İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 8
Qonaqlar 8
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Əl-Muraciat

    Əl-Muraciat
    2011-12-30, 7:11 AM
    DOĞSAN ALTINCI MƏKTUB
    29 Rəbiül-Əvvəl 1330
    Bu yozuma cavab.
    "Vücub” (vacib hökm) həmişə əmrin həqiqətində qorunur və əmr olan yerdə vücubdan başqa bir şey zehnə gəlmir. Beləliklə, əmri (qərinəsiz, şahidsiz olaraq) müstəhəbə yozmaq səhih deyildir. Bizim haqqında bəhs etdiyimiz mövzuda (müstəhəbə yozulma) isə heç bir qərinə mövcud deyidir və əksinə, həqiqi mənanı (yəni vücubu) təkidlə çatdıran bir neçə qərinə vardır. Lütfən, bu hədislərə diqqət yetirsəniz, o zaman bizim dediklərimizi təsdiqləyəcəksiniz. Vücubun istinbatanı (şahid) bu cümləyə diqqət yetirməklə başa düşə bilərik: "O şəxsin tərəfdarları Quran oxuyurlar, amma Quran onların qəlblərinə təsir etməmişdir. Onlar kamandan çıxan ox kimi dindən çıxacaq və bir daha qayıtmayacaqlar. Onları öldürün, onlar yer üzünün ən pis məxluqlarıdır.” Və "Əgər o şəxs öldürülsə idi, ümmətimdən iki nəfər də olsun belə ixtilaf etməzdi” və başqa qərinələr, yalnız qətlin vacibliyinə dəlalət edir.
    Əgər Əhmədin "Müsnəd”ində gəlmiş hədisə müraciət etsən, görəcəksən ki, qətl əvvəl yalnız Əbu Bəkrə əmr olunmuşdu, sonra isə Ömərə. Belə olan surətdə, vücub necə kifayi ola bilər? Bundan əlavə, o hədislər aşkar surətdə o iki nəfərin həmin şəxsi namaz halında öldürməkdən xoşlanmadıqlarını nişan verir. Deməli, o həzrətin əmrinə əks olaraq öz istəklərini üstün sanmışlar.
    Beləliklə, gördüyünüz kimi, bu fakt öz rəylərini "nəss”dən üstün sayanların rəftarını bildirən aydın şahiddir. Vəssalam.
    "Ş”
    DOĞSAN YEDDİNCİ MƏKTUB
    30 Rəbiül-Əvvəl 1330
    Bütün halların istənilməsi.
    Səndən xahiş edirəm ki, bütün bu halları mənə yazıb göndərəsən. Daha heç birini də qoyma ki, bir də səndən xahiş edim. Hamısını yaz! Hətta məktubun çox uzun olsa belə, yaz. Vəssalam.
    "S”
    DOĞSAN SƏKKİZİNCİ MƏKTUB
    3 Rəbiüs-Sani 1330
    1. Hallardan bir hissəsi.
    2. Başqa hallara işarə.
    1. Təkcə aşağıdakı hallara diqqət yetirsən, sənin üçün kifayət edər: "Hüdeybiyyə sülhünün cərəyanı; Hüneyn döyüşünün qənimətləri; Bədr əsirlərindən fidyə alınması; Təbuk döyüşündə aclıq üz verən zaman həzrətin bəzi dəvələri kəsmək barəsindəki əmri; Ühüd döyüşündə olan bəzi hərəkətlər; Əbu Hüreyrənin Allaha inanan adamın cənnətə getməsini (uca səslə) müjdələdiyi günün cərəyanı; münafiqə namaz qılmaq və sədəqələrdə tənə gününün macərası; onların söyüşlə sual etməsi; iki xüms və zəkat ayəsinin təvili; təməttö həcci və müvəqqəti evlənməyə dair iki ayənin təvili; təlaq ayəsinin yozumu, keyfiyyət və kəmiyyət baxımından Ramazan ayının nafilələri (müstəhəb namazları) barəsində varid olmuş rəvayətlərin yozumu; azanın keyfiyyətinə (yəni, "həyyə əla xeyril əməl”in azandan götürülməsi); meyit namazında təkbirlərin sayına dəxalət etmək; Hatib ibn Bəltəənin cərəyanındakı qarışıqlıq; Peyğəmbərin "İbrahim məqamı”nda əncam verdiyi işlərə qarşı çıxma; bəzi müsəlmanların evinin məscidə qatılması; Əbu Xərraş Həzəlinin diyəsinin ödənilməsində yəmənlilərin ziyanına verilmiş hökm; Nəsr ibn Həccac Səlminin sürgün olunması; Cödə ibn Süleymə hədd (şallaq) vurulması; İraqın ərazilərinə bac-xərac qoyulması, cizyə alınmasının keyfiyyəti (necəliyi); "şura” məsələsi; camaatın vəziyyətilə xəbərdar olmaq üçün gecə gəzintiləri; gündüzlər təftiş və axtarış aparılması; vaciblərin tətil olunması və s. kimi hallarda "nəss”ə tabe olmaq əvəzinə ümumi məsləhəti (əlbəttə, öz nəzərlərinə görə) üstün tutmuşlar. Biz "Səbilül-muminin” adlı kitabımızda bu məsələlərə aid xüsusi bab (fəsil) ayırmışıq.
    2. Eləcə də Əlinin (ə) xilafəti və Rəsuli-əkrəmin pak Əhli-beyti barəsində olan "nəss”lərdən əlavə də ayrı "nəss”lər mövcuddur ki, onlara əməl olunmamış və hətta düz onun əksinə əməl etmişlər (ki, təhqiqatçıların onlardan xəbəri vardır). Beləliklə, xilafət "nəss”lərini də dəyişdirmək heç də təəccüblü deyil. Məgər bu hədislər, dəyişdirilən digər hədislərdən sayıla bilməz? Onlar bütün hallarda üstünlüyü öz şəxsi maraqlarına vermişlər. Vəssalam.
    "Ş”
    DOĞSAN DOQQUZUNCU MƏKTUB
    5 Rəbiüs-Sani 1330
    1. Onlar bütün (saydığınız) hallarda ümumun məsləhətini üstün bilmişlər.
    2. Başqa halların istənilməsi.
    1. Heç bir ağıllı şəxs onların məqsədlərinin hüsnü haqqında şəkk etmir, saydığınız bütün bu hallarda onların ümumun mənafeyini nəzərdə tutmaları məlumdur. Çünki onlar ümmət üçün elə bir şərait yaratmaq istəyirdilər ki, məsləhətlərinə görə olsun və müsəlmanların qüdrəti günbəgün artsın. Beləliklə, gördükləri bütün işlərdə, (istər "nəss”ə tabe olsunlar, ya olmasınlar) onlara eyib tutmaq olmaz.(Əraf” surəsi, 142-ci ayə.
     )
    2. Biz sizdən onların "nəss”ə tabe olmadıqları bütün halları yazmağınızı xahiş etmişdik. Siz isə bir qədər yazdıqdan sonra "İmam və pak Əhli-beyt haqqında bəzi nəslər (xilafət "nəss”indən əlavə) vardır ki, keçmiş sələflər ona əməl etməmişlər” – buyurmaqla kifayətlənmisiniz. Kaş, onların hamısını yazaydın ki, bir daha səndən onları yazmağı xahiş etməyəydim. Vəssalam.
    "S”
    YÜZÜNCÜ MƏKTUB
    8 Rəbiüs-Sani 1330
    1. Bəhsin ətrafından xaric olma.
    2. Xahişin yerinə yetirilməsi.
    1. Bizə gəlib çatmış "nəss”lərin onlar tərəfindən dəyişdirilməsini qəbul etdiniz. Əlhəmdulillah ki, dediklərimizi təsdiq etdiniz. Bildiyiniz kimi onların ümmətin səlahı (məsləhəti) üçün çalışması, İslamın əzəmət və şövkətinin möhkəmləndirilməsi üçün səyləri bizim söhbətimizin mövzusu deyildir. Çünki söhbətimiz onların Peyğəmbərin (s) buyuruqlarına tabe olub-olmamaları barədə idi və tabe olmamaqlarının səbəbi barədə danışmırdı.
    2. Axırıncı məktubunda məndən Əli (ə) haqqında imamətə aid olmayan və əshabın əməl etmədikləri səhih nəssləri göstərməyimi istəmişdin. Halbuki sən özün o zamanın xəbərlərinin, eləcə də "sünnələr”in rəhbər və imamısan, o xəbərləri ətraflı mütaliə etmişsən və sənin onlardan xəbərsiz olduğunu fikirləşmirəm. Kim bu hədisləri başa düşməkdə özünü sizdən üstün hesab edə bilər?! Görəsən, sünnə əhli içərisində sizə tay bir adam varmı? Yox, heç vaxt!
    Beləliklə, sizin bu xahişiniz şairin "Bir çox sual edənlər (soruşanlar) vardır ki, özləri mətləbə agahdırlar” – beytinə bənzəyir.
    Səhabədən bir çoxunun Əliyə kin bəsləyərək onunla düşmən olmasını yaxşı bilirsiniz. Beləliklə, ondan ayrılmaları, ona əziyyət etmələri, nalayiq söyüşlərlə, təhqir etmələri, haqqında zülmləri, onu pisləməyi özlərinə vacib bilmələri, onunla döyüşləri, onun, Əhli-beytinin və dostlarının müqabilində qılıncla dayanmaları tarixin acı həqiqətlərindəndir. Tarix dediklərimizə aşkar dəlildir. Halbuki, Peyğəmbər buyurmuşdu: "Mənə itaət edən Allaha itaət etmiş, itaətimdən çıxan isə, Allahın itaətindən boyun qaçırmışdır, Əliyə itaət edən isə mənə itaət etmiş, onun fərmanına boyun əyməyən mənim fərmanıma boyun əyməmişdir.” Yenə buyurmuşdu: "Məndən ayrılan Allahdan ayrılmış, Əlidən ayrılan isə məndən ayrılmışdır.” O həzrət başqa bir yerdə belə buyurmuşdu: "Ey Əli, sən həm bu dünyada, həm də axirətdə seyyid və ağasan. Sənin dostun mənim dostum, mənim dostum da Allahın dostudur. Sənin düşmənin mənim düşmənim, mənim düşmənim isə Allahın düşmənidir. Vay olsun məndən sonra sənə qəzəblənən şəxsin halına!” Peyğəmbər buyurmuşdur: "Əlini söyən məni, məni söyən isə Allahı söymüşdür.” O həzrət yenə də buyurmuşdur: "Əliyə əziyyət edən mənə əziyyət etmiş, mənə əziyyət edən isə Allaha əziyyət etmişdir.” Başqa bir yerdə yenə buyurmuşdur: "Əlini sevən məni sevmiş, ona qəzəblənən isə mənə qəzəblənmişdir.” Allahın elçisi belə də buyurmuşdur: "Ey Əli, mömindən savayı heç kəs səni sevməz, münafiqdən başqası da qəlbində sənə kin bəsləməz.” Yenə də buyurmuşdur: "İlahi, onu sevəni sev, ona düşmən olana düşmən ol. Ona kömək edənə kömək ol, onu xar, zəlil etmək istəyəni isə zəlil et!” Bir gün Peyğəmbər (s) Əli, Fatimə, Həsən və Hüseynə baxaraq belə buyurdu: "Sizinlə sülh və barışıqda olanla sülhdəyəm, sizinlə mübarizə edənlə isə mübarizədəyəm.” Əbanı onların üstünə saldığı zaman isə belə buyurdu: "Onlara mübarizəyə qalxanla mübarizədə, sülhdə olanla sülhdə, düşmən olanla isə düşmənəm.”
    Bir çox belə hədislər mövcuddur ki, səhabə nəinki onlara əməl etməmiş, hətta onun ziddinə səy göstərərək, öz həvayi-nəfslərini bu hədislərdən üstün saymış, qərəzli hərəkət etmişlər. Həqiqətdən xəbərdar olanlar yaxşı bilirlər ki, Əlinin (ə) fəzilətləri haqqında varid olmuş hədislər (ki, yüzlərlədir) onunla dostluğu (onu sevmək) vacib, onunla düşmənçiliyi isə haram sayır. Bu hədislərdən hər biri o həzrətin Allah və onun peyğəmbəri yanında nə qədər yüksək və ali məqama malik olduğunu göstərir. Biz keçmiş məktublarımızda onların (o həzrətin fəzilətlərinin) bəzilərinə işarə etmişdik, amma demədiklərimiz söylədiklərimizdən olduqca çoxdur. Siz ki, əlhəmdülillah, hədis və sünnədən xəbərdar olan bir adamsız. Bzünüz deyin hansı hədis və xəbər o cənabla mübarizə etməyə və ya ona söyüş söyməyə dəvət edir? Hansı bir hədis o həzrətə əziyyət vermək, onun kinini qəlbə salıb, (onunla) düşmənçilik etməklə müvafiqdir? Hansı bir hədis hökm edir ki, o həzrətin hüquqları qəsb olunub, ona zülm olunsun, minbərlərdə, cümə və bayram namazlarında o həzrəti söymək savab sayılsın? Hansı?! Yoxdur, belə bir hədis əsla yoxdur.
    Amma bu cür xilaf işlərə əl atanlar isə nə bu hədislərin çoxluğuna, nə də təvatür halına əhəmiyyət verirdilər və bu "nəss”lərin heç biri onların siyasətlərinin tələbinə mane ola bilmirdi. Onlar yaxşı bilirdilər ki, Əli Peyğəmbərin qardaşı, vəlisi, varisi və sirdaşı idi. Əli Peyğəmbərin Əhli-beytinin seyyidi və ağası, ümmətinin Harunu, o həzrətin ciyər-parəsinin (Fatimə (ə)) həyat yoldaşı, Peyğəmbərin zürriyyəsinin atası, İslamı qəbul edən ilk şəxs, imanda hamıdan ixlaslı, hamıdan elmli, əməldə hamıdan üstün, hamıdan helmli, yəqini hamıdan çox olan şəxsdir. O cənab hamıdan artıq əziyyət çəkmiş, həmişə də imtahanlardan üzüağ çıxmışdır. O həzrətin fəzli, üstünlüyü hamıdan çox, keçmişi hamıdan parlaq və əziz, İslamı hamıdan yaxşı başa düşən, bütün müsəlmanlardan –hidayətdə, əxlaqda, rəftarda– ən üstün, Peyğəmbərə hamıdan yaxın, danışıqda və sükut etməkdə hamıdan nümunəlidir.
    Amma onların şəxsi qərəzləri və istəkləri (özlərinə) hər bir dəlildən irəli idi, belə ki, onların imamət barəsində öz rəylərini "qədir nəssi”ndən üstün bilmələri heç də təəccüb doğurmur. Məgər "qədir” hədisi yüzlərlə təvil (təhrif) olunmuş hədislər arasında yeganədirmi ki, onu öz rəy və məsləhətlərinə qurban verməsinlər?! Halbuki Peyğəmbər (s) buyurmuşdur: "Mən sizin aranızda iki qiymətli şeyi əmanət qoyub gedirəm ki, əgər onlardan tutsanız, heç vaxt yolunuzu azmazsınız; Allahın kitabı və Əhli-beytim.” Həmçinin o həzrət buyurmuşdur: "Mənim Əhli-beytim Nuhun gəmisi kimidir, o gəmiyə minən qurtulacaq, minməyən isə qərq olacaq. Mənim Əhli-beytim sizin aranızda Bəni-İsrail üçün olan "Hittə qapısı” kimidir, bu qapıdan daxil olan bağışlanacaqdır.” Həmçinin, buyurmuşdur: "Göydəki ulduzlar yer əhlinin azmaması üçün, mənim Əhli-beytim isə ümmətimin ixtilafa düşməməsi üçün bir səbəbdir. Əgər bir qəbilə (qrup) onlarla müxalifət etsə, özlərinin arasında ixtilaf tapılacaq və İblisin firqəsinə çevriləcəklər.”
    Ümmətin əməl etmədiyi belə hədis və rəvayətlər, olduqca çoxdur. Vəssalam.
    "Ş”
    Category: Əl-Muraciat | Added by: Islam_Kitabxanasi
    Views: 625 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024