İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 9
Qonaqlar 9
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Əl-Muraciat

    Əl-Muraciat
    2011-12-30, 7:19 AM
    YETMİŞ ÜÇÜNCÜ MƏKTUB
    13 Səfər 1330
    Ayişənin hədisindən imtinanın səbəbinin təfsilatı.
    Mən sizi yalan və riyadan uzaq, əsassız və qüsurlu sənəd təqdim etməyən, dəlilsiz münasibət göstərməyən adam bilirəm. Siz çox yüksək bir məqamda dayanıbsınız ki, varlıq qülləniz bədbinlik seli, sui-zənn, pis fikir və töhmətdən uzaqdır.
    Mən də şükür Allaha, ara vuran, məkrli və hiyləgər deyiləm. Nə adamların büdrəmələrini axtarır, nə də eyib və gizli sirrləri bilmək istəyirəm. Həqiqət dalısıycayam və onun ardınca gəzirəm. Buna görə də sənə sualım heç cür tərk edə bilmədiyim şeylərin təfsilatı haqqındadır və bundan sonra sizin müsbət cavabınız da, artıq o dərdə çarə edən deyildir. Necə deyərlər, sən arxayınlıqla işinə davam et və başqasıyla işin olmasın. Mən aramızda bu ayəni (Bəqərə, 159) vasitə edirəm: إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنزَلْنَا مِنَ الْبَيِّنَاتِ وَالْهُدَى مِن بَعْدِ مَا بَيَّنَّاهُ لِلنَّاسِ فِي الْكِتَابِ أُولَـئِكَ يَلعَنُهُمُ اللّهُ وَيَلْعَنُهُمُ اللَّاعِنُونَ "Kitabda (Tövratda) insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələri və doğru yol göstərən ayələrimizi gizlədən kimsələr Allahın lə’nətinə düçar olar və bütün lə’nət edə bilənlər də onlara lə’nət oxuyar.”
    Vəssalam.
    "S”
    YETMİŞ DÖRDÜNCÜ MƏKTUB
    15 Səfər 1330
    1. Ayişənin hədisindən imtinanın səbəblərinin təfsili.
    2. Ağıl "vəsayət”ə hökm edir.
    3. "Peyğəmbərin (s) onun (Ayişənin) yanında ölmüşdür” – iddiasına qarşı sənəd vardır.
    1. Allah sənə kömək olsun, təfsilata görə çox israr etmisən. Halbuki sənin ona ehtiyacın yoxdur. Çünki, bilirsən ki, bizə nə olubsa, elə oradan başlayır, "vəsayət”in aradan götürülməsi, "nüsus”un pozulması, hər nə zərbə oradandır. Fitnə oradandır, xüms, irs, "nihlə” və "hibə”nin yox olmasının ibtidası oradandır. Oradan(Mizanül-Etidal”da Əbdür-Rəzzaqın şərhi-halında yazıldığı kimi) başlayaraq Əmirəl-mömininlə (ə) döyüşə girişdilər və ölkəni almaq, Həzrətin hökumətini yıxmaq üçün çoxsaylı qoşun yığdılar. Nə isə, ötənə güzəşt deyərlər və sən də yaxşılığa yoz, cərəyanı soruşma.
    Belə isə, "vəsayət”in inkarında Ayişənin sözünü necə qəbul etmək olar, halbuki o, Əliyə qarşı qatı düşmən idi. Bu isə iddianı onun özü ilə isbat etməkdir ki, heç bir insaf sahibindən gözlənilməz. Onun Əli (ə) ilə müxalifəti bununla bitmir. "Vəsayət”in inkarı məsələsi "Cəməli-Əkbər”(

    "Mizanül-Etidal”da şərhi-halında yazıldığı kimi.

    )
     döyüşünün müqabiləndə çox sadə bir şeydir. Bu iki döyüş ürəklərdəki qərəzləri üzə çıxartdı, örtülü sirlərin üstünü açdı! Bu iki nümunə onun öz vəlisi, Peyğəmbərin vəsisi Əli ilə münasibətinin müharibədən əvvəl və müharibədən sonra işıqlandırılması üçün kifayət edər. Hətta o vaxt Həzrətin şəhadət xəbəri ona çatanda, şükür səcdəsi edib bu beyti demişdi:(İmam Sadiq (ə) 148-ci ildə 65 yaşında vəfat etmişdir.
     )
    «فَاَلْقَتْ عصاها وَ استقَرَّتْ بها النَّوي كما قُرَّ عيناً بالاياب المسافر» "Əsanı yerə atıb qapıda dayandı. Necə ki, müsafir qayıdandan sonra gözlər sevincdən dolar.”
    Əgər istəsən, sənə Ayişənin sərgüzəştlərindən başqa nümunələr danışaram ki, onun İmama qarşı necə soyuq münasibəti olduğunu(Çünki imam Cavad (ə) 220-ci il 25 yaşında şəhid olmuşdur. Əbdür-Rəzzaqın imam Baqirdən (ə) rəvayət nəql etməsi isə səhvdir. Çünki imam Baqir (ə) 114-cü ildə 57 yaşında, Əbdür-Rəzzaqın təvəllüdündən 12 il əvvəl vəfat etmişdir.
     ) və Əlinin (ə) vəsi olmasının ona necə əzab verdiyini biləsən.
    Ayişə deyir: "Rəsulullah (s) xəstə ikən dərdi gücləndiyindən iki nəfər qoluna girmiş halda evdən bayıra çıxırdı və ayaqlarını da çəkirdi. Bu iki nəfərin biri Abbas ibn Əbdül-Müttəlib, biri də başqası idi.(212-ci səhifə)Ayişədən bu xəbəri nəql edən Übeydullah ibn Abdullah ibn Ütbə ibn Məsud deyir: "Ayişənin bu sözünü Abdullah İbn Abbasa dedim. İbn Abbas dedi: Heç bilirsən, Ayişənin adını çəkmədiyi o başqa birisi kim idi? Dedim: Yox. Dedi: Əli ibn Əbu Talib idi. Sonra İbn Abbas əlavə etdi: Ayişənin Əlidən xoşu gəlmirdi və heç vaxt istəmirdi ki, Əlinin adı yaxşılıqla xatırlansın.”
    Mən deyirəm: Əgər Ayişə heç vaxt Əlinin yaxşılıqla xatırlanmasını və onun adının Peyğəmbərlə bir addımlayanların sırasında çəkilməsini istəməyibsə, heç istəyərdimi ki, başdan-başa yaxşılıq və xeyir olan "vəsayət”dən danışılsın?
    İmam Əhməd "Müsnəd”in 6-cı cildinin 113-cü səhifəsində Əta ibn Yəsardan Ayişənin haqqında belə nəql edir: "Bir nəfər Ayişənin yanına gəlib, Əli və Əmmardan qeybət etdi. Ayişə dedi: Əli barədə sənə heç nə demirəm, amma Əmmarın haqqında, mən Rəsulullahdan (s) eşitmişəm, deyirdi: Əmmar iki iş qarşıya çıxdıqda, həmişə haqq tərəfi seçər. Çünki onda böyüklük və doğruluq daha çoxdur.”
    Aman Allah, Ümmül-möminin Əmmarın qeybətindən həzər edir. Çünki, eşitdiyinə görə Peyğəmbər onun haqqında buyurmuşdur: "Əgər iki məsələ qarşıya çıxsa, Əmmar ikisindən hansının haqqa yaxın olanını seçə.” Amma Peyğəmbərin qardaşı, vəlisi, dostu, sirdaşı, qəza işlərində ümmətin ən biliklisi, elm şəhərinin qapısı, Allah və Rəsulunu sevən, Allah və rəsulunun sevimlisi, ilk müsəlman, imanda hamıdan irəli, onların ən biliklisi, fəzail və mənaqibdə hamıdan üstün olan Əli haqda qeybətdən həzər etmir! (Bəli, əlbəttə, belə şəxsə qarşı əsla qeybətdən həzər etməz.)
    Ay tövbə! Guya, Əlinin Allah dərgahında olan məqam və yerindən, Rəsulullahın (s) qəlbindəki mövqeyindən xəbərsizdir. Sanki, onun İslamdakı yüksək mövqeyinin, o yoldakı çətinlik və əziyyətlərinin və o alicənabın çətinliklərə dözməsinin şahidi olmamışdır. Guya, Ayişə Allahın kitabında və Peyğəmbərin sünnəsində Əli (ə) haqqında heç bir şey eşitməmiş və onu Əmmarla bərabər tutur.
    Allaha and olsun ki, onun sözü məni yaman heyrətə gətirdi və təəccübləndirdi: "Peyğəmbər sinəmə söykənmiş halda idi. Teşt istədi və bədəni süstləşərək dünyadan getdi. Belə olan surətdə, bilmirəm Əlini necə vəsi seçdi?”
    Mən bilmirəm, onun sözünün hansı tərəfinə irad tutum. Çünki, tamamilə qüsurludur. Kaş, bir adam mənə başa sala ki, Ayişənin təsvir etdiyi o hadisə həzrətin vəsiyyət etmədiyinə necə dəlildir?! Ümmül-mömininnin fikri belədir ki, yalnız ölən vaxt vəsiyyət düzgündür və başqa vaxt da düzgün deyildir? Lakin bu məsələ qətiyyən səhvdir. Həqiqətlə mübarizəyə qalxan adamın dəlili də (hər kim olsa belə) süst olar. Məgər böyük Allahın Qurani-kərimdə peyğəmbərinə (s) xitabı bu deyilmi ki, buyurur: كُتِبَ عَلَيْكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ الْمَوْتُ إِن تَرَكَ خَيْرًا الْوَصِيَّةُ "Sizə vacib oldu ki, sizlərdən birinin ölümü çatanda (bir şey (mal) qoyubsa) vəsiyyət etsin.”(İbn Qüteybənin "Maarif” kitabının 176-cı səhifəsində yazıldığı kimi.
     )
    Ümmül-möminin Peyğəmbərin Allahın kitabının fərmanına müxalif olduğunu və onun ehkamlarından üz çevirdiyinimi güman edir? "Nəuzubillah”, "haşa lillah!” Əksinə, o yaxşı bilirdi ki, Rəsulullah (s) hər bir addımını Quranın fərmanına əsasən atır, ona itaət edir, onun əmrləri və nəhylərinə hamıdan artıq əməl edir. Belə ki, son dərəcə itaətkarlıqla hər bir işdə onun bütün göstərişlərinə əsaslanır və mən Ayişənin o Həzrətdən bu hədisi eşitməsinə şübhə etmirəm:(Bu məlumat babası Səd ibn Cənadənin "Əl-İsabə”nin 1-ci cildinin əvvəlində qeyd olunub.) "Vəsiyyətə qabil şeyi olan müsəlman vəsiyyətsiz iki gecə qabaqdan yatmamalıdır.” Şübhəsiz, o, bu və buna oxşar hədisləri eşitmişdir. Çünki Həzrətin vəsiyyət haqqında ciddi əmrlər verməsi şübhəsizdir və Həzrətə və Allahın peyğəmbərlərindən heç birinə caiz deyildir ki, bir şeyə əmr etsin, amma özləri ona əməl etməsinlər və ya bir şeyi qadağan etsin, özləri onun icrasından imtina etməsinlər. Allah belə bir şəxsi özünə peyğəmbər seçməz.
    Amma, Müslim və başqalarının Ayişədən nəql etdinləri "Rəsulullah (s) nə bir dirhəm, nə bir dinar, nə bir qoyun, nə bir dəvə və... xülasə, heç bir şey vəsiyyət etmədi” – xəbərləri də etibarsızdır. Çünki demək olmaz ki, o Həzrət həqiqətən heç nə qoymadı və onun heç bir şeyi yox idi. Bəli, o dünya malından dünya əhlinin qoyduqları qədər mal qoymadı. Çünki o, ən zahid bəndə idi və borclu halda Allaha qovuşdu.(12-ci cild, 116-cı səhifəyə müraciət olunsun.
     ) Vədlər vermişdi və yanında əmanətlər var idi ki, gərək vəsiyyət edəydi. Malından o qədər qoydu ki, borclarına çatsın və vədlərinə əməl olunsun və az miqdar da varisinə qalsın.
    Bu səhih rəvayətlər dəlildir ki, Zəhra nahaq yerə irs tələb etməmişdi.(Bəziləri səhvən onu Hazim qeyd ediblər.)
    2. Bütün bunlardan əlavə, Peyğəmbər (s) bir sıra şeylər qoymuşdu ki, onlar haqqında mütləq vəsiyyət etməli idi. Elə şeylər idi ki, bu baxımdan heç kəs onunla müqayisə oluna bilməz. O, Allahın son peyğəmbəri kimi inkişaf başlanğıcında olan sonuncu dini qoyub gedirdi. Burada vəsiyyətin əhəmiyyəti qızıl, gümüş, ev, bağ, torpaq, heyvan və sürüdən qat-qat artıq idi. Ümmət belə belə bir vaxtda bir yetim tək onun vəsiyyətinə möhtac idi ki, mütləq o Həzrətin tərəfindən bir canişin onların din və dünya işlərinin idarəsini öhdəsinə alaydı. Ola bilməzdi ki, Rəsulullah (s) inkişafın başlanğıcında olan dinini istənilən kəsin həvayi-nəfsinə tapşıra və ya şəriət və qanunların hifzində başqalarının rəy və fikirlərinə arxalana və yaxud ümmətin din və dünya işlərini vəsi və başçısız, etimad olunmalı "ümumi naibliyi” təyin etməyib gedə. Nəuzubillah, heç mümkündürmü Allah ona vəhy edəndən sonra vəsiyyəti tərk etsin, amma özü ümmətindən ciddi surətdə vəsiyyəti tələb etsin?!
    Buna görə də insaflı ağıl vəsiyyətin inkarı fikrinə məhəl qoymur, hətta onu inkar edən böyük şəxsiyyət olsa da. Hələ Peyğəmbər (s) Məkkədə İslama dəvətin əvvəlində وَأَنذِرْ عَشِيرَتَكَ الْأَقْرَبِينَ – ayəsi (Şüəra, ayə 214) nazil olanda artıq Əlini vəsi seçmişdi (20-ci məktubda izah etdiyimiz kimi). Bundan sonra həmişə vəsiyyətini təkrar edər, dəfələrlə ona təkid edərdi. Bir çox məsələ ilə əlaqədar buna əvvəldə də işarə etmişdik. Hətta can verəndə (atam-anam ona fəda olsun) istədi ki, ümmət Əliyə olan vəsiyyətini yazılı olaraq bildirsin, vəsiyyətin bəndlərini daha qəti, mətnini daha mükəmməl etsin. Elə ona görə də buyurdu: «ائْـتوني اَكتُبْ لكم كتاباً لن تضلّوا بعدَه ابدا» "Gətirin (kağız-qələm) sizə bir şey yazıb qoyum ki, heç vaxt yolunuzu azmayasınız.” Amma onlar Həzrətin yatağının kənarında mübahisə etməyə, çəkişməyə (dava-dalaş salmağa) başladılar (halbuki Peyğəmbərin yanında mübahisə etmək əsla olmazdı). Dedilər: "Peyğəmbər (nəuzubillah!) həzyan deyir (sayıqlayır).”(5-ci cild, səh. 381.
     )Peyğəmbər (s) bildi ki, bundan sonra onun Əli (ə) haqqında yazılı sözünün fitnədən başqa bir əsəri olmayacaqdır. Buna görə də onlara "Qalxın” – deyə buyurdu və vəsiyyətini yalnız dildə söyləyərək əhd-peymanlarını sona çatdırdı. Bu vəziyyətdə (ölüm vaxtı) üç şeyi vəsiyyət etdi: "Əlini ümmətin vəlisi və başçısı bilsinlər, müşrikləri ərəb yarımadasından xaric etsinlər və Mədinəyə müxtəlif qəbilələr tərəfindən ezam olunan dəstə və heyətləri özü mükafatlandırdığı kimi mükafatlandırsınlar...” Amma o gündən sonra iqtidar və siyasət hakimləri hədisçilərə Peyğəmbərin vəsiyyətinin birinci hissəsini deməyə icazə vermədilər və belə düşündülər ki, daha elə-beləcə unudulacaq. Buxari sonu "Peyğəmbər həzyan deyir”(Ona İbn Firuz, İbn Firuzan və İbn Əli də deyilib.
     ) – cümləsindən ibarət olan hədisində yazır: "O həzrət vəfat edərkən üç şeyi vəsiyyət etdi: Müşrikləri ərəb yarımadasından xaric edin və qəbilələr tərəfindən göndərilən heyətlərə mən mükafat verdiyim kimi mükafat verin.” Sonra demişdir: "Onun üçüncü bəndi unudulub.” Müslim və başqa "sünən” əshabı və "məsanid” yazanlar da belə demişlər.
    3. Amma Ümmül-mömininnin "Peyğəmbər (s) Allaha mənim sinəmə söykənmiş halda qovuşdu” – sözü, "Peyğəmbər (s) Allaha qardaşı və vəsisi Əli ibn Əbu Talibin ağuşunda qovuşdu” kimi sabit və şübhəsiz rəvayətlərlə ziddiyyət təşkil edir. Bu məsələdə pak Əhli-beyt imamlarının doğru və mütəvatir hədislər və onlardan başqa sünnilər tərəfindən çatmış düzgün rəvayətlərə (tədqiqatçıların ondan xəbəri olduğu kimi) şübhə yoxdur. Vəssalam.
    "Ş”
    YETMİŞ BEŞİNCİ MƏKTUB
    17 Səfər 1330
    1. Ümmül-mömininə atifə (daxili hisslər) hakim deyildir.
    2. "Hüsn və əqli qəbahət”ə(201- 204-cü səh.-də deyilmişdir.
     ) yer yoxdur.
    3. Ümmül-mömininin dediklərinin ziddiyyəti haqqında.
    1. Siz Ümmül-mömininin sərih hədisinin inkarında iki şeyə əsaslanmışsınız:
    Birinci budur ki, sizin düşündüyünüz kimi, onun imam Əliyə qarşı kini vəsiyyəti inkar etməyə səbəb olmuşdur.
    Amma bunun cavabını onun müsbət davranış və həyatında axtarmalıyıq ki, Peyğəmbər (s) haqqında hədislərin nəqlində müsbət meyl, məhəbbət görünür və kin və qərəzçilikdən uzaqdır. Deməli, Rəsulullah (s) haqqında dediklərində günahkar deyildir. İstər onun sözü marağı olan adama aid olsun, ya onunla düşmən olana. Allah eləməsin və haşa ki, hissə qapanıb Peyğəmbər haqqında həqiqəti olmayan hədis nəql etsin və öz qərəzini həqiqətən üstün tutsun.
    2. İkincisi budur ki, ağıl öz-özlüyündə, sizin fikirləşdiyiniz kimi, onun sözünün təsdiqindən imtina edir. Çünki doğrudan da, onun məzmunu ağlasığmazdır. Peyğəmbərə layiq deyil ki, əziz və cəlallı Allahın inkişafın başlanğıcında olan dinini və bu dinə təzə qoşulan bəndələrini eləcə onların özünə tapşırıb vəsisiz, başlı-başına qoysun və aralarından getsin.
    Amma bu, o vaxtdır ki, biz "hüsn və ağıl qəbahəti”ni qəbul edək (yəni qəbul edək ki, ağıl zatən yaxşı və pisi dərk edir). Halbuki sünnilər bu qaydanı qəbul etmirlər. Çünki, onların nöqteyi-nəzərincə ağıl zatən hüsnə aid heç bir fikir aşılamır, qəbahət və pisliyə də mütləq şəkildə heç nə hökm vermir. Əksinə, bütün işlərdə hüsn və qəbahətə hakim olan yalnız şəriət qanunlarıdır, vəssalam. Yəni, şəriətin yaxşı dediyi yaxşıdır, pis dediyi isə pisdir və ağılın bu barədə heç vəchlə etibarı yoxdur.
    3. Amma 74-cü məktubun sonunda Ümmül-mömininin Peyğəmbərin ölüm zamanı onun sinəsinə söykənməsinin rəddi haqqında verdikləriniz dəlilsizdir. Cavab budur ki, sünni təriqiylə ona zidd olan bir hədis belə bilmirik. Əgər sizin yanınızda varsa zikr edin. Vəssalam.
    "S”
    Category: Əl-Muraciat | Added by: Islam_Kitabxanasi
    Views: 674 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024