İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Əl-Muraciat

    Əl-Muraciat
    2011-12-30, 7:28 AM
    OTUZ BEŞİNCİ MƏKTUB
    27 Zilhiccə 1329
    Başqa "nəss”lərin xahişi.
    Allah atana rəhmət eləsin, nə qədər aydın və cah-cəlallı ayələr, əlamətlər və dəlillərdir, bəyan və dəlillərin necə də fəsahətdən faydalanmışdır! Ardını da zikr et, ardını..., elə o ardıcıl, "mütəvatir” və aydın "nəss”lərdən! Fəzl və üstünlük səndədir. Vəssalam.
    "S”
    OTUZ ALTINCI MƏKTUB
    29 Zilhiccə 1329
    1 İbn Abbasın hədisi.
    2. İmranın hədisi.
    3. Büreydənin hədisi.
    4. "On xüsusiyyətlər” hədisi.
    5. Əlinin hədisi.
    6. Vəhəbin hədisi.
    7. İbn Əbu Asimin hədisi.
    1. Əbu Davud Təyalisinin –"İstiab”da Əlinin şərhi-halında yazıldığı kimi– İbn Abbasdan söylədiyi hədisi mütaliə etsən kifayət edər. O, deyir: Peyğəmbər Əli ibn Əbu Talibə buyurdu: «اَنْتَ وَليُّ كُلِّ مُؤمِنٍ بَعْدي» "Sən məndən sonra bütün möminlərin vəlisi olacaqsan.”(Hakim "Müstədrək”in üçüncü cildinin 148-ci səhifəsində onu nəql edərək demişdir: "Bu hədis sənəd nöqteyi-nəzərindən "Şeyxeyn”in (Buxari və Müslim) şərtinə əsasən doğrudur. Amma özləri onu xatırlamamışlar və Zəhəbi "Təlxisi-Müstədrək” kitabında onu yazmış və etiraf etmişdir ki, "Şeyxeyn”in xəbər və hədisin məqbulluğunda lazım bildikləri şərtə görə bu hədis doğrudur.
     )
    2. Bu da yuxarıdakı hədis kimi doğru bir hədisdir. İmran ibn Həsin deyir: "Allahın rəsulu (s) bir dəstəni döyüşə göndərdi və Əlini qoşunun başçısı təyin etdi. O, qələbədən sonra xüms payından bir kənizi özü üçün seçdi. Ordudakılar ona irad tutdu. Onlardan dörd nəfəri əhd bağladılar ki, Peyğəmbərə şikayət etsinlər. Qayıdandan sonra onlardan biri Peyğəmbərə dedi: Ey Allahın rəsulu, Əlinin nə etdiyini bilirsənmi? Peyğəmbər üzünü ondan çevirdi. İkincisi qalxıb həmin sözü dedi. Peyğəmbər ondan da üz döndərdi. Üçüncüsü qalxıb iki nəfərin sözünü təkrar etdi. Peyğəmbər ondan da üz çevirdi. Dördüncüsü qalxıb o üç nəfərin dediyini təkrar etdi. Bu dəfə Peyğəmbər üzünü onlara tutub qəzəbli halda buyurdu: Əlidən nə istəyirsiniz? Əli məndən, mən də ondanam. O, məndən sonra bütün möminlərin vəlisidir.”(İmam Əhməd Hənbəlbu hədisi Əbu Səid Xidridən iki vasitə ilə nəql edib, birincisini "Müsnəd”in 17-ci və ikincisini 26-cı səhifəsinin sonunda söyləmişdir və yenə İbn Əbu Şeybə və Əbu Yəla və İbn Səd, Əbu Səiddən onu nəql etmişlər ki, bu həmin "Kənzül-Ümmal”ın birinci cildinin 47-ci səhifəsindəki 945-ci hədisdir)
    3. Habelə Büreydənin hədisidir ki, "Müsnədi Əhməd”in beşinci cildinin 356-cı səhifəsində yazılmışdır. O, deyir: "Allahın rəsulu iki dəstə qoşunu Yəmənə göndərdi. O dəstədən birinin başçısı Əli ibn Əbu Talib idi və o birisinin başçısı Xalid ibn Vəlid. Peyğəmbər (s) buyurdu: Bir-birinizə çatanda hər iki dəstənin başçısı Əli olacaqdır.(Bu hədisi Hakim "Müstədrək”in üçünci hissəsinin 109-cu səhifəsində Zeyd ibn Ərqəmdən məruf şəkildə nəql etmişdir. Bu hədis "Şeyxeyn”in hədisin məqbulluğunda lazım bildikləri şərtlərə əsasən doğru hədisdir. Lakin hədis geniş olduğuna görə onu nəql etməmişlər. Yenə Hakim onu başqa yolla Zeyd ibn Ərqəmdən "Müstədrək”in üçüncü cildinin 533-cü səh.-də söyləmiş və bu hədisin doğru olduğunu demişdir. Lakin Buxari və Müslim bu haqda bir şey yazmayıblar. Dedik ki, Zəhəbi onu "Müstədrək”in xülasəsində yazmış və bu sənədin doğru olduğunu demişdir.
     ) Əgər ayrılsanız hər kəs öz qoşununun başçısı olsun.” Büreydə deyir: "Biz Yəmən əhlindən olan Bəni Zübeydə qəbiləsi ilə üzləşəndə döyüşdə qələbə çaldıq və Bəni Zübeydə qəbiləsindən əsir tutduq. Əli (ə) əsir qadınların birini özü üçün seçdi. Xalid ibn Vəlid bir məktub yazdı və mənə verdi ki, Allahın rəsuluna çatdırım. O, bu məktubda Peyğəmbəri (s) işdən agah etmək istəyirdi. Peyğəmbərin yanına çatanda məktubu verdim. Məktubu ona oxudular və gördüm qəzəbləndi. Dedim: Ey Allahın rəsulu, bura sığınacaq mərkəzidir (mən sənə pənah gətirirəm). Sən məni bir nəfərlə göndərdin və ona itaət etmək əmrini verdin. Mən də boynumda olan vəzifəni yerinə yetirmişəm. Allahın rəsulu (s) buyurdu: "Əli haqqında pis danışma ki, o, məndəndir və mən də ondanam. O, məndən sonra sizin vəlinizdir.”(Bu hədisi Təbərani, "Nəbhani”nin "Ərbəin əl-Ərbəin” kitabında olduğu kimi nəql etmiş və habelə Süyutinin "Ehyaül-məyyit” kitabında yazılmışdır. Aydındır ki, Peyğəmbərin həmin günkü xütbəsi iki cümlə olmayıb. Çünki iki cümlə üçün "خطبنا” (bizə xütbə oxudu) təbir edilməzdi. Bu yalnız bir siyasət idi ki, hədis söyləyənlərin dilini bağladı və yazıçıların qələmini yazmaqdan məhrum etdi. Bizə isə o (söylənilməmiş söz dəryasından) bir qətrə və o toxumdan bir dənə də kifayətdir)
    Bu sözləri eyni ilə Nisai "Xəsayisül-Ələviyyə”nin 17-ci səhifəsində bu cür yazmışdır: «لا تُـبغِضَنَّ يا بُـرَيْدة لي فَاِنَّ عَليّاً مِنّي وَ اَنا مِنْهُ وَ هُوَ وَلِـيُّكم بَعْدي» "Elə etmə ki, məni Əliyə qarşı qəzəbləndirmək istəyəsən. Çünki Əli məndəndir və mən ondanam və məndən sonra, o, sizin vəliniz olacaqdır.” Bu hədis İbn Cərir(İbn Həcərin "Əs-səvaiqül-Mühriqə” kitabının ikinci fəslinin sonu, 9-cu babın 75-ci səh.-də qırxıncı hədisdən sonra gələn fəslə müraciət edin.
     ) bu cür yazmışdır: Büreydə dedi: Birdən gördüm Peyğəmbərin (s) üzü qızardı və buyurdu: «مَنْ كُنْتُ وَلـيَّهُ فِاَنَّ عَلِيّاً وَلِـيُّهُ» "Hər kəsin mən vəlisiyəmsə, Əli onun vəlisidir.” Büreydə deyir: Ürəyimdə olanların hamısı məhv oldu, dedim daha onu heç vaxt pis niyyətlə yad etməyəcəyəm.” Təbərani bu hədisi müfəssəl şəkildə nəql etmişdir. O yazır: Büreydə Yəməndən qayıdıb məscidə daxil olanda Peyğəmbərin evinin qapısında çoxlu adam oturduğunu müşahidə etdi. Onu görəndə hamı ayağa durdu və salam verib səfər haqqında soruşdular. Cavab verdi: Xeyir və yaxşılıqdır. Allah qələbəni müsəlmanlara nəsib etdi. Soruşdular sənin tez gəlməyinə səbəb nə oldu? Cavab verdi: Əli xüms payından özü üçün bir kəniz götürdü. Gəldim ki, bu xəbəri Peyğəmbərə (s) deyim. Dedilər: Ona xəbər ver, ona xəbər ver ki, Əli Peyğəmbərin gözündən düşsün! Peyğəmbər (s) qapının arxasından onların səsini eşidirdi. Allah rəsulu acıqlı halda evdən çıxdı və buyurdu: Nə üçün bir dəstə adam Əlinin haqqında pis danışır? Məqsədləri nədir? Əliyə kin bəsləyən şəxs mənə kin bəsləmiş olur. Əlidən ayrılan şəxs məndən ayrılmışdır. Əli məndəndir və mən ondanam. O mənim gilimdən (torpağımdan) yaranmışdır, mən də İbrahimin gilindən (torpağından) və mən İbrahimdən üstünəm.(İbn Həcərin "Əs-səvaiqül-Mühriqə” kitabının 11-ci babının birinci fəslinin 89-cu səhifəsinin sonuna ("Saffat”, 24-cü ayənin təfsiri) müraciət edin.
     ) Elə nəsillər vardır ki, biri digərindən alınmışdır. Allah eşidən və biləndir. Ey Büreydə, məgər bilmirsənmi ki, Əlinin o kənizdən də çox payı vardır, ona mən icazə vermişəm, çünki o, məndən sonra sizin vəlinizdir.”(Fussilət”, ayə 42)Bu hədisin nəqlində heç bir şübhə yoxdur. Büreydəyə qədər müxtəlif yollarla nəql olunmuşdur və hamısı etimadlıdır.
    4. Bu hədisin oxşarını Hakim İbn Abbasdan nəql etmiş və o, ən qiymətli hədisdir. Orada Əlinin on xüsusiyyəti və üstünlüyündən bəhs olunur. O cümlədən Peyğəmbər Əliyə buyurmuşdu: "Sən məndən sonra bütün möminlərin vəlisi olacaqsan.”(Əs-səvaiq” kitabının 135-ci səhifəsində "Peyğəmbərin vəsiyyətləri” babına müraciət edin və sonra ondan soruşun ki, nə üçün Əbül-Həsən Əşərini üsuli-dində və "dörd məzhəb fəqihləri”ni fürui-dində Əhli-beytdən üstün tutursan? Nə üçün İmran ibn Həttan və Xəvaricdən onun kimilərini hədisdə onlardan (imamlar) üstün tutursan? Nə üçün Məqatili ibn Süleymanı (Allahın cisim olmasına inanan "murciə”lərdəndir) imamlardan üstün tutursan? Nə üçün "əxlaq”, "süluk” və ruhi dərmanlar elmində Məruf və onun kimiləri üstün bilirsən? Nə üçün Peyğəmbərin xilafət və vəkaləti üçün "Tövbə” surəsinin yeganə elan edəni olan qardaşını və vəlisini başqalarından aşağıda hesab edirsən? Nə üçün "əbnai-Vəzəğ”i xilafətdə Peyğəmbərin övladlarından qabaq bilirsən? Əhli-beytdən üz döndərən, bütün yüksək məqam və dini vəzifələrdə düşmənlərlə həmfikir olanın, "səqəleyn” və onun kimi doğru hədislərin qarşısında hansı üzrü vardır? Necə deyə bilər ki, mən Əhli-beytdən möhkəm yapışmışam və nicat gəmisinə minmişəm və Hittə qapısından daxil olmuşam?!)
    5. Peyğəmbərin ona dediyi elə sözlərdən bir hədisdə də deyilir: "Ey Əli, Allahdan sənin üçün beş şey istədim, onlardan dördünü verdi, birini vermədi... Verdiyi şeylərdən biri bu idi ki, sən məndən sonra möminlərin vəlisi olacaqsan.”(Hakim "Müstədrək” kitabında 3-cü cildinin 151-ci səhifəsində Əbuzərdən nəql etmişdir.)
    6. Buna oxşar hədisi İbn Sakin, Vəhəb ibn Həmzədən nəql etmişdir. "Əs-Səhabə” kitabında, Vəhəbin şərhi-halında yazılmışdır ki, Əli ilə səfərə çıxdım, ondan narahatçılıq gördüm. Dedim ki, qayıdanda ondan şikayət edəcəyəm. Qayıdanda Allah rəsuluna şikayət etdim. Buyurdu: Bunu Əli haqqında demə ki, o məndən sonra sizin vəliniz olacaqdır.” Təbərani "Kəbir” kitabında Vəhəbdən onu nəql etmiş, yalnız bu fərq ilə ki, orada yazılmışdır: "Bunu Əli haqqında demə ki, o, məndən sonra sizə hamıdan daha yaxşıdır.”(Təbərani "Övsət” kitabında bu hədisi Əbu Səiddən nəql etmiş və bu, Nəbhaninin "Əl-ərbəin” kitabının 216-cı səhifəsindəki (25-ci hədisin izahında gələn) 18-ci hədisdir.
     )
    7. İbn Əbu Asim mərfu şəkildə Əlidən (ə) nəql etmiş və yazmışdır: "Peyğəmbər buyurdu: Mən möminlərə, özlərindən daha yaxın deyiləmmi? Dedilər: Bəli! Buyurdu: Mən kimin vəlisiyəmsə, Əli onun vəlisidir.”(Hakim "Müstədrək” kitabının 3-cü cildinin 149-cu səh.də bu hədisi Abbasdan nəql etmiş və demişdir ki, hədis sənəd cəhətdən yaxşıdır, lakin Buxari və Müslim onu xatırlamamışlar.)
    Bizim pak Əhli-beyt imamlarımızin haqqındakı doğru xəbərlərimiz mütəvatirdir. Məncə, hələlik bu qədər kifayətdir. Bundan əlavə, Allahın kitabında vilayət ayəsi bizim dediklərimizi sübut edir.
    "Ş”
    OTUZ YEDDİNCİ MƏKTUB
    29 Zilhiccə 1329
    "Vəli” müştərək (omonim) sözdür. Onun dəqiq mənasını müəyyənləşdirən hədis varmı?
    "Vəli” sözü "nəsir” (köməkçi), "sdiq” (yoldaş), "mühibb” (dost), "sihr” (kürəkən), "tabe” (ardıcıl), "həlif” (həməhd), "car” (qonşu) mənalarını da ifadə edir (yəni omonim sözlərdəndir). Hər kəs hər hansı bir şəxsin başçılığını öhdəsinə alsa, onun vəlisidir. Deməli, söylənilən hədislərin mənası bəlkə belədir ki, Əli məndən sonra sizin "köməkçiniz”, yaxud "yoldaşınız” və ya "dostunuz”dur. Bəs söylədiyiniz "nəss” hansıdır?
    "S”
    OTUZ SƏKKİZİNCİ MƏKTUB
    30 Zilhiccə 1329
    1. "Vəli” sözünün bəyanından məqsəd.
    2. Bu mənanı sübut edən əlamətlər (dəlillər).
    1. "Vəli” sözünə aid xatırlatdığınız bütün mənalar belədir: "Hər kəs başqasının qəyyumluğunu öhdəsinə alsa, onun vəlisidir.” Hədislərdə "vəli” sözü həmin mənada işlənmiş və bu məna onlardan anlaşılır. Necə ki, "qasir”in (uşaq və divanə) atası, ata tərəfindən cəddi və şəri hakim onun vəlisi sayılır. Çünki onun işlərini öhdələrinə götürənlər və işlərinə dəxalət edənlər də onlardır.
    2. Bu hədislərdə "vəli” sözünün mənasını sübut edən əlamətlər (dəlillər) münsif adamlara gizli deyildir. Çünki Peyğəmbərin (s) «وَ هُـوَ وَلِـيُّكُم بَعْدي» "Məndən sonra o, sizin vəlinizdir” – sözü həmin vilayət mənasını bildirir("Əs-səvaiq”, 11-ci bab, səh. 91, 7-ci ayənin təfsiri.
     ) və bunun özü aşkar dəlildir. Başqa məna verə də bilməz, çünki "nüsrət”, "sədaqət”, "məhəbbət” və s. kimi məfhumları yalnız müəyyən bir şəxsə aid etmək olmaz.
    Əgər "vəli” sözünün mənası bizim dediyimiz kimi olmasayıb, onda Peyğəmbər (s) bu hədislərdə qardaşı və vəlisi üçün hansı imtiyaz və məziyyətləri sübut etmək istəyirmiş? hansı gizli iş mövcud idi ki, Peyğəmbər (s) bu hədislərdə onun bəyanının zəhmətini öhdəsinə götürmüşdü? Ola bilməz ki, Allahın rəsulu aydın və aşkar olan şeylərin izahı üçün bu qədər çalışsın. Gözəl hikməti, isməti, sonuncu peyğəmbər olması icazə vermir ki, o həzrətə qarşı bu cür gümanlar edilsin. Bundan əlavə, bu hədislər ona görə doğrudur ki, Peyğəmbərdən sonra bu vilayət yalnız Əliyə məxsus idi. Bunun özü dediyimiz mənanı sübut edir. Bu da heç vaxt "nasir”, "mühibb” və sair kimi sözlərin mənasını ifadə etməyəcəkdir, çünki Əli Allah rəsulunun yanında boya-başa çatan vaxtdan, qolları risalət qoynunda möhkəmlənənə qədər və bu dünyanı tərk edənədək müsəlmanlara "kömək”, "məhəbbət” və "sədaqət” ilə xarakterizə olunur. Buna görə də onun müsəlmanlara olan "köməyi”, "sədaqəti” və "məhəbbəti” yalnız Peyğəmbərdən sonraya aid olmamış və bu heç kəsə gizli deyildir. Bizim sözümüzü təsdiq edən dəlillərdən biri imam Əhmədin "Müsnəd”inin beşinci cildinin 347-ci səhifəsindəki hədisdir ki, doğru yol ilə Səd ibn Cübeyrdən, İbn Abbasdan və Büreydədən nəql olunmuşdur: "Əli ilə Yəmən döyüşündə idim və ondan narazı oldum. Qayıdandan sonra Peyğəmbərin hüzuruna gəlib Əlidən söz saldım və ona irad tutdum. Gördüm, Allah rəsulunun siması dəyişdi və buyurdu: «يا بُرَيْدَةُ اَلَسْتُ اَوْلي بِالْمُؤمِنينَ مِنَ اَنْفُسِهِم؟ قُلْتُ بَلي يا رَسُولَ الله قالَ مَنْ كُنتُ مَوْلاهُ فَعَلِيّ مَوْلاهْ» "Ey Büreydə, mən möminlərə özlərindən daha yaxın deyiləmmi? Dedim: Bəli, ey Allahın rəsulu. Buyurdu: Mən hər kəsin mövlasıyamsa, Əli onun mövlasıdır.” Hakim "Müstədrək”in üçüncü hissəsinin 110-cu səhifəsində onu yazmış və Müslimin şərtinə müvafiq bilib qəbul etmişdir. Zəhəbi də "Təlxis”də onu nəql etmiş, Müslimin şərtinə əsasən onu doğru hesab etmişdir. Özün bilirsən ki, «اَلَسْتُ اَوْلي بِالْمُؤمِنينَ مِنَ اَنْفُسِهِم؟» – cümləsinin əvvəldə gəlməsi bizim sözlərimizin doğruduğuna aydın dəlalət edir. Bu hədisləri diqqətlə nəzərdən keçirənlər onunla əlaqədar başqa cəhətləri də nəzərə alsalar, dediklərimizin həqiqət olmasında heç bir şübhə əmələ gəlməz. "Ş”
    OTUZ DOQQUZUNCU MƏKTUB
    30 Zilhiccə 1329
    Vilayət ayəsindən bəhs etmək xahişi.
    Şəhadət verirəm ki, siz mübahisədə sabitqədəm, sadiq və elə qüvvətlisiniz ki, sizə tay olmaq istəyənlər müqabilinizdə qüdrətini əldən verər və mübarizənin qızğın çağında daha tab gətirə bilməzlər. Buna görə də mən o hədislərdən dəlillər gətirməkdə sizin sözlərinizə inanan ilk adamam və əgər səhabənin hər bir əməlinin doğru hesab olunmasının vacibliyi olmasaydı, onda mən sizin hökmünüzə tabe olardım. Lakin bu hədislərin zahirlərindən əl çəkmək istər-istəməz vacibdir, çünki keçmişdəki saleh adamların arxasınca getmək bunu tələb edir.
    Amma 36-cı məktubun sonunda xatırladığınız və o hədisin sözlərinizi təsdiq etdiyini güman etdiyiniz "möhkəm” ayənin təfsiri və mənasının sizin məqsədinizi necə təsdiq etməsindən bizi agah etmədiniz. Onu bizə söyləyin ki, Allahın köməyi ilə dərindən başa düşək.
    "S”
    QIRXINCI MƏKTUB
    2 Məhərrəm 1330
    1."Vilayət” ayəsi və onun Əli haqqında nazil olması.
    2. Onun nazil olmasının səbəbləri.
    3. Ona dəlillər gətirmək.
    1. Bəli, Pərvərdigarın Qurani-əzimdəki "möhkəm” ayələrindən birini sizə oxuyuram: إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُون(Kitabın sonunda 143-cü səh.-də Peyğəmbərin (s) vəfatından sonra Əhli-beytin ağır vəziyyətindən bəhs edən babın sonuna müraciət edin. Biz İbn Həcərdən soruşuruq: Əhli-beyt alimlərinin belə məqamı olan bir halda, bəs siz hara gedirsiniz?)] "Sizin yeganə vəliniz Allah, onun peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, namaz qılırlar, rüku vaxtı zəkat verirlər. Allahı, onun peyğəmbərini və iman gətirənləri sevənlər (bunu bilməlidirlər ki,) Allah firqəsi qalibdir!” Şübhə yoxdur ki, Əli üzüyünü rüku halında dilənçiyə verən zaman bu ayə onun haqqında nazil olmuşdur.
    2. Əlinin rüku halında üzüyünü dilənçiyə verməsi haqqında nazil olan bu ayəyə aid doğru xəbərlər Əhli-beyt (ə) imamlarından "mütəvatir” halda çatmışdır. Əhli-beyt (ə) təriqi ilə çatmayan hədislərdən İbn Səlamın Peyğəmbərdən mərfu şəkildə çatmış hədisini oxusanız sizə kifayət edər. Ondan agah olmaq üçün "Səhih-Nisai”, yaxud "Maidə” surəsinin təfsirində "Cəm beyni sihahi sittə” kitabına müraciət et və ona bənzər hədis İbn Abbas və Əlidən nəql olmuş hədisidir ki, mərfu şəkildə mövcuddur. İbn Abbasın hədisini Vahidinin "Əsbabun-nüzül” kitabında oxuyun. Bu hədisi Xətib "Əl-Müttəfəq”("Əs-səvaiq”, 11-ci bab, 7-ci ayənin təfsiri, səh. 91) kitabında söyləmişdir.
    Əlinin dediyi hədisi İbn Mərdəveyh "Müsnəd”ində və "Əbül-Şeyx”in "Müsnəd”ində oxuyun və əgər istəsən "Kənzül-Ümmal”a(Bu hədisin sözləri eynilə "Kənzül-Ümmal”ın 6-cı cildinin 217-ci səh.-nin sonunda 3819-cu hədisdə deyilib və "Müntəxəbil-Kənz” kitabında da yazılıb. "Müsnədi-Əhməd”in 5-ci cildinin haşiyəsinin 94-cü səh.-də də vardır, bu fərqlə ki, «وَ رَزَقُوا فَهْمي وَ عِلْمي» – cümləsində «وَ عِلْمي» – sözü yazılmamışdır və bu tarixi səhvdir.
     ) müraciət et, onda görəcəksən ki, bu ayənin Əli haqqında nazil olmasına aid müfəssirlərin fikri eynidir.
    Bu fikri bir sıra sünni alimləri, o cümlədən Quşçi "Təcridin şərhi”nin "imamət” bəhsində nəql etmişdir. "Qayətül-Məram”ın 18-ci babında sünnə əhli təriqilə 24 hədis nəql olmuşdur ki, bu ayənin nazil olma səbəbi bizim dediyimiz kimi mənalandırmışdır. Müxtəsər deyirəm, əgər gün kimi aydın olmasaydı, bu haqda yazılmış bütün doğru hədislərdən danışardıq. Amma Allaha şükürlər olsun ki, bu məsələ şübhə doğurmayan məsələlərdəndir. Ona görə də biz bu məktubda sünnə əhli təriqilə çatmış xəbərlərdən də gətiririr və imam Əbu İshaqın Əhməd ibn Məhəmməd ibn İbrahim Nişaburi Sələbi”nin(Və Hafiz Əbu Nəim özünün "Hilyə” kitabında və İbn Əbil-Hədid Misirdə çap olunmuş "Nəhcül-Bəlağənin şərhi”nin ikinci cildində 450-ci səh.də Əhməd ibn Hənbəldən "Müsnəd”in 449-cu səh.də və Mənaqibi Əli ibn Əbu Talibdən onun kimisini nəql etmişdir.
     ) təfsirində deyilənlər ilə kifayətlənirik. O, öz "Təfsiri Kəbir”ində bu ayəyə çatanda Əbuzər Qifaridən belə nəql etmişdir: "Bu iki qulağımla Peyğəmbərdən eşitdim, yoxsa (yalan deyirəmsə) kar olum, bu iki gözümlə gördüm, yoxsa kor olum, deyirdi: "Əli yaxşıların rəhbəri və kafirlərin qatilidir. O kəs qalibdir ki, ona kömək etsin və o kəs zəlildir ki, ona yardım etməsin.” Agah olun, bir dilənçi məscidə gəlib dilənərkən heç kəs ona bir şey vermədi. Əli rüku halında idi. Kiçik barmağı ilə ona işarə etdi. Həmin barmağında üzük var idi. Dilənçi irəli gəlib üzüyü barmağından çıxartdı. Bu vaxt Peyğəmbər (s) Allah dərgahında razü-niyaz edir, deyirdi: "Ey Allah! Qardaşım Musa (ə) səndən xahiş edib dedi ki, mənə ürək genişliyi ver, işimi asan et və Əhli-beytimdən mənə bir vəzir təyin et! Sən də mən Əlini və onun vasitəsilə ilə arxamı möhkəmlət.”
    (Əbuzər deyir:) Allaha and olsun, Peyğəmbərin (s) sonuncu kəlməsi qurtarmamış Cəbrail bu ayəni (Maidə, 55-56) gətirdi.”
    3. Siz –Allah sizin vasitənizlə haqqı saxlasın– bilirsiniz ki, "vəli” burada "övla” – "üstün” mənasındadır. Necə ki, deyirik: "filankəs vəliyyi-qasirdir” və lüğət alimlərinin aydınlaşdırdıqları kimi: «كُلُّ مَنْ وَلّيَ اَمْرَ اَحدٍ فَهُـوَ وَليُّهُ» "Hər kəs başqasının işini öhdəsinə götürsə, onun vəlisidir.”(Bu "Kənzul-Ümmal”ın 6-cı cildinin 155-ci səh.-dəki 2578-ci hədisdir ki, "Müntəxəbi-Kənzül-Ümmal” kitabında Əhmədin "Müsnəd” kitabının 5-ci cildinin haşiyəsinin sonuncu sətrində də nəql edilmişdir və İbn Həcər Əsqəlani onu ixtisarla Ziyad ibn Mütrəfin tərcüməsində "Əl-İsabə” kitabının 1-ci cildinin xatırlatmış və əlavə etmişdir ki, onun sənədində Yəhya ibn Yəla Müharibi vardır ki, zəif və sözü qəbul olunmaz bir şəxsdir. Lakin, İbn Həcərin bu sözləri təəccüb doğurur. Çünki Yəhya ibn Yəla Müharibi alimlər tərəfindən etimad qazanmış şəxsdir, belə ki, Buxari öz "Səhih”ində "Ümreyi-Hüdeybiyyə” rəvayətlərində və Müslim öz "Səhih”ində "hüdud” babında ondan hədis nəql etmişlər. Buxarinin fikrincə atasından və Müslimin fikrincə Qeylan ibn Camedən rəvayət eşitmişdir və Zəhəbi "Mizan” kitabında onun etimadlı olduğunu yəqin bilir və Qeysərani deyir ki, o, Buxari və Müslimin diqqət mərkəzindədir və həm də başqaları ondan dəlil gətirmişlər.
     )Beləliklə ayənin mənası belə olur: "Sizin işinizi öhdəsinə götürən və həmin işlərinizə dəxalət etməkdə sizdən üstün olan yalnız Allah, onun rəsulu və Əlidir.” Çünki yalnız Əlidə "iman”, "namazda rüku halında”, "zəkat verilməsi” kimi xüsusiyyətlər mövcud olmuş və ayə onun haqqında nazil olmuşdur.
    Allah bu vilayəti öz peyğəmbəri və vəlisi üçün eyni cür nəzərdə tutmuş və bilirik ki, Allahın vilayəti ümumidir. Deməli, Peyğəmbərin və vəlisinin vilayəti də Allahın vilayəti kimidir və mümkün deyildir ki, "nəsir” (köməkçi), "mühibb” (dost) və bu kimi mənalarda olsun. Çünki bu sözün yalnız "nəsir”, "mühibb” və başqa mənalara həsr edilməsinə əsla dəlil yoxdur və mən belə güman edirəm ki, bu məsələ aydın məsələlərdəndir. «الحمد لله رب العالمين. والسلام»
    "Ş”
    Category: Əl-Muraciat | Added by: Islam_Kitabxanasi
    Views: 653 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024