İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Əl-Muraciat

    Əl-Muraciat
    2011-12-30, 7:44 AM
    ON YEDDİNCİ MƏKTUB
    3 Zilhiccə 1329
    1. Bəhs edənin lütfü və mehribanlığı.
    2. Sünnə əhlinin şiənin etimadlı şəxslərindən dəlil gətirməkdə heç bir maneənin olmamasına dair onun izahatı.
    3. Əhli-beyt haqqında Allahın ayələrinə onun imanı.
    4. Onun qeyd olunan dəlillər əsasında qiblə əhlinin fikirlərinin bu qədər fərqli olduğuna heyrət etməsi.
    1. And olsun ki, həqiqətən mən sənin qəlbin kimi təravətli bir qəlb, vücud və bəyanının meyvəsi kimi yeməli və dadlı bir meyvə görməmiş, qulağım sənin xoş sözlərin kimi təsiredici söz eşitməmişdir. Heç bir dinləyicinin qulağına sənin ləhcəndən mülayim, dəlillərindən qüvvətli bir dəlil dəyməmişdir. Bütün məktublarında azad bir tədqiqatçı kimi onların bütün incəliklərinə riayət etmiş, danışıq və mübahisələrdə dillər, qulaqlar, gözlər və qəlblərə hakim olmuşsan. Allah –xüsusilə, bu son məktubuna görə– sənə xeyir versin. "ذَلِكَ الْكِتَابُ لاَ رَيْبَ فِيهِ” – elə bir məktubdur ki, onda şübhə mövcud deyil, hansı ki, baş və boyunları öz tərəfinə döndərir və yolunu azmışları başdan ayağa qədər haqq ilə döyəcləyir.
    2. Şiə qardaşlarımızın dedikləri və hədisləri etibarlı olduğu üçün sünnilərə onlardan dəlillər gətirməyə bir şübhə qalmır. Bu barədə sizin fikriniz açıq-aydın haqdır, etiraz edənlərin fikri isə dəlilsiz bir zorakılıqdır. Onların "şiə şəxslərindən dəlil gətirmək olmaz” – sözləri əməlləri ilə ziddir və istidlal məqamında rəftarı sözlərinə uyğun gəlmir. Buna görə də onların dəlilləri naqis, sizin dəlilləriniz isə əsaslı və sarsılmazdır. Bu az fürsətdə söylədiyiniz mətləbləri ayrılıqda bir risalə şəklinə salmağınız vacibdir. Mən artıq onu "sünni sənədlərində şiə raviləri” adlandırmışam və nəhayət, tez bir zamanda belə olacaq ki, ondan başqa hər hansı bir tədqiqatçı üçün başqa "əsl” və qaynaq olmayacaqdır. Mən ümidvaram ki, siz –Allahin istəyi ilə– İslam dünyasında aşkar bir islahat yaradacaqsınız.
    3. Biz hamımız Allahın bütün ayələrinə iman gətirmişik və Allahın Əmirəl-möminin Əli ibn Əbu Talib və Əhli-beyt "رضي الله عنهم” haqqında nazil etdiyi ayələri sizin saydıqlarınızdan daha çoxdur.
    4. Lakin, məlum deyildir ki, nə üçün qiblə əhli Əhli-beyt imamlarından üz çeviriblər, füru və üsulda onların məzhəbinə heç vaxt tabe olmayıblar və habelə ixtilaflı məsələlərdə onların dediklərinə diqqət yetirməyiblər? Ümmət alimləri də öz söhbətlərində onların nəzər və əqidələrindən bəhs etməmiş, əksinə nəzəri məsələlərdə onların qarşısında dayanıb, müxalif fikirlərinə əhəmiyyət verməmişlər. Ümmətin avamları da, istər keçmiş, istər sonrakı nəsilləri olsun, bu zidd iş bilmədən Əhli-beytdən (ə) başqasına müraciət etmişlər.
    Beləliklə, əgər Quran və doğru rəvayətlər sizin dediklərinizə aşkar surətdə dəlalət etsəydi, heç vaxt qiblə əhli Əhli-beyt imamlarından üz çevirməzdi və onları başqası ilə əvəz etməyə razı olmazdı. Deməli, məlum olur ki, onlar kitab və sünnədən –Əhli-beyti sevməkdən başqa– heç bir şey başa düşməmiş və onlara məhəbbət və ehtiramın vacibliyindən başqa bir şey dərk etməmişlər. Çox güman ki, layiqli sələflər və keçmişdəkilər həqiqətə daha yaxındır və sünnə və Quranın mənasına daha arifdirlər. "(Ərəbi)” "Sən də onların hidayətinə təqlid et.”
    "S”
    ON SƏKKİZİNCİ MƏKTUB
    4 Zilhiccə 1329
    1. Ona mehribanlığına görə təşəkkür.
    2. Qiblə əhli haqqında dediklərində səhv.
    3. Ümmətin rəhbərləri Əhli-beytdən üz döndərmişlər.
    4. Əhli-beyt imamları (heç bir dəlili nəzərə almadan) başqalarından aşağı səviyyədə deyildir.
    5. Hansı ədalətli məhkəmə onlara arxalananların yol azmalarına hökm verə bilər?
    1. Bu təqsirkar (yəni məktubun müəllifi) haqqında gözəl fikir söylədiyiniz üçün təşəkkür edirəm, onun özü və məktubları haqqındakı fikrinizi yalnız yaxşılıqları görən bir şəxsin fikri sanıram. Mən bu qədər məhəbbət və hisslər qarşısında təvazökarlıq edir və bu lütfün simasında böyüklük müşahidə edirəm.
    2. Amma sizdən xahiş edirəm ki, qiblə əhlinin Əhli-beytdən üz döndərməsi haqqında söylədiklərinizin hamısını yenidən nəzərdən keçirəsiniz və xatırladıram ki, qiblə əhlinin yarısı –Ali-Məhəmmədin (s) şiələri– onlardan üz döndərməmiş və döndərməyəcəklər (heç bir şeydə, nə üsuli-dində, nə də fürui-dində). Heç vaxt. Şiənin əqidəsinə görə onların məzhəbinə pərəstiş etmək, Kitab və sünnənin hökmünə əsasən açıq-aydın vacibdir. Buna görə də onlar hər zaman və hər yerdə bu fikirdədirlər ki, əziz və cəlal Allahın fərmanının qarşısında təslim olmalıdırlar. Keçmişdəki şiələr bu əqidədə idilər və bu əqidə ilə də canlarını tapşırmışlar. Bəli, (onlar) Peyğəmbərin (s) vəfatı zamanından bu günədək həmin əqidəyə bağlı olmuşlar.
    3. Lakin, dediyiniz ümmət rəhbərləri və başçıları isə Əhli-beytdən üz döndərmiş və bu da yalnız (Əmirəl-möminin Əli ibn Əbu Talibin xilafətinə aid doğru rəvayətlərin olmasına baxmayaraq) xilafətə xatir olmuş və xilafəti seçki üzrə təyin etməklə onu ixtiyarına aldıqları gündən başlamış və davam etmişdir. Çünki ərəblərin dözərək, yalnız bir ailənin xilafətinə tabe olmayacağı faktı mövcud ikən, bacardıqca öz növbələrində "kitab” (Quran) və sünnə "nəss”lərini (doğru rəvayətlər) təvil (təhrif) etmişlər. Qəbilələrin hamısının xilafət arzusuna çatması üçün –bu işin uzun illər çəkəcəyini, müxtəlif yerlərdə və bütün qəbilələrə nə vaxt nəsib olacağını nəzərə almadan– xilafəti seçkiyə qoymuş, var qüvvələrini bu işi təsdiq etdirməyə sərf etmiş və bu fikirlə müxalif olanları isə səhnədən uzaqlaşdırmışlar. Beləliklə, Əhli-beyt məzhəbindən uzaqlaşaraq "kitab” və sünnəni, eləcə də Əhli-beytə təslimin vacibliyinə dəlalət edən hədis və rəvayətləri "təvil” etmişlər. Əgər onlar sünnəyə təslim olub, Əhli-beytə tabe olsaydılar, bütün ümməti üsul və füruda onlara (ə) tapşırsaydılar, artıq tutduqları yolu öz üzlərinə bağlamaqla Əhli-beytin ən yaxın mübəlliğlərinə çevrilərdilər. Lakin, həqiqət isə onların arzu və istəkləri, siyasi fikirləri və iqtidara nail olma məqsədləri ilə uyğun gəlmirdi.
    Bu incəlikləri iti baxışla süzən hər kəs aydın başa düşür ki, məzhəbdə və məzhəbi məsələlərdə Əhli-beytdən üz döndərilməsi həqiqəti, faktiki olaraq gedişatın Peyğəmbərdən (s) sonrakı imamət-vilayət və onların (Əhli-beyt) ümumi xilafətindən yayındırılması demək idi. Amma onların (ə) xass məzhəbi məsələlərdə rəhbərlik və imamətinə dəlalət edən dəlillərinin təvilinə gəldikdə isə, Peyğəmbərdən (s) sonrakı ümumi imamət, xilafət və hakimiyyətlərinə dəlalət edən sübutları yozmaqdan sonrakı mərhələyə düşürdü. Halbuki belə olmasaydı, heç kəs onlardan üz döndərməzdi.
    4. Hələ onların (ə) imamət və xilafətinə dəlalət edən dəlil və "nəss”ləri qoyaq bir kənara! Gəl görək elm, əməl və təqvada Əşəri və sünnə əhlinin digər imamları ilə müqayisədə onlarda (ə) bir qüsur və əksiklik tapırsanmı? Əgər onlarda bir qüsur belə yoxdursa, nə üçün rəhbərlikdə başqaları onlardan irəli və layiq olmalıdırlar?
    5. Hansı ədalətli məhkəmə onlara ürəkdən qoşulanlara, onların yoluyla addım atanlara və vilayətləri altında hərəkət edənlərə azğınlıq hökmünü verə bilər?! Mümkün deyil ki, sünnə əhli və camaatı belə bir hökm versin! Vəssalam.
    "Ş”
    ON DOQQUZUNCU MƏKTUB
    5 Zilhiccə 1329
    1. Ədalətli məhkəmələr Əhli-beytə arxalananların yoldan azmalarına hökm vermirlər.
    2. Onların məzhəbinə əməl etmək, (şəri cəhətdən) öhdədə olan işin yerinə yetirilməsini tələb edir.
    3. Bəzən deyilir ki, onlar "təbəiyyət” olunmağa daha layiqdirlər.
    4. Xilafət "nəsslərinin” (rəvayətlər) tələbi.
    1. Ədalət məhkəmələri, Əhli-beyt vilayətinə arxalananların yoldan azmalarına hökm vermir və Əhli-beyt imamlarının başqa məzhəb imamları ilə müqayisədə imamət və rəhbərlik məsələlərində qüsurları yoxdur.
    2. Şübhəsiz, onların məzhəbinə əməl etmək mükəlləflər üçün mükafat və vəzifənin yerinə yetirilməsinə səbəb olacaq (ərbəə məzhəblərindən hər hansı birinə əməl etmək kimi).
    3. Bəzən deyilir ki, sizin on iki imamınız, təbəiyyət olunmağa sünnə əhlinin dörd imamlarından və başqalarından daha layiqlidir. Çünki bu on iki nəfərin bir məzhəbi vardır, onu nizama salmış, yəqinləşdirmiş və fikirləri eynidir. Halbuki, bizim dörd imamlarımızın aralarında fiqh məsələlərində olan ixtilaflar aşkardır. Onların sayını hesaba gətirmək olmaz. Aydın məsələdir ki, bir nəfərin tədqiq etdiyi məsələ on iki imamın tədqiq etdiyi məsələ kimi ola bilməz. Bu elə bir həqiqətdir ki, heç bir insaflı şəxs üçün şübhə yeri yoxdur və irad tutanın iradı yersizdir.
    Bəli! Bəzən nasibilər Əhli-beyt imamlarının məzhəbinə qarşı mübarizə aparırlar ki, mən sonradan bu haqda dəlil və sübut gətirmək zəhmətini sizə verəcəyəm.
    4. İndi sizdən xahiş edirəm, İmam Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) xilafətinə dəlalət edən (güman etdiyiniz) doğru və aşkar "nəssləri” (rəvayətləri) sünnə əhli təriqi ilə göstərəsiniz. Vəssalam.
    "S”
    Category: Əl-Muraciat | Added by: Islam_Kitabxanasi
    Views: 627 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024