İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Əl-Muraciat

    Əl-Muraciat
    2011-12-30, 7:40 AM
    OTUZ BİRİNCİ MƏKTUB
    22 Zilhiccə 1329
    Hədisin başqa yerlərdə işlənməsinə misal göstərilməsi xahişi.
    Bu hədisin "Təbuk” döyüşündən əlavə, başqa yer və məqamlarda işlənməsinə dəlil göstərmədiniz. Ürəyim çox istəyir ki, o gözəl məqamlara da əlim çatsın. Məni o çeşmə başına çatdırmağa imkanınız varmı?
    "S”
    OTUZ İKİNCİ MƏKTUB
    24 Zilhiccə 1329
    1.Ümmü-Süleym ilə görüş.
    2. Həmzənin qızının əhvalatı.
    3. Peyğəmbər Əliyə söykənən vaxt.
    4. İlk qardaşlıq peymanı.
    5. İkinci qardaşlıq peymanı.
    6. Qapıların bağlanması zamanı.
    7. Peyğəmbər Əli ilə Harunu iki aydın ulduz kimi təsvir edir.
    1. Peyğəmbərin pak dilindən çıxan "mənzilət” hədisinin işləndiyi başqa bir vaxt isə onu Ümmü-Süleymə söyləyən gündür. Ümmü-Süleym İslama ilk qədəm qoyanlardan olub, ağıl və dərrakə sahibi idi. O, Peyğəmbər (s) yanında İslamın ilk qabaqcıllarından olduğuna, ixlas və xeyirxahlığına, İslam yolunda çətinliklərə dözməsinə görə yüksək məqam və mövqeyə malik idi.
    Peyğəmbər (s) onun evinə gedər, ona hədis söyləyər və söhbət edərdi. Günlərin bir günü ona buyurdu: "Ümmi-Süleym! Əlinin (ə) əti mənim ətimdən, qanı mənim qanımdandır. Onun mənimlə nisbəti Harunun Musaya olan nisbəti kimidir.”
    Sizə gizli deyildir ki, bu hədisi Peyğəmbər xüsusi bir vaxtda buyursa da, yalnız vəzifəsini icra etmək, Allah yolunda "mənzilət”i bəyan etmək, özündən sonra vəliəhdlik məqamı və canişininə xatir buyurmuşdur. Deməli, bu sırf "Təbuk” döyüşünə aid ola bilməz.
    2. Buna bənzər hədis Həmzənin qızının əhvalatıdır ki, Əli, Cəfər və Zeyd arasında onun haqqında söhbət gedən zaman Peyğəmbər (s) buyurdu: "Ey Əli, sən mənim üçün Harunun Musaya olan nisbəti kimisən...”
    3. Bir gün Əbu Bəkr, Ömər və Əbu Übeydə Cərrah Peyğəmbərin yanında idilər. O həzrət Əliyə söykənərək əlini onun çiyninə qoyub buyurdu: "Ey Əli, sən möminlərdən ilk iman gətirən və İslamı qəbul edən ilk şəxssən. Sənin mənə nisbətin Harunun Musaya nisbəti kimidir.”
    4. Məkkədə təşkil olunmuş "ilk qardaşlıq peymanı”ndakı hədislər də bu məsələni təsdiq edir. Bəli, Məkkədə hicrətdən əvvəl Peyğəmbər mühacirlər arasında qardaşlıq peymanı bağlayan zaman orada da bu mətləbi buyurmuşdur.
    5. Mühacirətdən beş ay sonra Mədinədə "Qardaşlıq əqdi və ikinci qardaşlıq peymanı” keçirildi. Peyğəmbər mühacirlərlə ənsar arasında qardaşlıq bərqərar etdi və həmin hadisə yenə təkrar olundu. Bəli, hər iki dəfə də o həzrət Əlini öz qardaşı kimi seçdi və onu başqalarından üstün tutaraq ayrı heç kəsi özünə qardaş qəbul etmədi. Ona buyurdu: "Sən mənə Harunun Musaya olan nisbəti kimisən.”
    Peyğəmbərin pak Əhli-beytinin təriqi ilə bu haqda ardıcıl xəbərlər vardır və başqa yollarla Zeyd ibn Əbu Ovfadan çatmış hədis sizə kifayət edər. Bu hədisi imam Əhməd Hənbəlin "Mənaqibi Əli” kitabında, ibn Əsakirin öz tarix kitabında , Bəğəvi və Təbərani öz "Məcmə”lərində, Barudi "Əl-Məricət”də və İbn Ədi və başqaları söyləmişlər. Hədis uzundur. "Qardaşlıq peymanı”nda belə deyilir: "Əli dedi: Ey Allahın rəsulu, qəlbim sındı. Çünki, gördüm məndən başqa əshabələrinə qardaş seçdin, amma mənə yox. Əgər bu, mənə qarşı qəzəbin nəticəsidirsə, səndən bağışlanmağımı istəyirəm və sən kəramətli və əzəmətlisən. Peyğəmbər (s) buyurdu: Məni haqq üzrə peyğəmbərliyə qəbul edən kəsə and olsun ki, səni özüm üçün axıra saxlamışam. Sən mənə Harunun Musaya olan nisbəti kimisən, bu fərq ilə ki, məndən sonra peyğəmbər yoxdur! Sən mənim qardaşım və varisimsən. Əli ərz etdi: Mən səndən nə irs ala bilərəm? Həzrət (s) buyurdu: Məndən əvvəlki peyğəmbərlərin qanunlarının irsi, Allahın kitabı və sünnəsi. Sən behiştdə qızım Fatimə ilə mənim qəsrimdəsən, sən mənim qardaşım və yoldaşımsan.” Sonra Peyğəmbər (s) ayənin bu hissəsini tilavət etdi: "Qardaşlardır ki, (behiştdə) taxt üstündə üzbəüz oturmuşlar. ” Yəni, o adamlar Allah xatirinə bir-birlərini sevənlərdir.
    "İkinci qardaşlıq peymanı” haqqında Təbəraninin "Kəbir” kitabında İbn Abbasdan söylədiyi hədis sənə kifayət edər. Orada deyilir ki, Peyğəmbər (s) Əliyə buyurdu: "Mən mühacirlər və ənsar arasında qardaşlıq bərqərar edəndə, səni heç kəs ilə qardaş etmədiyim üçün məndən narahatmı oldun? Razı deyilsənmi mənə Harunun Musaya olan nisbəti kimi olasan, bu fərq ilə ki, məndən sonra peyğəmbər olmayacaqdır.”
    6. Əlinin qapısından başqa məscidə açılan bütün qapıların bağlanması haqqındakı hədisləri misal göstərmək olar. Bu haqda Cabir ibn Abdullahın hədisi kifayətdir. O deyir: Peyğəmbər (s) buyurdu: "Ey Əli, mənə məsciddə halal olan şey sənə də halaldır. Sənin mənə nisbətin Harunun Musaya olduğu kimidir, bu fərq ilə ki, məndən sonra peyğəmbər yoxdur.”
    Hüzeyfə ibn Üseyd Qifaridən nəql olmuşdur ki, Peyğəmbər qapıları bağlayan gün ayağa durub, xütbə oxuduqdan sonra buyurdu: "Bəzilərinə elə gəlir ki, mən Əlini məsciddə məskunlaşdırmış, onları isə xaric etmişəm. Allaha and olsun ki, onları mən xaric etməmiş və Əlini mən məskunlaşdırmamışam. Əksinə, Allah onları xaric etmiş və Əliyə (ə) sükunət vermişdir. Allah Musaya və qardaşına vəhy etdi ki, öz qövmünüz üçün Misirdə evlər seçin və evinizi qiblə edin və namaz qılın. Əli də mənim üçün Harunun Musaya olduğu nisbəti kimidir. O mənim qardaşımdır...”
    Bunun kimi misallar çoxdur. Bu kiçik imkanda onların hamısını toplamaq olmaz. "Mənzilət” hədisinin yalnız "Təbuk” döyüşünə aid olmamasını sübut etmək üçün dediklərimiz kifayətdir.
    7. Peyğəmbərin (s) həyat tərzini mütaliə edən şəxs biləcəkdir ki, o həzrət Əli və Harunu "Fərəqdan” (eynilə bir-birinə oxşar iki ulduz adı) kimi eyni bilirdi, heç birini heç bir şeydə fərqləndirmirdi. Bunun özü hədisdə "Mənzilət”in ümuma aid olmasına dəlalət edir. Bundan əlavə, bəyan etdiyimiz kimi, mənzilətin ümumiliyi hədisin kənar qərinələrinə (nişanələr) baxmayaraq məzmunundan anlaşılır.
    "Ş”
    OTUZ ÜÇÜNCÜ MƏKTUB
    25 Zilhiccə 1329
    Nə vaxt və harada Əli ilə Harun iki ulduz kimi təsvir olunmuşdur?
    Bizim üçün sizin dediyiniz Peyğəmbərin (s) Əli və Harunu iki ulduz kimi təsvir etməsi və hər ikisinə eyni cür baxması aydın olmadı. Nə vaxt və harada onları belə təsvir etmişdir?
    "S”
    OTUZ DÖRDÜNCÜ MƏKTUB
    27 Zilhiccə 1329
    1. "Şübbər”, "Şübeyr” və "Müşəbbir” günü.
    2. Qardaşlıq əqdi günü.
    3. Qapıların bağlanması günü.
    Allah rəsulunun (s) yaşayış tərzini tədqiq et! Əli ilə Harunu göydə "Fərəqdan” ulduzlarına və bir qiyafədə iki gözə bənzətdiyini görəcəksən ki, birinin digərindən fərqi yoxdur.
    1. Məgər Əlinin övladlarının adının Harunun övladlarının adından fərqli olmadığını mülahizə etmirsənmi? Həzrət (s) onları Həsən, Hüseyn və Möhsün adlandırdı. Onların adının Harunun övladlarının adlarına – Şübbər, Şübeyr və aralarındakı oxşarlığa təkid etmək və bu ikisinin arasındakı oxşarlığı hər yerdə, bütün sahələrdə ümumiləşdirmək nə deməkdir?
    2. Bu səbəbdən də Əlini özünə qardaş seçdi və onu başqalarından üstün etdi ki, "iki Harun”un oxşarlığının ümumiliyi səhabələr üçün də qəti aydın olsun və çox istəyirdi ki, aralarında heç bir fərq olmasın! Halbuki, deyildiyi kimi, Həzrət (s) əshabələri arasında iki dəfə qardaşlıq peymanı bağladı. Birinci dəfədə Əbu Bəkrlə Ömər qardaş idilər və Osmanla Əbdür-Rəhman ibn Ovf. Amma ikinci dəfə Əbu Bəkrlə Xaric ibn Zeyd qardaş oldular və Ömərlə Ətban ibn Malik. Lakin Əli hər iki dəfədə, dediyim kimi, Allah rəsulunun qardaşı oldu və indi bütün bu deyilənlərin təriqlərinin doğru olmasını arayıb-axtarmağa vaxt yoxdur. İbn Abbas və İbn Ömər, Zeyd ibn Ərqəm, Zeyd ibn Əbu Ovfa, Ənəs ibn Malik, Hüzeyfə ibn Yəman, Məxdəc ibn Yəzid, Ömər ibn Xəttab, Bəra ibn Azib, Əli ibn Əbu Talib və başqaları tərəfindən çatmış hədislərə diqqət yetirilmişdir. (Bəli, onların hamısını saymaq çətindir). Peyğəmbər (s) ona buyurdu: «اَنْتَ اَخي فِي الدُّنْيا وَ الآخِرَةِ» "Sən həm bu dünyada, həm də axirətdə mənim qardaşımsan”.
    İyirminci məktubda nəql etdik ki, Peyğəmbər əlini Əlinin çiyninə qoydu və buyurdu: "Bu sizin aranızda mənim qardaşım, naibim və xəlifəmdir, ona qulaq asın və itaət edin.” Bir gün Peyğəmbər (s) şad halda səhabələrinin yanına gəldi. Əbdür-Rəhman ibn Ovf bu sevincin sirrini soruşdu. Həzrət cavabında dedi: "Səbəbi, məni yaradan tərəfindən qardaşım, əmim oğlu və qızım haqqında müjdədir. Allah Fatimə (s) ilə Əlinin evlənməsini buyurmuşdur...”
    Qadınların seyyidəsi ilə Əhli-beytin seyyidi və böyüyü evlənən zaman Peyğəmbər (s) Ümmi-Əymənə buyurdu: "Ey Ümmi-Əymən, qardaşımı çağır! Ümmi-Əymən dedi: O, sənin qardaşındır, qızını ona verirsən? Buyurdu: Bəli, ey Ümmi-Əymən! Ümmi-Əymən Əlini çağırdı. Əli gəldi...”
    Peyğəmbər (s) həmişə Əliyə işarə edər və buyurardı: «هذا اَخي، وَ ابْنُ عَمّي وَ صِهْري وَ اَبو وُلْدي» "Bu qardaşım, əmioğlum, kürəkənim və övladlarımın atasıdır.” Bir gün Peyğəmbər (s) Əli ilə söhbət edərkən buyurdu: «انت اخي و صاحـبي» "Sən qardaşım və yoldaşımsan.” Başqa bir vaxt ona buyurdu: "Sən qardaşım və behiştdə yoldaşımsan.” Başqa bir gün (Əlinin) qardaşı Cəfər və Zeyd ibn Harisə ilə söhbət zamanı Əliyə xitab edərək buyurdu: "Amma sən, ey Əli! Mənim qardaşım, övladlarımın atasısan, sən məndənsən, mənə tərəf qayıdacaqsan.” Bir gün ona iş tapşıran və vəsiyyət edən vaxt dedi: "Sən mənim qardaşım və vəzirimsən, borclarımı ödəyirsən, vədələrimə vəfa edirsən, boynumda olanları yerinə yetirirsən.” Və vəfat edəndə (atam, anam ona qurban olsun) "qardaşımı çağırın” – dedi. Əlini çağırdılar. Ona buyurdu: "Yanıma gəl!” Əli ona yaxınlaşdı. Həzrət (s) onu sinəsinə söykədi, pak ruhu sinəsindən xaric olana qədər onunla söhbət etdi və o həzrətin ağzının suyundan bir qədər onun bədəninə süzüldü. Həzrət (s) buyurdu: Behiştin qapısında yazılmışdır: «لا اِلهَ اِلاّ اللهُ مُحَمّدٌ رَسُولُ الله عَلِيٌّ اَخُو رَسَولِ الله»
    Allah "leylətül-məbit”də (Əlinin Peyğəmbərin yatağında yatan gecə) Cəbrail və Mikayıla vəhy etdi: "Mən sizin ikinizin aranızda qardaşlıq yaratdım və birinizin ömrünü o birisindən uzun etdim. Sizdən hansınız yoldaşınızın diri qalmasına razı olarsınız? Hər ikisi diri qalmağı seçdilər. Allah onlara vəhy etdi: Siz Əli ibn Əbu Talib kimi ola bilməzsinizmi? Mən onunla Məhəmməd (s) arasında qardaşlıq bərqərar etdim və o, özünü Peyğəmbərə fəda etmək və onun diri qalmasını istədiyi üçün Məhəmmədin (s) yatağına yatdı. Hər ikiniz yerə enin və Əlini düşmənlərdən qoruyun. O iki mələk nail oldu, Cəbrail başı üstündə və Mikayıl ayağı altında oturdular. Cəbrail deyirdi: Bəh-bəh, ey Əbu Talibin övladı! Allah səninlə mələklərə fəxr edir.” Və Allah bu ayəni bununla əlaqədar nazil etdi: وَمِنَ النَّاسِ مَن يَشْرِي نَفْسَهُ ابْتِغَاء مَرْضَاتِ اللّهِ وَاللّهُ رَؤُوفٌ بِالْعِبَادِ "İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər.”(4-cü xütbə.)
    Əli (ə) həmişə deyirdi: "Mən Allahın qulu və Rəsulun qardaşı, Siddiqi-Əkbərəm (düzdanışan). Məndən başqa bu sözü yalnız yalançı deyər.”(109-cu xütbə.) Və o həzrət buyurardı: "Allaha and olsun, mən Allah rəsulunun qardaşı, vəlisi, əmisi oğlu, elminin varisiyəm və məndən başqa bu ada kim daha ləyaqətlidir?”(144-cü xütbə.)"Şura” günündə o, Osman, Əbdür-Rəhman və Səd və Zübeyrə dedi: "Sizi Allaha and verirəm, deyin görüm sizin aranızda məndən başqa elə bir adam var ki, Peyğəmbər (s) onunla qardaşlıq peymanı bağlamış olsun?” Dedilər: "Allah bilir ki, yox.”(190-cı xütbənin axırı) Əli "Bədr” döyüşü vaxtı Vəlid ilə üzləşəndə Vəlid ondan soruşdu: "Kimsən?” Əli buyurdu: "Mən Allahın qulu və Rəsulun qardaşıyam.” Yenə bir gün Əli (ə) Ömərin xilafəti vaxtında soruşdu: "Əgər Bəni-İsrail”dən sənin yanına bir dəstə gəlsə və onlardan biri "Mən Musanın (ə) əmisi oğluyam” – desə, sən onu başqalarından üstün tutarsanmı?” Ömər cavab verdi: "Bəli!” Əli (ə) buyurdu: "Mən ki, Allaha and olsun, Allah rəsulunun qardaşı və əmisi oğluyam.” Ömər əbasını yerə sərib dedi: "Allaha and olsun, nə qədər ki, bir yerdəyik, bu yerdən savayı başqa bir yerdə oturmamalısan.” Əli əbanın üstündə oturdu. Bu ehtiram və təvazökarlıq Allah rəsulunun qardaşı və əmisi oğlunun xətrinə görə idi.(Bu sözü çoxları nəql edib, o cümlədən İbn Həcər "Səvaiq” kitabının 142-ci səhifəsində "İmamların xüsusiyyətləri” babının sonunda nəql etmiş və bir sıra cəfəngiyat da söyləmişdir.)
    3. Qələm öz ixtiyarından çıxıb bizi başqa yerə apardı. İndi deyirəm ki, o həzrət (s) əshabələrinin məscidə tərəf açılan qapılarını bağlamağı (məscidi napaklıq və cünubdan təmizləmək məqsədi üçün) əmr etdi. Amma Əlinin qapısını açıq qoydu və Allah tərəfindən hətta məsciddə (Harun üçün olduğu kimi) ona cünub halında qalmağı rəva bildi. Bunun özü "iki Harun” arasındakı ümumi oxşarlığa dəlalət edir. İbn Abbas deyir: "Allah rəsulu (s) Əlinin qapısından savayı məscidə açılan bütün qapıları bağladı. Əli eləcə məscidə daxil olur və gediş-gəliş yolu oradan idi. Çünki başqa yolu da yox idi,cünub olsa da belə.”(İbn Həcər "Peyğəmbərin vəsiyyətləri” babının sonunda onların haqqında "Əs-səvaiq” kitabının 137-ci səhifəsində nəql etmişdir)
    Ömər ibn Xəttab, Buxari və Müslimin hədisinə əsasən,(Tövbə”, 119-cu ayə.) deyir: Əli ibn Əbu Talibə üç şey verilmişdir, əgər onlardan biri məndə olsaydı, qırmızı tüklü dəvələrdən (ərəbin ən yaxşı sərvəti) mənim üçün daha yaxşı olardı. Arvadı Fatimə (ə) Peyğəmbər (s) qızı, məskəni (Allah rəsulu ilə birlikdə) məscid, Peyğəmbərə halal olan hər bir şey Əliyə də halal idi. Və bir də "Xeybər günü” bayraq onun əlində idi.” Yenə doğru hədisə əsasən, bir gün Səd ibn Malik Əlinin (ə) bəzi xüsusiyyətlərini nəql edərək dedi: "Peyğəmbər (s) əmisi Abbası və başqalarını məsciddən çıxartdığı vaxt, Abbas o həzrətə ərz etdi: Bizi çıxardırsan, Əlini orada qoyursan? Həzrət cavab verdi: Sizi mən çıxartmadım, Allah sizi çıxartdı və ona yer verdi.”("Ali-İmran”, 105-ci ayə.)
    Zeyd ibn Ərqəm deyir: "Allah rəsulu əshabələrinin bəzilərinin qapısı məscidə açılırdı və keçid yolları oradan idi. Peyğəmbər (s) buyurdu: Əlinin qapısından savayı başqa qapıları bağlayın. Bu barədə camaat arasında söz-söhbət oldu. Peyğəmbər (s) ayağa qalxıb, Allaha həmd və sitayiş edəndən sonra buyurdu: Deyirlər ki, mən Əlinin qapısından başqa bütün qapıları bağlamağı əmr etdim! Amma həqiqətdə mən heç nəyi bağlamamış və ya açmamışam, mən məmur olunmuşam və itaət etmişəm.” (Bu sözlər İbn Həcərin "Əs-səvaiq” kitabının 11-ci babının 90-cı səhifəsində (Ali-İmran, ayə 103), yəni 1-ci fəsilin 5-ci ayəsində söylənmişdir.)
    Təbərani "Əl-Kəbir”də İbn Abbasdan nəql etmişdir ki, Allahın rəsulu (s) bir gün ayağa qalxıb buyurdu: "Mən sizi öz yanımdan (məsciddən) çıxarıb onu saxlamadım, Allah sizi çıxarıb onu saxlamışdır. Mən məmur olunmuş qulam, mənə verilmiş fərmana əməl edirəm. Mən vəhydən savayı heç nəyə itaət etmirəm.”(Eyni bir hədis bir çox mötəbər ravilərdən (rəvayətçilər) nəql olunduqda ona mütəvatir hədis deyilir.) Yenə Allahın rəsulu (s) buyurmuşdur: "Ey Əli, məndən və səndən başqa məsciddə cənabət heç kəs üçün halal deyildir.”(Məntiq elmində bir qaydadır. Burada "S” deyir ki, imamların haqlılığını sübut etmək üçün elə onların öz sözlərinə əsaslanırsınız, halbuki onların sözlərinə sübut kimi əsaslanmaq, onların doğruluğunu kənar dəlillə sübut etdikdən sonra ola bilər və sizin bu işiniz "dövr”dür. (mütərcim)) Səd ibn Əbu Vəqqas, Bəra ibn Azib, İbn Abbas, İbn Ömər və Hüzeyfə ibn Üseyd, Qifari bütün bunların hamısını nəql edibdemişlər ki, Peyğəmbər (s) məscidə gəlib buyurdu: "Allah Musaya vəhy buyurdu: Mənim üçün pak bir məscid tik ki, səndən və Harundan başqa heç kəs orada məskən seçməsin. Allah mənə də vəhy buyurub ki, pak və təmiz bir məscid tikəm və məndən, bir də qardaşım Əlidən savayı heç kəs orada sakin olmasın.”(Bu rəvayəti Tirmizi və Nisai Cabirdən nəql ediblər. Müttəqi Hindi də bu hədisi "Kənzül-Ümmal” kitabının birinci cildinin "Əl-İtisamu bil-kitabi vəs-sunnə” babının 44-cü səh.-də bu iki nəfərdən nəql etmişdir.)
    Bizim yazdıqlarımız bu haqda sübut olunan bütün toplanmış "nəss”ləri özünə sığışdıra bilməz. İbn Abbasdan Əbu Səid Xidri, Zeyd ibn Ərqəm, "Xəsəm” qəbiləsindən səhabi bir şəxs, Əsma binti-Ümeys, Ümmi-Sələmə, Hüzeyfə ibn Üseyd, Səd ibn Əbi-Vəqqas, Bəra ibn Azib, Əli ibn Əbu Talib, Ömər, Əbuzər, Əbu Tüfeyl, Bureydə Əsləmi, Əbu Rafe (Rəsulullah tərəfindən azad olunmuş qul), Cabir ibn Abdullah və başqalarından çatmış açıq "nəss”ləri özündə sığışdıra bilməz.
    Peyğəmbərdən çatmış duada belə oxuyuruq: "Pərvərdigara! Qardaşım Musa səndən xahiş edib dedi: Pərvərdigara! Mənə ürək genişliyi inayət et! İşimi asan et! Qüssə və düyünü dilimdən aç ki, camaat sözümü başa düşsünlər və mənim üçün ailəmdən (əhlimdən) vəzir təyin et! Harun qardaşımı və onun vasitəsilə arxamı möhkəmlət və onu işlərimə şərik et.” Sən ona vəhy etdin ki, "tezliklə qardaşın vasitəsilə qollarını möhkəmlədəcəyəm və sizə yüksək məqam və mövqe əta edəcəyəm. Ey böyük Yaradan! Mən sənin qulun və rəsulun Məhəmmədəm. Mənə ürək genişliyi ver! İşimi asan et! Ailəmdən mənə vəzir təyin et! Əli qardaşımı.”(Tirmizi bu hədisi Zeyd ibn Ərqəmdən nəql edir. Bu, "Kənzül-Ümmal” kitabının birinci cildinin 44-cü səhifəsindəki 874-cü hədisdir.)
    Bəzzar da buna oxşarını nəql etmişdir ki, Peyğəmbər (s) Əlinin əlini tutub dedi: "Musa Allahdan istədi ki, məscidini Harun üçün pak etsin, mən də Allahdan istədim ki, məscidimi sənin üçün pak və təmiz etsin. Sonra Əbu Bəkrə xəbər göndərdi ki, evinin qapısını bağlasın. O, əvvəl dedi: "İnna lillah və inna iləyhi raciun” və sonra dedi: "Eşitdik və itaət etdik.” Sonra Ömər və Abbasa xəbər göndərdi ki, evlərinin qapısını bağlasınlar. O vaxt buyurdu: "Evlərinizin qapısını mən bağlamamış və Əlinin qapısını mən açmamışam. Allah onun qapısını açmış və sizinkini bağlamışdır.”(Bu hədisi Əhməd Hənbəl, Zeyd ibn Sabitdən iki doğru silsilə ilə nəql edib. Birinci vasitə "Müstənəd”in 5-ci cildinin 172-ci səh-də və ikincisi 189-cu səh-dədir. Təbərani "Kəbir” kitabında onu Zeyd ibn Sabitdən nəql etmişdir ki, həmin hədis "Kənzül-Ümmal”ın birinci cildinin 44-cü səhifəsindəki 873-cü hədisdir.
     )
    Bizim nəzərdə tutduğumuz Əlinin Haruna (mənzilət və məqamda) oxşamasının ümumiliyi haqqında bu qədər kifayətdir. Vəssalam.
    "Ş”
    Category: Əl-Muraciat | Added by: Islam_Kitabxanasi
    Views: 628 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024