İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Əl-Muraciat

    Əl-Muraciat
    2011-12-30, 7:47 AM
    71. Əmr ibn Abdullah Əbu İshaq Səbii Həmdani Kufi.
    "Maarif” kitabında İbn Qüteybə və "Miləl və Nihəl” kitabında Şəhristaninin aşkar dediyinə əsasən, o, şiə olmuş və hədis yazanların başçılarındandır. Nasibilər isə belələrinin məzhəbini üsul və füruda yaxşı hesab etmirlər. Çünki onlar Əhli-beyt yolu ilə gedirlər və dinə aid hər bir şeydə onlara tabedirlər. Buna görə də Cüzcani –"Mizanül-Etidal”da Zəbidin şərhi-halında yazıldığı kimi–deyir: "Kufədə bir dəstə adam var ki, camaat onların dinini yaxşı hesab etmir. Onlar Kufə hədisçilərin başçıları və rəhbərləri – Əbu İshaq, Mənsur, Zübeyd Yami, Əməş və onların yaxınları və yaşıdlarıdır. Əgər camaat onları qəbul edirsə, bu yalnız onların hədisdə doğru danışmaqlarına xatirdir. Belə ki, əgər onlar "mürsəl” (kamil sənədi olmayan) hədisləri belə nəql etsələr camaat qəbul edər.”
    Mən deyirəm: Əbu İshaqın nəql etdiyi mürsəl hədislər nasibilərin qəbul etmədiyi –"Mizanül-Etidal”da yazıldığı kimi– Əmr ibn İsmailin Əbu İshaqdan nəql etdiyi rəvayətlərdir ki, Peyğəmbər (s) buyurmuşdur: "Əli elə bir ağacdır ki, mən onun gövdəsi, o isə şaxələridir. Həsən və Hüseyn (ə) meyvəsi, şiələr isə onun yarpaqlarıdır.”
    Müğeyrənin dediyi "Kufə əhlini Əbu İshaq və Əməş həlak edibdir.” – sözünü yalnız buna görə deyiblər ki, onlar Ali-Məhəmmədin (s) xalis şiələrindən, Peyğəmbərin (s) hədislərinin qoruyucuları, elm dəryası və Allahın fərmanının icrasına can-başla hazır olanlardan idilər. "Sihahi-Sittə”nin müəllifləri və başqaları bu iki nəfərin hədislərindən dəlillər gətirmişlər. Siz Əbu İshaqın Bəra ibn Azib, Zeyd ibn Ərqəm, Harisə ibn Vəhəb, Süleyman ibn Sürəd, Nöman ibn Bişr, Abdullah ibn Yəzid Xətmi və Əmr ibn Meymunıdan nəql etdiyi hədislərini "Səhih-Müslim” və "Səhih-Buxari”də oxuya bilərsiniz. Şöbə, Suri, Züheyr və nəvəsi Yusif ibn İshaq ibn Əbu İshaqın ondan nəql etdikləri hədisləri bu iki səhihdə oxuyun.
    İbn Xəlləkanın "Vəfayətül-Əyan”da onun şərhi-halında dediyinə əsasən o, Osmanın xilafətinin sonuna üç il qalmış dünyaya gəlmiş və 127, ya 128 və ya 129-cu ildə vəfat etmişdir. Yəhya ibn Müin və Mədaini demişlər: "O, 132-ci ildə vəfat etmişdir.” Allah daha agahdır.
    72. Ovf ibn Əbu Cəmilə Bəsri Əbu Səhl, əsli "Ərabi” olmamasına baxmayaraq Ərabi adı ilə məşhurdur.
    Zəhəbi "Mizanül-Etidal” kitabında onu xatırlayaraq demişdir: Həmişə ona Ovfus-Sidq (düzdanışan) deyərmişlər və deyilənə görə o şiə idi. Bir çoxları ona etimad ediblər.” Sonra Cəfər ibn Süleymandan nəql etmişdir ki, o şiədir və Bəndardan nəql etmişdir ki, o rafizidir.
    Mən deyirəm: İbn Qüteybə onu "Maarif” kitabında şiə şəxsiyyətlərindən hesab etmişdir. Ruh, Huzə, Şöbə, Nəzr ibn Şəmil, Osman ibn Heysəm və bu təbəqədən bir dəstə ondan hədis öyrənmişlər. "Sihahi-Sittə”nin müəllifləri və başqaları onun hədislərindən dəlil gətirmişlər. Onun Həsən, Səid, Əbül-Həsən Bəsri, oğulları Məhəmməd ibn Sirin və Səyyar ibn Səlamədən nəql etdiyi hədisləri "Səhih-Buxari”də vardır. Nəzr ibn Şəmildən nəql etdiyi rəvayətini "Səhih-Müslim”də görmək olar. Lakin Əbu Rəca Ətarudidən söylədiyi hədislərini "Səhih-Buxari” və "Səhih-Müslim”də müşahidə etmək olar.
    O, 140-cı ildə vəfat etmişdir. Allah rəhmət eləsin.
    "Fa”
    73. Fəzl ibn Dükeyn.
    Fəzl ibn Dükeyn (Dükeyn–Əmr ibn Əhməd ibn Züheyr Mollaidir) Kufəli və Əbu Nəim adı ilə məşhurdur. O, "Səhih”də Buxarinin ustadıdır. Sünnə əhlinin adlı-sanlı bir qrup alimləri, habelə İbn Qüteybə "Maarif” kitabında onu şiə şəxsiyyətlərindən saymışlar. Zəhəbi "Mizanül-Etidal” kitabında onu yad edərək demişdir: "Fəzl ibn Dükeyn, Əbu Nəim hafiz (hafizəli-əzbərçi, minlərcə hədisi əzbər bilən) və höccətdir. Təkcə bir eybi vardır ki, şiədir. (Nəql edir ki,) İbn Cüneyd Xətəli demişdir: İbn Müindən eşitdim, deyirdi ki, gərək bir adamın adı çəkiləndə Əbu Nəimin sözünə fikir verilsin. Əgər desə ki, filankəs yaxşı adamdır və onu tərifləyirsə, deməli, o şəxs şiədir. Lakin, desə ki, filankəs "mürciə”dir, başa düşmək lazımdır ki, sünni şəxsi nəzərdə tutur. Deməli, "mürciə” (burada sünni) şəxs bizə mötəbər sayılacaq.” Zəhəbi deyir: "Bu söz sübut edir ki, Yəhya ibn Müinin "mürciə”yə doğru meyli varmış.
    Mən deyirəm: Yenə sübut olunur ki, Fəzl möhkəm və qatı şiədir. Zəhəbi "Mizanül-Etidal”da Xalid ibn Müxəllədin şərhi-halında Cüzcanidən nəql etmişdir ki, Əbu Nəim kufiyul-məzhəb idi (yəni, şiə imiş). Xülasə, Fəzl ibn Dükeynin şiə olmasına şəkk-şübhə yoxdur. Bununla belə, "Sihahi-Sittə”nin müəllifləri hədislərindən dəlillər gətirmişlər. Onun Həmmam ibn Yəhya, Əbdül-Əziz ibn Əbu Sələmə, Zəkəriyya ibn Əbu Zaidə, Hişam Dəstvai, Əməş, Müsər, Suri, Malik, ibn Üyəynə, Şeyban, Züheyrdən nəql etdiyi hədisləri "Səhih-Buxari”də vardır. Seyf ibn Əbu Süleyman, İsmail ibn Müslim, Əbu Asim Məhəmməd ibn Əyyub Səqəfi, Əbu Ümeys, Musa ibn Əli, Əbu Şəhab Musa ibn Nafe, Süfyan, Hişam ibn Səd, Əbdül-Vahid ibn Əymən, İsraildən söylədiyi hədislərini "Səhih-Müslim”də oxuya bilərsiniz. Buxari ondan heç bir vasitə olmadan və Müslim isə Həccac ibn Şair, Əbd ibn Həmid, İbn Əbu Şeybə, Əbu Səid Əşcə, İbn Nümeyr, Abdullah Darəmi, İshaq Hənzəli, Züheyr ibn Hərb vasitəsilə hədis nəql etmişlər.
    O, 130-cu ildə Kufədə anadan olmuş əv 210-cu il Şəban ayının sonu çərşənbə günü Mötəsimin hökmranlığı zamanı vəfat etmişdir. İbn Səd "Təbəqat” kitabının altıncı cildinin 279-cu səhifəsində onu xatırlayıb demişdir ki, o, etimadlı və çoxlu hədis və dəlillər bilən bir şəxs idi.
    74. Füzeyl ibn Mərzuq Əğər Rəvasi Kufi Əbu Əbdür-Rəhman.
    Zəhəbi "Mizanül-Etidal”da onun adını çəkmiş və demişdir ki, şiəlikdə məşhur idi və Süfyan ibn Üyəynə və İbn Müindən onun etimadlı olduğunu nəql etmişdir. Zəhəbi əlavə edərək qeyd edir ki, İbn Ədi deyir: "Mən ümidvaram ki, onun hədisdə nöqsan və eyibi yoxdur.” Sonra Heysəm ibn Cəmildən nəql etmişdir ki, Füzeyl ibn Mərzuqdan araya söz salıb demişdir: "O, həm pəhrizkarlığı, həm də fəzl və elmi nöqteyi-nəzərindən hidayət imamı və parlaq təriqin yol göstərənlərindəndir.”
    Mən deyirəm: Müslimöz "Səhih”ində Füzeylin Şəfiq ibn Üqbədən namaz haqqında və Ədi Sabitdən zəkat haqqında nəql etdiyi hədisi dəlil gətirmişdir. Müslimin fikrincə, Yəhya ibn Adəm, Əbu Üsamə zəkat barəsində ondan hədis nəql etmişlər və "sünən” və "xəbərlər” kitablarında nəql olunanlara əsasən, Vəki, Yəzid, Əbu Nəim, Əli ibn Cəd və bu təbəqədən başqa bir dəstə şəxslər ondan hədis nəql etmişlər.
    Amma Zeyd ibn Hübabın onun hökmranlığa aid söylədiyi hədis isə onun haqqında deyilmiş yalandır.”
    O, 158-ci ildə vəfat etmişdir.
    75. Fitr ibn Xəlifə Hənnat Kufi.
    Abdullah ibn Əhməd atasından Fitr ibn Xəlifə haqda soruşduqda, cavab verdi: " O, etimadlıdır və hədislərindən dəlil gətirilməyə səlahiyyəti var. Hədisləri dəyərli, lakin özü isə şiə məzhəblidir.” Abbas, İbn Müindən nəql edir ki, Fitr ibn Xəlifə şiədir. Əhməd demişdir: "Fitr, Yəhya ibn Müinin fikrinə görə etimadlıdır, lakin dönük və ifrata varmış şəxsdir.”
    Amma Əbu Bəkr ibn Əyyaş deyir: "Fitr ibn Xəlifənin elə bir rəvayəti yoxdur ki, ona əməl olunmasın, əgər olsa da pis məzhəbinə görədir (yəni şiə məzhəbindən savayı onda başqa bir eyib yoxdur).
    Cüzcani demişdir: "Fitr ibn Xəlifə yolunu azmış adamdır. Cəfər Əhmər ondan eşidib ki, ölən vaxt deyirmiş: Nə yaxşı olardı ki, bədənimdəki hər bir tükün yerində bir mələk olaydı və mənim Əhli-beytə (ə) olan sevgi və məhəbbətimə görə Allahı zikr edəydi.”
    Fitr Əbu Tüfeyl, Əbu Vail və Mücahiddən hədis nəql etmişdir. Əbu Üsamə, Yəhya ibn Adəm, Qəbisə və bu təbəqədən olan başqaları ondan hədis nəql etmişlər.
    "Mim”
    76. Malik ibn İsmail ibn Ziyad ibn Dirhəm Əbu Qəssan Kufi Nəhdi.
    Buxarinin "Səhih”də ustadıdır. İbn Səd "Təbəqat”ın altıncı cildinin 282-ci səhifəsində onun şərhi-halında dediyi sonuncu cümlə belədir: Əbu Qəssan etimadlı və düzdanışan bir şəxs, möhkəm və qatı bir şiə idi. Zəhəbi "Mizanül-Etidal”da onun əzəmət və böyüklüyünə dəlalət edən fikirlər söyləmiş və demişdir: "O, şiəliyi öz ustadı Həsən ibn Salehdən öyrənmişdir. Və İbn Müin demişdir: "Kufədə Əbu Qəssandan möhkəm bir adam tapılmaz.” Əbu Hatəm demişdir: "Mən Kufədə ondan etibarlı adam görmədim. Nə Əbu Nəim, nə də ondan başqası onun kimi fəzl və ibadətə malik olmayıb. Mən ona baxdıqda, elə bilirdim qəbirdən yenicə çıxıb. Alnında səcdədən iki əlamət yeri var idi.”
    Mən deyirəm: Buxari "Səhih”ində yeri gəldikcə, heç bir vasitə olmadan onun hədislərini nəql etmişdir. Müslim "Səhih”inin "hüdud” hissəsində Harun ibn Abdullah vasitəsi ilə ondan hədis nəql etmişdir.
    Buxarinin fikrincə, onun ustad və şeyxləri İbn Üyəynə, Əbdül-Əziz ibn Əbu Səlmə və İsraildir. Buxari şəxsən onun özündən və Müslim isə Züheyr ibn Müaviyə vasitəsilə ondan hədis öyrənmişdir.
    O, 219-cu ildə Kufədə vəfat etmişdir.
    77. Məhəmməd ibn Xazim (Əbu Müaviyə adı ilə də məşhurdur) Zərir Təmimi Kufi.
    Zəhəbi "Mizanül-Etidal”da onu yad edib demişdir: "Məhəmməd ibn Xazim Zərir etimadlı şəxsdir. Mən onun zəif olmasına aid söz eşitmişəm. Tezliklə "künyələr” hissəsində bu haqda danışılacaqdır.” Sonra "künyələr” hissəsində deyir: "Əbu Müaviyə Zərir etimadlı və böyük şəxslərin rəhbərlərindən biridir. Haşim deyibdir ki, Buxari və Müslim onun hədislərindən dəlil gətirmişlər və şiəlikdə ifrat etməkdə məşhurdur.”
    Mən deyirəm: "Sihahi-Sittə” əshabələri onun hədislərindən dəlil gətirmişlər. Zəhəbi adının yanında "E.” əlaməti qoymaqla "Sihah” yazıçılarının onun hədislərindən dəlil gətirmələrinə işarə etmişdir. Siz onun Əməş və "Hişam ibn Ürvə”dən nəql etdiyi hədislərini "Səhih-Buxari” və "Səhih-Müslim”də tapa bilərsiniz. O, bir sıra etimadlı rəvayət söyləyənlərin rəvayətlərini də nəql etmişdir ki, bunlar "Səhih-Müslim”də vardır. "Səhih-Buxari”yə əsasən, onların Əli ibn Mədini, Məhəmməd ibn Səlam, Yusif ibn İsadır, ki, bunlar "Səhih-Müslim”də də vardır. "Səhih-Buxari”yə əsasən, Əli ibn Mədini, Məhəmməd ibn Səlam, Yusif ibn İsa, Qüteybə və Müsəddəd ondan hədis nəql etmişlər. "Səhih-Müslim”ə əsasən, Səid Vasiti, Səid ibn Mənsur, Əmr Naqid, Əhməd ibn Sənan, İbn Nümeyr, İshaq Hənzəli, Əbu Bəkr ibn Əbu Şeybə, Əbu Küreyb və Züheyr ondan hədis nəql etmişlər. Amma hər iki "Səhih”ə əsasən Musa Zəmən ondan hədis nəql etmişdir. Əbu Müaviyə 113-cü ildə doğulmuş və 195-ci ildə vəfat etmişdir.
    78. Məhəmməd ibn Abdullah Zəbbi Təhani Nişaburi Əbu Abdullah Hakim, hafiz və hədisçilərin imamı və 1000-dən artıq kitabın müəllifi.
    Elmi səfərlərində çoxlu şəhərlərə getmiş və 2000-ə qədər ustaddan hədis və elm öyrənmişdir. Dövrünün böyük rəhbərlərindən Səluki, imam İbn Furək və başqaları onu bilikdə özlərindən əvvəl bilmişlər. Fəzilətli olduğuna görə ona həddindən çox hörmət edirdilər. Onun hamıdan üstün olmasına şəkk-şübhə yoxdur. Ondan sonra gələnlərin hamısı onun yetişdirmələridir. O, şiə qəhrəmanlarından, hafizlərindən, məzhəb və şəriətə xidmət edənlərdən olmuşdur. Deyilənləri Zəhəbinin "Təzkirətül-Hüffaz” kitabında, onun şərhi-halında oxuyun. Zəhəbi onun şərhi-halını "Mizanül-Etidal” kitabında yazmış və demişdir: "O, rəhbər və düzdanışan imam və məşhur şiədir.” İbn Tahirdən nəql etmişdir ki, Əbu İsmail və Abdullah Ənsaridən hakim Əbu Abdullah haqqında soruşarkən, cavabında dedilər: "Hədisdə rəhbər və imamdır, amma xəbis (pis) bir rafizidir.” Zəhəbi bu hədisi ondan nəql etmişdir: "Mustafa (s) göbəyi kəsilmiş və sünnət olunmuş halda dünyaya gəlmişdir və Əli (ə) Peyğəmbərin naibi və vəsisidir.” Zəhəbi belə əlavə edir: Amma onun düz danışmağı və biliyi haqqında hamı eyni fikirdədir.
    O, 321-ci ilin rəbiül-əvvəl ayında anadan olmuş və 405-ci ilin səfər ayında vəfat etmişdir.
    79. Məhəmməd Übeydullah ibn Əbu Rafe Mədəni.
    O və atası Übeydullah, qardaşları Fəzl, Abdullah, babası Əbu Rafe, əmiləri Həsən, Müğeyrə və Əli, onların övlad və nəvələrinin hamısı layiqli şəxslər və şiə sələflərindəndir. Onların əsərləri və yazıları sübut edir ki, şiəlikdə sabitqədəm olmuşlar. Biz bu haqda "Füsulul-Mühimmə” kitabımızın 12-ci fəslinin ikinci bölməsində danışmışıq.
    Amma haqqında bəhs etdiyimiz Məhəmmədi İbn Ədi yad edib –"Mizanül-Etidal”da şərhi-halının sonunda yazıldığı kimi– demişdir: "O, Kufə şiələrindəndir.” Zəhəbi "Mizanül-Etidal”da adının kənarında "T. Q.” hərflərini qoymaqla "sünən” yazıçılarının onun hədislərindən dəlillər gətirmələrinə işarə edib xatırlamışdır ki, o, atası vasitəsilə babasından, Məndəl və Əli ibn Haşim isə ondan hədis nəql etmişlər.
    Mən deyirəm: Həban ibn Əli, Yəhya ibn Yəla və başqaları ondan rəvayət nəql ediblər. Məhəmməd ibn Übeydullah bəzən öz qardaşı Abdullah ibn Übeydullahdan rəvayət nəql etmiş, necə ki, tədqiqatla məşğul olanlar bunu bilirlər. Təbəri "Möcəmül-Kəbir” kitabında sənəd əsasında yazır: "Məhəmməd ibn Übeydullah ibn Əbu Rafenin atası babasından nəql etmişdir ki, Peyğəmbər (s) Əliyə buyurdu: "Behiştə birinci daxil olacaq şəxs mən, sən, Həsən və Hüseyndir, övladlarımız arxamızca, şiələrimiz sağ və sol tərəfdən ilk dəstə olaraq behiştə daxil olacaqlar.”
    80. Məhəmməd ibn Füzeyl ibn Qəzvan Əbu Əbdür-Rəhman Kufi.
    İbn Qüteybə "Maarif” kitabında onu şiə şəxsiyyətlərindən hesab etmiş və İbn Səd "Təbəqat”ın altıncı hissəsinin 271-ci səhifəsində onun adını çəkib demişdir: "O, etimadlı, düzdanışandır və çoxlu hədislər nəql etmişdir. Amma bəziləri onun hədislərindən dəlil gətirmirlər.” Zəhəbi "Mizanül-Etidal”ın sonunda "ata və əcdadı vasitəsilə tanınan şəxslər” babında deyir: "Düzdanışan şiədir.” "Məhəmmədlər” hissəsində onun adını çəkərək demişdir: "Düz danışmaqda məşhurdur.” və xatırlatmışdır ki, Əhmədin dediyinə görə o, şiədir və doğru hədislər nəql edib. Ardınca deyir: Əbu Davud deyib ki, "odlu-alovlu” bir şiədir və o, hədis və mərifət sahibidir. O, Quranı Həmzə üçün oxumuş və bir sıra kitablar yazmışdır. İbn Müin də onu etimadlı bilmiş, Əhməd onu yaxşı adam hesab etmiş və Nisai demişdir: "Onda nöqsan yoxdur.”
    Mən deyirəm: "Sihah” əshabələri və başqaları hədislərindən dəlil gətirmişlər. Onun, atası Füzeyl, Əməş, İsmail ibn Əbu Xalid və bu təbəqədən olan başqalarından nəql etdiyi hədisləri "Səhih-Buxari” və "Səhih-Müslim”də vardır. Buxarinin fikrincə, Məhəmməd ibn Nümeyr, İshaq Hənzəli, İbn Əbu Şeybə, Məhəmməd ibn Səlam, Qüteybə, İmran ibn Meysərə və Əmr ibn Əli ondan hədis nəql etmişlər. Müslimin fikrincə, Abdullah ibn Amir, Əbu Küreyb, Məhəmməd ibn Türeyf, Vasil ibn Əbdül-Əla, Züheyr, Əbu Səid Əşşəc, Məhəmməd ibn Yəzid, Məhəmməd ibn Müsənna, Əhməd Vəkii və Əbdül-Əziz ibn Ömər ibn Əban ondan rəvayət nəql etmişlər.
    O, 195-ci il, başqa bir deyilənə görə 194-cü ildə vəfat etmişdir.
    81. Məhəmməd ibn Müslim ibn Taifi.
    İmam Sadiqin (ə) əshabələrinin görkəmli şəxslərindən idi. Şeyxut-Taifə Əbu Cəfər Tusi onu rical kitabında şiə zikr etmiş və Həsən ibn Əli ibn Davud özünün "Müxtəsər” kitabının "etimadlı şəxslər” babında ondan bəhs etmişdir. Zəhəbi şərhi-halını yazmış və Yəhya ibn Müin və başqaları tərəfindən etimadlı sayıldığını qeyd edib və demişdir: "Qəsni, Yəhya ibn Yəhya və Qüteybə ondan rəvayət nəql ediblər.”Əbdür-Rəhman ibn Mehdi, Məhəmməd ibn Müslim Taifini xatırladaraq demişdir: "Kitabları doğrudur. "məruf” ibn Vasil demişdir: "Süfyan ibn Surini gördüm ki, Məhəmməd ibn Müslimin qarşısında diz çöküb dediyi hədisləri yazırdı.”
    Mən deyirəm: Yalnız şiə olmasına xatir onu bəziləri "zəif” hesab etmiş, lakin bu ona zərər yetirməmişdir. Dəstəmaza aid Əmr ibn Dinardan nəql edilmiş hədis ona məxsusdur və "Səhih-Müslim”də vardır. İbn Sədin "Təbəqat”ında şərhi-halında yazıldığı kimi Vəki ibn Cərrah, Əbu Nəim, Mən ibn İsa və başqaları ondan hədis öyrənmişlər.
    O, 177-ci ildə vəfat etmişdir.
    Elə həmin ildə Məhəmməd ibn Müslim ibn Cəmmaz (onun adaşı) Mədinədə vəfat etdi. Bu iki nəfərin şərhi-halını İbn Səd "Təbəqat”ın 5-ci cildində yazmışdır.
    82. Məhəmməd ibn Musa ibn Abdullah Fitri Mədəni.
    Zəhəbi şərhi-halını "Mizanül-Etidal” kitabında yazmış, Əbu Hatəmin Tirmizidən onun etimadlı şəxs və şiə olduğunu nəql etmiş və adının kənarında Müslim və "sünən” əshabələri rəmzini yazmaqla onun hədislərindən dəlillər gətirdiklərinə işarə etmişdir. Onun Abdullah ibn Abdullah ibn Əbu Təlhədən nəql etdiyi hədisləri "Səhih-Müslim”in "ətimə” (yeməlilər) babında mövcuddur.
    O, Məqbəri və bu təbəqədən olan başqalarından hədis nəql etmişdir.
    İbn Əbu Fədik, İbn Mehdi, Qüteybə və bu təbəqədən bir sıra başqaları ondan hədis söyləmişlər.
    83. Müaviyə ibn Əmmar Dəhni Bəcəli Kufi.
    Şiənin parlaq, qabaqcıl, yüksək məqama malik etimadlı şəxsiyyətlərindəndir. Atası Əmmara təqlid etmək, haqq yolunda istiqamət və dözümlülük göstərmək istəyənlər üçün o, bir nümunə, zərbül-məsəl idi. Allah öz yolunda əziyyətlərə dözən səbirli və sabitqədəm adamlar üçün onu bir nümunə seçmişdi. Zalımlar onun ayaqlarını topuqlarından kəsdilər. Amma onun şərhi-halında dediyimiz kimi, zəiflik büruzə verməmiş, səbir və dözüm ilə dünyaya göz yummuş və oğlu Müaviyə atasının yolunu davam etdirmişdir. O, imam Sadiq (ə) və imam Kazimin (ə) əshabələrindəndir və bu iki şəxsin elmindən bəhrələnmişdir.
    O, bir sıra kitablar yazmışdır ki, biz ondan sənəd vasitəsilə nəql etmişik. İbn Əbu Ümeyr və başqa şiələr ondan hədis nəql ediblər. Müslim və Nisai onun hədislərindən dəlillər gətirmişlər. Onun Zübeyrdən nəql etdiyi hədislər "Səhih-Müslim”in "həcc” kitabında vardır. Müslimin fikrinə görə, Yəhya ibn Yəhya və bu təbəqədən olan bir dəstədən rəvayətlər nəql etmişdir. Bu rəvayətlər sünnə əhlinin hədis kitablarında mövcuddur.
    O, 175-ci ildə vəfat etmişdir.
    84. Məruf ibn Xərrəbuz Kərxi.
    Zəhəbi "Mizanül-Etidal”da adını çəkmiş, onu "həqiqətən şiədir” – deyə təsvir etmişdir. "Buxari”, "Müslim” və "Əbu Davud” rəmzini adının kənarında yazmaqla ondan hədis yazdıqlarına işarə etmiş və demişdir: "Əbu Tüfeyldən rəvayət söyləmiş.” və yenə demişdir: "Onun hədisləri azdır.” Əbu Asim, Əbu Davud, Übeydullah ibn Musa və başqaları ondan hədis nəql etmişlər. Əbu Hatəmdən nəql etmişdir ki, onun hədisləri yazılmalıdır (yəni, düzdür və istifadə oluna bilər).
    Mən deyirəm: İbn Xəlləkan "Vəfayətül-Əyan”da onu xatırlayıb demişdir: "O, "Əli ibn Musa Rzanın (ə) dostlarındandır.” Təriflədikdən sonra ondan əhvalatlar söyləmişdir ki, birində deyilir: "Mən üzümü Allaha tutub var gücümlə ömrümü mövlam Əli ibn Musa Rzaya (ə) xidmət etməyə sərf etdim...”
    İbn Qüteybə "Maarif” kitabında onun şiə şəxsiyyətlərinin sırasında qeyd etmişdir. Müslim onun hədislərindən dəlil gətirmiş və "Səhih” kitabında Əbu Tüfeyldən nəql etdiyi hədisləri "həcc” hissəsində mövcuddur.
    O, 200-cü ildə vəfat etmişdir. Qəbri ziyarətgah kimi məşhurdur. Səri Səqəti onun şagirdlərindəndir.
    Category: Əl-Muraciat | Added by: Islam_Kitabxanasi
    Views: 708 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024