İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Əl-Muraciat

    Əl-Muraciat
    2011-12-30, 7:41 AM
    İYİRMİ YEDDİNCİ MƏKTUB
    18 Zilhiccə 1329
    Mənzilət hədisinin sənədinə şübhə.
    "Mənzilət” hədisi doğrudur və bir neçə sənədi var. Amma tədqiqatçı alim və "Üsul elmi”nin böyük alimi Amidi onun sənədinə və silsiləsinə şübhə etmişdir. Əgər düşmənləriniz onun nəzəriyyəsini əldə dəlil tutsalar, nə kimi vasitələr ilə onlara qalib gələr və cavablarını verərsiniz?
    "S”
    İYİRMİ SƏKKİZİNCİ MƏKTUB
    19 Zilhiccə 1329
    1. "Mənzilət” hədisi ən qəti xəbərlərdəndir.
    2. Bu həqiqəti bildirən şahidlər.
    3. Sünnə əhlindən bu hədisi nəql edənlər.
    4. Amidinin şübhəsinin səbəbi.
    1. Amidi bu şübhə ilə özünə zülm etmişdir, çünki mənzilət hədisi ən doğru, ən aydın sünnə və qəti xəbərlərdəndir.
    2. Bu hədisin doğru olmasında heç bir şübhə ürəkdə iztiraba səbəb olmaz və heç kəsin fikrinə gəlməz ki, onu sübut etmək üçün münaqişəyə başlasın. Hətta Zəhəbi, o cür inadkarlığı ilə "Təlxisi Müstədrək” kitabında o hədisin doğru olmasını aydınlaşdırmışdır. İbn Həcər Heysəmi, o cür inadkarlığı ilə öz "Səvaiq” kitabının 12-ci şübhəsində bu hədisi xatırlamış, və yalnız mötəbər hədis imamlarının sözünə əsasən onun doğru olmasını nəql etmişdir. O kitaba müraciət et və əgər bundan da sonra o hədis doğru sayılmazsa, sonda Buxari onu öz "Səhih”ində nəql etməzdi. Halbuki o, Əlinin (ə) xasiyyət və fəzilətləri qarşısında özünə çox zülm edir və onları yazmaqdan çəkinərmiş.
    Üsyançı dəstənin rəhbəri və pişvası və Əmirəl-möminini (ə) söyən, onunla döyüşən və minbərlərdə Əlini (ə) söyməyi müsəlmanlara əmr edən Müaviyə də belə –hədsiz həyasızlığı və düşmənçiliyinə baxmayaraq– "Mənzilət” hədisini inkar etməmişdir. Müslimin nəql etdiyinə əsasən, Səd ibn Əbu Vəqqasa "Sənə nə mane oldu ki, Əbu Turabı söymürsən?” – dediyi vaxt onun cavabını inkar etmədi. Səd cavab verdi: "Peyğəmbərin onun haqqında buyurduqları üç şeyi xatırladım və söyə bilmədim. Əgər onlardan biri məndə olsaydı, mənim üçün ərəbin ən əziz sərvətindən də qiymətli olardı. Peyğəmbər onu bəzi döyüşlərdə Mədinədə saxladığı zaman eşitdim ki, ona buyurdu:
    "Razı deyilsənmi ki, sən mənə Harunun Musaya (vəsi) olduğu kimi olasan? Bu fərq ilə ki, məndən sonra Peyğəmbər yoxdur. ” Müaviyə sakit oldu və Sədi söyüş söyməkdən azad etdi.
    Daha aydın deyim, Müaviyə özü "Mənzilət” hədisini nəql etmişdir. İbn Həcər "Səvaiq”də deyir: Əhməd nəql edir ki, bir nəfər Müaviyədən bir məsələni soruşdu. Müaviyə ona dedi: Bu məsələni Əlidən soruş ki, o daha bilikli və daha agahdır. O şəxs cavab verdi: Sənin cavabın mənə Əlinin cavabından daha əzizdir. Müaviyə dedi: "Pis danışdın. Elə bir kəsdən narahatsan ki, Allahın rəsulu onu elmin parlaq çöhrəsi adlandırmış və ona buyurmuşdur: «اَنْتَ مِنّي بِمَنْزِلَةِ هارُونَ مِنْ مُوسَي اِلاّ اَنَّهُ لا نَبِيَّ بَعْدي» "Sən mənə Harunun Musaya (vəsisi) olduğu kimisən, bu fərq ilə ki, məndən sonra Peyğəmbər yoxdur.” Ömər özü bir çətin məsələ qarşıya çıxdıqda ondan öyrənərdi...
    Xülasə, "Mənzilət” hədisi elə xəbərlərdəndir ki, məzhəb və məsləklərindəki ixtilafa baxmayaraq, müsəlmanların heç birinin onun sübutunda şübhələri yoxdur.
    3. Bu hədisi "Əl-cəm beynəs-Sihahüs-Sittə” və "Əl-cəm beynəs-Səhiheyn” yazıçıları nəql etmişdir. "Səhih-Buxari”nin "Təbuk” döyüşü hissəsində də və "Səhih-Müslim”də Əlinin (ə) fəzilətləri babında da yazılmışdır. "Sünəni-ibn Macə”də Peyğəmbər (s) əshabələrinin fəzilətləri babında və "Müstədrəki Hakim”in Əlinin (ə) fəzilətləri hissəsində deyilmişdir. İmam Əhməd Hənbəl "Müsnəd”də Sədin hədisini çoxlu silsilələrlə, həmçinin İbn Abbas, Əsma binti-Ümeys, Əbu Səid Xidri, Müaviyə ibn Əbu Süfyan və bir sıra başqa əshabələrdən nəql etmişdir.
    Təbərani bu hədisi Əsma binti-Ümeys, Ümmi Sələmə, Hübeyş ibn Cənadə, İbn Ömər, İbn Abbas, Cabir ibn Səmurə, Zeyd ibn Ərqəm, Bəra ibn Azib, Əli ibn Əbu Talib və başqalarından nəql etmişdir.
    Bəzzar öz "Müsnəd”ində və Tirmizi öz "Səhih”ində Əbu Səid Xidrinin hədisini söyləmişlər. İbn Əbdül-Birr "İstiab” kitabında Əlinin (ə) şərhi-halında onu yazmış və sonra əlavə etmişdir: "Bu hədis sübut olunmuş ən doğru xəbər və rəvayətlərdəndir ki, Səd ibn Vəqqas onu Peyğəmbərdən (s) nəql etmişdir. Sədin hədisinin təriqi doğrudan da çoxdur, bunu İbn Əbu Xeysəmə və başqaları zikr etmişlər. O demişdir: Bu hədisi İbn Abbas, Əbu Səid Xidri, Ümmi Sələmə, Əsma binti-Ümeys, Cabir ibn Abdullah və bir sıra başqaları xatırlamışlar ki, bunların hamısı haqqında danışmaq uzun çəkər.” İbn Əbdül-Birrin sözü bundan ibarət idi. "Təbuk” döyüşündə iştirak edən hədis və sirə yazanlar, xəbər söyləyənlərin hər biri bu hədisi nəql etmişlər. Əvvəlki və sonrakı dövrlərdə yaşayan, məzhəb və məslək ixtilaflarına baxmayaraq Əlinin şərhi-halını yazan yazıçılar bu hədisi yazmışlar.
    Əhli-beytin fəzilətləri və əshabələrin fəzilətləri haqqındakı kitabların yazıçıları, o cümlədən Əhməd Hənbəl və ondan əvvəlkilər (ya sonrakılar) onu rəvayət etmişlər. Xülasə, bu hədis müsəlmanların elə hədislərindəndir ki, bu ümmətin bütün dövrlərində nəql olunmuşdur.
    4. Beləliklə Amidinin onun sənədinə şübhə etməyinə heç bir əsas qalmır. Çünki o, hədis alimi deyil və bu elmdən də xəbəri yoxdur. Onun sənədlərlə tanışlığı və hədislərin təriqi haqqındakı hökmü avamyana bir hökmdür ki, onun cahilliyini göstərir və yalnız "üsul” elmindəki təbəhhürü (üstünlüyü) onu bu uçuruma salmışdır, çünki görmüşdür ki, bu "nəss” üsul elminin tələbinə müvafiq "nəss”dir, ondan yalnız şübhə ilə xilas olmaq olar. Elə güman edib ki, bu iş mümkündür. Amma heyhat! Bu işi burada görmək olmaz.
    "Ş”
    İYİRMİ DOQQUZUNCU MƏKTUB
    20 Zilhiccə 1329
    1. Hədisin sənədi haqqında deyilənlərin təsdiqi.
    2. Hədisin ümumiliyinə şübhə.
    3. Onun dəlilində şübhə.
    1. "Mənzilət” hədisinin sübutu haqqında söylədiklərin həqiqətdir və onda heç bir şübhə yoxdur. Amidi burada səhv etmişdir. O, hədis elmi və hədis əhlindən çox uzaqdır, onun nəzəriyyəsi və əqidəsini xatırlatmaqla sizi əziyyətə saldıq və məcbur oldunuz ki, geniş izahat verəsiniz. Bu səhv üçün sizdən üzr istəyirik və xahiş edirik ki, bizi bağışlayasınız.
    2. Eşitdiyimə görə Amididən başqa sizin bəzi müxalifləriniz güman ediblər ki, "Mənzilət” hədisi ümumi deyil (geniş mənalı), yalnız işləndiyi yerə aiddir (yəni, Əli Peyğəmbərin Təbuk döyüşündə xəlifəsi olub). Bu məsələni sübut etmək üçün belə dəlil gətirirlər ki, Peyğəmbər Təbuk döyüşünə gedən zaman Əlini (ə) Mədinədə öz yerinə qoyanda İmam Əli رضي الله عنه Peyğəmbərə ərz etdi: "Məni qadınlar və uşaqların arasındamı qoyursan?” Peyğəmbər ona buyurdu: "Razı deyilsənmi ki, sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimi olsun? Yalnız bu fərq ilə ki, məndən sonra peyğəmbər yoxdur.” Guya Peyğəmbərin (s) fikri bu idi ki, Əlini özünə Harun kimi seçməyi Musanın (ə) Harunu öz yerinə qoyub Tur dağına gedən kimidir.
    Beləliklə məqsəd budur: Sən yalnız Təbuk döyüşü əyyamında mənim üçün, (Musa olmayan vaxt) Harunun Musaya olan nisbəti kimisən.
    3. Habelə deyə bilərlər: Bu hədis dəlil deyildir, doğrudur ki, hədis ümumidir, lakin xüsusiləşmişdir (çünki nübüvvət məqamı ondan istisna edilmişdir), beləliklə, xüsusiləşmiş ümumi dəlil artıq dəlil deyildir. Vəssalam.
    "S”
    OTUZUNCU MƏKTUB
    22 Zilhiccə 1329
    1. Ərəb dillilər hədisin məfhumunun ümumi olduğunu hökm edirlər.
    2. Onun müəyyən bir yerə aid olması sözünün doğru olmaması.
    3. Onun, dəlil olmaması fikrinin batilliyi.
    1. Biz hədisin ümumi olmaması fikrinin cavabını lüğət əhlinə və ərəb ürfünə tapşırırıq və sən özün sözsüz ərəb üçün dəlilsən. Heç fikirləşərsənmi ki, sənin millətin (ərəb dillilər) hədisdəki "mənzilət”in ümumiliyinə şübhə etsin? Heç vaxt və əsla! Heç vaxt mən inana bilmərəm ki, sənin kimi bir adam "ismi-cinsin izafi halda öz fərdlərinə şamil olması”nda şübhə etsin!
    Məsələn, əgər siz: «مَنَحتُكم اِنصافي» "İnsafı sizə verdim!” – dedikdə, insafı yalnız bəzi hallaramı aid edirsiniz? Məgər bütün hallara aid deyildirmi? Allaha pənah aparıram ki, nəbada sən şübhə edəsən. Doğrusu, əgər müsəlman bir xəlifə dostlarından birinə: «جَعَلتُ لَكَ ولايتي عَلي الناس» "Mən camaat üzərində olan vilayətimi sənin ixtiyarına verdim”, yaxud: "Mənzilətimi, yaxud mənsəbimi, onların arasında olan rütbəmi və ya mülkümü sənə verdim” – desə, ümumilikdən savayı zehnə başqa bir şey gəlirmi? Bunun yalnız bəzi hal və vəzifələrə aid olduğunu iddia edən adama, inadkardan savayı başqa bir ad vermək olarmı?! Əgər bir xəlifə vəzirlərindən birinə "Sən mənim hakimiyyətim dövründə "Əbu Bəkrin” hakimiyyəti dövründəki Ömər kimisən, bu fərq ilə ki, sən Peyğəmbərin səhabələrindən deyilsən” – desə bu, ürf nöqteyi-nəzərindən bəzi məqamlaramı aiddir? Allaha and olsun ki, sən onu ümumi biləcəksən. Mən şübhə etmirəm ki, sən Peyğəmbərin (s) "Sən mənə nisbətdə Harunun Musaya olan nisbəti kimisən” – hədisində "mənzilətin” (məqamın) ümumiliyinə inanacaqsan. Çünki ürf də, lüğət də belə hallarda həmin məsələni deyir. Xüsusilə, "nübüvvət” məqamı istisna edildikdən sonra, çünki "nəss” onu ümuma aid edir. Özün ərəblərin arasındasan, bu barədə özün onlardan soruş!
    2. Amma hədisdə müxalifin –"hədis müəyyən yerə aiddir”– sözü iki cəhətdən inkar olunur:
    Birinci: Hədis, bildiyin kimi, öz-özlüyündə ümuma aiddir. Buna görə də onun işlənmə yeri (xüsusi olsa da belə) onu ümumiyyətdən çıxarmır, çünki "işlənmə yeri” sözün yalnız həmin yerə aid olmasına səbəb olmur. Belə ki, fiqh üsulu elmi mənbələrində bu, sübut olunmuşdur. Fərz edək ki, natəmiz (cünub) halında bir şəxs əlini "Ayətəl-Kürsi”yə vurarsa, sən ona "dəstəmazı və qüslü olmayan şəxs Quran ayələrinə əl vurmamalıdır” – desən, bu müəyyən bir məsələ deyildir. Əksinə, Quranın hər hansı bir yerinə əlini qoyarsa haram iş görmüş olur və dəstəmazı və qüslü olmayan heç bir şəxs ona əl vurmamalıdır. Güman etmirəm, elə bir adam tapılsın ki, bunu yalnız "Ayətəl-Kürsi”yə aid etsin. Əgər xurma yeyən xəstəyə həkim şirin şey yeməyi qadağan etsə və desə ki, "yemə” bu, ərəb ürfü baxımından müəyyən bir məsələyəmi aiddir (yəni yalnız xurma yemə)?! Yoxsa bütün şirniyyat növlərinə? Allaha and olsun, mən güman etmirəm bir nəfər tapılsın ki, onu yalnız müəyyən bir şeyə aid etsin. Buna yalnız o şəxs razı olar ki, üsul məsələlərindən kənarda, lüğət qaydalarından xəbərsiz, ürfi anlayışa tamamilə biganə olsun. Habelə "Mənzilət” hədisini işləndiyi yerə, yəni "Təbuk” döyüşü”nə aid edən şəxs bilməlidir ki, bu ikisinin arasında heç bir fərq yoxdur.
    İkinci cəhət bundan ibarətdir ki, bu hədis Peyğəmbərin (s) mübarək dilindən yalnız Əlinin "Təbuk döyüşü”ndə olan xəlifəliyinə aid deyildir ki, müxaliflər bu hədisi "Təbuk döyüşü”nə aid etsinlər. Peyğəmbərin (s) Əhli-beytindən çatmış doğru xəbərlər sübut edir ki, bu şərəfli hədis başqa vaxtlarda da deyilmişdir. Tədqiqatçılar və elm əhli həmin məsələlərə müraciət etsinlər. Sünnə əhli rəvayətçiləri də bu həqiqətin şahididir.
    Deməli, "hədis yalnız Təbuk döyüşünə aiddir” – sözü sübutsuzdur. Bu heç kəsə gizli deyildir.
    3. "Ümuminin xüsusiləşmə zamanı dəlilliyini itirməsi” sözü açıq-aşkar rüsvayçı bir səhvdir. Məgər kimsə belə bir sözü bizim bəhs etdiyimiz misal haqqında deyə bilərmi? Xeyr, bunu işlərdə zorakılıq etmək istəyən şəxsdən savayı heç kəs deməz. Əgər desə də, belə bir şəxs bir növ huşsuzluq və dəlilik aləmindədir və kor ata minib, gecənin zülmətində məqsədə tərəf getmək istəyən şəxsə bənzəyir. Cəhalət və nadanlıqdan Allaha pənah aparır və bundan salamat qurtarmaq üçün Ona yalvarırıq. Ümumi xüsusiləşdikdə, "mücməl” olmadığı surətdə dəlillikdən xaric olmur. Xüsusilə, əgər xüsusiləşmiş ümumiyə bağlı olsa, dediyimiz kimi olur. Çünki, əgər ağa öz qulu və ya nökərinə "bu gün mənim görüşümə gələnlərə hörmət et, Zeyddən başqa” – desə və əgər nökər Zeyddən başqa şəxslərə də hörmət etməsə, camaatın ürfü baxımından günahkar sayılar, ağasının əmrinə əməl etməyən hesab olunar, ağıllılar onu məzəmmət edər və günahının miqdarı qədər cəzalandırılmasını lazım bilərlər. Bu cəza həm əqlə əsasən və həm də şəriətə görə düzdür... Burada heç bir ürf əhli onun sözünə inanmayacaq ki, bu xüsusiləşmiş ümumidir və daha dəlil deyildir. Əksinə bu cür üzr istəmək günahdan daha pisdir.
    Siz yaxşı bilirsiniz ki, müsəlmanların və qeyri-müsəlmanların əxlaqi xüsusiyyətləri belədir ki, "xüsusiləşmiş ümumilərə” şəkk-şübhəsiz dəlil kimi gətirilir. Bu əxlaqi xüsusiyyətlər əvvəlki və keçmiş səhabələrdən, tabeinlərdən və onlardan sonra gələnlərdən başlamış və bu günə qədər davam edir. Əhli-beyt imamları və müsəlmanların başqa imamları da bu əxlaqi xüsusiyyətlərə malik idilər. Bu elə bir məsələdir ki, onda şübhə ola bilməz. Həmin dəlil xüsusiləşmiş ümuminin sübutu kimi sizin üçün kifayətdir. Əgər belə bir ümumi dəlil olmasaydı, "Ərbəə imamları”nın və müctəhidlərin üzünə elmin şəri və fəri əhkamlarının qapısı (dəlil qismində) bağlanardı. Çünki şəriət əhkamları ictihad məsələlərində, elm dəyirmanının əməl bünövrəsi üzərində ümumi qaydalara söykənir və elə bir ümumi qayda yoxdur ki, xüsusiləşmiş olmasın və əgər ümumi qaydalar ləğv olunsa, elm və biliyin qapısı bağlanacaqdır.
    "Ş”
    Category: Əl-Muraciat | Added by: Islam_Kitabxanasi
    Views: 490 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024