İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əl-Muraciat

    Əl-Muraciat
    2011-12-30, 8:00 AM
    BİRİNCİ BƏHS
    DİNİ RƏHBƏRLİK
    MƏZHƏBDƏ İMAMƏT
    ÜÇÜNCÜ MƏKTUB
    7 Zilqədə 1329
    1. Nə üçün şiə, müsəlmanların yekdil cümhur məzhəblərinə tabe deyil (ardınca getmir)?
    2. Bu gün həmişəkindən daha çox birliyə möhtacıq.
    3. Pərakəndəliyi yalnız cümhur məzhəbləri ilə birləşməklə aradan qaldırmaq olar.
    1. Mənim ilk sualım budur ki, nə üçün siz, müsəlmanların cümhur məzhəblərinə tabe olmursunuz, məqsədim üsuli-dində "əşairə” və fürui-dində dörd məzhəbdən biridir. Halbuki keçmişdən bəri saleh sələf etiqad və əməldə onların yolunu tutmuş, onları üstün bilmişlər. Bütün əsrlər boyu hamı bu fikrə mötəqid olmuşdur ki, əməldə onlara tabe olmaq lazımdır. Məzhəb başçılarının ədalət, ictihad, əmanət, paklıq, iffət, əxlaq gözəlliyinə malik olmalarında heç kimin şübhəsi olmamışdır.
    2. Siz yaxşı bilirsiniz ki, bu gün bizim ülfət, ittihad və birliyə nə qədər çox ehtiyacımız var və İslam ümmətinin nizama salınması və birləşməsi sizin ümum müsəlmanların fikrinə tabe olmağınızla bağlıdır. Həmçinin yaxşı bilirsiniz ki, hələlik elə bir vəziyyətdəyik ki, din düşmənləri bizə qarşı qəlblərini kin və nifrət ilə doldurmuş, hər vasitə ilə bizi məhv etməyə çalışırlar. Onlar bu işi həyata keçirmək üçün müxtəlif planlar hazırlamış, daha da ayıq-sayıq olmuşlar. Lakin müsəlmanlar hələ də qəflət yuxusundadırlar. Elə bil ki, cəhalət və nadanlıq dəryasında əl-qol atır və düşmənlərə –özlərinə qarşı– kömək edirlər. Belə ki, öz vəhdət bayraqlarını parçalamış, firqələrə, dəstələrə bölünmüşlər. Bu firqələr də ki, biri o birisini yolu azmış sanır, başqa birisinin digərini görməyə gözü yoxdur. Beləliklə, it-qurd bizə tamah gözü ilə baxır, rahatca bizi ovlayırlar.
    3. Məgər belə deyilmi? Allah sizi ittifaq və birlik yoluna hidayət etsin! Hər nə demək istəyirsən, buyur, de. Əmr et və arxayın ol ki, sözlərinə diqqətlə qulaq asacaq və onları yerinə yetirməkdə sənə tabe olacağam. Salam olsun sənə!
    "S”
    DÖRDÜNCÜ MƏKTUB
    8 Zilqədə 1329
    1. Şəri dəlillər Əhli-beyt məzhəbinə təqlid etməyi (tabe olmağı) vacib hesab edir.
    2. Cümhur məzhəblərinə təqlid üçün bir dəlil yoxdur.
    3. Müsəlmanlar ilk üç əsrdə cümhur məzhəblərini tanımırdılar.
    4. Bütün əsrlərdə hər kəsin ictihada imkanı vardır.
    5. Pərakəndəliyi Əhli-beytin ehtiramını saxlamaqla birləşdirmək olar.
    1. Üsuli-dində "əşairə”, fürui-dində isə dörd məzhəbdən başqa məzhəbə tabe olmağımız nə firqələr və ayrı-ayrı qruplara xatir, nə də dörd məzhəb imamlarının (başçılarının) ictihadına, onların ədalət, əmanət, saflıq və elminin yüksəkliyinə şübhəyə görədir. Əksinə, bir çox şəri dəlillər vardır ki, bizi Peyğəmbər (s) Əhli-beytinin dininə təqlid etməyə vadar etmişdir. Biz o kəslərin məzhəbinə təqlid etmişik ki, Peyğəmbər ocağında böyümüş, evləri mələklərin gediş-gəliş yeri, qeybdən gələn vəhyin məkanı olmuş, Qurani-kərim orada nazil olmuşdur. Bu səbəbdəndir ki, fürui-din və dini əqidələrdə, fiqh, üsul və onun qaydalarında, maarif, hədis, Quran və əxlaq elmində onları örnək bilmişik. Bu yalnız dəlil qarşısında, yalnız İslam peyğəmbərinin qarşısında itaətin nəticəsidir ki, biz də elə bu yolu seçmişik. Ona və Əhli-beytinə salam olsun!
    Əgər dəlillər bizə Peyğəmbərin (s) Əhli-beyti ilə müxalifət etməyə icazə versəydi, yaxud əməldə başqa məzhəblər kimi azad qürbət qəsdi (Allaha yaxınlaşma niyyəti) mümkün olsaydı, biz də hər hansı məzhəbə əməl edər, beləliklə, dostluq peymanı və qardaşlığı möhkəmləndirərdik. Lakin, qəti dəlillər möminin yolunu bağlayır və onunla istəkləri arasında fasilə yaradır.
    2. Bundan əlavə, cümhur məzhəblərinin üstün olmasına heç bir dəlil yoxdur. Xatırladığınız dörd məzhəbin rəhbərlərinin ictihad, əmanət, ədalət və əzəmətindən əlavə, onlara təqlid etməyin zəruriliyinə dəlalət edən heç bir dəlil tapmadıq. Halbuki siz yaxşı bilirsiniz, əzəmət, ictihad, əmanət və ədalət yanlız onlara həsr edilməyib. Belə olan surətdə, onlara təqlid etməyin zəruriliyi necə mümkün ola bilər?
    Güman etmirəm, elə bir şəxs tapılsın ki, onları elm və əməldə bizim imamlarımızdan üstün bilsin, yəni, onları pak imamlarımızdan, nicat gəmisi, ixtilaflarda əmin-amanlıq mərkəzi olan "Hittə qapısı”, dinin hidayət bayraqdarları, Allah rəsulunun İslam ümməti arasında olan xələfləri və övladlarından üstün tutsun. Peyğəmbər (s) onların haqqında buyurmuşdur:
    "Onlardan irəliyə keçməyin, yoxsa həlak olarsınız, onlara qoşulmaqdan çəkinməyin, yoxsa məhv olarsınız, onlara bir şey öyrətməyin, çünki onlar sizdən daha alimdirlər.”
    Amma siyasət elə gətirdi ki, başqaları irəli sürüldülər. Yaxşı bilirsən ki, İslamın əvvəlində siyasət nəyi tələb edirdi, amma hara yönəldi. Çox təəccüblüdür, buyurursunuz ki, keçmişdəki pak adamlar bu məzhəblərə inanmış, onları başqa məzhəblərdən üstün tutmuş, bütün əsrlər boyu onlar kimi əməl etmişlər. Məgər siz bilmirsiniz ki, keçmişdəki pak adamlar və onlardan sonra gələnlər –yəni, müsəlmanların yarısını təşkil edən Ali-Məhəmməd (s) şiələri– Əhli-beyt imamlarının məzhəbinə, Rəsulullahın "səqəleyn”inə (Quran və Əhli-beyt) həmişə sadiq qalmış və bu yoldan azacıq da olsa, dönməmişlər?! Onlar Əli (ə) və Fatimə (ə) zamanından, dörd məzhəb imamlarının, hətta onların atalarının da heç birinin olmadığı zamandan indiyədək bu yol ilə getmişlər. Bu yəqin ki, sizin üçün gizli deyildir.
    3. Bundan əlavə, müsəlmanlar ilk üç əsrdə dediyiniz məzhəblərsiz yaşamışlar. Bu məzhəblər yaranan dövrlər hara, birinci, ikinci və üçüncü əsrlər hara! (İlk üç əsr ən parlaq əsrlər sayılır.) Çünki Əşəri 270-ci hicri ilində anadan olmuş və təqribən 335-ci ildə dünyadan getmiş, Əhməd Hənbəl 134-cü ildə anadan olmuş, 241-ci ildə vəfat etmiş, Şafei 150-ci ildə anadan olmuş, 204-cü ildə vəfat etmiş, Malik 95-ci ildə dünyaya gəlmiş, 179-cu ildə dünyanı tərk etmiş və Əbu Hənifə 80-ci ildə doğulmuş və 105-ci ildə vəfat etmişdir.
    Amma şiələr isə elə İslamın əvvəlindən Əhli-beytin məzhəbinə inanmışlar. Çünki ev əhli evdə olan hər şeyi daha yaxşı bilir. Şiə olmayanlar isə səhabələrin və tabe olduqları məzhəb alimlərinin rəftarlarına əməl etmişlər. Belə olan surətdə, hansı dəlilə əsasən müsəlmanlar –ilk 3 əsrdən sonra– bu məzhəblərə əməl etməli, əvvəllər hamının qəbul etdiyi məzhəbə isə əməl etməməlidirlər? Allahın kitabı ilə eyni sırada və eyni qiymətdə olan şəxslərdən – Peyğəmbərin (s) qiymətli səfirlərindən, onun "elm xəzinəsi”, "nicat gəmisi”, "rəhbərlər”, "aman” və "hittə qapısı”ndan niyə üz döndərməlidirlər?
    4. Üç əsr hamının üzünə açıq olan ictihad qapısının müsəlmanların üzünə möhkəm bağlanmağının səbəbi nə idi? Bu yalnız özümüzü məhrum etmək, cahillik və nadanlıqdan başqa bir şeydirmi?
    Kim bu həqiqəti – Rəsulullahın peyğəmbərlərinin ən üstünü, dinlərin ən kamili və ən yüksək səmavi kitaba sahib olması, dinin onun vasitəsilə kamilləşməsi, ona bol nemətin verilməsi, bütün keçmiş və gələcək elmlərin ona öyrədilməsi inancını qəbul etdikdən sonra "lakin, bütün bunlar dörd məzhəb sahiblərilə tamamlanmış, onlar bu bəxşişləri mənimsəmiş və heç kəsə başqa yolla onu əldə etməyə icazə verməmiş” – fikrini söyləyə bilər?! Guya, İslam dini, onun kitabı, Peyğəmbərin buyuruqları, əməlləri və sair aydın dəlillər onların (dörd məzhəbin) xüsusi əmlakı kimimi qeyd olunmuş və o fikirlərə müvafiq olanlardan əlavə heç kimə bu nemətləri əldə etməyə icazə verilməmişmi?! Məgər onlar peyğəmbərlərin varislərimi idilər? Yaxud, Allah vəsilik və imaməti onlaramı vermişdi? Keçmiş və gələcək elmləri yalnız onlaramı öyrətmişdi? Yaxud, dünyada heç kəsə bəxşiş edilməyən şeyləri onlaramı bağışlamışdı? Heç vaxt! Onlar da digər alimlər və elm xadimləri kimi hamını Ona tərəf dəvət edənlərdəndir və heç vaxt dəvət edənlər elm xəzinəsinin qapısını heç kimin üzünə bağlamazlar. Onlar bunun üçün yaranmamışlar ki, ağıl və zəkaları zindana salsın, camaatın gözünü bağlasınlar. Onlar ürəkləri susdurmaq, qulaqları kar etmək, gözlərdən pərdə asmaq, ağızlara qıfıl vurmaq, əlləri və boyunları zəncirləmək, ayaqlara qandal vurmaq üçün yaranmamışlar. Şübhəsiz, iftiraçılardan başqa heç kəs bunu onlara aid etməz. Onların öz sözləri bizim fikirlərimizin doğru olmasına şahiddir.
    5. İndi doğrudan da müsəlmanların pərakəndəliyi barədə bəhsə başlamağımızın vaxtı çatmışdır. Məncə, bu iş şiənin öz məzhəbindən əl çəkib cümhurun dörd məzhəbinə meyl etməsi, yaxud sünnə əhlinin öz məzhəbindən əl çəkməsi demək deyil. Əvvəlki söhbətlərdən aydın olduğu kimi, şiəni öz məzhəbindən əl çəkməyə dəvət edən təkliflər dəlilsiz təkliflər, ümumiyyətlə, mümkün olmayan təkliflərdir.
    Bəli, müsəlmanların birliyi və ittifaqı o vaxt mümkün olar ki, siz Əhli-beyt məzhəbini azad elan edəsiniz və onu digər məzhəblərdən biri biləsiniz ki, hər müsəlman ona əməl edə bilsin. Beləliklə, Şafei, Hənəfi, Maliki, Hənbəli məzhəblərinə təqlid edənlərin (ardıcılları) Ali-Məhəmməd (s) şiəsi haqda olan fikri, başqa məzhəb ardıcıllarına olduğu kimi olsun.
    Bu da gizli deyildir ki, sünnilərin dörd məzhəbi arasındakı ixtilafları, onların şiələrlə olan ixtilaflarından az deyildir. Bu sözün ən aşkar şahidi sünni və şiələrin üsul və füru barədə yazılmış minlərlə kitabıdır. Əgər belədirsə, bəs onda niyə sizinkilər müsəlmanlar arasında şayiə yayırlar ki, şiələr sünnilərə ziddir? Nə üçün demirlər ki, sünnilər şiələrlə ziddir? Nə üçün demirlər ki, bir dəstə sünnə əhli başqa bir dəstəyə ziddir. Əgər dörd məzhəbin olması mümkündürsə, nə üçün beşincisi mümkün olmasın? Necə ola bilər ki, dörd məzhəbin olması müsəlmanların ittifaqına səbəb olsun, amma elə ki, beşincisinə çatdı, ittifaqları dağılıb hərəsi bir səmtə yönəlsin (və bu iş onların parçalanmasına səbəb olsun)?!
    Nə yaxşı olardı ki, siz bizi məzhəb vəhdətliyinə çağırdığınız vaxt, sünnilərin dörd məzhəbini də birliyə dəvət edəydiniz. Sünnə əhlinin dörd məzhəbi arasında ittihad yaratmaq sizlər üçün daha asan deyilmi? Məzhəb birliyinə dəvət etməyi niyə yalnız bizə aid edirsiniz?
    Necə oldu ki, siz pərakəndəliyin səbəbini Əhli-beyt (ə) məzhəbinə tabe olanlarda gördünüz, amma məzhəbi, nəzəriyyəsi, təbiəti və istəkləri müxtəlif olan digər dörd məzhəb ardıcıllarını isə ürəkləri və məqsədləri birləşdirən amil hesab edirsiniz?
    Sizin Peyğəmbər ailəsinə belə münasibət bəslədiyinizi təsəvvür belə etməzdim. Vəssalam.
    "Ş”
    Category: Əl-Muraciat | Added by: Islam_Kitabxanasi
    Views: 707 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024