İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Əl-Muraciat

    Əl-Muraciat
    2011-12-30, 7:27 AM
    QIRX BİRİNCİ MƏKTUB
    3 Məhərrəm 1330
    İman gətirənlər sözü cəm halındadır, necə tək hala aid ola bilər?
    Bəzən deyilə bilər ki, إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ – cəm halındadır. Deməli, həqiqət cəm şəklindədir. Belə olan surətdə, yəni imam tək olduğu halda cəmə necə aid ola bilər və cavabı nədir?
    "S”
    QIRX İKİNCİ MƏKTUB
    4 Məhərrəm 1330
    1. Ərəb "müfrəd”i (tək) cəm halında işlədir.
    2. Bu məsələ üçün sübutlar.
    3. İmam Təbərinin dedikləri.
    4. Zəməxşərinin dedikləri.
    5. Mənim dediklərim.
    1. Cavabı budur ki, bəzən "ərəb” müfrədi cəm halında məna incəlikləri tərkibinə görə işlədir.
    2. Bu mənaya sübut Allah-təalanın "Ali-İmran” surəsindəki 173-cü ayədir ki, orada oxuyuruq: الَّذِينَ قَالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُواْ لَكُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَاناً وَقَالُواْ حَسْبُنَا اللّهُ وَنِعْمَ الْوَكِيل "O kəslər ki, xalq onlara: "Camaat sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!" – dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: "Allah bizə bəs edər. O nə gözəl vəkildir!" – deyə cavab verdilər.” Bu sözü müfəssirlər, hədis söyləyənlər və xəbər yazanların nəzərinə görə yalnız Nəim ibn Məsud Əşcəi demişdir. Burada Allahın "ən-nas” sözünü cəm halında deməsinə baxmayaraq, tək şəxsə aid etmişdir. Burada müfrədin cəm halında işlənməsi onun boş, cəfəng sözlərinə etina etməyənlərə ehtiram əlamətidir. Çünki Əbu Süfyan müsəlmanları zəiflətmək və müşriklərin vasitəsi ilə qorxutmaq üçün ona on dəvə vermişdi. O da müsəlmanlara dedi ki, camaat sizə qarşı hazırlaşmış, onlardan qorxun. Müsəlmanların çoxu bu sözə görə Əbu Süfyanın qoşununa qarşı qiyam etməkdən qorxdu. Amma Peyğəmbər yetmiş atlı ilə hərəkət etdi və onlar salamat qayıtdılar. Bu ayə Peyğəmbər ilə gedən həmin yetmiş nəfər haqqında nazil oldu ki, boş sözlərə qulaq asmadılar.
    Burada "ən-nas” sözünün tək bir şəxsin barəsində işlədilməsi incə bir məfhumu ifadə edir ki, Peyğəmbər ilə gedən yetmiş nəfərin mədhindən ibarətdir. Burada cəm halı tək haldan –"O kəslər ki, bir kişi (bir nəfər) onlara dedi: Camaat sizə qarşı (qüvvə) toplamışdır.”– daha bəlağətli və məqsədəuyğundur ki, bu heç kəsə gizli deyildir. Belə misallar Allahın kitabında, Peyğəmbərin hədislərində və ərəb dilində çoxdur. O cümlədən bunu göstərmək olar. Allah buyurur: يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اذْكُرُواْ نِعْمَتَ اللّهِ عَلَيْكُمْ إِذْ هَمَّ قَوْمٌ أَن يَبْسُطُواْ إِلَيْكُمْ أَيْدِيَهُمْ فَكَفَّ أَيْدِيَهُمْ عَنكُمْ "Ey iman gətirənlər! Bir qövmün sizi ələ keçirməyi qərara aldıqları zaman Allahın sizə verdiyi nemətini yada salın: Allah qoymadı ki, onların əli sizə çatsın.” Halbuki müsəlmanları ələ keçirməyi qərara alan qövm yalnız "Bəni Müharib”dən Qürəs adında bir nəfər, yaxud "Bəni Nəzir” tayfasından olan Əmr ibn Cəhaş olub. O, qılınc çəkib Peyğəmbəri (s) vurmaq istəyəndə Allah ona mane oldu. Bu hadisəni müfəssirlər, hədisçilər nəql etmiş və İbn Hişam "Sirə”sinin 3-cü cildində "Zatür-Riqa” döyüşündən bəhs edərkən yazmışdır. "Camaat” sözü kimi işlənən "qövm” sözü tək bir kişiyə ona görə aid edilmişdir ki, Allah onlara inayət etdi və peyğəmbərlərini salamat saxladı.
    Habelə "mübahilə” ayəsində "əbna” (oğullar), "nisa” (qadınlar), "ənfus” (özlər) sözləri, həqiqətdə ümumi olsa da, Həsəneynə (yəni Həsən və Hüseyn), Fatiməyə və Əliyə aid edilmişdir. Bu məsələdə hamının fikri eynidir. Belə deyiliş onların məqamını ucaltmaq üçün edilmişdir. Bu qəbil işlənmiş sözləri çox olduqlarından sayıb-qurtarmaq və toplamaq olmaz. Bu cəm halının müfrədə aid edilməsinə dair sübutlar idi ki, məna incəlikləri zəruriliyindən yaranır.
    3. İmam Təbərsi "Məcməül-bəyan”da bu ayənin təfsirində xatırlamışdır ki, cəmin Əmirəl-mömininə aid edilməsinin səbəbi o həzrətə ehtiram və təzim əlamətidir. Çünki lüğət tərtib edənlər müfrədi cəm halında təzim və ehtiram məqsədilə də işlədirlər və əlavə etmişdir ki, bu həqiqət o dərəcədə şöhrət tapmışdır ki, dəlilə ehtiyacı yoxdur.
    4. Zəməxşəri "Kəşşaf” təfsirində başqa bir məna incəliyini xatırladaraq deyir: "Əgər soruşsan cəm sözü necə olur ki, yalnız Əliyə (ə) aid olur? Deyərəm: Baxmayaraq ki, əməl yalnız bir nəfərin əməlidir, amma cəm halda ona görə işlənmişdir ki, camaat onun əməlinə doğru təşviq olunsun, Allah tərəfindən onun nail olduğu şeylərə onlar da nail olsunlar. Ona görə belə deyilib ki, möminləri yaxşılığa, ehsana, fəzilətə çatmağın vacibliyindən agah etsin. Yəni, vacib bir iş qarşıya çıxarsa, təxirə salmasınlar, hətta namazda olsalar belə.
    5. Mən deyirəm: Mən daha gözəl və dəqiq bir incəlik bilirəm. O da bundan ibarətdir ki, bu ayə müfrəd yox, cəm halında ona görə işlənmişdir ki, bu həqiqətin özü Allah nahiyəsindən bir sıra adamlar üçün rəhmət və mərhəmətdir. Belə ki, Əli (ə) haqqında pis danışanlar, Bəni Haşim düşmənləri, münafiqlər, paxıllar və özləri qabağa düşmək istəyənlərin bu həqiqəti müfrəd halında eşitməyə taqətləri yox idi. Çünki bu halda həqiqəti gizlətmək, onu azdırmaq üçün yer qalmırdı və bu vəziyyətdə –öz qərəzlərindən naümid olduqları üçün– onlar tərəfindən İslama dəhşətli bir zərbə dəyə bilərdi. Ona görə də tək şəxsə mənsub olmasına baxmayaraq, vəziyyətdən çıxış yolu məqsədi ilə cəm halında işləndi. Sonra bir-birinin ardınca müxtəlif ibarətlər, "nəss”lər və izahlar bir çox məqamlarda (o həzrət tərəfindən) bəyan oldu ki, vilayət işini xalqın arasında tədricən yaysın. (Və bu elə belə də davam edirdi,) nəhayət, Allah dinini kamilləşdirdi və bütün nemətləri sona yetirdi. Bu həqiqəti çatdırmaqda Peyğəmbərin (s) üsulu, camaata çətin məsələləri aşılamaq işində dəqiqliyi eynilə hikmət sahiblərinin rəftarına bənzəyir. Əgər ayə müfrəd (tək) halında işlənsəydi, ona heç vaxt qulaq asmaz, barmaqları ilə qulaqlarını tutar, qürur və təkəbbür ilə ondan üz döndərərdilər.
    Belə məna incəliyi yalnız bu ayəyə məxsus deyil, Qurani-kərimin bütün ayələrindəki Əlinin və Əhli-beytin (ə) fəzilətlərinə aid olan yerlərdə eynidir və bu da gizli deyildir. Bu məsələləri biz "Səbilül-möminin” və "Tənzilül-ayat” kitablarımızda qəti və aydın dəlillərlə aydınlaşdırmışıq.
    "Ş”
    QIRX ÜÇÜNCÜ MƏKTUB
    4 Məhərrəm 1330
    Ayələrin məfhumunu (siyaq) "vəli” sözünü "mühibb” və buna oxşar sözlərin mənasına dəlalət etdiyini göstərir.
    Allah atana rəhmət eləsin! Şübhənin kökünü və ona təhrik edəni yox etdin! Şübhəni məhv etdin! Həqiqi haqqı aşkar etdin! Bir cəhəti çıxmaq şərti ilə başqa heç nə qalmır. O da bundan ibarətdir ki, deyilir: Ayə kafirlərin hökmranlığı və dostluğunun nəhyi tərzindədir. Yəni o ayələrdəndir ki, müsəlmanlara kafirləri özlərinə vəli və dost tutmağa icazə vermir və şahidi bu ayənin əvvəli və sonrasıdır. Və bu ayədə "vəli” sözündən məqsədin "nəsir”, "mühib”, yaxud "sədiq” və başqa bu kimi sözlər olması daha uyğundur. Bunun cavabı nədir? Lütfən bəyan edin. Vəssalam.
    "S”
    QIRX DÖRDÜNCÜ MƏKTUB
    5 Məhərrəm 1330
    1. Ayənin məfhumu "nəsir” və ona bənzər sözlərin mənasına dəlalət etmir.
    2. Ayənin məfhumu dəlillər ilə müxalif ola bilməz.
    1. Cavab: Ayə, göründüyü kimi, özündən əvvəlki ayələrdən (kafirlərin vilayət və dostluğunu inkar edən ayələrdən) fərqli və o ayələrin quruluşundan kənardır. Aşkar. Əmirəl-möminini mədh edir, çünki bu ayələrdə Əmirəl-mömininin və Əhli-beytin üstünlüklərindən, onun imamət və rəhbərliyə layiq olmasından və qüdrəti qarşısında mürtədləri təhdid etməsindən bəhs edir və onları onun qüdrəti vasitəsi ilə qorxudur. Sübutu da odur ki, bu ayə, bəhs etdiyimiz ayədən əvvəl gəlmişdir: يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ مَن يَرْتَدَّ مِنكُمْ عَن دِينِهِ فَسَوْفَ يَأْتِي اللّهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُ أَذِلَّةٍ عَلَى الْمُؤْمِنِينَ أَعِزَّةٍ عَلَى الْكَافِرِينَ يُجَاهِدُونَ فِي سَبِيلِ اللّه... "Ey iman gətirənlər, sizlərdən kim dinindən dönsə, tezliklə Allah bir qövmü gətirəcək ki, Allah onları sevir, onlar da Allahı sevirlər. (Bu qövm) möminlər qarşısında itaətkar və kafirlər qarşısında güclü və qüvvətlidir. Allah yolunda cihad edirlər və məlamət (acı söz) edənin məlamətindən qorxmurlar. Bu, Allah fəzlidir, onu kimə istəsə verir. Allahın lütfü vüsətli və O, (hər şeyi) biləndir.”(Bu hədisi Hakim "Müstədrək” kitabının 3-cü cildinin 128-ci səh.-nin sonunda nəql etmiş və demişdir ki, sənəd nöqteyi-nəzərindən doğru hədisdir. Lakin Buxari və Müslim onu nəql etməmişlər və Təbərani "Kəbir” kitabında və Əbu Nəim "Fəzailus-Səhabə” kitabında onu yazmışdır və bu hədis "Kənzul-"Ümmal” kitabında 6-cı cildin, 155-ci səhifədəki 2577-ci hədisdir. "Müntəxəbül-Kənz” kitabında da yazılıb və "Müsnəd”in 5-ci cildinin 32-ci səhifəsinin haşiyəsinə müraciət edin.
     )
    Bu ayə "Əmirəl-möminin”ə aiddir və onun və əshabəsinin qüdrəti ilə müxalifləri qorxudur.(Təbərani "Kəbir” kitabında və İbn Əsakir öz tarixində bu hədisi nəql etmişlər. Bu hədis "Kənzül-Ümmal”ın kitabı hədislərindən 2571-ci hədisdir ki, 6-cı cilddə 154-cü səhifənin sonunda zikr olunmuşdur.
     ) Belə ki, Əmirəl-möminin (ə) özü "Cəməl” döyüşü günü və imam Baqir və imam Sadiq (ə) bu mətləbə işarə buyurmuşlar. Sələbi öz təfsirində onu söyləmiş və "Məcməül-bəyan” müəllifi onu Əmmardan, Hüzəyfədən və İbn Abbasdan nəql etmişdir. Bu haqda şiələrin fikri eynidir. Pak Əhli-beyt (ə) imamları təriqi ilə bu barədə doğru və mütəvatir xəbərlər çatmışdır.
    Buna görə də "vilayət” ayəsi o həzrətin vilayətinə və imamətinin vacibliyinə işarə olunandan sonra (ondan əvvəlki ayədə deyilib) gəlmişdir və vilayət ayəsi əvvəlki ayədə deyilmişlərin və keçmişə işarənin şərhidir. Buna görə də necə demək olar ki, bu ayə kafirlərin vilayəti və dostluğunu qadağan edən ayələrin tərzində gəlmişdir.
    2. Bundan əlavə, Allahın rəsulu (s) Əhli-beyt imamlarını Quranın səviyyəsində tutmuş və elan etmişdir ki, bu ikisi bir-birindən ayrılmayacaqlar. Deməli, onlar Quran ilə bərabər səviyyəlidirlər, doğru yolu onların vasitəsilə tanımaq olar. Biz mütəvatir şəkildə gördük ki, onlar bu ayə vasitəsilə o həzrətin xilafət və vilayəti üçün dəlillər gətirirlər və "vəli”nin təfsirini elə müəyyənləşdirmişlər ki, biz də onu dedik. Buna görə də əgər ayənin deyilmə tərzinin (siyaq) onların "nəss”ləri ilə uyğun olmamasını fərz etsək və təslim olsaq, onun qədr-qiyməti və əhəmiyyəti olmaz.(Təbərani "Kəbir” kitabında bu hədisi "Məhəmməd ibn Əbu Übeydə ibn Məhəmməd ibn Əmmar ibn Yasirdən, o da atasından və əcdadı Əmmardan öyrənmiş və nəql etmişdir. Bu hədis "Kənzül-Ümmal”ın hədislərindən 2576-cı hədisdir ki, 6-cı cildin 155-ci səh.-də yazılmışdır.
     ) Çünki ümum müsəlmanların "dəlil”i "siyaq”dan (məfhum) üstün tutmaqda fikirləri eynidir. Buna görə də siyaq ilə "dəlil” arasında ixtilaf meydana çıxanda, onlar zahirini nəzərə almır və dəlilin hökmünə tabe olurlar. Buna görə də ayənin o tərzdə nazil olmasına inam yoxdur, çünki ümmətin ümumi fikrinə görə, Quranın mətnləri onların ilə uyğun gəlmir (Quranda çoxlu ayələr vardır ki, onun siyaqı ilə uyğun gəlmir). O cümlədən "təthir” ayəsi "Nisa” (qadınlar) surəsində onlara aid olan ayələrin siyaqında gəlmişdir. Lakin onun beş nəfər "Kəsa” (örtük) əhlinə aid olması haqqında doğru və mötəbər nəssi vardır. Xülasə, ayənin siyaqa müxalif olması onun ecazkarlığına və bəlağətinə zərər gətirmir. Kəskin və qəti bir dəlil olan təqdirdə siyaqın əleyhinə getməyin eybi yoxdur.
    "Ş”
    QIRX BEŞİNCİ MƏKTUB
    6 Məhərrəm 1330
    Keçmişdəkilərin əməllərinin doğru olmasına inam üçün təfsir məcburiyyətində.
    1. Əgər "raşidin” xəlifələrinin (yəni əvvəlki dörd xəlifə) xilafətinin doğruluğu qəti olmasaydı, sizin fikir və əqidənizi qəbul etməkdən, bu ayəni və onun kimiləri sizin hökmünüzə əsasən başa düşməkdən savayı yolumuz yox idi. Amma onların xilafətinə şübhə üçün heç bir əsas yoxdur. Buna görə də onların və onlara beyət edənlərin işlərinin doğruluğuna qail olmaq (inanmaq, demək) üçün çarəsizlikdən "təvil”ə pənah aparmaq lazımdır.
    "S”
    QIRX ALTINCI MƏKTUB
    6 Məhərrəm 1330
    1. Keçmişdəkilərin əməllərinin doğru olmasına inam üçün "təvil” lazım deyildir.
    2. "Təvil” mümkün deyildir.
    Üç xəlifənin xilafətilə bağlı burada bəhsimizi əsaslı müzakirə edə bilərik və buna görə də ondan bir dəlil kimi istifadə etmək olmaz. Ətrafında bəhs olunan bir mövzunu dəlil kimi başqa dəlillərin qarşısında gətirmək düz deyil, çünki elə onun özünün doğru olub-olmaması dəlillə sübuta yetməlidir.
    1. Bundan əlavə, onların və onlara beyət edənlərin işini yozmaq üçün elə də deyil ki, mütləq dəlillərdə təvil aparılsın, necə ki, ittiham üçün əlinizdə başqa imkan vardır. Əgər bu barədə danışmaq lazım gələrsə, onu aydınlaşdıracağıq.
    2. O ki qaldı ("qədir nəssi” və "vəsiyyət nəssləri” kimi) yazdığım və yazmadıqlarımı təvil və yozmağa ki, qeyri-mümkündür. Xüsusilə, bu "nəss”lər özləri ayrı-ayrılıqda mötəbər sayılan neçə sənəd və təriqlə təsdiq olunurlar. Bunlara insaf gözü ilə baxanlar, həqiqət üçün kəskin və aydın dəlil olduğunu görərlər. Vəssalam.
    "Ş”
    QIRX YEDDİNCİ MƏKTUB
    7 Məhərrəm 1330
    Təsdiqedici "nəss”lərin tələbi.
    Ey kaş, bizi o təsdiqedici "nəss”lərdən agah edəydin, nə üçün onları qeyd etməmisən? Vəssalam.
    "S”
    Category: Əl-Muraciat | Added by: Islam_Kitabxanasi
    Views: 644 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024