İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Əl-Muraciat

    Əl-Muraciat
    2011-12-30, 7:54 AM
    ON ALTINCI MƏKTUB
    2 Zilhiccə 1329
    100 nəfər şiə rəvayətçisi sünnə əhlinin rəvayətçiləri arasında.
    Bəli, bu qısa fürsətdə sənin əmrinə müsbət cavab verərək bir qrup şəxsləri sizə təqdim edəcəyəm, amma təfsilatsız-milansız. Çünki bu iş bir məktuba sığışmaz. İndi isə onların və atalarının adlarına əlifba sırası ilə diqqət yetirin.
    "Əlif” (həmzə)(239-cu kəlam)
    1. Əban ibn Təğlib ibn Ribah, Kufi qarisi.
    Zəhəbi özünün "Mizanul-Etidal” kitabında onu xatırlamış və demişdir ki, Əban ibn Təğlib "M”, "U” (ayn-vav) Kufi, xalis və möhkəm şiədir, lakin düzdanışandır. Düzdanışmağı bizim, bidəti isə özünün.” Sonra demişdir: "Əhməd ibn Hənbəl, İbn Müin, Əbu Hatəm onu etibarlı hesab etmişlər.” İbn Ədi də demişdir: "Şiəlikdə möhkəm və inadkardır.” Sədi isə demişdir: "Yolunu azmış və bunu açıq-aşkar bildirmişdir.” Bundan əlavə Zəhəbinin onun haqqında nəql etdiyi bir çox başqa fikirlər.
    Zəhəbi onu o kəslərdən hesab etmişdir ki, Müslim və "Sünəni-Ərbəə”nin yazıçılarından Əbu Davud, Tirmizi, Nisai və İbn Macə ondan rəvayət nəql etmiş, belə ki, adının kənarında hədisinin məqbul olmasına dəlalət edən rəmz də vermişlər. Onun "Səhih-Müslim”də və "Sünəni-Ərbəə”də Həkəm, Əməş, Füzeyl ibn Əmrdən nəql etdiyi hədislər əlinizdədir. Həmçinin Müslimin fikrincə Süfyan ibn Üyeynə, Şöbə və İdris Ədi ondan hədis nəql etmişlər. O, 141-ci ildə vəfat etmişdir.
    2. İbrahim ibn Yəzid ibn Əmr ibn Əsvəd ibn Əmr Nəxəi Kufi.
    Anası Məlikə, Yəzid ibn Qeys Nəxəinin qızı, Əsvədin bacısıdır. İbrahim və Əbdür-Rəhman Yəzid ibn Qeysin oğulları, əmiləri Əlğəmə və Übəyy müsəlmanların etimadlı və sənəd üzrə mötəbər şəxslərindən hesab olunurlar. "Sihahi-Sittə”nin müəllifləri və başqaları onların rəvayətlərini və sözlərindən şiə olduqları halda nəql etmişlər. İbn Qüteybəyə gəldikdə isə özünün "Maarif” kitabının 206-cı səhifəsində onu şiə hesab etmiş və bu həqiqəti təkzibolunmaz və qəti bilmişdir.
    O, "Səhih-Buxari” və "Səhih-Müslim”də anasının əmisi Əlğəmə ibn Qeysdən, Həmmam ibn Haris və Əbu Übeydə ibn Abdullah ibn Məsuddan, Übeydədən və dayısı Əsvəd ibn Yəziddən hədis nəql etmişdir. Siz "Səhih-Müslim”də dayısı Əbdür-Rəhman ibn Yəziddən və Səhm ibn Mincab, Əbu Müəmmər, Übəyd ibn Nəzlə və Abisdən nəql etdiyini görərsiniz. Və yenə "Səhih-Buxari” və "Səhih-Müslim” kitabında Mənsur, Əməş, Zübeydə, Həkəm və İbn Ovnun ondan rəvayət nəql etdiklərini mülahizə edə bilərsiniz. Həmçinin "Səhih-Müslim”də yazılmışdır ki, Füzeyl ibn Əmr, Müğirə, Ziyad ibn Küleyb, Vasil, Həsən ibn Abdullah, Həmmad ibn Əbu Süleyman və Səmmak ondan hədis nəql etmişlər.
    İbrahim 50-ci (hicri-qəməri) ildə anadan olmuş və 95 ya 96-cı ildə Həccacın ölümündən dörd ay sonra vəfat etmişdir.
    3. Əhməd ibn Müfəzzəl ibn Kufi Həfri.
    Əbu Zərə və Əbu Həkim ondan hədis nəql etmiş və hədislərini dəlil gətirmişlər. Bu iki nəfər onun şiələr arasındakı mövqeyindən agah idilər. Əbu Hatəm ("Mizanul-Etidal” kitabında Əhmədin şərhi-halında yazıldığı kimi) belə deyir: "Əhməd ibn Müfəzzəl şiə başçılarından və olduqca düzdanışan adam idi.”
    Zəhəbi "Mizanul-Etidal” kitabında onun adını çəkmiş və Əbu Davud və Nisaiyə dəlalət edən rəmzi adının kənarında yazmış və beləliklə bu iki nəfərin onun sözlərinə etimad etdiklərinə və ondan dəlil gətirmələrinə işarə etmişdir.
    "Səhih-Əbu Davud” və "Səhih-Nisai”də onun Suri, Əsbat ibn Nəsr və İsraildən nəql etdiyi hədisi tapa bilərsiniz.
    4. İsmail ibn Əban Əzdi Kufi Bərraq, Buxarinin "Səhih”də ustadıdır.
    Zəhəbi "Mizanul-Etidal” kitabında onun adını çəkmiş və göstərmişdir ki, Buxari və Tirmizi öz "Səhih” kitablarında onun sözlərinə etimad etmiş və ondan hədis nəql etmişlər. O deyir: Yəhya və Əhməd ondan hədis öyrənmiş və Buxari demişdir: "O düzdanışandır.” Və başqa birisi demişdir: "O, şiə məzhəbindəndir və şiə olmasını izhar edir.” O, 286-cı hicri-qəməri ildə vəfat etmişdir, lakin Qeysərani onun 216-cı ildə vəfat etdiyini demişdir. Qeysərani və başqalarının da etiraf etdikləri kimi Buxari "Səhih” kitabında birbaşa ondan hədis nəql etmişdir.
    5. İsmail ibn Xəlifə Mullai Kufi, künyəsi Əbu İsraildir və bununla məşhurdur.
    Zəhəbi "Mizanul-Etidal” kitabının "əl-Kuna” babında onun adını çəkmiş və demişdir: "İnadlı şiə olub, Osmanı kafir sayanlardandır.” Çoxlu sözlər onun haqqında demişdir ki, bura onlardan danışmağın yeri deyil. Buna baxmayaraq Tirmizi öz "Səhih”ində və bir sıra başqa "sünən” yazıçıları ondan hədis nəql ediblər. Əbu Hatəm onun hədisini doğru hesab etmiş və tərifləmişdir. Əbu Zərə demişdir: "Düzdanışan adamdır və əqidəsində bir növ ifrata varmışdır.” Əhməd demişdir: "Onun hədisini yazmaq lazımdır.” İbn Müin deyib: "O, etimadlıdır.” Fəlas demişdir: "Yalan əhli deyildir.” Tirmizinin "Səhih”ində və başqalarında olanlara əsasən o, Həkəm ibn Üteybə və Ətiyyə Ufidən hədis söyləyir və İsmail ibn Ömər Bəcəli və o təbəqədən bir qrup alim və böyük şəxslər ondan hədis nəql edirlər.
    İbn Qüteybə özünün "Əl-Maarif” kitabında onu şiə rəvayətçilərindən hesab edir.
    6. İsmail ibn Zəkəriyya Əsədi Xələqani Kufi.
    Zəhəbi onun şərhi-halını "Mizanul-Etidal”da yazmış və demişdir: "İsmail ibn Zəkəriyya əl-Xələqani, kufəli, şiə və düzdanışandır.” Və onu "Sihahi-Sittə”nin mötəbər saydıqları kəslərdən hesab etmişdir. Belə ki, adının kənarında rəmzə işarə etmişdir ki, mənası "Sihahi-Sittə”nin müəllifləri onu qəbul edirlər deməkdir. "Səhih-Buxari”də yazılanlara əsasən Məhəmməd ibn Suqə və Übeydullah ibn Ömərdən və "Səhih-Müslim”də yazılanlara əsasən Süheyl, Malik ibn Muğul və başqalarından hədis nəql etmişdir. Amma onun Asim Əhvəddən hədis nəql etdiyinin hər iki "Səhih”də mövcud olmasına şübhə yoxdur. Məhəmməd ibn Səbbah və Əbu Rəbi hər iki "Səhih”ə əsasən və Məhəmməd ibn Bəkkar "Səhih-Müslim”ə əsasən ondan hədis nəql etmişdir.
    O, 174-cü hicri-qəməri ildə Bağdadda vəfat etmişdir. Onun şiə olması "məruf” və məşhurdur, hətta Tur tərəfdən Musanı səsləyən kəsin Əli ibn Əbu Talib olduğunu deməyi ona mənsub etmişlər və demişdir ki, əvvəl və axır, zahir və batin Əli ibn Əbu Talibdir (ə). Doğrusu bu iftiraları yalançılar bu səbəbdən ona aid etmişlər ki, o, Əli şiəsi olmuş və onu başqalarından üstün tutmuşdur.
    Zəhəbi "Mizanul-Etidal”da onun şərhi-halında bu batil sözləri nəql edəndən sonra deyir: "Bu sözlər Xələqaninin deyil, çünki bu, dinsiz və kafirlərin sözüdür.
    7. İsmail ibn İbad ibn Abbas Taliqani Əbül-Qasim, "Sahib ibn İbad” adı ilə məşhurdur.
    Zəhəbi "Mizanul-Etidal”da onun adını çəkmiş və "D. T.” rəmzini adının kənarında yazmış və bununla bildirmişdir ki, İbn Davud və Tirmizi öz "Səhih”lərində ondan rəvayət nəql etmişlər. Sonra onun ədib, alim və şiə olduğunu demişdir.”
    Mən deyirəm onun şiə olmasına heç kəs şübhə etməmiş və buna görə də özü və atası "Ali Buyə”nin hakimiyyəti vaxtında cah-calala nail olmuşlar. Onun vəzirləri arasında ilk "sahib” adını o almışdır, çünki, uşaq vaxtından Müəyyədüd-dövlə onun yaxın yoldaşı və müsahibi olmuşdur. Buna görə də ona "sahib” adı verilmiş və bu ad ilə də məşhurlaşmışdır. O vaxtdan sonra vəzirlik vəzifəsinə çatan hər kəsə bu ləqəb verilirmiş.
    O, Müəyyədüd-dövlə Əbu Mənsur ibn Rüknüd-dövlə ibn Buyənin baş vəziri idi və Müəyyədüd-dövlə 373-cü ilin Şəban ayında Qürqanda vəfat edən zaman Fəxrüd-dövlə adı ilə məşhur olan qardaşı Əbül-Həsən Əli hökumət başçısı olsa da həmin vəzifədə saxladı. Atası İbad İbn Abbas, Fəxrüd-dövlənin atası ilə yaxın və möhtərəm bir şəxs olduğu kimi, Sahib də onun yanında hörmətli, sözü keçən bir adam idi.
    Sahib səfər ayının 24-də cümə axşamı (385-ci il) 59 yaşında Rey şəhərində vəfat etdiyi zaman bu şəhərin bazarı və mağazaları bağlandı, ümumi tətil elan olundu. Camaat onun sarayı qarşısına toplaşaraq cənazənin çıxarılmasını gözləyirdilər. Fəxrüd-dövlə, vəzirlər və qoşun başçıları hamı hazır idi və paltarlarını dəyişmiş, yas paltarı geymişdilər. Cənazənin saraydan çıxaran vaxt hamı birdən fəryad etdi və hörmət əlaməti olaraq yeri öpdülər. Fəxrüd-dövlə özü başqaları kimi dəfn mərasimində piyada gedirdi və bir neçə gün yas saxladı. Şairlər ölümünə mərsiyələr yazdılar, alimlər onu mədh etdilər. Nəhayət, ondan sonra gələnlər də onu tərifləmişlər.
    Əbu Bəkr Xarəzmi deyir: "Sahib ibn İbad vəzirlik "ağuşunda” bəslənmiş, vəzirlik "yuvasına” get-gəli olmuş və "vəzirlik südünü” çox içmiş, onu atalarından irs almışdı. Əbu Səid Rüstəmi onun haqqında yazdığı şerdə dediyi kimi:
    «ورث الوزارة كابراً عن كابر موصولة الاسناد بالاسناد»
    «يروي عن العباس عبدا وزا رته و اسماعـيل عن عباد»
    "Sənədləri bir-birilə bağlı, vasitələri qırılmaz olan bir rəvayət kimi vəzirliyi böyük bir irs olaraq başqa bir böyükdən almışdır. İbad vəzirliyi Abbasdan, İsmail İbaddan irs almışdır.”
    Sələbi "Yətimə” kitabında onun şərhi-halında yazır: "Hələlik onun elmi-ədəbi məqamının üstünlüyünü işıqlandıra biləcək söz tapa bilmirəm ki, onun səxavətdə və yaxşı əməllərdəki şöhrətini, özündə cəmlədiyi müxtəlif iftixarları açıb deyə bilsin. Bəli, belə sözlərə əlim çatmır, belə ki, qələmin yüksək əli onun ən aşağı fəzilət və məqamının üstünlüklərini yazmaqdan belə acizdir.” Sonra isə o, qələmi onun yaxşılıqları və xüsusiyyətlərini təsvir etmək üçün azad buraxmışdır (yəni hər nə gözəl xüsusiyyətləri varsa, onları qeyd etmişdir).
    Sahibin qiymətli yazıları və əsərləri vardır ki, o cümlədən 7 cildlik əlifba sırası ilə tərtib olunmuş "Əl-Mühit” lüğət kitabını göstərmək olar.
    Onun misilsiz kitabxanası var idi, (onu Samani sultanlarından olan Nuh ibn Mənsura bildirmişdir) belə ki, Nuh bir məktubda xahiş edir ki, Sahib onun məmləkətinə gəlib vəzirlik vəzifəsini qəbul etsin. O, bəhanə edərək deyir ki, ona lazım olan xüsusi kitablarını daşımaq üçün 400 dəvə lazımdır. Bu isə çox zəhmətli və çətin bir işdir.
    Elə buradan kitabxanasının əzəmətini başa düşmək olar, yəni qiymətli olmayan kitablarını da nəzərə alsaq. Hələlik onun şərhi-halından bu qədər kifayətdir.
    8. İsmail ibn Əbdür-Rəhman ibn Əbu Kərimə, Südəyy adı ilə məşhur olan müfəssir.
    Zəhəbi "Mizan” kitabında yazır: "Onu şiə biliblər.” Sonra Hüseyn ibn Vaqid Mərvəzidən nəql etmişdir ki, Südəyy, Əbu Bəkr və Öməri söymüşdür. Bu vəsfinə baxmayaraq Suri, Əbu Bəkr ibn Əyyaş və bu təbəqədən bir çoxları ondan rəvayət nəql edirlər. Müslim və "Sünəni-Ərbəə” sahibləri də hədis nəql edir və rəvayətlərinə inanırlar. Əhməd ona etimad etmiş və İbn Ədi demişdir: "Düzdanışandır”, Yəhya ibn Səid demişdir: "Mən elə bir adam görmədim ki, Südəyyin adını yaxşılıqdan savayı başqa cür çəksin.” Sonra əlavə etmişdir: "Heç kəs onu yaddan çıxarmamışdır ki, rəvayətlərinə də əməl etməsin.”
    İbrahim Nəxəi, Südəyy Quranı təfsir edən zaman yanından keçəndə dedi: "Bu qövm təriqi ilə Quranı təfsir edir.”(Yəni şiə məzhəbinə əsasən Quranı təfsir edir). "Mizanul-Etidal” kitabında Südəyyin şərhi-halına müraciət etsən bizim icmal halında dediklərimizi müfəssəl şəkildə tapa bilərsən. "Səhih-Müslim”də yazılanlara əsasən o, Ənəs ibn Malikdən hədis nəql etmişdir. "Sünəni-Ərbəə” və Müslimin yazdıqlarına görə Əbu İbad, Suri, Həsən ibn Saleh, Zaidə və İsrail ondan hədis söyləmişlər. Deməli o, bunların ustadıdır.
    O, 127-ci hicri-qəməri ilində vəfat etmişdir.
    9. İsmail ibn Musa Fəzari Kufi.
    Zəhəbinin "Mizan” kitabında gəldiyi kimi İbn Ədi deyir: "Şiəlikdə ifrata vardığını ona eyib tutmuşlar”. Yenə də orada yazılana əsasən Hənnad və İbn Əbu Şeybə bizə irad tuturdular ki, nə üçün İsmailin yanına gedib-gəlirsiniz? Bizə deyirdilər: "Sələflərimizi söyən bu pozğunun yanında nə edirsiniz?” Buna baxmayaraq, İbn Xüzeymə və Əbu Ürbə ondan əxlaq öyrənmişlər və o, bu təbəqə arasında onların ustadı və Əbu Davud və Tirmizi kimi şəxslərdən olmuşdur. Bu da ona görədir ki, ondan hədis öyrənmişlər və öz "səhih”lərində ondan hədis gətirmişlər. Əbu Hatəm deyib: "O, düzdanışandır.” Nisai deyib: "Onun hədislərinə əməl etməyin eybi yoxdur.” Şərhi-halı haqqında dediklərimiz Zəhəbinin "Mizan” kitabında vardır. "Səhih-Tirmizi” və "Sünəni Əbu Davud”a əsasən o, Malik, Şərik və Ənəsin müsahibi Ömər ibn Şakirdən hədis nəql etmişdir.
    O, 245-ci hicri-qəməri ilində vəfat etmişdir. O, Südəyyin qızının övladıdır. Bəzən bu məsələni inkar edirmiş. Allah daha yaxşı bilir.
    "Ta”
    10. Təlid ibn Süleyman Kufi Ərəc.
    İbn Müin onun şərhi-halında demişdir ki, o, Osmanı söyən zaman Osmanın övladlarından və yaxınlarından bəzisi eşidib, ona ox atmış və beləliklə qıçı sınmışdır. Əbu Davud demişdir: "Rafizidir. Əbu Bəkr və Öməri söymüşdür.” Bütün bunlara baxmayaraq Əhməd və İbn Nümeyr ondan hədis öyrənmiş, şiə olduğunu bildikləri halda hədislərini nəql etmişlər. Əhməd demişdir: "Təlid şiə olsa da, biz hədislərinə əməl etməkdə eyib görmürük. Zəhəbi "Mizan” kitabında adını çəkmiş və alimlərin onun haqqında dediklərini, bizim dediyimiz kimi, xatırlamış, adının yanında Tirmizi rəmzini yazmışdır. O, "Səhih-Tirmizi”də olanlara əsasən Əta ibn Saib və Əbdül-Məlik ibn Ümeyrdən hədis nəql etmişdir.
    "Sa”
    11. Sabit ibn Dinar, Əbu Həmzə Sümali adı ilə məşhurdur.
    Şiəlikdəki o, bir günəşə bənzəyir. "Mizan” kitabında adı gələrkən qeyd olunmuşdur ki, Əbu Həmzənin məclisində Osmanən adı çəkiləndə Əbu Həmzə soruşmuşdur ki, Osman kimdir? Əlbəttə, bu sual etinasızlıq və onu alçaltmaq tərzində deyilmişdir. Sonra nəql edir ki, Süleymani Əbu Həmzəni rafizilərdən bilib və Zəhəbi Tirmizi rəmzini Əbu Həmzənin adının kənarında yazmış və bununla da onun mötəbər bildiyi şəxslərdən olduğuna işarə etmişdir. Vəki və Əbu Nəim ondan hədis nəql etmiş və hədislərindən dəlillər gətirmişlər. "Səhih-Tirmizi”də müşahidə edəcəyiniz kimi o, Ənəs və Şəbidən və bu təbəqədən olanlardan hədis nəql etmişdir.
    O, 150-ci hicri-qəməri ildə vəfat etmişdir. Allah rəhmət eləsin.
    12. Süveyr ibn Əbu Faxtə Əbu Cəhm Kufi, Əbu Talibin qızı Ümmü Haninin qulamı.
    Zəhəbi "Mizan” kitabında adını çəkmiş və Yunis ibn Əbu İshaqdan nəql etmişdir ki, o, rafizidir. Süfyan və Şöbə ondan hədis öyrənmişlər. "Səhih-Tirmizi”yə əsasən o, İbn Ömər və Zeyd ibn Ərğəmdən rəvayət nəql etmişdir. O, imam Baqirin (ə) dövründə yaşamış və həzrətin vilayətinə istinad etməsi ilə məşhurdur. Onun qazi Əmr ibn Zər və İbn Qeys Masir və Səlt ibn Bəhram ilə, bu həqiqəti yetirən sərgüzəştləri vardır.
    "Cim”
    13. Cabir ibn Yəzid ibn Haris Cöfi Kufi.
    Zəhəbi "Mizan” kitabında xatırlatmışdır ki, o, şiə alimlərindən biridir. Süfyandan nəql edir ki, Cabir deyirmiş: "Peyğəmbərin (s) elmi və biliyi Əliyə (ə) keçib, Əlidən Həsənə (ə) və habelə Cəfər Sadiqə (ə) qədər çatıb. Cabir imam Sadiqin (ə) dövründə yaşamışdır. Müslim öz "Səhih”inin əvvəllərində Cərrahdan nəql edir ki, Cabirdən eşidib ki, "Mən də imam Baqirdən (ə) 70 min hədis vardır ki, hamısı Peyğəmbərdəndir (s).”
    Züheyrdən nəql edir ki, Cabir deyirmiş: "Hələ heç kəsə demədiyim 50 min hədis bilirəm.” Sonra deyir: O, bir gün bir hədis nəql etdi və dedi: "Bu, 50 min hədisin biridir.” Cabir hədis nəql edəndə (Zəhəbi "Mizan”da onun şərhi-halında yazdığı kimi) deyirmiş: "Vəsiyyül-övsiya mənə belə dedi.” İbn Ədi ("Mizan”da şərhi-halında olduğu kimi) demişdir: "Ona irad tutulan eyiblərdən biri bu idi ki, o, Rəcətə (dünyaya qayıdış) inanırmış.” Zəhəbi "Mizan”da onun şərhi-halında Zaidədən nəql edir ki, Cabir Cöfi rafizi idi və söyərdi.
    Mən deyirəm bütün bunlara baxmayaraq Nisai və Əbu Davud onun hədislərini nəql etmişlər. "Səhih-Nisai” və "Səhih-Əbu Davud”un "səcdəyi-səhv” bablarına müraciət etsəniz hədislərini tapa bilərsiniz. Şöbə, Əbu Əvanə və bu təbəqədən bir çoxları ondan hədis öyrənmişlər. Zəhəbi "Mizan” kitabında "Əbu Davud” və "Tirmizi” rəmzini adının kənarında yazmış və bununla onların onu mötəbər saydıqlarına işarə etmiş və Süfyanın sözünə əsasən Cabir Cöfi hədis nəqlində pəhrizkar və təqvalı şəxs olmuşdur. Süfyan demişdir: "Mən ondan daha pəhrizkarını görmədim.” Şöbə demişdir: "Cabir düzdanışandır... Hər zaman o, "انبأنا و حدّثنا و سمعتُ” deyərkən ən etimadlı şəxslərdən sayılır.” Vəki demişdir: "Əgər hər şeydə şübhə etmişsinizsə də, Cabir Cöfinin doğru və etibarlı olmasında şübhə etməyin.” İbn Əbdül-Həkəm, Şafeidən eşitmişdir ki, Süfyan Suri Şöbəyə demişdir: "Əgər Cabir Cöfi haqqında nalayiq söz desən, mən də sənə deyəcəyəm.”
    Cabir 127 və ya 128-ci ildə vəfat etmişdir. Allah rəhmət eləsin.
    14. Cərir ibn Əbdül-Həmid Zəbbi Kufi.
    İbn Qüteybə "Maarif” kitabında onu şiə bilmiş, Zəhəbi "Mizan” kitabında adının kənarında rəmz yazmış və bununla işarə etmişdir ki, bütün "Sihah” yazanlar onun hədislərini nəql etmiş və mötəbər saymışlar. Zəhəbi onu tərifləmiş və demişdir: "Rey əhlinin alimi olub və düzdanışandır.” Bir çox kitablarda onun hədislərindən dəlil gətirilir. O, qeyd edir ki, onun mötəbər olması haqda hamı eyni fikirdədir. Onun Əməş, Müğeyrə, Mənsur, İsmail ibn Əbu Xalid və Əbu İshaq Şeybanidən nəql etdiyi hədislər "Səhih-Buxari” və "Səhih-Müslim”də vardır. Həmçinin Qüteybə ibn Səid, Yəhya ibn Yəhya və Osman ibn Əbu Şeybənin ondan nəql etdikləri rəvayətləri bu iki "Səhih”də mülahizə edə bilərsiniz.
    O, 187-ci ildə 77 yaşında Reydə vəfat etmişdir. Allah rəhmət etsin.
    15. Cəfər ibn Ziyad Əhmər Kufi.
    Əbu Davud onun haqda demişdir: "Düzdanışan və şiə məzhəblidir.” Cüzcani demişdir: "Yolundan və təriqətindən azmışdır.” İbn Ədi demişdir: "Layiqli şiədir.” Onun nəvəsi Hüseyn ibn Əli ibn Cəfər ibn Ziyad demişdir: "Cəddim Cəfər Xorasanda şiə başçılarından olub.”
    Əbu Cəfər Dəvaniqi əmr vermişdi ki, Cəfəri onun yanına gətirsinlər. Beləliklə onu bir qrup şiə ilə, boyunlarına zəncir salıb onun yanına apardılar. Dəvaniqi onları zirzəmidə tikdirdiyi zindanlarda ömürlük həbs etdi.
    İbn Üyəynə, Vəki, Əbu Qəssan Mehdi, Yəhya ibn Bişr Həriri və İbn Mehdi ondan hədis öyrənmişlər. Deməli o, onların ustadıdır. İbn Müin və başqaları onu etimadlı bilmişlər. Əhməd demişdir: "Onun hədisləri doğrudur.”. Zəhəbi "Mizan” kitabında adını çəkmiş və bunları onun şərhi-halında yazmışdır. O, adının kənarında Tirmizi və Nisai rəmzini yazmış və bildirmişdir ki, onun hədislərini mötəbər sayırlar.
    Onun Bəyan ibn Bişr və Əta ibn Saibdən və bu təbəqədən olan bir qrup başqalarından nəql etdiyi hədisləri "Səhih-Tirmizi” və "Səhih-Nisai”də oxuya bilərsən.
    O, 167-ci ildə vəfat etmişdir.
    16. Cəfər ibn Süleyman Zəbi Bəsri Əbu Süleyman.
    İbn Qüteybə özünün "Maarif” kitabının 206-cı səhifəsində onu şiə hesab etmiş və İbn Səd onun adını öz Rical kitabında çəkmiş və açıq şəkildə onu şiə və etibarlı adlandırmışdır. Əhməd ibn Miqdam onu rafizi kimi tanımışdır. İbn Ədi də demişdir: "Şiədir və mənim fikrimcə eybi yoxdur, hədislərini inkar etmirlər. Məncə tərifə layiqdir və hədislərini qəbul etmək lazımdır.” Əbu Talib deyir: Əhməddən eşitdim ki, deyirdi: "Cəfər ibn Süleyman Zəbinin eyib-nöqsanı yoxdur.” (rəvayətlərini qəbul etmək olar) Ona dedilər: "Süleyman ibn Hərb deyir ki, Cəfərin hədislərini yazmaq lazım deyil.” Cavab verdi: Yox, o bu işi inkar etmir. İş yalnız bundadır ki, Cəfər şiədir və Əlinin fəzilətləri haqqında hədislər söyləyir...”
    İbn Müin demişdir: "Əbdür-Rəzzaqdan bir söz eşitdim və beləliklə məzhəbinə aid dəlil gətirə bildim. O söz bundan ibarət idi ki, Əbdür-Rəzzaqa dedim: "Sənin ustadların Müəmmərə, İbn Cərih, Övzai, Malik və Süfyan hamısı sünnə əhli idilər, bəs sən bu məzhəbi (Əhli-beyt məzhəbini) kimdən öyrəndin? Cavab verdi: Cəfər ibn Süleyman Zəbi ilə görüşümüzdə mən onun fazil, əhli-hidayət və yaxşı bir insan olduğunu gördüm və bu məzhəbi (şiə məzhəbini) ondan öyrəndim.”
    Mən deyirəm, Məhəmməd ibn Əbu Bəkr Məqdəminin fikri İbn Müinin fikrinin əksinə idi. Çünki o, inanır ki, Cəfər şiə məzhəbini Əbdür-Rəzzaqdan öyrənib, ona görə də həmişə onu qarğış edirdi və deyirdi: Kaş Əbdür-Rəzzaq öləydi, onu bir daha görməyəydim. Ondan başqa heç kəs Cəfəri azdırmadı və Cəfəri şiə etdi.”
    Əqili, Səhl ibn Əbu Xədusədən nəql edir ki, Cəfərə dedim: "Eşitmişəm Əbu Bəkr və Öməri söyürsən?” Cavab verdi: Söymək ki, yox, amma istədiyin qədər kin və qəzəbim onlara var.”
    İbn Həyyan "Siqat” kitabında Cərir ibn Yəzid ibn Harundan nəql edir: "Atam məni Cəfər Zəbinin yanına göndərdi ki, ona deyimsən Əbu Bəkr və Öməri söyürsən? Cavab verdi: Söyüş yox, amma ürəyimdə istədiyin qədər kin və qəzəb var!” Deməli, məlum olur ki, o rafizidir...”
    Zəhəbi "Mizan” kitabında onun adını çəkmiş və dediklərimizi orada gətirib, nəhayət, açıq-aşkar yazmışdır: "O öz şiəliyində mömin alimlərdən idi.” Zəhəbinin dediyi kimi, Müslim öz "Səhih”ində onun rəvayətlərini mötəbər bilmiş, ondan hədis nəql etmişdir. Zəhəbi, Cəfərin şərhi-halında bu məsələyə işarə etmişdir.
    Sabit Bənani, Cəd ibn Osman, Əbu İmran Cuni, Yəzid ibn Rəşk, Səid Cəriridən nəql etdiyi hədislər və Qütn ibn Nəsir, Yəhya ibn Yəhya, Qüteybə, Məhəmməd ibn Übeyd ibn Hisab, İbn Məhdi və Müsəddədin ondan nəql etdikləri hədislərini "Səhih-Müslim”də oxuya bilərsiniz. Elə o, "Yəzid Rəşk”dən, "Mütərrif”dən və "İmran ibn Hüseyn”dən bu hədisi nəql etmişdir: "Peyğəmbər bir dəfə Əlinin (ə) başçılığı ilə bir qoşun göndərdi və əsgərlərdən bəzisi Əlidən (ə) şikayət edəndə Peyğəmbər (s) buyurdu: Əlidən nə istəyirsiniz? Əli məndəndir və mən Əlidən. O, məndən sonra bütün möminlərin vəlisi olacaqdır.” Nisai bunu özünün "Səhih”ində yazmış və İbn Ədi onu "Səhih-Nisai”dən nəql etmişdir. Və Zəhəbi "Mizan”da Cəfərin şərhi-halında onu aydınlaşdırmışdır.
    O, 178-ci il Rəcəb ayında vəfat etmişdir. Allah rəhmət eləsin.
    17. Cəmi ibn Ümeyrə ibn Sələbə Kufi Teymi Teymullah.
    Əbu Hatəm "Mizanul-Etidal”da onun şərhi-halının axırında olduğu kimi onun adını çəkmiş və demişdir: "Kufəlidir, hədisləri doğrudur və əsilli, şərafətli və yaxşı şiələrdəndir.” İbn Həbban "Mizan”da olduğu kimi, adını çəkmiş və demişdir: "Rafizidir.”
    Mən deyirəm: Əla ibn Saleh, Sədəqə ibn Müsənna və Həkim ibn Cübeyr ondan hədis söyləmişlər. Buna görə də o, bunların ustadı sayılır. Zəhəbinin "Mizanul-Etidal” kitabına əsasən Tirmizi onu yaxşı və gözəl şəxs kimi tərifləmişdir.
    Cəmi ibn Ümeyrə "tabein”lərdəndir. O, İbn Ömər və Ayişədən hədis nəql etmişdir. Onlardan biri budur: İbn Ömər deyirmiş, eşitmişəm ki, Peyğəmbər (s) həmişə Əliyə (ə) buyurardı: «انت أخي في الدنيا و الآخره» "Sən bu dünyada və axirətdə mənim qardaşımsan.”
    "Ha”
    18. Haris ibn Həsirə Əbu Nöman Əzdi Kufi.
    Əbu Hatəm Razi demişdir: "O əsil, şərafətli və yaxşı bir şiədir.”
    O, "rəcət”ə mötəqid şəxs idi. İbn Ədi demişdir: "Onu etibarca zəif gördüyümə baxmayaraq rəvayətləri yazılır. O, Kufəni şiəlik atəşinə salanlardandır.” Zənic deyir: "Mən Cərirdən soruşdum: Haris ibn Həsirəni görmüsən? Dedi: Bəli, böyük və vüqarlı bir qoca, sakit və dərin sükuta malik şəxsdir. Mühüm iş üstündə inadkardır.” Yəhya ibn Müin demişdir: "Düzdanışan, əqidəsində möhkəm və "xəşəbiyyə”lərdəndir (Muxtarın tərəfdarları).”
    Suri, Malik ibn Muğul, Abdullah ibn Nümeyr və bu təbəqədən olan başqaları ondan hədis öyrənmişlər. O, onların ustadı və etimad etdikləri şəxs idi. Zəhəbi "Mizan” kitabında onun adını çəkmiş, sizə nəql etdiklərimin hamısını onun haqqında demişdir. Onun Zeyd ibn Vəhəb, Əkrəmə və bu təbəqədən olan başqalarından nəql etdiyi hədislər "sünən” kitablarında mövcuddur. Nisai, İbad ibn Yəqub Rəvacini vasitəsilə Abdullah ibn Əbdül-Məlik Məsudi, Haris ibn Həsirə və Zeyd ibn Vəhəbdən belə nəql edir: Eşitdim Əli (ə) deyirdi: Mən Allahın bəndəsi və onun rəsulunun qardaşıyam. Məndən başqa bu iddiada olan kəs yanacaqdır.” Haris ibn Həsirə, Əbu Davud Səbiidən və İmran ibn Həsindən belə nəql edir: "Mən Peyğəmbərin (s) yanında oturmuşdum və Əli (ə) də yanında idi. Peyğəmbər (s) bu ayəni oxudu: أَمَّن يُجِيبُ الْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ السُّوءَ وَيَجْعَلُكُمْ خُلَفَاء الْأَرْضِ "(Bütlər yaxşıdır) yoxsa əli hər yerdən üzülüb darda qalan birisi ona (Allah) dua etdiyi zaman onun duasını qəbul edən, (sizdən) şəri sovuşduran, sizi yer üzünün xəlifələri edən kimsə?...” Əli (ə) birdən titrədi. Peyğəmbər (s) əlini onun çiyninə vurub dedi: «لا يُـحبّك الا مؤمن و لا يُـبغضك الا منافق الي يوم القيامة» "Səni qiyamətə qədər mömindən savayı heç kim sevməz, münafiqdən başqa heç kəs sənə kin bəsləməz.”
    Bu hədisi Məhəmməd ibn Kəsir və başqaları Haris ibn Həsirədən nəql etmişlər. Zəhəbi, Nəfi ibn Harisin şərhi-halında həmin sənəd ilə bu hədisi nəql etmişdir. O, sənəddə Haris ibn Hərisədən bəhs edəndə deyir: "Düzdanışan və rafizidir.”

    Category: Əl-Muraciat | Added by: Islam_Kitabxanasi
    Views: 891 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024