İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əl-Muraciat

    Əl-Muraciat
    2011-12-30, 7:24 AM
    ƏLLİ BİRİNCİ MƏKTUB
    14 Məhərrəm 133
    Bu dəlillərin müxalifi (inkar edəni) vardır.
    Sizin əleyhdarlarınınız üç raşid xəlifələrin fəzilətləri haqqında gələn "sünən” xəbərlərini, göstərdiyiniz hədislərlə ziddiyyətli sayırlar və mühacirlərlə ənsarın irəlidə gedənlərinin fəziləti barədə varid olmuş xəbərlərin "sünən”də İmam Əli (ə) haqqındakı xəbərlərlə ziddiyyətli olması fikrindədirlər. Onun cavabını necə aydınlaşdırırsınız? Vəssalam.
    "S”
    ƏLLİ İKİNCİ MƏKTUB
    15 Məhərrəm 1330
    Ziddiyətli iddianın cavabı.
    Biz İslam yolunda (mühacir və ənsardan) can qoyanların –Allah onların hamısını bağışlasın– fəzilətinə inanırıq. Belə ki, onları saymaqla qurtarmaq olmaz. Elə yalnız bu kifayətdir ki, Quranda və Peyğəmbərin sünnəsində onlar haqqında çoxlu fəzilətlər yazılmışdır. Biz onları nəzərdən keçirib, götür-qoy etdik. Amma Allah bilir ki, onların Əli (ə) haqqındakı məlumatlarla ziddiyyətli olduğunu görmədik. Hətta İmamın başqa xüsusiyyətləri ilə müarizə (qarşıdurma) etməyə də layiq deyil.
    Bəli, bizim müxaliflərimiz (öz istədikləri kimi) onlarin fəzilətləri haqqında rəvayətlər nəql etmişlər ki, bizim fikrimizcə inandırıcı deyildir. Buna görə də onların bizim göstərdiklərimizə olan etirazı qeyri-reallıqdan və boşboğazlıqdan başqa bir şey deyildir. Biz onları heç bir vəchlə (müxalifimiz tərəfindən çox mötəbər olsalar da belə) mötəbər hesab edə bilmərik. Məgər görmürsünüzmü ki, biz də öz rəvayətlərimizi etiraz kimi mübahisə meydanına çıxarmırıq? Müxalifimizin dediklərindən başqa heç nəyi sübut gətirmirik? ("qədir” və başqa hədislər kimi).
    Bütün bunlardan başqa, müxalifimizin ayrıca söylədikləri rəvayətləri və bəyan etdikləri fəzilətləri götür-qoy etdik, onlarda nə zikr olunmuş rəvayətlərin əksini gördük, nə də onların əleyhinə olan dəlil. Elə buna görə də üç xəlifənin xilafətinin isbatı üçün heç kəs onlardan dəlil gətirməmişdir. Vəssalam.
    "Ş”
    ƏLLİ ÜÇÜNCÜ MƏKTUB
    16 Məhərrəm 1330
    "Qədir” hədisinin tələbi.
    Təkrar olaraq "qədir” hədisinə işarə edirsiniz. Onu sünnilərin hədislərindən bizə oxuyun ki, o haqda dərindən axtarış aparaq və fikirləşək. Vəssalam.
    "S”
    ƏLLİ DÖRDÜNCÜ MƏKTUB
    18 Məhərrəm 1330
    "Qədir” hədisinin bir hissəsinə işarə.
    Təbərani və başqaları düzgünlüyünə inandıqları(Siqətül-islam Küleyni İmam Sadiqdən (ə) doğru sənəd əsasında nəql etmişdir ki, Həzrət buyurub: "Biz elə qövmük (sülalə) ki, Allah bizə itaət etməyi camaata vacib bilmişdir. Elmdə sabitqədəmlər bizik və yalnız həsədə məruz qalmışıq. Allah buyurub: "Və yaxud Allahın öz fəzlindən onlara bağışladığı üçünmü paxıllıq edirlər?” Şeyx Tusi onu "Təhzib” kitabında imam Sadiqdən nəql etmişdir.
     )sənədlə Zeyd ibn Ərqəmdən nəql etmişlər ki, Peyğəmbər (s) Qədir-xumda, ağacların altında xütbə oxuyub, buyurdu: "Ey insanlar, az qalmışdır Allahın yanına dəvət olunum və bu dəvətə müsbət cavab verim.("Əraf”, 46. Sələbi öz təfsirində bu ayənin şəni nüzulunda belə yazır: "Əraf sirat körpüsünün ən uca yeridir ki, Abbas, Həmzə, Əli və Cəfər Təyyar orada oturublar. Onlar dostlarını ağ üzlərindən, düşmənlərini isə qara üzlərindən tanıyırlar) Mən məsulam və sual haqqında qərar qəbul edəcəyəm.(Hakim öz sənədlərinə əsasən, Əli (ə) haqqında belə nəql etmişdir: "Biz qiyamət günü behiştlə cəhənnəm arasında dayanacağıq, bizə kömək edənləri üzlərindən tanıyırıq və onları behiştə daxil edəcəyik. Bizimlə düşmənçilik edənləri də simalarından tanıyırıq.” Salman Farsidən nəql olunur ki, Peyğəmbər (s) Əliyə (ə) buyurdu: "Sən və övladların olan canişinlərin, ərafda yerləşəcəksiniz.” Bunu təsdiq edən hədis "Səvaiq”in 2-ci cildinin 9-cu babında deyildiyi kimi, Darü-Qütninin hədisidir ki, belə nəql etmişdir: "Əli (ə) Ömər ibn Xəttabın altı nəfərin arasında xilafəti müzakirəyə qoyduğu şəxslərə uzun nitq söyləyən vaxt dedi: Siz Allah, deyin görüm aranızda məndən başqa elə bir adam vardırmı ki, Peyğəmbər (s) ona buyurmuş olsun: Sən qiyamətdə behişt ilə cəhənnəmi bölüşdürənsən”? Dedilər: Allah bilir ki, yox.” İbn Həcər deyir ki, eyni mənada Əntərənin imam Rzadan (ə) nəql etdiyi hədisdir ki, Peyğəmbər (s) Əliyə (ə) buyurub: "Ey Əli, sən behiştlə cəhənnəmi bölüşdürənsən. Qiyamət günü cəhənnəm oduna deyərsən: Bu biri məndəndir, o biri səndən.” İbn Həcər deyir ki, İbn Səmmak nəql etmişdir: "Əbu Bəkr Əliyə (ə) dedi: Peyğəmbərdən eşitdim ki, Əlinin icazəsi olmadan heç kəs siratdan keçməyəcək.”) Siz də məsulsunuz və dindiriləcəksiniz.("Əhzab”, 23. İbn Həcər "Səvaiq”in 5-ci cildinin 9-cu babında Əlinin (ə) vəfatı haqqında yazdığı yerdə deyir: Əli (ə) minbərdə ikən, haqqında danışılan ayənin mənasını soruşdular ki, cavab verdi: "Ey Allah, bizə rəhm et! Bu ayə mənim, əmim Həmzə, əmim oğlu Übeydə ibn Haris ibn Əbdül-Müttəlibin haqqında nazil olmuşdur. Übeydə "Bədr”də şəhid oldu, Həmzə "Ühüd”də və mən isə bu ümmətin ən daşürəklisini gözləyirəm ki, bu saqqalımı başımın qanına boyasın. Bu sifariş və peyman isə dostum Əbül-Qasim (s) ilə aramızda imzalanmışdır. Hakim "Məcməül-Bəyan”da deyildiyi kimi, Əmr ibn Sabitdən, o da Əbu İshaqdan, o da Əlidən (ə) belə nəql etmişdir: "Bu ayə bizim haqqımızda nazil olmuşdur. Mən isə gözləyirəm və məndə heç bir dəyişiklik baş verməmişdir.”
     ) Orada nə deyəcəksiniz? Dedilər: Şahidlik edəcəyik ki, risaləti təbliğ etdiniz, cihad etdiniz, nəsihət etdiniz, Allah sizə yaxşı mükafat versin. Peyğəmbər (s) buyurdu: Məgər sizin şəhadətiniz bu deyilmi ki, «لا ِالهَ اِلاّ اللهُ وَ اِنَّ مُحمّداً عَبْدُهُ وَ رَسُولُه» və belə deyilmi ki, behişt və cəhənnəm, ölüm və ölümdən sonra həyat haqqdır? Qiyamət, şübhəsiz olacaqdır və Allah ölənləri qəbirdə dirildəcəkdir? Dedilər: Bəli, ona şahidlik edəcəyik.("Nur”, 37. Mücahid və Yəqub ibn Süfyan, İbn Abbasın "Cümə” surəsinin 11-ci ayəsinin təfsirində "ticarət işləri qarşıya gələndə səni tək qoyarlar” – yazılan yerdə deyilir: Dihyə Kəlbi cümə günü Şam ticarətindən qayıdan zaman mal və yeməli şeylər gətirmişdi. "Zeyt” daşlarına çatıb təbil çalmaqla gəldiyini elan etdi. Camaatın hamısı onun ticarət karvanını görməyə getdi. Məsciddə Peyğəmbər (s) (minbərdə), Əli (ə), Həsən (ə), Hüseyn (ə), Fatimə (ə), Salman, Əbuzər və Miqdaddan başqa heç kəs qalmadı. Peyğəmbər buyurdu: "Allah məscidə bir nəzər saldı, əgər bunlar məsciddə olmasaydılar, Mədinə camaatı atəşdə yanardı, Lut qövmü kimi onların da başına daş yağardı və Allah bu ayəni yerdə qalanlar üçün nazil etdi: "Səhər-axşam Allahı zikr edirlər və ticarət onları aldatmır.”)Bu zaman Peyğəmbər (s) ərz etdi: Ey Allah, şahid ol. Sonra buyurdu: Ey insanlar, Allah mənim mövlamdır və mən də möminlərin mövlasıyam və mən onların özündən onlara yaxınam.(Sələbi "Kəbir” təfsirində Ənəs ibn Malik və Yeziddən nəql etmişdir ki, Peyğəmbər (s) bu ayəni oxuduqdan sonra, Əbu Bəkr ayağa durub soruşdu: "Ey Allahın rəsulu (s), bu ev ayədə deyilən evlərdəndirmi (Əli və Fatimənin evinə işarə etdi)? Peyğəmbər (s) buyurdu: Bu, o evlərin ən yaxşısıdır.” "Qayətül-Məram” kitabının 11-ci babında bu haqda həqiqət üfüqünü işıqlandıran 9 doğru hədis yazılmışdır.
     )
    «فَمَنْ كُنْتُ مَوْلاهُ فَهذا مَوْلاهُ يَعْنـي عَلِيّاً اَللهُمَّ والِ مَنْ والاهُ وَ عادِ مَنْ عاداهُ» Mən hər kəsin mövlasıyamsa, bu (Əli) onun mövlasıdır. Ey Pərvərdigar, onu sevəni sev, ona düşmən olana düşmən ol! Sonra buyurdu: Ey camaat, mən sizdən əvvəl gedirəm və siz Kövsər hovuzunun kənarında mənim yanıma daxil olacaqsınız. Onun uzunluğu Busra (Şam şəhərlərindən biri) ilə Səna arasındakı fasilədən çoxdur. Bu hovuzun kənarında ulduzların sayı qədər gümüş qablar mövcuddur. Mənimlə orada görüşəndə, sizdən "səqəleyn” haqqında soruşacağam ki, məndən sonra onlarla necə rəftar etmisiniz. Onlardan biri "siqli-əkbər” – Allahın kitabıdır ki, bir ucu Allahın "əlində”, birisi isə sizin ixtiyarınızdadır. Ondan yapışın ki, yolunuzu azmayasınız. O birisi isə "yaxınlarımdır” (Əhli-beytim). Allah-taala məni agah edibdir ki, bu ikisi Kövsər hovuzunun kənarında mənim yanıma daxil olana qədər bir-birindən ayrılmayacaqlar.”(Nur” surəsinin 35-ci ayəsinə işarədir. İbn Məğazili Şafei "Mənaqib” kitabında Əli ibn Cəfərdən nəql etmişdir ki, İmam Kazimdən (ə) soruşdum: "Mişkatdan məqsəd –onda çıraq və misbah var– nədir? Həzrət buyurdu: Mişkat (qəndil) Fatimə və misbah (çıraq) Həsən və Hüseyndir. Və parlaq ulduza bənzər "zücacə” isə İbrahim peyğəmbərin şəcərəsindən nurlanmış Fatimədir ki, ulduz kimi dünya qadınları arasında parlayır, "nə şərqlidir, nə qərbli” – nə yəhudidir, nə nəsrani. "Zeytunun parlamasına az qalıb” – vücudundan elm yağır, "od hələ ona çatmamış, nur ardınca nur” – yəni, imam ardınca imam vücuda gətirir "və istədiyi adamı öz nuruna qovuşdurur” – yəni, bizim vilayətə kimi istəsə hidayət edər.” Bu, Əhli-beytdən bir neçə təriqlə çatmış ayənin təfsiridir.
     )
    Hakim "Müstədrək”də(Vaqiə”, 10. İbn Həcərin "Səvaiq” kitabının 2-ci cildinin 9-cu babında, 29-cu hədisdə olduğu kimi, Deyləmi yazır ki, Ayişə, Təbərani və İbn Mərdəveyh İbn Abbasdan nəql etmişlər ki, Peyğəmbər (s) buyurub: "İlk irəlidə gedənlər üç nəfərdir: Musaya qoşulan Yuşə ibn Nun, İsaya qoşulan "Yasin Sahibi” və Məhəmmədə qoşulan Əli ibn Əbu Talibdir.” Müvəffəq ibn Əhməd ibn Məğazili də İbn Abbasdan onu nəql etmişdir.) "Mənaqibi-Əli”də Zeyd ibn Ərqəmdən (Buxari və Müslimin şərtinə əsasən) iki düzgün təriqlə nəql etmişdir: "Allahın rəsulu (s) "həccətül-vida”dan qayıdıb Qədir-xuma yetişəndə əmr verdi ki, orada ağacların altını süpürsünlər. Sonra buyurdu: Mən (haqqa tərəf) dəvət olunmuşam və onu qəbul etmişəm. Mən iki qiymətli şeyi sizin yanınızda qoyuram: Allahın Kitabı və Əhli-beytim. Görün, məndən sonra onlarla necə rəftar edəcəksiniz. Kövsər hovuzunun kənarında mənim yanıma gələnə qədər bu ikisi bir-birindən ayrılmayacaqdır.” Sonra buyurdu: "Böyük və əzəmətli Allah mənim mövlamdır və mən hər bir möminin mövlasıyam.” Sonra Əlinin əlindən tutdu və buyurdu: «مَنْ كُنْتُ مَوْلاهُ فَهَذا وَلِـيُّه» "Mən hər kimin mövlasıyamsa, bu (Əli) onun mövlasıdır. Ey böyük Allah, onu sevəni sev, ona düşmənlik edənə düşmən ol.” O, hədisi bütünlükdə zikr etmiş, amma Zəhəbi "Təlxisi-Müstədrək”də onun ardını verməmişdir.
    Hakim yenidən onu "Müstədrək”in "Zeyd ibn Ərqəm babı”nda("Nisa”, 69. İbn Nəcər "Səvaiq” kitabının 2-ci cildinin 9-cu babının 30-cu hədisində deyildiyi kimi, İbn Abbasdan nəql edir ki, Peyğəmbər (s) buyurdu: "Siddiqlər və düzdanışanlar üç nəfərdir: "Həzqil” Fironun ailəsindən olan mömin şəxs, Həbib Nəccar "Sahibi-Yasin” və Əli ibn Əbu Talib.” Habelə Əbu Nəim və ibn Əbu Leylidən nəql etmişlər ki, "Səvaiq”in 2-ci cildinin 9-cu babının 31-ci hədisində deyildiyi kimi, Peyğəmbər buyurub: "Doğrudanışanlar üç nəfərdir: "Ey camaat, göndərilmişlərin ardınca gedin” deyən, Həbib Nəccar mömini "Ali-Yasin”, "Məni yaradan Allahdır” – deyən Həzqil "mömini Ali-Firon” və hamıdan əfzəl olan Əli. Əlinin "düzdanışan” və "haqqı batildən ayıran” olması haqqında doğru xəbərlər mütəvatirdir.
     ) xatırlamış və onun düzgünlüyünü təsrih etmişdir. Zəhəbi də "Təlxis” kitabının o babında bu həqiqəti –öz inadkarlığına baxmayaraq– təsrih etmişdir. İmam Əhməd Hənbəl Zeyd ibn Ərqəmdən("Əraf”, 181. Müvəffəq ibn Əhməd, Əbu Bəkr ibn Mərdəveyhdən öz sənədinə əsasən, Əlidən belə nəql edir: "(İslam) ümməti 73 firqəyə bölünər. Behiştdə olan bir firqədən başqa hamısı od içindədir. Onların haqqında Allah buyurmuşdur: "Yaratdığım insanların içərisində elələri var ki, haqq tərəfə hidayət edirlər və qayıdışları ona tərəfdir.” Onlar mənim şiələrimdir.”) belə nəql etmişdir: "Peyğəmbər (s) ilə bir vadiyə varid olduq ki, ora Qədir-xum adlanırdı. Namaz əmri verildi və o bərk istidə namaz qıldı. Sonra oradakı ağacın üstünə bir parça saldılar ki, Peyğəmbər (s) üçün kölgə olsun. O həzrət, bizim üçün xütbə oxudu və buyurdu: Məgər bilmir və şəhadət vermirsinizmi ki, mən hər bir möminin mövlasıyam? Dedilər: Bəli! Buyurdu: Bəs elə isə, mən hər kəsin mövlasıyamsa, Əli onun mövlasıdır. Ey Pərvərdigar, onu sevəni sev, ona düşmən olana düşmən ol.”
    Nisai Zeyd ibn Ərqəmdən("Həşr”, 20. Şeyx Tusi "Əmali” kitabında doğru sənəd əsasında Əmirəl-möminindən nəql etmişdir ki, Peyğəmbər (s) bu ayəni tilavət edən zaman buyurdu: "Behişt əhli o kəslərdir ki, mənim itaətimdədir və məndən sonra Əlinin (ə) əmrinə itaət, vilayətinə etiraf edərlər. Soruşdular: Cəhənnəm əshabı kimlərdir? Həzrət buyurdu: Onun vilayətilə düşmənçilik edən, əhdi pozan və onunla döyüşə cəhd göstərənlər.” Mərhum Səduq da bu hədisi Əlidən (ə) və Əbül-Müəyyid Müvəffəq ibn Əhməd, onu Cabirdən nəql edirlər ki, Peyğəmbər (s) buyurdu: "Canım ixtiyarında olan kəsə and içirəm ki, Əli (ə) və onun şiələri qiyamət günü nicat tapanlardır.”) nəql etmişdir ki, Peyğəmbər (s) "həccətül-vida”dan qayıdıb Qədir-xuma daxil olanda buyurdu ki, orada ağacların altını süpürsünlər. Ondan sonra buyurdu: "Mən (haqq tərəfə) dəvət olunmuşam və dəvəti qəbul etmişəm. Mən sizin yanınızda iki qiymətli və əziz şey qoyuram: Allahın kitabı və Əhli-beytim. Baxın, görün məndən sonra onlarla necə rəftar edəcəksiniz! Onlar Kövsər hovuzunun yanında mənim yanıma gələnə qədər bir-birlərindən ayrılmayacaqlar. Sonra buyurdu: Allah mənim mövlamdır və mən hər bir möminin mövlasıyam. Sonra Əlinin əlindən tutub dedi: Mən hər kəsin mövlasıyamsa, bu, onun mövlasıdır. Ey Pərvərdigar, onu sevəni sev, ona düşmən olana düşmən ol.”
    Əbu Tüfeyl deyir: "Zeydə dedim: Bunu Allahın rəsulundanmı eşitdin?("Sad”, 28. Ayənin təfsirinə baxmaq üçün Əli ibn İbrahimin təfsirinə və ya "Qayətül-Məram” kitabının 81-83-cü babına müraciət edin.
     ) Cavab verdi: Orada elə bir adam yox idi ki, onu gözləri ilə görməsin və bu sözləri qulaqları ilə eşitməsin.” Bu hədisi Müslim, Zeyd ibn Ərqəmdən (müxtəlif təriqlərlə) özünün "Səhih” kitabında, "Fəzaili-Əli” babında nəql etmiş, amma onu ixtisar edərək, ardını kəsmişdir. Bəli, belə edirlər.("Casiyə”, 21. Bu ayə Həmzə, Əli, Übeydə haqqında "Bədr” döyüşündə Ütbə, Şeybə və Vəlid ilə qarşı-qarşıya dayanan zaman nazil olmuş, yəni iman gətirənlər Həmzə, Əli və Übeydə, günaha batmışlar isə Ütbə, Şeybə və Vəliddir. Bu haqda doğru hədislər vardır.)
    İmam Əhməd, Bəra ibn Azibdən("Bəyyinə”, 7. Elə bircə bu kifayətdir ki, İbn Həcər etiraf etmiş: "Bu ayə onların haqqında nazil olmuşdur." və bu ayəni onların üstün və fəzilətlərini göstərən ayələrdən hesab etmişdir. "Səvaiq”in 1-ci cildində 11-ci babın ayələrindən 11-cisidir ki, Əhli-beyt haqqında zikr olunmuşdur. Bu ayə haqda "Füsulul-Muhimmə” kitabının "Sünnədə şiə üçün müjdələr” fəslində söylədiyimiz hədislərə müraciət edin ("Füsulul-Muhimmə”, 7-ci fəsil, səh. 39, beşinci çap).)(iki təriqlə) nəql etmişdir ki, biz Peyğəmbər (s) ilə birlikdə idik. Qədir-xumda dayandıq və həzrət (s) camaat namazı qılınması barədə əmr verdi. Peyğəmbər (s) üçün iki ağacın altında yer hazırlandı. O, namazını qıldıqdan sonra Əlinin əlindən tutub dedi: "Məgər bilmirsinizmi ki, mən möminlərə özlərindən daha artıq yaxınam?” Dedilər: Bəli. Buyurdu: "Bilmirsinizmi ki, mən hər bir möminin mövlasıyam?” Dedilər: Bəli. Sonra Əlinin əlini yuxarı qaldırıb buyurdu: "Mən kimin mövlasıyamsa, bu, onun mövlasıdır. Ey böyük Allah, onun sevəni sev, ona düşmən olana düşmən ol.” Ondan sonra Ömər Əli ilə görüşdü və ona dedi: "Ey Əbu Talibin oğlu, səni təbrik edirəm ki, hər bir mömin kişinin və qadının mövlası oldun.”
    Nisai Sədin qızı Ayişədən (Buxari "Səhih” kitabının 3-cü cildinin 107-ci səh.-də "Həcc” surəsinin təfsirində Əlidən (ə) nəql etmişdir ki, o həzrət demişdir: "Mən qiyamət günü Allah qarşısında düşmənlərimdən haqqımı tələb etmək üçün yalvaracaq ilk kəsəm.” Buxari deyir: Qeys ibn İbad demişdir: Bu ayə "Bədr” döyüşü günü Əli (ə) və iki yoldaşı Həmzə və Übeydə və (onların qarşısına çıxan) Şeybə və iki yoldaşı Ütbə və Vəlid haqqında nazil olmuşdur. Həmin səhifədə Əbuzər nəql etmiş və o, and içmişdir ki, bu ayə Əli ilə iki yoldaşı və Ütbə ilə iki yoldaşı haqqında "Bədr” döyüşündə qarşı-qarşıya duran vaxt nazil olmuşdur ("Səhih-Buxari”, "Ehyaut-Türasül-ƏrƏbu çapı”, 2-ci cild, 6-cı hissə, 123-cü səh.-də bu iki hədis nəql olunmuşdur).
     )belə nəql etmişdir: "Atamdan eşitdim ki, dedi: Cöhfə günü Peyğəmbər (s) Əlinin əlindən tutduğu halda xütbə oxudu. O, Allaha həmd-səna edib dedi: "Ey camaat, mən sizin mövlanızammı? Ərz etdilər ki, bəli (mövlamızsan). Sonra Əlinin əlini qaldırıb dedi: "Bu mənim vəlim və canişinimdir, mənim borcumu əda edir və mən onu sevənin dostu, sevməyənin (ona düşmən olanın) isə düşməniyəm.” Həmçinin Səddən belə nəql("Səcdə”, 18. Bu ayə sözsüz ki, Əmirəl-möminin və Vəlid ibn Üqbə ibn Əbu Muit haqqında nazil olmuşdur. Hədis söyləyənlər onu nəql etmiş və təfsirçilər onu aydınlaşdırmışlar. Əbül-Həsən Əli ibn Əhməd Vahidi ayənin mənası haqqında özünün "Əsbabun-nuzul” kitabında Səid ibn Cubeyrdən,o da İbn Abbasdan nəql etmişdir ki, Vəlid ibn Üqbə Əli ibn Əbu Talibə dedi: "Mənim nizəm səninkindən iti, dilim uzun və qoşunum səninkindən çoxdur. Əli ona buyurdu: Sakit ol, sən fasiqsən!” Və yuxarıdakı ayə nazil oldu ki, "mömin” sözündən məqsəd Əli (ə), "fasiq”dən məqsəd isə Vəlid ibn Üqbədir.
     ) olunmuşdur: "Allah rəsulu (s) ilə birlikdə idik. Qədir-xuma çatanda o həzrət dayandı. Ondan irəlidə gedənlər qayıtdılar, geri qalanlar isə gəlib çatdılar. Camaatın hamısı toplananda buyurdu: Ey camaat, sizin vəliniz kimdir? Dedilər: Allah və rəsulu. O həzrət Əlinin (ə) əlindən tutub, qaldırdı və buyurdu: Allah və rəsulu hər kəsin vəlisidirsə (mövlasıdırsa), bu, onun vəlisidir. Ey böyük Allah, onu sevəni sev, ona düşmən olana düşmən ol.”
    Bu haqda rəvayətlər çoxdur. Belə ki, indi hamısını bir yerə yığıb yazmaq mümkün deyil. Bunlar Əlinin (ə) vəliəhdliyini sübut edən aşkar dəlillərdir ki, onun Peyğəmbərdən (s) sonra müsəlmanların əmiri olduğunu göstərir. Fəzl ibn Abbas ibn Əbu Ləhəbin(Tövbə”, 19. Bu ayə Əli, əmisi Abbas və Təlhə ibn Şeybə haqqında nazil olmuşdur. Təlhə deyirdi: "Mən Kəbənin sahibiyəm, açarı mənim əlimdədir, mən onun qapıçısıyam.” Abbas deyirdi: "Hacılara su çatdırmaq mənim öhdəmdədir” Əli (ə) isə buyururdu: "Bilmirəm siz nə deyirsiniz, amma mən altı ay hamıdan əvvəl Peyğəmbər (s) ilə namaz qılmışam və cihad adamıyam.” Allah yuxarıdakı ayəni nazil etdi. Bu, Vahidinin "Əsbabun-Nuzul” kitabında ayənin mənasına aid nəql etdiyi məsələdir. O, bu mənanı Həsən Bəsri, Şəbi və Qurtəbidən nəql etmiş, İbn Sirin və həmədanlı Mürrədən yazmışdır ki, Əli Abbasa buyurdu: "Peyğəmbərə qovuşmaq üçün nədən ötrü mühacirət etmirsən? Abbas cavabında dedi: Məgər mühacirətdən üstün iş mənim öhdəmdə deyilmi? Məgər mən Allah evinin hacılarına su vermirəmmi? Məgər Məscidül-Həramın təmiri və abadlaşdırılması mənim öhdəmdə deyilmi?” Bu vaxt yuxarıdakı ayə nazil oldu.
     ) dediyi kimi:
    و كان ولـيَّ العهد بعد مـحمدٍ عليٌّ و كلّ الـمواطن صاحبُـه "Məhəmməddən (s) sonra Əli vəliəhddir; Çünki hər yanda onunla olmuşdur!” Vəssalam.
    "Ş”
    ƏLLİ BEŞİNCİ MƏKTUB
    19 Məhərrəm 1330
    Mütəvatir hədis olmadan necə istedlal etmək olar?
    Şiələrin fikri belədir ki, imamətin sübutu üçün mütəvatir rəvayətlər olmalıdır. Çünki onların fikrincə, imamət üsuli-dinin bir hissəsidir. Beləliklə, "qədir” hədisinin istedlalı üçün imkan yoxdur. Baxmayaraq ki, hədisin əsli onların təriqiylə şübhəsiz və düzgündür, amma sünnilər onu mütəvatir hədis hesab etmirlər. Vəssalam.
    "S”
    Category: Əl-Muraciat | Added by: Islam_Kitabxanasi
    Views: 684 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024