İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əl-Muraciat

    Əl-Muraciat
    2011-12-30, 7:15 AM
    HƏŞTAD ALTINCI MƏKTUB
    8 Rəbiəl-Əvvəl, 1330
    1.Cümə axşamının müsibəti.
    2. Peyğəmbərin (s) onlara əmr etdikdən sonra (bu işdən) əl götürmələrinin səbəbi.
    1. Onların "nəss”ə boyun əymədikləri halları hesaba gəlməz. Bu hallardan yalnız birinə – hədisələrin ən məşhuru və müsibətlərin ən böyüyü olan cümə axşamı gününün müsibətinə diqqət etmək kifayətdir.
    "Sihah” yazanlar və başqa "sünən” yazıçılarının hamısı bu hadisəni nəql etmiş və tarix, sirə və xəbər yazanların hamısı ondan xəbər vermişlər. O cümlədən Buxari öz sənədi ilə(Şüəra”, 214.) Übeydullah İbn Abdullah ibn Ütbə İbn Məsuddan, o da İbn Abbasdan nəql etmişdir: "Peyğəmbər (s) can verəndə bir qrup adam, o cümlədən Ömər ibn Xəttab o Həzrətin evində idilər. Peyğəmbər (s) buyurdu: «هَلُمَّ اَكْتُب لَكُم كِتاباً لا تَضِلّوُا بَعْدَهُ» Kağız-qələm gətirin ki, sizə (son vəsiyyətimi) yazım. Yazım ki, məndən sonra heç vaxt yolunuzu azmayasınız.(səh. 217, müxtəlif sənədlərlə.
     )Bu vaxt Ömər dedi: Dərd ona üstün gəlib. Mən deyirəm Quran sizin aranızdadır. Allahın kitabı bizə kifayət edər. Ora toplaşanlar arasında ixtilaf düşdü və iş çəkişmə və düşmənçiliyə gəlib çıxdı. Bəziləri deyirdi: Yaxınlaşın (və kağız-qələm hazırlayın ki,) Peyğəmbər (s) sizə yazsın ki, ondan sonra yolunuzu azmayasınız. Bəziləri isə Ömərin sözünü təkrarlayırdı. Peyğəmbərin (s) yanında hay-küy və ixtilaf artanda onlara buyurdu: Gedin buradan.” İbn Abbas həmişə bu sözü deyərdi: "Bütün müsibətlər o vaxt baş verdi ki, Peyğəmbərə (s) mane oldular və hay-küy salaraq qoymadılar ki, lazım olan mətləbləri onlar üçün yazsın (açıqlasın).”
    Bu hədisin, düzgünlüyü və o hadisənin baş verməsi haqda heç bir söz və şübhə yeri yoxdur. Buxari onu öz "Səhih”ində neçə yerdə nəql etmiş,(səh. 22)"vəsiyyətlər”in axırında onu zikr etmişdir.(səh. 116)Əhməd "Müstədrək”də(Necə ki, İbn Əbil-Hədidin "Nəhcül-bəlağə şərhi”nin (Misir çapı) 3-cü cildinin 263-cü səh.-də gəlmişdir. Amma "Nəqzül-Osmaniyyə” haqq yolunu axtaran hər bir tədqiqatçıya lazım olan misilsiz kitablardandır. Bu mövzu İbn Əbil-Hədidin "Nəhcül-bəlağənin şərhi”nin 3-cü cildində "Qasiə” xütbəsinin sonunda 257-281-ci səh.-də gəlib.
     ) İbn Abbasdan və başqa "sünən” və "əxbar” yazanlar da onu nəql etmişlər. Amma onu nəql edəndə (yalnız əhvalatı söyləyərək) dəyişdirmişlər. Çünki Ömərin öz əsl sözü belə olub: «اِنَّ النَّبيَّ يَهْجُرُ» "Peyğəmbər sayıqlayır, ağlı başında deyil.” Amma onlar belə vermişlər: «اِنَّ النَبيَّ قَدْ غَلَبَ عَلَيْهِ الْوَجَعُ» "Dərd Peyğəmbərə üstün gəlmişdir.” Bu təhrif, ifadəni düzəltmək və qəbahəti azaltmağa xatir olmuşdur. Bunun sübutu Əbu Bəkr Əhməd ibn Əbdül-Əziz Cövhərinin "Səqifə” kitabında İbn Abbasdan gətirdiyi hədisdir: "Peyğəmbər (s) can verərkən evdə bir qrup kişi var idi. Ömər ibn Xəttab da orada idi. Rəsulullah (s) buyurdu: Mürəkkəb və kağız gətirin ki, məndən sonra yolunuzu heç vaxt azmamağınız üçün sizə yazılı surətdə bir şey qoyum. Ömər bu vaxt belə dedi: Dərd Peyğəmbərə üstün gəlmişdir. Sonra əlavə etdi: «حَسْبُنا كِتابُ الله» Allahın kitabı bizə kifayətdir. Evdə olan adamlar arasında ixtilaf və narazılıq yarandı. Bəziləri dedi: Gətirin və yaxın gəlin ki, Peyğəmbər sizin üçün yazsın. Bəziləri də Ömərin dediyini təkrarladı. Ləyaqətsiz sözlər və ixtilaf şiddətlənəndə Peyğəmbər hirsləndi və buyurdu: «قوموا» Mənim yanımdan durun.” Aydın görürsünüz ki, ərz edənlər Ömərin eyni sözlərini yox, uyğun mənasını nəql ediblər. Ona dəlil budur ki, müxalif şəxsin (Ömər) adını çəkməyən ikinci qrup tədqiqatçılar söylənmiş ləfzin əslini qeyd etmişlər. Buxari onu "Səhih”də, "cihad və siyər” kitabının "cəvaizün-vəfd” babında(Bu babın dördüncü səhifəsinə, yaxud Hələbinin "Sirə”sinin 381-ci səhifəsinə müraciət edin. Və İbn Teymiyyənin məlum inadkarlığının ona vəhy olunmuş "adilanə boşboğazlıq və zorakılığına” etina etmə, çünki ədalətli deyil.
     ) Qübeysədən, o da ibn Üyeynədən, o da Salman Əhvəldən, o da Səid ibn Cüverdən, o da İbn Abbasdan nəql etmişdir:
    «يَوْمُ الْخَميس وَ ما يَوْمُ الْخَميس! ثُمَّ بَكي حَتّي خَضِبَ دَمْعَهُ الْحَصْباء» "Cümə axşamı günü idi, özü də hansı cümə axşamı! Bunu deyib İbn Abbas o qədər ağladı ki, qarşısındakı çınqıl daşlar islandı. Sonra belə əlavə etdi: Cümə axşamı günü Peyğəmbəri (s) bərk ağrı tutdu. Həzrət buyurdu: Bir kağız gətirin ki, sizə sonralar yolunuzu heç vaxt azmamağınız üçün bir şey yazım. Bu vaxt çəkişmə başlandı, halbuki Peyğəmbərin (s) yanında (belə vəziyyətdə) hay-küy qoparmaq olmazdı. Dedilər: «هَجَرَ رَسُولُ اللّهِ» Peyğəmbər ağlını itirib. Peyğəmbər (s) buyurdu: «دَعُوني فَالَّذي اَنا فيه خَيْرٌ مِمّا تَدْعُوني اِلَيْهِ» Məni öz halıma buraxın və bu mənə siz dəvət etdiyinizdən daha yaxşıdır. Peyğəmbər (s) vəfat edəndə üç şeyi vəsiyyət etdi: Müşrikləri ərəb yarımadasından xaric edin, Mədinəyə gələn nümayəndələri mən mükafat verdiyim kimi mükafatlandırın, (rəvayət söyləyən demişdir) üçüncünü isə unutmuşam.”(Bu hədisi Misirli ictimaiyyətşünası Məhəmməd Həsəneyn Heykəl "Əs-siyasət” qəzetinin 12 zilqədə, 1350-ci il hicri-qəməri tarixli, 2751-ci nömrəsində nəşr olunmuş beşinci səhifəsinin ikinci sütununda söyləmişdir. Ora müraciət et və bu, müfəssəl şəkildə yazılmışdır. Və (Əs-siyasət) 2785-ci nömrəsinin əlavələrinin 6-cı səhifəsinin dördüncü sütununa müraciət etsən, onun bu hədisi Müslimin "Səhih”ində, Əhmədin "Müsnəd”indən, İbn Həcər Heysəminin "Cəmül-Fəvaid”indən, İbn Qüteybənin "Uyunil-Əxbar”ından, Əhməd ibn Əbdür-rəbənin "İqdül-Fərid”indən, Əmr ibn Bəhr Hacizin "Risalə”sindən, Bəni-Haşimdən və imam Əbu İshaq Sələbinin "Təfsir”indən nəql etmişdir.
     )
    Bu hədisi Müslim öz "Səhih”ində, "vəsiyyət” kitabının axırında vermiş, Əhməd öz "Müsnəd”ində İbn Abbasdan nəql etmişdir.(Mən deyirəm: Bu hədisi ingilis Corc "Məqalətün fil-İslam” (ərəbcə tərcüməsi) kitabında yazmışdır. Məqaləni Haşim Ərəbi adlanan dinsiz bir protestant ərəbcəyə tərcümə etmişdir. Bu hədisi onun tərcüməsinin altıncı çapının 79-cu səhifəsində tapmaq olar. Bu hədis məşhur olduğu üçün bir sıra avropalılar; fransız, ingilis və alman yazıçıları da onu söyləmişlər. Tomas Karlayl da onu müxtəsər şəkildə "Əl-İbtidal” kitabında yazmışdır.
     ) Başqa hədisçilər də onu nəql etmişlər. Müslim "Səhih”in "Vəsiyyət” kitabında Səd ibn Cübeyrdən və başqa bir təriqlə İbn Abbasdan onu belə rəvayət etmişdir: "Cümə axşamı günü idi, amma nə hansı cümə axşamı! Sonra gözündən yaş axaraq sapa düzülmüş mirvari dənələri kimi yanaqlarından süzüldü. Dedi: Peyğəmbər buyurdu: "Mürəkkəb qabı gətirin, sizin üçün bir şey yazım ki, məndən sonra heç vaxt yolunuzu azmayasınız.” Amma dedilər: "Rəsulullah (s) sayıqlayır.”(392-ci səhifədə 6008-ci hədisə müraciət et və onu İbn Cərir nəql etmişdir. 396-cı səhifədə 6045-ci hədisə bax. Onu Əhmədin "Müsnəd”indən, Ziya Müqəddəsinin "Əl-Muxtarə”sindən və Təhavi və İbn Cərirdən nəql etmiş və onu doğru hesab etmişlər. 397-ci səhifədə 6056-cı hədisə müraciət etsən, görəcəksən ki, onu İbn İshaq, İbn Cərir, İbn Əbu Hatəm, İbn Mərdəveyh, Əbu Nəim və Beyhəqi "Şöəbul-İman” və "Dəlail”də nəql etmişlər. 401-ci səhifədə 6102-ci hədisə müraciət etməklə aydın olacaqdır ki, İbn Mərdəveyhdən, və 408-ci səhifədə 6155-ci hədisindən məlum olacaqdır ki, Əhmədin "Müsnəd”indən və İbn Cərir və Ziyadan "Əl-Muxtarə”də nəql olunmuşdur. "Kənzül-Ümmal”ı araşdıran şəxs bu hədisi onun başqa yerlərində tapacaqdır. İbn Əbil-Hədidin "Nəhcül-bəlağənin şərhi”nin 3-cü cildinin 255-ci səhifəsinə müraciət etsən və ya bu kitabda "Qasiə” xütbəsinin şərhinin axırlarını oxusan, bu hədisi olduğu kimi tapa biləcəksən.
     )
    Bu böyük müsibət haqqında "Sihah”da yazılanları diqqətlə araşdıran kəs bilər ki, o gün "Rəsulullah həzyan deyir” – sözünü söyləyən ilk şəxs, yalnız Ömər olmuşdur. Ondan sonra tərəfdarları bu sözü təkrarlamışlar. Çünki birinci hədis("Kənzül-Ümmal”ın altıncı cildinin 396-cı səhifəsindəki hədislərdən 6045-ci hədisə müraciət etsən tapa bilərsən. İbn Cərir bu hədisi doğru hesab etmişdir. Əgər "Müntəxəbi-Kənz” kitabına müraciət etsən, Əhmədin "Müsnəd”inin 5-ci cildinin 44-cü səhifəsindəki haşiyəsinin əvvəllərində bu hədisin İbn Cərir tərəfindən doğru sayılmasından agah olarsan və Əbu Cəfər İskafi "Nəqzül-Osmaniyyə” kitabında onun doğru olmasına dair qəti şəkildə hökm vermişdir. İbn Əbil-Hədidin "Nəhcül-bəlağənin şərhi”nin (qədim Misir çapı) 3-cü cild, 263-cü səhifəsinə müraciət edin.
     ) əsasən, İbn Abbas demişdir: Evdə olanlar çəkişməyə və deyişməyə başladılar. Bəziləri dedilər: Yaxınlaşın (və kağız gətirin), Peyğəmbər (s) sizin üçün bir şey yazsın ki, ondan sonra heç vaxt yolunuzu azmayasınız. Bəziləri də Ömərin dediyini təkrarlayırdılar. Yəni, demişdir: Peyğəmbər (s) sayıqlayır və (nəuzubillah) ağlını itirmişdir.
    Təbəraninin "Övsət” kitabında Ömərdən(Buxari və Müslim öz "Səhih”lərində ondan dəlil gətirmiş və hər ikisinin fikrincə o, Şöbədən hədis eşitmişdir. Buxarinin fikrincə, Əbdül-Əziz ibn Əbu Səlmədən və Müslimin fikrincə, üheyr ibn Müaviyədən və Həmmad ibn Səlmədən də hədis eşitmişdir. "Səhihi Buxari”yə əsasən, Məhəmməd ibn Hatəm ibn Bəzi və Müslimə əsasən, Harun ibn Abdullah, Naqid, ibn Əbu Şeybə və Züheyr ondan rəvayət nəql etmişlər.
     ) verdiyi rəvayətdə deyilir: "Peyğəmbər (s) xəstələnəndə buyurdu: "Kağız və mürəkkəb qabı gətirin sizə bir mətləb yazım ki, ondan sonra heç vaxt yolu azmayasınız. Qadınlar pərdə arxasından dedilər: Məgər eşitmirsinizmi Peyğəmbər nə deyir? Ömər deyir ki, dedim: Siz Yusifin (peyğəmbər) ətrafındakı haman qadınlarsınız. Peyğəmbər (s) xəstələnəndə gözünüzün yaşını sıxır, yaxşılaşanda isə boynuna minirsiniz. Ömər deyir: Peyğəmbər buyurdu: "Onlarla işin olmasın, çünki sizdən yaxşıdırlar.”
    Diqqətinizdən yayınmasın, səhabə burada "nəss”ə vəfadar olmalıydılar. Əgər ona sadiq qalsaydılar, yollarını azmazdılar. Ey kaş ki, yalnız onun bu əmrinə tabe olub Həzrətin sözünü rədd etməyəydilər: "Allahın kitabı bizə bəsdir.” Guya ki, Peyğəmbər Allahın kitabının onların arasındakı əhəmiyyətini bilmirmiş və ya onlar Quranın ərməğanlarına Peyğəmbərdən daha çox bələd imişlər. Ey kaş, bunların hamısı ilə kifayətlənəydilər və Həzrəti "Rəsulullah (s) sayıqlayır!” – sözləri ilə narahat etməyəydilər.Can verən zaman onların arasında nələr oldu və həyatının sonunda Peyğəmbərlə (s) vida zamanı, ah, nə sözlər dedilər! Guya, bu "nəss”ə əməl etməyib Allahın kitabını kafi saymaqla eşitməmişdilər ki, Quran gecə-gündüz fəryad edib nə deyir: وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا "Peyğəmbərin sizə gətirdiklərini alın (əmrinə əməl edin) və qadağan etdiklərindən çəkinin.”(Müslim öz "Səhih”ində ondan dəlil gətirmişdir, belə ki, 16-cı məktubda onun adını çəkəndə xatırladıq.
     ) Guya, "Peyğəmbər sayıqlayır” – deyərkən Quranın bu ayəsini oxumamışdılar: "Bu söz kərim bir rəsulundur, güclüdür və ərş sahibinin dərgahında yeri vardır. İtaət olunmalıdır, əmindir. Sizin yoldaşınız (Peyğəmbər (s)) məcnun və divanə deyildir.”(Buxari və Müslim öz "Səhih”lərində ondan dəlillər gətirmişlər. Bu haqda 16-cı məktubda qeyd etdik.
     )Həmçinin, heç bu ayəni qiraət etməmişdilər: "Bu söz kərim rəsulundur, şair sözü deyil – nə qədər az inanırsınız və kahin sözü də deyil heç düşünmürsünüzmü? (Bu Quran) aləmin Pərvərdigarı tərəfindən nazil olmuşdur.”(Buxari ondan dəlillər gətirmişdir. 16-cı məktuba bax.
     ) Eləcə də, guya bu buyuruğunu görməmişdir: مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَى وَمَا يَنطِقُ عَنِ الْهَوَى إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى عَلَّمَهُ شَدِيدُ الْقُوَى "Sizin yoldaşınız (sahibiniz) yolunu azmamışdır, həvayi-nəfs üzündən söz danışmır, dedikləri ona vəhy olmuş, güclü bir şəxs (Cəbrail (ə)) ona təlim vermişdir.” Guya, bunlardan əlavə başqa nurlu ayələri heç eşitməmişdir ki, həzrətin ismətli, sözlərində sayıqlama və həzyandan uzaq olduğunu aydınca göstərir?! Bundan əlavə, ağıl onun ismətini şübhəsiz qəbul edir və Peyğəmbərin (s) boş söz danışdığını, əsla ehtimal vermir.
    Amma həqiqət budur ki, onlar yaxşı bilirdilər ki, Həzrət (s) xilafətin əhd-peymanını daha da möhkəmlətmək, vəsiyyət etməklə onu Əliyə (ə) (xüsusi) və Əhli-beyt (ə) imamlarına (ümumi şəkildə) həvalə edəcəkdi. Buna görə də Həzrəti bu işdən çəkindirdilər, belə ki, ikinci xəlifə İbni-Abbasla öz arasında gedən bəhs və söhbətində ona aydın şəkildə etiraf etmişdir.(O, İbad ibn Abdullah ibn Zübeyr ibn Əvam Qürəşi Əsədidir. Buxari və Müslim öz "Səhih”lərində ondan dəlillər gətirmişlər. O, Əbu Bəkrin qızları Əsma və Ayişədən hədis eşitmişdir.
     )
    Siz Peyğəmbərin (s) bu sözünü –"Mənə (kağız və mürəkkəb qabı) verin, sizə bir şey yazım ki, heç vaxt yolunuzu azmayasınız.”, onun "səqəleyn” hədisindəki buyuruğu ilə müqayisə edin: "Mən sizin yanınızda elə bir şey qoyuram ki, əgər ona arxalansanız heç vaxt yolunuzu azmazsınız: Allahın kitabı və itrətim – Əhli-beytim.” Gördüyünüz kimi, bu iki hədis eyni hədəfə yönəlib və o da budur ki, Peyğəmbər (s) xəstə ikən o vaxt "səqəleyn” hədisində onlara vacib bildiklərinin təfsilatını yazmaq istəyirdi.
    2. Amma nə üçün o Həzrət yazmaqdan əl götürdü? Çünki onların o sözündən sonra, həqiqətən Peyğəmbər əlacsız qaldı. Çünki o sözlərdən sonra həzrətin bir şey yazmağı, özündən sonra fitnə və ixtilafdan başqa bir əsər qoymayacaqdı, bu haqda çəkişmələr başlanacaq, danışıqlar olacaqdı ki, o Həzrət bu yazıda (əl-əyazü billah) sayıqlama və ağıldan uzaq bir mətləb söyləmişdi, ya yox? Qalmaqal salıb, bu nalayiq sözləri gözünün qabağında dedikləri halda, o gün o Həzrətin bundan artıq bir çarəsi qalmadı və buyurdu: "Yanımdan durun.” Əgər yazmağa israr etsəydi, onlar da "sayıqlayır” – deməklə inad və höcət edəcəkdilər ki, onların tərəfdarları da (nəuzubillah) Peyğəmbərin (s) ömrünün axırında dəli olmasının sübutunda ciddi "çalışmaqla” onun (s) sözünün və ondan dəlil gətirənlərin rəddi əsasında qalaq-qalaq kitablar yazardılar!
    Buna görə də o Həzrət çox böyük uzaqgörənliklə bir şey yazmaqdan imtina etdi və beləliklə, müxaliflər və onların tərəfdarlarına nübüvvətə qarşı təhqir üçün bir zəmin yaranmasının qarşısını aldı (nəuzubillahi və bihi nəstəcir)! Digər tərəfdən Peyğəmbər (s) bilirdi ki, Əli və dostları (pak səhabə) o yazının məzmunundan agahdırlar, istər yazsın, istər yazmasın. Yaxşı bilirdi ki, müxaliflər isə ona əməl etməyəcək və onu mötəbər bilməyəcəklər. Bu acı həqiqətə əsasən, belə bir vəziyyətdə yeganə yol yazmamaq və onu tərk etmək tələb idi. Çünki, o yazı özündən sonra o etiraz, ixtilaf və fitnədən başqa bir şeyi bəşarət vermirdi. Bu həqiqət isə heç kəsə gizli deyildir. Vəssalam.
    "Ş”
    HƏŞTAD YEDDİNCİ MƏKTUB
    9 Rəbiəl-Əvvəl, 1330
    Həqiqətdən üzr və bəhanə ilə sapınma.
    Bəlkə o həzrət mürəkkəb qabı və kağız hazırlamaq əmrini verəndə bir şey yazmaq yox, məqsədi onları sınamaq olmuşdur, bilsin ki, onların fikri inkişaf və tərəqqi edibmi(Səh. 25)(başa düşəcəklərmi ki, o həzrət hər şeyi buyurub, ya yox)? Bu vaxt Allah Öməri hidayət etdi ki, bu məsələyə diqqət yetirsin (belə ki, hər şey Allahın kitabında verilmişdir), amma səhabə isə bu məsələyə diqqət yetirmədilər. Elə buna görə də onları mürəkkəb qabı və kağız gətirməyə qoymadı.
    Beləliklə, sizin nəzərinizdə boyun qaçırmaq kimi görünən bu işlər, Allah-təalanın nəzərində Ömərin kəramətlərindən hesab olunur və böyük alimlərin bəziləri iradınıza belə cavab vermişlər. Amma insaf budur ki, "ondan sonra heç vaxt yolunuzu azmayasınız” – sözü bu mənanı ehtiva etmir, çünki bu cümlə ikinci əmrin (kağız-qələm gətirin) cavabıdır. Bəs, hədisin mənası belə olacaq: "Əgər mürəkkəb qabı və kağız gətirsəniz, sizin üçün bunu yazaram: heç vaxt yolunuzu azmazsınız.”
    Buna da diqqət yetirmək lazımdır ki, belə bir mətləbin sınaq üçün deyilməsinin özü bir növ açıq-aydın yalandır və peyğəmbərlər bu sözlərdən və günahlardan çox-çox uzaqdırlar. Xüsusilə, o yerdə ki, deməmək deməkdən yaxşıdır (Allahın buyuruğuna müvafiq olaraq). Əlbəttə, verilən cavab müxtəlif cəhətlərdən mülahizə oluna bilər və qənaətbəxş deyil. Buna görə də, burada başqa bir üzr gətirmək lazımdır. Cavabı belə olar ki, burada Peyğəmbərə (s) bu iş vacib deyildir ki, onu tərk etmək haram olsun və ya heç kəsə onu rədd etmək və bu haqda danışmaq caiz olmasın və imtina edən günahkar olsun. Əksinə, bu bir növ "irşadi əmr” idi ki, əshab Peyğəmbərlə bu barədə söhbət etmişdi, xüsusilə Ömər. Çünki o, bilirdi ki, məsləhətləri dərk etməklə savab qazanır və düzgün yol tutur. Bunun özü isə Allah tərəfindən Ömərə olunan bir ilhamdır. Buna görə də Peyğəmbəri çox istədiyindən istəmişdir ki, o həzrətə ağır yük olmasın və xəstəliyinin belə bir şiddətli vaxtında bu məktubun imlası onun əziyyətinə səbəb olmasın. Beləliklə, Ömər gördü ki, mürəkkəb qabı və kağız verməmək daha münasibdir.
    Bu da ola bilər ki, bəlkə də qorxmuşdur ki, Peyğəmbər (s) elə mətləblər yazsın ki, xalq ona əməl etməkdə aciz olub əzaba düçar olalar. Çünki "nəss” olan yerdə, ictihad üçün yer qalmır (yəni, Həzrətin buyuruğundan sonra mütləq əməl etməlidirlər).(Nəcm surəsi, 23-cü ayə.)
    Bəlkə də münafiqlərdən qorxmuşdur ki, Peyğəmbərin (s) xəstəliyi zamanı yazdığı məktubun düzgünlüyünə irad tutsunlar. Bu isə yeni bir fitnəyə səbəb olardı. Buna görə də dedi: «حَسْبنا كتابُ الله» "Allahın kitabı bizə bəsdir.” Çünki Allah buyurub: "Biz kitabda heç nəyi unutmamışıq” və həmçinin buyurmuşdur: «اَلْيَوْمَ اَكْمَلْتُ لَكُم دينَكُم» "Bu gün sizin dininizi kamil etdim...” Beləliklə, Ömər dinin kamil və nemətin tamam olduğu üçün ümmətin yol azmamağından arxayın idi (buna görə də, yol azmağın qarşısını almaq üçün mətləbin yazılmasına ehtiyac hiss etmədi).
    Bunlar sünni alimlərinin dedikləri idi. Əlbəttə, gördüyünüz kimi, onlarda irad və bəhsə yer vardır. Çünki «لا تضلّوا» – ibarəti "yolunuzu azmayasınız” mənasınadır ki, vacib əmrdir (movləvi əmr) və onu tərk etmək isə haramdır. Peyğəmbərin (s) –əmrindən çıxdıqlarından narahat olduqda– onlara "qalxın” – deyə buyuruğu da, yenə vacib əmrdir və irşadi əmr deyildir.
    Ola bilər etiraz edəsiniz ki, əgər vacib olsaydı, Peyğəmbər (s) özü onu (onların müxalifətinə baxmayaraq) tərk etməzdi. Necə ki, öz təbliğatını kafirlərin müxalifətinə baxmayaraq tərk etmədi.
    Onun cavabını belə vermək olar ki, bu söz əgər düz olsa, təkcə o deməkdir ki, onu yazmaq Peyğəmbərə (s) vacib olmamışdır. Bu fikrin mürəkkəb qabı və kağız gətirmə əmri ilə bir ziddiyyəti yoxdur. Əmr, yalnız məmura vacibdir, əmr verənə yox, ələlxüsus əmrin faydası məmura çatarsa. Bizim sözümüzə gəldikdə isə, bu məsələ oradakılara vacib olmuşdur, Peyğəmbərə yox.
    Ola bilər ki, onun özünə də vacib imiş. Amma tabe olmamaq və "sayıqlayır” etirazları onun vacibliyini Həzrətin üzərindən götürmüşdür. Çünki bu halda yazmağın, dediyimiz kimi, fitnədən başqa heç bir nəticəsi olmayacaqdı.
    Bəziləri də üzrü belə açıqlayırlar ki, Ömər bu hədisdən başa düşməyibdir ki, o yazı bütün ümmətin tək-tək fərdlərinin zəlalət və yolunu azmaqdan qorunması üçün idi, belə ki, ondan sonra heç kəs yolunu azmasın. Əksinə «لا تضلّـوا» "yolunuzu azmayasınız” – cümləsindən elə başa düşüb ki, bütün ümmət (kiçikdən böyüyə qədər) bir olduğu halda yoldan azmayacaqlar. Halbuki Ömər bilirdi ki, ümmətin xəta və zəlalət üzrə cəm olmaları mümkün deyildir. Belə isə güman edib ki, Peyğəmbər (s) ümmətə olan məhəbbət, rəhm və lütfündən onların əyri yola düşməmələri üçün bir daha tam ehtiyatla onu təkrar etmək istəyir. Ona görə də, o sözü Rəsulullahın öz fərmanına uyğun olaraq deyibmiş. Bu əsasda deyilən əmr isə vacibliyə dəlalət etmir. Əksinə, yalnız mərhəmət və həssaslıq üzündən olan əmr sayılır.
    Bunların hamısı o hadisə ilə əlaqədar deyilən üzr (və bəhanələr) idi. Amma, məncə, o hədisə diqqətlə yanaşan başa düşür ki, bunların hamısı həqiqətdən uzaqdır. Çünki "yolunuzu azmayasınız” – ifadəsi dediyimiz kimi, vacib əmri bildirir və Peyğəmbərin (s) onlardan narahatlığı ilə vacib bir əmri tərk etmələrinə dəlalət edir.
    Sonda ən rahat çıxış yolu budur ki, belə deyilsin: Bu hadisə, adətən ağızdan qəfil çıxan söz və ya adamdan təsadüfən nadir hallarda baş verə bilən xass bir hala bənzəyir. Elə bir təsadüfdür ki, onların həyat tərzi və yüksək xüsussiyyətlərinə əks olub, baş verdiyi dəqiq, müfəssəl məlum olmayan bir hadisədir. Allah isə düzgün yola hidayət edəndir. Vəssalam.
    "S”
    HƏŞTAD SƏKKİZİNCİ MƏKTUB
    11 Rəbiül-Əvvəl 1330
    Belə "üzrxahlıq” qəbul deyildir.
    Bəli, iman gücü ilə zinətlənib, haqq üzrə mühakimə yürüdən şəxs elə haqq üzrə hökm edərək, düzgün danışmağa da layiqdir.
    Bu üzrxahlıq bəhanəsinin cavabında – sizin buyurduqlarınızdan başqa surətlər də vardır ki, onları sizə yazaraq, bu barədə hökm vermənizi öz öhdənizə qoymaq istəyirəm.
    Onlar (sünni alimləri) birinci cavabı belə verdilər ki, "Peyğəmbəri-əkrəm mürəkkəb və kağız gətirilməyini əmr etdikdə, heç də bir şey yazmaq istəmirdi, yalnız onları imtahana çəkmək niyyətində idi. Biz isə sizin buyurduqlarınıza əlavə olaraq bu sözü: Bu tələb o həzrətin ömrünün son saatlarında idi (atam-anam ona qurban olsun) və hədis də aşkar buna işarə edir” – deyirik. Deməli, o zaman heç bir imtahan və sınaq vaxtı deyildi, bəlkə, höccətin tamamlandığı, mühüm işlərə vəsiyyət və ümmətə ediləcək kamil bir nəsihət vaxtı idi. Son dəqiqələrini yaşayıb ölüm yatağında olan heç vaxt zarafat etməz, xüsusilə də əgər bu şəxs Peyğəmbər olmuş ola. Əgər o həzrət bütün həyatı boyu onları imtahan etməyə imkan tapmayıbsa, bəs "ehtizar” (ölüm) halında bu fürsəti necə tapdı? Bundan əlavə, o cür səs-küydən sonra Peyğəmbərin (s) "Qalxın!” – deməyi o həzrətin onlardan narahat olmasına aşkar dəlildir. Peyğəmbərin əmrinin yerinə yetirilməsinə mane olanlar düz yolda olsaydılar, o zaman həzrət onların bu hərəkətlərindən sevinməli idi. Bu hədisi (xüsusilə də "Peyğəmbər sayıqlayır” cümləsini) diqqətlə nəzərdən keçirən şəxs onların Peyğəmbərin (s) elə bir mətləb yazmaq istədiyindən xəbərdar olub, bu işdən xoşlanmadıqlarını və elə buna görə də, o nalayiq sözləri həzrətə rəva bilib hüzurunda səs-küy qaldıraraq ixtilaf salmağa başladıqlarını, yəqin başa düşüb dərk edəcəkdir. Bu hadisəni böyük müsibət hesab etdiyindən ötrü İbn Abbasın ağlamağı onların cavablarının batilliyinə tutarlı sübutdur.
    Digər bəhanə də deyilir: Ömər məsləhətləri tanımaqda düzgün yol seçmişdi və Allah tərəfindən ona ilham olunurdu. Amma bu elə bəzəkli bir sözdür ki, əməldə ona etina etmək olmaz. Çünki o sözün mənası budur ki, (mübahisə zamanı) haqq onunla olub, Peyğəmbərlə (s) deyildi, ona olunan ilham, Cəbrailın peyğəmbərə gətirdiyi vəhydən belə üstün idi.(330-cu səhifənin sonunda)
    Yenə də demişlər ki, Ömərin Peyğəmbərə (s) olan məhəbbəti o yazını yazmaqla həzrətin məşəqqət və əziyyətə düçar olacağına, eləcə də xəstə halda yorğunluqla üzləşəcəyinə mane olmuşdu. Amma siz bilirsiniz ki, bu vəsiyyətin yazılması Peyğəmbərin (s) qəlbinin aramlığı və ümmətin yolunun azmamasını təmin edən bir əmr idi. Bundan əlavə, o yazı, həzrətin heç kəsin onu rədd etməyə haqqı olmadığı bir fərmanı idi. Həzrət mürəkkəb və kağız gətirilməsini əmr etmişdi. Beləliklə, heç kəsin o həzrətin əmrindən boyun qaçırmağa haqqı yox idi. Bu barədə müqəddəs kitabımız Qurani-kərim buyurur: وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللَّهُ وَرَسُولُهُ أَمْرًا أَن يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ أَمْرِهِمْ وَمَن يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ ضَلَّ ضَلَالًا مُّبِينًا "Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (ayrı cür hərəkət etmək) caiz deyil. Allah və Onun peyğəmbərinə qarşı çıxan kəs, şübhəsiz ki, haqq yolundan açıq-aydın azmışdır!”(səh.6)
    Həmçinin, belə mühüm işdə Peyğəmbərin əmrinə qarşı çıxmaq, səs-küy, qovğa salmaq ümmət üçün yazılacaq vəsiyyətdən (Peyğəmbərə) daha çətin idi. Doğrusu, o həzrətin bir şey yazması üçün yorulmağına razı olmayan, şəxs onun əmrini rədd edərək "sayıqlayır” kəlməsini necə dilə gətirdi?
    Amma Ömərin "bizə Allahın kitabı bəsdir (yetər)” – cümləsini Allah təbarək və təalanın "Biz bu kitabda hər bir şeyi yazmışıq” və ya "Bu gün sizin dininizi kamil etdim” – ayələri mənasına yozmaq düzgün deyildir. Çünki bu iki ayə azmaqlıqdan amanda qalmaq mənasını bizə yetirmir, həm də camaatın hidayətinə heç bir zəmanət vermir. Beləliklə, bu iki ayəyə etimad edərək o məktubun (vəsiyyətin) yazılması üçün necə səy etməmək olmaz?
    Əgər müqəddəs Quranın vücudu zəlalət və azğınlıq nicatı olsa idi, indi bu ümmətdə heç bir zəlalət və təfriqə (ki, bunların aradan getməyinə ümid yoxdur) tapılmazdı.
    Axırıncı cavabda isə belə demişlər: Ömər hədisdən başa düşməmişdir ki, gələcəkdə bu yazı ümmətin hər bir fərdinin hifzinə səbəb olacaqdır, yalnız belə başa düşmüşdür ki, bu vəsiyyət (məktub) yazıldıqdan sonra ümmətin zəlalət üzrə (bir yerə) toplanmayacağına səbəbdir. Digər tərəfdən Ömər bilirdi ki, kağız yazılsa da, yazılmasa da bu iş (ümmətin zəlalət üzrə bir yerə toplanışı) baş tutmayacaqdır və elə buna görə də o gün kağız-qələm gətirilməsinin qarşısını alıb o sözləri dilinə gətirdi.
    Lakin, sizin işarə etdiyiniz mülahizənin başqa bir iradı var. O da bundan ibarətdir ki, Ömər o qədər də dərrakəsiz adam deyildi ki, bütün adamlara gün kimi aydın olan bir şey ona gizli qalmış olaydı. Çünki, (istər kəndli, istər şəhərlinin) o yazının yazılmasının bütün adamların zəlalətdən qurtulmasına səbəb olacağını başa düşür. Bu mətləb oradakıların zehnindən sovuşurdu və Ömər də yəqin bilirdi ki, Peyğəmbərin öz ümmətinin zəlalət üzrə bir yerə yığılmasından qorxusu yoxdur. Çünki özü dəfələrlə bu barədə buyurmuşdu: "Mənim ümmətim zəlalət üzrə bir yerə toplanmaz”, "Mənim ümmətim xəta üzrə bir yerə toplanmaz”, "Ümmətimdən bir tayfa həmişə haqqı tapmaqda qalibdir” və Allah-təala buyurmuşdur: "Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar (mö’minlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əzəv edəcəyini və’d buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir!”
    Kitab və sünnədə bir çox açıq-aşkar "nəss”lər vardır ki, aydınlıqla bunu təsdiqləyir: "Ümmətin hamısı zəlalət üzrə bir yerə toplaşmazlar.” Beləliklə, Ömərin kağız gətirilən zaman Peyğəmbərin ümmətinin zəlalət üzrə bir yerə toplanmasından qorxması fikri heç də ağlasığan bir şey deyildir. Ömər də o hədisdən başqalarının başa düşdüyünü anlayır və Quran və sünnənin buyurduqlarının əksini başa düşmürdü.
    Bütün bu deyilənlərdən əlavə, Peyğəmbərin narahat olması ("Qalxın!” sözündən başa düşülür), onların tərk etdikləri əmrin vacib olmasına bariz dəlildir və əgər Ömərin Peyğəmbərə olan etirazı hədisin başa düşülməsində olan səhvi ucbatından idisə (necə ki, belə deyirlər), Peyğəmbər (s) onun şübhəsini aradan qaldırar, həm də öz məqsədini ona bəyan edərdi, hətta onları qane edə bilsəydi, daha (otaqdan) çölə çıxarmazdı. İbn Abbasın o cür ağlayıb-sızıldaması sadaladıqlarımıza ən böyük dəlildir.
    İnsaf budur ki, bu müsibətin üzünü üzr və bəhanə gətirməklə ağartmaq olmaz və əgər siz buyurduğunuz kimi, "bu bir xass məsələdir ki, təsadüfən baş verib, necə ki, hərdən ağızdan bəzi sözlər çıxır ki, çox nadir hallarda deyilir” – olsaydı, asan bir iş olardı. Amma elə bircə bu sözün özü Öməri aradan aparmış, kəmərini sındırmışdır.
    «انا لله و انا اليه راجعون و لا حول و لا قوة الا بالله العلي العظيم»
    "Ş”
    Category: Əl-Muraciat | Added by: Islam_Kitabxanasi
    Views: 762 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024