İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əl-Muraciat

    Əl-Muraciat
    2011-12-30, 7:25 AM
    QIRX SƏKKİZİNCİ MƏKTUB
    8 Məhərrəm 1330
    1. Sübut üçün qırx hədis.
    Sübut üçün sizə qırx hədis kifayət edər:
    1. Peyğəmbər (s) əlini Əlinin (ə) çiyninə qoyub uca səslə dedi:
    «هذا اِمامُ الْبَرَرَةِ قاتِلُ الْفَجَرَةِ مَنْصُورٌ مَنُ نَصَرَهُ مخْذُولٌ مَنْ خَذَلَهُ» "Bu yaxşıların imamı, pislərin və yolunu azmışların qatilidir. Elə bir şəxsdir ki, ona kömək edən qalib, alçaltmaq istəyən isə alçaldılacaqdır.”
    Bu hədisi Hakim "Müstədrək”in 3-cü cildinin 129-cu səhifəsində Cabirdən nəql etmiş(Bu sözü Əbu Şeyx uzun bir hədisdə nəql etmişdir. İbn Həcər "məvəddət” ayəsinin təfsirindəki məqsədlərdən dördüncüsünün sonunda 105-ci səh.-də bəhs etmiş və "Əs-səvaiq” kitabında söyləmişdir. Diqqətlə, oradakı dərin məqsəddən agah ol və o cümlədən, «فَلا تَذهَبينَ بِكُمُ الْاَباطيل» "yersiz və dəyərsiz sözlər sizi inhirafa aparmasın” – sözlərindən qafil olma.) və sonra demişdir: "Bu hədisin sənədi doğrudur. Amma Buxari və Müslim onu nəql etməmişdir.”
    2. Peyğəmbər buyurdu: "Əli haqqında üç şey vəhy olmuşdur:
    «اِنَّهُ سَيّدُ الْمُسْلِمِينَ وَ امامُ الْمُتَّقينَ وَ قائِدُ الْغُـرِّ الْمُحَجَّلينَ» "O müsəlmanların ağası, təqvalıların imamı, alnı açıqların və nurluların yolgöstərəni və rəhbəridir.” Hakim "Müstədrək”in(Molla öz "Sirə”sində bu hədisi yazıb və İbn Həcər "Əsəvaiq” kitabının 90-cı səh.-də «وَقِفُوهُمْ إِنَّهُم مَّسْئُولُونَ» ayəsinin (Saffat, 24) təfsirində zikr etmişdir.
     ) 3-cü cüzünün 138-ci səhifəsinin əvvəlində bu haqda yazmış və demişdir: "Bu hədisin sənədləri düzgündür, amma Buxari və Müslim o haqda yazmamışlar.”
    3. Peyğəmbər (s) buyurdu: "Mənə vəhy gəlmişdir ki, Əli müsəlmanların seyyidi, təqvalıların vəlisi, alnı açıqların və nurluların rəhbəridir.” İbn Nəccar və başqa "sünən” yazanlar onu nəql etmişlər.
    4. Peyğəmbər (s) Əliyə buyurur: «مَرْحَباً بَسَيِّدِ الْمُسلِمينَ وَ امامِ الْمُتَّقينَ» "Müsəlmanların seyyidinə, mənim və təqvalıların imamına mərhəba.” Əbu Nəim "Hilyətül-Övliya”da(Təbərani onu "hədisi-səqəleyn”də və İbn Həcər "Əs-səvaiq” kitabının 11-ci babındakı ayələrdən dördüncü –«وَقِفُوهُمْ إِنَّهُم مَّسْئُولُونَ»– ayənin təfsirində, 89-cu səh.-də zikr etmişdir.
     ) onu nəql etmişdir.
    5. Peyğəmbər (s) buyurdu: "Bu qapıdan daxil olan ilk şəxs pəhrizkarların imamı, müsəlmanların seyyidi, dinin başçısı, xatəmül-vəsiyyin, nurlu üzlülərin rəhbəridir. Əli daxil oldu.Onun haqqında müjdə verən Peyğəmbər (s) ayağa durdu, onu qucaqladı, alnının tərini sildi və buyurdu: Sən mənim borcumu əda edən, mənim səsimi insanlara çatdıran, ixtilaflarını bəyan edənsən.”(Bir qrup hədis söyləyənlər bu hədisi "mərfu” şəkildə Əbuzərdən nəql etmişlər və İmamüs-Səbban "İsafur-rağibin” kitabında Əhli-beytin fəzilətləri haqqında və Şeyx Yusif Nəbhani "Əş-şərəfül-Müəyyəd” kitabının 31-ci səhifəsində və bir sıra başqa etimadlı şəxslər onu xatırlamışlar. Bu isə aşkar şəkildə onların xalqa başçılıq və rəhbərlik etməyini sübut edir və haqqa tərəf getməyin yalnız onların yolu ilə mümkün olduğunu aşkar edir.
     )
    6. Peyğəmbər (s) buyurdu: "Allah mənə belə tövsiyə etdi ki, Əli hidayət bayrağı, dostlarımın imamı, mənə itaət edənlərin nurudur. O elə bir "sözdür” ki, təqvalılar ona əməl etməlidir.”(Təbərani "Övsət”, Süyuti "Ehyaul-Meyyit”, Nəbhani "Ərbəin” və İbn Həcər "Səvaiq” kitabında, həmçinin bir sıra sünni alimləri Əhli-beytə məhəbbət (sevmək) haqqında yazmışlar. Peyğəmbərin (s) «لا يَـنفَعُ عَبداً عَمَلُه إلا بِمَعرفةِ حَقِّنا» "bizim haqqımızı tanımayana əməli xeyir verməz” – cümləsindəki sözlərə diqqət et! Soruş ki, Əhli-beytin haqqı nədir? O hansı haqdır ki, Allah onu işlərin doğru olması üçün şərt bilmişdir? Məgər onların əmrinə təslim və itaətdən başqa bir şeymidir, yaxud onların düz yolu ilə haqqa sarı getməkdən başqa bir məqsədmi güdülür? Hansı haqq nübüvvət və xilafətdən savayı belə bir böyük təsirə malik ola bilər? Təəssüflər olsun, biz elə bir millətin əlində giriftar olmuşuq ki, düşünməzdirlər. انا لله و انا اليه راجعون) Mülahizə edirsinizmi? Bu altı hədis onun imaməti və ona itaətin vacibliyi haqqındadır. Ona (ə) salam olsun.
    7. Peyğəmbər (s) əli ilə Əlini göstərərək buyurdu: "Bu mənə iman gətirmiş ilk şəxsdir və birinci adamdır ki, qiyamətdə mənimlə görüşəcəkdir. Bu, böyük vəfadar və ümmətin faruqudur – haqqı batildən ayırır və möminlərin başçısıdır.”(Qazi Əyaz bu hədisi 1327-ci il Məşhəd şəhərindəki "Astan” çapxanasında buraxılmış "Şəfa” kitabının 2-ci cildinin 40-cı səh.-nin əvvəlində "Əhli-beytə ehtiram və yaxşılıq etmək Peyğəmbərə (s) yaxşılıq və ehtiram deməkdir” fəslində nəql etmişdir.
     )
    8. Peyğəmbər (s) buyurdu: "Ey Ənsar əhli, istəyirsinizmi sizə elə bir şəxsi göstərəm ki, ona arxalanıb, heç vaxt yolunuzu azmayasınız? O, Əlidir. Məni sevdiyiniz qədər onu sevin, mənə etdiyiniz hörmət qədər ona ikram və hörmət edin. (Çünki) sizə dediklərimi Cəbrail Allah tərəfindən mənə əmr edib.”(Aydındır ki, onları tanımaqdan məqsəd şəxsləri tanımaq, onların adlarını, Peyğəmbər övladları olmasını bilmək deyil. Çünki Əbu Cəhl və Əbu Ləhəb də bunları bilirdilər, əksinə, məqsəd budur ki, onlar («اولوالامـر») Peyğəmbərdən (s) sonra ixtiyar sahibidirlər. Bu barədə Peyğəmbər (s) buyurdu ki: "Zamanının imamını tanımadan ölən şəxs cahiliyyət (İslamdan əvvəl zamanda yaşayan) adam kimi ölmüş və onların "məhəbbət və vilayət”dən məqsədo vilayətdir ki, haqq əhli onu imamlar üçün lazım bilirlər. Bu da ki, son dərəcə aydındır.
     )
    9. Peyğəmbər (s) buyurdu:
    «اَنَا مدينَةُ الْعِلمِ وَ عَليٌّ بابُها فَمَنْ اَرادَ الْمَدينَةَ فَلْيَئْتِ الْبابَ» "Mən elmin şəhəri, Əli isə o şəhərin qapısıdır. Elm istəyən onun qapısından keçməlidir.”(Əgər onlar Allah tərəfindən xüsusi mənsəbə malik olduqlarına görə mütləq itaət olunmağa layiq olmasaydılar, bu qədər onlara məhəbbət bəsləmək tövsiyə olunmazdı)
    10. Peyğəmbər (s) buyurdu: «اَنَا دارُ الْحِكْمَةِ وَ عَليٌ بابُها» "Mən hikmət eviyəm və Əli onun qapısıdır.”(Bu hədisi Təbərani "mərfu” şəkildə "Ehyaul-Meyyit” kitabında İbn Abbasdan və "Ərbəin” kitabında Nəbhanidən və "cümhur”un bir sıra başqa alimlərindən nəql etmişlər.
     )
    11. Peyğəmbər (s) buyurdu: "Əli mənim elmimin qapısı və mənim məmur olduğum hər bir şeyi (özümdən sonra) ümmətimə bəyan edəndir. Onu sevmək iman, sevməmək isə nifaqdır.”(Təbərani və Hakim onu nəql etmiş, Nəbhaninin "Ərbəin”, Süyutinin "Ehyaul-Meyyit” və başqa kitablarda da yazılmışdır. Bu hədis, bir qədər bundan əvvəl haqqında danışdığımız "bizi tanımadan heç kəsin əməli ona fayda (xeyir) verməz” – hədisinə oxşardır və əgər onlara qarşı olan kin və qəzəb Allah və Peyğəmbərə (s) qarşı olan kin və qəzəb olmasaydı, (hətta daim "rükn” və "məqam” arasında ibadət etsələr də) daha "əməlləri faydasızdır” – demək olmazdı. Onlar (imamlar) Peyğəmbərin naibi və canişini olmasaydılar, bu məqama nail olmazdılar.
     )
    12. Peyğəmbər (s) Əliyə buyurdu: "Sən, məndən sonra ümmətimə ixtilaflı olan hər bir şeyi bəyan edəcəksən.”
    Hakim "Müstədrək”in 3-cü cildinin 122-ci səhifəsində onu Ənəsdən nəql etmiş,(Hakim və İbn Həcər öz "Səhih”lərində Nəbhaninin "Ərbəin” və Süyutinin "Ehyaul-Meyyit”ində olduğu kimi, Əbu Səid Xidridən nəql etmişlər ki, Peyğəmbər buyurub: "Allaha and olsun ki, oda daxil olmaq istəyən adamdan başqa heç kəs biz Əhli-beytə kin bəsləməz.” Təbərani Nəbhaninin "Ərbəin” və Süyutinin "Ehyaul-Meyyit”ində olduğu kimi, imam Həsəndən (ə) nəql etmişdir ki, Müaviyə ibn Xədicə buyurdu: "Nəbadə biz Əhli-beytə kin və qəzəb bəsləyəsən! Çünki Peyğəmbər (s) buyurdu ki, bizə qarşı kin və paxıllığı özünə peşə edən şəxsi qiyamətdə odlu qamçı ilə Kövsər hovuzunun kənarından qovacaqlar.”
     ) sonra demişdir: "Bu, Müslim və Buxarinin nəzərincə qəbul olunduğundan doğru hədisdir. Amma onu nəql etməmişlər.”
    Mən deyirəm: Bu və bu kimi başqa hədislər haqqında fikirləşən şəxs başa düşər ki, Əlinin Peyğəmbərə (s) olan nisbəti, Peyğəmbərin (s) Allaha olan nisbəti (Quranı bəyan etməkdə) kimidir. Çünki, Allah Peyğəmbərinə buyurur: "Biz, (bu Quranı) məgər ona görə sizə nazil etmədik ki, onlara (ixtilafda olduqları şeyləri) bəyan edəsiniz? Bu Quran, iman sahibləri üçün hidayət və rəhmətdir.”(Və Peyğəmbər (s) xütbələrinin birində buyurub: "Hər kəs biz Əhli-beyti düşmən olub kin bəsləsə, Allah qiyamət günü onu "yəhudi” kimi dirildəcək.” Bu hədisi Təbərani "Övsət” və Süyuti "Ehyaul-Meyyit” və Nəbhani "Ərbəin” kitabında və başqaları yazmışlar.
     ) Allahın rəsulu (s) da Əliyə (ə) deyir: "Sən məndən sonra mənim ümmətimə ixtilaflarda olduqları şeyləri bəyan edəcəksən.”
    13. İbn Səmmak Peyğəmbərin (s) sözünü Əbu Bəkrdən "mərfu” şəkildə nəql etmişdir: «عَلِيٌّ مِنّي بِمَنْزِلَتـي مِنْ رَبّي» "Əli (ə) ilə mənim nisbətim, mənim Allahla olan nisbətim kimidir”
    14. Darü-Qütni "Əl-ifrad” kitabında İbn Abbasdan Allahın rəsulunun (s) sözünü məfru şəkildə nəql etmişdir: "Əli ibn Əbu Talib "Hittə qapısı”dır, bu qapıdan girən mömin, çıxan kafirdir.”(Sələbi, Cabir ibn Abdullah Bəcəlidən "Kəbir” təfsirində "məvəddət” ayəsinin təfsirində Peyğəmbərdən onu nəql etmiş və Zəməxşəri "Kəşşaf” təfsirində həmin ayə ilə əlaqədar olmasını şübhəsiz məsələlərdən bilmişdir.
     )
    15. Peyğəmbər (s) Ərəfatda "həccətül-vida”da buyurdu: "Əli məndəndir və mən Əlidənəm. Mən və Əlidən başqa heç kəs (Allahın əmrini) çatdırmır.”(Molla "Əs-səvaiq”in 14-cü ayəsinin məqsədlərindən ikinci məqsəddə gəldiyi kimi, bu hədisi nəql etmişdir.)
    Bu söz həm güclü, həm ərşin sahibinin yanında xüsusi mövqeyi olan kərim bir rəsulundur ki, onun (sözünün) yerinə yetirilməsi vacib və (onun özü isə) etibarlıdır. Sizin peyğəmbəriniz məcnun deyildir. O, həva-həvəs üzündən söz danışmır. Dediyi yalnız ona vəhy olunmuş göstərişdir. Buna görə hara gedir və bu səhih xəbərlər haqqında nə deyirsiniz? Bu səhih "nüsus” ("nəss”lər, rəvayətlər) haqqında nə sözünüz var? Siz bu əhd və vəzifə (hansı ki, onun təbliği Əliyə həvalə edilmişdir) ətrafında bir qədər fikirləşsəniz və onun hamının qarşısında "həccətül-kəbir”də elan olunmasının hikmətinə yaxşı diqqət etsəniz, həqiqət ən aydın şəkildə sizə aşkar olar.
    Əgər onun sözlərinə nəzər yetirsən, necə qısa və yığcam, amma mənaca necə dərin və aydın olandan sonra, onu çox böyük hesab edərsən. Çünki o, bütün mətləbləri cəmləmiş, xüsusi bir peymanəyə tökmüş, hərtərəfli nəzərdən keçirmiş, dərindən tədqiq etmiş, sonra görmüşdür ki, onun ləyaqətlə əda olunması Əlidən başqa heç kəs üçün heç cür mümkün deyil və buna heç bir şübhə yoxdur. Belə ki, vəsidən başqa Peyğəmbərin bu vəzifəsini heç bir kəs yerinə yetirməyi bacarmaz, xəlifə və vəlisindən başqa heç kəs onun yerində otura bilməz.
    Həmd və sitayiş yalnız Allaha məxsusdur ki, bizi hidayət edir. Əgər Allah bizi hidayət etməsəydi, heç vaxt hidayət olmazdıq.
    16. Allahın rəsulu(s) buyurub: "Mənə kim itaət etsə, Allaha itaət edər. Mənə qarşı üsyan edən Allaha qarşı üsyan və itaətsizlik etmişdir. Əliyə itaət edən mənə itaət etmiş və ona itaətsizlik edən mənə itaətsizlik etmişdir. Hakim "Müstədrək”in 3-cü cildinin 121-ci səhifəsində onu nəql etmiş və Zəhəbi "Təlxis”in həmin səhifəsində onu vermiş və aydınlaşdırmışdır ki, xəbərin qəbulu şərtinə əsasən, Buxari və Müslimin fikrincə bu hədis düzgündür.
    17. Peyğəmbər (s) buyurub: "Ey Əli, məndən ayrılan kəs Allahdan ayrılmış və səndən uzaqlaşan kəs məndən uzaqlaşmışdır.” Hakim onu özünün "Səhih”inin 3-cü cildinin 124-cü səhifəsində nəql etmiş və demişdir: "Onun sənədləri düzgündür.” Amma Buxari və Müslim onu nəql etməmişlər.
    18. Ümmü-Sələmənin hədisində Allahın rəsulu (s) buyurmuşdur: "Əlini təhqir edən və onu söyən məni təhqir etmişdir.” Hakim "Müstədrək”in 3-cü cildinin 121-ci səhifəsinin əvvəlində onu nəql etmiş, Buxari və Müslimin şərtinə əsasən, rəvayətin qəbulunu düzgün saymışdır. Zəhəbi də "Təlxisdə” onu zikr etmiş, onun düzgünlüyünü bəyan etmişdir. Əhməd də "Müsnəd”in 6-cı cildinin 323-cü səhifəsində Ümmü-Sələmədən, Nisai "Xəsaisül-Ələviyyə”nin 17-ci səhifəsində və bir qrup məxəzşünaslar onu zikr etmişlər. Peyğəmbər (s) demişdir ( Əmr ibn Şaşın(Bu hədisi Əbdül-Qəni ibn Səd "İzahül-İşkal” kitabında yazmışdır. Bu, "Kənzul-Ümmal”ın 6050-ci hədisidir ki, 6-cı cildinin 396-cı səhifəsinin sonunda onu xatırlamışdır.
     ) hədisinə əsasən): " Əliyə əziyyət edən, mənə əziyyət etmişdir.” Hakim onu zikr etmiş, Buxari və Müslimin şərtinə əsasən, düzgün bilmişdir. O, bu hədisi "Müstədrək”in 3-cü cildinin 130-cu səhifəsində vermişdir. Zəhəbi də "Təlxisi-Müstədrək”də onu zikr etmiş, onların şərtinə əsasən düzgün saymışdır. Əlinin (ə) sözü belədir: "Toxumu yarana və insanın ruhunu yaradana and olsun ki, bu "ümmi” (yazıb-oxumaq bilməyən) Peyğəmbərdən (s) olan əhd və peymandır ki, mömindən başqası məni sevməz, münafiqdən başqası mənə düşmən çıxmaz.”(Bu iki mədhedici şeri Şafei Peyğəmbərin (s) Əhli-beyti haqqında demiş və bir çox mötəbər alimlər şöhrət nöqteyi-nəzərindən onu məşhur və sübut olunmuş hesab edir və onun Şafeinin vasitəsilə yazıldığına şübhə etmirlər. O cümlədən İbn Həcər (إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ) "Əhzab” surəsinin 56-cı ayəsinin təfsirində "Əs-səvaiq” kitabının 88-ci səh.-də, Nəbhani "Əş-şərəfül-müəyyəd” kitabının 99-cu səh.-də, imam Əbu Bəkr Şəhabəddin "Rəşfətüs-sadi” kitabında və başqaları nəql etmişlər. Daha geniş izahat üçün "Əl-Qədir” kitabının 2-ci cildinin 302-ci səhifədən sonraya müraciət edin.
     )
    20. Peyğəmbər (s) Əliyə buyurub: «يا عَلِيُّ اَنْتَ سَيّدٌ فِي الدُّنْيا سَيّدٌ فِي الآخِرَةِ حَبيبُكَ حَبيبـي وحَبيبـي حَبيبُ الله وَ عَدُوُّكَ عَدُوّي وَ عَدُوّي عَدُوّ الله وَ الْوَيْلُ لِمَنْ اَبْغَضَكَ بَعْدي» "Ey Əli, sən dünya və axirətdə ağasan, sənin dostun mənim dostum və mənim dostum Allahın dostudur, sənin düşmənin mənim düşmənim və mənim düşmənim Allahın düşmənidir. Vay o adama ki, məndən sonra səninlə düşmənçilik edə!” Hakim "Müstədrək”in 3-cü cildinin 128-ci səhifəsinin əvvəlində onu nəql etmiş və Buxari və Müslimin şərtinə əsasən, xəbərin qəbulunda onu düzgün bilmişdir.(Təthir” ayəsinə işarədir. "Əhzab” surəsinin 33-cü ayəsində deyilir: إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا "Allah istəyir ki, siz Əhli-beytdən bütün pislikləri silsin və sizi tamamilə pak etsin.”)
    21. Peyğəmbər (s) buyurub: "Ey Əli, xoş o adamın halına ki, səni sevir və sənin haqqında doğru danışır və vay o şəxsin halına ki, sənin düşmənin ola və sənin haqqında yalan danışa!”
    Hakim "Müstədrək”in 3-cü cüzünün 135-ci səhifəsində onu vermiş və sonra demişdir: Bu hədis sənəd baxımından düzgündür. Amma Buxari və Müslim onu verməmişdir.
    22. Peyğəmbər (s) buyurdu: «مَنْ اَرادَ اَنْ يَحْيي حَياتي وَ يَمُوتَ مَيْتَتـي وَ يَسْكُنَ جَنَّةَ الْخُلْدِ الَّتي وَعَدَني رَبّي فَلْيَتَوَلَّ عَلِيَّ بْنَ اَبيطالِبٍ فَاِنَّه لَن يُخْرِجَكُمْ مِن هُدَي وَ لَن يُدخِلَكم فِي ضَلالَة» "Kim həyatının mənim həyatım, ölümünün mənim ölümüm kimi olmasını və Allahın mənə vəd etdiyi əbədi behişt sakini olmasını istəyirsə, gərək Əli ibn Əbu Talibin vilayətini qəbul etsin. Çünki, o heç vaxt sizi doğru yoldan çıxarmaz, yolunuzu azmağa qoymaz.”(Xeyr, heç kəs üçün belə bir şey yoxdur və yalnız onlar bu xüsusiyyətləri ilə fərqlənirlər, bu barədə başqaları onlara qoşula bilməz və heç kəsdə belə bir tamah ola bilməz)
    23. Peyğəmbər (s) buyurur: "Mənə iman gətirən və məni təsdiq edən şəxsə Əli ibn Əbu Talibin vilayətini sifariş və tövsiyə edirəm. Beləliklə, onun vilayətini qəbul edən, mənim vilayətimi qəbul etmiş və mənim vilayətimi qəbul edən Allahın vilayətini qəbul etmişdir. Onu sevən məni sevmiş, məni sevən Allahı sevmişdir, ona düşmənçilik edən, kinini ürəyinə salan şəxs, Allahın düşmənçiliyinə ürəyində yer vermişdir.”(Yox, bu Allahın yalnız onlara aid etdiyi fəzilətdir. Belə ki, buyurmuşdur: قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى وَمَن يَقْتَرِفْ حَسَنَةً نَّزِدْ لَهُ فِيهَا حُسْنًا إِنَّ اللَّهَ غَفُورٌ شَكُورٌ (Ya Peyğəmbər!) De: "Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (Əhli-beytə sevgidən) başqa bir şey istəmirəm.” ("Şura”, 23)
     )
    24. Peyğəmbər (s) buyurdu: "Həyatının mənim həyatım və ölümünün mənim ölümüm kimi və cənnət bağlarında sakin olmasını istəyən şəxs məndən sonra Əlinin vilayətini qəbul edib məndən sonra Əhli-beytimə iqtida etməlidir. Onlar mənim ailəmdir, mənim "tinət”imdən yaranmış, mənim dərrakəm və biliyimi Allah onlara vermişdir. Ümmətimdən onların ağıl və üstünlüklərini təkzib edən, mənim onlarla bağlılığımı qıran adamların vay halına! Allahın şəfaəti onlara çatmayacaq.”
    25. Peyğəmbər (s) buyurdu: "Həyatını mənim həyatım, ölümünü mənim ölümüm kimi və behiştə daxil olmağı istəyən şəxs məndən sonra Əlinin və onun övlarının vilayətini qəbul etməlidir. Onlar sizi hidayət qapısından xaric etməz və azdırmazlar.”(Heç vaxt! "Mübahilə” ayəsi yalnız onların haqqında nazil olmuşdur. Allah buyurur: فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ ("Ali-İmran”, 61) "De, gəlin biz övladlarımızı, siz də övladlarınızı; biz qadınlarımızı, siz də qadınlarınızı; biz özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) yalvarıb yalançılara lənət etməsini diləyək.”)
    26. Peyğəmbər (s) Əmmara buyurdu: "Ey Əmmar, əgər Əlinin bir yol, camaatın isə başqa bir yolla getdiyini görsən, Əli ilə get. O, səni alçaqlığa dəvət etməz, hidayət yolundan çıxartmaz.”(Əhli-beyt və düşmənləri haqqında Quranın 76-cı surəsi olan "Həl Əta” surəsinin nazil olmasına işarədir. "Təthir”, "mübahilə”, "əl-məvəddətə fil qurba” və "həl əta” ayələrini mütaliə edib və təfsirlərindən agah olmaq istəyənlər "Əl-kəlimətül-Qərra” kitabına müraciət etsinlər. Çünki bu kitab hər bir "xəstə” üçün şəfa və müxaliflərə cavabdır. (Qeyd etdiyimiz kimi, bu kitab "Əl-füsulul-Muhimmə” kitabının sonunda çap olunmuşdur ki, hamı onu əldə edə bilər.))
    27. Əbu Bəkrin hədisində deyilmişdir ki, Peyğəmbər (s) buyurdu: "Mənim ovcum və Əlinin ovcu ədalətlə bərabərdir.”(Sələbi "Kəbir” təfsirində sənəd ilə Əban ibn Təğlibdən, o da İmam Sadiqdən (ə) nəql etmişdir ki, Həzrət deyib: "Yuxarıdakı ayədə (Ali-İmran, 103) "həblüllah”dan məqsəd bizik.”)
    28. Peyğəmbər (s) Fatiməyə (ə) buyurdu: "Bu peyvəndə və ona həyat yoldaşı olmağa razı deyilsənmi? Allah yer əhlinə nəzər saldı və iki nəfəri seçdi, biri atan, o birisi həyat yoldaşın.”(İbn Həcər bu ayəni onların haqqında nazil olmuş ayə hesab etmişdir və bu beşinci ayədir ki, "Əs-səvaiq” kitabının 11-ci babının birinci fəslində söylənmişdir və onun təfsirində yuxarıdakı mətləbi "Sələbinin” təfsirindən nəql etmişdir. İmam Şafei "Rəşfətüs-Sadi” kitabında demişdir:)
    29. Peyğəmbər (s) buyurdu: «اَنَا الْمُنْذِرُ وَ عَلِيٌّ الْهادِي وَ بِكَ يا عَلِيُّ يُهتَدي الْمُهْتَدونَ مِنْ بَعْدي» "Mən (Allahın əzabından) qorxudanam, Əli isə hidayət edəndir. Ey Əli, məndən sonra hər kəs hidayət olsa, sənin vasitənlə hidayət olar.”(«وَ لمـّا رأيتُ الناس قـَد ذَهبتْ بـِهم مذاهبُهم في أبـحُر الغَيّ و الجهل»
     )
    30. Peyğəmbər (s) buyurmuşdur: «يا عَليُّ لا يَحِلُّ لِاَحدٍ اَنْ يَجنُبَ فِي الْمَسْجِدَ غَيْري وَ غَيْرُك» "Ey Əli, mən və səndən başqa məsciddə cünub olmaq heç kəsə halal deyildir.”(«ركبتُ علي اسم الله في سُفُن النجا وَ هُم أهلُ بَـيت المصطفي خاتم الرُّسُل»
     )
    Bu hədisə oxşar hədisi Təbərani Ümmü-Sələmədən, Bəzzar Səddən, (o da) Peyğəmbər dən (s) nəql etmişdir: "Məsciddə cünub olmaq mən və Əlidən başqa heç kəsə halal deyildir.”
    31. Peyğəmbər (s) buyurmuşdur: «اَنَا وَ هذا يَعْنـي عَلِيّاً حُجَّةٌ عَلي اُمَّتي يَومَ الْقِيامَة» "Mən və bu (Əli), qiyamət günü ümmətimə höccətik.” Xətib, Ənəsdən onu nəql etmişdir.(«و أمسَكتُ حبـلَ اللهِ و هُـوَ وِلاءُهُم كما قَـد اُمِرنا بالتّمسّك بالحَبْـل»
    "Camaatı məzhəb məsələsində azğınlıq dəryasında müşahidə etdikdə, mən Allahın adı ilə nicat gəmisinə mindim ki, həmin peyğəmbərlərin sonuncusu Mustafanın Əhli-beytidir. Allahın ipindən yapışdım ki, bu da onları sevməkdən başqa bir şey deyildir (ondan yapışmağa əmr olunduğumuz ikən).) Doğrusu, Əbül-Həsən (Əli) Peyğəmbərdən (s) sonra onun vəliəhdi və əmr sahibi olmasa idi, necə höccət ola bilərdi?
    32. Peyğəmbər (s) buyurdu: "Behişt qapısının üstündə yazılmışdır: «لا اِلهَ اِلاّ اللهُ مُحَمَّدٌ رَسُولُ اللهِ عَلِيٌّ اَخُو رَسُولِ اللهِ» "Tək olan Allahdan başqa məbud yoxdur. Məhəmməd Allahın rəsulu və Əli onun qardaşıdır.”(Ayədəki (Tövbə, 119) sadiqlər sözündən məqsəd düzgün və mütəvatir xəbərlərimizə görə Peyğəmbər və Əhli-beyt imamlarıdır. Hafiz Əbu Nəim və Müvvəffəq ibn Əhməd də bunu demişlər. İbn Həcər "Səvaiq”in 11-ci babının beşinci ayəsinin təfsirində 90-cı səh.-də imam Səccaddan hədis söyləmişdir ki, 6-cı məktubun sonunda qeyd etmişik.
     )
    33. Peyğəmbər (s) buyurdu: "Ərşin üzərində yazılmışdır: "Tək olan Allahdan başqa məbud yoxdur. Məhəmməd onun rəsuludur. Ona (s) Əlini arxa və köməkçi etdim.”(Ənam, 153) İmam Baqir (ə) və İmam Sadiq (ə) həmişə buyurardılar ki, doğru yol sözündən məqsəd doğru imamdır və yollar sözündən məqsəd sizi Allah yolundan uzaqlaşdıran yolunu azmış rəhbərlərdir. Biz isə Allah yoluyuq.
     )
    34. Allahın rəsulu (s) buyurur: "Nuhun əzmini, Adəmin elmini, İbrahimin helmini, Musanın zirəkliyini, İsanın zöhdünü görmək istəyən şəxs Əli ibn Əbu Talibə nəzər yetirsin.” Beynəqi özünün "Səhih”ində və imam Əhməd Hənbəl "Müsnəd”ində onu nəql etmişdir.”(Siqətül-islam Küleyni doğru sənəd əsasında nəql etmişdir ki, Büreyd İcli İmam Sadiqdən (ə) bu ayədən məqsədin nə olduğunu soruşduqda, İmamın cavabı "Nisa” surəsinin 51, 53-cü ayələrinin müxtəsər şərhi ilə belə olmuşdur: «Məgər o kəsləri görmədin ki, (Allah) Kitabından faydaları var ikən (onlara hidayət ayələri nazil olmuş ikən), büt və tağuta iman gətirir və müşriklərə deyirlər ki, sizin yolunuz iman gətirənlərdən daha doğrudur.” Belələri yolunu azmış rəhbər və atəşə dəvət edənlər haqda deyirlər: Onlar Ali-Məhəmməddən (s) artıq Allah yoluna hidayət olunmuşlar. Lakin, onlar o kəslərdir ki, Allah onları öz rəhmətindən uzaqlaşdırmış və Allahın öz rəhmətindən uzaqlaşdıran bəndəsinə bir köməkçi tapılmaz. Məgər onların hökumətdə (imamət və xilafətdə) paylarımı var? Əgər belə olsaydı, camaata heç bir hüquq verməzdilər. "Yoxsa camaat Allahın öz fəzlindən onlara (Peyğəmbər və Əhli-beyti) bağışladığı nemətlərəmi paxıllıq edirlər?” Biz o kəslərik ki, imamətə və Allahın bizə bəxş etdiyi rəhbərliyə görə şübhə və paxıllığa məruz qalmışıq – "Baxmayaraq ki, Ali-İbrahimə "kitab”, hikmət və böyük səltənət verdik.” Quran deyir: "Onlara peyğəmbərlər və imamlar göndərdik.” Necə olur ki, Ali-İbrahimi qəbul edir, Ali-Məhəmmədi (s) isə inkar edirlər? "Onlardan bəzisi ona iman gətirdilər, bəzisi yoluna maneə yaratdılar, lakin cəhənnəmin şölələnən atəşi onlar üçün kifayətdir.»)
    35. Allahın rəsulu (s) Əliyə (ə) buyurdu: "Ey Əli, səndə İsadan bir nişanə var. (O da budur) yəhudilər onunla o dərəcədə düşmən oldular ki, anasını müttəhim etdilər. Xristianlar ona o qədər məhəbbət bəslədilər ki, malik olmadığı mənzilət və məqamı (Allah məqamını) ona nisbət verdilər.”((Nəhl, 43; Ənbiya, 7) Sələbi özünün "Kəbir” təfsirində Cabirdən nəql edir ki, bu ayə nazil olanda Əli dedi: "Biz zikr əhliyik.” Bu söz başqa imamlardan da nəql olunmuşdur. Əllamə Bəhreyni "Qayətül-Məram”ın 35-ci babında bu məzmunda iyirmidən çox doğru hədis nəql etmişdir.
     )
    36. Peyğəmbər (s) buyurdu: «اَلسُّبَّق ثَلاثَةٌ اَلسّابقُ اِلي يُوشَعَ بَنِ نُون وَ السّابِقُ اِلي عيسَي صاحِبُ ياسينَ وَ السّابِقُ اِلي مُحَمَّدٍ عَلِيٌّ بْنُ اَبي طالِبٍ» "Sibqət edənlər (qabaqda gedən, burada ilk iman gətirənlər nəzərdə tutulur) üç nəfərdir. Musaya ilk iman gətirən Yuşə ibn Nun, İsaya ilk iman gətirən "Yasin sahibi”, Məhəmmədə ilk iman gətirən Əli ibn Əbu Talibdir.”(İbn Mərdəveyh nəql etmişdir ki, burada Peyğəmbər ilə müxalifət etmək və əziyyətdən məqsəd Əli (ə) ilə müxalifətdir. "Hidayətin” aydın olmasından məqsəd də Əlinin (ə) məqamıdır.
     )
    37. Peyğəmbər (s) buyurdu: "Siddiqlər üç nəfərdir: Həbib Nəccar, Ali-Yasin mömini ki, dedi: Ey camaat, Allahın elçilərinə tabe olun. Hizqil, Ali-Firon mömini ki, dedi: Pərvərdigarım Allahdır – deyən şəxsimi öldürürsünüz? Və Əli ibn Əbu Talib ki, onların hamısından üstün və biliklidir.”(Əyyaşi öz təfsirində onu nəql etmiş və Əhli-beyt imamları təriqi ilə də bu məna aydın və ardıcıl çatmışdır ki, möminlərin yolu Əhli-beyt imamlarının yoludur)
    38. Peyğəmbər (s) Əliyə (ə) buyurdu: "Məndən sonra, ümmətim tezliklə səninlə düşmən olacaq və sən mənim ayinimlə yaşayacaqsan. Mənim qanunuma görə öldürüləcəksən. Səni sevən məni sevmiş, səninlə düşmənlik edən, mənimlə düşmənlik etmişdir. Tezliklə saqqalın başının qanına bulaşacaqdır.” Və Əli (ə) eyni buna oxşarını Peyğəmbərdən nəql etmişdir: "Ondan (s) sonra ümmət mənimlə düşmən olacaq.”(Sələbi öz "Kəbir” təfsirində bu ayənin altında İbn Abbasdan bir hədis nəql edir ki, deyir: bu ayə nazil olandan sonra Peyğəmbər (s) əlini Əlinin (ə) sinəsinə qoyub buyurdu: "Mən qorxudanam və Əli yol göstərəndir. Ey Əli, hidayət olunanlar sənin vasitənlə hidayət olunurlar.”)
    İbn Abbas deyir ki, Peyğəmbər (s) Əliyə buyurdu: "Tezliklə məndən sonra, məşəqqət və narahatlığa düçar olacaqsan. Ərz etdi: O vaxt dinim salamat olacaqmı? Buyurdu: Bəli, dinin salamat olacaqdır.”
    39. Peyğəmbər (s) bir gün səhabələrinin toplanışında buyurdu: "Sizin aranızda Quran təvilinə əsasən vuruşan var, necə ki, mən onun tənziminə əsasən vuruşdum.” Camaat çiyinlərini çəkdi. Əbu Bəkr və Ömər də orada idilər. Əbu Bəkr dedi: O şəxs mənəm? Buyurdu: "Yox.” Ömər soruşdu: Mənəm? Buyurdu: "Yox, o şəxsdir ki, çəkmə yamayır (yəni Əli və bu zaman o, bir çəkmə yamayırdı).”
    Əbu Səid Xidri deyir: "Əlinin yanına gəldim və ona bu şad xəbəri verdim, heç başını da qaldırmadı. Elə bil ki, onu dəfələrlə Allahın rəsulundan (s) eşitmişdi.”(Bu hədisi şərhçilər və Peyğəmbərin (s) xəbərlərini yazanların çoxu İbn Abbasdan nəql etmişlər. Məhəmməd ibn Müslim deyir ki, İmam Sadiqdən (ə) bu ayənin şərhini soruşduqda belə, buyurdu: "Hər bir imam öz dövrünün yol göstərənidir.” İmam Baqir (s) onun şərhində buyurmuşdur ki, "munzir” (qorxudan) Allahın rəsulu və "had” (hidayət edən) Əlidir (ə) və sonra əlavə etdi ki, bizim haqqımızdakı bu ayə qiyamətə qədər doğrudur.
     )
    Ömərin xilafəti zamanı Əbu Əyyub Ənsarinin hədisi(Sələbi "Kəbir”də "Fatihə” surəsinin təfsirində Əbu Büreydədən nəql etmişdir ki, "Siratəl-müstəqim”dən məqsəd Ali-Məhəmməddir (s) və Vəki ibn Cərrahın təfsirindən, Süfyan Suridən, Səudidən, İsbatdan və Mücahid İbn Abbasdan nəqs etmişdir ki, "bizi doğru yola hidayət et” ifadəsinin mənası bizə Ali-Məhəmmədin dostluq və məhəbbətini nəsib et, deməkdir.
     ) də bunun kimidir və deyir: "Allahın rəsulu (s) Əliyə (ə) "nakisinlər” (əhdləri sındıranlar), "qasitinlər” (zalımlar) və "mariqinlər”lə (yoldan çıxanlar) mübarizə edib onları öldürmək fərmanını (əmrini) verdi.”
    Əmmar Yasir bir hədisdə deyir ki, Peyğəmbər (s) buyurdu: «يا عَليُّ سَـتُقاتِلُـكَ الْفِئَةُ الْباغِيَةُ وَ اَنْتَ عَلَي الْحَقِّ فَمَنْ لَمْ يَنْصُرْكَ يَوْمَئِذٍ فَـلَيْسَ مِنّي» "Ey Əli, tezliklə üsyançılar dəstəsi səninlə mübarizə aparacaqlar. Amma sən düz yoldasan. Sənə kömək etməyən məndən deyil.”(Sözsüz ki, Əhli-beyt imamları sadiqlərin, şəhidlərin və salehlərin qabaqcılları və böyüklərindəndirlər.) Həmçinin Əbuzər bir hədisdə deyir: Peyğəmbər buyurdu: "And olsun o kəsə ki, mənim canım onun əlindədir, sizin aranızda bir kişi var ki, məndən sonra Quranın təvilinə əsasən vuruşacaq, necə ki, mən müşriklərlə onun tənzilə əsasən vuruşdum.”(Bütün müfəssirlərin fikri bu məsələdə eynidir. Əşairə imamlarından (başçılarından) olan Quşçi özünün "Təcridin şərhi” kitabında imamətə məhəbbət bəhsində etiraf etmişdir ki, bu ayə Əli (ə) haqqında rüku vaxtı sədəqə verərkən nazil olmuşdur. Nisai özünün "Səhih” kitabında onun Əli (ə) haqqında nazil olmasını Abdullah ibn Salamdan nəql etmişdir. "Maidə” surəsinin təfsirində "Sihahi Sittə”ni toplayan yuxrıdakı ayənin Əli (ə) haqqında nazil olduğunu nəql etmişdir. Sələbi də özünün "Kəbir” təfsirində onun Əmirəl-möminin haqqında nazil olmasını qəti hesab edir (şərhi veriləcək).
     )
    Həmçinin, Məhəmməd ibn Übeydullah bir hədisi ibn Əbu Rafedən, o da atasından, o da cəddi Əbu Rafedən xəbər vermişdir ki, Peyğəmbər (s) buyurdu: "Məndən sonra, bir qrup Əli ilə vuruşacaq. Onlarla cihad etmək ilahi bir vəzifədir. Cihad etmək qüdrətinə malik olmayan kəs dili ilə, bundan da aciz olan qəlbi ilə onlarla cihad etməlidir.”(İbn Həcər "Səvaiq” kitabının 11-ci babının 1-ci fəslində bəhs edərkən bu ayəni 8-ci ayə kimi gətirib deyir: "Sabit Bənani demişdir ki, "hidayət olunmuş”dan məqsəd, Peyğəmbərin (s) Əhli-beytinin vilayəti ilə hidayət olmuş deməkdir.” Yenə İbn Həcər deyir ki, bu söz imam Baqirdən (ə) də nəql olmuşdur. Sonra onların vilayəti vasitəsilə hidayət tapan şəxsin nicatı haqqında bir sıra rəvayət nəql etmişdir. İbn Həcər imam Baqirdən (ə) hədis nəql edərkən, o həzrətin Haris ibn Yəhyaya buyurduğu sözə işarə etmiş, belə ki, imam Baqir ona buyurmuşdur: "Ey Haris, məgər görmürsən ki, Allah tövbənin qəbulunu, imanı, doğru işi bizim vilayətimiz vasitəsilə hidayət olunmaq və haqqımızı tanımaqla şərtləndirmişdir. Bunlar olmadan heç bir bəndəyə iman, doğru iş və tövbə mənfəət verməz.” Sonra o həzrət cəddi Əmirəl-möminindən (ə) belə nəql etmişdir: "Əgər bir şəxs tövbə etsə, iman gətirsə və layiqli iş yerinə yetirsə, lakin bizim vilayətimizlə hidayət olmasa, bu işlər onu ehtiyacsız etməyəcək (ona mənfəət verməyəcəkdir).”)
    Əxzər Ənsari deyir: "Peyğəmbər (s) buyurdu: "Mən Quranın tənzilinə əsasən vuruşuram və Əli onun təvilinə əsasən vuruşacaq.”(Hafiz Əbu Nəim buna oxşar hədisi Ovn ibn Əbu Cühəyfədən, o da Əlidən (ə) söyləmiş və Hakim (imam Baqir və imam Sadiqdən), Sabit Bənani və Ənəs ibn Malik buna oxşarını nəql etmişlər.
     )
    40. Peyğəmbər (s) buyurdu: «يا عَلِيُّ اَخْصِمُكَ بِالنُّبُوَّةِ فَلا نُبُوَّةَ بَعْدي وَ تَخْصِمُ النّاسَ بِسَبْعٍ اَنْتَ اَوَّلُهُمْ ايماناً بِاللهِ وَ اَوفَاهُم بِعَهْدِ اللهِ اَقْسَمُهُم بِالسَّوِيّةِ وَ اَعْدَلُهُم فِي الرَّعِيَّة وَ اَعْظَمُهُمْ عَنْدَ اللهِ مَزِيّة» "Ey Əli, mənim sənə olan imtiyazım yalnız nübüvvətimdir. Məndən sonra nübüvvət və peyğəmbərlik yoxdur. Sənin camaat qarşısında yeddi imtiyazın var. Birinci şəxssən ki, Allaha iman gətirmişsən, Allahın əhdinə hamıdan artıq əməl edənsən, Allahın əmrlərində hamıdan möhkəmsən, Beytül-malın bölünməsində bərabərliyə daha çox riayət edənsən, rəiyyətə qarşı hamıdan çox adilsən, mühakimədə daha gözüaçıq və məziyyətlərdə (üstünlüklərdə) Allahın yanında hamıdan üstünsən.”(Əhzab”, 72. Ayənin mənası ilə tanış olmaq üçün "Təfsiri-Safi”yə "Təfsiri-Əli ibn İbrahim”ə Səduqun bu haqda imam Baqir, imam Sadiq və imam Rzadan (ə) və Əllamə Bəhreyninin "Qayətül-Məram” kitabının 115-ci babında sünnə əhli hədislərindən nəql etdiklərinə müraciət edin.
     )
    Əbu Səid Xidridən yetişmişdir ki, Peyğəmbər (s) buyurdu: "Ey Əli, sənin yeddi xislətin vardır ki, heç kəs sənin tayın deyil. Sən, Allaha ilk iman gətirən, onun əhdinə daha vəfadar, əmrinə hamıdan artıq əməl edən, rəiyyətə qarşı daha ədalətli, mühakimədə daha xəbərdar, məziyyətlərdə hamıdan üstünsən...”
    Yazmağı əhd etdiyim qırx hədis bunlar idi. Amma bunlardan başqa da çoxlu hədislər vardır ki, onları geniş surətdə vermək imkanı yoxdur. Onlar da həmin "sünən” kimi bir-birləri ilə bağlı və həmahəngdir, hamısı bir mənanı bildirirlər. O da budur ki, Əli bu ümmətdə Allahın rəsulundan sonra ikincidir və Peyğəmbərdən (s) sonra bu ümmətin rəhbərliyi (Peyğəmbər (s) kimi) Əli ilədir. Beləliklə, bunlar o sünnələrdəndir ki, söz ardıcıllığına malik olmasalar da, məna ardıcıllığına malikdirlər və elə buna görə də sənin üçün qəti, aydın bir dəlil və höccətdir. Vəssalam.
    "Ş”
    QIRX DOQQUZUNCU MƏKTUB
    11 Məhərrəm 1330
    Əlinin (ə) fəzilətlərinə etiraf.
    Onun fəzilətləri xilafətə vəsiyyət üçün səbəb deyildir.
    1. İmam Əbu Abdullah Əhməd Hənbəl deyir: "Peyğəmbərin əshabələrinin heç biri haqqında Əli ibn Əbu Talib (ə) qədər Allahın rəsulu (s) tərəfindən fəzilət nəql olmamışdır.”("Bəqərə”, ayə 208. Əllamə Bəhreyni "Qayətül-Məram” kitabının 224-cü babında doğru hədislərdən 12-sini nəql etmişdir ki, bu ayə Əli (ə) və onun övladlarıdan olan imamlar haqqındadır və onlardan savayı başqalarının ardınca getməyi inkar etmişdir. 223-cü babda demişdir ki, İsfahani Əməvi bir neçə təriq ilə onu Əlidən (ə) nəql etmişdir.
     )İbn Əbbas demişdir: "Heç bir kəs haqqında Əliyə (ə) aid olan qədər Quran ayəsi nazil olmamışdır.”("Təkasür”, ayə 8. Əllamə Bəhreyni "Qayətül-Məram” kitabının 48-ci babında sünnə əhli təriqi ilə üç hədis nəql etmişdir ki, "nəim” həmin Peyğəmbər (s), Əmirəl-möminin və Əhli-beytin (ə) bəndələrə olan vilayət nemətidir və 49-cu babda şiə təriqi ilə bu barədə 12 hədis xatırlamışdır.
     ) Digər bir hədisdə demişdir: "Əli haqqında 300 Quran ayəsi nazil olmuşdur.”(Maidə”, 67. Peyğəmbərin (s) sünnə və xəbərlərini yazan sünni yazıçılarının çoxu nəql etmişlər ki, bu ayə Qədir-xumda Əli (ə) haqqında nazil olmuş, o cümlədən Vahidi "Əsbabun-Nüzul”da "Maidə” surəsinin təfsirində Əbu Səid Xidridən, Sələbi öz təfsirində iki təriq ilə, Həməveyni Şafei "Fəraidüs-Səmteyn”də müxtəlif təriqlərlə, həmçinin Əbu Hüreyrədən mərfu şəkildə, Əbu Nəim "Nüzulul-Quran”da iki təriqlə birini Əbu Rafedən, birini də Əməş və Ətiyyədən və "Qayətul-Məram”ın 37-38-ci bablarında 9 hədis sünni və 8 doğru hədis isə şiə təriqi ilə bu mövzu ilə bağlı zikr etmişlər.) Yenə demişdir: Harada Allah يا ايها الذين آمنوا – ayəsini buyurmuşdursa, Əli onun əmiri və şərəfidir.”(İmam Baqir (ə) və övladı İmam Sadiqdən (ə) çatmış səhih hədislərə əsasən, onlar həmin bu mənanın aşkar olduğunu bəyan etmişlər. Sünni təriqi ilə 6 hədis "mərfu” şəkildə Peyğəmbərdən (s) nəql olunmuşdur ki, bu mənanı aşkar yetirir. Onu müfəssəl şəkilfə "Qayətül-Məram” kitabının 39 və 40-cı babında oxuya bilərsiniz)
    Allah Quranın çox ayələrində Məhəmməd (s) əshabələrini məzəmmət etmiş, amma Əlini yaxşılıqdan başqa cür yad etməmişdir. Abdullah ibn Əyyaş ibn Əbu Rəbi deyir: "Əli haqqında elm və bilik baxımından nə istəyirsən, tam inamla de. Onun İslamda parlaq bir keçmişi vardır, Allahın rəsulunun (s) kürəkənidir. Onun dini başa düşməkdə, döyüşdə qələbə çalmaqda və əliaçıqlıqda tayı-bərabəri yoxdur.”(Sələbi "Kəbir” təfsirində bu hadisəni müfəssəl nəql etmiş və misirli Əllamə Şəblənci onu "Nurül-Əbsar” kitabında Əli (ə) haqqında zikr etmişdir. Onun 71-ci səhifəsinə müraciət edin. Bu hadisə müxtəlif təriqlərlə nəql olunmuşdur. Hələbi "Sirə” kitabının 3-cü cildində "həccətül-vida”nın axırlarında və Hakim "Müstədrək” kitabında "Məaric” surəsinin təfsirində onu yazmışdır. "Müstədrək”in 2-ci cildinin 502-ci səhifəsinə müraciət edin.)
    İmam Əhməd ibn Hənbəldən Əli və Müaviyə haqqında soruşulduqda, cavab vermişdir: "Əlinin (ə) düşməni çox idi. Düşmənləri elə bir şeyin daim axtarışında və təftişində idilər ki, onun vasitəsilə Əlidə (ə) eyib tutsunlar. Amma,(Deyləmi "Səvaiq” kitabında deyildiyi kimi, onu Əbu Səid Xidridən nəql etmişdir ki, Peyğəmbər (s) buyurub: Onlar Əlinin (ə) vilayəti ilə bağlı soruşulacaqlar.” Vahidi də "Səvaiq” kitabında yazıldığı kimi, yuxarıdakı ayə haqqında belə rəvayət edir: "Onlar Əli və Əhli-beytin vilayətindən soruşulacaqlar.” Sonra əlavə edir ki, Allah öz peyğəmbərinə əmr etmişdir ki, risalətin təbliği müqabilində Əhli-beytlə dostluqdan savayı başqa bir muzd istəmədiyini camaata başa salsın və ayənin mənası bundan ibarətdir ki, onlardan –Peyğəmbərin (s) tövsiyə və sifariş etdiyi kimi– Əhli-beyti sevmək barəsində soruşulacaq, əks-təqdirdə (əməl etmədikləri surətdə) təbiidir ki, cəzalarına yetişəcəklər. İbn Həcər "Səvaiq” kitabının 11-ci babında bu ayəni Əhli-beyt haqqında nazil olan ayələrdən hesab etmiş və onu dördüncü ayə kimi qeyd etmişdir) heç bir eyib tapa bilmədilər. Elə buna görə də onunla mübarizə edən Müaviyənin haqqında mədh və təriflər qoşdular. Bu bir plan idi və beləliklə, Əlini sarsıtmaq istəmişlər.”
    Qazi İsmayıl, Nisai, Əbu Əli Nişaburi və başqaları demişlər: "Səhabələrin heç birinin fəzilət və bacarıqları haqqında Əlinin fəzilətləri qədər doğru sənədlərlə məlumat çatmamışdır.”(Zuxruf”, 45. Bu haqda Haciz Əbu Nəimin "Hilyə” kitabında və Sələbi, Nişaburi və Bərqinin öz təfsirlərində nəql etdikləri kifayətdir. Eləcə də Həməveyni və başqa sünnə əhlinin nəql etdikləri, Təbərsinin "Məcməül-bəyan”da Əmirəl-möminindən (ə) söylədiyi və "Qayətül-Məram”ın 44-45-ci babında yazılanlar maraqlananların xəstəliyini yox edir, susuzluğunu aradan qaldırır.
     )
    2. Bu bir həqiqətdir ki, onda heç bir irad yoxdur. Amma burada bir sual vardır ki, o həzrətin xilafətə gəlməsi barədə Peyğəmbər (s) vəsiyyət etmişdir, ya yox? Nəql etdiyiniz rəvayətlər bu barədə aydın və dəqiq sənəd deyildir.
    Bu düzdür ki, İmam hesaba sığmayan xüsusiyyət və fəzilətlər sahibidir. İnanırıq ki, o həzrət daha yüksək mədhə layiqdir və bu haqda dediklərinizdən neçə bərabər artıq zikr etmişlər. Əlbəttə, onlarda imamətə işarə də vardır. Amma, bildiyiniz kimi, sadəcə işarə ilə əhd, vəsiyyət və rəhbərlik tamam başqa bir şeydir. Vəssalam.
    "S”
    ƏLLİNCİ MƏKTUB
    13 Məhərrəm 1330
    İmamın imamətə layiq xüsusiyyətlərinin istidlalı.
    Sizin kimi nüfuzlu və uzaqgörən, sözün qayda və qaynağına bələd, hədəflər və onların məqsədlərini bilən, Allahın rəsuluna, onun kamil hikmətinə, son peyğəmbərliyinə bələd, sözü və işinin müəyyən hədd və əndazəsi olan, yersiz və həvəs üzündən söz deməyən şəxslərin gözündən bu xəbərlərin güddüyü hədəf və məqsədlər yayınmaz. Sənə gizli deyildir ki, "sünən” və xəbərlər deyirlər ki, Əlinin yüksək məqamı və yeri vardır. Buna görə də Allah və peyğəmbərlərinə caiz deyildir ki, öz xəlifələrindən başqa bir kəsi bu qədər yüksəltsinlər. Beləliklə, peyğəmbərlərin sonuncusu o məqamı öz vəsi və vəliəhdindən başqasına təqdim etməz. Bundan başqa, əgər bir şəxs Əliyə məxsus olan başqa "sünən” hədislərini yaxşıca araşdırsa, görər ki, onların hamısı (az bir hissəsindən başqa) imamətdən savayı bir hədəfi izləmir. Bu mətləbə ya "peymani-qədir” kimi,(Bu barədə Əhli-beyt (ə) hədisləri ayənin təfsiri üçün dəlil və yolgöstərəndir.
     ) ya da göstərdiyimiz həmin 48-ci məktubdakı rəvayətləri misal çəkmək olar. Onlar belədir: "Peyğəmbər (s) buyurmuşdur ki, Əli Quranladır, Quran Əli ilə. Heç vaxt bir-birlərindən –hovuz kənarında mənə qovuşana qədər– ayrılmayacaqlar.”(Bəqərə”, 37. İbn Məğazili Şafei, İbn Abbasdan belə nəql etmişdir: "Peyğəmbərdən sual edildi ki, Adəmin öyrəndiyi və nəticəsində tövbəsinin qəbul olunduğu sözlər nə idi? Peyğəmbər buyurdu: Adəm Məhəmməd (s), Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseynin (ə) məqamlarına xatir Allahı çağırdı. Sonra Allah onun tövbəsini qəbul etdi.” Bu hədis şiə təriqi ilə də çatmışdır.
     ) Peyğəmbərin (s) bu sözü o deməkdir ki, "Əlinin mənə nisbəti başın bədənə olan nisbətidir.”(İbn Həcərin "Səvaiq” kitabında bu ayənin təfsirinə müraciət edin. Bu ayə Əhli-beytin fəzilətləri haqqındakı ayələrdən yeddincisidir ki, 11-ci babında yazılmış və orada yuxarıdakı sözü etiraf etmişdir.
     )Əbdür-Rəhman ibn Ovfun(İbn Həcər ona etiraf etmiş və bu ayəni ("Nisa”, 54) Əhli-beyt haqqında olan ayələrdən bilmişdir ("Səvaiq”, 11-ci bab, ayə 6). İbn Məğazili Şafei "Səvaiq”də yazıldığı kimi, imam Baqirdən (ə) nəql etmişdir ki, Həzrət buyurub: "Allaha and olsun ki, paxıllığa məruz qalmışıq.” "Qayətül-Məram” kitabının 60-cı babında bu barədə 30 doğru və aydın hədis nəql olunmuşdur.
     ) hədisində deyilir: Peyğəmbər (s) təhdidlə (hədə-qorxu ilə) xitab etdi: "And olsun o şəxsə ki, canım onun qüdrətinin qəbzəsindədir, namaz qılın, zəkat verin, yoxsa sizin yanınıza bir şəxsi göndərəcəyəm ki, məndəndir və ya mənim canımdır.” Hədisin sonunda gəlmişdir ki, Əlinin əlini tutub dedi: "O şəxs budur.” Bunlar kimi başqa xəbərlər çoxdur.
    Mən həqiqətlər dəryasına baş vuran hər bir şəxsin diqqətini, çətinliklərin, anlaşılmazlıqların həllini tapmaq istəyən hər kəsin nəzərini bu faydalı sözlərə cəlb edirəm. Bu sözüm onlara aiddir ki, həqiqəti tapmaqdan başqa bir fikirləri yoxdur və araşdırmalarda təəssübkeşlikdən uzaqdırlar."Ş”
    Category: Əl-Muraciat | Added by: Islam_Kitabxanasi
    Views: 698 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024