İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əl-Muraciat

    Əl-Muraciat
    2011-12-30, 6:59 AM
    YÜZ ONUNCU MƏKTUB
    29 Rəbiüs-Sani 1330
    1. Əhli-beyt imamları tərəfindən şiə məzhəbi "mütəvatir” surətdə təsdiq olunmuşdur.
    2. Səhabənin zamanından bəri elmlərin yaranması və inkişafında şiənin qabaqcıllığı.
    3. Tabein və onlardan sonrakı zamanlarda şiə yazıçıları.
    1. Agah olanlar şəkk-şübhəsiz bilirlər ki, imamiyyə şiəsi(Həsən ibn Bədr və Həkim "Əl-küna”da və Şirazi "Əlqab”da və İbn Nəccar onu nəql etmişlər. Bu həmin 6029-cu hədis və "Kənzül-Ümmal”ın altıncı cildinin 395-ci səhifəsindəki hədislərin 6032-ci hədisidir.
     )həmişə üsuli din və fürui-dində Allah rəsulunun (s) pak Əhli-beytinə tabe olmuş və bir zərrə belə olsun, onlardan ayrılmamışlar. Deməli, şiə rəy və nəzəriyyəsi həm üsuli-din, həm fürui-din, həm Quran və həm də sünnətdən götürülən digər elmlərdə Əhli-beyt imamlarının rəyinə əsaslanır. Bu sahələrin heç birində Əhli-beyt imamlarından başqasına etimad və müraciət etmirlər. Beləliklə, onlar dindar və Allaha yaxın olmaq istəyənlərdir – lakin Əhli-beyt məzhəbi (yolu) ilə. Onların yolundan savayı heç bir yolu seçmir və getmirlər. Keçmişdəki saleh şiələr bu minvalla ömür sürmüş, Əmirəl-möminin, Həsən, Hüseyn və o biri imamların zamanından indiyə kimi belə olmuşlar. Çoxlu etibarlı (sadiq) və hafiz (Quranı hafizi) şiələr imamların hər birindən öz məzhəblərinin üsul və füruunu öyrənmiş, yadda saxlamışlar. Onlardan çoxları ki, təqva və imanda yüksək dərəcələrə nail olmuş, bu mətləbləri nəql etmiş, onlardan sonra gələn nəsillər də o biri nəslə ötürmüş və indi bizədək gəlib çatmışdır (elə əvvəlki kimi, dəyişilməmiş).
    Beləliklə, biz hal-hazırda, üsul və füruda Əhli-beyt imamlarının qəbul etdiklərini qəbul edirik. Bu məzhəbi atalarımız bizə bütün incəlikləri ilə öz atalarından, onlar da öz əcdadlarından nəql etmişlər, bu vəziyyət beləcə (bütün nəsillərdə) davam etmiş, İmam Əskəri, İmam Hadi, İmam Cavad, İmam Rza, İmam Musa, İmam Kazim, İmam Sadiq, İmam Baqir, İmam Səccad, İmam Hüseyn, İmam Həsən və Əmirəl-mömininin (ə) vaxtına kimi silsiləvari surətdə gedib çıxar. Biz bu gün bütün şiələrin (imamların səhabələrini, dinin dayaqları və İslam elmlərini onlardan öyrənərək başqa nəsillərə çatdıranlar) adlarını çəkə bilmərik, çünki onların adları saya-hesaba gəlmir. Təkcə böyük şəxsiyyətlərin kitablarında qeyd olunan adlara müraciət etmək kifayətdir (yəni, onların adları bu məktuba sığışmaz). Şübhəsiz, onlar bütün bu mətləbləri hidayət imamlarının (Əhli-beyt) elmlərinin nurundan kəsb etmiş, onların elm dəryalarından öz "qaşıq”ları ilə (mübarək ağızlarından) götürmüşlər. Beləliklə, bu yazılar onların öz zamanlarında yazılmış və sonradan şiə üçün mədrəkə çevrilmiş elm mənbələridir. Bununla da Əhli-beyt məzhəbinin o biri müsəlman məzhəblərə olan üstünlüyü aşkar olur. Çünki Əhli-sünnənin dörd məzhəb imamlarına təqlid edənlərdən bir nəfər də belə tanımırıq ki, öz zamanlarında məzhəbləri haqda kitab yazmış olsun. Camaat, sadəcə olaraq, məzhəbinə alışmış, onların ölümündən sonra (təqlidçilərin) sayları çoxalmışdır. Bu çoxalmanın səbəbi isə hökumətin (o zamanın) təqlidi bu dörd məzhəbdən birinə həsr etməsi və məzhəbdə (fürui-dində) rəhbərliyin yalnız bu dörd nəfərə xass olması ilə bağlıdır. Yoxsa, elə bu dörd nəfərin özləri də öz müasirlərindən olan fəqihlər, mühəddislər (hədis söyləyənlər) kimi olub, onlardan artıq bir üstünlüyə sahib deyildilər. Elə buna görə də öz əsrlərində onların sözlərini toplamağa əhəmiyyət verən bir adam yox idi. Amma şiə elə əvvəldən məsum imamların (ə) sözlərini yazmağa təşəbbüs göstərmişdir ki, bunun da səbəbi, dini və məzhəbi məsələlərdə onlardan qeyrisinə müraciət etməyi caiz bilməmələrində idi. Elə buna görə də onların (ə) ətrafına toplaşmış, dini göstərişləri mənimsəməkdə yalnız imamlardan istifadə etmişlər və bu yolda çox zəhmət çəkmişlər. Bütün bunların hamısı elə bir elmin yığılıb saxlanılması naminə idi ki, (şiənin nəzərinə görə) ondan başqası Allah dərgahında qəbul deyildir. Bircə bunu bilməyin kifayətdir ki, yalnız İmam Sadiqin (ə) zamanında dörd yüz "əsl” (dini-elmi əsər) yazılmışdı. Belə ki, dörd yüz nəfər onları yazaraq dörd yüz kitaba çevrilmişdi. Bu yazılar İmam Sadiqin (ə) öz zamanında buyurduğu fitvalar idi. İmam Sadiqin (ə) əshabının bu dörd yüz "əsl”dən başqa bir çox yazıları da var idi ki, inşaallah, bu barədə tezliklə biləcəksən.
    Amma əhli-sünnədən olan dörd imamın heç kimin yanında, Əhli-beyt imamlarının şiənin yanında olan məqamı qədər ehtiramı yoxdur. Hətta öləndən sonra onlar üçün seçilən bu məqam heç onların sağlığında belə yox idi, necə ki, ibn Xəldun "fiqh” elmi barəsində yazdığı kitabın müqəddiməsində, eləcə də bir çox əhli-sünnə böyükləri bu məsələni etiraf etmişlər. Amma bununla belə, şəkk etmirik ki, onların məzhəbi həmin ona tabe olduqlarının məzhəbidir, belə ki, öz kitablarında yazılmış və dövrümüzədək gəlib çatmışdır. Çünki hər bir məzhəbin ardıcılları öz məzhəbinə daha artıq tanışdır, necə ki, şiə də öz imamlarının məzhəbinə hamıdan daha artıq agahdır. Beləliklə, şiələr mötəqid olduqları məzhəb əsasında Allaha ibadət edir və başqa cür də edə bilməzlər.
    2. Mühəqqiqlər şiələrin islami elmlərin tədvinində (yazılmasında, yaradılmasında) başqalarından irəlidə olduğunu çox gözəl bilirlər. Çünki, birinci əsrdə Əlidən (ə) və alim şiələrdən savayı heç kim bu işi öz öhdəsinə götürməmişdir. Bəlkə də bunun sirri səhabənin elmlərin yazılıb-yazılmamasınındakı ixtilafları idi.
    Əsqəlani "Fəthül-Bari” kitabının müqəddiməsində (səh. 4) qeyd edir ki, Ömər ibn Xəttab və bir neçə nəfər (sünnə və hədisləri) yazmaq istəsələr də, qorxmuşlar ki, Quranla qarışıq düşər. Amma Əli (ə), onun canişin olan övladı və səhabədən bir qrupu bu işi caiz bilirdilər. Vəziyyət bu minvalla davam etdi və 2-ci əsrdə ("tabein” əsrinin axırlarında) onların yazılmasının caizliyinə "icma” nəzər verdi. Bu o zaman idi ki, İbn Cərih öz "Tarix” kitabını (Mücahid və Ətadan nəql edərək) təlif etdi ki, Qəzalinin dediyinə görə bu, İslamda yazılan ilk kitab olmuşdur. Əlbəttə, belə desək daha doğru olar: bu kitab İslamda qeyri-şiə tərəfindən yazılmış ilk kitabdır. Ondan sonra Yəməndə Mötəmər ibn Raşid Sənaninin kitabı və daha sonra Malikin "Müvəttə” kitabı yazıldı. "Fəthül-Bari” kitabının müqəddiməsində gəlmişdir ki, Rəbi ibn Səbih hədisləri toplayıb yazan ilk şəxsdir (o, "tabein” əsrinin sonlarında yaşamışdır).
    Beləliklə, şiədən başqa müsəlmanların ilk əsrdə kitab yazmamaqları "icma” surətində məlumdur (hamı bu nəzərlə müvafiqdir).
    Amma Əli (ə) və şiələri elə ilk dövrlərdə bu işi öz öhdələrinə götürmüşdülər və Əmirəl-mömininin (ə) yazıb topladığı ilk kitab Quran olmuşdur. Çünki o həzrət Peyğəmbərin dəfnindən sonra Quranı bir yerə toplamayınca (yəni kitab halına salmayınca) əbanı çiyninə atmayacağına and içmişdi (namaz istisna olmaq şərtilə). Beləliklə, onu nazil olma tərtibilə bir yerə yığdı və elə oradaca "ümumi və xüsusi; mütləq və müqəyyəd; möhkəm və mütəşabeh; nasix və mənsux; vaciblər və tərkləri caiz olanlar; sünnələr və ədəblər və s.” mətləblərə toxunmuş, həmçinin ayələrin nazil olma səbəblərini açıqlayaraq müşkül məsələləri də izah etmişdi. İbn Sirin həmişə deyərdi: "Əgər həmin Quran məndə olsaydı, əlim həqiqi elmlərə çoxdan çatmışdı.”(İbn Əbdül-Birr "İstiab” kitabında Əlinin şərhi-halında deyir: "Allahın rəsulu (s) mühacirlər arasında qardaşlıq peymanı bağladı və sonra mühacirlər və ənsar arasında qardaşlıq bərqərar etdi. O, hər dəfə Əliyə buyurdu: Sən bu dünyada və axirətdə mənim qardaşımsan.” Mən deyirəm: Bu hadisənin təfsilatı "sirə” (tarixi xəbərlər) kitablarında yazılmışdır. "İlk qardaşlıq peymanı” üçün "Sirəyi-Hələbi”nin ikinci cildinin 26-cı səhifəsinə və "İkinci qardaşlıq peymanı” haqqında ikinci cildinin 120-ci səhifəsinə müraciət et. Orada hər iki dəfə Əlinin Peyğəmbərin qardaşı olmasını, onun fəzilətlərinin başqalarından üstün olduğunu görəcəksən. Zeyni Dəhlan "Sirə”sində ilk və ikinci qardaşlığın təfsilatı "Sireyi-Hələbi”də olduğu kimidir və aydınlaşdırmışdır ki, ikincisi hicrətdən beş ay sonra olmuşdur.
     )
    Əlbəttə, səhabədən bəzisinin Quranı toplamaq qərarına gəlmələrinə baxmayaraq onu nazil olma əsasında cəm edə bilmədiklərindən əlavə, işarə etdiyimiz mətləbləri orada gətirə bilmədilər. Beləliklə, İmamın (ə) cəm etdiyi Quranın təfsirə daha çox oxşarlığı vardı. Quranı cəm etdikdən sonra Fatimeyi-Zəhra (ə.h) üçün kitab təlif etməyə başladı ki, bu əzəmətli xanımın pak övladlarının yanında "Fatimə müshəfi” adı ilə məşhurdur. Hikmətli sözlər, zərbül-məsəllər, moizələr, ibrətamiz nəsihətlər və bəzi xəbərlərlə zəngin olan bu kitab atasının (Allah rəsulunun vəfatından sonra o xanıma yeganə təsəlli verən mənbə idi. Sonra isə o həzrət "diyələr” (cəza və qanbahası hökmləri) barəsində kitab yazaraq, onu da "Səhifə” adlandırdı. Bu kitabı ibn Səd öz məşhur "əl-Came” kitabının axırında Əmirəl-mömininə isnad verərək gətirmişdir. Mən Buxari və Müslimin də bu səhifəni bəzən zikr edərək, öz "Səhih”lərində ondan bəzi mətləbləri nəql etdiklərini görmüşəm. Nəql etdikləri rəvayətlərdən biri də budur: Əməş, İbrahimdən, o da öz atasından nəql edir ki, Əli (ə) buyurmuşdur: "Bizim yanımızda Allahın kitabından və "Səhifə”dən başqa oxunmalı bir kitab yoxdur. "O daha sonra "Səhifə”ni çıxartdıqda, orada yaralar və dəvələrin dişləri barəsində məlumatların yazılmış olduğunu gördük. Orada gəlmişdir ki, Mədinə hərəmdir və onun həddi "eyr” və "sur” arasındakı fasilədir. Bu hüdudda cinayət edən, ya cinayətkara aman verən şəxsə Allahın, mələklərin və bütün insanların lənəti olsun!” Bu hədisi Buxari öz "Səhih”inin 4-cü cildinin (fəraiz kitabının) "ismi mən təbərrəə min məvalihi” babında, 111-ci səhifədə nəql etmişdir. Müslim onu öz "Səhih”inin 1-ci cildinin (həcc kitabı) "fəzlül-Mədinə” babında, 523-cü səhifədə gətirmiş, İmam Əhməd öz "Müsnəd”ində "Səhifə”dən çoxlu hədis nəql etmişdir. Onlardan biri Əlidən (ə) nəql etdiyi bu hədisdir ki, "Müsnəd”in 1-ci cildinin 100-cü səhifədə Tariq ibn Şəhabdan gətirmişdir: "Gördüm ki, Əli (ə) minbərdə buyurur: "And olsun Allaha, bizim yanımızda Allahın kitabından və bu "Səhifə”dən başqa sizə oxumalı kitabımız yoxdur.” "Səhifə”ni Peyğəmbərdən almışdı və qılıncından asırdı.”
    Digər bir rəvayətdə Səffar Əbdül-Məlikdən nəql edir ki, Əbu Cəfər (ə) Əlinin kitabını istədi, Cəfər də onun üçün gətirdi. Bu kitab (bir şeyə) bükülmüş və insan budu qalınlıqda idi. Orada yazılmışdı ki, "qadınlara ərlərinin malik olduğu torpaqdan irs çatmır.”
    İmam Əbu Cəfər (ə) buyurub: "Allaha and olsun ki, bu, Əlinin dəst-xəttidir (Allah rəsulunun (s) imlası ilə).”
    O həzrətin şiələrindən bir qrupu Əmirəl-mömininə iqtida edərək kitab yazmaqla məşğul idilər. İbn Şəhr Aşubun dediyinə görə Salman və Əbuzər də kitab yazanlardan idi. O deyir: "İslamda ilk kitab yazan Əli ibn Əbu Talib, sonra Salman Farsi, sonra Əbuzər, daha sonra isə Əbu Qafe (Allah rəsulunun azad etdiyi qul) idi ki, Əmirəl-mömininin zamanında beytül-malın rəisi və o həzrətin ən yaxın dostlarından idi. O, Əlinin (ə) hədislərini toplayaraq "Sünən, əhkam və qəzavətlər” kitabını təlif etmişdir. Bu kitabın bizim sələflərimizin yanında böyük məqamı vardır və əshabımız onu (kitabı) öz yolları (təriqləri) ilə Əbu Rafeyə isnad vermişlər.
    Onlardan əlavə Əli ibn Əbu Rafedir. "Əl-İsabə” kitabında onun tərcümeyi-halında deyilmişdir ki, o, Peyğəmbərin (s) zamanında dünyaya gəlmiş və Həzrət də onun adını Əli qoymuşdur. Onun Əhli-beyt məzhəbi və fiqh elmləri barəsində kitabı vardır. İmamlar bu kitaba yüksək qiymət verir, şiələr isə ona müraciət edərdilər. Musa ibn Abdullah ibn Həsən deyir ki, bir nəfər atamdan "təşəhhüd” barəsində soruşduqda atam dedi: "Əbu Qafe oğlunun kitabını gətir! Sonra atam o kitabı əlinə alıb bizim üçün oxudu.”
    "Rövzatül-cənnat” kitabının müəllifi yazır ki, o, şiənin ilk fiqh kitabıdır, lakin, səhv etmişdir.
    Başqa birisi isə Əlinin (ə) dostu və özü yazıçı olan Abdullah ibn Əbu Rafedir. Bu, həmin şəxsdir ki, Allah rəsulundan (s) Cəfər Təyyara buyurduğu hədisi eşitmiş və rəvayət etmişdir: "Sən yaranışda və əxlaqda mənə bənzəyirsən.” Bu hədisi bir qrup ondan nəql etmişlər. O cümlədən, Əhməd ibn Hənbəl öz "Müsnəd”ində, İbn Həcər "Əl-İsabə”nin 1-ci cildində onu Übeydullah ibn Əsləm adı ilə vermişdir (çünki atasının adı Əsləm olmuşdur). Übeydullah Peyğəmbərin (s) əshabından "Siffeyn” döyüşündə iştirak edənlər barəsində bir kitab yazmışdır ki, İbn Həcər "Əl-İsabə” kitabında ondan çox hədis nəql edir. Ora müraciət edə bilərsiniz.(Etimadlı şəxslərin bir qrupu bu hədisi Əhməd və İbn Əsakirdən nəql etmişlər ki, onlardan biri Müttəqi Hindidir. "Kənzül-Ümmal”ın 5-ci cildinin 40-cı səhifəsinin əvvəllərindəki 918-ci hədisə və Əhmədin "Mənaqibi Əli” kitabının 6-cı cildinin 390-cı səhifəsində nəql etdiyi 2972-ci hədisə müraciət et.
     )
    Həmçinin Rəbi ibn Səminin də adını çəkmək olar ki, heyvanların təzkiyəsi (kəsilməsi) barədə bir kitab yazmışdır. Oradakı hədislər Əlinin (ə) Allah rəsulundan nəql etdiyi hədislərdir.
    Eləcə də Abdullah ibn Hürr Farsinin də hədis kitabının misal göstərmək olar ki, buradakı hədislər Əlinin (ə) Allah rəsulundan nəql etdiyi hədislərdir.
    Əsbəğ ibn Nübatədən (Əmirəl-mömininin yaxın dostu və ona çox bağlı olan) də söhbət açmaq yerinə düşərdi. Bu həmin şəxsdir ki, "əhdnameyi-Malik Əştər” və Əlinin (ə) oğlu Məhəmmədə etdiyi vəsiyyəti nəql etmişdir (bizim əshab bu iki hədisi ondan düzgün sənədlə nəql etmişlər).
    O adamlardan biri də Əmirəl-mömininin dostu Səlim ibn Qeys Hilalidir. Səlim, İmamdan (ə) və Salman Farsidən hədis nəql etmişdir. Onun "imamət” barəsində bir kitabı da var ki, Məhəmməd ibn İbrahim Nömani "Qeybət” kitabında onun adını çəkmiş və demişdir: "Bütün şiə alimləri və hədis söyləyənlər arasında şəkk-şübhə yoxdur ki, Səlim ibn Qeysin kitabı o kitablardandır ki, Əhli-beytin hədislərini nəql edənlər qədimdən bəri ona istinad edərək, hədis nəql etmişlər.” Bu kitab şiənin mötəbər sandığı "əsl” (birinci dərəcəli) kitablardan biridir.
    O zaman kitab yazan əshabımız haqqında məlumat almaq istəyənlər "fehrest” və "rical” kitablarına, məxsusən Hacı Ağa Bözörg Tehraninin "Əz-Zəriə” kitabına müraciət edə bilərlər.
    O ki qaldı bizim 2-ci dərəcəli yazıçılarımıza (yəni "tabeinlər” arasında olanlara) etiraf etməliyik ki, bu məktubda onların hamısının adlarını çəkmək olmaz. Onlar haqqında müfəssəl məlumat almaq istəyənlər şiə alimlərinin həmin kitablarına müraciət edə bilərlər.(Bu hədisi bir qrup etimadlı şəxslər onların hamısından nəql etmişlər. Onlardan biri Müttəqi Hindidir ki, onu "Kənzül-Ümmal”ın 5-ci cildinin 41-ci səhifəsinin əvvəlində qeyd etmiş və o, 919-cu hədisdir.
     )
    Bu əsrdə də (tabeinlərin zamanı) əvvəllərdə olduğu kimi, zülmkarların qara buludları ilə örtülmüş ikən, Əhli-beyt nuru işıq saçdı. Səbəbi də bu idi ki, "Təf” faciəsi (qanlı Kərbəla qiyamı) Ali-Məhəmmədin düşmənlərini rüsvay edib, onları agah adamların gözündən salaraq mühəqqiqlərin diqqətini Əhli-beytin müsibətlərinə cəlb etdi (Allah rəsulunun vəfatından başlamış Əhli-beyt müsibətləri və onların səbəblərini araşdırıb camaatın nəzərinə çatdırılması, mühəqqiqləri təhqiqə vadar etdi). Nəhayət, səbəbləri araşdırıldı, bir çox həqiqətlər bilindi və müsibətlərin kökü aşkar edildi. Elə buna görə də qeyrəti olan müsəlmanlar Əhli-beytə dayaq və onlara kömək məqsədilə ayağa qalxdılar (onlar isə həmişə məzlumun köməyi, zalımların düşməni olmuşlar). Sanki bu faciədən sonra yeni bir dövran başlandı. Çoxları İmam Əli ibn Hüseyn Zeynəlabidinin (ə) rəhbərliyini qəbul edərək dinin üsul və füruundan xəbərdar olmaq üçün o həzrətə qoşuldular, Quran və sünnə məsələlərində, bütün islami və qeyri-islami elmlərdə o həzrətə müraciət etdilər. Ondan sonra isə oğlu İmam Baqirə üz tutdular. Elə buna görə də bu iki imamın, İmam Səccad və İmam Baqirin (ə) əshabı minlərlə idi.
    "Rical” kitablarında adları və şərhi-halları verilən həmin adamlar (yəni, əshabın alim və biliciləri) dörd min nəfərə çatır və yazdıqları kitabların sayı isə on mini keçir. Bu kitabları bizim əshabımızın hər biri özündən əvvəlki nəsildən düzgün sənədlərlə nəql etmişlər. O qrupdan olan məşhur adamların bir çoxu o iki imamın və İmam Sadiqin (ə) hüzuruna nail olmuş, onların elm və bilik dəryalarından öz "kasaları” qədərincə faydalanmışlar. Onlardan Əbu Səid Əban ibn Təğlib ibn Riyah Cəririnin adını çəkmək olar ki, həm Quran bilicisi, həm fiqh, hədis, üsul elmindən xəbərdar və həm də məşhur lüğətçi olub, çox mötəbər bir şəxs idi. Hər üç imamı görmüş, onlardan elm, hədis öyrənmiş və nəql etmişdir. Onun haqqında bunu bilmək kifayət edər ki, o, təkcə İmam Sadiqdən (ə) ("rical” elminin məşhur alimi Mirzə Məhəmmədin "Mənhəcül-məqal” kitabında yazdığı kimi) 30 min hədis nəql etmişdir.(Hicr”, 47.) Onun imamlar yanında parlaq keçmişi və yüksək məqamı olub. İmam Baqir (ə) Mədinədə olarkən ona belə buyurmuşdur: «اِجْلِسْ في الْمَسْجِدِ وَ اَفْتِ النّاسَ فَاِنّي اُحِبُّ اَنْ يُري فِي شيعَتـي مِثْلُكَ» "Məsciddə oturub fətva ver və mən çox istəyirəm ki, sənin kimilər şiələrim arasında görünsünlər.”
    İmam Sadiq (ə) ona belə buyurub: «ناظِرْ اَهْلَ الْمَدينَة فَاِنّي اُحِبُّ اَنْ يَكْونَ مِثْلُكَ مِنْ رُواتي وَ رِجالي» "Mədinə əhli ilə mübahisə (bəhs, söhbət) et! İstəyirəm ki, səni hədis söyləyən şəxslərdən hesab etsinlər.”
    Əban Mədinəyə daxil olanda hamının diqqətini cəlb edir, elm öyrənənlər başqa ustadların yanından uzaqlaşıb, böyük ehtiramla məsciddə Peyğəmbərə (s) məxsus olan yeri onun üçün hazır edirdilər. İmamlar özləri onu bir mühəddis kimi tanıtdırırdılar.
    Məsələn, İmam Sadiq (ə) Səlim ibn Əbu Həbbəyə buyurub: "Əban ibn Təğlibin yanına get ki, o, məndən çoxlu sayda hədis eşitmişdir. Ondan öyrəndiklərini şəxsən, mənim dilimdən danışa bilərsən.” Həmçinin, o həzrət Əban ibn Osmana buyurmuşdu: "Əban ibn Təğlib məndən 30 min hədis nəql etmişdir ki, sən də onları ondan öyrən və nəql et.” O (Əban ibn Təğlib), İmam Sadiqin (ə) yanına gəldikdə həzrət onunla əl tutub qucaqlaşar və əmr edərdi ki, onun üçün balış və mütəkkə qoysunlar, özü isə onunla üzbəüz oturardı. İmam onun ölüm xəbərini eşitdikdə, belə buyurmuşdu: «اَما وَالله لَقَدْ اَوْجَعَ قَلْبي مَوتُ اَبان» "Allaha and olsun ki, Əbanın ölümü qəlbimi ağrıtdı.”
    Əban 141-ci hicri qəməri ilində vəfat etmişdir.
    Əban Ənəs ibn Malikdən, Əməşdən, Məhəmməd ibn Münkədirdən, Səmmak ibn Hərbdən, İbrahim Nəxəidən, Füzeyl ibn Əmrdən və Həkəmdən rəvayətlər nəql etmiş, Müslim və digər "sünən” yazanlar onun hədislərindən (16-cı məktubda deyildiyi kimi) dəlil-sübut gətirmişlər.
    Əgər Buxari ondan bir şey nəql etməyibsə bunun heç bir zərəri yoxdur. Çünki o (Əban), Əhli-beyt imamlarına, yəni İmam Sadiq, İmam Kazim, İmam Rza, İmam Cavad, İmam Həsən Əskəriyə (ə) təqlid etmişdir. Buxari isə bu böyük şəxsiyyətlərdən rəvayət etməmiş, (əksinə), Mərvan ibn Həkəm, İmran ibn Hətan, Əkrəmə Bərbəri və s. kimilərə etimad etmişdir.
    Əbanın bir çox qiymətli yazıları vardır. Onlardan "Qəribül-Quran” təfsirini misal göstərmək olar ki, Quranda işlənən sözlərə ədəbi-lüğəvi baxımdan misal (şahid) gətirmək üçün ərəb şerlərindən istifadə etmişdir.
    Əbdür-Rəhman ibn Məhəmməd Əzdi Kufi Əbanın, Məhəmməd ibn Saib Kəlbinin, ibn Rəvəqin, Ətiyyə ibn Harisin kitablarını toplayaraq bir cildə saldıqdan sonra onların ixtilaflı və müttəfiq olan yerlərini izah etmişdir. Buna görə də Əbanın kitabı bəzən təkc, bəzən isə başqa bir kitabla birgə müşahidə olunur. Bizim əshabımız bu iki kitabdan hər birini mötəbər sənədlə nəql etmişlər. Əbanın "əl-Fəzail” və "Siffeyn” adlı iki kitabı, həmçinin bir "Əsl”i də vardır (yəni, "üsuli-ərbəə miə” kimi tanınan o dörd yüz əsl ya kitabdan biri) ki, şiənin etimad və müraciət etdiyi mənbələrdəndir. Onun bütün kitabları sənədlə nəql olunmuşdur ki, bu barədə müfəssəl surətdə "rical” kitablarında oxumaq olar.
    Eləcə də Əbu Həmzə Sumalinin (Sabit ibn Dinar) adını qeyd etmək yerinə düşərdi. O, şiənin mötəbər və böyük şəxsiyyətlərindən hesab olunur ki, İmam Zeynəlabidin (ə), İmam Baqir (ə) və İmam Sadiqdən (ə) elm öyrənmiş, həmişə onların yanında – onlara yaxın olmuşdur. İmam Sadiq (ə) onun haqqında belə demişdir: "Əbu Həmzə öz dövrünün, Salman Farsisidir.” Həmçinin, İmam Rza (ə) belə buyurmuşdur: "Əbu Həmzə öz dövrünün Loğmanı kimidir.”
    Onun "Quranın təfsiri” kitabından əlavə (Təbərsi "Məcməül-Bəyan” təfsirində ondan nəql edir(Müttəqi Hindi onu "Kənzül-Ümmal”da və onun "Müntəxəb”ində nəql etmişdir ki, "Müntəxəb”in 5-ci cildinin 31-ci səhifəsinin haşiyəsinin axırında "Müsnədi-Əhməd”ə müraciət etsən, görərsən ki, nəql etdiyimiz hədis olduğu kimi orada yazılmışdır. Həzrətin (s) "Məndən narazımı oldun?” – cümləsi nə qədər də mehribanlıq və incəliklə deyilmişdir. Soruşa bilərsən ki, Əli (ə) nə üçün birinci dəfədə olduğu kimi, ikinci dəfədə də şübhələndi? Axı ona (birinci dəfə) aydın olmuşdu ki, Peyğəmbər onu özünə arxa kimi seçmişdi. Nə üçün birinci dəfəni ikinci dəfə ilə müqayisə etmədi? Cavabı budur ki, ikinci dəfəni birinci dəfə ilə müqayisə etmək olmazdı, çünki birinci dəfə yalnız mühacirlər arasında idi. İkinci dəfə isə (birincinin əksinə olaraq) mühacirlərlə ənsar (Mədinə müsəlmanları) arasında idi. Deməli, ikinci dəfə hər bir mühacirin qardaşı ənsardan ibarət idi və hər bir ənsarın qardaşı mühacirlərdən. Peyğəmbər və naibinin hər ikisinin mühacirlərdən olduğu təqdirdə belə göründü ki, bu iki nəfər bu dəfə qardaş olmayacaqlar. Buna görə Əli başqaları ilə müqayisədə güman etdi ki, qardaşı ənsardan biri olacaq. Peyğəmbər, onunla ənsardan heç birisinin arasında qardaşlıq əqdi kəsmədiyi üçün bu hissləri keçirdi. Lakin, Allah və Onun rəsulu yalnız onun üstünlüyünü sübut etmək istəyirdilər. Buna görə də onunla Peyğəmbər (s) arasındakı qardaşlıq peymanı, o gün mühacirlərlə ənsarlar arasında kəsilən əqdə görə mütləq qardaşının ənsardan olacaq təsəvvürünün əksinə baş verdi.
     )) "Ən-Nəvadir” və "Zöhd” kitabları da vardır. "Risalətül-Hüquq”("Yənabiül-Məvəddə” kitabının 9-cu babının sonunda Əxtəb Xarəzminin "Fəzaili-Əhli-beyt” kitabında nəql olunmuşdur.
     ) kitabını o, İmam Zeynəlabidindən nəql etmişdir. Həzrətin "Səhər” duasını da o nəql etmişdir.
    O, Ənəs və Şəbidən rəvayət nəql etmiş, Vəki, Əbu Nəim və başqaları (istər şiə olsun, ya qeyriləri –16-cı məktubda onun şərhi-halında keçdiyi kimi) öz kitablarında ondan müxtəlif hədislər gətirmişlər.
    Bəziləri İmam Səccadın (ə) hüzuruna nail olmasalar da, amma İmam Baqir (ə) və İmam Sadiqin (ə) dövrünü yaşamışlar. Bunlardan Əbül-Qasim (Büreyd ibn Müaviyə Bəcəli), Əbu Bəsir (oğul – yəni, Leys ibn Murad Bəxtəri Muradi) Əbül-Həsən Zürarə ibn Əyən, Əbu Cəfər Məhəmməd (Müslim ibn Ribah Kufi) və bir çox başqalarının adını çəkmək olar. Bu dörd nəfər elə yüksək məqama nail olmuşlar ki, İmam Sadiq (ə) onları xatırlayarkən belə buyurub: «هؤُلاء اُمَناء الله علي حَلالِهِ وَ حَرامِهِ» "Onlar halal-haram məsələlərində Allahın əminləridir.” Həmçinin buyurub: «ما اَجِدُ اَحَداً اَحْيا ذِكْرَنا اِلاّ زُرارةَ وَ اَبو بَصير لَيْثَ وَ مُحَمّدَ بْنَ مُسْلِم وَ بُرَيْد» "Zürarə, Əbu Bəsir Leys, Məhəmməd ibn Müslim və Büreyddən savayı bizi yaşadan başqa birisini tanımıram. Onlar olmasaydı, əhkamı istinbat edən (dəlil-sübut yolu ilə mənbədən istixrac edən) olmazdı.” Sonra isə onlar haqqında belə buyurub: «هؤلاء حُفّاظُ الدّينِ، وَ اُمَناء اَبي، عَلي حَلالِ اللهِ وَ حَرامِهِ وَ هُم السّابِقُونَ اِلَيْنا في الدنيا السّابِقُونَ اِلَيْنا فِي الْآخِرَةِ» "Onlar dinin qoruyucuları, Allahın halal və haramlarında atamın güvəndiyi (əmin olduğu) şəxslər, dünya və axirətdə isə bizim tərəfimizə gələnlərdir.” İmam (ə) yenə də buyurub: "Allahdan qorxanlara behişt müjdəsi ver.” Sonra isə bu dörd nəfərin adını çəkərək, onlar haqqında çoxlu söhbət edərək deyib: "Atam onları Allahın halal- haramında əmin hesab edirdi. Onlar elm mədəni idilər. Bu gün isə mənim sirdaşlarımdırlar. Onlar atamın ən yaxın əshabından olub, mənim şiələrim arasında –həm öləndə, həm də sağlıqlarında– parlaq ulduza bənzəyirlər ki, Allah məhz onların vasitəsilə hər bidəti aradan götürür. Onlar, imamlar (ə) haqqında mübaliğə edənlərin fikirlərini yox edir, fəzilətlərinə göz yumanları isə öz yanlarından uzaqlaşdırırlar.”
    İmamın (ə) bu adamların ağıl, kəramət və vilayətləri haqda bir çox qiymətli sözləri vardır ki, onların hamısını bu məktubda bəyan etmək mümkün deyildir. Bununla belə, Əhli-beyt düşmənləri onlara açıq-aşkar töhmətlər vurmuşlar ki, biz onlara müfəssəl şəkildə "Müxtəsərül-kəlam fi müəllifiş-şiəti fi sədril İslam” kitabımızda gətirmişik. Amma bu töhmətlər Allah, Peyğəmbər (s) və möminlər yanında onların yüksək məqamlarına, böyük şəxsiyyətlərinə zərər vurmur, necə ki, həsəd edənlər Allah rəsulunun İslamın yayılması və inkişafı yolunda çəkdiyi zəhmətlər müqabilində bir şey edə bilmədilər.
    İmam Sadiqin (ə) zamanında elmin ağla sığmayacaq dərəcədə inkişafı şiələrin hər bir tərəfdən o həzrətə sarı axışaraq elmin sirlərinə agah olmaları və həzrətin bu yolda heç nəyi əsirgəməyərək, onlara təlim verməyi o dövrdə elmin hər tərəfli inkişafında böyük təsiri olmuşdur.
    Əbdül-Fəth Şəhristani "Miləl və Nihəl” kitabında İmam Sadiq (ə)("Yənabiül-Məvəddə”nin 17-ci babında yazıldığı kimi.) barəsində danışarkən bu mətləbə işarə edərək demişdir: "O (İmam Sadiq), geniş elm və hikmətdə kamil ədəbə malik, dünyada zahid və şəhvət müqabilində təslim olmayan bir dindar idi.” Sonra əlavə edib deyir: "O, bir müddət Mədinədə öz şiələrinə təlim verib, dostlarının üzərində elm "yağışı” yağdırırdı. Daha sonra İraqa gələrək bir müddət orada yaşamasına baxmayaraq heç vaxt hökumət işlərinə qarışmamış, xilafət üstündə heç kimlə çəkişməmişdi, çünki o zaman yalnız elmi şərait mövcud idi. Sonra yazır: "Mərifət dəryasında qərq olan şəxs, heç vaxt kiçik bir çaya tamah salmaz, həqiqət qülləsində olanlar isə, dünyada aşağı bir məqamda qərar tutmalarından qorxmazlar. «و الحق ينطق منصفا و عنيدا» "Haqq, həm düz (insaflı) və həm də inadkar adamı etirafa vadar edir.”
    İmam Sadiqin (ə) əshabından çoxları elm və əxlaqda elə böyük zirvələrə çatmışlar ki, bu məqamlarda hidayət rəhbərləri, qaranlıqları işıqlandıran çıraqları, bilik dəryaları idilər. Adları və tərcümeyi-halları "təracim və rical” kitablarında dörd min nəfərə çatır ki, İraq, Hicaz, Fars və Suriya vilayətlərindəndirlər. Onların şiələrin əlində çox məşhur kitabları vardır ki, "Üsuli-ərbəə miə” o kitabların arasında ən seçilmişidir (Üsuli-ərbəə miə dəfələrlə deyildiyi kimi, İmam Sadiqin (ə) dörd yüz nəfər şagirdinin yazdığı toplu halda 400 kitabdır). Orada o həzrətin fitvaları verilmişdir ki, sonra ümmətin bir sıra məşhur alimlərindən onları xülasə edərək xüsusi kitablarda bir yerə toplamışlar (ki, mənbələrə müraciət etmək asan olsun). Sünnə və rəvayətləri özündə əhatə edən ən mötəbər mənbə "Kütubi-ərbəə”dir ki, indiyə kimi 12 imamlı şiələrin üsulid-din və füruid-dində mərcə və mənbəyi sayılır. "Kütubi-ərbəə” mərhum Kuleyninin "Kafi”, Şeyx Tusinin "Təhzib” və "İstibsar”, mərhum Səduqun "Mən la yəhzuruhul-fəqih” kitablarından ibarətdir. Bu kitabların mötəbərliyində heç bir şəkk-şübhə yoxdur. Onların içərisində "Kafi” o birilərindən daha qədim və əzəmətlidir. Bu kitabda 16 199 hədis mövcuddur (mərhum Şəhidin "Zikra” kitabında deyildiyi kimi, əhli-sünnənin "Sihahi-sittə” kitabındakı hədislərdən də çoxdur).
    Böyük səhabələrimizin sırasında İmam Sadiq (ə) və İmam Kazimin (ə) əshabından olan Hişam ibn Həkəmin də xüsusi yeri vardır ki, çoxlu kitabın müəllifidir və onların 29 ədədi bizə məlumdur. Onun kitablarını bizim əshabımız sənədlə onun özündən nəql etmişlər ki, bu barədə maraqlananlar "Müxtəsərül-kəlam...” kitabına müraciət edə bilərlər. Hişam ibn Həkəmin kitabları çox faydalı, aydın, istidlalları parlaqlığı ilə seçilir. Bu kitablarda üsuli-din və fürui-din, tövhidlə yanaşı, əqli fəlsəfəni, bütün dualizmi, mülhidləri (dinsizləri), maddi məsləkləri, fatalistləri, Əli (ə) və Əhli-beyt haqqında mübaliğəli fikir yürüdənləri, xəvaric və nasibiləri, Əlinin (ə) (və o həzrətdən sonrakı imamların) vəsiliyini qəbul etməyənləri, o həzrətlə mübarizə aparanları və s. rədd etmə barəsində elmi və qiymətli bəhslər mövcuddur.
    Hüşam ikinci əsrin şəxsiyyətləri içərisində "kəlam”, "əqaid”, ilahiyyat və s. elmlərdə qabaqcıl olmuşdur. O, "kəlam” elmində "imamət” sahəsi üzrə "bir çox” həqiqətləri sübuta yetirməklə şiə məzhəbini diqqət mərkəzinə çevirmiş və onu əqli təfəkkürlə daha da zinətləndirmişdir. O, İmam Sadiq (ə) və İmam Kazimdən (ə) hədis nəql etmiş və onların yanında təsəvvürə sığışmayacaq (böyük) məqama malik olmuşdur. O əvvəllər "Cəhmiyyə” (yolunu azmış firqələrdən) təfəkkürlü olsa da, amma İmam Sadiqlə (ə) görüşdükdən sonra hidayətə qovuşaraq o həzrətin ardıcıllarından birinə çevrilmişdir. Sonra isə İmam Kazimə (ə) qoşularaq, bu iki böyük şəxsiyyətin bütün əshabı arasında ən etibarlı, ən qabaqcıllarından olmuşdur. Amma təəssüflər olsun ki, Allahın nurunu söndürmək istəyənlər onu dünya və qiyamətdə Allahı cisim bilənlərdən hesab etmiş və ona digər başqa töhmətlər də vurmuşlar. Onların ürəklərində Əhli-beytə qarşı olan həsəd və düşmənçilik alovuna baxmayaraq, onun məzhəbinə hamıdan daha yaxşı bələdik və onun tərcümeyi-halı və sözləri bizim ixtiyarımızdadır. Onun, məzhəbimizi işıqlandıran bir çox kitabları əldə olduğu halda necə ola bilər ki, əqidəsi bizim özümüzə gizli, başqalarına isə əyan olsun?! Bundan əlavə, Şəhristaninin "Miləl və Nihəl” kitabında Hişamdan müxtəlif sübutlar gətirməsi onun belə bir adam olmadığına dəlalət edir. Elə buradaca Hişamın belə bir firqəyə mənsub olmadığını bildirən mətləbi ("Miləl və Nihəl”dən) eynilə veririk: "Hişam ibn Həkəm üsuli-məzhəbdə çox dərrakəli və o, "mötəzilə”nin onu məhkum etdiyini unutmamalıdır. Çünki insanın əqidəsi həmsöhbətini məhkum etdiyi mətləblərin arxasında gizlənir, bundan qeyri olan hallarda isə bunu başa düşmək olmaz. Bunu isə Hişamın Əllafla mübahisə edərək onu məhkum etdiyi söhbətindən ələ gətiririk. O, Əllafa deyir: Sən deyirsən ki, Xaliqin elmi olduğuna görə alimdir, və elm onun zatının eynidir? Deməli, o, alimdir amma başqa alimlər kimi yox? Belə isə, niyə demirsən ki, o, cisimdir, amma başqa cisimlər kimi yox.”
    Şəhristani bu şahidlə Hişamın həmin firqəyə (Allahın –nəuzubillah– cisim olmasına inanan firqəyə) mənsub olduğunu demək istəyir. Amma məlumdur ki, hətta bu sözün ondan nəql olunması fərz olunsa belə, o, Əllafla mübahisə məqamındadır. Belə də deyildir ki, hər kəs bir başqası ilə mübahisə edərkən işlətdiyi sözlərin hamısına mötəqid olsun. Çünki, mümkündür, onun məqsədi Əllafı imtahana çəkmək və onun elmi mübahisələrdə nə qədər diqqət sahibi olmağını aydınlaşdırmaq imiş. Şəhristani özü etiraf edir ki, bir şəxsin əqidəsi, nəinki izhar etdiyi şeylərdə, əksinə, onun mübahisə etdiyi tərəfin məhkumluğu üçün dediyi sözlərin arxasında gizlənmişdir. Əgər yuxarıdakı nəqlə əsasən onun həmin firqəyə mənsub olduğunu fərz etsək, onun bu sözləri hələ şiə olmamışdan qabaq deməsi də mümkündür. Çünki onun əvvəl "Cəhmiyyə” əqidəsində olduğu və sonradan Ali-Məhəmmədin (s) sayəsində hidayət taparaq Əhli-beyt imamları (ə) yanında məqamı böyük olan bir şəxsiyyətə çevrilməsini demişdik.
    Eləcə də, müxaliflərimiz Zürarə ibn Əyən, Məhəmməd ibn Müslim və Mömin Taq kimi böyük şəxsiyyətlər haqqında bəzi qeyri-səhih sözlər demişlər ki, biz nə qədər araşdırdıqsa da, bu nisbətlərdən heç birini onlarda görmədik. Məlumdur ki, bütün bu sözlər zülm, böhtan və düşmənçilikdən başqa bir şey deyildir. وَلاَ تَحْسَبَنَّ اللّهَ غَافِلاً عَمَّا يَعْمَلُ الظَّالِمُونَ "Elə zənn etməyin ki, zalımların əncam verdikləri işlərdən Allahın xəbəri yoxdur.”
    O ki, qaldı Şəhristaninin Hişamdan nəql etdiyi başqa bir məsələyə (Əlini (ə) –nəuzubillah– Allah bilməyinə), bu elə bir şeydir ki, ona bişmiş toyuğun da gülməyi gəlir. Hişamın məqamı o nisbətdən çox yüksəkdir və belə xürafi nisbətlər ona isnad verilə bilməz. Hüşamın "tövhid” barəsindəki fikirləri Allah-taalanı hər cür eyib və nöqsandan pak bilir. O, imamət və "vəsayət” barəsində söylədiyi mətləbində Rəsuli-əkrəmi (s) Əlidən (ə) üstün hesab edərək deyir: "Əli (ə) o həzrətin ümməti və rəiyyətindəndir. O, Peyğəmbərin (s) vəsisi, xəlifəsi və Allahın çox məzlum, hüququndan məhrum, düşmənə zorla təslim olmuş bir bəndəsidir ki, nə bir köməyi və nə də bir həmkarı vardı.”
    Şəhristani bir tərəfdən Hişamın üsuli-dində çox dərrakəli olduğunu deyir, digər tərəfdən isə ona belə bir sözü (Əlinin (ə) –nəuzubillah– Allah olması) isnad verir. Belə bir isnad açıq-aydın ziddiyyət deyilmi? Belə bir xürafi sözü Hişam kimi ağıllı bir adama necə nisbət (isnad) vermək olar? Xeyr, bu bir zülmdür ki, onu yalnız Əhli-beytə bağlananlar haqqında rəva görürlər.
    Bunlardan əlavə İmam Kazim (ə), İmam Rza (ə), İmam Cavad (ə), İmam Hadi (ə), İmam Əskərinin (ə) dövründə də çoxlu əsər və kitablar yazılmışdır ki, böyük əhəmiyyət kəsb edirlər. Mühəqqiq Helli "Mötəbər” kitabında bu barədə belə yazır: "İmam Cavadın (ə) şagirdləri arasında Hüseyn ibn Səid, onun qardaşı Həsən, Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti, Əhməd ibn Məhəmməd ibn Xalid Bərqi, Şazan, Əbülfəzl Əma, Əyyub ibn Nuh, Əhməd ibn Məhəmməd ibn İsa və bir çox başqalarının adını çəkmək olar... İndi bizim aramızda geniş yayılan hədislərə əsasən, onların elm və biliyinin nə qədər geniş olduğu tamamilə aşkar olur.”
    Mən deyirəm: Bərqinin kitablarının 100-dən çox olduğunu bilməyiniz sizə kifayət edər. Bəzəntinin geniş bir kitabı "Camei-Bəzənti” adı ilə məşhurdur. Hüseyn ibn Sədinin isə 30-a yaxın kitabı vardır.
    Bu məktubda adı çəkilən altı imamın şagirdlərinin təlif etdiklərinin adlarını gətirmək mümkün deyildir. Buna görə də sizə ravilərin avtobioqrafiyası qeyd olunmuş "təracim” kitablarına müraciət etməyi məsləhət görürəm. Burada onlardan bəzilərinin adlarını qeyd edirəm: Məhəmməd ibn Sinan, Əli ibn Məhziyar, Həsən ibn Məhbub, Həsən ibn Məhəmməd ibn Səmaə, Səfvan ibn Yəhya, Əli ibn Yəqtin, Əli ibn Fəzzal, Əbdür-Rəhman ibn Nəcran, Fəzl ibn Şazan (təkcə onun 200 kitabı vardır), Məhəmməd ibn Ümeyr, Əhməd ibn Məhəmməd ibn İsa (onun özü İmam Sadiqin (ə) əshabından olan 100 nəfərdən rəvayət nəql edir), Məhəmməd ibn Əli ibn Məhbub, Təlhə ibn Təlhə ibn Zeyd, Əmmar ibn Musa Sabati, Əli ibn Nöman, Hüseyn ibn Abdullah, Əhməd ibn Abdullah ibn Məhrəvan (ibn Xanə kimi məşhurdur), Sədəqə ibn Münzir Qummi və öz kitabını İmam Sadiqə (ə) göstərmiş, Übeydullah ibn Əli Hələbi İmam (ə) onun kitabını təsdiq etdikdən sonra (həmişə) onu yaxşılıqla yad edərək buyurarmış: "Heç onların (əhli-sünnətin) belə bir kitabı vardırmı?” Öz kitabını İmam Rzaya (ə) göstərmiş Abdullah ibn Səid, Əbu Əmr Təbib eləcə də, Yunis ibn Əbdür-Rəhman (o da öz kitabını İmam Həsən Əskəriyə (ə) göstərmişdi) belələrindəndirlər.
    Şiə sələflərinin şərhi-halını tədqiq edən, Hüseyn (ə) övladlarından olan doqquz imamın hər birinin əshabının halı və kitabları ilə tanış olanlar əmin olarlar ki, Əhli-beyt imamlarının məzhəbi tamamilə sağlamdır. (Yəni eynilə Peyğəmbərin sünnəsinə əsaslanır). Bu zaman füru və üsulumuzun, yalnız Allah rəsulunun Əhli-beytindən mənimsənilməsi həqiqətini inadkar, cahil, ya da axmaq adamdan başqa heç kəs inkar etməz. الْحَمْدُ لِلّهِ الَّذِي هَدَانَا لِهَـذَا وَمَا كُنَّا لِنَهْتَدِيَ لَوْلا أَنْ هَدَانَا اللّهُ Vəssalam.
    "Ş”
    YÜZ ON BİRİNCİ MƏKTUB
    1 Cəmadiül-Əvvəl 1330
    Həqiqətinn təsdiqi.
    Artıq sizin üsuli-din və fürui-dində Əhli-beyt imamlarının getdiyi yolda olmanıza şəhadət verirəm. Həqiqətən, bu işi yaxşı aşkar edib batində olan sirləri üzə çıxardın. Beləliklə, bu barədə şəkk-şübhəyə düşmək, yalnız həlakətə yuvarlanmaqdır. Mən bu məktubu da diqqətlə oxuduqdan sonra onda ciddi iradlar axtararkən daha, irad tapa bilmədiyim üçün son dərəcə heyrətləndim. Mən bu lətif və gözəl mehin, hər yeri bürüyən müşklü ətrin (mənə) həyat bağışlayan mənbəyini aradım. Mən əvvələr şiələr haqqında yalançıların yürütdüyü nadürüst xəbərlərə araşdırmadan inandığımı və səhvimi boynuma alıram. Amma mütəal, qadir Allah sizinlə görüşmək səadətini mənə nəsib etdikdə, hidayətə qovuşaraq, qaranlıqları işıqlandıran bir çıraq tapdım. Sizinlə olan bəhslərdən sonra nəhayət, öz arzu və istəklərimə çatdım. Allah-Taala məhz, bu görüşün nəticəsində nə böyük bir neməti mənə inayət etdi!!! الحمد لله رب العالمين
    "S”
    YÜZ ON İKİNCİ MƏKTUB
    2 Cəmadiül-Əvvəl 1330
    Hidayət bu yolun nəticəsidir.
    Mən sənin hidayət yolunda möhkəm inamına şəhadət verirəm, ondan xəbərdar və ona çox yaxınsan. Qolunu çırmalayıb, yorulmadan təhqiq və bəhsə başladın və qərq oldun. Öz axtarış və təhqiqində çox diqqət və maraq göstərməklə, mübahisənin əsl incəliklərini alt-üst edib, zahiri batin ilə tutuşdurdun. Belə ki, onun mahiyyət və həqiqətindən xəbərdar olmaq istəyərkən, bu yolda qövmün təəssübü, şəxsi qərəzlər sənə və sənin anlamına mane ola bilmədi. Ümidvaram ki, bu səbir və dözümünün qalası heç zaman dağılmasın. Allaha həmd-şükür edirəm ki, bizləri hidayətə qovuşdurdu. Məhəmməd (s) və Ali-Məhəmmədə (ə) salam və salavat olsun! Vəssalam.
    "Ş”
    Bu kitab verilən məktublar əsasında Allahın köməyi ilə Əbdül-Hüseyn Şərəfüddin Musəvi Amili tərəfindən sona çatdı. Ümidvaram ki, Allah onunla böyük kərəmi ilə müamilə edib, onu bağışlayacaq.(Peyğəmbərin sünnəsi aydın sübutdur. Siz "Müstədrək”in 3-cü
      cildinin 165-167-ci səhifələrinə müraciət etsən, bu məzmunda doğru hədis görəcəksiniz ki, Buxari və Müslimin şərtinə görə düzdür. "Müsnədi-Əhməd Hənbəl”də 1-ci cildin 98-ci səhifəsində yazılmış və İbn Əbdül-Birr "İstiab”da Həsənin şərhi-halında onu xatırlamış və Zəhəbinin bizə qarşı pis münasibətinə baxmayaraq "Təlxisi-Müstədrək”də onu düz hesab etmişdir. Hər halda o, bizim Harun, Şübbər və Şübeyrimizə qarşıdır. Bəğəvi öz "Möcəm”mində və Əbdül-Bəni "Əl-İzah”da, "Səvaiqül-Mühriqə”nin 115-ci səhifəsində Səlmandan olduğu kimi yazmış və həmçinin İbn Əsakir onu nəql etmişdir.)
    Category: Əl-Muraciat | Added by: Islam_Kitabxanasi
    Views: 1023 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024