İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Əl-Muraciat

    Əl-Muraciat
    2011-12-30, 7:20 AM
    ALTMIŞ ALTINCI MƏKTUB
    5 Səfər 1330
    Əli Peyğəmbərin (s) varisidir.
    Rəsulullahın (s) elm və hikmətinə Əlinin varis olması şübhəsizdir. Bir qayda olaraq peyğəmbərlər onu öz vəsilərinə irs qoyarmışlar. Peyğəmbər (s) buyurub: «اَنَا مَدينةُ الْعِلْمِ وَ عَليٌّ بابـها فَمَنْ اَرادَ الْعِلْمَ فَلْيَئْتِ الْباب» "Mən elm şəhəriyəm, Əli onun qapısıdır. Bu şəhərə daxil olmaq istəyən, gərək onun qapısından girsin.”(Məhəmməd Əhməd Zəhəbi bu hədisi həmin sənədlə "Mizanul-Etidal”da Saleh ibn Əsvədin şərhi-halında nəql etmiş və onun qatı nasibi olmasına baxmayaraq, burada "məqsəd, dövrünün ən yaxşı insanıdır” – qeydindən əlavə heç bir şey deməmişdir.
     ) Yenə Peyğəmbər (s) buyurub: "Mən hikmət eviyəm, Əli onun qapısıdır.” Həmçinin buyurmuşdur: "Əli mənim elmimin qapısı və məndən sonra risalətimdə ümmətimə boyun olduqlarımı bəyan edəndir. Onunla dostluq iman, düşmənlik nifaqdır.”
    Həmçinin o həzrət Zeyd ibn Əbu Ovfanın hədisinə əsasən, Əliyə buyurub: "Sən mənim qardaşım və varisimsən.” Əli soruşdu: Səndən mənə nə irs çatır? Cavab verdi: Məndən əvvəl peyğəmbərlər nə irs qoyublarsa.” Büreydə hədisində birmənalı surətdə deyib ki, "onun (s) varisi Əli ibn Əbu Talibdir”
    "Yəvmül-inzar”dakı "dar” hədisi də sənə kifayət edər. Əli (ə) Rəsulullahın (s) elə sağlığında buyurardı: "Allaha and olsun, mən Allahın rəsulunun qardaşı, vəlisi, əmioğlusu və elminin varisiyəm. Bəs kim ona məndən daha yaxındır?” "Bir gün Əlidən soruşdular: Necə oldu ki, əmin oğlundan sənə irs çatır, amma əmindən yox? Cavab verdi: Rəsulullah (s) bir gün Əbdül-Müttəlibin övladları və nəvələrini bir yerə topladı. Hər kəs hazırlanmış yeməyi yeməklə məşğul idi və doyana qədər yesələr də, amma yemək olduğu kimi qalır, sanki heç nə azalmırdı. Bu vaxt Həzrət (s) buyurdu: "Ey Əbdül-Müttəlibin övladları, mən məxsusən sizə, sonra isə, xalqa tərəf peyğəmbər göndərilmişəm. Sizlərdən kim mənə beyət edib mənim qardaşım, rəfiqim və varisim olmaq istəyir?” Heç kəs dinmədi. Mən hamıdan kiçik olsam da, durub razı olduğumu dedim. Mənə buyurdu: "Otur.” Üç dəfə sözünü təkrar etdi və hər dəfə də mən ayağa durdum. Həzrət (s) hər dəfə "otur” desə də, üçüncü dəfə əlini mənim əlimə vurdu (və məni varisliyə qəbul etdi). Elə buna görə də, mənə əmim oğlundan irs çatır, amma əmimdən yox.”
    Hakimin "Müstədrək”də və Zəhəbinin "Təlxis”də verdiyi və onun düzgünlüyünə qətiyyət hasil etdikləri hədisdə, Qüsəm İbn Abbasdan soruşulur: "Necə oldu ki, Əliyə Rəsulullahdan (s) irs çatır, amma sizə yox?” Cavab verdi: "Çünki o, bizim aramızdan ona qoşulan birinci şəxs və bizim ona birləşən və onunla yol yoldaşı olan ən möhkəm adamımız olmuşdur.”
    Mən deyirəm: Hamı çox yaxşı bilirdi ki, Rəsulullahın (s) varisi yalnız Əlidir və əmisi Abbas və ya Bəni-Haşimdən bir kəs deyildir. Bu həqiqətdən şübhəsiz, agah idilər. Amma bu vərasətin əmisi Abbasın, başqa əmi oğlanlarının və qohumlarının yox, əmisi oğlu Əliyə xass olmasından agah deyildilər. Ona görə də bəzən bunu Əlidən və bəzən Qüsəmdən soruşurdular ki, onların cavabını eşitdin və bu sonuncu sənəddir ki, soruşanlara təqdim olunur. Yoxsa, düzgün cavab budur ki, "Böyük Allah yer üzünün adamlarına diqqət yetirdi və onların arasından Məhəmməd (s)i seçdi və onu peyğəmbər etdi, sonra ikinci dəfə diqqət yetirib, Əlini seçdi və Peyğəmbərinə vəhy etdi ki, onu özünün varisi və vəsisi seçsin.”
    Hakim "Müstədrək”in 3-cü cildinin 125-ci səhifəsində Qüsəmdən nəql olunmuş mətləbi qeyd edəndən sonra deyir: "Qazilər qazisi Əbül-Həsən Məhəmməd ibn Saleh Haşimi mənə nəql edib ki, qazi Əbu Ömər deyib: Qazi İsmayıl ibn İshaq Qüsəm ibn Abbasın dediklərini ona danışanda dedi: Varisə ya nəsəb və qohumluq və ya dostluq vasitəsilə irs düşür. Elm əhli arasında heç bir ixtilaf yoxdur ki, əmi olan halda əmi oğluna irs verilsin (və əlavə edir ki,) bu icmaya əsasən məlum olur ki, Əli elmi Peyğəmbərdən irs almış, amma onlar yox.”
    Mən deyirəm: Bu haqda xəbər çoxdur. Xüsusilə, Peyğəmbərin pak Əhli-beyt tərəfindən bizə çatan aydın "nüsus”ları kifayətdir. Vəssalam.
    "Ş”
    ALTMIŞ YEDDİNCİ MƏKTUB
    6 Səfər 1330
    "Vəsayət” bəhsi.
    Sünnilər Əli haqqında vəsiyyəti qəbul etmir və onun "nüsus”undan xəbərsizdirlər. Lütfən, onları xatırladın. Minnətdarıq. Vəssalam.
    "S”
    ALTMIŞ SƏKKİZİNCİ MƏKTUB
    9 Səfər 1330
    "Vəsayət” "nüsus”u.
    "Vəsayət” "nüsus”u Peyğəmbərin (s) pak Əhli-beyti (imamlar) tərəfindən yayılmışdır. Onlardan qeyri-təriqlə 20-ci məktubda gördüklərin sənə kifayətdir. Peyğəmbər (s) əlini Əlinin çiyninə qoyub buyurdu: «هذا اَخي وَ وَصِيّي وَ خَليفَتـي فيكُم فَاسْمَعُوا لَهُ وَ اَطيعُوا» "Bu sizin aranızda mənim qardaşım, vəsim və xəlifəmdir. Onu eşidin və itaət edin.” Məhəmməd ibn Həmid Razi, Səlmə Ərəşdən, İbn İshaqdan, o da Əbu Rəbiə Yadidən, o da İbn Büreyrədən, o da atası Büreyrədən, o da Peyğəmbərdən (s) belə nəql etmişdir: "Hər peyğəmbərin vəsi və varisi vardır. Mənim vəsim və varisim Əli ibn Əbu Talibdir.” Təbərani "Əl-kəbir” kitabında Salman Farsidən nəql etmiş ki, Allahın elçisi (s) buyurdu: "Mənim vəsim, sirdaşım, özümdən sonra vədələrimi sözsüz yerinə yetirən və borcumu ödəməyi tapşırdığım ən yaxşı adam Əli ibn Əbu Talibdir.”
    Bu aydındır ki, o Peyğəmbərin vəsisi və bu da aydındır ki, Peyğəmbərdən sonra ümmətin ən yaxşısıdır. İnsafla yanaşsaq, ağıl sahiblərinə onun xəlifə olması və ona itaətin vacibliyi gizli deyildir.
    Hafiz Əbu Nəim "Hilyətül-Övliya”da Ənəsdən nəql edir ki, Peyğəmbər (s) mənə buyurdu: "Ey Ənəs, sənin yanına bu qapıdan birinci daxil olan kəs pəhrizkarların imamı, müsəlmanların seyyidi, dinin başçısı, övsiyanın sonuncusu və nurluların rəhbəridir.” Ənəs deyir: "Bu vaxt Əli daxil oldu. Allahın elçisi (s) qalxıb, müjdə verirmiş kimi, onunla qucaqlaşdı və ona buyurdu: Sən mənim dinimi əda edən, səsimi xalqa çatdıran, məndən sonra ixtilafları onlara bəyan edənsən.”
    Təbərani "Əl-kəbir” kitabında Əbu Əyyub Ənsaridən xəbər vermişdir ki, Allahın elçisi (s) buyurdu: "Ey Fatimə, bil ki, Allah yer əhlinə nəzər salıb, onların arasından atanı seçdi və peyğəmbərlik taxtına oturtdu. Sonra yenidən nəzər salıb sənin ərini seçdi və mənə vəhy etdi ki, səni onunla evləndirim və onu özümə vəsi seçim.”
    Allahın yerin bütün əhlinin içərisindən Əlini necə seçdiyinə diqqət yetirin, (Peyğəmbəri seçdiyi kimi). Bil ki, vəsilik birbaşa nübüvvətə bağlıdır. Görürsənmi, hətta Allah nəbisinə buyurmuşdur ki, qızını ona verərək onu özünə vəsi seçsin. Axı nə üçün, əvvəlki peyğəmbərlərin xəlifələri onların övsiyalarından başqası olmuşdur? Heç rəvadırmı ki, Allahın seçdiyi son peyğəmbərin vəsisini kənara qoyub, başqasını ondan üstün bilək? Kimin səlahiyyəti vardır ki, belə bir adamın vəlisi və başçısı olsun? Heç ağla sığandırmı ki, xalqın seçdiyi hakimə Allah və Peyğəmbərin seçdiyi şəxs itaət etsin? Necə ola bilər ki, Allah və onun elçisi birini seçə, amma biz başqasını seçək? Halbuki Quran deyir: "Heç bir imanlı kişinin və imanlı qadının Allah və Rəsulu bir hökm verəndə haqqı yoxdur ki, öz işində ixtiyarı olsun. Və Allah və rəsulunun fərmanından boyun qaçıran hər kəs açıqca azğınlığa düçar olmuşdur.” (Əhzab, 36).
    Bu fəzilətlər ardıcıllıqla aşkar olarkən əks qüvvələr, həsəd aparanlar və irəli düşmək istəyənlər başa düşdülər ki, Rəsulullah Məryəmə tay behişt qadınlarının seyyidəsi Zəhranı (ə) Əli ilə evləndirmək istəyir. Ona həsəd edənlərə isə bu, çox ağır gəldi. Xüsusilə, elçilik edib rədd cavabı aldıqları, vaxt dedilər: Bu imtiyaz Əlinin ağıl və üstünlüyünü göstərir. Bundan sonra daha heç kəs ona çatmaz və heç kəs onun məqamına çatmaq tamahını başında gəzdirə bilməz. Bu vaxt boşboğazların ağzına söz salıb, bu barədə plan cızdılar. Öz arvadlarını dünya qadınlarının seyyidəsi Zəhranın yanına göndərdilər ki, onda Əliyə qarşı nifrət oyatsınlar. O cümlədən, Peyğəmbərin pak qızına etdikləri təlqinlərdən biri bu oldu ki, Əli kasıbdır, bir şeyi yoxdur. Amma onların plan və yalanları Zəhraya (ə) gizli qalmadı. Nəhayət, Allah və rəsulunun Əliyə qarşı xüsusi münasibəti həyata keçirildi. Bu o vaxt idi ki, Allahın rəsulu Əlinin düşmənlərini rüsvay etmək üçün onun fəzilətlərini xüsusi olaraq aşkar etmək qərarına gəlmişdi. Zəhra atasına: "Ey Allahın rəsulu (s), məni malı və sərvəti olmayan bir şəxsəmi ərə verdin?” – deyəndə Allahın rəsulu (s) onun cavabını yuxarıda gördüyün kimi verdi (Təbəraninin Əbu Əyyub Ənsaridən nəql etdiyi yuxarıda dediyimiz hədis). Şair deyir:
    «وَ اذا اَرادَ اللهُ نَشْرَ فضيلةٍ طويت اتاخ لها لسان حسود» "Əgər Allah bir fəziləti yaymaq istəsə, elə həsəd edənlərin, tənə vuranların dili ilə onu edər.”
    Xətib "Müttəfəq” kitabında İbn Abbasdan xəbər vermişdir ki, Peyğəmbər (s) Fatiməni Əli ilə evləndirəndə Fatimə ərz etdi: "Ey Allahın rəsulu, məni kasıb və mal-dövlətsiz bir kişiyəmi verdin? Peyğəmbər (s) buyurdu: Razı deyilsənmi? Allah yer üzünün adamları arasından iki nəfəri seçdi: biri atan, o birisi ərin.”
    Hakim "Müstədrək”in 3-cü cildinin 129-cu səhifəsində Əlinin mənaqibində Səric ibn Yunisin təriqiylə, Əbu Həfs Übardan, Əməşdən, Əbu Salehdən, Əbu Hüreyrədən nəql etmişdir ki, Fatimə ərz etdi: "Ey rəsulullah, məni kasıb və sərvəti olmayan Əliyəmi verdin? Peyğəmbər (s) buyurdu: Razı deyilsənmi? Allah yer üzünün adamlarına nəzər saldı və iki nəfəri seçdi, biri atan, biri ərin.” İbn Abbasdan nəql edir ki, Rəsulullah (s) buyurdu: "Razı deyilsənmi? Mən səni elə bir adama verdim ki, ilk müsəlman və müsəlmanların ən biliklisidir. Sən isə ümmətimin qadınlarının seyyidəsisən, necə ki, Məryəm öz ümmətinin seyyidəsi idi. Ey Fatimə, razı deyilsənmi? Allah yer əhlinə nəzər saldı və onların içindən iki nəfəri seçdi: biri sənin atan, o biri sənin ərin oldu.”
    Ondan sonra dünya qadınlarının xanımı üçün kədər və həyat çətinlikləri qarşıya çıxanda Peyğəmbər (s) ona həyatda –təsəlli olsun deyə– Allahın və rəsulunun ona ümmətin ən yaxşı adamı ilə izdivac nemətini xatırladardı. Bu mətləbin şahidi Əhmədin Məqəl ibn Yəsardan "Müsnəd”in 5-ci cildinin 26-cı səhifəsində verdiyi hədisdir: "Peyğəmbər (s) bir dəfə Fatimənin (xəstə olarkən) görüşünə gəldi və buyurdu: Necəsən? Cavab verdi: Allaha and olsun ki, kədər içindəyəm, çətinliyim sonsuz, xəstəliyimsə uzanmışdır. Peyğəmbər (s) buyurdu: Sən razı deyilsənmi ki, mən səni İslamı qəbul edən ilk müsəlmana, onların ən bilicisinə, helm, təvazökarlıq və dərrakədə ən üstününə vermişəm?”
    Bu barədə xəbərlər olduqca çoxdur və bir məktuba sığmaz. Vəssalam.
    "Ş”
    ALTMIŞ DOQQUZUNCU MƏKTUB
    10 Səfər 1330
    "Vəsayət”i inkar edənlərin dəlili.
    Sünnilər "vəsayət”i inkar edirlər. Çünki Buxari "Səhihi”də Əsvəddən belə nəq edir: "Ayişənin yanında söz düşəndə ki, Peyğəmbər (s) Əlini özünə vəsi seçib, soruşdu: Bu sözü kim deyib? Peyğəmbər öləndə sinəmə söykənmişdi. Teşt istədi və bədəni süstləşərək dünyadan köçdü. Mən ondan belə bir söz eşitmədim. Bəs Əlini necə özünə vəsi etdi?”
    Buxari "Səhih”də yenə çoxlu təriqlərlə nəql edir ki, Ayişə həmişə deyirdi: "Peyğəmbər sinəmin üstündə, qucağımda dünyadan getdi.” Fəxrlə deyirdi: "Sinəmə söykənmiş halda dünyadan getdi.” Bəzən deyirdi: "Başı dizimin üstündə olan halda Əzrail nazil oldu.” Elə isə, əgər vəsiyyət etsə idi, ona gizli qalmazdı.
    Müslimin "Səhih”ində Ayişədən belə nəql olunur: "Rəsulullah (s) özündən sonra nə dirhəm, nə dinar, nə qoyun, nə dəvə qoymamış və heç nə vəsiyyət etməmişdir.”
    Hər iki "Səhih”də Təlhə ibn Müsrifdən nəql olunur ki, deyir: "Abdullah ibn Əbu Ovfdan soruşdum: Peyğəmbər vəsiyyət etmişdirmi? Cavab verdi: Yox. Dedim: Axı necə ola bilər ki, ümmətə vəsiyyəti lazım bildiyi halda, amma özü onu tərk etsin?” Dedi: Allahın kitabını vəsiyyət etdi. (Allahın kitabını sifariş etdi).”
    Bu hədislər sizin verdiyiniz rəvayətlərdən daha doğrudur. Çünki bunlar hər iki "Səhih”də verilmiş, amma sizin zikr etdikləriniz yox. Buna görə qarşı-qarşıya qoyulanda bu hədislər daha üstün və etibarlıdır.
    "S”
    YETMİŞİNCİ MƏKTUB
    11 Səfər 1330
    1. Vəsiyyəti inkar etmək olmaz.
    2. Vəsiyyətin inkarına səbəb.
    3. İnkar edənlərin dəlil gətirdikləri rəvayətlər höccət deyildir.
    4. Ağıl və vicdan vəsiyyətə hökm edir.
    1. Peyğəmbərin (s) Əliyə (ə) vəsiyyətini inkar etmək olmaz. Çünki, onu özünün elm və hikmətinin varisi seçəndən sonra Əliyə (ə) vəsiyyət etdi ki, ona qüsl verib, kəfənləsin, dəfn etsin və tapşırıq və vədələrinə sözsüz əməl etsin. Onun borclarını qaytarıb, ondan sonra ümmətin ixtilaflı məsələlərini bəyan etsin. Ümmətinə isə vəsiyyət etdi ki, ondan sonra Əli ümmətin vəlisidir. Əli onun qardaşı, övladlarının (Peyğəmbərin (s) özü dediyi kimi) atası, onun vəziri, sirdaşı, vəlisi və vəsisi, onun elm şəhəri və hikmət evinin qapısıdır. O ümmətin "Hittə qapısı”, amanı və nicat gəmisidir. Ona itaətsizlik Peyğəmbərə (s) itaətsizlik kimi böyük xəta və günahdır. Ona tabe olmaq Peyğəmbərə (s) tabe olmaqdır. Ondan ayrılmaq Rəsulullahdan (s) ayrılmaq kimidir. Əli ilə sübh edən Peyğəmbərlə (s) sülh edib. Onunla müharibə edən Peyğəmbərlə müharibə edib. Peyğəmbər onunla dost olanla dost, düşmən olanla düşməndir. Əlini dost bilən, Allah və rəsulunun (s) dostu, ona kin saxlayan, Allah və rəsuluna (s) kin bəsləyər. Əlinin vilayət və dostluğunu ürəkdən qəbul edən şəxs, Allahın və Peyğəmbərin (s) vilayət və dostluğunu qəbul etmiş, onu düşmən bilən, o ikisini düşmən bilmiş.("Mizanul-Etidal”da onun şərhi-halında yazılıb.)Onu incidən Allah və rəsulunu (s) incitmişdir.(Mizanul-Etidal” və "Vəfayətül-Əyan”da onun şərhi-halında yazılıb.
     ) Kim onu təhqir edib söysə, o ikisini təhqir edib söymüşdür.(Təbəri onu nəql etmiş və Zəhəbi "İbad ibn Yəqub”un şərhi-halında onu zikr gətirmişdir.
     ) O, yaxşıların imamı, yolunu azmışların qatilidir. Ona kömək edən qalib, onu unudan unudular.(O, "Əhli-Rəddə” döyüşündə ordunun əmirlərindən biri olmuşdur. Bunu İbn Həcər "Əl-İsabə” kitabının 1-ci cildində Seyhan ibn Suhanın adını çəkdiyi yerdə qeyd etmişdir.
     ) Müsəlmanların ağası, pəhrizkarların imamı, möminlərin rəhbəridir.(səh. 138.) O, hidayət bayrağı, Allahın övliyalarının imamıdır. Allaha itaət edən nur, işıq, Allahın pəhrizkarlara itaətini lazım bildiyi söz və üsuludur.("Mizanul-Etidal”da yazılmışdır ki, Şəbidən soruşdular: Nə üçün Əlinin əshabələrini söyürsən, halbuki elmi və biliyi onlardan öyrənmisən? Dedi: Kimdən? Dedilər: Harisdən, Səsəədən. Cavab verdi: Düzdür. Səsəə natiq idi, nitqi ondan, Haris hesabı bilirdi, ondan da hesabı öyrəndim.”) O, böyük siddiq, ümmətin faruqu, möminlərin sərkərdəsidir.(Bu məsələni İbn Xəlləkan "Vəfayətül-Əyan”da Tavusun şərhi-halında söyləmişdir.
     ) O, böyük furqan və "zikri-həkim” hökmündədir.(İslamın əvvəllərində şiə müəllifləri və yazıçıları haqqında müxtəsər məlumat və şərhi-haldan ibarətdir.
     ) Onun Rəsulullaha nisbəti Harunun Musaya olan nisbəti kimidir.(6-cı cild, səh. 137.
     )Onun Peyğəmbərə nisbəti Peyğəmbərin Allaha olan nisbəti kimidir(6-cı cild, səh. 39.
     ). O, Peyğəmbərinə başının bədəninə olan nisbəti kimidir.("Mizanül-Etidal”da Əbdür-Rəzzaqın şərhi-halında yazıldığı kimi.) O, Peyğəmbərin canı və ruhu kimidir.(Həmin.)Allah yer əhlinə nəzər saldı və bu ikisini seçdi.(Həmin.)Kifayətdir ki, Ərəfatda "həccətül-vida”da buyurdu: "Onun (s) tərəfindən Əlidən başqa heç kim (göstəriş və hökm) yaymamalıdır.(İnsaflı adamlar bu fəzilətləri nəql etmiş və "Səhih”lərdə ondan fərəhlə danışmışlarsa da, amma nasibilər və xəvaric ona zidd çıxmış. Onların nəql etdikləri rəvayətlərə də qarşı misal Əhməd ibn Əzhərin rəvayətidir ki, hamı onu qəbul etmiş və mötəbər bilmişdir. O deyir: "Əbdür-Rəzzaq xəlvətdə bizə əzbərdən nəql etdi ki, Müəmmər mənə deyib: O, Zəhəbidən, o da Übeydullahdan, o da İbn Abbasdan eşidib ki, Peyğəmbər (s) Əliyə (ə) baxıb buyurdu: Sən həm bu dünyada, həm də axirətdə ağa və seyyidsən. Sənə kin bəsləyən mənə kin bəsləyib, sənin dostun Allahın dostu, düşmənin Allahın düşmənidir. Vay o adamın halına ki, sənə düşmən olsun!” Bu hədisi Hakim "Müstədrək”in 3-cü cildinin 128-ci səh.-də yazmış və demişdir ki, bu hədis "Şeyxeyn”in (Buxari və Müslim) şərtinə əsasən doğrudur. Yenə Əbdür-Rəzzaq Müəmmərdən, o, İbn Nəcidən, Mücahiddən, o da İbn Abbasdan eşidib ki, Fatimə atasına ərz etdi: "Məni yoxsul adamamı ərə verirsən? Allahın rəsulu buyurdu: Razı deyilsənmi? Halbuki Allah yer əhlinə nəzər saldı və onların arasında iki nəfəri seçdi: bir atanı, bir də ərini.”) Bunlar Əlidən və Peyğəmbər məqamına layiq olanlar başqa heç kimə aid deyildir.
    Bütün bunlardan sonra hansı ağıllı bir insanın onun vəsiyyətini inkar etməyə haqqı vardır?! Bu işdə qərəzi olandan başqa heç kəsin! Çünki vəsiyyətdə bir sıra nüfuzlu işlərin öhdədarlığı qeyd olunmuşdu ki, qərəzli adamlar ona göz yuma bilməzdilər!
    2. Amma vəsiyyəti inkar edən "məzhəbi ərəbə”nin davamçılarından bəziləri güman etmişlər ki, "vəsayət” xüləfayi-səlasə (üç xəlifə) ilə uyğun gəlmir. Bu isə təəssübkeşliyin əlamətidir.
    3. Sünnilər bu məsələdə bizim qarşımızda mübahisə edə bilməzlər. Amma Buxari və başqaları Təlhə ibn Misrəfdən nəql etmişlər ki, Abdullah ibn Əbu Ovfadan soruşdu: "Peyğəmbər vəsiyyət etmişdimi?” Cavab verdi: "Yox.” Ona dedim: "Necə, oldu özü vəsiyyət etməyi xalqa vacib bildi, amma özü onu tərk etdi?” Cavab verdi: "Allahın kitabını sifariş etdi.” Bu hədis ağ yalandır və bizim üçün heç bir etibarı yoxdur. Göründüyü kimi bu hədis o dövrün siyasətinin tələbinə uyğundur. Bizim əlimizdə yetərincə pak Əhli-beyt tərəfindən vəsiyyət haqqında deyilmiş düzgün hədis və xəbərlər vardır. Buna görə də, onlara əks olan hər bir şeyi divara vurmaq lazımdır və heç vaxt mötəbər sayılmayacaq.
    4. Bütün deyilənlərlə yanaşı, vəsiyyətin bürhan və sübuta ehtiyacı yoxdur, çünki ağıl və vicdan ona hakimdir(Mən deyirəm: Bu hədisi Hakim "Müstədrək”in 3-cü cildinin 129-cu səhifəsində Sərih ibn Yunisin vasitəsilə Əbdül-Həfs, Əməş, Əbu Saleh, o da Əbu Hüreyrədən "məruf” şəkildə nəql etmişdir.
     )və şair demişkən: "Gücü olan öz ayağı üstə dura bilər. Necə ki, günəşin işıqlı olduğunu sübut etmək də faydasızdır.”
    Amma Buxarinin İbn Əbu Ovfadan verdiyi ki, "Peyğəmbər (s) Allahın Kitabını sifariş etmişdir”, doğrudur. O, Peyğəmbərin (s) bütün vəsiyyətini nəql etməmişdir. Peyğəmbər (s) "səqəleyn”ə arxalanmağı da birlikdə vəsiyyət etmiş və ümmətindən tələb etmişdi ki, hər iki ipdən birgə tutsunlar. Və ümməti qorxutdu ki, onlara arxalanmasalar, yollarını azmış olacaq və xəbərdarlıq etdi ki, bu ikisi (Quran və Əhli-beyt) hovuzun kənarına gələnə qədər bir-birindən ayrılmayacaqlar.(Nalayiq əməllər Müaviyə və tüğyan edən sitəmkar firqəsindən savayı başqalarında tapılmaz. Əbdür-Rəzzaq İbn Üyəynədən, o da Əli ibn Zeyd ibn Cəzandan, o da Əbu Nəzrədən, o da Əbu Səiddən mərfu şəkildə rəvayət edir ki, Peyğəmbər (s) buyurub: «اذا رايتم معاوية علي منبري فاقتلوه» "Müaviyəni mənim minbərimdə görən zaman onu öldürün.”)
    Peyğəmbərin (s) pak Əhli-beyti təriqiylə bu haqda düzgün xəbərlər deyilmişdir. Amma qeyri-Əhli-beyt təriqiylə 8 və 54-cü məktublarda verdiklərimiz sizə bəsdir. Vəssalam.
    "Ş”
    YETMİŞ BİRİNCİ MƏKTUB
    10 Səfər 1330
    Nə üçün "Ümmül-mömininin” hədisində Peyğəmbərin (s) zövcələrinin ən yaxşısına etiraz edirsən? Onun səbəbi nədir?
    Allah səni bağışlasın, nə üçün Ümmül-mömini, Peyğəmbərin zövcələrinin ən yaxşısını saya salmadın? Niyə ondan üz çevirib, hədisini qulaq ardına vurdun və onu unutdun? Halbuki onun sözü həlledici, hökmü ədalətli olardı. Eyni zamanda deməyə faktın varsa, ehtiramla qarşılayarıq və düzlüyünə sübutun olsa, biz də diqqət yetirərik. Vəssalam.
    "S”
    YETMİŞ İKİNCİ MƏKTUB
    12 Səfər 1330
    1. O, Peyğəmbərin zövcələrinin ən yaxşısı deyildi.
    2. Onların ən yaxşısı "Xədicə”idi.
    3. Ayişənin hədisinə etirazın qısa şərhi.
    Ümmül-möminin Ayişənin özünəməxsus məqamı və yeri olmaqla bərabər, deməliyəm ki, o, Peyğəmbərin (s) zövcələrinin ən yaxşısı deyildir. Ayişə Peyğəmbərin (s) zövcələrinin ən ağıllısı və ən yaxşısı necə ola bilər ki, özünün nəql etdiyi düzgün hədisə əsasən, deyir: "Bir gün Peyğəmbər (s) Xədicəni xatırlayarkən mən ona eyib tutub dedim: O ki, qoca bir qadın idi. Allah ondan da yaxşısını sənə vermişdir. Peyğəmbər (s) buyurdu: Allah ondan yaxşısını mənə inayət etməmişdir. Çünki xalq məni təkzib edəndə, o məni öz malına, dövlətinə şərik etdi, məni məhrum edəndə Allah ondan mənə övlad əta etdi, başqasından yox.” Yenə Ayişədən nəql olunur: "Rəsulullah Xədicəni xatırlamamış və ona salam göndərmədən evdən çıxmazdı. Bir gün onu xatırlayarkən, qadınlıq qeyrəti məni təhrik etdi və dedim: O qoca qadında nə görmüsən, axı? Allah onun əvəzinə sənə ondan da yaxşısını vermişdir. Həzrət elə hirsləndi ki, hətta tükləri titrəyirdi. Dedi: Yox, Allaha and olsun ki, ondan yaxşısını Allah mənə verməmişdir! O mənə o vaxt iman gətirdi ki, xalq kafir idi, onlar məni təkzib edəndə o məni təsdiq etdi, öz mal-dövlətiylə mənə kömək etdi, məni məhrum edəndə Allah ondan mənə övladlar verdi. Halbuki başqa qadınlardan (övladdan) məhrum oldum.”
    2. Buna əsasən, Peyğəmbərin (s) zövcələrindən ən yaxşısı Xədiceyi-Kübra bu ümmətin siddiqəsi və Allaha iman gətirən, Allahın kitabını təsdiq edən, Peyğəmbərə malıyla kömək edən ilk qadındır. (Buna görə görürük ki,) Peyğəmbərə vəhy gələrkən Xədicəyə müjdə verib dedi ki, behiştdə mirvari və zümrüddən evi var və onun başqa qadınlardan üstünlüyünə toxunaraq buyurdu: "Behiştin ən üstün qadınları Xədicə Xüveylid qızı, Fatimə Məhəmməd qızı, Asiyə Müzahim qızı və Məryəm İmran qızıdır. Həmçinin buyurmuşdur: "Dünyanın ən yaxşı qadınları dörd nəfərdir.” Sonra həmin dörd nəfəri saydı. Yenə buyurmuşdur: "Dünyanın qadınlarından Məryəm İmranın qızı, Xədicə Xüveylid qızı, Fatimə Məhəmməd qızı və Fironun arvadı Asiyəni yaxşılıqla yada salmaq olar.”
    Bu qəbildən çoxlu rəvayətlər gəlib çatmışdır ki, Peyğəmbərdən nəq olan ən düzgün hədislərdir. Hətta Xədicəni də nəzərə almasaq, yenə da demək olmaz Ayişə Peyğəmbərin (s) digər zövcələrindən üstündür. Bizə gəlib çatan sünnə və xəbərlər də Ayişənin Peyğəmbərin başqa zövcələrindən üstünlüyünü deməkdən imtina etmiş və ağıl sahiblərinə də gizli deyildir. Bəli, bəzən özü fikirləşirdi ki, başqalarından üstündür. Amma Peyğəmbər (s) onu imzalamırdı. Bunu Ümmül-mömininlə Səfiyyə (Həyyin qızı) arasında baş vermiş hadisədən də başa düşmək olar. Əhvalat belədir: "Peyğəmbər (s) bir gün Səfiyyənin yanına daxil olub gördü ki, o, ağlayır. Soruşdu: Nə üçün ağlayırsan? Cavab verdi: Mənə xəbər çatdı ki, Ayişə və Həfəsə məndə eyib axtarır və deyirlər: Biz Səfiyyədən yaxşıyıq. Rəsulullah (s) buyurdu: Nə üçün soruşmadın ki, sizin məndən nəyiniz yaxşısınız? Halbuki, atam Harun, əmim Musa və ərim Məhəmməddir.”
    Ümmül-möminin Ayişənin hərəkətlərinə, işinə və sözünə diqqət yetirib onu tədqiq edən görər ki, o, bizim dediyimiz kimidir.
    3. "Vəsayət” haqqında Ayişənin hədisinə fikir verməməyimiz də ona görə idi ki, onun sözü höccət deyildir və mən xahiş edirəm ki, bu məsələnin təfsilini məndən istəməyəsiniz. Vəssalam.
    "Ş”
    Category: Əl-Muraciat | Added by: Islam_Kitabxanasi
    Views: 686 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024