İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Əl-Muraciat

    Əl-Muraciat
    2011-12-30, 7:23 AM
    ƏLLİ ALTINCI MƏKTUB
    22 Məhərrəm 1330
    1. Təbii qanunlar "qədir” hədisinin təvatürünü tələb edir.
    2. Allahın ona inayəti.
    3. Rəsulullah(s)in ona inayəti.
    4. Əmirəl-möminin(ə)ın ona inayəti.
    5. Hüseynin inayəti.
    6. Doqquz imamın inayəti.
    7. Şiələrin ona inayəti.
    8. Sünnilərin təriqiylə "qədir” "nəss”inin təvatürü.
    24. cü məktubda verdiyimiz istidlallar burada da verilir və sizə kifayətdir.
    1. "Qədir” hadisəsinin təvatürü təbii qanunauyğunluqla mütənasibdir. Çünki, Allah belə istəmişdir. Adətən, böyük tarixi hadisələr belədir ki, bir millətin əksəriyyəti qiyam edir, minlərlə adamın gözü görür, qulağı eşidir, müxtəlif yerlərdən toplaşan minlərlə insanın gözü qarşısında yerinə yetirilir ki, onun xəbərinin başqalarına çatması labüd məsələdir. Xüsusilə, əgər bu hadisə Peyğəmbərin Əhli-beyti ilə əlaqədar olarsa, onun xəbəri hara olsa çatar. Heç belə bir hadisə vahid bir xəbər ola bilərmi? Yox, heç vaxt. Əksinə, günəş işığı kimi yayılmalı, quru və suyu bürüməlidir. فَلَن تَجِدَ لِسُنَّتِ اللَّهِ تَبْدِيلًا وَلَن تَجِدَ لِسُنَّتِ اللَّهِ تَحْوِيلًا "Sən Allahın qoyduğu qayda-qanununda heç bir dəyişiklik tapmazsan.” (Fatir, 43)
    2. "Qədir” hadisəsi böyük Allahın inayət yeri olmuşdur. Çünki, onu Öz peyğəmbərinə vəhy buyurmuş, Qurandan bir ayə onun haqqında nazil etmişdir ki, müsəlmanlar gecə-gündüz – həm xəlvət, həm aşkar dualarında, namazlarında, minbərdə, məscid və ibadətgahların hündür minarələrinin üstündə, xülasə, hər bir yerdə onu tilavət etsinlər (oxusunlar): يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ "Ey Peyğəmbər, Pərvərdigarın tərəfindən sənə nazil olunmuşları təbliğ et. Əgər bunu etməsən, Allahın risalətini yerinə yetirməmişsən. Allah səni insanlardan qoruyacaq.”("Bəqərə”, 207. Hakim "Müstədrək”in 3-cü cildinin 4-cü səhifəsində İbn Abbasdan nəql edir: "Əli canını satın qoydu və Peyğəmbərin paltarını əyninə geydi.” Hakim bu hədisin doğru olduğunu aydınlaşdırmış, hətta Buxari və Müslüm özləri onun nəql etmədiklərinə baxmayaraq doğru olmasına etiraf etmişlər. Hakim "Müstədrək”in həmin səhifəsində Əli ibn Hüseyndən (ə) bununəql etmişdir: "Allah üçün birinci canını satın qoyan şəxs Əli ibn Əbu Talib (ə) idi ki, Peyğəmbərin (s) yatağında yatdı.” Sonra Əliyə aid olan bir şeri nəql edir ki, əvvəli belədir:)
    O gün Peyğəmbər imamət və xilafətin Əliyə (ə) verilməsi əhdini birbaşa risalətin tamamı yönündə təbliğ edəndən sonra Allah bu ayəni nazil etdi: الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الإِسْلاَمَ دِينًا "Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım və bir din kimi sizin üçün İslamı bəyənib seçdim.”(«وَ قِـيتُ بـنفسي خيرَ مَن وَطَئ الـحصا وَ مَن طافَ بالبيت العَـتيق و بالحَجَر» "Yer üzərinə qədəm qoyub, Kəbəni təvaf və Həcərül-Əsvədi ləms edən ən yaxşı adamı canım ilə hifz etdim.”
     )Bəh, bəh! Bu Allahın fəzlidir ki, onu istədiyinə verər. Bu ayələrə diqqət yetirən hər bir kəs Allahın bu inayətlərinin müqabilində itaətkar olacaqdır.
    3. Bir halda ki Allahın inayəti belədir, demək, Peyğəmbərinin də inayətinin belə olması şübhəsizdir. Çünki, əcəli yaxınlaşanda və vəfatının xəbəri ona veriləndə, Allahın əmri ilə "həcci-əkbər”də hamının gözü qarşısında Əlinin vilayət xəbərini vermək qərarına gəldi. Nə Məkkədə "inzar” günündə "yövmüd-dar” nəssiylə, nə də dalbadal verdiyi xəbərlərlə kifayətlənmədi. Həcc mövsümü çatmamışdan əvvəl camaata elan etdi ki, o, bu il həccə gedəcək və bu "həccətül-vida” olacaq. Adamlar hər dağdan, dərədən onun yanına gəldilər. O həzrət yüz min, ya daha çox adamla Mədinədən xaric oldu.("Bəqərə”, 274; "Tövbə”, 111-112. "Əsbabun-Nuzul” yazanlar, hədisçilər və təfsirçilər İbn Abbasdan nəql etmişlər ki, الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُم بِاللَّيْلِ وَالنَّهَارِ سِرًّا وَعَلاَنِيَةً فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ – ayəsi ("Bəqərə”, 274) Əli ibn Əbu Talib haqqında nazil olmuşdur. Bu o vaxt idi ki, Əlinin dörd dirhəmi var idi. Onlardan birini axşam, o birisini gündüz, üçüncüsünü gizli və dördüncüsünü aşkar bağışladı. Bu vaxt yuxarıdakı ayə nazil oldu. Vahidi "Əsbabun-Nuzul” kitabında İbn Abbasdan, yenə Mücahiddən və sonra Kəlbidən əlavələrlə onu nəql etmişdir.
     ) Ərəfatda dayanandan və camaat orada toplaşandan sonra Peyğəmbər (s) belə nida etdi: «عليّ منـي و انا من عليّ و لا يُؤَدِّي عنـي الا انا او عليّ» "Mənim tərəfimdən olan hər bir mətləbi özümdən və ya Əlidən başqası təbliğ etmir.”("Zumər”, 33. "Sidq” gətirmiş kəsdən məqsəd Allahın rəsulu (s), onu təsdiq edən kəsdən məqsəd Əmirəl-möminindir (ə). Bu aydın məsələ imam Baqir, imam Sadiq, imam Kazim, imam Rza, İbn Abbas, Məhəmməd Hənəfi, Abdullah ibn Həsən, Zeyd ibn Əli ibn Hüseyn və imam Sadiqin övladı Əli ibn Cəfərin sözüdür. Əmirəl-möminin (ə) özü həmişə bu ayəni dəlil gətirərdi. İbn Məğazili özünün "Mənaqib” kitabında Mücahiddən nəql etmişdir ki, «الّذي جاءَ بالصِّدق» – ayəsindən məqsəd Məhəmməd (s) və «الّذي صَدّق به» – ayəsindən məqsəd isə Əlidir. Bu rəvayəti ibn Mərdəveyh və Əbu Nəim və başqaları nəql etmişlər.
     ) Karvan Xum vadisinə çatanda "Ruhül-Əmin” (Cəbrail (ə)) nazil olub Allah tərəfindən "təbliğ” ayəsini gətirdi ki, bu vaxt, Həzrət (s) dəvədən endi. Nəhayət, geridə qalanlar da gəlib çatdılar və irəlidə olanlar geri döndülər. Hamı toplaşandan sonra onlarla namaz qıldı və sonra xütbə oxuyub və Əlinin (ə) vilayət "nəss”ini elan etməyə başladı ki, ondan bir parçanı yazdım. Bundan əlavə eşitmədiklərin də düzgündür ki, eşitdiklərin sənə kifayət edər. Bu məsələni o gün Peyğəmbərlə (s) olan hər kəs bildi və başqalarına da çatdırdı. Dediyim kimi, 100 mindən çox cəmiyyət müxtəlif yerlərdən gəlmiş ki, "qədir” hadisəsinin təvatürünü tələb edir (hərçənd, onun nəql olunması yolunda maneələr də mövcud idi). Bundan başqa, Əhli-beyt imamları tərəfindən də üsullar işlənmişdir ki, onun intişarı və yayılmasını tələb edir.
    4. Möminlərin əmirinin (ə) xəlifəliyi günlərində buyurduğu bu sözə diqqət yetirməyin kifayətdir. O, camaatı Rəhəbədə (Kufənin məhəllələrindən biri) toplayanda dedi: "Peyğəmbərdən (s) Qədir-xum günü hər hansı bir mətləbi eşidən müsəlmanı and verirəm, ayağa qalxsın və eşitdiklərinə şəhadət versin. Amma o həzrətiöz gözləriylə görüb, qulaqlarıyla onun sözünü eşitmiş adamdan başqası ayağa qalxmasın.” Səhabələrdən otuz nəfəri ayağa qalxdı ki, onların on ikisi "Bədr mücahidləri”ndən idi. Hamısı şəhadət verdilər ki, Peyğəmbər (s) Əlinin əlindən tutub onlara belə buyurdu: "Bilirsinizmi ki, mən möminlərə özlərindən yaxınam?” Dedilər: Bəli. Peyğəmbər (s) buyurdu: «من كُنْتُ مَوْلاهُ فَهذا عَليٌّ مَوْلاه ...» "Mən mövlası olduğum hər kəsin mövlası Əlidir! Ey Allahım, Əlini sevəni sev, düşmən olana düşmən ol!”
    Yaxşı bilirsiniz ki, 30 nəfər səhabənin yalan danışmaqda qruplaşması (xüsusilə, elə bir şəraitdə) ağlasığmazdır. Buna görə, onların şəhadətindən sonra təvatürün hasili qətidir və bunda heç bir şübhə yoxdur. Bu hədisi Rəhəbədə olan hər bir kəs onlardan eşitmiş və yadda saxlamış, ayrılandan sonra ətraf yerlərdə yaymış, beləliklə, hər yerə çatmışdır. Diqqət yetirin ki, əvvəla Rəhəbə günü, möminlərin əmirinin (ə) xilafəti dövrünə təsadüf etmiş, ikincisi, camaat 35-ci hicri ilində Əliyə beyət etmiş və üçüncüsü bilmək gərəkdir ki, özü "qədir” günü "həccətül-vida”da olmuşdur. Bu iki günün arasındakı (Rəhəbə və "qədir” günləri) ən azı 25 il fasiləyə baxmayaraq, bu vaxt ərzində öldürücü taunlar, müharibələr baş vermişdir. Əsrin dörddə biri olan bu müddətdə uzun müharibələr, əsirlik, taun, öldürücü vəbanın təsirindən "qədir” günü orada olanların əksəriyyəti, qocalar yaşlılar, həmçinin dəliqanlı cavanlar, bir çox mücahidlər dünya ilə vidalaşmışdılar. Belə ki, sağ qalanlar dünyadan köçənlərə nisbətən az bir hissəni təşkil edirdi. Qalanlar isə hər bir tərəfə dağılışmış və "Rəhəbə” əhvalatında Əmirəl-mömininlə (ə) İraqda olanlardan başqa heç kəs sağ deyildi. Beləliklə, 25 ildən sonra 30 nəfərin birdən ayağa qalxması, onlardan on ikisisinin Bədr müharibəsinin iştirakçılarından olması və "qədir” hadisəsində Peyğəmbərdən (s) eşitdiklərinə və gördüklərinə şəhadət verməsi, o hadisənin nə qədər əhəmiyyət daşıdığını göstərir. Əlbəttə, bəzisinin – Ənəs ibn Malik("Tur”, 21. Hakim "Müstədrək”in 2-ci cildinin 468-ci səh.-də "Tur” surəsinin الحقنا بهم ذريتهم – ayəsi haqqında nəql etmişdir ki, Allah möminin qohum və övladlarını əməldə özündən aşağı olmasına baxmayaraq özü ilə yüksəyə aparar. Sonra yuxarıdakı ayəni dəlil gətirmişdir.
     ) kimi, imamla düşmənçiliyi səbəb oldu ki, şəhadət verməkdən çəkinsinlər. Əgər o həzrətin sağ qalmış bütün səhabələrini (kişi və qadın) o gün toplayıb, Rəhəbədə and verib, şəhadət istəmək imkanı olsaydı, imamın nifrininə düçar olanların sayı, ayağa qalxmış otuz nəfərin neçə misli qədər olardı. Siz heç fikirləşmisinizmi, əgər bu sorğu Hicazda və "qədir” əhvalatından az bir vaxt sonra baş versəydi, nə olardı və neçə nəfər şəhadət verərdi? Bu həqiqət haqqında düşün ki, onu "qədir” hədisinə ən güclü dəlil biləsən.
    Rəhəbə əhvalatı və sorğusu haqqında deyilmiş xəbərlərdən imam Əhmədin Əbu Tüfeylidən "Müsnəd”in 4-cü cildinin 370-ci səhifəsində Zeyd ibn Ərqəmin haqqında nəql etdiyini mütaliə etsən kifayətdir. O, deyir: "Əli camaatı Rəhəbəyə yığdı və sonra buyurdu: "Allah xatirinə şahid tələb edirəm və "qədir” günündə olan hər bir müsəlmandan istəyirəm ki, dursun və Peyğəmbərdən (s) eşitdiyini desin. Otuz nəfər ayağa durdu.” Amma Əbu Nəim yazmışdır: "Çox adam durdu və şəhadət verdi ki, Peyğəmbər o gün Əlinin əlini tutdu və müsəlmanlara dedi: Bilirsinizmi ki, mən möminlərə özlərindən yaxınam? Dedilər: Bəli, ey Allahın rəsulu. Buyurdu: «من كنتُ موْلاه فهذا موْلاه اللّهمّ والِ من والاه و عادِ من عاداه» Mən kimin mövlasıyamsa, Əli onun mövlasıdır. İlahi, onu sevəni sev və ona düşmən olana düşmən ol!”
    Əbu Tüfeyl deyir: "Mən Rəhəbə yığıncağından sonra çox fikirləşirdim ki, necə olub ki, o vaxt ümmətin əksəri buna əməl etməyib. Ona görə də Zeyd ibn Ərqəmin yanına getdim və dedim: Mən Əlidən (ə) eşitdim ki, bu cür sözlər deyirdi. Zeyd dedi: Bu bir həqiqətdir ki, inkar yeri yoxdur. Bunu mən də Peyğəmbərdən (s) eşitmişəm.”
    Mən deyirəm: Zeydin şəhadətini də Əlinin (ə) kəlamını əshabədən 30 nəfərin şəhadətinə əlavə edəndə, nəql edənlərin sayı cəmi 31 nəfər olur. İmam Əhməd Əlinin (ə) kəlamını "Müsnəd”in 1-ci cildinin 119-cu səhifəsində Əbdür-Rəhman ibn Əbu Leyladan belə nəql etmişdir: "Əlini Rəhəbədə gördüm ki, camaatı Allaha and verdi və şahid tələb edib dedi: Bir nəfər durub şəhadət versin ki, Peyğəmbərin (s) özünü o zaman görmüşdür. Əbdür-Rəhman deyir: Bədrdə iştirak edən 12 nəfər ayağa durdu. Elə bil ki, indi də onlar gözlərim önündədirlər. Dedilər: Biz şahidlik edirik ki, Qədir-xum günü Peyğəmbərdən eşitdik, deyirdi: Mən möminlərə nisbətdə özlərindən yaxın deyiləmmi? Dedik: Bəli. Buyurdu: "Mən kimin mövlasıyamsa, Əli onun mövlasıdır. İlahi, onu sevəni sev və ona düşmən olana düşmən ol!”
    İmam Əhməd həmin səhifədə digər təriqlə nəql etmişdir ki, buyurdu: "İlahi, onu sevəni sev və ona düşmən olana düşmən ol! Ona kömək edənə kömək et, ona arxa çevirəni bədbəxt et!” Sonra demişdir: "O arada yalnız üç nəfər (baxmayaraq ki, Qədir-xumda olmuşdular) ayağa durmadı. Əli onlara nifrin etdi və onlar da bəlaya mübtəla oldular.”
    Siz əgər Əli və Zeydi 12 nəfər əhli-Bədrə əlavə etsəniz, Bədrdə olan adamların sayı 14 nəfər olar. Rəhəbə sorğusunda yaranmış hədisləri diqqətlə öyrənən şəxs, Əmirəl-mömininin (ə) "qədir” hədisinin nəşrindəki hikmətini başa düşər...
    5. Seyyidüş-Şühəda Hüseynin (ə) Müaviyənin dövründə bir xütbəsi vardır ki, bu həqiqəti orada işıqlandırmışdır. Bu xütbə Əmirəl-mömininin(ə) Rəhəbədəki xütbəsinin eynidir. O, həcc günlərində Ərəfatda camaatı bir yerə yığıb cəddini, atasını, anasını və qardaşını yad etdi. Çoxları o vaxt belə gözəl natiq görməmişdilər. O həzrət nitqi ilə qulaqları sözün qulu etdi, göz və qəlbin ixtiyarını ələ aldı. Xitabında lazımı məsələlərə toxunub qəlblərin ixtiyarına verdi. Zəruri mətləbləri aydınlaşdırdı, "qədir” gününündəki həqiqətə bir daha işarə edərək onun hesabını müəyyənləşdirdi. Heç nəyi qaranlıq qoymadı. Bu yetərli xütbə "qədir” hədisinin yayılmasına və məşhurlaşmasına xüsusi təsir etdi.
    6. İmam Hüseynin (ə) nəslindən olan 9 imamın da "qədir” hədisinin yayılmasına müəyyən təsirləri olmuşdur ki, (bu hədislər) sənə düzgün yol göstərə bilər. Onlar hər il Zilhiccənin 18-ci gününü bayram elan edib, şadlanardılar. Həmin günü Allah xatirinə oruc tutar, namaz qılar və dua oxuyardılar. Allaha verdiyi nemətlər üçün şükürlər edib, ehsan paylayardılar. Çünki, bu gündə Peyğəmbərin (s) mübarək dilindən Əmirəl-mömininin (ə) xilafət "nəss”i xaric olmuş və onun imamət əhdi açıq-aşkar deyilmişdir. Onlar bu gün qurban kəsər, bir-birlərinin ziyarətinə gedər, qonşuları yad edər, dostlarına da bu işləri görməyi tövsiyə edərdilər. (Bu, "qədir”in xatirəsinin yaşamasına və nəsillərin onu bilməsi üçün bir vasitə idi.)
    7. Şiələr hər il Zilhiccənin 18-ci gününü əsrlərdə və bütün yaşadıqları yerlərdə bayram etmişlər.("Ənfal”, 41.) Şiələr bu günü Əmirəl-mömininin (ə) vilayəti ilə dinin tamamlandığını deyib, Allaha şükür etmək üçün vacib və müstəhəb namaz qılmaq, Quran oxumaq, dua etmək üçün məscidə üz tutar, sonra dəstə-dəstə bir-birinin görüşünə gedər və sileyi-rəhm edərdi. Onlar qohumlara, qonşulara yaxşılıq edib, sevindirər, hər il bu günü Məşhədə və Əmirəl-mömininin (ə) qəbrinin ziyarətinə gedərlər. Həmin gün o həzrəti ziyarət edənlərin sayı yüz mindən çox olur və hər yandan gəlirlər. Gəlirlər ki, öz imamlarının bu günü Allaha ibadət etdikləri kimi ibadət etsin, oruc tutsunlar, namaz qılsın, günahlarından tövbə etsinlər. Yaxşı işlər görmək, sədəqə verməklə Allaha yaxın olmaq istəyərlər. Onlar o həzrətin müqəddəs qəbrinin önündə durub ziyarətnamə oxuyarlar. Ziyarətnamədəki ibarətlər o həzrətin din uğrunda çəkdiyi əzablar, Peyğəmbərə xidmət, onun xüsusiyyət və fəzilətləri, o cümlədən Peyğəmbərin ona əhd və vəsiyyətləri və "qədir” gününün "nəss”indən ibarətdir. Bu, hər il şiələrin adətidir. Onların xətibləri hər zaman və hər yerdə "qədir” hədisini sənədli bir məktub kimi oxuyarlar. Onların şairlərinin adəti qədimdən budur ki, bu gün onun mədhinə şerlər qoşarlar.(Həşr”, 7)
    "Qədir” hadisəsinin təvatüründə (Əhli-beyt və onların şiələrinin təriqiylə) şübhə yoxdur. Çünki, onların hamısında Peyğəmbərin (s) buyuruğunun eynilə saxlanılması, qorunması və nəşrində son dərəcə əmanətə riayət olunmuşdur. Bu həqiqətin isbatı üçün, sizin "Kütubi-Ərbəə” və ondan başqa bu haqda olan şiə sənədlərinə baxmanız kifayətdir. Onların sənəd və rəvayətlərinin "məruf” və ya "müttəsil” gəlib çatmaları məsələsinə yaxşı diqqət yetirən və onun şərtlərini mülahizə edən üçün bu hədisin təvatürü, onların qiymətli təriqləri aydıncasına sabit olar.
    8. Hətta şübhə yoxdur ki, çox təbii olaraq sünni təriqi ilə də bu hədis mütəvatirdir. "Fətviyyül-Hamidiyyə”nin müəllifi özünün "Əs-sələvatül-Faxirə fil-əhadisil-mütəvatirə” adlandırdığı müxtəsər risaləsində böyük inadla bu hədisin təvatürünü bəyan edir. Suyuti və onun kimilər həmçinin (müdafiə məqsədilə) bu işi əncam vermişlər. Məhşur təfsirçi və tarixçi Məhəmməd İbn Cərir Təbəri, Əhməd ibn Məhəmməd ibn Səid ibn Üqdə və Əhməd ibn Osman Zəhəbidir ki, bu hədisin mənbələrini cəmləməyə rəhbərlik etmiş və hər biri bu haqda ayrıca bir kitab hazırlamışlar. İbn Cərir onu 75 mənbədən, İbn Üqdə("Əhzab”, 33.) onu 105 mənbədən nəql etmişdir. Zəhəbi –bütün inadkarlığına baxmayaraq– onun bütün mənbələrini təshih etmişdir.("Saffat”, 130. Sonuncu ayəni İbn Həcər "Səvaiq”in 11-ci babında yazmış və demişdir ki, ondan məqsəd Ali-Məhəmmədə salamdır. İbn Həcər yazır: Kəlbi də belə demiş və əlavə etmişdir ki, Fəxri Razi demişdir: "Əhli-beyt beş şeydə Peyğəmbərlə bir cərgədədir: 1) salamda: "السلام عليك ايها النبي”; "سَلَامٌ عَلَى إِلْ يَاسِينَ”. 2) namazın təşəhhüdündə salavatda. 3) paklıqda: "طه” – yəni, "ey tahir, pak!”; "وَيُطَهِّرَكُمْ تَطْهِيرًا”. 4) məhəbbətdə: "فَاتَّبِعُونِي يُحْبِبْكُمُ الله”; "قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى”. 5) onlara sədəqə verilməyin haramlığında.) "Qayətül-Məram” kitabının 16-cı babında 89 hədis sünni mənbələrindən "qədir nəssi”ndə nəql etmişdir. Xüsusilə o, həmin hədisi bu kitabda Tirmizi, Nisai, Təbərani, Bəzzar, Əbu Yəla və həmçinin onu nəql edən bir çoxlarının adını verməmişdir.
    Süyuti bu hədisi "Tarixül-Xüləfa” kitabında Əlinin (ə) şərhi-halında Tirmizidən nəql etmiş, sonra demişdir: "Əhməd onu Əli, Əbu Əyyub Ənsari, Zeyd ibn Ərqəm, Ömər və Zimərdən nəql etmişdir.”("Əhzab”, 56. Buxari "Səhih”in 3-cü cildinin "Təfsirul-Quran” kitabının "إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ” babında, "Əhzab” surəsinin təfsirində və Müslüm "Səhih”in 1-ci cildində "əs-sələvat” kitabının "Peyğəmbərə salavat” babında bu sözü nəql etmiş və başqa hədisçilər onu Kəb ibn Ücrədən nəql etmişlər.
     ) O, əlavə etmişdir ki, Əbu Yəla onu Əbu Hüreyrə və Büreyrədən nəql etmişdir. Bu hədisin yayılmasına səbəb olan hadisələrdən biri o rəvayətdir ki, İmam Əhməd "Müsnəd”də(Həmin babda onlar haqqında zikr olunmuş ayələrdən 2-ci ayədir ki, 87-ci səhifəyə müraciət edin.
     ) Riyah ibn Harisdən iki təriqlə nəql etmişdir: "Bir dəstə adam Əlinin (ə) yanına gəlib ərz etdilər: Ey mövlamız, salam olsun sənə. Həzrət soruşdu: Siz kimsiniz? Dedilər: Sənin qullarındanıq, ey Əmirəl-möminin. Həzrət soruşdu: Mən necə sizin ağanız ola bilərəm ki, siz ərəbsiniz? Cavab verdilər: Biz Qədiri-Xum günü Rəsuli-əkrəmdən (s) eşitdik ki, buyurdu: Mən kimin mövlasıyamsa, bu (Əli) onun mövlasıdır.” Riyah deyir: "Onlar gedəndən sonra oradakılardan soruşdum: Bunlar kimlər idi? Dedilər: Mədinədən gələn bir qrupdur ki, Əbu Əyyub Ənsari onların arasında idi.”
    Həmçinin, onun təvatürünə dəlalət edən şahidlərdən Əbu İshaq Sələbinin "Məaric” surəsinin təfsirində iki mötəbər sənədlə verdiyi hədisdir: "Elə ki, Allahın rəsulu (s) Qədir-xum günü camaatı bir yerə yığdı, Əlinin əlindən tutub buyurdu: Mən kimin mövlasıyamsa, bu (Əli) onun mövlasıdır. Bu xəbər hər yerə yayıldı və Haris ibn Nöman Fehriyə çatdı. O, Allah rəsulunun yanına gəldi və dəvədən düşüb, onu bir yerə bağladı. Sonra üzünü Peyğəmbərə tutub dedi: Ey Məhəmməd, bizə əmr etdin ki, Allahın birliyinə şəhadət verək elədik, dedin, Allahın rəsulusan, qəbul etdik, əmr verdin gündə beş dəfə namaz qılaq, səndən qəbul etdik, zəkatı əmr etdin, qəbul etdik, ramazan ayının orucunu əmr etdin, qəbul etdik, həcc əmri verdin, eşitdik və itaət etdik. Yenə də bunların hamısına razı olmadın, axırda əminoğlunun əlindən tutub, onu bizim hamımızdan üstün etdin və dedin: «من كُنْتُ مَوْلاهُ فَعَليٌّ مَوْلاه» Mən kimin mövlasıyamsa, bu (Əli) onun mövlasıdır. Bu əmr öz tərəfindən idi, ya Allah tərəfindən? Peyğəmbər (s) buyurdu: And olsun o Allaha ki, bu fərman onun tərəfindəndir. Haris geri döndü və dəvəsinə tərəf hərəkət edərək dedi: Ey Pərvərdigar, Məhəmmədin dedikləri həqiqətdirsə, göyün daşlarını üstümüzə yağdır və ya bizə ağır əzab göndər. Hələ dəvəsinə çatmamışdı ki, Allah bir daş göndərdi və onun başına dəydi. Sonra Allah bu ayəni nazil etdi: سَأَلَ سَائِلٌ بِعَذَابٍ وَاقِعٍ لِّلْكَافِرينَ لَيْسَ لَهُ دَافِعٌ مِّنَ اللَّهِ ذِي الْمَعَارِج "(Kafirlərdən) biri vaqe olacaq əzab barədə soruşdu. (O əzabı) kafirlərdən dəf edə biləcək bir kimsə yoxdur! (O əzab yüksək) dərəcələr sahibi olan Allahdandır!” Bu, hədisin eyni sözləri idi.(Sələbi özünün "Təfsiri-Kəbir”ində bu ayənin təfsiri barədə Peyğəmbərdən (s) belə nəql etmişdir: "Tuba behiştdə mənim evimdə yerləşən ağacdır və onun şaxələri behişt əhlinin üstünə sərilir. Bir nəfər ondan soruşdu: "Ey Allahın rəsulu, bu haqda səndən soruşduq, buyurdun ki, bu ağac Əlinin evindədir və şaxələri behişt əhli üzərinə sərilmişdir. Peyğəmbər (s) buyurdu: Məgər mənim evimlə Əlinin evi bir deyilmi?”)Tanınmış sünni şəxsiyyətlərindən bir çoxu bu hədisi mübahisəsiz qəbul etmişlər.(ثُمَّ أَوْرَثْنَا الْكِتَابَ الَّذِينَ اصْطَفَيْنَا مِنْ عِبَادِنَا فَمِنْهُمْ ظَالِمٌ لِّنَفْسِهِ وَمِنْهُم مُّقْتَصِدٌ وَمِنْهُمْ سَابِقٌ بِالْخَيْرَاتِ بِإِذْنِ اللَّهِ ذَلِكَ هُوَ الْفَضْلُ الْكَبِيرُ "Fatir”, 32. Mərhum Küleyni mötəbər sənədlə Salimdən belə nəql edir: "İmam Baqirdən "Fatir”in 32-ci ayəsi haqqında soruşdum. Buyurdu: "və kimisi də Allahın izni ilə yaxşı işlərdə (başqalarını ötüb) irəli keçər”-dən məqsəd imam, "kimisi mötədil olar” – sözündən məqsəd imamın haqqını tanıyan və "kimisi özünə zülm edər”-dən məqsəd o kəsdir ki, imamı tanımasın. Bu məzmunda imam Sadiq, imam Baqir və imam Rzadandan (ə) da nəql etmişlər. Bu rəvayəti Səduq və başqa şiə hədisçiləri nəql etmişlər və ibn Mərdəveyh onu Əlidən nəql etmişdir ki, deyib: "وَمِنْهُمْ سَابِقٌ بِالْخَيْرَاتِ” – sözündən məqsəd bizik.” Bu haqda geniş şərh üçün "Tənzilul-Ayat” və "Qayətul-Məram” kitabına müraciət edin.
     ) Vəssalam.
    "Ş”
    ƏLLİ YEDDİNCİ MƏKTUB
    25 Məhərrəm 1330
    1. "Qədir” hədisinin təvili.
    2. Bu mətləblərin qərinə və şahidi.
    1. Səhabənin əməllərini doğru bilməyimiz səbəb olur ki, "qədir” hədisini təvil edək, istər hədis mütəvatir olsun, istər qeyri-mütəvatir. Çünki, sünnilər mövla sözünün Qurani-kərimdə bir çox mənada işləndiyini söyləmişlər: Bəzən layiq mənasındadır. Bu ayədə kafirlərə xitabən işləndiyi kimi: "Sizin yeriniz atəşdir və o sizə layiqdir.”(İbn Əsakir, İbn Abbasdan nəql etmiş və "Səvaiq” kitabınının 3-cü fəslinin 9-cu babının 76-cı səhifəsində onu söyləmişdir.
     )Bəzən "nasir”, "köməkçi” mənasındadır: "Bu ona görə ki, Allah iman gətirənlərin himayədarıdır. Kafirlərin isə dostu (himayədarı) yoxdur!”(Bu məktub zərurət üzündən uzun olmasına baxmayaraq, elm əhli onu oxumaqdan yorulmayacaq, çünki hər bir elmsevərin axtardığı faydalara malikdir. Əgər başqaları onu oxumaqdan yorulsalar, onun bəzi hissələri ilə kifayətlənib17-ci məktuba keçə bilərlər.) Bəzən də "varis” mənasında işlənmişdir: "Ata, ana və yaxın adamların qoyub getdikləri maldan hər biri üçün varis təyin etdik.”(Rəvayətçilərin adları "ərəb əlifbası” tərtibilə verilmişdir. Belə ki, məsələn, "sad” və "sin” Azərbaycan qrafikasında "s” hərfi kimi yazılmasına baxmayaraq, bir-birindən fərqlənir. Diqqət edin! (mütərcim))Yenə Zəkəriyyanın dilindən Quranda verildiyi kimi: "Mən özümdən sonra varislərimdən qorxuram.”(Zəhəbi "Mizanul-Etidal”da onun adını İsmail ibn Əban Qənəvi ilə İsmail ibn Əban Əzdi adlarının ortasında yazmışdır. Halbuki, bu səhvdir və şərhi-halında yazdıqları isə onun haqqında heç nəyi ödəmir.)"Sədaqətli” mənasında da işlənmişdir: "O gün dostlar bir-birlərinin hayında olmayacaqlar.”(Ərəb ifadələrində «اشخص إليه في ساجور» yazılmışdır: "Sacur” ağacdan qayrılan boyunduruqdur ki, itin boynuna keçirərmişlər. Burada məqsəd odur ki, boynuna bənd salıb çəkirmişlər. Bəlkə də, lüğətdən istifadə olunduğu kimi, zəncir nəzərdə tutulub.
     )
    Əlbəttə, "vəli” sözü işlərdə irəli (üstün) mənasında da işlənir. Necə ki, deyirik: «فُلانٌّ وَلِيُّ الْقاصِر» "Filankəs divanənin vəlisidir – onun işlərində təsərrüf etməyə özündən layiqdir. Eləcə də nasir (köməkçi), məhbub (dost) mənasında da işlənmişdir.
    Sünnilər deyirlər ki, bəlkə Peyğəmbərin (s) o sözündən məqsədi bu olmuşdur: «مَن كُنْتُ ناصِرَهُ اَوْصَديقهَ اَوْ حبيبَـهُ فَاِنَّ عَلِيّاً كَذلِكَ» "Mən kimin köməkçisi, dostuyamsa, Əli də belədir.” Bu məna isə üç xəlifənin, saleh sələfin kəramət və əzəməti ilə müvafiq gəlir.
    2. Buna şahid olaraq hədisin məqsədini göstərmək olar. Bir hədisdə var ki, Əli ilə Yəməndə olanlar ondan (Allah xatirinə) tələbkarlıq görüb, onun dalınca danışmış və ona irad tutmuşdular. Buna görə, Peyğəmbər (s) "qədir” günü imamı təriflədi, onun fəzilətlərini saydı ki, onun calalını müsəlmanlara açıqlasın və haqqında pis danışanları rədd etsin. Bu sözün şahidi odur ki, Allahın rəsulu (s) xütbəsində Əli haqqında xüsusi olaraq «مَن كُنْتُ وَليُّهُ فَعَليٌّ وَليُّهُ» və Əhli-beyti haqqında isə ümumi olaraq buyurdu: «إنّي تارِكٌ فيكُمُ الثَّقَلَيْنِ كِتابَ اللهِ وَ عِتْرَتي اَهْلَ بَيتـي» "Mən sizin yanınızda iki qiymətli şey qoyuram. Allahın kitabı və Əhli-beytim.”
    Deməli, bu iş onun özünün şəxsi hörmətini hifz etmək üçün olan bir vəsiyyət imiş. Çünki o həzrətin hörmətinin xüsusi şəkildə Əlidə və ümumi şəkildə Əhli-beytində qorunması belə mümkün idi. Elə buna görə də sünnilər deyirlər ki, bu hədisdə ("qədir” hədisi) xilafətə vəsiyyət və imamətə dəlil yoxdur. Vəssalam.
    "S”
    ƏLLİ SƏKKİZİNCİ MƏKTUB
    27 Məhərrəm 1330
    1. "Qədir” hədisinin təvili mümkün deyildir.
    2. Təvilə” qərinə”yazmaq boşboğazlıq və fitnəkarlıqdır.
    1. Mən bilirəm ki, qəlbiniz zikr etdiyinizə inanmır və razı deyil Sizin canınız və ruhunuzun ona meyli yoxdur. Çünki, siz Allahın rəsulunun (s) qiymətini bilir, o həzrətin həm nitqinin hikməti, həm isməti, həm nübüvvətinin başa çatmasını, həm də müdriklərin sərvəri və ənbiyanın sonuncusu olmasını gözəl dərk edirsiniz. Və həm də bilirsiniz: وَمَا يَنطِقُ عَنِ الْهَوَى إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى عَلَّمَهُ شَدِيدُ الْقُوَى "O, həvayi-nəfs üzündən söz demir. Yalnız ona vəhy olunanı deyir. Qüdrətli şəxs ona təlim vermişdir.” (Nəcm, ayə 3-4-5)
    İndi isə əgər yadlar sizdən "qədir” günü barəsində soruşsalar ki, nə üçün sizin Peyğəmbəriniz minlərlə adamı o gün hərəkətdən saxladı? Nə üçün şiddətli istidə o qədər insanı bir yerə topladı? Nə üçün qabaqda gedənlərə qayıtmaq fərmanı verdi və səbir etdi ki, geri qalanlar da onlara çatsın və o susuz, quru səhrada minikdən düşsünlər? Sonra ayrılıq məhəlli olan məkanda (Allah tərəfindən) xütbə oxumağı, orada olanların olmayanlara bu xəbəri yetirməyi tapşırmağı və sözün əvvəlində öz ölümündən xəbər verməyi nəyə görə idi? Tezliklə Pərvərdigarımın nümayəndəsi (Əzrail (ə)) mənim ardımca gələcək və mən onun dəvətini qəbul etmişəm. Mən məsulam, siz də məsulsunuz və dindiriləcəksiniz” sözləri ilə doğrusu, Peyğəmbər (s) hansı hökmün təbliği haqqında onları sorğu-suala çəkirdi? Və ümmət hansı əmrə itaət haqqında soruşulacaqdı? Nə üçün tövhidi yada salaraq onlardan soruşdu: "Siz Allahın vahidliyinə şəhadət vermirsinizmi? Şəhadət vermirsinizmi ki, Məhəmməd onun qulu və rəsuludur və behişt haqdır, atəş, ölüm, ölümdən sonra dirilmə haqdır, qiyamət olacaqdır, onda şübhə yoxdur və Allah qəbirdə olanları dirildəcək?” Hamı dedi: "Bəli, şəhadət veririk.” Doğrusu, nə üçün belə rəftar etdi? Nə üçün bu suallardan sonra, dərhal, Əlinin əlini tutdu və hətta o qədər qaldırdı ki, paltarının və qolunun altının ağartısı göründü? Sonra dedi: "Ey insanlar, Allah mənim mövlamdır və mən də möminlərin mövlasıyam.” Nə üçün "möminlərin mövlasıyam” sözünü "mən onların özlərindən onlara yaxınam” ilə təfsir etdi? Nə üçün bu təfsirdən sonra «فمن كنتُ مولاه فهذا مولاه» və ya «من كنتُ وليّه فهذا وليّه اللهم وال من والاه و عاد من عاداه و انصُر من نصره و اخذُل من خذله» – dedi? Nə üçün imamlar və doğru xəlifələrdən başqasına layiq olmayan bu duaları yalnız ona həsr etdi? Hansı məsələyə görə sözündən əvvəl onlardan etiraf istədi – "Məgər mən sizə sizin özünüzdən yaxın deyiləmmi? Onlar cavab verdilər: "Bəli.” Sonra buyurdu: «فمن كنتُ مولاه فهذا مولاه» və ya «من كنتُ وليّه فهذا وليّه». Nə üçün Əhli-beyti Allahın kitabı ilə bir cərgədə və bir vəzndə qiymətləndirdi? Niyə Əlini hesab gününə qədər ağıl sahiblərinin rəhbəri və müqtədası etdi? Doğrusu, hikmətli Peyğəmbərin (s) burada olan bütün səyi nə üçün idi? Bu qədər təqdimata ehtiyac olan o mühüm iş nədən ötrü idi? Onun o vəziyyətdə belə bir səhnə yaratmasında məqsədi nə idi? O hansı fərman idi ki, Allah onun hamıya çatdırılması əmrini bu şəkildə istəmişdi? يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ "Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (peyğəmbərlik vəzifəsi) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq.” O hansı əmr idi ki, əgər onu təbliğ etməsəydi, Allahın risalətini yerinə yetirməmişdir? Bu nə iş idi ki, Allah bu qədər ona təkid etmiş, belə ki, onun təbliğində olan həyəcan bir növ təhdidə (hədə-qorxuya) oxşayırmış? O nə vəzifə idi ki, Peyğəmbər (s) onun təbliğində fitnə xofu və qorxusu keçirirmiş və xüsusilə, münafiqlərin əziyyətindən qorunmaq üçün Allah tərəfindən nazil olan bəyana ehtiyacı var imiş?
    Doğrusu, əgər yadlar sizə bu sualları versəydilər, cavabında deyəcəkdiniz ki, əziz və cəlallı Allahın və rəsulunun (s) məqsədi Əlinin qələbəsi, müsəlmanlara köməyi və onlara qarşı onun sədaqət və dostluğunun bəyanı idi, vəssəlam? İnanmıram siz özünüz bu cavablarla razılaşasınız və güman etmirəm ki, onu böyük Allaha və peyğəmbərlərin sonuncusuna layiq biləsiniz. Bəs siz fikirləşmirsiniz ki, Peyğəmbər (s) bütün səy və əzmini bəyana ehtiyac olmayan bir şeyə sərf etsin və elə məsələyə toxunsun ki, tamamilə bədihi və gün kimi aydındır? Şübhəsiz, siz Peyğəmbəri hər bir nöqsandan münəzzəh (pak) bilirsiniz. Şübhəsiz, siz o həzrəti ismətli, xəta və səhvdən uzaq bilirsiniz. Böyük Allah buyurmuşdur: "Bu (Qur’an Allah dərgahında) çox möhtərəm olan bir elçinin gətirdiyi kəlamdır. (Elə bir elçi ki,) çox qüvvətlidir; ərşin sahibi (Allah) yanında çox hörmətlidir (izzətlidir). (Elə bir elçi ki,) itaət ediləndir, həm də (Allah yanında vəhyə) e’tibarlı müvəkkildir. (Ey Məkkə əhli!) Həqiqətən, sizin dostunuz (müşriklərin dediyi kimi) divanə deyildir!”(Nəml” surəsi, 62-ci ayə.) Bütün bu vəsflərdən sonra onu çox aydın şeyləri bəyan etməkdə ittiham etmək olarmı? Allah və Peyğəmbəri belə şeylərdən yüksəkdədirlər və o isti səhrada Peyğəmbərin (s) məqamına münasib və "qədir” günündə onun sözü və işinə layiq olan yeganə məqsəd Allah "əhd”inin təbliği və xalqa çatdırılması – özündən sonra olan canişinin təyini idi.
    Allah şahiddir ki, Peyğəmbərin (s) o gün Əlinin vəliəhdliyi və imamlığını təyin etməkdən başqa bir məqsədi olmamışdır. Beləliklə, bu hədisin qərinələri (şahidləri) Əlinin xilafətinə aydın dəlildir və təvilə qabil deyildir. Və onu inkar etmək üçün heç bir yol yoxdur. Bu, ağlı olan, eşidən və görən adam üçün aydın məsələdir.
    2. Dəlil gətirənlərin güman etdikləri qərinə də yalandır və həqiqəti gizlətmək, onu yalanla qarışdırmaq üçün bir bəhanədir. Çünki, Peyğəmbər (s) Əlini iki dəfə Yəmənə göndərmişdir. Birinci dəfə hicri 8-ci ildə oldu və boşboğazlar aranı vurmağa başladılar. Mədinəyə qayıdandan sonra Peyğəmbərə ondan şikayət etdilər və Peyğəmbər çox narahat oldu və onların sözünü qətiyyətlə rədd etdi. Belə(Müasir zamanda beyrutlu Əllamə Əhməd ibn Ömər Məhməsaninin "Müxtəsəri camei bəyanil-elm və fəzlihi” kitabının 196-cı səhifəsində yazıldığı kimi.) ki, bir daha onun haqqında belə sözlər danışmadılar. İkinci dəfə hicrətin 10-cu ilində baş verdi. Peyğəmbər (s) özü ona bayraq verib, öz mübarək əli ilə o həzrətin başına əmmamə qoydu və buyurdu: "Hərəkət et və heç nəyə fikir vermə.” Və o, doğru yolla başı uca, şərəflə hərəkət etdi və Peyğəmbərin fərmanını yerinə yetirdi. Sonra həccətül-vidada Allahın rəsuluna qoşuldu və həccin niyyətini Peyğəmbər kimi etdi və Peyğəmbərin əməlinə uyğun ehram bağladı. Çünki Peyğəmbər (s) onu özünə qurbanda şərik etdi. Bu dəfə heç kəs Peyğəmbərə onun haqqında bir söz demədi və heç bir boşboğaz onun haqqında pis söz danışmadı. Bundan sonra kim deyər ki, "qədir” hədisi etiraz edənlərin sözünə xatir və ya belə adamları rədd etmək üçün deyilmişdir? Həmçinin, Əlidən (ə) cüzi şikayətə görə Peyğəmbərin (s) bu qədər mədh və səna deməyinə ehtiyac vardımı, özü də belə şəkildə, dəvə yüklərindən minbər hazırlansın və nə qədər təqdimat söyləsin?! "Nəuzubillah”, o həzrətin sözündə, işində və məqsədlərində əsla bihudəlik olmamışdır. Heç vaxt! Bu cür işlər onun hikmət və vuqarından uzaqdır. Böyük Allah onun haqqında buyurur: "Bu (Qur’an) çox möhtərəm bir elçinin )Allahın ona nazil etdiyi) sözüdür! O, şair sözü deyildir! Nə az inanırsınız! O, kahin sözü də deyildir! Nə az düşünürsünüz! O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.”(İbn Qüteybə də "tabein” babında onları yazmış və bu məsələni "Maarif” kitabının 165-ci səhifəsində qeyd etmişdir.
     ) Əgər Peyğəmbər yalnız o həzrətin fəzilətlərini açıqlamaq və müxaliflərinin sözünü rədd etmək istəsəydi, deyərdi: «هذا ابْنُ عَمّي وَ صِهْري وَ اَبو وُلْدي وَ سَيِّدُ اَهْلِ بَيْتـي فَلا تُؤْذُوني فيهِ» "Bu mənim əmim oğlu, kürəkənim, övladlarımın atası və Əhli-beytimin seyyididir. Onu incitməklə məni narahat etməyin.” Və onun fəzl və ləyaqətinin böyüklüyünə dəlalət edən bu kimi söz deyərdi. Bütün bunlardan əlavə, hədisin sözlərindən də elə bu dediklərimiz başa düşülür.(Əhməd ibn Ömər Məhməsani Beyrutinin bu kitabının müxtəsərinin 119-cu səhifəsinə müraciət edin.)Hətta Həzrət (s) onu hər hansı səbəbə görə də söyləmiş olsa, axırı ki, sözlərin zahiri dediyimiz mənanı verir, daha onun səbəbi əhəmiyyət daşımır (diqqət edin). O ki qaldı Peyğəmbərin "qədir” hədisində Əhli-beytin zikrinə, artıq bu dediyimiz mənaya aşkar sübutdur. Belə ki, onları Quranla bərabər tutmuş, onları insanların rəhbər və pişvası hesab etmiş və buyurmuşdur: «اِنّي تارِكٌ فِيكُم الثِّقْلَيْنِ ما اِنْ تَمَسَّكْتُمْ بِه لَنْ تَضِلّوُا كِتابَ اللهِ وَ عِتْرَتي اَهْلَ بَيْتـي» "Mən sizin yanınızda iki qiymətli şey qoyuram ki, əgər ona bağlansanız heç vaxt yolunuzu azmazsınız: Allahın kitabı və Əhli-beytim.” O həzrət belə etdi ki, ümmət bilsin ki, ondan sonra bu ikisindən qeyrisin hidayətçi ola bilməz və bu ikisindən başqasına arxalanmasınlar. Pak Əhli-beyt imamlarına tabeliyin vacibliyinə dəlalət üçün yalnız bu kifayətdir ki, onları Allahın kitabı ilə bir cərgədə hesab etmiş və heç vaxt batil onlara yol tapa bilməz. Deməli, Allah kitabına əks olan kitaba müraciət etməyin cayiz olmadığı kimi, Əhli-beyt imamlarının hökmünə müxalif olan imam və rəhbərlərə müraciət etmək də cayiz deyildir. Peyğəmbər buyurub: «فَاِِنَّهُما لَنْ يَنقَضِيا» və ya «لَنْ يَفْتَرفا حتّي يرِدا عليَّ الحوْض» Həzrətin "Bu ikisi bir-birindən ayrılmayacaqlar. Kövsər hovuzunun kənarında mənim yanıma gələnə qədər” – sözü yer üzünün Allah rəsulundan sonra Quranla eyni səviyyədə olan imam və pişvalardan xali olmadığına bir dəlildir. Bu hədis ətrafında dərindən fikirləşən şəxs bilər ki, xilafət yalnız imamlara məxsusdur. Bu deyilənləri imam Əhmədin "Müsnəd”indəki(İbn Ədiy deyir: Kufə əhli olan Hüseyn ibn Əli Səkuni, Məhəmməd ibn Həsən Səkuni, Saleh ibn Əsvəd Əməşdən və Ətiyyədən bizə nəql etmişlər: "Cabirdən soruşdum ki, sizin aranızda Əlinin (ə) məqamı necədir? Cabir cavab verdi: O, insanların ən yaxşısıdır.”) Zeyd ibn Sabitin Allahın rəsulundan (s) nəql etdiyi hədis də sübut edir: «اِنّي تارِكٌ فيكُم خَليفَتَيْنِ كِتابَ اللهِ حَبْلٌ مَمْدُودٌ مِنَ السَّماء اِلَي الْأرْضِ وَ عِتْرَتي اَهْلَ بَيْتـي فَاِنَّهُما لَنْ يَفْتَرفا حتّي يردا عليّ الحوْض» "Mən sizin aranızda iki xəlifə qoyuram: ip tək göydən yerə endirilmiş Allahın Kitabı və Əhli-beytim. Onlar Kövsər hovuzunun kənarında mənim yanıma varid olana qədər bir-birindən ayrılmayacaqlar.” Bunun özü Əhli-beyt imamlarının xilafətinə sübutdur. Siz bilirsiniz ki, Əhli-beytə tabeçiliyin vacibliyi "nəss”i elə Əliyə tabeçiliyin vacibliyi "nəss”idir. Çünki o, Əhli-beytin seyyidi və onların rəhbəridir.
    Buna görə də "qədir” hədisi və onun kimiləri əvvəldə birbaşa Əliyə (ə) aid olur: bəzən ona görə ki, o, Allah və rəsulu (s) tərəfindən Quranla bir səviyyədə nəzərə alınmış imam kimi, bəzən də, özünün böyük şəxsiyyəti baxımından, çünki o, vəlisi Peyğəmbər olan hər bir şəxsin vəlisidir.
    Vəssalam.
    "Ş”
    ƏLLİ DOQQUZUNCU MƏKTUB
    28 Məhərrəm 1330
    1. Həqiqət aşkar oldu.
    2. Şüurlu şəkildə həqiqətdən uzaqlaşmaq.
    1. Mən indiyədək mübahisə etdiklərim arasında səndən mülayim və dəlil gətirməkdə səndən güclüsünü görmədim. İşarə etdiyiniz o qərinələrlə həqiqət aşkar oldu və yəqinin üzərindən şəkk pərdəsi götürüldü. artıq heç bir şəkk yeri qalmadı ki, "qədir” hədisində gəlmiş "vəli”, "mövla” sözlərindən məqsəd yalnız "idarə etməkdə hamıdan layiqli mənasındadır. Əgər məqsəd "nasir” və bunun kimilər olsaydı, sual verən Allahdan əzabın enməsini istəməzdi. Beləliklə, sizin söylədikləriniz "mövla” mənasında tamamilə doğru və şübhəsizdir.
    2. Amma kaş, hədisin təfsirindəki nəzərlə də razılaşaydınız ki, alimlər imam İbn Həcər "Səvaiq”də və Hələbi "Sirə”də deyirlər ki, düzdür Əli (ə) imamətə hamıdan çox layiqdir, amma məqsəd budur ki, yalnız müsəlmanlar ona beyət edəndən sonra imam və hakim ola bilər. Yoxsa, lazım gələr ki, Peyğəmbərin (s) həyatda olduğu zamanda imam olsun, və hədisdə onun imamətinin vaxtına işarə olunmadığından, məqsəd budur ki, "beyət zamanı o, vilayətdə hamıdan layiqlidir.” Buna əsasən, daha üç xəlifə ilə ziddiyyət yaranmayacaq və beləliklə, saleh sələflərin kəramət və ehtiramı hifz olunacaqdır. Vəssalam.
    "S”
    ALTMIŞINCI MƏKTUB
    30 Məhərrəm 1330
    Həqiqətdən uzaqlaşmağın mümkünsüzlüyü.
    Allah haqqı sizin vasitənizlə qorusun! Bizə tövsiyə etmişsiniz ki, "qədir” hədisinin təfsiri ilə razılaşaq "Əli imamətə o vaxt layiqdir ki, müsəlmanlar onu seçsin və onunla beyət etsinlər.” Belə çıxır ki, o həzrətin "qədir” günü elan olunmuş üstün Peyğəmbərin buyurduğu saatdan yox, öz vaxtına aiddir. Başqa sözlə, onun üstünlüyü tam gələcəyə aid olub, üç xəlifənin xilafəti zamanına dəlalət etmir.
    Biz sizi həqiqətin işığına, ədalətin izzətinə, insafın şərəfinə və fəzilətin namusuna and veririk, özünüz bu məna ilə qane ola bilərsinizmi ki, biz də sizinlə bərabər addımlayaq? Razı olarsınızmı ki, bu məna sizin tərəfinizdən göndərilsin və sizə mənsub edilsin, biz də sizə tabe olaq və sizin kimi yol gedək? Mən sizin ona qane olub, onunla razılaşmağınıza inana bilmirəm. İnan ki, siz də bu mənanı ehtimal vermiş adamlardan heyrətdəsiniz. Bu elə ehtimaldır ki, hədisin ləfzi əsla ona dəlalət etmir, onun məzmununa tamamilə yaddır. Peyğəmbərin hikmət və bəlağət, yüksək rəftarı, mənalı sözləriylə düz gəlmir və həmçinin, əvvəldə işarə etdiyimiz qəti şahidlərlə də əlaqəsi yoxdur. Həmçinin, Haris ibn Nöman Qəhrinin hədisdən başa düşdükləriylə də müvafiq olmayacaq. Elə buna görə Allah, Peyğəmbəri, səhabə və hamı biz dediyimiz mənanı deyirlər.
    Bütün bunlardan əlavə verilən təfsir öz-özlüyündə hədisin ümumi mənasıyla da düz gəlmir. Çünki belə çıxır ki, Əli ilk üç xəlifə və onların dövrünün müsəlmanlarının heç birinin mövlası deyilmiş (diqqət edin) və bu da Peyğəmbərin (s) buyruğunun tam əksinədir. Halbuki Həzrət (s) buyurdu: "Mən möminlərə nisbətdə özlərindən yaxın deyiləmmi?” Hamı dedi: "Bəli.” O zaman buyurdu: «فمن كنتُ مولاه» yəni hamı, tək-tək «فعليّ مولاه» istisnasız olaraq. Diqqət yetirirsinizmi? Hətta Əbu Bəkr və Ömər Peyğəmbərin (s) "qədir” günü Əli haqqında dediyi sözünü eşidəndə ona dedilər : «اَمْسَيْتَ يابْنَ اَبي طالِبٍ مَوْلي ُكلِّ مُؤِِمنٍ وَمُؤمِنَةٍ» "Ey Əbu Talibin oğlu, hər mömin kişi və mömin qadının mövlası oldun!” Mülahizə edin, ikisi də aşkar dedilər ki, o bütün mömin qadın və kişinin mövlasıdır və bu ümumiyyət "qədir” günündən etibarən bütün kişi və qadın möminlərin hamısına şamildir.
    Nəql olunmuşdur ki, Ömərə dedilər: "Sən Əli ilə elə rəftar edirsən ki, Peyğəmbərin (s) səhabəsindən heç kəslə o cür rəftar etmirsən. Ömər cavab verdi: Axı o mənim mövlamdır.” Görürsünüz, özü aydın surətdə demişdir ki, Əli onun mövlasıdır. Halbuki, o vaxt hələ nə xalq Əlini xilafətə seçmişdi və nə də ona beyət etmişdi. Bu məna ona dəlalət edir ki, Əli elə o vaxtdan bütün müsəlmanların mövlasıdır.
    Başqa bir məsələ də bizim dediyimizin şahididir: "İki ərəbin bir-birilə sözü düşmüşdü. Qəzavət üçün Ömərin yanına gəldilər. Ömər Əliyə (ə) dedi ki, onların arasında qəzavət etsin. O ikisindən biri dedi: Bu şəxsmi bizim aramızda qəzavət etsin? Ömər yerindən sıçrayıb, onun boğazından tutdu və dedi: Vay olsun sənə! Heç bilirsənmi bu kimdir? Bu, sənin mövlan və hər bir mömin şəxsin mövlasıdır və mövlası bu şəxs olmayan mömin deyil.”
    Bu barədə xəbər və rəvayətlər çoxdur və siz –Allah haqqı sizin vasitənizlə qorusun!– yaxşı bilirsiniz ki, əgər İbn Həcərin və onun ardıcıllarının "qədir” hədisi barədə olan fikirləri düzdürsə, onda gərək Peyğəmbəri (nəuzubillah) bihudə danışan bilək. Allaha pənah aparırıq bu cür fikirlərdən! Çünki onların (İbn Həcər və ardıcılları) etiqadına əsasən, Peyğəmbərin o qəribə dayanacaq və qeyri-adi yığıncaqda deməli elə bir mühüm sözü yox imiş və təkcə bunu demək istəmiş ki, camaat nə vaxtsa Əli ilə beyət etmək istəsə, o vaxt onların rəhbəri olacaqdır. Bu sözə hələ ağıllılar qalsın bir tərəfə, səfehlər də gülər. Daha Əli başqaları üzərində bir imtiyaza malik olmayacaq və müsəlmanların heç biri də bu barədə müstəsna deyillər. Buna görə də Əli, başqa səhabə və müsəlmanlar bu cəhətdən bərabərdirlər. Bəs, o hansı fəzilətdir ki, Peyğəmbər o gün Əli haqqında buyurub? O imtiyaz və fəzilət hansıdır? Ey müsəlmanlar, –əgər onların yürütdüyü "fəlsəfə” qurtarsa– buyurun, siz cavab verin!
    Amma Əlinin imamət və rəhbərliyi əgər gələcəyə aid edilməsə, onda "o, Peyğəmbərin (s) zamanında da rəhbərdir” – fikri səhv və camaatı düz yoldan sapdırmaqdır, "mənzilət” hədisini düzgün başa düşməməkdir. Çünki orada deyilir: «اَنْتَ مِنّي بِمَنْزِلَةِ هاروُنَ مِن موسي اِلّا اَنَّهُ لانَبِيَّ بَعْدي»
    Həmçinin "inzar” günündəki "yovmüd-dar” hədisini görməməzliyə vurmaqdır: «فَاسْمَعُوا لَهُ وَ اَطيعُوا» "Onu eşidin və itaət edin.” və çoxlu sayda biri-digərilə bağlı deyilmiş hədisləri unutmaqdır.
    Lap fərz etsək ki, Əlinin imamət və rəhbərliyi Peyğəmbərin (s) həyatı dövrünə şamil deyildir, amma o həzrətin (s) ölümündən sonra ki, qətidir. Çünki şübhəsiz bu ümumi qayda onu tələb edir və o da budur ki, əgər çoxmənalı bir kəlmədən "qərib” (yaxın) mənasının ifadəsi ələ gəlməzsə, sonrakı ən yaxın məna nəzərə alınacaqdır.
    Amma saleh sələfin kəramət və ehtiramına gəldikdə isə dediyiniz təvilsiz də qorunub saxlanılır. Belə ki, əgər lazım gəlsə onu açıqlayaram. Vəssalam.
    "Ş”
    ALTMIŞ BİRİNCİ MƏKTUB
    1 Səfər 1330
    Şiə təriqi ilə gəlib çatmış "nüsus”un tələbi.
    Əgər saleh sələfin kəramət və ehtiramı qorunmuş olsa, imamətə aid olan hədislərin heç birində eyib yoxdur. İstər "qədir” hədisi olsun, istər ondan başqası və təvilə yer yoxdur. Ola bilər bu barədə sizdə hədislər olsun ki, sünnilərin ondan xəbəri olmasın. Xahiş olunur, onları nəql edin ki, agah olaq. Vəssalam.
    "S”
    Category: Əl-Muraciat | Added by: Islam_Kitabxanasi
    Views: 646 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024