İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Əl-Muraciat

    Əl-Muraciat
    2011-12-30, 7:48 AM
    56. Osman ibn Ümeyr Əbu Yəğzan Səqəfi Kufi Bəcəli. Ona Osman ibn Əbu Zərə, Osman ibn Qeys və Həmid də deyirlər.
    Əbu Əhməd Zübeyri demişdir: O mömin idi və "rəcət”ə inanırdı. Əhməd ibn Hənbəl demişdir: "Əbu Yəğzan İbrahim ibn Abdullah ibn Həsənin qiyamında iştirak etmişdir.” İbn Ədi deyir: "Onun məzhəbi qəbul ediləsi deyil. O, "rəcət”ə inanırdı, lakin (hədisdə) "zəif” olmasına baxmayaraq, etimadlı şəxslər ondan hədis nəql etmişlər.”
    Mən deyirəm: Onlar hər vaxt bir şiə hədisçisinə eyib tutmaq, onun məqam və qədrini azaltmaq istəyəndə "rəcət”ə etiqad məsələsini ona aid edirdilər. Buna görə də Osman ibn Ümeyri "zəif” bilmiş və İbn Müin də demişdir ki, onun sözünün dəyəri yoxdur. Lakin onun haqqında deyilənlər Əməş, Süfyan, Şöbə, Şərik və bu təbəqədən olan şəxslərin onun hədislərini öyrənməyinə mane olmamışdır. Əbu Davud, Tirmizi və başqaları hədislərini nəql etmiş və ondan dəlillər gətirmişlər. Onun Ənəs və başqalarından nəql etdiyi hədislərini oxuya bilərsiniz. Bu deyilənləri Zəhəbi "Mizanül-Etidal”da onun şərhi-halında yazmış və üləmanın onun haqqında dediklərini nəql edərkən adının yanında "D.T.Q.” rəmzlərini yazmaqla onun hədislərini nəql edən "sünən” yazıçılarına işarə etmişdir.
    57. Ədi ibn Sabit Kufii.
    İbn Müin deyir: "Şiədir. Şiəlikdə inadkar ifratçıdır.” Darü-Qütni deyir: "Rafizidir və rafizilikdə ifrata varmışdır və etimadlıdır.” Cüzcani demişdir: "Doğru yoldan (sünnə əhlinin getdiyi yoldan) azmışdır.” Məsudi deyir: "Şiə sözü və əqidələrində, aydın danışıq və iradə möhkəmliyində Ədi ibn Sabitdən savayı bir kəs görmədim.” Zəhəbi "Mizanül-Etidal”da onu yad etmiş və demişdir: "O, şiə alimi, onların doğru danışanı, qazi və məscidlərinin imamıdır. Əgər bütün şiələr onun kimi olsaydılar, şər və pislikləri az olardı.” Sonra şərhi-halını davam etdirərək adları çəkilən alimlərin sözlərini nəql edir və onun etimadlı olmasını Darü-Qütni, Əhməd Hənbəl, Əhməd İcli və Əhməd Nisaidən söyləyərək "Sihahi-Sittə”nin müəlliflərinin rəmzini adının yanında yazmış və hədisdə onunla həmfikir olduqlarına işarə etmişdir. Siz "Səhih-Buxari” və "Səhih-Müslim”də onun Bəra ibn Azibdən, anasının cəddi Abdullah ibn Yəziddən, Abdullah ibn Əbu Ovf, Süleyman ibn Sürəd və Səid ibn Cübeyrdən nəql etdiyi hədisləri mülahizə edə bilərsiniz. Amma Zərr ibn Həbiş və Əbu Hazim Əşcəidən söylədiyi hədis yalnız "Səhih-Müslim”dədir. (Yeri gəlmişkən qeyd etmək lazımdır ki,) Əməş, Müsər, Səid, Yəhya ibn Səid Ənsari, Zeyd ibn Əbu Ənisə və Füzeyl ibn Qəzvan ondan rəvayət nəql etmişlər.
    58. Ətiyyə ibn Səd ibn Cənadə Ufi Əbül-Həsən Kufi, məşhur tabeinlərdəndir.
    Zəhəbi "Mizanül-Etidal”da adını çəkmiş və Salim Muradidən nəql etmişdir ki, Ətiyy şiəliyə inanırdı. İbn Qüteybə "Maarif”də hədis səhabələrindən danışarkən onun nəvəsi Ufi Qazi, yəni Hüseyn ibn Həsən ibn Ətiyyədən bəhs edəndən sonra ondan söz açaraq demişdir: "Ətiyyə ibn Səd Həccacın zamanında din və şəriət bilənlərdən idi və şiəliyə inanırdı.” O, "Maarif” kitabının "firqələr” babında şiə şəxsiyyətləri sırasında, yenə Ətiyyə ibn Ufini onlardan hesab etmişdir. İbn Səd "Təbəqat”ın(154-cü xütbə.) 6-cı cildində onu şiəlikdə nüfuzlu və sabitqədəm kimi təqdim etmişdir. Atası Səd ibn Cənadə imam Əlinin (ə) əshabələrindən idi. Kufədə olan zaman imam Əlinin (ə) yanına gəldi və ərz etdi: Ey Əmirəl-möminin! Mənim bir oğlum olmuşdur, ona ad qoy. İmam buyurdu: "Bu Allah ətiyyəsidir (hədiyyəsidir).” Ona görə də Ətiyyə adlandı.
    "Təbəqat”da İbn Səd deyir: "Ətiyyə, Əşəsin oğlu ilə birlikdə Həccaca qarşı mübarizəyə qalxdı. İbn Əşəsin orudusu məğlub olandan sonra Ətiyyə fars vilayətinə qaçdı. Həccac öz naibi Məhəmməd ibn Qasimə yazdı: Ətiyyəni çağır və ondan tələb et ki, Əliyə (ə) lənət etsin, əgər belə etməsə, onda ona dörd yüz qamçı vur və başını və saqqalını qırxdır. Həmin şəxs onu çağırdı və Həccacın məktubunu ona oxudu. Ətiyyə qulaq asmadı. Hakim ona dörd yüz qamçı vurdu, başını və saqqalını qırxdırdı.
    Qüteybə Xorasanın valisi olan zaman Ətiyyə ora getdi. Ömər ibn Hübeyrə (İraqın valisi olan zaman) Ətiyyə ona məktub yazıb İraqa gəlməyə icazə istədi. O, icazə verdi. Ətiyyə Kufəyə gəldi və 111-ci ilə qədər Kufədə yaşadı.
    İbn Səd deyir: "O, etimadlı şəxs idi və ondan qiymətli hədislər yadigar kimi qalmışdır.”
    Mən deyirəm: Onun nəvələri vardır ki, hamısı Ali-Məhəmməd (s) şiələrindəndir. Onların arasında fazil, ağıllı, zirək və görkəmli şəxslər vardır. Məsələn, Həfsə ibn Qiyasdan sonra Şərqiyyənin (Misirin şəhərlərindən biri) rəhbərliyini və qazilik işlərini öhdəsinə alan Hüseyn ibn Həsən ibn Ətiyyəni göstərmək olar ki, sonra o, Mehdinin qoşununa köçürüldü və 201-ci ildə vəfat etdi. Həmçinin, Məhəmməd ibn Səd ibn Məhəmməd ibn Həsən ibn Ətiyyə Bağdadın(147-ci xütbə.)qazisi və hədisçilərindən idi. O, atası Səddən və əmisi Hüseyn ibn Həsən Ətiyyədən hədis nəql etmişdir.
    Ətiyyə Ufinin şərhi-halına qayıdaq. Əbu Davud, Tirmizi onun hədislərindən dəlillər gətirmişlər. Bu iki şəxsin "Səhih”ində İbn Abbas və İbn Ömərdən nəql etdiyi hədislər vardır.
    O, Əli ibn Həsəndən, atasından və behişt qadınlarının seyyidəsi Zəhradan da hədis nəql etmişdir. Oğlu Həsən ibn Ətiyyə, Həccac ibn Ərtat, Müsər, Həsən ibn Üdvan və başqaları ondan hədis nəql etmişlər.
    59. Əla ibn Saleh Teymi Kufi.
    Əbu Hatəm onun adını çəkmiş ("Mizanül-Etidal”da şərhi-halında deyildiyi kimi) və onu xalis şiələrdən hesab etmişdir.
    Mən deyirəm: Buna baxmayaraq Əbu Davud, Tirmizi onun hədislərindən dəlillər gətirmişlər və İbn Müin onu etimadlı saymışdır. Əbu Hatəm və Əbu Zərə deyiblər: "Hədislərinə əməl etməyin eybi yoxdur.” Siz onun Yəzid ibn Əbu Məryəm, Həkəm ibn Üteybədən nəql etdiyi hədislərini "Səhih-Tirmizi” və "Səhih-Əbu Davud” və sünnə əhlinin başqa hədis kitablarında mülahizə edə bilərsiniz. Əbu Nəim, Yəhya ibn Bəkir və bu təbəqədən digər bir qrup ondan hədis söyləmişlər. Və ibn Əla məkkəli şair Əla ibn Əbil-Abbas deyildir, belə ki, şair Əla Süfyan ibn Üyəynə və Süfyan Surinin şeyx və ustadlarından və Əbu Tüfeyldən rəvayətlər nəql etmişdir. Buna görə də o, Əla ibn Salehdən əvvəl yaşamışdır. Bundan əlavə, Əla ibn Saleh Kufə əhli, şair Əla isə Məkkə əhlidir. Zəhəbi "Mizanül-Etidal”da hər ikisinin adını çəkmiş və nəql etmişdir ki, hər ikisi şiə şəxsiyyətlərindəndir. Şair Əlanın Əmirəl-möminin (ə) haqqında mədhləri vardır ki, onlar haqqı aşkar etməkdə kəskin və parlaq dəlillərdir. Onun imam Hüseyn (ə) haqqında mərsiyələri də vardır... Allah, Peyğəmbər (s) və möminlər buna görə ona minnətdardırlar.
    60. Əlqəmə ibn Qeys ibn Abdullah Nəxəi Əbu Şibl, Yəzidin oğulları Əsvəd və İbrahimin əmisi.
    O, Ali-Məhəmmədin övliyalarından idi. Şəhristani "Miləl və Nihəl” kitabında onu şiə adlandırmışdır. O, elə hədis başçılarındandır ki, Əbu İshaq Cüzcani adlarını çəkmiş və demişdir: "Bir qrup Kufə əhli var idi ki, camaat onların məzhəbinə (şiə olduqlarına görə) sitayiş etmirdi. Onlar Kufə hədisçilərinin başçıları idilər.”
    Əlqəmə və qardaşı Übeyy Əlinin (ə) əshabələrindən idilər və "Siffeyn” döyüşündə iştirak etmişdilər. Übeyy döyüşün qızğın çağında şəhid olmuşdur. Çox namaz qıldığı üçün ona "Übeyyüs-səlat” deyirdilər. Amma Əlqəmə qılıncını o zalım və üsyançıların qanı ilə sirab etdi. O həngamədə ayağı zədələndi. Deməli o, Allah yolu mücahidlərindən sayılır və son nəfəsə qədər Müaviyə ilə düşmən olaraq qaldı. Bir dəfə Əbu Bərdə, Əlqəmənin adını Müaviyənin hökmranlığı zamanında onun görüşünə gedəcək adamların sırasında yazdı. Əlqəmə razı olmayıb Əbu Bərdəyə məktub yazdı: "Adımı sil, adımı sil.” Bu məsələni İbn Səd "Təbəqat” kitabının 6-cı cildində (57-ci səh.-də) onun şərhi-halında yazmışdır.
    Sünnə əhli –onun şiə olmasından agah olmalarına baxmayaraq– onu ədalətli və əzəmətli saymışdır. "Sihahi-Sittə” əshabələri və başçıları onun hədislərindən dəlil gətirmişlər. Siz onun "Səhih-Buxari” və "Səhih-Müslim”də ibn Məsud və Əbu Dərda və Ayişədən nəql etdiyi hədislərini mülahizə edə bilərsiniz. Amma Osman və İbn Məsuddan söylədiyi hədislərini "Səhih-Müslim”də oxuya bilərsiniz. Qardaşı oğlu İbrahim Nəxəi ondan hədis nəql etmişdir ki, "Səhih-Buxari” və "Səhih-Müslim”də vardır. Yenə Əbdür-Rəhman ibn Yəzid, İbrahim ibn Yəzid və Şəbi ondan rəvayət söyləmişlər ki, "Səhih-Müslim”də mövcuddur.
    O, 62-ci il Kufədə vəfat etmişdir. Allah rəhmət eləsin.
    61. Əli ibn Bədimə.
    Zəhəbi "Mizanül-Etidal” kitabında adını çəkmiş və Əhməd ibn Hənbəldən nəql etmişdir ki, onun hədisləri yaxşı və onlara əməl olunmağa və dəlil gətirilməyə səlahiyyətlidir. O, şiə başçılarındandır. İbn Müindən nəql etmişdir ki, ona etimad bəsləmiş və demişdir ki, o, Əkrəmə və başqalarından hədis söyləmiş, Şöbə və Müəmmər ondan hədis nəql etmiş və adının yanında rəmz yazmaqla hədis kitablarını yazanların ondan hədis nəql etmələrinə işarə etmişdir.
    62. Əli ibn Cəd Əbül-Həsən Cövhəri Bağdadi Mövla Bəni Haşim.
    O, Buxarinin ustadlarından biridir. İbn Qüteybə "Maarif” kitabında onu şiə şəxsiyyətlərindən hesab etmiş və ("Mizanül-Etidal”da şərhi-halında yazıldığı kimi) haqqında nəql olunmuşdur ki, o, bütün altmış ili bir gün oruc tutar, bir gün iftar edərmiş (yəni bir gündən bir oruc tutardı). İbn Qeysərani "Cəmi beyni ricalis-səhiheyn” kitabında onun adını çəkmiş və demişdir ki, Buxari öz kitabında ondan on iki hədis nəql etmişdir.
    Mən deyirəm: O, 203-cü ildə 96 yaşında vəfat etmişdir.
    63. Əli ibn Zeyd İbn Abdullah ibn Zəhir ibn Əbu Məleykə ibn Cəzan Əbül-Həsən Qürəşi Teymi Bəsri.
    Əhməd İcli onu xatırlamış və demişdir: "O, şiə məzhəbinə inanırdı.” Yəzid ibn Zəri deyir: "Əli ibn Zeyd rafizidir.”
    Bununla belə Şöbə, Əbdül-Varis və bu təbəqədən olan tabein alimləri ondan hədis və elm öyrənmişlər. O, Bəsrənin üç fəqihindən biri olmuşdur. Artıq Qətadə, Əli ibn Zeyd və Əşəs Hədaninin hər üçünün kor olduğu zaman Həsən Bəsri vəfat edərkən, Əli ibn Zeyddən xahiş etdilər ki, onun yerinə keçsin). Bu onun fəzlinə xatir idi, çünki o, əzəmətdə elə bir mərhələyə çatmışdı ki, məclisində yalnız tanınmış, böyük şəxsiyyətlər oturardı və belə bir mövqe Bəsrədə bir şiə üçün nadir hallardan sayılırdı.
    Zəhəbi "Mizanül-Etidal”da onun adını çəkmiş və dediklərimizi yazmışdır. Qeysərani "Cəmi beyni ricali-səhiheyn” kitabında şərhi-halını yazmış və xatırlamışdır ki, Müslim onun rəvayətlərini "Sabit Bənani” ilə birlikdə nəql etmişdir. O, Ənəs ibn Malikdən cihadaa aid rəvayətlər nəql etmişdir.
    O, 131-ci ildə vəfat etmişdir.
    64. Əli ibn Saleh, Həsən ibn Salehin qardaşı.
    Fəzilətlərindən bir qismini qardaşı Həsənin şərhi-halında yazdıq. O, qardaşı kimi şiə alimlərindəndir. Müslim və "Səhih”ində "büyu” (al-ver) fəslində onun hədislərindən dəlillər gətirmişdir. Əli ibn Saleh, Səlmə ibn Küheyldən, Vəki isə Əli ibn Salehdən hədis nəql etmişdir ki, hər ikisi şiələrdəndir.
    O və qardaşı Həsən 100-cü ildə anadan əkiz doğulmuşlar.
    O, 151-ci ildə vəfat etmişdir.
    65. Əli ibn Qürab Əbu Yəhya Fəzari Kufi.
    İbn Həyyan deyir: "Şiəlikdə ifrata varmışdır.”
    Mən deyirəm: Buna görə də Cüzcani demişdir: "O, süqut etmişdir, sözü qəbul olunmur və Əbu Davud demişdir: Hədislərini söyləmirlər.
    Amma İbn Müin və Darü-Qütni ona etimad etmiş və Əbu Hatəm demişdir: "Hədislərində nöqsan yoxdur.” Əbu Zərə deyir: "Məncə o, düzdanışandır.” Əhməd ibn Hənbəl deyir: "Düzdanışandır.” Zəhəbi onu "Mizanül-Etidal”da yad etmiş və "cərh və tədil” imamlarının (alimlərinin) sözlərini eşitdiyi kimi, nəql etmiş və adının kənarında "S. Q.” əlaməti qoymaqla "sünən” yazıçılarının onun hədislərindən dəlillər gətirmələrinə işarə etmişdir. O, Hişam ibn Ürvə və Übeydullah ibn Ömərdən hədis nəql etmişdir.
    İbn Səd "Təbəqat” kitabının altıncı cildinin 273-cü səhifəsində adını çəkib demişdir: "İsmail ibn Rəca Osman haqqında Əməşin hədisini ondan nəql etmişdir.
    O, 184-cü ilin başlanğıcında Harunun hökmranlığı zamanı Kufədə vəfat etmişdir.
    66. Əli ibn Qadim Əbül-Həsən Xüzai Kufi.
    Əhməd ibn Fəratın ustadı olmuş, Yəqub Fəsai və bu təbəqədən bir qrup şəxslər ondan hədis söyləmiş və rəvayətlərindən dəlil gətirmişlər. İbn Səd "Təbəqat”ın altıncı cildinin 282-ci səhifəsində onu xatırlamış və aydınlaşdırmışdır ki, o, çox inadkar şiə olmuşdur.
    Mən deyirəm: Elə buna görə Yəhya onu zəif hesab etmişdir. Amma Əbu Hatəm demişdir: "O düzdanışandır. Zəhəbi "Mizanül-Etidal”da onu yad etmiş, dediyim kimi, üləmanın onun haqqında dedikləri sözləri nəql etmiş və adının yanında rəmz qoymaqla Əbu Davud və Tirmizinin onun hədislərini nəql etdiklərinə işarə etmişdir. Bu iki şəxsin fikrinə görə o, Səid ibn Əbu Ərubə və Qətərdən hədis nəql etmişdir. Allah rəhmət eləsin.
    67. Əli ibn Münzər Təraifi.
    Tirmizi, Nisai, İbn Said, Əbdür-Rəhman İbn Əbu Hatəm və bu təbəqədən olan başqalarının ustadıdır və ondan hədis söyləmiş və hədislərindən dəlillər gətirmişlər. Zəhəbi "Mizanül-Etidal”da adını çəkmiş və "T. S. Q.” rəmzini adının yanında yazmaqla "sünən” yazanların onun hədislərini nəql etdiklərinə işarə etmişdir. O, Nisaidən nəql etmiş və təsdiq etmişdir ki, Əli ibn Münzər xalis şiə və etimadlıdır. İbn Əbu Hatəm demişdir: "O, düzdanışandır.” O, İbn Füzeyl, İbn Üyəynə və Vəlid ibn Müslimdən hədis söyləmişdir. Buna görə Nisai şəhadət verir ki, o şiədir, sonra öz "Səhih”ində onun hədislərindən dəlil gətirmişdir. Deməli, nahaq söz danışanlar ibrət almalıdırlar.
    İbn Münzər 256-cı ildə vəfat etmişdir. Allah rəhmət eləsin.
    68. Əli ibn Haşim ibn Bərid Əbül-Həsən Kufi Xəzzaz Aizi.
    İmam Əhmədin şeyx və ustadlarındandır. Əbu Davud onu zikr etmiş və demişdir: "Etimadlı şəxs və şiədir.” İbn Həyyan demişdir: "Əli ibn Haşim şiəlikdə ifrata varmışdır.” Cəfər ibn Əban deyir: "Eşitdim İbn Nümeyr deyirdi: "Əli ibn Haşim şiəlikdə ifrata varmışdır.” Buxari deyir: "Əli ibn Haşim və atası məzhəblərində ifrata varardılar.”
    Mən deyirəm: Buna görə Buxari onu tərk etmiş və hədislərini qəbul etməmişdir. Amma "sihah” yazanlardan beş nəfər başqası onun hədislərindən dəlil gətirmişlər. İbn Müin və başqaları ona etimad etmişlər. Əbu Davud onu "sabit” və etimadlı şəxslərdən hesab etmişdir. Əbu Zərə demişdir: "O, düzdanışandır.” Nisai deyir: "Onun nöqsanı yoxdur və hədislərinə əməl etmək olar.” Zəhəbi "Mizanül-Etidal” kitabında onun adını çəkmiş, bu deyilənləri onun haqqında nəql etmişdir.” Xətib Bağdadi, Əli ibn Haşimin şərhi-halında nəql etmişdir ki, Əli ibn Mədəni demişdir: "Əli ibn Bərid düzdanışan şiə idi.” Xətib, Məhəmməd ibn Əli Acuridən belə nəql edir: "Əbu Davuddan Əli ibn Haşim ibn Bəridi soruşdum. O, dedi: Onun haqqında İsa ibn Yunisdən soruşdular, o, cavab verdi: O, şiələrdəndir. Onlar yalana yol verməzlər.” Xətib həmçinin İbrahim ibn Yəqub Cüzcanidən də nəql edir ki, Haşim ibn Bərid və oğlu Əli ibn Haşim məzhəblərində ifrata varıblar.
    Mən deyirəm: Buna baxmayaraq "Sihah” yazanlardan beş nəfəri onun hədislərindən dəlil gətirmişlər. Siz onun hədislərini "Səhih-Müslim”in "nikah” kitabında Hişam ibn Ürvədən və "istezan”da Təlhə ibn Yəhyadan söylədiyi hədisi mülahizə edə bilərsiniz. Yenə Əbu Müəmmər, İsmail ibn İbrahim və Abdullah ibn Ömər ibn Əbanın ondan nəql etdikləri hədisləri "Səhih-Müslim”də vardır. Əhməd Hənbəl və Əbu Şeybənin oğulları və bu təbəqədən bir dəstə Əli ibn Hişamın tələbələri ondan hədis nəql etmişlər. Zəhəbi deyir: "O, 181-ci ildə vəfat etmişdir.” Zəhəbi əlavə etmişdir ki, o, Əhmədin vəfat edən ilk ustadıdır.
    69. Əmmar ibn Ruzeyq Kufi.
    Süleymani onu rafizi adlandırmışdır. Belə ki, Zəhəbi "Mizanül-Etidal” kitabında Əmmarın şərhi-halında bunu aydınlaşdırmışdır.
    Buna baxmayaraq Müslim və Nisai hədislərindən dəlillər gətirmişlər. Onun Əməş, Əbu İshaq Səbii, Mənsur və Abdullah ibn İsadan nəql etdiyi hədisləri "Səhih-Müslim”də vardır. Müslimin fikrincə, Əbül-Cəvab, Əbül-Əhvəs Səlam, İbn Əhməd Zübeyri və Yəhya ibn Adəm ondan hədis söyləmişlər.
    70. Əmmar ibn Müaviyə ya İbn Əbu Müaviyə, ona İbn Xəbbab, bəzən İbn Saleh Duhəni Bəcəli Kufi də deyilir. Künyəsi Əbu Müaviyədir.
    O, şiə qəhrəmanlarından sayılır. Ali-Məhəmmədə (s) məhəbbət bəslədiyi üçün çoxlu əziyyətlər çəkmiş və Bişr ibn Mərvan onun ayaqlarını topuqdan kəsmişdir. O, Süfyan ibn Üyəynə, Süfyan Suri, Şərik və Əbarın ustadı olmuş, ondan hədis öyrənmiş və dəlillər gətirmişlər. Əhməd, İbn Müin, Əbu Hatəm və başqaları ona etimad etmişlər. Zəhəbi onu yad etmiş və dediklərimizi "Mizanül-Etidal”da şərhi-halında xatırlamış, şiə və etimadlı olduğunu aydınlaşdırmışdır. Açıq demişdir ki, Əqilidən başqa kimsənin onun haqqında əskik söz dediyini bilmir və şiəlikdən savayı başqa bir eyibi yoxdur.
    O, 133-cü ildə vəfat etmişdir. Allah rəhmət eləsin.
    Category: Əl-Muraciat | Added by: Islam_Kitabxanasi
    Views: 433 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024