İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əl-Muraciat

    Əl-Muraciat
    2011-12-30, 7:09 AM
    YÜZ BİRİNCİ MƏKTUB
    10 Rəbiüs-Sani 1330
    Nə üçün İmam (Əli) "səqifə” günü xilafət və "vəsayət” "nəss”inə istinad etmədi?
    Haqq gün kimi aşkar oldu, əlhəmdulillahi Rəbbil aləmin! Yalnız bir mətləb qalmışdır ki, onun nişanələri naməlum, əlamətləri isə qeyri-aşkardır. Mən onu sizə xatırladıram ki, çöhrəsindən pərdəni götürək, gizlinləri aşkar edəsiniz. O da budur ki, nəyə görə İmam –"səqifə”də Əbu Bəkr və onunla beyət edənlərin müqabilində– sizin istinad etdiyiniz xilafət və "vəsayət” hədisinə əsasən, öz haqqını tələb etmədi? Məgər siz bu "nəss”lərin mənasının başa düşülməsində o həzrətdən də agahsınızmı? Vəssalam.
    "S”
    YÜZ İKİNCİ MƏKTUB
    11 Rəbiüs-Sani 1330
    1. "Səqifə” günü İmamın öz haqqını müdafiə etməsinə maneçilik.
    2. Maneçiliyin olmasına baxmayaraq İmamın və dostlarının həmin "nəss”ləri yada salmaları.
    Hamı bilir ki, İmam(ə) və dostları (Bəni haşim və başqaları) beyət zamanı "səqifə”də deyildilər. Onlar "səqifə”dən və oradakılardan ayrı olub, belə ki, hamısı Allahın rəsulunun (s) vəfatı ilə əlaqədar bir sıra vəzifələrə – qüsl, kəfənləmə, dəfn və s. işlərə məşğul idilər və ondan başqa bir şey haqqında fikirləşmirdilər. Onlar hələ Peyğəmbəri dəfn etməmiş "səqifə”dəkilər artıq işlərini başa çatdırmış, beyəti möhkəmləndirmişdilər. Çox böyük uzaqgörənliklə qərar qoymuşdular ki, kim beyət işinə xələl yetirmək istəsə, onun qarşısını alsınlar.
    Belə bir vəziyyətdə İmam, Əbu Bəkr və onunla beyət edənlərin qarşısında necə durub haqqını tələb edə bilərdi? Beyətdən sonra isə ona və başqalarına nə vaxt icazə verildi ki, dəlil-sübut gətirsinlər? Halbuki iqtidar sahibləri çox böyük ehtiyat və uzaqgörənliklə bütün güc və qüdrətlərini işə salmışdılar. Məgər indiki zamanda hər bir şəxs asudəliklə hökumət və səltənəti aradan aparmaq üçün qiyam edə bilərmi? Bu yolda açıq-aşkar mübarizəyə qalxa bilərmi? Əgər belə bir iş görərsə, onu başlı-başına buraxarlarmı? Heyhat, heyhat! Keçmişi indiki zamanla müqayisə et (amma əgər müsəlmanlar məsələdən agah olub öz rəhbərlərinə tabe olmaqla zalım hökuməti yıxsalar, o başqa məsələ). Xalq elə indi də həmin xalq, zaman da həmin zamandır.
    Bütün bunlardan əlavə, Əli (ə) o günlərdə (elə bir şəraitdə) dəlil-sübut gətirməyin fitnədən və haqqının aradan getməsindən savayı heç bir təsiri olmayacağını yaxşı bilirdi. Çünki o həzrət İslamın əsasının, "tövhid” kəlməsinin aradan getməsindən qorxurdu. O vaxt həzrət Əli belə bir şəraitdə iki mühüm işin arasında qalmışdı: Bir tərəfdən çoxlu nəslər, vəsiyyətlərə əsasən, xilafətin ona çatmalı olduğunu (bu mühüm işi ondan başqa heç kəsin görə bilməyəcəyi üçün özünün məsuliyyətli olduğunu); digər tərəfdən isə tüğyançıların (öz fitnələri ilə) yaranacaq qarışıqlıqdan istifadə edərək Ərəbistan yarımadasını biri-birinə vurub, İslamı aradan aparmalarından qorxurdu. Mədinə münafiqləri də (onu) təhdid edirdi. Çünki onlar, artıq nifaq salmaq üzrə idilər. Həmçinin Mədinə ətrafındakı ərəblər də təhlükə yaradırdı (bu ərəblər Quranın buyurduğuna görə, münafiq sayılıb, belə ki, öz küfr və nifaqlarında hamıdan artıq idilər). Belə bir şəraitdə müsəlmanlar zülmətli bir gecədə yağmura düşmüş sürüyə bənzəyirdilər ki, yırtıcı canavarlar tərəfindən əhatə olunmuşdular.
    Yalançı Müseyləmə bir tərəfdən, Təlhə ibn Xuveylid (töhmətçi, böhtançı), Səccah (Harisin qızı, şeytansifət bir qadın) öz əshabı ilə başqa bir tərəfdən İslamı aradan aparmaq və müsəlmanları bir-birinə vurmaq üçün ayağa qalxmış və rum, "kəsra”, "qeysər” və başqaları da müsəlmanların pusqusunda durmuşdular (və bir çox başqaları ki, Məhəmməd (s) və Ali-Məhəmmədə (s) qarşı ədavətli olub, İslamın aradan getməsini istəyirdilər). Onlar Peyğəmbərin (s) vəfatını bildikdə, ələ düşən fürsəti qənimət bilib (hələ İslam qüdrət tapmamış) İslam və müsəlmanları aradan aparmaq üçün hazır dayanmışdılar.
    Əli (ə) bu iki böyük xətərlə üzləşmişdi. Belə isə o həzrətin öz haqqını müsəlmanların həyatına qurban verməyi təbii idi. Lakin, o həzrət öz haqqını müsəlmanların həyatına qurban versə də, xilafət barəsində haqqını qoruyaraq, buna göz yumanların qarşısında elə dəlil gətirmək istəyirdi ki, müsəlmanların vəhdəti pozulmasın. Belə ki, düşmənlərin sui-istifadə edə biləcəyi fitnə yaranmasın. Buna görə də evdən çölə çıxmadı. Onu məcbur edərək (qan tökülmədən) evdən çıxartdılar. Çünki o həzrətin özü onlara tərəf getsəydi, höccəti tamamlaya bilməz və bu zaman onun şiələrinin də heç bir dəlilləri olmazdı. Belə bir vəziyyətdə həzrət Əli dini hifz edərək, öz haqqını xilafətlə bir yerə cəmlədi.
    İmam İslamın hifzi və onun düşmənlərinin təcavüzünün aradan qaldırılmasını özünün bu qərarında duyduqda, (bu zaman) dövrün xəlifəsi ilə sülhlə keçinərək (ümmətin hifzi, millətin və dinin qorunması naminə) bütün bunları öz haqqından üstün sandı. O həzrət iki mühüm iş arasında qaldıqda, onlardan daha əhəmiyyətlisini seçərək, düşmənlərlə barışıq halında keçindi. Beləliklə, o zamankı şərait əsla qılıncla müqavimət, dəlillə istinad (istidlal) etmək fürsətini o həzrətə vermədi.
    2. Amma bütün bu şəraitlə belə, o həzrət, övladları və ona bağlı olan alimlər həmişə Peyğəmbərin (s) vəsiyyətlərini xatırlayaraq onun (s) aydın "nəss”lərini qoruyurdular və mühəqqiq alimlər bu mövzudan agahdırlar.
    Vəssalam.
    "Ş”
    YÜZ ÜÇÜNCÜ MƏKTUB
    12 Rəbiüs-Sani 1330
    İmamın və dostlarının dəlil gətirmələri barədə bəhs.
    Nə vaxt və harada İmam bu əməli əncam vermişdi? Nə zaman və harada o həzrətin dostları və yaxınları belə bir dəlillər irəli sürmüşdülər? Onlardan bəziləri haqda bizə məlumat verin. Vəssalam.
    "S”
    YÜZ DÖRDÜNCÜ MƏKTUB
    15 Rəbiüs-Sani 1330
    1. İmamın (ə) dəlil gətirməsi hallarından bəzisi.
    2. Həzrət Zəhranın (ə.h) dəlil gətirməsi.
    1. İslama zərbə dəyməsin deyə, "nəss”ləri yaymaqda İmam çox ehtiyatla rəftar edirdi. Müsəlmanların əzəmət, şan-şövkətinin qorunması naminə onlarla daha ciddi mübarizəyə girişmirdi. Bəzən mülayimliklə sükut edərək haqqını tələb etməməsini bu cür izah edirdi: "İnsana haqqını geri almasında gecikdiyinə (təxir etdiyinə) görə eyib (irad) tutmazlar. Eyib-iradı o şəxsə tutarlar ki, haqqı olmadığı bir şeyi qəsb etsin.”
    O həzrətin "nəss”ləri yaymaq yolunda xüsusi bir üsulu var idi ki, çox hikmətamizdir. Gördüyünüz (bildiyiniz) kimi, "Rəhbə” günü (özünün xilafəti günlərində) camaata "qədir” gününü xatırlatmaq üçün onları bir yerə toplayıb belə buyurdu: "Sizi Allaha and verirəm, hər kəs "qədir” günü Peyğəmbərin (s) buyuruğunu eşidibsə, ayağa qalxıb öz eşitdiklərinə şəhadət versin. Amma Peyğəmbəri (s) görənlərdən savayı heç kəs ayağa qalxmasın.” Səhabədən 30 nəfər (onlardan 12-si Bədr döyüşündə iştirak etmişdilər) ayağa qalxıb "qədir nəssi” barəsində eşidib-gördüklərinə şəhadət verdi. Həzrət bu imkanı o zaman çətin şəraitdə (Osmanın öldürülməsi, Bəsrə və Şamın fitnəsi) tapa bilmişdi. Canıma and olsun ki, belə bir gündə hikmət üzrə dəlil gətirmək çox nadir hallarda baş verir. Salam olsun ona, bütün o böyük məqamı ilə birlikdə ki, "qədir” hadisəsi yavaş-yavaş zehnlərdən silinməkdə, unudulmaqda olduğu bir vaxtda onu yenidən canlandırdı, Rəhbədə toplaşan cəmiyyət üçün keçmişi bir daha xatırlatdı.
    Peyğəmbər (s) Qədir-xum günündə Əlinin əlindən yapışaraq, ümmətindən yüz min (ya çox) nəfərin gözünün ona dikildiyi bir vaxt buyurdu: "Əli məndən sonra sizin mövlanızdır (vəlinizdir)”. Elə buna görə də "qədir” hədisi mütəvatir rəvayətlərin ən aydın olanlarından sayılır. Sən Peyğəmbərin (s) hikmət dolu rəftarına bax ki, bu mətləbi hamının hüzuru mümkün olan təqdirdə elan etdi, beləcə də vəsisi Əli (ə) onu "Rəhbə” günü camaatı bir yerə toplayaraq onların öz şəhadətləri əsasında yenidən diriltdi. Beləliklə, o həzrət zamanın tələbinə uyğun münasib yumşaqlıqla öz haqqını qarşıya çəkirmiş (və özü də bunları çox ehtiyatla edirmiş). İmamət əhdinin və "vəsayət” "nəss”inin yayılmasında imamın metodu bu idi. O həzrət qafil insanları elə bir üsulla (qəflət yuxusundan) oyadırdı ki, səs-küyə, camaatın qəflətən nifrətinə səbəb olmasın. Bu barədə sünni yazıçılarının nəql etdikləri hədisləri araşdırıb oxumaq sənə kifayət edər. Misal üçün bunu göstərmək olar ki, Peyğəmbər (s) Allahın əmrilə bir gün öz qohumlarını əmisi Əbu Talibin evinə yığaraq, o məlum mətləbləri buyurdu. Bu məsələ nübüvvət nişanələrindən hesab edilir və həqiqətdə, bu bir möcüzə idi ki, o həzrət az bir yeməklə çox böyük bir qrupu doyuzdurdu. Bu hədisin axırında Peyğəmbərin Əlini qucaqlayıb ona belə buyurması da gəlmişdir. "Bu, mənim qardaşım, vəsim, eləcə də sizin aranızda olan xəlifəmdir (canişin). Ona qulaq asın və itaət edin.” İmam (ə) həmişə deyirdi ki, Peyğəmbər (s) onun haqqında buyurmuşdur: «انت ولـيّ كل مؤمن بعدي» "Sən məndən sonra bütün möminlərin vəlisisən.” Dəfələrlə Peyğəmbərdən nəql edərdi ki, həzrət ona belə buyurarmış: «انت مني بمنـزلتة هارون من موسي» "Sənin mənimlə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir.” Həmçinin, Peyğəmbərin (s) Qədir-xum günündə buyurduğu bu sözləri çox təkrar edərdi: «اَلَسْتُ اَوْلي بِالْمُوْمِنينَ مِنْ اَنْفُسِهِم؟ قالُوا: بَلي! قالَ: مَنْ كُنْتُ وَلِيَّهُ فَهذا عَلِيٌّ وَليُّهُ» "Məgər mən möminlərə öz canlarından artıq deyiləmmi? Ərz etdilər ki, bəli (artıqsan)! Buyurdu: Mən hər kəsin vəlisiyəmsə, Əli onun vəlisidir.”
    Həmçinin bir çox inkarolunmaz hədislər vardır ki, həzrət onları etimadlı və dəyərli şəxslər arasında yaymışdır. Bütün bunlar o zamankı şəraitin həzrətə elan icazəsilə bağlı idi (elan lazımı həddə çatsa da, lakin camaata təsir etmirdi). O həzrət "şura” günü də fürsəti münasib görüb, şuradakılara höccəti tamamladı. (Amma nə faydası).
    Əli (ə) hətta öz xilafəti çağlarında da başına gətirilmiş böyük məzlumiyyətindən şikayətlənərək, minbərdə belə buyurmuşdu: "Xilafət əbasını filankəs çiyninə salmış ikən, halbuki Allaha and olsun, çox yaxşı bilirdi ki, mənim xəlifəliyə olan nisbətim dəyirman daşının mehvəri kimidir. Elmlər dəryası mənim vücudumdan qaynaqlanır, heç kəsin təsəvvür "quşu” mənim fəzilətlərimin qülləsinə yüksələ bilməz. Mən (isə) sadə paltara bürünərək ətəyimi ondan (xilafətdən) çəkdim. Fikirləşdim ki, görəsən yalın əllə öz haqqımı (geri) almaq üçün qiyam mümkünmü? Yoxsa qarşıya çıxan bu qaranlıq və zülmətin içərisində (oturub) səbirmi edim? (Bu bir vəziyyət idi ki,) yaşlıları əldən salır, uşaqları qocaldır, möminlərə öz Rəbblərinə qovuşanadək əziyyət verir. Mən isə səbir və dözümün ağla daha uyğun gəldiyinə görə, ona səbir etdim, amma necə – gözündə çöp, boğazında sümük qalan kəs kimi. Və görürdüm ki, bütün mirasımı (mənə yetişən irsi) qarət (qəsb) edirlər.
    O həzrət bu sözləri həmişə deyərdi: "İlahi, mən Qüreyş və onların əlaltıları müqabilində səndən kömək istəyirəm. Onlar mənimlə olan qohumluqlarını unudaraq uca məqamımı kiçik saydılar və mənə mənsub olan xilafətdə mənimlə mübarizəyə qalxıb, əleyhimə yığışdılar.” Sonra belə buyurur: "Bu elə bir haqdır ki, (ya) onu almaq, elə bir haqdır ki, (ya da) tərk etmək lazımdır.” Bir nəfər o həzrətə "Ey Əbu Talibin oğlu, sən bu xilafət işində nə yaman hərissən (yəni, əldən vermək istəmirsən) – dedikdə, ona buyurdu: "Allaha and olsun ki, siz daha hərissiniz. Çünki mən öz haqqımı tələb edirəm, siz isə mənimlə haqqım arasında maneçilik törədirsiniz.” Həmçinin buyurur: "Allaha and olsun ki, Peyğəmbər (s) vəfat edəndən bu günə qədər məni öz haqqımdan ayrı salaraq mənimlə zülmlə rəftar etmişlər.” Başqa bir yerdə belə buyurur: "Bizim haqqımız var, əgər versələr ki, heç, yoxsa səbir edəcəyik, hər nə qədər uzun çəksə də.” Qardaşı Əqilə yazdığı məktubda belə buyurur: "Allah mənə görə Qüreyşi cəzalandırsın, onlar mənimlə olan qohumluqlarını kəsərək, Peyğəmbərdən (s) mənə yetişəcək hökumət və vilayəti əlimdən aldılar.” Dəfələrlə buyurmuşdu: "Əhli-beytimdən savayı mənə kömək edəcək bir kimsənin qalmadığını gördükdə, onların ölümünə də paxıllıq etdim (heyfim gəldi). Gözlərimi çöplə dolu olan halda örtdüm, sümük ilişib qalan boğazımla qəzəbimi (içəri) uddum, bu (iş), "hənzəl”dən (acı bir meyvədir) də acı olsa da, səbir etdim.” Bəzi dostlar o həzrətdən "Necə oldu ki, sizin qohumlarınız (hamıdan layiq olduğunuz bir halda) bu məqamı sizdən aldılar?” – deyə soruşduqda o həzrət buyurdu: "Ey qardaşım Əsədi, yersiz vaxtı soruşursan (yəni, indi bu sualın yeri deyil), amma sənin soruşmağa haqqın vardır. Belə isə bil ki, gördüyün kimi bəzilərinin mənə qarşı zülm edərək haqqımı qəsb etməsi (baxmayaraq ki, mənim Peyğəmbərə (s) nə qədər yaxın olduğumu bilirdilər) və s. bütün bunlar mənim üstün olmağıma görə idi və çoxları buna həsəd aparırdılar, bəziləri də (bəzi məsləhətləri nəzərə alaraq) bu haqdan səxavətli surətdə keçdilər. (Amma) hakim bir olan Allahdır. Qiyamət günü də dönüş Onun tərəfinədir.” O həzrət yenə də buyurmuşdur: "Kimdir bizdən başqası ki, özünün "elmdə möhkəm” olduğunu iddia edir ("rasixun fil elm”)? Hər kim bu iddianı etsə bizim əleyhimizə çıxaraq, bizə zülm etmişdir. İndi onlar haradadırlar? Gəlib görsünlər ki, Allah bizi necə ucaltdı, onları isə necə alçaltdı, bizə əta etdi, onları isə məhrum, bizi Öz nemət və lütfünə daxil, onları isə xaric etdi. Camaat bizim əlimizlə hidayətə qovuşur; ya kor, ya da bəsirətlə. İmamlar Qüreyşdəndirlər ki, Allah onları Bəni-Haşimin nəslindən yaratdı. Onlardan başqa heç kim bu işə layiq deyil və onlardan başqa heç kim rəhbər ola bilməz!”("Taha” surəsi, 29-cu ayədən sonra)
    Həmçinin, o həzrətin xütbələrinin bəzisində gəlmiş bu sözlər sizə kifayət edər: "Peyğəmbər vəfat edən kimi bəziləri geri döndülər, belə ki, həvayi-nəfsləri onları yoldan çıxarıb məkr və hiyləyə əl ataraq, öz qohumlarından başqaları ilə əhd-peyman bağladılar. Dostluğu vacib olan adamdan uzaqlaşıb (xilafət) binasını öz əsl məhəlindən (başqa yerə) köçürdülər. Elə bir yerə apardılar ki, bütün xətaların kökü, bütün zəlalətlərin keçidi ora idi. Onlar kin-küdurət, həsəd içində boğularaq başlarını itirmiş, heyrətlə vurnuxaraq məstlik və həvayi-nəfs girdabında çapalayarkən, eynilə ali-Firon üsulu ilə rəyasət etdilər (ya hər bir şeydən əl üzüb dünyadan yapışmış, ya da ki, aşkar surətdə dindən əl çəkmişdilər).("Maidə” surəsi, 67-ci ayə.
     )
    Beyətdən sonrakı xütbəsində (Nəchül-Bəlağənin ən parlaq xütbələrindəndir) – buyurur: "Bu ümmətdən heç kimi Ali-Məhəmmədlə (s) müqayisə etmək olmaz və Ali-Məhəmmədin (s) nemətinin şamil olduğu şəxsləri onlarla bir sırada tutmaq olmaz. Onlar (nemətə şamil olan şəxslər) dinin əsasları, yəqinin sütunlarıdır, irəlidəkilər onlara tərəf qayıdır, geridə qalanlar onlara qoşulurlar, vilayət, "vəsayət” və virasət xüsusiyyətləri onların rəhbərliyi altındadır. İndi isə haqq öz əhlinə qayıdaraq, götürüldüyü yerə (yenidən) qaytarılmışdır.”(26-cı məktubda onun doğru olmasını eşitdiniz. ) Başqa bir xütbədə isə həzrət öz müxaliflərinə olan təəccübünü bildirir: "Mən təəəccüb edirəm, axı necə də təəccüb etməyim ki, bu qruplar nə Peyğəmbərin (s) yolunu gedirlər, nə də onun vəsisinə təqlid edirlər (dinlərində olan dəlillərində ixtilafları vardır).”("Əs-Səvaiq”, səh. 29)
    2. Zəhra (ə.h) bu barədə çox tutarlı bir dəlil gətirmişdir (ki, iki xütbəyə şamil olub, çox məşhurdur). Bu xütbələr dildən-dilə nəql olunmuş və Əhli-beyt (ə) də övladlarını onları öyrənməyə məcbur etmişlər (Qurani-kərimi hifz etməyə məcbur etdikləri kimi). Bu xütbələrdə xilafəti yerbəyer edənlərə qarşı etiraz olunmuşdur: "Vay olsun onlara! Xilafəti böyük və möhkəm dağların qülləsindən, nübüvvət sütunlarından, Ruhul-Əminin (Cəbrail (ə)) nazil olduğu yerdən uzaqlaşdırdılar. Onu elə bir şəxsin əlindən aldılar ki, din və dünya işlərinə hamıdan agah idi. Onların bu işlərinin nəticəsi aşkar ziyandan savayı bir şey deyildir. Əbül-Həsənə nə eyib tuta bilərdilər? Niyə ondan narahat idilər? And olsun Allaha ki, onun qılıncından, işləri ədalətlə gördüyünə görə, döyüş meydanlarındakı şücaətinə görə, Allahın əmrlərinin həyata keçirilməsində olan səyinə görə narahat idilər. Allaha and olsun ki, əgər ümmətin (işlərin) cilovunu ona verib (Peyğəmbər (s) ona verdiyi kimi) müqabilində təslim olsaydılar, Əli onları elə bir aram və asayişlə dolu həyatla təmin edərdi ki, heç bir narahatlıq yaranmaz, heç kim də zəhmətə düşməzdi və onları sağ-salamat mənzil başına çatdırardı. (Bu həyatın) şirin və içməli suyu fəvvarə vurar, bu suda heç bir qarışıqlıq (bulnıqlıq) olmazdı. O, daim onları sirab edər, aşkar və gizlin onlara nəsihət edərdi, onları "sirab” etmək, "doyurmaqdan” savayı heç bir şeyə razı olmazdı və elə bu zaman da yer və göyün nemətləri onların üzünə açılardı. Tezliklə Allah etdikləri işin cəzasını onlara göstərəcəkdir... Doğrusu, onlar kimə pənah aparmışlar? Kim onların əllərindən tutacaqdır? Nə qədər də pis bir rəhbər özlərinə seçdilər! Zalımlar nə qədər də pis bir müamilə etdilər! Bu "quş” əsl qanadlarını əldən vermiş, süni lələklərlə uçmağa hazırlaşır, atın yalından tutmaq əvəzinə, quyruğundan yapışdılar. Bu camaatı (görüm) burnu (üzü) yerə sürtülsün ki, elə bilir yaxşı iş görmüş, halbuki fəsad törətmişlər və şüurları yoxdur ki, onu dərk edələr! Vay olsun onların halına! Xalqı haqqa doğru hidayət edənə tabe olmaq yaxşıdır, yoxsa hidayətə möhtac olana tabe olmaq? Sizə nə olmuşdur? Bu necə hökm kəsməkdir?!”("Səhih”in ikinci cild, Əlinin fəzilətləri bab”,səh 324)
    Bütün bunlar pak Əhli-beytin bu mövzuda buyurduqlarından bir nümunə idi ki, o biriləri də bununla müqayisə edə bilərsən. Vəssalam.
    "Ş”
    Category: Əl-Muraciat | Added by: Islam_Kitabxanasi
    Views: 669 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024