhissalam)-dan da nəql olunmuşdur ki, Cəhənnəmin nə”rə səsini eşidəcəklər.
    MÖİNİN NURU CƏHƏNNƏM ODUNU ƏSKİLDƏR
    "Kafirlərə qəzəbindən az qalar ki, parçalansın”, buyurulub. Bu da rəvayət olunub ki, mömin Siratdan keçərkən Cəhənnəm alovunun səsi ucalar: "Tez öt, ey mömin, sənin nurun mənim alovumu keçirir.” Çünki, mömin rəhmətdən, Cəhənnəm odu isə qəzəbdəndir və Haqqın rəhməti qəzəbə qalibdir. Bir sözlə, başqa axirət vücudları kimi, Cəhənnəm alovunun da şüurlu olmasına sübutlarımız vardır.
    CƏHƏNNƏM ƏHLİNİN YERİ DAR, TƏNGDİR
    Cəhənnəm əhlinin yeri divara vurulmuş mıx yeri kimi dardır. Divar mıxı sıxdığı kimi onlar da sıxıntıdadırlar. "Əl-furqan” surəsi, ayə 13: "Onlar əlləri boyunlarına bağlı vəziyyətdə o atəşdən dar bir yerə atıldıqları zaman ölüm diləyərlər.”
    Behişt əhli işıqda olduğu qədər Cəhənnəm əhli də əbədi zülmət, vəhşət içindədirlər. Necə ki, qaranlıq dalğalarla əhatə olunub, dərya dibində əsir olmuş şəxs! "Nur” surəsində buyurulmuşdur: "Onların əməlləri əngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa, bu dalğanın üstündən də bir dalğa-zülmət üstündən zülmət örtər. Əlini bayıra çıxarsa, onu görə bilməz.” (ayə 40)
    RUHİ ƏZABLAR
    Cəhənnəm əhli üçün maddi əzablardan başqa ruhani əzablar da vardır. Cəhənnəm əzabının, nicat yolu tapılmayacağının əbədiliyi ən böyük məşəqqətdir. Dünyada hər cür xəbərdarlıqdan sonra yenə də dünyadan imansız gedənlər, şübhəsiz ki, Cəhənnəmdə əbədi qalacaqlar. "Bəyyinə” surəsində buyurulmuşdur: "Həqiqətən kitab əhlindən (yəhudi və məsihilərdən) kafir olanların və müşriklərin yeri Cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar.”
    KAFİRİN BEHİŞTƏ DÜŞMƏSİ QEYRİ-MÜMKÜNDÜR
    "Əl-əraf” surəsi, ayə 40: "Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər.” Rəvayətə görə, qəlbində bir zərrə iman olanlar Cəhənnəmdə əbədilik qalmayacaqlar.
    MƏHRUMLUQ HİSSİ BÖYÜK ƏZABDIR
    Digər bir ruhani əzab budur ki, insan Həzrət Yaradanın sonsuz lütf və rəhmətindən məhrum olduğunu görsün.
    "Əl-mutəffifin” surəsində (ayə 15) buyurulur: "O gün onlar Rəbbinin mərhəmətindən məhrum olacaqlar.” Yenə buyurulub: "Allah onlarla danışmaz və onlara rəhmət nəzəri salmaz.”
    CƏHƏNNƏMDƏ ÖLÜMSAÇAN HƏSRƏTLƏR
    Cəhənnəm əhlinin çəkdiyi həsrət və qüssələr də ağır ruhani əzablardandır. Əgər Cəhənnəmdə ölüm olsaydı, insanlar hər gün həmin həsrət və qüssənin ağırlığından ölərdilər. Allah-Taala bu qüssəyə səbəb olmuş əməlləri onlara göstərər. "Əl-fürqan” surəsində (ayə 27) buyurulur: "O gün zalım kəs (peşmançılıqdan) əllərini çeynəyib deyəcəkdir: Kaş ki, mən Peyğəmbər vasitəsi ilə doğru bir yol tutardım!
    Həzrət Sadiq (əleyhissalam)-dan rəvayət olunub ki, insanlar Behişt və Cəhənnəmdə yerləşdikdən sonra aralıqda yarıqlar açılar və nida olunar: Ey Behişt əhli, baxın Cəhənnəm əhlinin mənzillərinə, əgər Allaha zidd olsaydınız, sizin də bu sayaq mənzilləriniz olacaqdı. Sonra Cəhənnəm əhlinə xitab olunar: Baxın Behişt əhlinin mənzillərinə, əgər Allaha itaət etsəydiniz, sizin də yeriniz belə olardı.
    Cəhənnəm əhli elə həsrət çəkər ki, ölüm müyəssər olardısa ölərdilər.
    CƏHƏNNƏMDƏ RUHİ DANLAQLAR, MƏZƏMMƏTLƏR
    Allah-Taala, məlaikələr, Behişt əhli, hətta şeytanlar da Cəhənnəm əhlini məzəmmət edərlər. "Əl-ən”am” surəsində buyurulur: "Ey cin və insan tayfası! Məgər sizə öz aranızdan ayələrimi söyləyən və bu gününüzün gəlib çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi? Onlar deyərlər: Biz öz əleyhimizə şahidik.” Sonra "Fatir” surəsində buyurulur: "Məgər sizi, ibrət almaq istəyən kimsənin ibrət ala biləcəyi qədər yaşatmadıqmı?! Hələ sizi qorxudan peyğəmbərlər də gəlmişdi. Elə isə dadın əzabı! Zalımların imdadına çatan olmaz.”
    "Əl-mulk” surəsinin 8-ci ayəsindən buyurulmuşdur: "Hər hansı bir tayfa Cəhənnəmə atıldıqca, onun gözətçiləri onlardan: "Məgər sizə (əzabdan) qorxudan bir peyğəmbər gəlməmişdimi?”-deyə soruşacaqlar. Onlar deyəcəklər: "Bəli, bizi qorxudan peyğəmbər gəlmişdi. Amma biz onu yalançı sayıb demişdik: "Allah heç bir şey nazil etməmişdir. Siz sadəcə olaraq çox azmısınız.” Sonra peşmançılıqlarını bildirərlər: "Əgər biz qulaq asıb ağlımızı başımıza yığsaydıq, Cəhənnəm əhli içində olmazdıq!”
    ŞEYTANLARI TƏNƏSİ
    Cəhənnəm əhli şeytanların tənəsinə hədəf olmaq qorxusundan öz nalələrini alçaldarlar. "İbrahim” surəsində (ayə 22) buyurulur: "Şeytan belə deyəcək: "Allah sizə doğru Vədə vermişdi. Mən də sizə Vədə vermişdim, amma Vədəmə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hakimiyyətim yox idi. Lakin mən sizi çağırırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Məni dünyada Allaha şərik tutduğunuz üçün bu gün sizə arxa çevirmişəm. Zalımlar üçün ağır əzab vardır.”
    "Əraf” surəsinin 44-cü ayəsində Behişt əhlinin Cəhənnəm əhlinə məzəmməti zikr olunub: "Cənnət əhli Cəhənnəm əhlinə müraciət edib: "Biz Rəbbimizin bizə Vəd etdiyini haqq olaraq gördük. Siz də Rəbbinizin sizə Vəd etdiyini gerçək olaraq gördünüzmü?”-deyə soruşacaq. Onlar: "Bəli!” deyə cavab verəcəklər. Elə bu zaman onların arasında bir carçı: "Allah zalımlara lə”nət eləsin!”-deyə səslənəcək.” "Mutəffifin” surəsində (ayə 34) buyurulur: "Bu gün isə möminlər kafirlərə güləcəklər.” Bu məsxərə dünyada kafirlərin möminləri məsxərəsinin əvəzidir.
    ŞEYTANLARLA ÜNSİYYƏT AĞIR ƏZABDIR
    Şeytanlarla və Cəhənnəm əhli ilə ünsiyyətdə olmaq Cəhənnəmin ağır ruhani əzablarındandır (necə ki, Behişt əhli bir-birlərindən zövq alarlar). Onlar bir-birlərinə nifrət edib, düşmən olarlar. "Əz-zuxruf” surəsində (ayə 36, 37, 38) buyurulmuşdur: "Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona şeytanı urcah edərik və o, şeytanın yaxın dostu olar. Şeytanlar onları doğru yoldan çıxardar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər. Nəhayət, o, hüzurumuza gəldikdə belə deyər: "Kaş ki, mənimlə sənin aranda şərqlə qərb arsındakı məsafə qədər uzaqlıq olaydı. Sən nə pis yoldaş imişsən!”
    Rəvayətə görə, hər ikisini bir zəncirlə bağlayıb Cəhənnəmə atarlar.
    BİR-BİRLƏRİNDƏN UZAQLIQ İSTƏYƏRLƏR
    "Bəqərə” surəsində (ayə 166, 167) buyurulub: "O zaman tabe olunmuşlar tabe olanlardan uzaqlaşacaq, əzabı görcək aralarındakı rabitə qırılacaqdır. O zaman tabe olanlar "əgər bir də dünyaya qayıda bilsəydik, onlar bizdən bizar olub uzaqlaşdıqları kimi, biz də onlardan bizar olub uzaqlaşardıq”, deyərlər. Beləcə, Allah onlara əməllərinin yalnız həsrətdən ibarət olduğunu göstərər və onlar Cəhənnəm odundan çıxa bilməzlər.” "Əz-zuxruf” surəsində (ayə 67) buyurulur: "Müttəqilər istisna olmaqla, o gün dostlar bir-birinə düşmən kəsiləcəklər.”
    Rəvayətə görə, dünyada Allaha görə olmayan dostluq axirətdə düşmənçiliyə çevrilər.
    CƏHƏNNƏM ƏHLİNİN BİR-BİRLƏRİ İLƏ PİS DANIŞIĞI
    "Sad” surəsində (ayə 59, 60, 61) buyurulur: "Mələklər kafirin dünyadakı başçılarına, onlara tabe olanları göstərib deyəcəklər: Bu sizinlə birlikdə daxil olan dəstədir. (Başçılar deyəcəklər:) Onları görək rahatlıq üzü görməsinlər! Onlar (haqlı olaraq) Cəhənnəmə daxil olanlardır.
    (Tabe olanlar da öz başçılarına belə deyəcəklər:) "Xeyr, siz elə özünüz rahatlıq üzü görməyəsiniz! Bunu bizim üçün siz hazırladınız. Bir baxın, necə də pis məskəndir! Onlar deyəcəklər: Ey Rəbbimiz! Buna bizi kim uğradıbsa, onun əzabını Cəhənnəmdə ikiqat elə!”
    ZƏİF BƏDƏN NECƏ TAB GƏTİRƏR?
    Nəzərə gələ biləcək bəzi şübhələrə cavab veririk. Birinci odur ki, bu qədər ağır əzaba zəif adam necə tab gətirə bilər?
    BƏDƏN DƏ NƏFS KİMİ BƏRK OLAR
    Cavab: Doğrudur, Qiyamətdəki bədən dünyadakı maddi bədəndir. Lakin bu bədən ilahi qüdrətlə axirətdə o qədər möhkəm bir tərkibdə olur ki, dünyəvi bədənlə müqayisə edilə bilməz. Axirətdə bədənin lətifliyi insanın nəfsi ilə bağlıdır.
    Necə ki, dünyada möminin nəfsi yumşaq, lətif olar, həqiqətlər müqabilində mütəəssir və təslim dayanar. Ona görə də axirətdə möminin bədəni də nəfsi kimi kamil lətafətdə olar. Amma kafirlərin nəfsi dünyada nəhayət dərəcədə qəliz və daşdan da bərk olub, həqiqətlər qarşısında əyilməyib. O səbəbdən də, axirətdə nəfsləri kimi bədənləri də nəhayət dərəcədə bərkdir.
    AXİRƏTDƏ MƏNA SURƏTƏ QALİBDİR
    Rəvayət olunub ki, axirətdə kafirin dişi bir dağ boyunca olacaq. Başqa sözlə, axirət sarayı mənanın surətə qələbəsidir, həqiqətlərin üzə çıxması, zahirlə batinin vahidləşməsidir.
    Əzabdan bədən dağıldıqdan, zəqqum yeyib, həmim içməklə bədənlərin daxili parçalanmasından sonra yenidən bərpa olar. "Nisa” surəsi: "Onların dəriləri yanıb bişdikcə, əzabı həmişə dadsınlar deyə, o dəriləri başqası ilə əvəz edəcəyik.”
    ŞİDDƏTLİ ƏZAB ƏDALƏTLƏ UYĞUNDURMU?
    Mümkündür bəzi zehnlərdə şübhə olsun ki, heç bu şiddətdə əzab ilahi ədalətlə yanaşı ola bilərmi? Bu şübhə axirətdəki ilahi əzabla dünyanın zalım sultanlarının xalqa verdiyi işgəncənin oxşadılmasının nəticəsindəndir. Hansı ki, heç vəchlə belə deyildir. Sultanların intiqamının, işgəncəsinin səbəbi onların qeyzi, rahatlığa çıxmaq istəyi olmuşdur. Onlarla müxaliflik edənlərin zindana salınmasını, işgəncə verilməsini, öldürülməsini əmr etmişlər. Lakin axirət əzabı tamam başqadır. Bu əzab imansızlığın, nursuzluğun zərurətlərindəndir. Allahdan üz döndərməyin cəzası əbədi sıxıntıdır. Haqqı görməməzliyə vurmağın cəzası əbədi korluqdur. Şeytanın ardınca getməyin cəzası onunla əbədi yoldaşlıqdır. Yetimin malını yeməyin cəzası insanın içində alov qalanmasıdır və s. Bəli, Cəhənnəm alovunu insan özü alışdırır. Quranın təbirincə desək, Cəhənnəm tonqalını insanlar qalayır.
    İNSANIN ÖZÜNƏ HAZIRLADIĞI ƏZAB
    Dediklərimizə əsasən, insanın düşdüyü hər bir əzabın səbəbi onun özüdür. Allah kimsəyə zülm etməz. Hədsiz bərk, qəliz kafirə nəhayətsiz lətafətdə olan Behiştdə necə yer vermək olar?!
    Darüs-səlam Behişti bütün xəstəliklərdən uzaq olanların yeridir. Başdan ayağa xəstə, paxıl, həsədçi, ədavətçi, təkəbbürlü kəsə Behiştdə necə yer vermək olar?! Beləsinin yeri darul-mərəz (xəstəliklər evi), Cəhənnəmdir.
    KOR ÜÇÜN ZİNƏT VƏ KAR ÜÇÜN NƏĞMƏ
    Kafirə Behiştdə yer vermək zökəmin başına ətir tökməyə bənzəyir. Behiştdə kafirə yer vermək heç bir ədalətə sığmır. Ədalət odur ki, hər şey özünə münasib bir məhəldə yerləşsin. Kafirə Behiştdə yer vermək həqiqi ədalətə ziddir-kor gözəllikdən faydalana bilməz!
    RƏHMAN ALLAHIN ƏZABLA NƏ İŞİ!
    Belə bir şübhə də ola bilər ki, Öz bəndələrinə mehriban, rəhmli Allah belə qorxulu əzabları onlara necə rəva bilər?
    Cavab budur ki, Allahın lətif sifətləri olduğu kimi, qəhr, qəzəb sifətləri də vardır. Behişt Onun lütfünün məzhəridirsə, Cəhənnəm də Onun qəhrinin zühur yeridir. Məhz rəhməti qəhrinə qalib olduğundan, Allah-Taala kimsənin kafir olmasına, Cəhənnəmə getməsinə razı deyil. Amma əgər insanlar özləri alova üz tutarlarsa, Allah onların qarşısını almır. Bu Onun hikmətinə zidd olardı. Çünki, Allah insanların Ona iman gətirmələrinə möhtac deyil.
    MƏCBURİ TÖVBƏ KARA GƏLMƏZ
    Allah-Taala insanlara Öz rəhmətinə görə deyilən əzablardan qurtuluş qapısı qoyub. Ömrün axır ləhzəsinə qədər bu qapı açıqdır. Lakin Allah, Onun bu rəhmətindən üz döndərənləri tövbəyə məcbur etmir. Çünki, məcburi tövbə tövbə deyil. Bəli, Allah Rəhman və Rəhimdir. Öz rəhmətinə görə də vacib və müstəhəb əmrlər verib. Yəni Behiştə daxil olmaq üçün hazırlığa aparan yol göstərib. Eləcə də, bütün haram və pis əməlləri nəhy edib. (Yəni Allahdan uzaqlığa, şeytana yaxınlığa səbəb olan işlərdən kənarlaşmağımızı istəyib.) Həqiqətdə isə bütün ilahi vəzifələr Onun geniş rəhmətindəndir. Diqqətli olun ki, vəzifələrinizin icrasında süstlük olmasın. Əgər bir vəzifəni ötürüb, icra etmiriksə, həmin qədər də ilahi rəhmətdən məhrum oluruq.
    QISA ÖMÜR VƏ HƏMİŞƏLİK ƏZAB
    Digər bir şübhə budur ki, 50-60 illik bir ömrə görə kafirin Cəhənnəmdə həmişəlik qalması necə düz gələr? Cavab budur ki, kafir insanın bu qısa müddətdə qazandığı əbədi küfrlərin əvəzi əbədi odda qalmaqdır. Eləcə də, dünyadan imanla getmiş mömin, qısa ömründə elə bir nur əldə edir ki, heç zaman sönmür.
    XEYİR VƏ ŞƏR NİYYƏTƏ GÖRƏ ƏBƏDİLİK
    Həzrət Sadiq (əleyhissalam) buyurub: "Cəhənnəm əhlinin Cəhənnəmdə həmişəlik qalmasının səbəbi onların niyyətləridir. Onların dünyada niyyətləri bu idi ki, əgər həmişəlik dünyada qalarlarsa, həmişə də Allaha günah edərlər. Behişt əhli isə əksinə.” Qurani Kərim buyurur: "Hər kəs niyətinə əsasən əməl edir.”
    Category: Məad | Added by: Islam_Kitabxanasi
    Views: 369 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2021