İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əl-Muraciat

    Əl-Muraciat
    2011-12-30, 7:13 AM
    HƏŞTAD DOQQUZUNCU MƏKTUB
    14 Rəbiül-Əvvəl 1330
    1. Bu üzrxahlığın səhv olmasına etiraf.
    2. Başqa halların da istənilməsi.
    1. Yolu bəhanə axtaranların üzünə bağlayaraq onlarla öz nəzərləri arasında bir səddə çevrildin, beləliklə, buyurduqlarında şəkk-şübhəyə və irada yer qalmadı.
    2. Belə isə, öz yoluna davam et və səhabənin "nəss”ləri təvil (təfsir) etdikləri başqa halları da göstər. Vəssalam.
    "S”
    DOĞSANINCI MƏKTUB
    17 Rəbiül-Əvvəl 1330
    Üsəmənin səriyyəsi (başçılığı altında döyüş).
    Əgər uca səslə haqdan danışıb bu yolda camaatın məlamətindən (dedi-qodusundan) çəkinmirsənsə, yeri var. Çünki, sən xalqın sözlərinə etimad bəslədiyi ümid yeri, pənahgahısan. Belə ki, onlar sənin nəzəriyyələrin olan yerdə başqalarından büsbütün biniyazdırlar. Sənin dəyərin haqqı batillə qarışdıranlardan çox üstündür. Məqamın haqqı gizlətməkdən uca, şan-şövkətin isə bundan çox alidir. Ruhun isə bu çirkablara bulaşmaqdan daha pakdır.
    Allah sənin izzətini artıq etsin, mənə əshabın şəxsi fikirlərini, Peyğəmbərin (s) əmrlərinə itaət etməkdən üstün saydıqları halları, sənin üçün yazıb göndərməyimi əmr etmisən.
    Bu barədə təkcə Üsamə ibn Zeyd ibn Harisənin səriyyəsini (rumlularla döyüşə göndərilmişdi) mütaliə etməyin kifayətdir. Bu səriyyə Peyğəmbərin (s) zamanındakı sonuncu səriyyə idi və Peyğəmbər ona (rumlularla münasibətə) çox əhəmiyyət verirdi. O Həzrət öz əshabına döyüşə hazırlıq barədə əmr verib, onları döyüşə təhrik etdi. Belə ki, Peyğəmbər özü şəxsən onları təchiz etmişdi. Möhkəm, əzmlə döyüşə girişmələri üçün, hətta mühacir və ənsardan bəzi böyük şəxsiyyətləri – Əbu Bəkr, Ömər, Əbu Übeydə, Səd və başqalarını hazır edib onun Üsamənin ordusuna yolladı.
    Bu hadisə 11-ci hicri ili səfər ayının axırına dörd gün qalmış baş vermişdi. Peyğəmbər ordunun vəziyyətindən xəbərdar olandan sonra sübh vaxtı Üsaməni yanına çağırıb, ona buyurdu: "Atanın şəhid olduğu yerə gedib atını onların (düşmənlərin) torpaqlarında çap. Mən bu ordunun sərkərdəliyini sənə tapşırdım. Sübh vaxtı "Ubna” məntəqəsinə həmlə edib onları mühasirəyə al! Amma elə et ki, onlar xəbər tutmamış döyüş meydanına yetişəsən. Əgər Allah səni qalib etsə, onların arasında az qal. Özünlə yol bələdçilərini də götürməyi unutma. Casusları, növbətçiləri özündən qabaq irəli ver.” Səfərin 28-i o həzrətin xəstəliyi (bir daha sağalmadı) başladı və qızdırma həzrətin bütün bədənini bürüdü. 29-cu günün səhəri ordunun çox süst olduğunu müşahidə edən Peyğəmbər, şəxsən özü ordunun yanına gələrək onları hərəkətə vadar etdi. Onların əzmlərini daha da möhkəmləndirməkdən ötrü bayrağı öz əli ilə büküb Üsaməyə verərək ona belə buyurdu: "Allahın adıyla, Allah yolunda döyüş və Allaha kafir olanları yer üzündən sil, at.” Üsamə bükülmüş bayraqla Mədinədən çıxıb, onu (bayrağı) Büreydəyə tapşırdı və özü isə Curufda düşərgə qurdu. Orada da həzrətdən ezam barədə çoxlu əmrlər eşitmələrinə baxmayaraq, hərəkət etməkdə süstlük göstərdilər. Məsələn, "Sübh çağı Ubna əhalisinə həmlə et.” Ya "sürətlə hərəkət et ki, onlara xəbər çatmamış döyüş meydanına yetişəsən” və bir çox başqa əmrlər ki, o səriyyədə onlara əməl olunmadı. Bəziləri böyük bir ordunun sərkərdəliyinin Üsaməyə tapşırılmasına irad tutmağa başladılar. Halbuki onlar, Peyğəmbərin (s) ordunun əmirliyini ona tapşıraraq buyurduğunu görmüşdülər: "Bu ordunun vilayət və rəyasətini sənə tapşırdım.” Həmçinin görmüşdülər ki, Peyğəmbər qızdırmalı halda gəlib bayrağı ona verdi. Amma bütün bunlara baxmayaraq, yenə də ona irad tutmaqdan, tənə vurmaqdan usanmadılar. Axırı ki, Peyğəmbər özü irad tutanlara qarşı bərk hirsləndi və başını dəstmalla bağlamış və qızdırmadan əziyyət çəkdiyi bir halda evdən çıxdı ki, onları bu xilaf işdən çəkindirsin. Bu hadisə şənbə günü, o həzrətin vəfatından isə iki gün əvvəl baş verdi. Peyğəmbər (s) əsəbi halda onların yanında minbərə qalxdı. Allaha həmd-səna etdikdən sonra (necə ki, hədis nəql edənlər bu məsələdə yekdil nəzərə malikdirlər və həzrətin bu sözləri deməsində heç bir şəkk-şübhələri yoxdur) buyurdu: "Ey camaat! Bu nə sözdür ki, mən sizdən Üsamənin sərkərdəliyi haqqında eşidirəm? Əgər indi onun əmirliyinə irad tutursunuzsa, əvvəllər də atasına tənə vururdunuz. «وَ اَيْمُ الله ان كان لَخليقاً بالاِمارة وَ ان ابْنَه مِن بعده لخليقٌ بها» Allaha and olsun ki, o (Üsamənin atası), əmirliyə və sərkərdəliyə layiq idi, necə ki, indi oğlu da bu işə layiqdir.” Sonra həzrət onları hərəkət etməyə vadar etdi. Ordu həzrətlə vidalaşaraq (bəziləri) Curufa yollandı. Həzrətin xəstəliyi şiddətləndi. Elə, hey buyururdu: "Üsamənin ordusunu hərbi sürsatlarla təchiz edin.”, "Üsamənin ordusunu yollayın (getsin)”, "Üsamənin ordusunu göndərin”.
    Həzrətin bu əmrləri dönə-dönə buyurmasına baxmayaraq onlar yenə süstlük göstərdilər. Sonra Üsamə yenə Peyğəmbərin hüzuruna qayıtdı. Peyğəmbər (s) ona getmək əmrini verib buyurdu: "Allahın bərəkət və rəhməti sənə yar olsun!” Üsamə həzrətlə vidalaşıb orduya yollandı və daha sonra Ömər Əbu Übeydə ilə birgə Peyğəmbərin yanına qayıtdılar. Onlar həzrətin yanına çatdıqda, artıq Peyğəmbərin son dəqiqələrini yaşadığının şahidi idilər (elə həmin gün o həzrət vəfat etdi). Bu zaman Üsamənin ordusu Mədinəyə qayıdaraq bu səfəri tamamilə ləğv etmək qərarına gəldilər. Bu barədə Əbu Bəkrlə söhbət etdilər, halbuki Peyğəmbərin bu işə olan təkidini öz gözləri ilə görmüşdülər. Əgər Əbu Bəkr olmasaydı, onların hamısının nəzəri döyüşdən geri qayıtmaq idi. Əbu Bəkr isə bu işə qol qoymurdu. Elə ki, gördülər xəlifə ordunu göndərmək istəyir, Ömər ibn Xəttab onun yanına gələrək, Üsaməni çıxarıb yerinə başqasını təyin etməsini tələb etdi. Halbuki, Peyğəmbərin tənə vuranlara müraciət edərək buyurduğu sözlərin üstündən o qədər də çox ötməmişdi. Bütün o (Peyğəmbərin) təkidlərdən, həzrətin onların qəlblərindəki kin və küdurəti yox etmək niyyəti duyulur. Amma onların qəlblərində isə yenə də kin var idi, belə ki, o həzrətin vəfatından sonra Üsamənin çıxarılmasını istədilər. Lakin, xəlifə onun bu işdən azad olunmasına qol qoymayıb onların istəyini (ordunun geri döndərilməsi təklifini) rədd etdi.
    Onların israrı gücləndikdə xəlifə narahat oldu və irəli sıçrayaraq Ömərin saqqalından yapışdı və dedi: "Anan matəmində otursun, səni bir daha yer üzündə görməsin ey Xəttabın oğlu! Peyğəmbərin əmir təyin etdiyini, mənə deyirsən ki, (əmirlikdən) çıxarım?”
    Sonra orduya hərəkət əmri verildi, halbuki getmək istəmirdilər. Üsamə min nəfəri süvari olan üç min döyüşçü ilə hərəkət etdi. Onlardan bəzilərini o vaxt Peyğəmbər özü yaraqlayıb-yasaqlayıb yola salsa da, Üsamə ilə getmədi. Halbuki Peyğəmbər (s) –Şəhristani öz "Miləl və Nihəl” kitabının dördüncü müqəddiməsində yazdığı kimi– buyurmuşdu: "Üsamənin ordusunu yaraqlandırın! Allahın nifrini və lənəti olsun Üsamənin ordusundan boyun qaçıranlara!”
    Siz yaxşı bilirsiniz ki, onlar bu işdə süstlük göstərməklə öz siyasətlərinin özüllərini möhkəmləndirib, sütunlarını bərqərar etməkdən ötrü bu işdən boyun qaçırdılar. Burada öz nəzəriyyələrini "nəss”ə boyun əyməkdən daha üstün saydılar. Çünki öz istəklərini hifz edib qorumaq onlara sərf edirdi, belə ki, ordudan boyun qaçırmaları ilə orduya bir zərər dəymirdi. Amma Peyğəmbərin əmrinə tabe olub, o həzrətin vəfatından qabaq döyüşə yollansaydılar, xilafət əllərindən çıxacaqdı.
    Peyğəmbər (s) (atam-anam ona fəda olsun) onların Mədinədə mərkəzləşməsini istəmirdi, belə ki, o həzrətin arzusu arxayınlıqla xilafəti Əmirəl-möminin Əli ibn Əbu Talibin (ə) ixtiyarına qoymaq idi. Çünki onlar qayıdanadək xilafət, artıq o həzrətin əlində olub, söz-söhbət isə yatacaqdı.
    Peyğəmbərin (ə) 17 yaşlı Üsaməni onlara əmir təyin etməsi isə bəzilərinin yersiz qürurunu sındırıb, mütəkəbbirləri öz səhv yollarından qaytarmaq, eləcə də gələcəkdə olan bir sıra söhbətlərin kökünü kəsməkdən ötrü idi. Çünki ola bilərdi ki, bəzisi yaşının çoxluğunu şüar edib başqalarının (yaşca onlardan cavan olanlarının) onlardan irəli keçməsinə icazə verməsin. Amma onlar bu mənanı başa düşdüklərindən, Üsamənin əmirliyinə irad tutaraq, Peyğəmbərin vəfatına qədər hərəkət etməkdə süstlük göstərdilər və hərəkət etmədilər.
    Gah döyüşün ləğvi və ordunun geri qaytarılması, gah da Üsamənin vəzifəsindən azad olunmasına dair qərar qəbul etdilər. Sonra isə ordudan bir çoxu boyun qaçırıb, onunla hərəkət etmədi. Beləliklə, "Üsamənin səriyyəsi”ndə beş mətləbin "nəss”ə boyun əymədiyini, eləcə də öz nəzəriyyələrini (siyasi məsələlərdə, ictihad etməkdə) Peyğəmbərin (s) əmrlərinə tabe olmaqdan üstün saydıqlarının şahidi olursunuz. Vəssalam.
    "Ş”
    Category: Əl-Muraciat | Added by: Islam_Kitabxanasi
    Views: 609 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024