İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Əl-Muraciat

    Əl-Muraciat
    2011-12-30, 7:02 AM
    YÜZ SƏKKİZİNCİ MƏKTUB
    22 Rəbiüs-Sani 1330
    Sübutun vəsiyyət ilə gətirilməsi.
    Əvvəla, Əmirəl-mömininin özü "vəsayət” məsələsini minbərdə söyləmişdir ki, biz 104-cü məktubda o həzrətin sözlərini eynilə gətirdik. İkincisi, "yovmüd-dar” hədisini nəql edən hər bir şəxs onu Əliyə (ə) nisbət verərək həzrətdən nəql etmişdir ki, biz onu da 20-ci məktubda gətirdik (çox aşkar surətdə o həzrətin vəsilik və xilafətini bəyan edirdi).
    Bunlardan əlavə, behişt cavanlarının ağası olan İmam Həsən Müctəba (ə) Əmirəl-mömininin (ə) şəhadətindən sonra özünün çox dəyərli söhbətində bu həqiqətə işarə edərək buyurmuşdur: "Mən Peyğəmbərin övladı olmaqla yanaşı, onun vəsisinin də övladıyam.”(3-cü cild, 109-cu səhifənin əvvəlində və tədqiqatçıların bildikləri başqa yerlərdə.
     )
    İmam Sadiq (ə) buyurmuşdur: "Əli (ə) hələ besətdən (Həzrət Məhəmmədin (s) peyğəmbərliyə yetişməsi) qabaq Peyğəmbərlə birgə idi, risalət nurunu görür, mələyin səsini eşidirdi.”("Müsnəd”in 1-ci cildinin 331-ci səhifəsinə bax.) İmam bunu da əlavə etmişdi ki, bir gün Peyğəmbər (s) o həzrətə belə buyurmuşdu: "Əgər mən peyğəmbərlərin sonuncusu olmasaydım, sən nübüvvətdə (peyğəmbərlikdə) mənimlə şərik olardın. İndi isə, peyğəmbər olmasan da, peyğəmbərin vəsisi və varisisən.” Bu mətləbi Əhli-beytin hamısı nəql etmişlər. Bu məsələ səhabənin vaxtından bu günədək, həm Əhli-beyt imamlarının, həm də onların dostlarının yanında İslam dininin zəruriyyətlərindən sayılır.
    Salman Farsi nəql edir ki, Peyğəmbər (s) həmişə deyərdi: "Əli ibn Əbu Talib mənim vəsim, sirlərimin mərkəzi, vədlərimi yerinə yetirmək və borclarımı ödəmək üçün özümdən sonra qoyub getdiyim ən yaxşı və layiqli bir adamdır.”
    Əbu Əyyub Ənsari nəql edir ki, eşitdim bir gün Peyğəmbər (ə.h) Fatiməyə (ə) belə buyurdu: "Məgər bilmirsənmi Allah-taala yer üzündəkilərdən sənin atanı seçərək peyğəmbər etdi və sonra (ikinci dəfə) sənin ərini seçdi və mənə vəhy etdi? Buna görə də mən onu sənin üçün ər, özüm üçün vəsi qərar verdim.”
    Büreydə nəql edir ki, Peyğəmbərdən (s) eşitdim ki, buyurdu: "Hər bir peyğəmbərin vəsi və varisi vardır ki, mənim də vəsi və varisim Əli ibn Əbu Talibdir.”("Müsnəd”in 6-cı cildində, 369 və 438-ci səhifələrə bax.
     )
    Cabir ibn Yəzid Cofi İmam Baqirdən (ə) hədis nəql edən zaman deyərdi (Zəhəbinin "Mizanül-Etidal” kitabında Cabirin şərhi-halında gəldiyi kimi): «حَدَّثَنـي وَصِيُّ الْاَوْصياء» "Bu hədisi vəsilərin vəsisi mənə buyurmuşdur.”
    Hüreyş Baqirinin qızı Ümmül-Xeyrin "Siffeyn” meydanında kufəliləri Müaviyə ilə döyüşməyə təşviq etmək üçün söylədiyi o təmtəraqlı nitqindən: «هَلُمّوا رَحِمَكُمُ الله اِلَي الْاِمامِ الْعادِلِ الْوَصِيِّ الْوَفِيّ وَ الصِّدّيقِ الْاَكْبَر ...» "Allah sizə rəhmət etsin (sizi bağışlasın), adil imamın, vəfalı vəsinin və "siddiqi-əkbər”in (böyük doğruçu) köməyinə tələsin!”(Müsnəd”in 3-cü cildinin 32-ci səhifəni oxuyun.
     )
    Bütün bunlar keçmişdəkilərin öz xütbələrində, hədislərində "vəsayət” barəsində söylədiklərindən bəziləri idi. Səhabənin şərhi-halına diqqət edənlər bilirlər ki, "vəsi” sözünü yalnız Əmirəl-möminin Əli (ə) haqqında – eynilə müəyyən şəxsi çağıran bir ad kimi söyləmişlər. Hətta "Tacül-ərus” (ərəb dilində məşhur lüğət kitabı) kitabının müəllifi onun 392-ci səhifəsində "vəsi” sözü barəsində yazır: "vəsi – qəni vəznində Əlinin (rəziyəllahu ənhu) ləqəbidir.”
    Vəsilik məsələsi haqqında gələn şerlərin isə sayı-hesabı yoxdur. Sözümüzü bu şerlərin bəzisi ilə tamam edirəm. Abdullah İbn Abbas ibn Əbdül-Müttəlib deyir:
    وصي رسول الله من دونه اهله و فارسه ان قيله هل من منازل
    –O, Peyğəmbərin (s) xanədanı (qohumları, ailəsi) içərisində o həzrətin vəsisidir, onun qoşunun pəhləvanı, süvarisidir.
    Müğeyrə ibn Haris ibn Əbdül-Müttəlib "Siffeyn”də Müaviyə ilə döyüşə iraqlıları çağıran zaman dediyi şerindən:
    هذا وصي رسول الله قائدكم و صهره و كتاب الله قد نشرا
    –O, Peyğəmbərin vəsisi, sizin rəhbəriniz və onun kürəkənidir. And olsun Allaha ki, bu xəbər hər yerə yayılmışdır.
    Abdullah ibn Əbu Süfyan ibn Haris ibn Əbdül-Müttəlib belə demişdir:
    و منال علي ذاك صاحب خيب و صاحب بدر يوم سالت كتائبه
    –Əli – xeybər qəhrəmanı bizdəndir; Bədrin qəhrəmanı (bizdəndir) ki, o gün çoxlu qoşun hərəkətdə olarkən.
    وصي نبي المصطفي و ابن عمه فمن ذا يدانيه و من ذا يقاربه
    –O, Peyğəmbərimiz Mustafanın (s) vəsisi və əmisi oğludur; kim ona tay ola bilər?
    Əbu Heysəm ibn "Bədr” döyüşündə olan döyüşçülərdən idi və "Cəməl” döyüşündə bir neçə beyt söyləmişdi:
    ان الوصي امامنا و ولينا برح الخفا و باحت الاسرار
    –Peyğəmbərin (s) vəsisi bizim imamımız və vəlimizdir; gizli olanlar aşkar oldu; sirlər zahirə çıxdı;
    Xüzeymə ibn Sabit Züş-Şəhadətəyn "Bədr” döyüşündə iştirak etmiş və "Cəməl” döyüşündə bu şeri söyləmişdir:
    يا وصي النبي قد اجلت الحر ب الاعادي وسارت الا ظعان
    –Ey Peyğəmbərin vəsisi, döyüş düşmənləri pərən-pərən salmışdır, dəvələr isə çıxıb getmişlər;
    اَعائشُ خلّي عن عليّ و عيبه بـما ليس فيه انما انتِ والده
    –Ey Ayişə! Əlidən, onda olmayan eyibləri axtarmaqdan əl çək!
    وصي رسول الله من دون اهله و انت علي ما كان من ذاك شاهده
    –(O), Peyğəmbərin ailəsi içərisində onun (s) vəsisidir ki, sən (Ayişə) özün bu həqiqətin şahidisən.
    Səhabənin ən şücaətlilərindən sayılan və "Siffeyn” döyüşündə qardaşı ilə bərabər şəhadətə yetişən Abdullah ibn Budeyl ibn Vərqa Xüzai "Cəməl” döyüşündə belə demişdir:
    يا قوم للخطة العظمي التي حدثت حرْبَ الوصي و ماللحرب من آلي
    –Ey camaat, bu Peyğəmbərin vəsisinin mübarizəsinin bəhrəsidir (gərək çox diqqət yetirəsiniz, dediklərinə əməl edəsiniz). Mübarizə və döyüşə heç bir çarə etmək olmaz.
    Əmirəl-möminin (ə) "Siffeyn”də belə buyurur:
    ما كان يَرضي احمد لو اُخبرا اَن يقرنوا وصيُّه وَ الاَبترا
    –Əgər Peyğəmbərə (s) xəbər versələr, əsla razı olmaz ki, vəsisi o iki əbtərlə (Müaviyə və Əmr As) yanaşı otursun.
    Cüreyr ibn Abdullah Bəcəli, Şərəhbil ibn Səidə yazdığı və Əlinin (ə) adını çəkdiyi şerində belə deyir:
    وصي رسول الله من دون اهله و فارسه الحامي به يضرب المثل
    –O, Allah rəsulunun (ailəsi içərisində) vəsisidir, o, qəhrəmandır, pəhləvandır, onun (s) hamisidir ki, bir zərbül-məsələ çevrilmişdir.
    Ömər ibn Haris Ənsari, Məhəmməd ibn Hənəfi barəsində yazdığı şerində belə deyir:
    سمّي النبيَّ و شبه الوصيّ و رايته لونها العندم
    –O (Məhəmməd Hənəfiyyə), Peyğəmbərin adaşı və vəsiyə oxşayandır, onun bayrağının rəngi qırmızıdır.
    Əbdür-Rəhman ibn Cüheyl, Osmanın öldürülməsindən sonra camaatın Əli (ə) ilə beyəti zamanı belə demişdi:
    لعمري لقد بايعتم ذا حفيظة علي الدين معروفَ العفاف موفّقا
    –Canıma and olsun, onlar elə bir adamla beyət etmişlər ki, özü dinin qoruyucusu, iffətli və qalib olmaqda isə məşhurdur.
    عليا وصي المصطفي و ابن عمه و اوّل من صلّي اخا الدين و التقي
    –Əli (ə) ilə (beyət etmişlər) ki, Peyğəmbərin (s) vəsisi və əmisi oğludur, o həzrətlə namaz qılan birinci şəxsdir, o, din və təqva qardaşıdır.
    Əzd tayfasından olan bir nəfər "Cəməl” döyüşündə belə demişdir:
    هـذا علي و هو الوصي اخاه يـوم النجوة النبـيّ
    –Bu Əlidir, vəsidir. Peyğəmbər (s) onu (ə) özünə qardaş etmişdir.
    و قال هذا بعدي الولـيّ وَعـاه واعٍ وَ نَسِيَ الشقيّ
    –Buyurmuşdur ki, bu Əli (ə) məndən sonra vəlidir. Bu sözü çoxları yadda saxladı, bədbəxtlər isə unutdular.
    "Cəməl” döyüşündə Bəni-Zəbbə qəbiləsindən olan bir cavan meydana gələrək elan etdi ki, mən Ayişənin qoşunundanam:
    نحن بنوضبّة اعداءُ عليّ ذاك الذي يعرف قَدِماً بالوصيّ
    –Biz – Zəbbə qəbiləsindən olanlar Əlinin düşmənlərindənik; o Əli ki, qədimdən bəri ona "vəsi” deyilərdi.
    و فارس الخيل علي عهد النبيّ ما انا عن فضل عليّ بالعمي
    –O kəs ki, Peyğəmbər (s) əsrində süvari pəhlivanlardan sayılardı. Mən Əlinin fəzilətlərindən agaham, kor deyiləm.
    لكنني انعي ابن عفان التقي
    –Amma mən istəyirəm ki, Əffanın oğlunun (Osman) qanının intiqamını alım!
    Səid ibn Qeys Həmədani, (Əlinin (ə) qoşununda idi) "Cəməl” günü belə söylədi:
    اية حرب اضرمت نيرانها وكسرت يوم الوعي مرانـها
    –Ey atəşi şölələnmiş döyüş, çətinliyi, möhkəmliyini itirmiş döyüş;
    قل للوصي اقبلت قحطانها فادع بها تكفيكها حمدانـها
    –Vəsiyə de ki, Qəhtan qəbiləsi sənə kömək etməyə tələsir və onları çağır (istə) ki, Həmdanlılar səni bu döyüşün narahatlığından qurtaracaqlar.
    هم بنوها و هم اخوانها
    –Onlar döyüş övladları və qardaşlarıdırlar.
    Ziyad ibn Lübeyd Ənsari (İmamın dostlarından) "Cəməl” günü belə demişdir:
    كيف تري الانصار في يوم الكلب اِنّا اناس لا نبالي من عطب
    –Döyüşün müşkül günündə ənsarları nə cür görürsən? Biz elə bir camaatıq ki, çətinlikdən qorxmuruq.
    ولا نبالي في الوصي من غضب و انما الانصار جدلا لعب
    –Biz vəsinin yolunda heç bir şeydən çəkinmirik, onu bilməlisiniz ki, ənsarın işi ciddidir, zarafat etmirlər.
    هذا عليّ و ابن عبد المطلب ننصره اليوم علي من قد كذب
    –Bu Əlidir – Əbdül-Müttəlibin övladı. Bu gün ona yalançıların müqabilində kömək edirik.
    من يكسب البغي فبئس ما اكتسب
    –Zülm yolunda qədəm götürənlər, pis şey qazanırlar.
    Hücr ibn Ədiy Kindi həmin günlərdə belə demişdir:
    يا ربنا سلم لنا عليّا سلـم لنا المبـارك لمـضيا
    –İlahi, Əlini (ə) bizim üçün qoru! O bərəkətli adamı bizim üçün salamat et!
    المؤمن الموحد التقيا لا خطـل الرأي و لا غويا
    –O şəxs, elə bir mömin və təqvalıdır ki, nə rəyini dəyişir, nə də ki, yolundan azır.
    بل هاديا موفقا مهديا واحفظه ربي و احفظ النبيا
    –O, hidayət edən, hidayət olunmuş və qalibdir. İlahi, onu hifz et! Peyğəmbəri də onun vücudunda hifz et!
    فيه فقد كان له وليا ثم ارتضاه بعده وصيا
    –(Çünki) o, Peyğəmbərin vəlisi, dostu (köməkçisi) idi. İlahi Peyğəmbərdən (s) sonra olan vəsisindən razı ol!
    Əmr ibn Uhciyə "Cəməl” günü İmam Həsənin (ə) nitqi barəsində (ki, ibn Zübeyrin nitqindən sonra buyurmuşdu) belə dedi:
    حسن الخير يا شبيه ابيه قمت فينا مـقام خـير خطيب
    –Ey gözəl Həsən, ey atasına oxşayan, (sən) bizim aramızda ən gözəl xətibsən.
    قمت بالخطبة التي صدع اللاهُ بـها عن ابيك اهل العيوب
    –Xütbə oxumaq üçün ayağa durdun və Allah onun (sənin xütbənin) vasitəsilə eyibliləri atanın ətrafından pərən-pərən saldı.
    لست كابن الزبير لجلج في القو ل و طأطأ عنان فسل مريب
    –Sən ibn Zübeyr kimi deyilsən ki, danışdıqda dilin tutulsun, danışa bilməyəsən, sözün cilovu (ixtiyarı) əlindən çıxsın.
    و ابي الله ان يقوم بما قام به ابن الوصي و ابن النجيب
    –Allah qoymaz ki, o (ibn Zübeyr) vəsinin övladı, ən nəcib şəxsin (Əli (ə)) övladı kimi söz deyə bilsin.
    ان شخصا بـين النبي لك الخير و بين الوصي غير مشوب
    –Peyğəmbərdən (s) və onun vəsisindən (ə) vücuda gələn bir şəxsin heç bir eybi, nöqsanı olmaz.
    Zəcr ibn Qeys Cöfi yenə də "Cəməl” günü demişdir:
    اضربكم حتّي تقرّوا لعليّ خير قريش كلها بعد النبيّ
    –Qılıncla o qədər sizi vuraram ki, axırı Əlinin(ə) haqq olduğunu iqrar edəsiniz. O ki, Peyğəmbərdən sonra Qüreyşin ən yaxşısıdır.
    من زانه الله و سمّاه الوصي
    –O elə bir şəxsdir ki, Allah onu zinətləndirmiş və vəsi adlandırmışdır.
    Zəcr ibn Qeys Cöfi "Siffeyn” döyüşündə demişdir:
    فصلي الاله علي احمد رسول المليك تمام النعم
    –İlahi, Əhmədə (s) salam göndər, o peyğəmbərə ki, (onun) vasitəsilə nemətləri tamam etmisən;
    رسول المليك و من بعده خليفتنا القائم المدعم
    –(Salam göndər) Allahın rəsuluna və ondan sonra haqq üzrə xəlifə olana, vəzifəsinə əməl edənə;
    عليا عنيت وصيَّ النبي يجالد عنه غواة الأمم
    –Məqsədim Əlidir – Peyğəmbərin vəsisi ki, o, ümmətin azmışlarını ondan (Peyğəmbər (s)) uzaqlaşdırır.
    Əşəs ibn Qeys Kindi belə demişdir:
    اتانا الرسول، رسول الامام فسر بمقدمه المسلمونا
    –İmamın göndərdiyi şəxs gəldi, müsəlmanlar onun gəlişindən xoşhal oldular;
    رسول الوصي، رسول النبي له السبق و الفضل في المؤمنينا
    اتانا الرسول، رسول الوصي علي المهذب من هاشم
    وزير النبي و ذي صهره و خير الـبـريّة و العالـم
    –O (Əli), Peyğəmbərin vəziri, kürəkəni və yer üzündə olan məxluqların ən yaxşısıdır.
    Nöman ibn İclan Zərqi Ənsari "Siffeyn”də belə dedi:
    كيف التفرق و الوصي اِمامنا لا كيف الا حيرة و تخاذلا
    –(Peyğəmbərin) vəsisi bizim imamımız olduğu halda, daha təfriqə (ayrılıq) nə üçündür? (Sizlər) heyrətdən (burada sərgərdan dolanmaqdan) və xarlıqdan savayı bir şey axtarmırsınız.
    فذروا معاوية الغوي و تابعوا دين الوصي لتحمدوه آجلا
    –Azğın Müaviyəni buraxın və vəsinin dininə tabe olun ki, qiyamətdə sizi tərifləsinlər.
    Əbdür-Rəhman ibn Zövəb Əsləmi Müaviyəni iraqlı qoşunlarla hədələdiyi şerində deyir:
    يقودهم الوصي اليك حتّي يردك عن ضلال و ارتياب
    –Vəsi onları sənin (Müaviyə) tərəfinə doğru hərəkət etdirir ki, səni azğınlıqdan, şəkk və şübhədən çəkindirsin.(Məktubun əvvəlində "Səvaiq”in 107-ci səhifəsindəki ayələrdən 14-cü ayənin məqsədlərindən 5-ci məqsəddə də nəql etdik)
    Abdullah ibn Əbu Süfyan ibn Haris ibn Əbdül-Müttəlib deyir:
    ان ولـيّ الامر بـعد محمـد علي و في كـل المواطن صاحبـه
    –Məhəmməddən sonra bütün müsəlmanların vəlisi Əlidir ki, bütün yerlərdə onunla birgə olmuşdur.
    وصي رسول الله حقا و صنوه و اول من صلّي و من لانَ جانبه
    –O, doğrudan da, Peyğəmbərin vəsisi və mehriban qardaşıdır. Namaz qılan və müsəlman olan ilk şəxsdir.
    Xüzeymə ibn Sabit (Züş-şəhadəteyn) belə söyləmişdir:
    وصي رسول الله من دون اهله و فارسه مذ كان في سالف الزمن
    –O, Peyğəmbərin qohumları içərisində (onun) vəsisidir. O, elə keçmiş zamanlardan bəri onun (s) pəhləvanıdır.
    و اول من صلّي الناس كلهم سوي خيـرة النسوان و الله ذو المنن
    –O bütün adamların içərisində namaz qılan ilk şəxsdir. Bu sözü Allaha and içərək deyirəm.
    Zəfər ibn Hüzeyfə Əsədi deyir:
    فحوطوا عليا و انصروه فانه وصي و في الاسلام اول اول
    –Əlinin ətrafına yığılaraq ona kömək edin, çünki o vəsidir, İslamda birinci şəxsdir.(İbn Həcər də "Səvaiq”in 9-cu babının ikinci fəslinin 7-ci səhifəsində qırx hədisdən birincisini yazmış və aydınlaşdırmışdır. Süyuti Əlinin şərhi-halında "Tarixül-Xüləfa”da söyləmişdir ki, Təbərani bu hədisi onların hamısından nəql etmiş və Əsma binti-Qeysi də əlavə etmişdir.
     )
    Əbül-Əsvəd Duəli deyir:
    احب محمـدا حبا شديدا و عباسا و حمـزة و الوصيا
    –Mən Məhəmmədi çox sevirəm, həmçinin Abbası, Həmzəni və vəsini.
    Nöman ibn İclan (ənsarlı şair və onların böyüklərindən biri) İbn Asa(Süyuti "Tarixül-Xüləfa”da Əlinin şərhi-halının 65-ci səhifəsində bunu aydınlaşdırmışdır.
     ) müraciətlə yazdığı qəsidəsində deyir:
    وكان هـوانا في عليّ و انه لِاهل لـها من حيث تدري و لا تدري
    –Bizim meylimiz Əliyə tərəfdir, onun bu məqama ləyaqəti vardır, bilsən də, bilməsən də.
    فذاك بعون الله يدعو الي الـهدي و ينهي عن الفشاء و البغي و النكر
    –O, (bütün insanları) Allahın köməyi ilə hidayətə dəvət edir, pis işlərdən, zülmdən çəkindirir.
    وصي النبي المصطفي و ابن عمه و قاتل فرسان الضلالة و الكفر
    –O, Peyğəmbərin vəsisi, əmisi oğludur, küfr və azğınlıq (ordusunun) pəhləvanlarını öldürəndir.
    Fəzl ibn Abbas şerlərində belə deyir:
    الا ان خير الناس بعد نبيهم وصي النبي المصطفي عند ذي الذكر
    –Agah olun ki, Allahın nəzərində Peyğəmbərdən sonra bəndələrin ən yaxşısı onun (s) vəsisidir.
    و اول من صلّي و صنوُ نبيّه و اول من اردي الغواة لدي بدر
    –O, namaz qılan ilk şəxsdir, Peyğəmbərin qardaşıdır, "Bədr”də azğınları qovan ilk şəxsdir.[(Kənzül-Ümmal”ın 6-cı cildinin 152-ci səhifəsindəki hədislərindən 2504 hədis də ona dəlalət edir.
     )
    Həssan ibn Sabit bütün ənsarlıların dilindən Əlini (ə) tərif etdiyi şerdə(Ümmü-Süleym, Milhan ibn Ənsarinin qızı və Həram ibn Milhanın bacısı idi. Atası və qardaşı Peyğəmbərin gözü önündə şəhid olmuşdular. O, fəzilətli və ağıllı bir qadın idi. Peyğəmbərdən (s) hədis nəql etmiş və ondan da oğlu Ənəs, İbn Abbas, Zeyd ibn Sabit, Əbu Səlmə ibn Əbdür-Rəhman və başqaları hədis nəql etmişlər. O, İslama ilk qədəm qoyanlardan və dəvət edənlərdən sayılır. O, cahiliyyət vaxtı əri Malik ibn Nəzri sevmiş və Ənəs bu evlənmənin bəhrəsidir. İslam dininə gəldikdə o, qabaqcıllardan olub. O, əri Maliki də Allaha iman və Peyğəmbərin dininə dəvət etsə də, İslamı qəbul etməkdən imtina edərək ondan ayrıldı. Malik hirsli halda Şama getdi, elə orada da kafir kimi öldü. Ümmü-Süleym övladına nəsihət verərək ona on yaşında əmr etdi ki, Peyğəmbərin (s) xadimi olsun. Peyğəmbər (s) də bu əziz anaya ehtiram əlaməti olaraq onu qəbul etdi. Bu qadına ərəbin varlıları elçi göndərdilər. Lakin o, cavab verdi ki, Ənəs həddi-büluğa çatmayıncaya və özü-özünü idarə etməyincəyədək ərə getməyəcəkdir. Ənəs həmişə deyərdi: "Allah anama əvəzini versin ki, mənə yaxşı tərbiyə vermişdir.”) belə deyir:
    حفظت رسول الله فينا و عهده اليك و من اولي به منك و من
    –Sən Allah rəsulunu bizim aramızda qorumusan, o həzrətin (bütün) sifarişləri və əhdləri sənin üçün olmuşdur, səndən başqa Peyğəmbərə ən yaxın olan kimdir, kim?
    الست اخاه في الهدي و وصيه و اعلم منهم بالكتاب و بالسنن
    –Məgər sən onun qardaşı və vəsisi deyilsənmi? Quran və sünnəti səndən yaxşı kim bilir?
    Şairlərdən bəziləri İmam Həsənə (ə) xitabən belə söyləmişlər:(Əbu Təlhə Ənsari bu qadın vasitəsilə müsəlman oldu. Belə ki, ona elçi gedən zaman kafir idi. Ümmü-Süleym evlənməkdən imtina edərək onu İslama dəvət etdi. Əbu Təlhə onun dəvəti ilə İslamı qəbul etdi. Öz mehriyyəsini onun İslamı qəbul etməsini təyin etdi. Allah Əbu Təlhədən Ümmi-Sələməyə bir oğul verdi ki, uşaq ikən xəstələnib öldü. Ümmü-Süleym tapşırdı ki, məndən əvvəl heç kəs uşağın ölüm xəbərini atasına deməsin. Əbu Təlhə gələn kimi oğlunu soruşdu. Ümmü-Süleym dedi: Öz yerində sakitləşmişdir. Kişi fikirləşdi ki, uşaq yuxuya gedib. Şamdan sonra onlar yatdılar. Sübh vaxtı ərinə xəbər verdi ki, oğlu vəfat etmişdir. Əbu Təlhə hadisəni olduğu kimi Peyğəmbərə (s) nəql etdi. Allahın rəsulu buyurdu: "Bu axşamınız mübarək olsun”. Ümmü-Süleym deyir: "Peyğəmbər mənim üçün çoxlu dua etdi.” O, həmin gecə Abdullah ibn Əbu Təlhəyə hamilə oldu. Allah bu övladı bərəkətli etdi. Çünki o, İshaq ibn Abdullah ibn Əbu Təlhənin atasıdır ki, özünün doqquz qardaşı ilə birgə elm əhli olmuşlar.
     )
    يا اجل الانام يابن الوصي انت سبط النبي و ابن علي
    –Ey insanların ən yaxşısı, ey vəsinin oğlu, sən Peyğəmbərin nəvəsi və Əlinin oğlusan.
    Ümmü-Sənan, Xüseymə ibn Xərşə Məzhəcinin qızı(Ümmü-Süleym Peyğəmbər (s) ilə birlikdə döyüşlərə gedərdi. "Ühüd” döyüşündə ona hücum edən müşriklərin qarnını yırtmaq üçün yanında bir xəncəri də var idi. O, İslam yolunda çoxlu bəla və çətinliklərə dözən qadınlardan idi. Ondan başqa elə bir qadın tanımıram ki, Peyğəmbər onun evinə getsin və ona hədiyyə aparsın. O, Peyğəmbərin (s) pak Əhli-beytinin məqamından agah idi və onların hüququnu bilirdi.
     ) Əliyə xitabən söylədiyi və onu mədh etdiyi şerdə deyir:
    قد كنت بعد محمد خلفا لنا اوصي اليك بنا فكنت وفيا
    –Sən Məhəmməddən sonra bizim üçün onun doğru xələfi və canişini idin, Peyğəmbər (s) bizi sənə sifariş etmiş idi (tapşırmışdı), sən də bu əhdinə çox yaxşı vəfa etdin.
    Bu şerlər (məktubumuzun ölçüsünə görə olub), imam Əmirəl-mömininin zamanında deyilmişdir. Amma o həzrətin zamanından sonrakı dövrlərdə deyilmiş şerləri də toplasaydıq, qalın bir kitab olardı. Etiraf etməliyik ki, bu barədə acizik. Bunlardan əlavə, həm yorğunluğa səbəb ola bilər, həm də əsl mövzudan xaric olarıq. Buna görə də gəlin məşhur adamların dediklərinə nəzər salıb, onu indiyə kimi dediklərimizə əsasən, ülgü və nümunə hesab edək.
    Kumeyt ibn Zeyd Haşimi öz qəsidəsində (beytlərin hamısı "mim” (m) hərfi ilə tamam olur) belə deyir:
    و الوصي الذي آمال التجوبي به عـرش امـة لانـهدام
    –Və (elə bir) vəsidir ki, arzuların pənahgahı, ümmətin uçurumdan nicat verənidir.(Bu hədis (Ümmü-Süleymdən) "Kənzül-Ümmal”da 2554-cü hədisdir ki, 6-cı cildin 154-cü səhifəsində yazılmışdır. "Müntəxəbi-Kənz” kitabında da vardır. Əhmədin "Müsməd”inin 5-ci cildinin 31-ci səhifəsinin haşiyəsinin sonuncu sətrinə müraciət et. Onu eynilə həmin sözlərlə tapacaqsan.
     )
    كان اهل العفاف و المجد و الخيرِ و نقض لامور و الابـرام
    –O, iffət, böyüklük, yaxşılıq əhli idi, o işlərin həll və "fəsl” edənidir.
    و الوصي الولـيّ و الفارس المعلـمُ تحت العجاج عير الكهام
    –O, Peyğəmbərin vəsisi, vəlisi, əlində bayraq tutan bir pəhləvan idi ki, düşməni toz-torpaq içində əzirdi, heç bir zəiflik və süstlük ona qalib gələ bilməzdi.
    و وصي الوصي ذي الخطة الفصل و مردي الخصوم يوم الخصام
    –O, Peyğəmbərin düzgün yolda olan vəsisi idi, belə ki, döyüş vaxtı düşmənləri bir-birinə qatardı.
    Kəsir ibn Əbdür-Rəhman ibn Əsvəd ibn Amir Xüzai ("Kəsiri-İzzə” ləqəbi ilə məşhur idi) deyir:
    وصي النبي المصطفي و ابن عمه و فكاك اعناق و قاضي مغارم
    –(O), Peyğəmbərin vəsisi, əmisi oğlu idi, insanları azad edən, borcluların borcunu ödəyən idi.
    Əbu Təmmam Tai öz qəsidəsində (bütün beytləri "r” hərfi ilə bitir) belə deyir:(İmam Nəsai bu hədisi "Xəsaisül-Ələviyyə”nin 19-cu səhifəsində söyləmişdir.
     )
    و من قبله احلفتم لوصيه بداهية دهياء ليس لها قدر
    –Əvvəllər onun (Peyğəmbərin) vəsisinə and içirdiniz ki, hər hansı şəraitdə olsa belə, onunla birgə olacaqsınız.
    فجئتم بها بِكرا عوانا ولم يكن لها قبلها مثلا عوان و لا بِكر
    –(Amma sonra isə) o işləri əncam verdiniz, ona misli görünməmiş zərbələri ardıcıl olaraq vurdunuz.
    اخوه اذا عد الفخار و صهره فلا مثله اخ و لا مثله صهر
    –(Amma o zamanlar) o həzrətin fəzilətlərini saydıqda onun (Peyğəmbər) qardaşı, kürəkəni idi ki, nə elə bir qardaş, nə də elə bir kürəkən tapmaq olmaz.
    و شد به ازراالنبيّ محمد كما شد من موسي بهارونه الازر
    –Məhz onun vasitəsilə Peyğəmbərin də dayağı –Musanın arxası Harunla möhkəmləndiyi kimi– bərkidi.
    Dibil ibn Əli Xüzai, Seyyidüş-şühədaya qoşduğu mərsiyyəsində belə demişdir:
    رأس ابن بنت محمد و وصيه يا للرجال علي قناة يرفع
    –Ey camaat, Məhəmmədin (s) qızının və vəsisinin övladının başı nizəyə keçirilmişdir!
    Əbu Təyyib Mütənnəbi – Əhli-beyti mədh etməyi tərk etdiyinə görə danlananda–(divanında gəlmişdir) belə deyib:
    و تركت مدحي للوصي تعمّـدا اذ كان نـورا مستطيـلا شامـلا
    –Mən özüm bilərəkdən onu mədh etməkdən əl çəkdim, çünki o, hər yeri əhatə edən bir nurdur;
    و اذا استطال الشيئ قام بنفسه و صفات ضوء الشمس تذهب باطلا
    –Bir şey özü (hər yeri tutaraq) öz ayağı üstə durmağa qüdrət taparsa, (daha köməyə ehtiyacı yoxdur) və günəşin nurunu vəsfləndirmək isə boş-boş çərənləməkdir.
    Həmçinin Əbül-Qasim Tahir ibn Hüseyn ibn Tahir Ələvi öz mədhində (divanında) belə demişdir:
    هو ابن رسول الله و ابن وصيه و شبههما شبهت بعد التجارب
    –O (İmam Hüseyn) Peyğəmbərin, vəsisinin oğludur və başqa əlamətləri;...
    Bunlardan əlavə çoxlu şerlər də vardır ki, saya-hesaba gəlməzlər. Vəssalam.
    "Ş”
    YÜZ DOQQUZUNCU MƏKTUB
    23 Rəbiüs-Sani 1330
    Şiənin həm üsulda, həm də füruda Əhli-beytə tabe olmağına irad tutanlara cavab istəmək.
    19-cu məktubda sizə demişdik ki, sizin müxaliflərinizdən bəziləri məzhəbinizin (həm üsulda, həm də füruda ) Əhli-beyt imamlarına isnad etmələrinə irad tuturlar. Siz də bizə bu barədə yazacağınızı vəd vermişdiniz (artıq onun vaxtı gəlib çatmışdır). Mümkündürmü, lütf edib cavab verəsiniz ki, onların iradı da aradan getsin? Vəssalam.
    "S”
    Category: Əl-Muraciat | Added by: Islam_Kitabxanasi
    Views: 606 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024