İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Əl-Muraciat

    Əl-Muraciat
    2011-12-30, 7:46 AM
    85. Mənsur ibn Mötəmər ibn Abdullah ibn Rəbiə Silmi Kufi.
    O, imam Baqir (ə) və imam Sadiqin (ə) əshabələrindəndir. Onlardan hədislər öyrənmişdir. Belə ki, "Müntəhəl-Məqal fi əhvalir-Rical” kitabını yazan bunu aydınlaşdırmışdır.
    İbn Qüteybə "Maarif” kitabında onu şiə, Cüzcani isə onu elə hədisçilərdən hesab etmişdir ki, camaat onların məzhəbini üsuli-din və fürui-dində bəyənmirlər, çünki onlar Ali-Məhəmməddən (bizə) yetişən hədislərə inanırlar.
    Mən deyirəm: Bu düzdanışanlarla düşmənçiliyə nə səbəb olmuşdur? Onların "səqəleyn”i əldə rəhbər tutmalarımı? Və ya nicat gəmisinə minmələrimi? Peyğəmbərin elm şəhərinə "qapısı”ndan daxil olmalarımı? "Hittə qapısı” və ya onların "yer əhlinin amanı”na pənah gətirmələrimi? Onların Peyğəmbəri Əhli-beyt (ə) birgə hifz etmələri, Allah xatirinə təvazökarlıqları, itaətkarlıqları və Allah qorxusundan ağlamaqlarımı? Belə ki, onların təriqət və şərhi-halına aid məlumatlarda olduğu kimi, İbn Səd "Təbəqat”ın 6-cı cildinin 235-ci səhifəsində Mənsurun şərhi-halında demişdir: "Onun gözləri çox ağlamaqdan və Allah qorxusundan az qalmışdı ki kor olsun və həmişə də gözlərindən yaş axardı. O, 60 il oruc tutub, namaz qılmışdır...” Bu cür işlərin harası camaata ağır gəlir və məzəmmətə səbəb olur? Xeyr, sözün düzü budur ki, biz insafı nəzərə almayan bir millətin əlində giriftar olmuşuq. انا لله و انا اليه راجعون
    İbn Səd Mənsurun şərhi-halında Həmmad ibn Zeyddən belə nəql edir: "Mənsuru Məkkədə gördüm... Mən elə bilirdim ki, o Xəşəbiyyədəndir və güman etmirdim ki, o, belə yalanlar desin...”
    Mən deyirəm ki, gəlin, bu zorakılığa və bu sözün arxasında (tam mənada) aşkar görünən ədavətə baxın! Çünki onun "güman etmirdim ki, o, belə yalanlar desin” – sözünü oxumaq mənim üçün nə qədər ağırdır.
    Vay-vay! Guya, yalan Ali-Məhəmməd dostlarına və övladlarına xass olub, Mənsur "ilk dəfə” haqqa əks hərəkət etmiş və guya, nasibilər Ali-Məhəmməd şiələrinə "xəşəbiyyə”, "türabiyyə”, "rafiziyyə” və bu kimi başqa alçaq ləqəblərdən savayı başqa ləqəb tapmamışlar. Guya, onlar Allah-təalanın bu sözünü eşitməyiblər ki, buyurur: "Bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir.(105-ci xütbə.)
    İbn Qüteybə "Maarif” kitabında "Xəşəbiyyə”dən danışmış və demişdir ki, onlar rafizilərdəndir və bu adın qoyulmasının səbəbi odur ki, İbrahim Əştər Übeyd Ziyada rast gələn vaxt İbrahimin dostları və səhabələrinin əksəriyyətinin əlində ağac var imiş. Ona görə də onları "Xəşəbiyyə” adlandırıblar.
    Mən deyirəm: Bu adı ona görə deyiblər ki, onları təhqir etsinlər, məğlubedilməzliklərinə ləkə vursunlar. Lakin, elə həmin "Xəşəbiyyə” və ya "əldə ağac olanlar”, öz çubuqları ilə nasibilərin sələfləri – Ali-Məhəmmədi şəhid edənlər – İbn Mərcanəni öldürdülər və köklərini dibindən kəsdilər. Ona görə də bu şərəfli ləqəb eyibsizdir. Habelə, imam Əlinin (ə) künyəsi Əbu Turaba aid olan "turabiyyə” nəinki eyib deyil, əksinə, hər ikimiz üçün şərəfdir.
    Daha qələm yoruldu, mövzumuza qayıdaq. Mənsurun hədislərindən dəlil gətirməkdə hamı eyni fikirdədir. Buna görə də "Sihahi-Sittə” əshabələri və başqaları onun şiə olmasını bilə-bilə sözlərindən dəlillər gətirmişlər. Siz onun Əbu Vail, Əbu Züha, İbrahim Nəxəi və bu təbəqədən olan başqalarından nəql etdiyi hədislərini "Səhih-Buxari” və "Səhih-Müslim”də mülahizə edə bilərsiniz. Buxarinin və Müslimin fikrincə, Şöbə, Suri, İbn Üyəynə, Həmmad ibn Zeyd və bu təbəqənin başqa böyükləri ondan hədis söyləyiblər. İbn Səd deyir: "Mənsur 132-ci ilin sonunda vəfat etmişdir. O, etimadlı, əmin, çoxlu hədis sahibi, yüksək mərtəbə və ali dərəcəyə malik şəxs idi.” Allah rəhmət eləsin!
    86. Minhal ibn Əmr, tabeinlərdən olub, Kufə əhli və Kufənin məhşur şiələrindəndir.
    Buna görə də Cüzcani onu zəif hesab edərək demişdir: "Məzhəbi pisdir.” İbn Həzm də onun haqqında bunları demiş, Yəhya ibn Səd də onu məzəmmət etmişdir. Əhməd Hənbəl demişdir: "Əbu Bişr ilə münasibətim Minhaldan yaxşıdır və o, Minhaldan daha etimadlıdır.” Onun şiə olmasını bilə-bilə –xüsusilə Muxtarın dövründə– kimsə hədislərinin doğru olmasında şübhə etməmişdir. Buna görə də Şöbə. Məsudi, Həccac ibn Ərtat və bu təbəqədən başqa bir dəstə ondan hədis öyrənmişlər. İbn Müin, Əhməd İcli və başqaları ona etimad ediblər. Zəhəbi "Mizanül-Etidal”da onu xatırlamış, onun haqqında dediklərimizi nəql etmiş və Buxari və Müslim rəmzini adının yanında qeyd etməklə onun hədislərini yazdıqlarına işarə etmişdir. Siz onun Səid ibn Cübeyrdən nəql etdiyi hədislərini "Səhih-Buxari”də mülahizə edə bilərsiniz. Zeyd ibn Əbu Ənisə, "Səhih-Buxari”nin təfsir hissəsində ondan hədis söyləmiş və Mənsur ibn Mötəmər peyğəmbərlər haqqında ondan hədis nəql etmişdir.
    87. Musa ibn Qeys Həzrəmi Əbu Məhəmməd.
    Əqili onu ifrata varmış rafizilərdən hesab etmişdir. Süfyan ondan Əbu Bəkr və Əli haqqında soruşmuş və o, cavab vermişdir ki, Əli mənə daha əzizdir. Musa, Səlmə ibn Küheyldən, Əyaz ibn Əyaz, Malik ibn Cəunədən nəql etmişdir ki, Ümmü-Sələmədən eşidib ki, deyirmiş: "Əli haqq yolundadır, ona itaət edən şəxs də haqq yolundadır. Onu tərk edən şəxs haqqı tərk etmiş olur, bu tapşırılmış bir əhddir.” Əbu Nəim Fəzl ibn Dükəyn və Musa ibn Qeysdən bu hədisi nəql etmişdir. Musa Əhli-beytin fəzilətləri haqqında bir sıra səhih rəvayətlər nəql etmişdir ki, Əqilinin narahatlığına səbəb olmuşdur. Amma İbn Müin Musaya etimad bəsləmişdir. Əbu Davud və Səid ibn Mənsur öz "Sünən”lərində onun hədislərindən dəlillər gətirmişlər. Zəhəbi "Mizanül-Etidal”da onu yada salmış və bütün bu dediklərimizi onun şərhi-halında nəql etmişdir. Onun Səlmə ibn Kuheyl və Hücr ibn Ənəsdən nəql etdiyi hədisləri "sünən” kitablarında mövcuddur. Fəzl ibn Dükeyn, Übeydullah ibn Musa və başqa böyük şəxslər ondan hədis söyləmişlər.
    O, Mənsurun hökmranlığı zamanı vəfat etmişdir. Allah rəhmət eləsin.
    "Nun”
    88. Nəfi ibn Həsir Əbu Davud Nəxəi Kufi Həmdani Səbii.
    Əqili deyir: "O, rafizilikdə ifrata varardı.” Buxari demişdir: "O, şiə olduğu üçün ardınca danışardılar.”
    Mən deyirəm: Süfyan, Həmam, Şərik və bu təbəqədən olan başqa rəhbərlər ondan hədis söyləmişlər. Tirmizi öz "Səhih”ində onun hədislərindən dəlillər gətirmişdir. Hədis kitablarını yazanlar onun hədislərindən dəlil gətirmiş və yazmışlar. Siz onun Ənəs ibn Malik, İbn Abbas, İmran ibn Həsən, Zeyd ibn Ərqəmdən nəql etdiyi hədisləri Tirmizinin yazılarında tapa bilərsiniz. Zəhəbi onun şərhi-halını söyləmiş və dediklərimizi xatırlamışdır.
    89. Nuh ibn Qeys ibn Ribah Hədani Vətahi, ona Bəsri də deyilir.
    Zəhəbi "Mizanül-Etidal”da onu xatırlamış və demişdir: "Hədisləri doğrudur”, "Əhməd və İbn Müin ona etimad etmişlər.” Əbu Davud demişdir: "O, şiədir.” Nisai deyir: "O, eyibsizdir.” Zəhəbi Müslimin və "sünən” yazıçılarının rəmzini adının kənarında yazmaqla onun "Sihahi-Sittə”nin müəlliflərinin ravilərindən olduğuna işarə etmişdir. Onun İbn Ovndan "yeməyi caiz olanlar” fəslində nəql etdiyi hədis "Səhih-Müslim”də vardır. "Səhih-Müslim”in "geyim” fəslində qardaşı Xalid ibn Qeysdən nəql etdiyi hədis müşahidə olunur. Müslimə görə Nəsr ibn Əli ondan hədis nəql etmiş və başqalarına görə Əbül-Əşəs və bu təbəqədən olanlar ondan hədis söyləmişlər. Nuh Əyyubdan, Əmr ibn Malik və başqalarından rəvayət nəql etmişdir.
    "He”
    90. Harun ibn Səd İcli Kufi.
    Zəhəbi ondan bəhs etmiş və Müslim rəmzini adının kənarında yazmaqla Müslimin rəvayətlərini mötəbər saydığına işarə etmişdir. Sonra demişdir: "O, təbiətən düzdanışandır, lakin qatı və kinli bir rafizidir.” Abbas, İbn Müindən nəql etmişdir ki, Harun ibn Səd şiəlikdə ifrata varmışdır. O, Əbdür-Rəhman ibn Əbu Səid Xidridən hədis nəql etmiş və Məhəmməd ibn Əbu Həfs Əttar, Məsudi və Həsən ibn Həyy ondan hədis söyləmişlər. Əbu Hatəm demişdir: "Onun nöqsanı yoxdur.”
    Mən deyirəm: Həsən ibn Salehin Harun ibn Səd İcli tərəfindən, Süleymandan "cəhənnəm atəşi” haqda söylədiyi hədis "Səhih-Müslim”də vardır.
    91. Haşim ibn Bərid ibn Zeyd Əbu Əli Kufi.
    Zəhəbi onun şərhi-halında Əbu Davud və Nisai rəmzlərini yanında yazmaqla onların "Səhih”lərində rəvayətlərinə etimad olunduğuna işarə etmişdir. İbn Müinin ona etimad bəslədiyini, eyni zamanda şiə və rafizi olduğunu nəql etmişdir. Sonra demişdir: "Əhməd deyibdir ki, onun nöqsanı yoxdur.”
    Mən deyirəm: Haşim, Zeyd ibn Əlidən və Müslim Bətindən hədis nəql etmiş və oğlu Əli ibn Haşim –şərhi-halında qeyd etdiyimiz kimi– və bir qrup rəhbərlər ondan hədis nəql etmişlər. Haşim şiə ailəsindəndir. Bu həqiqəti Əli ibn Haşimin haqqında bu kitabda dediklərimizi mütaliə etməklə öyrənmək olar.
    92. Hübeyrə ibn Bərid Himyəri.
    Əlinin (ə) əshabələrindəndir və dostluqda, vilayət və Əliyə (ə) inamda Haris kimidir. Zəhəbi "Mizanül-Etidal”da onu xatırlamış və "sünən” yazıçılarının rəmzini adının yanında yazmaqla, onların hədislərində mötəbər rəvayətçilərdən olduğuna işarə etmişdir. Sonra Əhməddən nəql etmişdir ki, hədislərində eyib yoxdur və o, bizim nəzərimizdə Harisdən daha əzizdir. Zəhəbi deyir: "İbn Xəraş deyib: O, zəifdir. "Siffeyn”də yaralıların işini bitirirdi (onları öldürürdü).” Cüzcani demişdir: "O, Muxtarın tərəfdarı idi və "Xazər” döyüşündə yaralıları öldürürdü.”
    Mən deyirəm: Şəhristani "Miləl və Nihəl” kitabında onu şiə şəxsiyyətlərindən hesab etmiş və bu çətin nəzərdir. "Sünən”ə əsasən, o, Əlidən rəvayət nəql edərdi. Əbu İshaq və Əbu Faxtə ondan hədis nəql etmişlər.
    93. Hişam ibn Ziya Əbu Miqdam Bəsri.
    Şəhristani "Miləl və Nihəl” kitabında onu şiə hesab etmişdir. Zəhəbi adlar sırasında onu "H” "hərfində və künyələr” hissəsində, "Mizanül-Etidal”da vermişdir. "Künyələr” hissəsində adının kənarında "T. Q.” yazmaqla ona etimad edən "sünən” yazıçılarına işarə etmişdir.
    Onun Həsən və Qərzidən nəql etdiyi hədislərini "Səhih-Tirmizi” və başqalarında müşahidə edə bilərsiniz. Şeyban ibn Fərrux, Qəvariri və başqaları ondan hədis söyləmişlər.
    94. Hüşam ibn Əmmar ibn Nəsir ibn Meysərə Əbül-Vəlid. Ona Zəfəri Dəməşqi də demişlər.
    O, Buxarinin "Səhih”də ustadıdır. İbn Qüteybə onu şiə şəxsiyyətlərindən hesab etmişdir. Bunu "Maarif” kitabının "əl-firəq” babında bir qrup şəxslərdən bəhs edərkən qeyd etmişdir. Zəhəbi "Mizanül-Etidal”da onu xatırlamış və onu imam, xətib, qari (quranşünas), hədisçi, Dəməşq alimi, düzdanışan rəvayətçi və bəzən xoşa gəlməyə sözlər nəql edən və s. kimi təsvir etmişdir.
    Mən deyirəm: Buxari heç bir vasitə olmadan öz "Səhih”inin "bey” və "müamilə” hissəsində "borcu olan fəqirə möhlət verən kəs” babında və tədqiqatçılara məlum olan başqa yerində ondan hədis nəql etmişdir ki, "Məğazi” (döyüşlər) kitabında və "əşribə” (içkilər) və "Peyğəmbər (s) əshabələrinin fəzilətləri” bablarında qeyd olub. O, Yəhya ibn Həmzə, Sədəqə ibn Xalid, Əbdül-Həmid ibn Əbil-İşrin və başqalarından hədis nəql etmişdir. Zəhəbi "Mizanül-Etidal”da deyir: "Qiraət və hədis öyrənmək üçün onun yanına çoxlu adam gələrdi və ondan hədis söyləməsini istəyərdilər. Ustadı Vəlid ibn Müslim ondan hədis nəql etmişdir.”
    O, "icazə” ilə Əbu Ləhyəədən rəvayət nəql etmişdir. Əbdan demişdir: "Dünyada onun kimisi olmayıb” və bir başqası deyir: "Hüşam fəsahət, bəlağət sahibi, ağıllı və elmli... bir şəxs idi.”
    Mən deyirəm: O, başqa şiələr kimi inanırdı ki, Quranın sözlərini Allah yaratmışdır, yəni bu sözlər eyni ilə Peyğəmbərə vəhy olunmuşdur. Bu fikirlər Əhmədə çatanda –"Mizanül-Etidal”da Hüşamın şərhi-halında yazıldığı kimi– deyib: "Mən onu nadan gördüm, Allah onu öldürsün.” Əhməd, Hüşamın bir kitabını ələ keçirdi və gördü ki, əvvəlində yazmışdır: «الْحَمْدُ للهِ الَّذي تَجَلّي لِخَلْقِهِ بِخَلْقِهِ» "Sitayiş Allaha məxsusdur ki, məxluqlarına özünü yaratdıqlarıyla aşkar etdi.” Əhməd yerindən dik atıldı və sonra yenidən oturdu. Hirsindən az qalırdı ki, partlasın. Hişamın arxasında namaz qılanlara dedi ki, namazlarınızı təkrar edin (yəni, onun namazı batil olduğuna görə, gərək yenidən öz namazlarınızı qılasınız).
    Hüşamın sözündə Allahın paklığı, əzəməti, müqəddəsliyi münsif adama gizli deyildir. Çünki onun sözü «وَ في كلّ شيئ لَـهُ آية» "Hər şeydə Allahın nişanəsi var.” – mənasındadır və hətta Allah özü bundan daha əzəmətli və daha aydın demişdir. Lakin onunla bir dövrdə yaşayan və eyni biliyə malik alimlər öz düşündüklərinə uyğun tərzdə başqaları haqqında fikir söyləyirdilər.
    Hüşam 153-cü ildə dünyaya gəlmiş və 245-ci il Məhərrəm ayının axırında vəfat etmişdir. Allah rəhmət eləsin.
    95. Hüşam ibn Bəşir ibn Qasim ibn Dina Səlmi Vasiti Əbu Müaviyə.
    O, əslində Bəlx əhlidir. Cəddi Qasim ticarət məqsədi ilə Vasitə gəlib, sonra orada məskunlaşmışdır.
    İbn Qüteybə "Maarif” kitabında onu şiə şəxsiyyətlərindən hesab etmişdir. O, imam Əhməd Hənbəlin və bu təbəqədən başqalarının ustadıdır. Zəhəbi "Mizanül-Etidal”da onun adını çəkmiş və "Sihahi-Sittə”nin müəlliflərinin rəmzini adının kənarında yazmaqla onun hədislərindən dəlillər gətirmələrinə işarə etmiş, onu hafiz kimi təsvir etmiş və demişdir: "O, Zuhəri və Həsin ibn Əbdür-Rəhmandan hədis eşitmiş böyük şəxsiyyətlərdəndir.” Yəhya ibn Qəttan, Əhməd, Yəqub Durəqi və bir dəstə başqaları ondan hədis nəql etmişlər.
    Mən deyirəm: Onun Həmid Təvil, İsmail ibn Əbu Xalid, Əbu İshaq Şeybani və başqalarından nəql etdiyi hədisləri "Səhih-Buxari” və Müslimdə vardır. Buxari və Müslimin fikrinə görə, Ömər, Naqid, Əmr ibn Zürarə və Səid ibn Süleyman ondan hədis nəql etmişlər. Şəxsən Buxariyə görə, Əmr ibn Ovf, Səd ibn Nəzr, Məhəmməd ibn Nəbhan, Əli ibn Mədini və Qüteybə və Müslimin fikrincə, Əhməd ibn Hənbəl, Şüreyh, Yəqub Durəqi, Abdullah ibn Müin, Yəhya ibn Yəhya, Səid ibn Mənsur, İbn Əbu Şeybə, İsmail ibn Salim, Məhəmməd ibn Səbbah, Davud ibn Rəşid, Əhməd ibn Mani, Yəhya ibn Əyyub, Züheyr ibn Harun, Osman İbn Əbu-Şeybə, Əli ibn Həcər və Yəzid ibn Harun ondan hədis nəql etmişlər.
    O, 183-cü ildə 79 yaşında Bağdadda vəfat etmişdir. Allah rəhmət eləsin.
    "Vav”
    96. Vəki ibn Cərrah ibn Məlih ibn Ədiy. Künyəsi oğlu Süfyan Rəvasinin adı ilədir (yən, ona Əbu Süfyan deyirlər) və Qeys Qeylan qəbiləsindəndir.
    İbn Qüteybə "Maarif” kitabında onu şiə şəxsiyyətlərindən hesab etmiş və İbn Mədini "Təhzib” kitabında aydınlaşdırmışdır ki, Vəki şiə idi. Mərvan ibn Müaviyə, Vəkinin rafizi olmasına şübhə etmirdi. Bir gün Yəhya ibn Müin onunla rastlaşdı, yanında bir səhifə gördü ki, orada yazılmışdı: "Filankəs belədir, filankəs elədir və o cümlədən Vəkinin də rafizi olması barəsində qeydlər var idi. İbn Müin ona dedi: Vəki səndən yaxşıdır. Dedi: Məndən? Cavab verdi: Bəli. Bu xəbər Vəkiyə çatdı və dedi: Yəhya sahibimiz və dostumuzdur.”
    Əhməd Hənbəldən soruşdular: Vəki ilə Əbdür-Rəhman arasında fikir ixtilafı olarsa, hansının sözünü üstün tutaq? O, Əbdür-Rəhmana üstünlük verdi, çünki, keçmişdəki xəlifələrin hamısı Əbdür-Rəhmana görə təmiz, eyibsizdir. Vəkiyə görə isə, hamısı belə deyildir.”
    Mən deyirəm: Zəhəbi Həsən ibn Salehin şərhi-halının sonlarında yazdığı Vəki deyirdi: Həsən ibn Saleh mənim nəzərimdə imam və rəhbərdir” – sözü bunu təsdiq edir. Ona dedilər: O, Osmana salam və rəhmət göndərmir. Vəki cavab verdi: "Sən Həccaca salam və rəhmət göndərirsən? Burada o, Osmanı Həccaca bənzətmişdi.”
    Zəhəbi "Mizanül-Etidal”da onu xatırlamış, bütün bu dediklərimizi onun şərhi-halında yazmışdır. "Sihah” yazanlar və başqaları hədislərindən dəlillər gətirmişlər. Onun Əməş, Suri, Şöbə, İsmail ibn Əbu Xalid və Əli ibn Mübarəkdən söylədiyi hədisləri "Səhih-Müslim” və "Səhih-Buxari”də sizin ixtiyarınızdadır (əlinizdədir). Hər ikisinin fikrinə görə, İshaq Hənzəli və Məhəmməd ibn Nümeyr ondan hədis söyləmişlər. "Səhih-Buxari”də Abdullah Həmidi, Məhəmməd ibn Səlam, Yəhya ibn Cəfər ibn Əyən, Yəhya ibn Musa, Məhəmməd ibn Müqatil və "Səhih-Müslim”də Züheyr, İbn Əbu Şeybə, Əbu Kureyb, Əbu Səid Əşşəc, Nəsr ibn Əli, Səid ibn Əzhər, İbn Əbu Ömər, Əli ibn Xəşrəm, Osman ibn Əbu Şeybə və Qüteybə ibn Səid ondan hədis nəql etmişlər.
    O, 197-ci il Məhərrəm ayında həcdən qayıdan zaman "Fid”də 68 yaşında vəfat etmişdir. Allah rəhmət eləsin.
    97. Yəhya ibn Cəzzar Ərəni Kufi, Əmirəl-mömininin (ə) səhabələrindəndir.
    Zəhəbi "Mizanül-Etidal” kitabında onun haqqında yazarkən, Müslimin və "sünən” yazıçılarının rəmzlərini onun adının kənarında qoymaqla, hədislərindən dəlillər gətirmələrinə işarə etmişdir. Zəhəbi onun etimadlı olduğunu qeyd edərək demişdir: "Düzdanışandır.” Həkəm ibn Üteybədən nəql etmişdir ki, Yəhya ibn Cəzzar şiəlikdə ifrata varmışdır. İbn Səd "Təbəqat”ın altıncı cildində onu xatırlamış və demişdir: "Yəhya ibn Cəzzarın məzhəbi şiə məzhəbidir və dediklərində ifrat vardır. Deyiblər ki, etimadlı şəxs olub və hədislər də söyləyibdir.”
    Mən deyirəm: "Səhih-Müslim”də Əlidən "namaz” haqqında,. "Səhih-Müslim”in "iman” babında da Əbdür-Rəhman ibn Əbu Leyladan hədis nəql etmişdir. Həkəm ibn Üteybə və Həsən Ərəni Müslimin və başqalarının nəzərincə, ondan hədis söyləmişlər.
    98. Yəhya ibn Səid Qəttan Əbu Səid Mövla ibn Təmim Bəsri, öz zamanının hədis yazanlarından olub.
    İbn Qüteybə "Maarif” kitabında onu şiə şəxsiyyətlərindən hesab etmişdir. "Sihahi-Sittə” əshabələri və başqaları onun hədislərindən dəlillər gətirmişlər. Onun Hüşam ibn Ürvə, Həmid Təvil, Yəhya ibn Səid Ənsari və başqalarından nəql etdiyi hədislər "Səhih-Buxari” və "Səhih-Müslim”də vardır. Hər ikisinin fikrinə görə, Məhəmməd ibn Müsənna və Bindar ondan hədis söyləmişlər. Buxarinin fikrincə, Müsəddəd, Əli ibn Mədini və Bəyan ibn Əmr və Müslimə görə, Məhəmməd ibn Hatəm, Məhəmməd ibn Xəllad Bahili, Əbu Kamil, Füzeyl ibn Hüseyn Cəhdəri, Məhəmməd Müqəddəmi, Abdullah ibn Hüşam, Əbu Bəkr ibn Əbu Şeybə, Abdullah ibn Səid, Əhməd ibn Hənbəl, Yəqub Durəqi, Abdullah Qəvariri, Əhməd ibn Əbduh, Əmr ibn Əli və Əbdür-Rəhman ibn Bəşir ondan hədis nəql etmişlər.
    O, 198-ci ildə 78 yaşında vəfat etmişdir.
    99. Yəzid ibn Əbu Ziyad Kufi Əbu Abdullah Mövla Bəni-Haşim.
    Zəhəbi "Mizanül-Etidal” kitabında onun adını çəkmiş və Müslim və "Əshabi Sünəni-Ərbəə” rəmzini adının kənarında yazmaqla, onun rəvayətlərini nəql etdiklərinə işarə etmişdir. Əbu Füzeyl nəql etmişdir ki, Yəzid ibn Əbu Ziyad şiənin böyük rəhbərlərindən idi. Zəhəbi etiraf etmişdir ki, o, Kufənin məşhur alimlərindən idi. Buna görə də ona zülm edirdilər və hər nə bacarırdılarsa onun ünvanına (eyib və irad) deyirdilər. O, Əbu Bərzə, yaxud Əbu Bərdədən bir hədis nəql etmişdir ki, deyir: "Peyğəmbərin (s) yanında idim, birdən ğina (haram avaz) səsi eşidildi. Məlum oldu ki, oxuyan Əmr ibn As ilə Müaviyədir. Peyğəmbər (s) buyurdu: "Ey Allah! Onları çətin bir fitnəyə sal və atəşə tulla!” Onun Əbdür-Rəhman ibn Əbu Leyladan nəql etdiyi hədisləri "Səhih-Müslim”in "ətimə” kitabında vardır.
    O, 136-cı ildə, təqribən 90 yaşında vəfat etmişdir. Allah rəhmət eləsin.
    100. Əbu Abdullah Cədəli.
    Zəhəbi "künyələr” hissəsində adını yazmış və "D. T.” əlamətini onun adı kənarında yazmaqla Əbu Davud və Tirmizi "Səhih”lərində onu mötəbər saydıqlarına işarə etmişdir. Sonra onu kinli şiə kimi təsvir etmişdir. Cüzcanidən onun "Muxtar”ın bayraqdarı və Əhməddən onun etimadlı bir şəxs olmasını nəql etmişdir. Şəhristani "Miləl və Nihəl” kitabında onu şiə şəxsiyyətlərindən hesab etmişdir. İbn Qüteybə "Maarif” kitabında onu qatı rafizilərdən hesab etmişdir. Nəql etdiyi hədisləri "Səhih-Tirmizi”, "Səhih-Əbu Davud”da və digər kitablarda vardır. İbn Səd "Təbəqat”da onun haqqında yazmış və qeyd etmişdir ki, o, inadkar və qatı bir şiə idi . O, Muxtarın qoşunları arasında idi. Sonra onu 800 nəfər ilə Abdullah İbn Zübeyrə qarşı döyüşə göndərdilər ki, ona hücum etsin və qoymasın Məhəmməd Hənəfiyyə İbn Zübeyrə beyət etsin. Bu, o zaman baş vermişdi ki, İbn Zübeyr Məhəmməd Hənəfiyyə və Bəni-Haşimi mühasirəyə almışdı və onları yandırmaq üçün ətrafa odun tökdürmüşdü. Çünki onlar ona beyət etməkdən imtina edirdilər. Əbu Abdullah Cədəli onları bu xətərdən xilas etdi. Allah ona Peyğəmbərin Əhli-beytinə xatir xeyir bəxş etsin!
    Bu, qısa müddətdə saymaq istədiyimiz şəxslərin sonuncusudur. Bu yüz nəfər pak və təqvalı şəxslər şiənin dahiləri və sünnə əhli üçün dəlildir. Onlar ümmətin elm mənbəyi, nübüvvət mirasının mühafizləri və "səhih”, "müsnəd” və "sünən” kitablarının qaynağı olmuşlar. Onların adlarını çəkdik və sünni alimlərinin onların şiəliyini aydınlaşdırmalarını və sözlərindən dəlillər gətirdiklərini dedik, qoy özləri öz ehkamlarına əməl etsin və öz qərarlarında möhkəm olsunlar. Güman edirəm ki, sünnə əhlinin şiə şəxsiyyətlərindən dəlillər gətirmədiklərini deyənlər tezliklə öz səhvlərini başa düşəcəklər. Tezliklə biləcəklər ki, rəvayətlərin qəbul olunma şərtləri, rəvayət söyləyənin şiə və sünni olmasından asılı deyil, əksinə sədaqət və əmanətdədir. Əgər şiə tərəfdən nəql olunan hədislər mütləq rədd olunarsa, o zaman nübüvvət sünnəsi məhv olar. Belə ki, "Mizanül-Etidal”da Zəhəbi Əban ibn Təğlibin şərhi-halında buna etiraf etmiş və bunun özü (sünnənin məhv olunması) aşkar bir fəsaddır. Siz –Allah sizin vasitənizlə hökm kəssin– bilirsiniz ki, bizim saydığımız və sünnə əhlinin onların sözlərindən dəlillər gətirdikləri şiə hədisçiləri arasında elə şəxslər vardır ki, adlarını çəkdiyimiz bu yüz nəfərdən neçə dəfə çox, sənədin üstünlüyü və qiyməti cəhətdən, etibarlı, hədisin çoxluğu, üstvün bilik cəhətdən, qədimlikdə və şiəlikdə sabitqədəm olmaqda mötəbərdir. Bəli! Onlar hamısı şiə şəxsiyyətləri, Peyğəmbər əshabələrindəndir (rizvanullahi ələyhim). Onların ləyaqətli adlarını "Füsulul-Muhimmə” kitabının sonunda yazmışıq və sizi agah etmişik ki, "tabein” arasında şiə rəhbərləri vardır ki, onlardan dəlillər gətirilmişdir. Onların hamısı hafiz, təqvalı, etibarlı və höccətdirlər. Onlar elə kəslərdir ki, Allah yolunda Əmirəl-mömininə (ə) kömək etmək üçün şəhadətə çatmışlar. "Cəməli-Əsğər”, "Cəməli-Əkbər”, "Siffeyn” və "Nəhrəvan” və digər döyüşlərdə rəşadətlər göstərmişlər. Onlardan bəziləri "Təff” günü behişt cavanlarının seyyidi Hüseyn ibn Əli (ə), bəziləri o həzrətin nəvəsi şəhid Zeyd ilə birgə şəhid olmuşlar. Onların çoxları qılınc ilə öldürüldülər, bəziləri zalımcasına öz vətənlərindən sürgün edildilər, bəziləri qorxu və ya təklikdən təqiyyəni pənah seçdilər. O cümlədən, Əhnəf ibn Qeys, Əsbəğ ibn Nübatə və Quranın düzgün oxunuşu üçün hərflər üzərinə nöqtə qoyan ilk şəxs Yəhya ibn Yəmur kimi "lüğət” və "əruz” elmini yaradan Xəlil ibn Əhməd və "sərf” elmini yaradan Məaz ibn Müslim və bir sıra bunlar kimi şəxslərdir ki, onların haqqında müfəssəl yazılsa, qalın-qalın cildli kitablar olar.
    Qoy nasibilər onları təhqir etsinlər, ardlarınca min cür böhtanlar desinlər, onları zəif hesab etsinlər və sözlərindən dəlillər gətirməsinlər! Sənin onlarla işin olmasın!
    Ali-Məhəmməd şiələrindən yüzlərlə sabitqədəmlər, hafizlər, hidayət rəhbərləri mövcuddur ki, sünnə əhli onları yada salmaqda qəflət etmişlər, lakin şiə alimləri onları yadda saxlamaq üçün ayrıca mündəricatlar tənzim etmiş və onların şərhi-halına dair "möcəm”lər hazırlamışlar. Əgər mütaliə etsəniz, onların pak şəriətə etdikləri xidmətləri aşkar olacaqdır. Onların yaşayış tərzi və vəziyyətləri ilə tanış olanlar başa düşəcəklər ki, onların Allah, Peyğəmbər (s) və kitab (Quran) və pak imamlar qarşısında sədaqət və doğruluqları, əmanət və pəhrizkarlıqları, ibadət və ixlasları bütün müsəlmanlara bir nümunədir. Allah onların və sizin kimi münsif insanların vasitəsilə hamımıza faydalar bəxş etsin. O, rəhimlilərin rəhimlisidir.
    "Ş”
    Category: Əl-Muraciat | Added by: Islam_Kitabxanasi
    Views: 710 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024