İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əl-Muraciat

    Əl-Muraciat
    2011-12-30, 7:12 AM
    DOĞSAN BİRİNCİ MƏKTUB
    19 Rəbiül-Əvvəl 1330
    1. Üsamənin səriyyəsində baş verən hadisələrin yozumu.
    2. Bu ordudan boyun qaçıranların lənətlənməsi barədə bir hədisin mövcud olmaması.
    1. Bəli, doğrudur ki, Peyğəmbər (s) onları Usamənin ordusuna göndərib, vaxtı itirmədən döyüş məntəqəsinə hərəkət etmələrinə əmr verdi. Hətta Usaməyə buyurdu ki, elə günü bu gün, sübh çağı Ubnaya həmlə etsin (heç günortaya kimi də möhlət vermədi). Amma o həzrət birdən xəstələndi və xəstəliyinin şiddətindən halı pisləşdiyi üçün, onlar belə bir vəziyyətdə Peyğəmbəri (s) tək qoyub getməyə razı olmadılar. Peyğəmbərin halından xəbər tutmaq üçün Curufda bir müddət dayandılar və bu əməl Peyğəmbərə olan bağlılığın nişanəsi idi. Onların gözləməyini iki cür açıqlamaq olar: Ya Peyğəmbərin mübarək vücudunun salamatlığından arxayın olub, asudə hərəkət etmək istəyirmişlər, ya da o həzrətdən sonra gələcək xəlifənin hökumətinin əsaslarını möhkəmləndirmək məcburiyyətində qalmışdılar. Deməli, onlar bu qərarlarında üzrlü idilər və heç bir irad onlara tutula bilməzdi.
    Amma onların Usamənin sərkərdəliyinə tutduqları irada gəlincə əlbəttə ki, onlar Peyğəmbərin vəfatından qabaq həzrətin Usamənin sərkərdəliyinə aid əmrlərin və ciddi rəftarının aşkar şahidi idilər. Onlar yalnız Usamənin yaşca onlardan çox cavan olmasına irad tuturdular. Çünki onlar dünya görmüş, saç-saqqalları ağarmış kişilər idilər. Bunu da bilirsiniz ki, qocalar öz fitrətləri üzündən cavanlara tabe olmağa, onların əli altında işləməyə nifrət edir və onlara heç vaxt təslim olmurlar. Beləliklə, onların Usamənin əmrliyindən boyun qaçırmaları, özləri tərəfindən olan bidət deyil, insan təbiətində olan fitri (zati) bir xüsusiyyətdir (diqqət edin!).
    Amma Peyğəmbərin (s) vəfatından sonra Üsamənin sərkərdəlikdən azad edilməsi barədə onların xahişinə gəlincə isə, bəzi alimlər demişlər ki, onların fikrincə Əbu Bəkr bu nəzərlə razılaşacaq və onların nəzərinə əsasən Üsaməni işdən çıxaracaqdı. Bu da ki, alimlərin cavabları idi.
    Amma insafla demək lazımdır ki, Peyğəmbərin (s) onların belə yersiz iradları müqabilində əsəbiləşməsindən sonra belə bir xahişin (Üsamənin əmirlikdən çıxarılması) haqqında əqlə sığışa biləcək bir yozum tapa bilmirəm. Bütün bu irad və tənələr o həzrəti o qədər əsəbləşdirdi ki, bədəni qızdırmalı, başı sarıqlı halda evdən məscidə gəlib minbərdə əyləşərək, uca səslə onların eybini özlərinə xatırlatdı. Sadaladıqlarımız tarixi həqiqətlərdir ki, hamı bunlardan xəbərdardır. Bu məsələnin düzgün yozumununu Allahdan başqa heç kim bilmir.
    Ümumiyyətlə, bu döyüşün ləğv olunması təklifinə gəldikdə isə Peyğəmbərin bu barədə olan çoxlu sifarişlərindən agah olmalarına baxmayaraq, demək lazımdır ki, bu iş yalnız İslamı məhv etmək məqsədi daşıyırdı. Belə ki, ordu şəhərdən çıxdığı təqdirdə, şəhər ətrafındakı müşriklərin şəhərə hücum etmələrindən qorxurdular. Çünki Peyğəmbərin vəfat etməsi ilə bərabər nifaq aşkar olmuş, yəhudi və nəsranilərin qüvvəsi artmış, ərəb qəbilələrindən bəziləri mürtəd olmuş, bəziləri isə zəkat verməkdən boyun qaçırmışdılar. Məhz, bu baxımdan səhabə Əbu Bəkrlə söhbət edib Üsamənin bu səfərinin dayandırılmasını tələb etmişdi. Amma o (Əbu Bəkr), bu işə razı olmayıb demişdi: "Allaha and olsun, əgər belə etsəm (yırtıcı) quşların məni öz çənglərinə alıb tikə-tikə etməyi, Peyğəmbərin (s) əmrindən boyun qaçırmaqdan daha yaxşıdır.”
    Bütün bu mətləbləri bizim əshab Əbu Bəkrdən nəql etmişlər. Amma onların Üsamənin səfərinin ləğv olunması xahişinə gəlincə, deməliyik ki, bu iş İslamın qorunması naminə idi, deməli, üzrləri qəbul olunmalıdır. Əbu Bəkr, Ömər və başqalarının Üsamənin ordusundan boyun qaçırmaları İslam ölkəsinin möhkəmləndirilməsi, Peyğəmbərin hökumətinin, xilafətin qorunması naminə idi, belə ki, dini bundan başqa bir yolla qorumaq mümkün deyildi.
    2. Amma Şəhristaninin "Miləl və Nihəl” kitabından nəql etdiyiniz hədisi biz "mürsəl” (yəni, sənədi bitməmiş) gördük. Hələbi və Zeyni-Dehlan da bu barədə öz "sirə” kitablarında yazırlar: "Bu barədə əsla, heç bir hədis nəql olunmamışdır. Əgər siz bu barədə sünni təriqi ilə nəql olunmuş hədisə rast gəlibsinizsə, lütfən onu bizə göstərin. Vəssalam.
    "S”
    DOĞSAN İKİNCİ MƏKTUB
    22 Rəbiül-Əvvəl 1330
    1. Onların bəhanələri söylədiklərimizlə zidd deyildir.
    2. Şəhristanidən nəql etdiyimiz mətləb, müsnəd (sənədli) hədisdə gəlmişdir.
    1. Allah sizdən razı olsun, deməli, onların "Üsamənin səriyyəsi”ndə hərəkət etmələrində süstlük göstərdiklərini, bir müddət Curufda qalaraq hərəkət etməmələrini, halbuki vaxtı itirmədən hərəkət etməyə əmr olunduqlarını qəbul edirsiniz. Eləcə də onların Üsamənin əmirliyinə tənə vurub, irad tutmalarını da (baxmayaraq ki, onun əmirliyinin təyidi barədə dəfələrlə Peyğəmbərdən eşitmişdilər) qəbul edirsiniz. Həmçinin onların Əbu Bəkrdən Üsaməni vəzifəsindən çıxartmağı istəmələrini (halbuki, onlar Peyğəmbərin bu iradlardan əsəbiləşməyinin şahidi olmuşdular) də qəbul edirsiniz. Halbuki Peyğəmbərin (s) bu işin həyata keçirilməsinə nə qədər böyük əhəmiyyət verdiyinin şahidi idilər (məxsusən, ordunun sürətlə hərəkəti əmri!). Onlar bu barədə Peyğəmbərin (s) bir-birinin ardınca verilən əmrlərini eşitmişdilər. Həmçinin, Peyğəmbərin öz əli ilə yaraqlayıb, Üsamənin əmrlərinə tabe olmağı əmr etdiyi şəxslərin boyun qaçırmaları ilə də razılaşırsınız. Beləliklə hədisçilərin yekdilliklə qəbul etdikləri ilə siz də razılaşırsınız.
    Amma onların boyun qaçırmaqda üzrlü olduqlarını söylədiyiniz sözlərin hasili bu idi ki, İslamın məsləhətini şəxsi nəzərlərinin tələb etdiyi kimi, (Peyğəmbərin əmrlərinə uyğun) əmrin icra olunmasından daha üstün sanmışlar. Elə biz də bundan artıq heç nə istəmirik. Başqa sözlə, bizim söhbətimizin mövzusu bundan ibarət idi ki, onlar bütün nəslərə boyun əyərək, itaət edirdilər, ya yox? Halbuki, sizlər həmişə birincini (yəni, bütün nəsslərə boyun əyirdilər), biz isə ikincinin doğru olduğunu demişik.
    İndi isə sizin bu məsələni (yəni, onlar Peyğəmbərin bu əmrlərinə boyun əyməyiblər) etiraf etməyinizlə bizim dediklərimiz sabit olur. Amma onların məzur (üzrü) olub-olmamaları isə bizim bəhsimizdən xaricdir.
    Üsamənin səriyyəsində onların öz şəxsi nəzərlərinə əsasən, İslamın məsləhətini "nəss”lərin tələb etdiyindən üstün saymaları sizin üçün sabit olduqda, bəs niyə həmin sözü Peyğəmbərdən sonrakı xilafətin haqqında söyləmirsiniz? Belə ki, onlar xilafət məsələsində də İslamın məsləhətini şəxsi nəzərlərilə ölçərək "qədir” və s. kimi hədislərdən üstün saydılar.
    İrad tutanlar tərəfindən üzr gətirdiniz ki, onlar yaşlarının çoxluğu üzündən Üsamənin əmirliyindən boyun qaçırmışlar, çünki o, çox cavan idi. Buyurdunuz ki, qocalar öz fitri xüsusiyyətləri ucbatından cavanlara itaət etmirlər. Belə isə, həmin sözü niyə "qədir” "nəss”ləri (Əlinin (ə) azyaşlı olmasına baxmayaraq yaşlı qocalara əmir təyin edilmişdi) barəsində də söyləmirsiniz? Bu birinci dəfə deyildi ki! Axı, onlar düzgün xəbərlərə (hədislər) əsasən, Peyğəmbər (s) dünyadan köçən zaman Əlini də cavan, azyaşlı saydılar. Əlbəttə ki, hamıya hökumət etməklə, bir qoşuna sərkərdə olmaq arasında nə qədər fərq var! Deməli, əgər onlar neçə günlük döyüşdə bir cavana itaət etməyiblərsə, əlbəttə ki, bütün ömürləri boyu bir cavanın – həm dünya, həm də axirət işlərində itaətində olmaqdan boyun qaçırmalıydılar!
    Amma siz bu sözü əgər ümumi surətdə söyləyirsinizsə, qəbul deyildir. Çünki mömin qocalar (kamil iman sahibləri) Allahın və Peyğəmbərin itaəti naminə heç vaxt itaətdən boyun qaçırmırlar. Nəinki cavanlara itaət etməkdən, hətta Allah-təalanın hökmünə boyun əymək üçün hər bir şeyə təslim olmaqdan belə çəkinmirlər.(səh. 123) Qurani-kərim buyurur: فَلاَ وَرَبِّكَ لاَ يُؤْمِنُونَ حَتَّىَ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لاَ يَجِدُواْ فِي أَنفُسِهِمْ حَرَجًا مِّمَّا قَضَيْتَ وَيُسَلِّمُواْ تَسْلِيمًا "(Ey Məhəmməd!) Sənin Allahına and olsun ki, onlar aralarında baş vermiş ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam itaətlə boyun əyməyincə (tam razı) iman gətirmiş olmazlar.”("Əhzab” surəsi, 33-cü ayə.) Başqa bir ayədə isə belə buyurur: وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ "Peyğəmbər sizə nə verirsə, onu götürün və nəyi qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir.”(Taha” surəsi, 29-cu ayədən sonra.
     )
    2. Amma Üsamənin qoşununda hərəkət etməkdən boyun qaçıranların barəsindəki nəql etdiyimiz hədisi Şəhristani səhih saymış və nəql etmişdir. Əbu Bəkr Əhməd ibn Əbdül Əziz Cövhərinin "Əs-Səqifə” kitabında bu məsələyə işarə etdiyi nəzəri olduğu kimi burada dərc edirik: Həmid ibn İshaq ibn Saleh Əhməd ibn Səyyardan, o da Səid ibn Kəsir Ənsaridən, o da öz sənədiylə Abdullah ibn Əbdür-Rəhmandan belə nəql etmişdir: "Peyğəmbər elə xəstə olduğu zaman Üsamə ibn Zeydi mühacir və ənsardan toplaşmış olduğu orduya əmir təyin etdi. Bu qoşunda Əbu Bəkr, Ömər, Əbu Übeydə Cərrah, Əbdür-Rəhman ibn Ovf, Təlhə, Zübeyr xülasə, hamı iştirak edirdi. Sonra Həzrət, Üsaməyə "Mutə” məntəqəsinə (Üsamənin atası orada şəhid olmuşdu) gedərək Fələstin vadisində döyüşə girişməsini buyurdu. Amma həm Üsamə, həm də onun qoşunu ora getməkdə süstlük etdilər. Peyğəmbər (s) isə onların getməyinə təkid edirdi. Nəhayət, Üsamə o həzrətə belə ərz etdi: Atam-anam sənə fəda olsun, mənə icazə verirsənmi Allah sənə şəfa verənə kimi (bir neçə gün) burada qalım! Peyğəmbər isə cavabında belə buyurdu: Hərəkət elə, Allahın bərəkəti ilə qoşunu yola sal.Üsamə dedi: Axı səni bu halda qoyub necə gedim? Həzrət buyurdu: Müvəffəqiyyət üçün (naminə) hərəkət et. Üsamə dedi: Ey Allahın rəsulu, sənin əhvalını gələn karvanlardan xəbər almaq mənə çox çətindir. Mən buna görə həddindən artıq narahatam. Həzrət də ona belə buyurdu: Sənə əmr etdiklərimə əməl et. Bu zaman Peyğəmbər bihuş oldu. Üsamə də Mədinədən getməyə hazırlaşdı. Peyğəmbər huşa (özünə) gəldikdə, Üsamə və qoşunu barəsində soruşdu: Ona "getməyə hazırlaşır” – söylədilər.”
    Allahın rəsulu daim buyurardı: Üsamənin quşununu yola salın. Allah Üsamənin qoşunundan boyun qaçırana lənət eləsin. Üsamə hərəkət edəndə bayraq başının üst, səhabə də gözləri önündə idi. Curufa çatdıqda atdan endi, bu zaman Əbu Bəkr, Ömər və mühacirlərdən çoxu onunla idilər. Ənsarlılardan da Üseyd ibn Xüzeyr, Bəşir ibn Səd və başqaları orada idi. Bu vaxt Ümmü-Əymənin göndərdiyi qasid çaparaq gəlib Üsaməyə "Mədinəyə dönün” – dedi. Çünki, Peyğəmbər ölüm ayağındadır. Üsamə də gecikmədən Mədinəyə qayıtdı. Əlindəki bayrağı Peyğəmbərin (s) evinin qapısına sancdıqda Peyğəmbər də dünyadan köçdü.”
    Bu hədisi bir qrup tarixçilər, həmçinin Əllamə mötəzili ibn Əbil-Hədid "Nəhcül-Bəlağənin şərhi”nin ikinci cildinin 20-ci səhifəsindən sonra nəql etmişdi. Vəssalam.
    "Ş”
    DOĞSAN ÜÇÜNCÜ MƏKTUB
    23 Rəbiül-Əvvəl 1330
    Başqa halların da istənilməsi.
    Usamənin səriyyəsi barəsində söz, cümə axşamı gününün müsibəti barədəki kimi çox çəkdi. Amma bu məsələnin mübhəm (üstü örtülü) cəhətləri həqiqət axtaranlar üçün gün kimi aydın oldu. Xahiş edirəm ki, onların "nəss”ə boyun əymədikləri başqa halları da bizim üçün yazasınız. Vəssalam.
    "S”
    DOĞSAN DÖRDÜNCÜ MƏKTUB
    25 Rəbiül-Əvvəl 1330
    "Mariqilər”in öldürülməsinə dair Peyğəmbərin (s) fərmanı.
    Bu barədə bəzi görkəmli şəxsiyyətlərin, hafiz və başqalarının nəql etdikləri hədisi söyləmək kifayətdir. Burada biz Əhməd ibn Hənbəlin öz "Müsnəd” kitabının üçüncü cildinin 15-ci səhifədə Əbu Səid Xidridən söylədiyi hədisi gətiririk. O, belə nəql edir: "Əbu Bəkr Peyğəmbərin (s) yanına gələrək dedi: Ey Allahın Peyğəmbəri! Mən filan yerdən keçirdim ki, çox gözəl üzlü bir kişinin ixlasla (Allahdan qorxu və itaətlə) namaz qıldığını gördüm. Bu zaman Peyğəmbər (s) ona belə buyurdu: Get, onu öldür! Əbu Bəkr getdi. Amma xeymədə onu o vəziyyətdə görüncə öldürmək fikrindən vaz keçib Peyğəmbərin yanına qayıtdı. Bu dəfə Peyğəmbər (s) Ömərə o şəxsi öldürməyi əmr etdi. Ömər də gedib, o kişini Əbu Bəkrin gördüyü kimi gördükdə onu öldürmək istəmədi. Buna görə də Peyğəmbərin yanına qayıdıb dedi ki, mən onu ağlar (Allahdan qorxan) gördüyüm üçün öldürmədim. Bu dəfə Peyğəmbər (s) Əliyə (ə) buyurdu: Get, onu öldür. Əli (ə) getdi, amma daha o şəxsi həmin yerdə tapmadı. Peyğəmbərin yanına qayıdaraq ərz etdi ki, ey Allahın rəsulu, onu görmədim. Peyğəmbər (s) buyurdu: O şəxs və onun tərəfdarlarının Quran oxumalarına baxmayaraq, Quran elə dillərinin ucunda dolaşır (yəni, qəlbləri və ağıllarına hakim deyil). Onlar oxun kamandan çıxdığı sürətlə dindən çıxacaq və bir daha qayıtmayacaqlar. Onları öldürün, çünki yer üzündə olan ən pis məxluqlardır.”
    Əbu Yəla bu hadisəni "Müsnəd”ində (ibn Həcərin "Əl-İsabə” kitabında Züs-Sodyənin tərcümeyi-halında gəldiyi kimi) Ənəsdən nəql etmişdir: "Peyğəmbər zamanında bir şəxs ibadətdə dillər əzbəri olmuşdu. Biz bu mətləbi Peyğəmbərə ərz etdikdə həmin adamın adını da o həzrətə söylədik. Lakin Peyğəmbər onu tanımadı. Onun xüsusiyyətlərini həzrət üçün bir-bir saydıqda yenə də tanımadı. Bu zaman o şəxsin özü gəlib çıxdıqda, Allahın rəsulu (s) buyurdu: Mənə elə bir şəxsdən xəbər verirsiniz ki, Şeytanın əlamətləri onun üzündə aşkar görünür. O şəxs yaxınlaşaraq, əshabın yanına yetişdikdə dayanıb salamsız durdu. Peyğəmbər (s) üzünü ona tutub dedi: Səni Allaha and verirəm (de görüm), bura yetişdikdə zehnindən bu keçmədimi ki, bu məclisdə səndən yaxşısı yoxdur? Cavab verdi ki, bəli! Daha sonra keçib namaz qılmağa başladı. Bu zaman Peyğəmbər buyurdu: Onu kim öldürə bilər? Əbu Bəkr dedi: Mən. Ayağa qalxaraq onun yanına getdi. Lakin, onu namaz qılan halda görüb, öz-özünə dedi: Sübhanəllah! Namaz qılan adamı necə öldürə bilərəm? Buna görə də onu öldürməyib geri qayıtdı. Peyğəmbər (s) Əbu Bəkrdən –Öldürmədinmi?– deyə soruşduqda, belə cavab verdi: Namaz qıldığına görə onu öldürmədim. Axı siz bizi namaz qılanları öldürməkdən çəkindirmişsiniz.Peyğəmbər buyurdu: Kim onu öldürə bilər? Bu zaman Ömər dedi: Mən. Amma onu səcdəyə gedən halda görüb, öz-özünə dedi: Məndən üstün olan Əbu Bəkr onu öldürmədi, mən necə öldürə bilərəm? Ona görə də qayıtdı və dedi ki, onu səcdəyə gedən halda görüb Allaha xatir öldürmək istəmədim. Peyğəmbər (s) buyurdu: Daha kim onu öldürə bilər? Bu vaxt həzrət Əli (s) cavab verdi ki, mən. Peyğəmbər (s) də buyurdu ki, əgər onu (bir daha) tapa bilsən. Əli (ə) gedib, onu nə qədər axtardısa, tapa bilmədi. Qayıtdıqdan sonra Peyğəmbər soruşdu: Nə oldu? Əli (ə) cavab verdi ki, o adam oradan getmişdi. Peyğəmbər buyurdu: Əgər bu şəxs öldürülsəydi, ümmətim arasında (bundan sonra) heç bir ixtilaf düşməzdi.”
    Bu hədisi Hafiz Məhəmməd ibn Musa Şirazi öz kitabında Yəqub ibn Süfyan, Məqatil ibn Süleyman, Yusif Qəttan, Qasim ibn Səlam, Məqatil ibn Həyyan, Əli ibn Hərb, Süda, Mücahid, Qütadə, Vəki və İbn Cərihin təfsirlərindən nəql etmişdir. Eləcə də mötəbər alimlərdən bir çoxu, imam Şəhabəddin Əhməd (İbn Əbdürəbbih Əndəlusi təxəllüslü) kimi ("İqdül-Fərid” kitabının birinci cildində) "əshabi-əhva” (rəy sahibləri) barəsində danışarkən bu mətləbi doğru saymışlar. O, bu qəziyyənin sonunda belə yazır: "Peyğəmbər (s) buyurdu: O, ümmətim arasında tapılacaq ilk tüğyan edən şəxsdir ki, əgər onu öldürsəydiniz, hətta iki nəfər də olsun belə ixtilaf etməyəcəkdi. Bəni-İsrail 72 firqə oldular, bu ümmət isə 73 firqə olacaqdır ki, bir firqədən başqa onların hamısı atəşdədir.” Buna oxşar bir əhvalatı "sünən” yazıçıları Əlidən nəql etmişlər: "Qüreyşlilərdən bir qrup Peyğəmbərin yanına gələrək ərz etdilər ki, ey Məhəmməd, biz sənin qonşuların və əhdə vəfadarlarınıq. Bizim qullarımızdan bəziləri sənin dininə, elminə və mərifətinə rəğbətləri olmayaraq sənin yanına gəlmişlər. Onlar, yalnız bizim bağlarda və s. işləməkdən boyun qaçıraraq sənə pənah gətirmişlər. Xahiş edirik ki, onları bizə qaytarasan. Peyğəmbər Əbu Bəkrə buyurdu: Nə deyirsən? Əbu Bəkr cavab verdi ki, onlar düz deyirlər və hər halda sənin qonşularındırlar. Peyğəmbərin mübarək üzünün rəngi dəyişdi. Üzünü Ömərə tutub buyurdu: Sən nə deyirsən? Ömər də Əbu Bəkrin söylədiklərini təsdiqlədikdə, Peyğəmbərin çöhrəsi tutuldu. Həzrət buyurdu: Allaha and olsun ki, Allah elə bir şəxsi sizinlə (qüreyşlilərlə) döyüşə göndərəcəkdir ki, onun qəlbi imanla doludur. O, din uğrunda sizinlə döyüşəcəkdir. Əbu Bəkr dedi: Ey Allahın rəsulu, o şəxs mənəmmi? Buyurdu ki, yox. Ömər soruşdu ki, mənəmmi? Buyurdu: Yox. O, başmaq yamayan şəxsdir. O zaman Peyğəmbər öz başmaqlarını yamaq vurmaq üçün Əliyə (ə) vermişdi.” Vəssalam.
    "Ş”
    DOĞSAN BEŞİNCİ MƏKTUB
    26 Rəbiül-Əvvəl 1330
    "Mariqi”nin öldürülməsinin yozumu.
    Ola bilər ki, Əbu Bəkrlə Ömər Peyğəmbərin əmrindən qətlin müstəhəb olmasını başa düşmüşlər, vacib yox. Buna görə də onu öldürməmişlər. Ola da bilər ki, onun qətlini "vacibi-kifayi” hesab etdiklərindən fikirləşmişlər ki, başqa əshab bu işi görəcək (beləliklə də, vacib hökmü hamının boynundan düşəcək). Qayıdan zaman isə onun qaça biləcəyindən və bununla da Peyğəmbərin əmrinin (sözü) yerdə qalacağından qorxmurdular. Çünki o kişiyə məcaranın nə yerdə olduğunu xəbər verməmişdilər. Vəssalam.
    "S”
    Category: Əl-Muraciat | Added by: Islam_Kitabxanasi
    Views: 609 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024