İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əl-Muraciat

    Əl-Muraciat
    2011-12-30, 7:42 AM
    İYİRMİ ÜÇÜNCÜ MƏKTUB
    14 Zilhiccə 1329
    1. Hədisin sübutuna onun inamı.
    2. Hədis "mütəvatir” olmayan surətdə ondan dəlil gətirməyə əsas yoxdur.
    3. Bu hədis xüsusi xilafətə dəlalət edir.
    4. Bu hədis nəsx olunmuşdur (hökmü dəyişilmişdir).
    1. Əhmədin "Müsnəd”inin birinci cildinin 111-ci səhifəsinə müraciət etdim və sənədinin ravilərini yoxladım. Hamısını etimadlı, sübutlu və dəlilli gördüm. Sonra onu başqa yollarla axtardım. Onu "mütəzafir” (məzmununa kömək edən başqa hədislər) də gördüm. Bəzisi digərini təsdiq edirdi və buna görə də onun təsdiqinə və Peyğəmbər (s) tərəfindən çatmasına iman gətirdim.
    2. Amma siz –imamətin isbatında– həmişə elə bir dəlil gətirməlisiniz ki, doğru və "mütəvatir” (yəqinliyə səbəb olan hədis) olsun, çünki imamət sizin nəzərinizdə üsuli-dindəndir və demək olmaz ki, bu hədis "təvatür” (yəqinlik doğuran) sərhəddinə çatmışdır. Ona görə də bu hədisdən dəlil gətirməyə əsas yoxdur.
    3. Bəzən deyilir ki, bu hədis Əlinin (ə) Əhli-beyt arasında Peyğəmbərin (s) xəlifəsi olmasına dəlalət edir (yəni Əhli-beyt arasında xüsusi bir xilafət). Bəs belə olan surətdə, sünnə əhlinin nəzərinə müxalif olan "nəss” və dəlil hanı?
    4. Çox deyilmişdir ki, bu hədis nəsx olunmuşdur (dəyişilmişdir), çünki Peyğəmbər (s) onun məfhumundan üz çevirmişdi. Buna görə də səhabələrin əvvəlki üç xəlifə ilə beyətinə mane olmadı.
    "S”
    İYİRMİ DÖRDÜNCÜ MƏKTUB
    15 Zilhiccə 1329
    1. Bu hədisdən dəlil gətirməyimiz üçün əsas.
    2. Xüsusi xilafət "icma” şəkildə rədd olunmuşdur.
    3. Burada nəsx olunma mümkün deyildir.
    1. Sünnə əhli "mütəvatir” olub-olmamasından asılı olmayaraq, bizim imamətin isbatında gətirdiyimiz hər bir hədisi şübhə altına alırlar. Biz də onların müqabilində məcburuq bu işi görək, çünki bu hədis onların nəzərində doğrudur. Beləliklə, onların özlərini lazım bildiklərinə iqrar etməyə vadar edirik. Amma biz əgər öz aramızda imamətin isbatı üçün ona əsaslanırıqsa, ona görədir ki, bu hədis bizim nəzərimizdə mütəvatirdir və bu da heç kəsə gizli deyildir.
    2. Amma "bu hədis Əlinin (ə) Əhli-beyt arasında xüsusi xilafətinə dəlalət edir” – iddiası şiə və sünni tərəfindən qəbul olunmur. Çünki Əlini (ə) Əhli-beyt arasında Peyğəmbərin xəlifəsi bilənlərin hamısı, onun bütün camaat arasında Peyğəmbərin xəlifəsi olduğuna inanır və onun ümumi xilafətini qəbul etməyənlərin hamısı xüsusi xilafətini də qəbul etmir. Bəs onda müsəlmanların icmasına (fikir birliyinə) zidd olan bu fəlsəfə hardan gəlmişdir?
    3. Unutmamışsan və unutmamışıq ki, burada nəsxə qail olmaq qeyri-mümkündür, həm ağıl cəhətdən, həm də şəriət nöqteyi-nəzərindən. Çünki nəsx, əmrə əməl etmək vaxtı çatmazdan əvvəl ola bilər ki, bu da elm əhlinə gizli deyildir. Bundan əlavə, burada nasix (dəyişdirici hədis) yoxdur, və Peyğəmbərin (s) onun məfhumundan üz çevirməsi yalnız xam xəyaldır. Halbuki Peyğəmbər (s) ondan dönməmiş, əksinə, bir-birini təsdiq edən, ardıcıl deyilən mütəvatir "nəss”lər onun dönməməsinə dəlildir. Əgər fərz də olunsa ki, bu hədisdən sonra başqa bir "nəss” yoxdur, onda söz bu barədə olardı ki, Peyğəmbərin dönməsi haradan məlum olmuşdur və hansı səbəbə deyirsiniz ki, onun mənasından üz döndərmişdir? Deməli, "onlar yalnız zənn və nəfsi istəklərə uyurlar. Halbuki, rəbbindən onlara haqq yolu göstərən rəhbər gəlmişdir.”
    "Ş”
    İYİRMİ BEŞİNCİ MƏKTUB
    16 Zilhiccə 1329
    1. Onun bu "nəss”ə imanı.
    2. Əlavə xahiş.
    1. Sənin nurunla zülmət və qaranlığı işığa çevirildikcə, sənin vasitənlə anlaşılmazlıqlar aşkar olduqca iman gətirdim. O kəsə ki, Səni Öz ayələrindən birinə və möcüzələrinin bir cilvəsinə çevirmişdir.
    2. Xilafətə dəlalət edən "nəss”lərdən mənim üçün daha artıq danış, daha artıq.
    "S”
    İYİRMİ ALTINCI MƏKTUB
    17 Zilhiccə 1329
    1. Əlinin (ə) fəzilətlərinə dəlalət edən ondan çox doğru "nəss” var ki, o həzrətdən savayı heç kimdə olmamışdır.
    2. Nə üçün ona istinad edirik.
    1. "Dar” hədisindən sonra (iyirminci məktubdan sonra izahı verildi) bu hədis sənin üçün kifayətdir. Hansı ki, imam Əhməd "Müsnəd”in birinci cildində, imam Nisai "Xəsaisül-Ələviyyə”də , Hakim "Müstədrək”in üçüncü cildində, Zəhəbi öz "Təlxis”ində onun doğru olduğunu etiraf etmiş, bunlardan əlavə, doğru olmasında hamı eyni fikirdə olan bir vasitə ilə "sünən” yazıçıları onu Əmr ibn Meymundan nəql etmişlər. O deyir: "Bir dəfə İbn Abbasın yanında oturmuşdum, gördüm doqquz dəstə onun yanına gəlib dedilər: Ey İbn Abbas, ya bizimlə gəl, ya da ətrafını xəlvət et ki, sənə sözümüz vardır. İbn Abbas dedi: Sizinlə gəlirəm. İbn Abbas o vaxt hələ sağlam idi və görmək qabiliyyətini itirməmişdi. Onlar kənara çəkildilər və söhbətə başladılar. Biz nə dediklərini bilmədik. (Bir müddətdən sonra) İbn Abbas paltarını silkələyə-silkələyə gəldi: Tuf (ar olsun), elə adamın dalınca pis danışırlar ki, başqalarında olmayan on fəzilətə malikdir, elə adamın dalınca danışırlar ki, Peyğəmbər (s) onun haqqında demişdir: O kəsi döyüşə göndərəcəyəm ki, Allah onu heç vaxt zəlil və rüsvay etməz, (o,) Allahı və onun rəsulunu sevir, Allah və rəsulu da onu sevirlər. Bu zaman (hamı istəyirdi ki, bu fəzilət ona nəsib olsun) Həzrət (s) buyurdu: Əli hardadır? Əli gəldi, gözü ağrıyırdı və görə bilmirdi. (Həzrət mübarək) ağzının suyunu onun gözünə sürtdü və bayrağı üç dəfə yellətdikdən sonra onu Əliyə verdi. Əli gedib, qələbə ilə Mərhəb Xeybəri öldürdükdən və Həyyin qızı Səfiyyəni əsir tutandan sonra qayıtdı.
    İbn Abbas dedi: Peyğəmbər bir nəfəri "Tövbə” surəsini məkkəlilərə bəyanat vermək üçün göndərdi, lakin, sonra Əlini onun ardınca yolladı ki, Əli bu əmri yerinə yetirsin. Buyurdu: Bu surəni elə adam aparmalıdır ki, o məndən olsun və mən ondan.
    İbn Abbas dedi: Peyğəmbər əmilərinə və əmisi uşaqlarına dedi: Sizlərdən kim bu dünyada və axirətdə mənimlə həmkarlıq və dostluq edər? Hamı imtina etdi. Əli qalxdı və dedi: Mən bu dünyada və axirətdə səninlə həmkarlıq və dostluq edəcəyəm. Peyğəmbər (s) buyurdu: Sən bu dünyada və axirətdə mənim vəlim olacaqsan. Sonra yenə üzünü onlara tutub dedi: Sizlərdən kim bu dünyada və axirətdə mənimlə həmkar və dost olmağı öhdəsinə götürməyə hazırdır? Hamı imtina etdi. Əli qalxdı və dedi: Bu dünyada və axirətdə sizin köməyiniz və dostunuz olacağam. Həzrət ona buyurdu: Sən mənim bu dünyada və axirətdə vəlim olacaqsan.
    İbn Abbas dedi: Əli (ə) Xədicədən sonra Peyğəmbərə (s) iman gətirən ilk şəxsdir.
    İbn Abbas dedi: Peyğəmbər əbasını Əli, Fatimə, Həsən və Hüseynin (ə) üstünə salıb dedi: Allah iradə etmişdir ki, pisliyi siz Əhli-beytdən silsin və sizi pak-pakizə etsin.
    İbn Abbas dedi: Əli öz canını Allah xatirinə təhlükə qarşısında qoydu. Peyğəmbərin (s) libasını geydi və onun yatağında yatdı. Müşriklər onu daşa basdılar.
    İbn Abbas dedi: Peyğəmbər (s) "Təbuk” döyüşünə yollandı və camaat da onunla birlikdə Mədinədən xaric oldular. Əli dedi: Mən də sizinlə gəlirəm. Buyurdu: Yox. Əlinin gözləri doldu. Peyğəmbər (s) ona buyurdu: Razı deyilsənmi sənin mənə olan nisbətin Harunun Musaya (ə) olan nisbəti kimi olsun? Lakin, məndən sonra peyğəmbər gəlməyəcək. Sən mənim xəlifəm və canişinim olmağa layiqsən. Peyğəmbər (s) ona dedi: «اَنْتَ وَلـيُّ كُلِّ مُؤمِنٍ بَعْدي وَ مُؤمِنَةٍ» Sən məndən sonra bütün mömin kişi və qadınların vəlisi olacaqsan.
    İbn Abbas dedi: Peyğəmbər Əlinin evinin qapısından başqa məscidə açılan bütün qapıları bağladı. O, cünub halda məscidə daxil olurdu, ondan başqa yolu yox idi.
    İbn Abbas dedi: Peyğəmbər (s) buyurdu: «مَنْ كُنْتُ مَوْلاهُ فَاِنَّ مَوْلاهُ عَليّ» "Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır.”
    Hakim bu hadisəni nəql edəndən sonra deyir: "Bu hədis sənəd nöqteyi-nəzərindən doğrudur, lakin Buxari və Müslim ümumi şəkildə onu nəql etmişlər.”
    Mən deyirəm: Zəhəbi "Təlxis” kitabında onu nəql etmiş və demişdir: "Bu hədis doğrudur.”
    2. Bu hədisdə olan qəti və aydın dəlillər heç kimə gizli deyil. Bu dəlillərdən yaxşı aydın olur ki, Əli (ə) Peyğəmbərin (s) vəliəhdi və ondan sonra xəlifəsidir. Məgər mülahizə etmədinmi ki, Allahın rəsulu onu bu dünyada və axirətdə özünə vəli etdi, onu başqa qohumlarından üstün tutdu və onu özü ilə münasibətdə Harunun Musaya olan münasibətinə bənzətdi? Nübüvvət məqamı istisna olmaqla özündə olan heç bir məqamı ondan əskiltmədi. Yalnız bunun (nübüvvətin) istisna olması ümumiliyə dəlalət edir, yəni o, Peyğəmbərin başqa məqam və mənzilətlərinə malikdir.
    Siz yaxşı bilirsiniz ki, Harunun Musa (ə) yanında ən yaxşı məqamları – vəzirlik məqamı, himayədarlıq, peyğəmbərlik işlərində iştirak etmək, xəlifəlik və bütün ümmətin Haruna itaət etməsi vacibliyindən ibarət idi. Allahın buyurduğu buna sübutdur: Musa Allahdan istədi: Öz əhlimdən mənim üçün bir vəzir təyin et! Harun qardaşımı və onun vasitəsilə arxamı möhkəmlət, onu işimdə şərik et!” Haruna dedi: "Qövmün içində xəlifəm ol, islah et, fəsad törədənlərin yolu ilə getmə.” Və əziz Allah buyurdu: "Ey Musa, istədiyin şey sənə verildi.” Deməli, bu "nəss”ə əsasən, Əli (ə) Peyğəmbərin qövmü arasında xəlifəsi, əhli arasında vəziri, işlərində –peyəmbərlik yox, xəlifəlik məqamı ilə– şəriki, ümmətinin ən fəzilətlisi, Peyğəmbərə həyatında və ölümündə onların hamısından ən yaxınıdır və Peyğəmbər zamanında vəzirliyi xatirinə ona itaət etməyin vacibliyi, Musa (ə) zamanında Musa ümmətinin Haruna itaətinin vacibliyi kimi şübhəsizdir.
    "Mənzilət” hədisini eşidənə bütün bu məqamlar aydın olur və bu məqamların nəzərdə tutulduğuna şübhəsi qalmır. Peyğəmbər özü bu məsələni aşkar şəkildə buyurduğu bu cümlə ilə aydınlaşdırmışdır: "Məndən sonra xəlifə olmağa səndən başqası layiq deyildir.” Bu onun xəlifəliyinə aşkar "nəss”dir, üstəlik bu "nəss”dən aydınlaşır ki, onu öz xəlifəsi təyin etmədən dünyadan getsə, layiq olmayan işi yerinə yetirmiş olar və bu da Allah tərəfindən Əlini (ə) öz yerinə xəlifə təyin etməyə məmur olduğundan başqa bir şey deyildir. Bu ayə həmin hadisə ilə bağlı nazil olmuşdur: يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ "Ey Peyğəmbər, sənə nazil olan şeyi çatdır! Əgər yerinə yetirməsən risalətini sona çatdırmamısan.”
    Ayədəki فَمَا بَلَّغْتَ رِسَالَتَه "risaləti çatdırmamısan” – cümləsinə və sonra Peyğəmbərin «اِنَّهُ لا يَـنْبَغي اَنْ اَذْهَبَ إلاّ وَ اَنْتَ خَليفَتـي» "Heç olmaz ki, mən gedəm, sən isə mənim xəlifəm olmayasan.” – sözünə dərindən nəzər salan şəxs başa düşər ki, hər ikisi vahid məqsəd dalıncadır və bu da gizli deyildir. Elə bu hədisdəki Peyğəmbərin (s) «انتَ ولـيُّ كلّ مؤمن بعدي» "Sən məndən sonra bütün möminlərin vəlisi olacaqsan” – sözünü də unutmamalıyıq ki, onun vəli və canişinliyinə aşkar "nəss”dir. Rəhmətlik məşhur şair Kümeytin dediyi kimi: "Nə yaxşı vəlidir o; o, təqva nümunəsi və ən yaxşı ədəb verəndir.”
    "Ş”
    Category: Əl-Muraciat | Added by: Islam_Kitabxanasi
    Views: 554 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024