İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Əl-Muraciat

    Əl-Muraciat
    2011-12-30, 7:21 AM
    ALTMIŞ İKİNCİ MƏKTUB
    2 Səfər 1330
    Qırx hədis.
    Bizdə Peyğəmbərin (s) pak Əhli-beytinin təriqiylə səhih və mütəvatir "nəss”lər vardır ki, sünnilərin onlardan xəbəri yoxdur. İndi sizə qırx hədis nəql edirəm:
    1. Səduq Məhəmməd ibn Əli ibn Hüseyn ibn Musa ibn Babəveyh Qummi "İkmalüd-din və itmamün-nemə” kitabında Əbdür-Rəhman ibn Səmurədən nəql edir ki, Peyğəmbər (s) ona buyurmuşdur: «يَابْنَ سَمُرَة اِذا اخْتَلَفَت الْأهْواءُ و تَفَرَّقََتِ الآراءُ فعَلَيْكَ بِعَلِيّ بْنِ اَبي طالِبٍ فَاِنَّهُ اِمامُ اُمَّتي وَ خَليفَتـي عَلَيْهِم مِن بَعْدي» "Ey Səmurənin oğlu, rəylər müxtəlif və pərakəndə olanda Əli ibn Əbu Taliblə ol! O, məndən sonra mənim ümmətimin imamı və xəlifəmdir.”
    2. Yenə Səduq "İkmalüd-din” kitabında İbn Abbasdan nəql edir ki, Allahın rəsulu (s) buyurub: «اِنَّ الله تَبارَكَ وَ تَعالي اِطَّلَعَ اِلي اَهْلِ الْاَرْضِ اِطّلاعَةً فَاخْتارَني مِنها فَجَعَلَني نَبيّاً ثُـمَّ اِطَّلَعَ الثّانِيَةَ فَاخْتارَ عَليّاً فَجَعَلَهُ اِماماً ثُـمَّ اَمَرَني اَنْ اَتَّخِذَهُ اَخاً وَ وَليّاً وَ وَصِيّاً وَ خَليفَةً وَ وَزيراً» "Allah yer əhlinə baxıb, məni seçdi və peyğəmbəri etdi. Yenidən baxıb, Əlini seçdi və onu imam etdi. Sonra mənə buyurdu ki, onu özümə qardaş, vəli, xəlifə və vəzir edim.”
    3. Yenə Səduq "İkmalüd-din”də sənədlə imam Sadiqdən (ə), o da ata və babalarından və Peyğəmbərdən (s) belə nəql etmiş: "Cəbrail Allah tərəfindən mənə xəbər verdi ki, Allah buyurmuşdur: Bilsin ki, Məndən başqa məbud yoxdur, Məhəmməd (s) Mənim bəndəm və elçimdir, Əli ibn Əbu Talib xəlifəm, onun imam olan övladları hüccətlərim və (onları), behiştə daxil edəcəyəm.”
    4. Yenə Səduq "İkmalüd-din”də imam Sadiqin (ə), vasitəsiylə, cəddi Rəsulullahdan (s) belə nəql etmişdir: "Məndən sonra imam 12 nəfərdir. Onların birincisi Əli (ə), sonuncusu Qaimdir (ə). Onlar mənim xəlifələrim və vəsilərimdir.”
    5. Yenə Səduq Əsbəğ ibn Nübatədən nəql etmişdir: "Bir gün Əli ibn Əbu Talib (ə) bizim yanımıza gəldi və əlini oğlu Həsənin (ə) əlindən tutduğu halda deyirdi: Bir gün Peyğəmbər (s) evdən çıxdı və əli mənim əlimdə ikən dedi: İnsanların ən yaxşısı və onların seyyidi və sərvəri, məndən sonra qardaşım Əlidir. O, məndən sonra hər bir müsəlmanın imamı və hər möminin əmiri olacaqdır.”
    6. Yenə Səduq "İkmalüd-din”də imam Rzadan (ə), o da ata-babalarından, onlar da Peyğəmbərdən (s) belə nəql edir: "Kim mənim dinimə arxalanmaq və məndən sonra nicat gəmisinə minmək istəyirsə, Əli ibn Əbu Talibə iqtida etsin. O, vəsi və ümmətimə həyatımda və vəfatımdan sonra xəlifə olacaq.
    7. Yenə Səduq "İkmalüd-din”də imam Rzadan (ə), ata-babalarından, onlar da Peyğəmbərdən (s) belə nəql edir: "Mən və Əli bu ümmətin atasıyıq. Bizi tanıyan Allahı tanımışdır. Bizi tanımayan və inkar edən Allahı tanımamış və inkar etmişdir. Əlidən ümmətin iki nəsli və behişt cavanlarının seyyidi və ağası Həsən və Hüseyn (əleyhumassəlam) dünyaya gəlmişdir. Hüseynin (ə) nəslindən doqquz nəfər dünyaya gələcəkdir ki, onlara itaət mənə itaətdir, onlara qarşı üsyan və itaətsizlik mənə qarşı üsyan və itaətsizlikdir. Onların doqquzuncusu Qaim və Məhdidir.”
    8. Səduq "İkmalüd-din”də imam Həsən Əskərinin (ə), vasitəsilə Allahın rəsulundan (s) nəql edir ki, İbn Məsuda buyurmuşdur: «يَابْنَ مَسْعُود عَليٌّ بْنُ اَبيطالِب اِمامُكُمْ بَعْدي وَ خليفتـي عليْكم» "Ey Məsudun oğlu, Əli ibn Əbu Talib məndən sonra sizin imamınız və sizin üzərinizdə mənim xəlifəmdir.”
    9. Yenə Səduq "İkmalüd-din”də Salmandan nəql edir: "Peyğəmbərin (s) yanına daxil oldum, gördüm Hüseyn ibn Əli (ə) onun dizinin üstündə oturub. Həzrət onun dodaqlarını öpərək buyurur: Sən ağanın ağa oğlu, imamın imam oğlu, imamın qardaşı və imamların atasısan. Sən Allahın höccəti, Allahın höccətinin oğlu və doqquz höccətin atasısan. Onların doqquzuncusu onların Qaimidir.”
    10. Yenə Səduq "İkmalüd-din”də Salmandan Peyğəmbər (s) haqqında uzun bir hədisdə deyir ki, Həzrət (s) Fatiməyə (səlamullah ələyha) buyurdu: "Ey Fatimə, bilmirsənmi ki, biz elə bir ailəyik Allah axirəti bizim üçün seçib? Allah yer əhlinə nəzər yetirdi, onların arasından məni seçdi və ikinci dəfə baxdı, sənin ərini seçdi. Mənə vəhy etdi ki, səni onunla evləndirim, onu özümə vəli və vəzir və ümmətimin içərisində xəlifəm edim. Buna görə, atan peyğəmbərlərin, ərin isə övsiyaların ən yaxşısıdır. Sən birinci kəs olacaqsan ki, (behiştdə) mənim yanıma gələcəksən.”
    11. Yenə Səduq "İkmalüd-din”də uzun bir hədisdə nəql edir ki, bir dəfə Osmanın dövründə 200-dən çox mühacir və Mədinə əhli məscidə toplaşmışdı. Elmi bəhs və müzakirə edir və biri o birinə özünü öyürdü. Amma Əli sakit idi. Ona dedilər: Ey Həsənin atası, sən nə üçün danışmırsan? Əli dilə gəlib onların yadına Peyğəmbərin sözünü saldı: «عَليٌّ اَخي وَ وَزيري وَ وارثي وَ وَصيّي وَ خليفَتـي في اُمَّتي وَ ولِيُّ كُلِّ مؤمنٍ بَعْدي فَاَقِرّوا لَهُ بذلِِك» "Əli mənim qardaşım, vəzirim, ümmətimin içərisində varis, vəsi və xəlifəmdir. O, məndən sonra hər bir müsəlmanın vəlisidir. Bu haqqı ona aid edin.”
    12. Yenə Səduq "İkmalüd-din”də Abdullah ibn Cəfər, Həsən, Hüseyn, Abdullah İbn Abbas, Ömər ibn Əbusəlmə, Üsamə ibn Zeyd, Salman, Əbuzər və Miqdaddan nəql edir ki, deyirlər: Peyğəmbərdən eşitdik ki, deyirdi: « اَنَا اَوْلي بِالْمُؤمِنينَ مِنْ اَنْفُسِهِمْ ثُمَّ اَخي عَليّ اَوْلي بالْمُؤمِنينَ مِنْ اَنْفَسِهِمْ» "Mən möminlərə nisbətdə nəfslərinə özlərindən üstünəm, sonra qardaşım Əli onlara özlərindən üstündür.” (Burada onların üzərində hakimlik nəzərdə tutulur.)
    13. Yenə Səduq "İkmalüd-din”də Əsbəğ ibn Nübatə və İbn Abbasdan xəbər verir ki, Rəsulullahdan (s) eşitdim buyurdu: "Mən, Əli, Həsən, Hüseyn və onun doqquz övladı (hər bir günah və çirkinlikdən) pak və təmizik.”
    14. Yenə Səduq "İkmalüd-din”də İbayə ibn Rəbi və ibn Abbasdan xəbər verir ki, Peyğəmbər (s) buyurdu: "Mən peyğəmbərlərin seyyidi və Əli övsiyyaların seyyididir.”
    15. Yenə Səduq "İkmalüd-din”də imam Sadiqin (ə), vasitəsilə Allahın rəsulundan (s) nəql edir: "Əziz və cəlil Allah peyğəmbərlərin arasından məni seçdi və mənim tərəfimdən Əlini. Onu bütün övsiyalardan üstün tutdu və Əlidən Həsən və Hüseyni və Hüseyndən övladlarını seçdi ki, dinini bidətçilər və azğınlardan qorusun.”
    16. Yenə Səduq "İkmalüd-din”də Əlidən (ə) nəql edir ki, Peyğəmbər (s) buyurub: "Məndən sonra imamlar on iki nəfərdir. Onların birincisi sən və sonuncusu Qaimdir ki, Allah onun əli ilə yerin şərq və qərbini fəth edəcək.”
    17. Səduq "Əmali” kitabında imam Sadiqin (ə), vasitəsilə Peyğəmbərdən nəql edir: "Əli məndəndir, mən Əlidən. O, mənim tinətimdən (torpağımdan) yaranmışdır. Odur ki, mənim sünnəm vasitəsilə xalqın ixtilaflarını onlara aydınlaşdırar. O, Əmirəl-möminin, nurluların və (qiyamətdə) alnı açıqların rəhbəri və övsiyaların ən yaxşısıdır.”
    18. Səduq "Əmali”də, Əlidən (ə) nəql edir ki, Peyğəmbər (s) buyurub: "Əli möminlərin əmiridir. Onun vilayət əhdini Allah göydə bağlamış, mələklərini ona şahid tutmuşdur: O, xəlifə, Allahın höccəti və müsəlmanların imamıdır.”
    19. Yenə Səduq "Əmali”də İbn Abbasdan nəql etmişdir ki, Peyğəmbər (s) Əliyə buyurdu: "Ey Əli, sən məndən sonra müsəlmanların imamı, əmirəl-möminin, ağüzlülərin rəhbəri, Allahın höccəti, övsiyaların seyyidisən.”
    20. Yenə Səduq "Əmali”də İbn Abbasdan nəql edir ki, Peyğəmbər Əliyə buyurub: "Ey Əli, sən ümmətim arasında mənim xəlifəm və mənə nisbətdə Şeysin Adəmə olan nisbəti kimisən.”
    21. Yenə Səduq "Əmali”də Əbuzərdən nəql edir: "Bir gün məsciddə Allahın rəsulunun (s) yanında idik. Buyurdu: İndi qapıdan bir şəxs daxil olacaqdır ki, möminlərin əmiri və müsəlmanların imamıdır. Birdən Əli ibn Əbu Talib qapıda göründü. Rəsulullah onu qarşıladı, sonra üzünü bizə tutub dedi: "O, məndən sonra sizin imamınız və pişvanızdır.”
    22. Səduq "Əmali”də Cabir ibn Abdullah Ənsaridən xəbər vermişdir ki, Allahın rəsulu (s) buyurdu: "Əli ibn Əbu Talib İslamda ən qabaqcıl, elm və bilikdə hamıdan daha biliklidir... O, məndən sonra imam və xəlifədir.”
    23. Səduq "Əmali”də İbn Abbasdan nəql etmişdir ki, Allahın rəsulu (s) buyurdu: "Ey camaat, kim Allahdan artıq düz danışandır? Böyük Allah mənə əmr etmişdir ki, Əlini sizin aranızda hidayət bayrağı, imam, xəlifə və vəsi edim, onu özümə qardaş və vəzir seçim.”
    24. Səduq "Əmali”də Əbu Əyyaşdan nəql etmiş ki, Peyğəmbər (s) bizə xütbəsində buyurdu: "Əmim oğlu Əli qardaşım, vəzirim, xəlifəm və mənim tərəfimdən olan göstərişləri çatdırandır.”
    25. Səduq "Əmali”də Əmirəl-möminindən (ə) nəql etmişdirki, deyir: Peyğəmbər (s) bir gün bizim üçün xütbə oxuyub buyurdu: "Ey insanlar, Allahın ayı sizə tərəf üz tutub...” Sonra Ramazan ayının fəziləti haqqında sözünü davam etdi. Mən soruşdum: Ey Allahın rəsulu, bu ayda ən yaxşı iş nədir? Buyurdu: "Pəhriz və Allahın haram etdiklərindən çəkinmək.” Ondan sonra ağladı. Soruşdum: Ey Allahın peyğəmbəri, ağlamağınıza nə səbəb oldu? Cavabında buyurdu: "Ağlamağım ona görədir ki, bu ayda sənin qanının tökülməyini halal hesab edəcəklər.«يا عَليُّ اَنْتَ وَصِيَّي وَ اَبو وُلْدي وَ خَليفَتـي عَلي اُمَّتي في حَياتي وَ بَعْدَ مَوْتي اَمْرُكَ اَمْري وَ نَهْيكَ نَهْيي» Ey Əli, sən mənim vəsim, övladlarımın atası, mən öləndən sonra və sağlığımda ümmətimə xəlifəsən. Sənin əmrin mənim əmrim və səni inkar məni inkar etməkdir.”
    26. Səduq "Əmali”də Əlidən (ə) nəql etmişdir ki, Peyğəmbər (s) buyurdu: "Ey Əli, sən mənim qardaşım, mən də sənin qardaşınam. Mən nübüvvət üçün seçilmişəm, sən imamət üçün. Mən "sahibi-tənzil”, sən "sahibi-təvilsən.” Sən bu ümmətin mürəbbisi və atasısan. Ey Əli, sən vəsi, xəlifə, vəzir, variz və mənim övladlarımın atasısan.”
    28. Səduq "Əmali”də Ümmü-Sələmədən, uzun bir hədisdə nəql edir ki, Peyğəmbər buyurdu: "Ey Ümmü-Sələmə, eşit və şahid ol, Əli ibn Əbu Talib mənim vəsim və məndən sonra xəlifəm olacaqdır. Mənim vədlərimi əda edən və düşmənləri yolumun üzərindən uzaqlaşdırandır.”
    29. Səduq "Əmali”də Salman Farsidən xəbər vermişdir ki, eşitdim Allahın rəsulu (s) buyurdu: "Ey mühacir və ənsar, istəyirsinizmi sizə elə şeyi tanıdım ki, məndən sonra ona arxalanıb, heç vaxt yolunuzdan sapmayasınız? Ərz etdilər: Bəli, ey Rəsulullah (s). Buyurdu: Bu Əli qardaşım, vəsim, vəzirim, varisim, xəlifəm və sizin imamınızdır. Məni sevdiyiniz kimi onu sevin. Mənə ikram və ehtiram etdiyiniz kimi ona ehtiram edin. Cəbrail mənə əmr etmişdir ki, bu həqiqəti sizə deyim.”
    30. Səduq Əmalidə Zeyd ibn Ərqəmdən xəbər vermişdir ki, Peyğəmbər (s) buyurdu: "İstəyirsinizmi sizə bir şeyi göstərim ki, əgər ona arxalansanız heç vaxt həlak və yolu azmış olmazsınız?” O vaxt buyurdu: "Sizin imam və vəliniz Əli ibn Əbu Talibdir. Ona arxa və ona qarşı xeyirxah olun, onu təsdiq edin ki, Cəbrail mənə bu xəbəri yaymağı (Allah tərəfindən) əmr etmişdir.”
    31. Səduq "Əmali”də İbn Abbasdan xəbər vermişdir ki, Allahın rəsulu (s) buyurdu: «يا عَليُّ اَنْتَ اِمامُ اُمَّتي وَ خَليفَتـي عَلَيْها بَعْدي » "Ey Əli, məndən sonra ümmətimin rəhbər və xəlifisisən.”
    32. Səduq "Əmali”də İbn Abbasdan xəbər vermişdir ki, Allahın rəsulu (s) buyurdu: "Allah mənə vəhy etdi ki, ümmətimin içərisindən bir nəfəri qardaşım, varisim, xəlifəm və vəsim edim. Soruşdum: Ey Pərvərdigar, o şəxs kimdir? Vəhy gəldi: O səndən sonra ümmətin imamı və Mənim höccətimdir. Dedim: Ey Pərvərdigar, o kimdir? Buyurdu: Mənim sevdiyim və Məni sevən şəxsdir. Və nəhayət buyurdu: O, Əli ibn Əbu Talibdir.”
    33. Səduq "Əmali”də imam Sadiqin (ə), vasitəsilə Allahın rəsulundan (s) nəql etmişdir: "Meraca gedəndə Allah, Əli barədə mənə bu sifarişi etdi ki, o pəhrizkarların imamı, nurluların rəhbəri və möminlərin sərkərdəsidir...”
    34. Səduq "Əmali”də imam Rzanın (ə), vasitəsilə Peyğəmbərdən (s) xəbər vermişdir: "Əli məndəndir və mən Əlidən. Allah Əlinin qatilini öldürsün, Əli məndən sonra ümmətin imamıdır.”
    35. Şeyxüt-Taifə Əbu Cəfər Məhəmməd ibn Həsən Tusi "Əmali”sində Əmmar Yasirdən nəql etmiş ki, Rəsulullah (s) Əliyə (ə) buyurdu: "Allah səni elə zinətlə bəzəmiş ki, heç bir bəndə Allah yanında zinətlərin ən sevimlisi olan belə bir zinətlə bəzənməmişdir, səni dünyada "zöhd” zinəti ilə bəzəmiş və elə eləmişdir ki, nə sən dünyadan bəhrə alasan, nə dünya səndən bir kam alsın, sənə möhtacların məhəbbətini inayət etmiş və səni elə yaratmışdır ki, onlar sənə tabe olduqlarından şadsan və onlar da, sən imamları olduğundan xoşhaldırlar. Xoş o kəsin halına ki, səni dost bilir və sənin barəndə sidq və doğruluqla çalışırlar. Vay o şəxsə ki, səninlə düşməndir və sənin fəzilətlərini inkar edir!”
    36. Yenə Şeyx Tusi "Əmali”də Əlidən (ə) xəbər vermiş ki, Kufə minbərində buyurdu: "Ey camaat, mənim Rəsulullah (s) tərəfdən on xislətim var ki, mənə günəşin işıqlandırdığı hər bir şeydən sevimlidir.” Həzrət (s) mənə buyurub: Ey Əli, sən dünyada və axirətdə mənim qardaşımsan, sən qiyamətdə mənə ən yaxın adam olacaqsan. Behiştdə mənzilin mənim mənzilimlə üzbəüzdür. Sən mənim varisim, mənim vədlərimi yerinə yetirən və xanədanımda vəsimsən. Sən mənim qeybətim zamanı əhlimin içərisində məni qoruyansan. Sən mənim ümmətimin imamı, rəiyyətim arasında ədalət uğrunda qiyam edənsən. Sənin düşmənin mənim düşmənim və mənim düşmənim Allahın düşmənidir.”
    37. Səduq "Ən-nüsus” ələl əimmə” kitabında Həsən ibn Əlidən (ə) xəbər vermişdir ki, deyir: Peyğəmbər (s) Əliyə (ə) buyurdu: "Sən mənim elmimin varisi, hikmətlərimin mədəni və məndən sonra imamsan.”
    38. Səduq həmin kitabda İmran ibn Həsindən nəql etmiş ki, deyir: Peyğəmbər (s) Əliyə (ə) buyurdu: "Sən məndən sonra imam və xəlifəsən.”
    39. Yenə Səduq həmin kitabında Əlidən (ə) xəbər vermişdir ki, Peyğəmbər (s) mənə buyurdu: "Ey Əli, sən Əhli-beytimin dünyadan getmiş adamlarının vəsisi, ümmətimin sağ qalanlarına xəlifəsən.”
    40. Yenə Səduq həmin kitabda Hüseyn ibn Əlidən nəql edir: "Allah وَأُوْلُو الْأَرْحَامِ بَعْضُهُمْ أَوْلَى بِبَعْضٍ فِي كِتَابِ اللَّهِ "Allahın kitabında qohumların bəziləri bəzilərindən qabaqdılar” – ayəni nazil edəndə onun təvilini Rəsulullahdan (s) soruşdum. Cavab verdi: Mənim doğma qohumlarım sizsiniz. Mən vəfat etsəm, atan Əli mənim yerimə layiqdir, atan dünyadan gedərsə, qardaşın Həsən ona layiqdir və Həsən dünya ilə vidalaşanda sən ona layiqsən...”
    Bunlar qısa surətdə nəzərdə tutduğum hədislər idi və dediklərimizə nisbətdə gülüstan müqabilində bir şaxə gül, dəniz qarşısında bir qətrədir. Hər halda onlardan bəziləri bəhs olunan mətləbi çatdırmaq üçün kafidir. Vəl həmdulillahi Rəbbil-aləmin. Vəssalam.
    "Ş”
    ALTMIŞ ÜÇÜNCÜ MƏKTUB
    3 Səfər 1330
    1. Şiə "nəss”ləri höccət deyildir.
    2. Nə üçün yalnız şiələr bu hədisləri nəql etmişlər?
    3. Qeyri-şiə təriqindən olan hədislər göstər.
    1. Bu "nüsus” sünnilər üçün höccət deyil. Çünki, onların fikrincə sübut olunmamışdır. Buna görə onlarla müxaliflərə qarşı istidlal etmək olmaz.
    2. Əgər doğrudurlarsa, bəs başqaları nə üçün onları zikr etməmişlər?
    3. Lütfən, sünnilər tərəfindən bu mövzuda deyilmiş qalan hədisləri də bizim üçün zikr edin. Vəssalam.
    "S”
    ALTMIŞ DÖRDÜNCÜ MƏKTUB
    4 Səfər 1330
    1. Biz bu "nüsus”u sizin xahişinizə görə verdik.
    2. Sünnilər qarşısında bizim höccətimiz onların səhih "nüsus”udur.
    3. Amma bu hədislərin zikr edilməməsinin səbəbi.
    4. Vərasətin "nəss”inə işarə.
    1. Bu rəvayətləri ona görə verdik ki, onlardan məlumatınız olmaq üçün xahiş etmişdiniz.
    2. Sizin qarşınızda bizim höccətimiz ötən məktublarda gələn sizin özünüzün (sünnilər) səhih hədislərinizdir.
    3. Sünni alimlərin yalnız şiə mənbələrində gələn hədisləri zikr etməmələrinə gəlincə, bu Ali-Məhəmmədə kin bəsləyən və həqiqəti gizlətmək istəyən adamların xasiyyət, təbiət və ədavətini göstərir. Belələri "Firon firqəsi”nin (Bəni-Üməyyə) başçıları, yaxud səltənət və dövlətin nökərləri olmuşlar. Onlar hər yerdə, tam qüvvə ilə Əhli-beytin fəzilətlərini boğmaq, onların nurunu söndürməyə səy etmiş və bütün müsəlmanları (ya təşviq, ya qorxu ilə) onların fəzilət və xüsusiyyətlərinin müsadirəsinə məcbur etmişlər. Onlar bu işi bəzən dirhəm-dinar, bəzən vəzifə-mənsəb, bəzən də şallaq və qılıncla yerinə yetirmişlər. Onların fəzilətlərini təkzib edənləri yüksəldir, onları təsdiq edənləri isə özlərindən uzaqlaşdırır, həbs edir və ya öldürürdülər.
    Sən yaxşı bilirsən ki, imamət "nüsus”u və xilafət peymanı zülmkarları vəhşətə gətirən həqiqət idi. Çünki onların zülmkar hökumətlərinin əleyhinə idi, mülk və hakimiyyətlərini kökündən qoparırdı. Belə olduğu halda bu hədislərin zalım hökmdarlar və onların mütilərinin əlindən salamat qalması, onların bizim əlimizə çoxlu sənəd və müxtəlif təriqlərlə çatmasının özü həqiqəti göstərir və həqiqətən möcüzələr möcüzəsidir. Deməliyəm ki, Əhli-beytin məqam və mənzilətinin qəsbkarları, onların dostlarına ən ağır işkəncələr verir, saqqallarını qırxaraq bazarda gəzdirməklə alçaldır, müsəlmanların gözündən salır və bütün hüquqlardan məhrum edirdilər. Belə ki, hökmdarın ədalətindən məhrum, xalqla ünsiyyətdən qırılırdılar. Əgər bir şəxs Əli haqqında yaxşı söz desəydi, ya malı müsadirə olunur, ya da boynu vurulurdu. Onun fəzilətlərini deyən nə qədər dil kəsilmiş, ona hörmətlə baxan nə qədər göz hədəqəsindən çıxarılmış, nə qədər əl onun fəzilətinə işarə etdiyi üçün kəsilmiş, dostcasına onlara tərəf gedən nə qədər ayaq bədəndən ayrılmış, onların nə qədər müridlərinin evi yandırılmış, nə qədər xurmalıqlar qırılmış, sonra həmin xurma ağaclarında dara çəkilmiş və ya ev-eşiklərindən didərgin düşmüş, hərəsi bir yerə dağılışmışlar.
    Amma, burada hədis hafizləri və sünnənin qoruyucuları arasında elə ünsürlər də olmuşdur ki, onlar böyük Allaha yox, yalnız zülmkar hakimlərə və onların nökərlərinə xidmət etmiş, onlara təzim edərək yaltaqlıqla hər cür pis işə əl atmış, təhrif, "təshih” və təziflə məşğul olmuşlar. Belələrinə indiki zamanımızda da rast gəlinir. Onlar hakimə xoş gəlmək üçün biri digərini qabaqlayır, onun siyasətlərini təsdiqləyir, ehkamlarını müsbət sanırlar (istər düzgün olsun, istər əyri). Onlar yalnız onun istədiyini edir və siyasətinə uyğun fitva verirlər. Halbuki, "kitab” və sünnənin əleyhinə olub, ümmətin icmasına qarşı çıxırlar. Bunların hamısı mənsəb və məqam hərisliyinə görə və ya (səhv addımlarında) işdən qovulmaq qorxusundandır. İşlərində təmiz və hakimin yükünün altına girməyən şəxslərlə onun istəklərini imzalayanlar arasında böyük fasilə vardır. Hökumət və onların hakimlərinin nəzərincə, belələri imtiyaza malik olub, möhtərəm hesab olunurdular. Çünki hakimlər üçün onlar həmişə yaxşı vasitə olur, onların fitvalarıyla Allah və rəsulu (s) ilə vuruşurdular. Buna görə də hakim və valilərin yanında yüksək məqam və vəzifə sahibi, məqbul dayaq hesab olunurlar. Onlar Əli, ya Əhli-beytin fəzilətlərini özündə əks etdirən düzgün hədisləri təəssübkeşliklə rədd edir, çox böyük cəhdlə inkar və mümkün olan hər bir vasitə ilə onu etibardan salırdılar. Rəvayətçilər də onları rafizilərə mənsub edir və rafizi olmaq isə ən böyük günah və çirkin ad sayılırdı. Bəli, Əli (ə) haqqında deyilmiş hədislərə, xüsusilə şiələrin istidlal etdikləri rəvayətlərə nisbət onların rəftarı belə idi.
    Dediyimiz bu yaltaq kəslər hər yerdə dövlət tərəfindən xüsusi böyüklük və dini-dünyəvi elmlərin sahibi kimi tanıtdırılırdı. Zöhd və ibadətlə içlərini gizlədənlər və həmçinin, tayfa başçıları, şeyxlər də onlarla belə rəftar edirdi. Ona görə də bu düzgün hədislərin rəddi üçün bir söz deyəndə, onların rəyi höccət sayılır, avam və avara adamların arasında, bütün şəhərlərdə yayırdılar. Beləliklə onların rəyi hər əsrdə möhtərəm sayılaraq bir üsul kimi qiymətləndirilirdi.
    O vaxt bu ünsürlərdən başqa bir qrup da var idi ki, qorxu onları Əlinin və Əhli-beytin fəzilətlərini danışmaqdan çəkinməyə məcbur etmişdi. Bu yazıqlar Əlinin və Əhli-beytin fəzilətləri barədəki düzgün hədislərdən söhbət açdıqda sorğu-sual edilirdi. Onlar da qorxudan, cavab verərkən məcazlara və ikimənalı sözlərə üz gətirirdilər. Yaltaqların və onların əlaltılarının müxtəlif həmləsindən qorxurdular. Həqiqətdən xəbərsiz hay-küy qoparan avam və boşboğazlar və yaltaqlarla həmahəng olmalarından çəkinirdilər. Xalqa Əmirəl-möminini lənətləməyi əmr edən hakim və başçılar onlara aman vermirdilər. Onları pulla, hədə-qorxu və vədə ilə o həzrətə eyib tutmaq və onun haqqında pis danışmağa məcbur edirdilər. Əlini elə tanıtdırırdılar ki, hamı ona nifrət etsinlər. Onun haqqında elə sözlər danışırdılar ki, qulaqlar onu eşidərkən çox narahat olurdu. Sünnilər bayram və cümə günləri minbərlərində ona lənət deyirdilər. "Allahın nuru sönməz və övliyasının fəzilətləri itməz” – vədəsi olmasaydı, bu səhih hədislər şiə və sünni təriqiylə bizə çatmaz. Onun fəzilətlərinin "nüsus”u ardıcıl nəql olunmazdı. Allaha and olsun ki, mən Allahın xalis bəndəsi, Peyğəmbərin qardaşı Əli ibn Əbu Talibə verdiyi parlaq zəkadan heyrətdəyəm! Heyrətdəyəm ki, onun nuru, necə də qara zülmət pərdələri yırtır, təlatümləri kənar edir və günəş kimi asimanda işıq saçır!
    4. Zikr olunmuş bütün qəti dəlillərdən əlavə, burada sizin "vərasət” "nəss”iniz kafidir. Çünki o özü təklikdə kamil höccətdir. Vəssalam.
    "Ş”
    ALTMIŞ BEŞİNCİ MƏKTUB
    5 Səfər 1330
    Sünni təriqiylə "vərasət” hədisinin tələbi.
    Lütfən, sünni təriqi ilə nəql olan "vərasət” hədisini mənə yazın. Vəssalam.
    "S”
    Category: Əl-Muraciat | Added by: Islam_Kitabxanasi
    Views: 642 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024